Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]

SABİR ÖMƏROV

Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur.

Universiteti bitirdikdən sonra tə’yinatla Azərbaycan EA Kibernetika İnstitutuna göndərilmişdir. 1978-1980-cı illərdə həmin institutda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasının əyani aspirantı olmuşdur.

1984-cü ildə "Təsadüfi proseslərin və meydanların interpolyasiyası haqqında" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Azərbaycan EA AİS şö’bəsində çalışmışdır. 1990-cı ildən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında dosent vəzifəsində işləyir.

Sabir Ömərov 4 dərs vəsaitinin, bir neçə metodiki tövsiyənin və 18 elmi məqalənin müəllifidir.

"Korrelyasiya və reqressiya təhlili", "Statistik fərziyyələrin yoxlanılması" adlı vəsaitləri nəşr edilmişdir.

 

SABİR XƏLİLOV

Sabir Ayvaz oğlu Xəlilov 1941-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1958-ci ildə Faxralı orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin fakültədə təhsilinin fərqlənmə diplomu ilə başa vurmuşdur.

1965-ci ildən Azərbaycan Texniki Universitetində işə başlamışdır. 1974-cü ildə "İkiforsunkalı yanacaq sistemi vasitəsilə dizel mühərrikinin işinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsi almışdır. 1976-cı ildə "Daxili yanma mühərrikləri" kafedrasının dosenti olmuşdur. 1981-1985-ci illərdə Əlcazair respublikasının Yüngül Sənaye İnstitutunda işləmişdir. 1996-cı ildən Türkiyə Respublikasının Erciyəz Universitetində çalışır.

Daxili yanma mühərrikləri üzrə 30-dan artıq elmi əsərin müəllifidir.

 

SABİR İSGƏNDƏROV

Sabir Məhəmməd oğlu İsgəndərov 1941-ci il iyunun 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı orta məktəbini bitirmiş, 1960-cı ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

1965-ci ildə institutu bitirib Azərbaycan Dövlət su təsərrüfatı qurğuları layihələndirmə institutunda mühəndis hidrotexnik vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Novoçerkassk şəhərində mühəndis meliorasiya institutunun nəzdində su təsərrüfatı üzrə Ali rəhbər kadrları kursunu keçmiş, Uzaq şərqdə - Vladivostok şəhərində su təsərrüfatı qurğularının layihələndirilməsində müəyyən müddət çalışmışdır. 1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunun aspiranturasına qəbul olunmuş sonra Moskva Hidromeliorasiya İnstitutuna göndərilmişdir.

Aspiranturada oxuduğu zaman Moskva xalq universitetinin texnika və iqtisadiyyat kursunu bitirmişdir. Eyni zamanda Moskva Hidromeliorasiya institutunun Elmi-tədqiqat bölməsində də işləmişdir.

1973-cü ildə Moskva Hidromeliorasiya institutunda "Çay axımının mürəkkəb növ tənzimlənməsinin bə’zi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutunda su ehtiyatlarının kompleks istifadəsi laboratriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.

1975-ci ildən Bakı Dövlət Universitetinin Hidrometeorologiya kafedrasında dosent vəzifəsində işləyir. Tədrislə yanaşı təsərrüfat müqavilələri üzrə Lənkəran zonasında Viləşçay su anbarının gil ekranlı bəndinin tikilməsində Hidrometeoroloji amillərin nəzərə alınması, səthi axımın tədqiqi, Ceyranbatan su anbarında lillənmənin öyrənilməsi, Böyük Şor kölünün hidroloji rejimi və s. mövzularda tədqiqatların yerinə yetirilməsində rəhbər olmuşdur.

1976-cı ildə YUNESKO xətti üzrə Beynəlxalq hidrologiya kursunu bitirmişdir. 1995-ci ildən Lənkəran Dövlət universitetində və Bakı Ali Hərbi Dəniz məktəbində də işləmişdir. Fakültə "Bilik" cəmiyyətinin sədri və dekan müavini vəzifəsində çalışmışdır.

Sabir İsgəndərov 100-ə yxın elmi məqalənin, elmi hesabatın və bir sıra dərs vəsaiti və fənn proqramlarının müəllifidir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri respublikamızda, Orta Asiyada və Şimali Qafqazda həyata keçirilən bir sıra su təsərrüfatı tədbirlərinin aparılmasında istifadə olunur.

 

SAHİB GÜLƏHMƏDOV

Sahib Qurban oğlu Güləhmədov 1966-cı il yanvarın 6-da Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1972-ci ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olunmuşdur. 1984-1986-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Universiteti Lenin təqaüdü ilə bitirmiş və fakültədə işlə tə’min olunmuşdur. 1990-1993-cü illərdə aspiranturaya daxil olmuş, Moskvada REA Biokimya İnstitutunda dissertasiya işini yerinə yetirmişdir. 1995-ci ildə eyni zamanda Bitki biokimyası və bitki fiziologiyası ixtisasları üzrə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1993-cü ildən BDU-nun biologiya fakültəsində assistent, 1996-cı ildən baş müəllim, 2000-ci ildən isə dosent vəzifəsində çalışır. Sahib Güləhmədovun elmi-pedaqoji fəaliyyəti 35 elmi əsərdə, o cümlədən 14 dərs vəsaiti, 1 dərslik və çapa təqdim edilmiş 30 çap vərəqi həcmində ali məktəb dərsliyində öz əksini tapmışdır.

Sahib Güləhmədov indiyə qədər 10-a yaxın Beynəlxalq, İttifaq və respublika səviyyəli elmi simpozium və konfranslarda çıxış edib məqalələr çap etdirmişdir. Hal-hazırda BDU-nun biologiya fakültəsində dosent vəzifəsində çalışır.

 

SƏ’Dİ NƏSİBOV

Sə’di Bayram oğlu Nəsibov 1936-cı ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Ayorta kəndində anadan olmuşdur. 1943-cü ildə Ayorta kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş, sonra təhsilini Arıxlı kənd orta məktəbində davam etdirmişdir. 1955-1958-ci illərdə əsgəri xidmətdə olmuş, tərxis olunduqdan sonra, Azərbaycan Pedaqoji İnstitutunun biologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. 1963-1965-ci illərdə Bakı Torpaq ekspedisiya idarəsində torpaqşünas, bir ildən sonra isə idarənin rəisi vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan EA-nın Zoologiya İnstitutunun ə’yani aspiranturasına qəbul olmuş, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə müsabiqə yolu ilə Tibb İnstitutunun biologiya kafedrasına assistent düzəlmişdir. 1972-ci ildən baş müəllim, 1983-cü ildən isə dosent vəzifəsində çalışır. Sə’di Nəsibovun elmi və pedaqoji fəaliyyəti 50 elmi əsərdə öz əksini tapmışdır. İşlədiyi bu müddət ərzində 15 ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

1966-cı və 1970-ci illərdə Zoologiya institutunun azad həmkarlar təşkilatının büro üzvü, 1972-ci 1980-ci illərdə isə institutun partiya təşkilatı katibinin müavini vəzifəsini icra etmişdir. O, MDB və bir neçə xarici ölkələrdə elmi e’zamiyyətdə olmuşdur.

Hazırda Sə’di Nəsibov Tibb Universitetinin biologiya kafedrasının dosentidir.

 

SEYFƏDDİN MUSAYEV

Seyfəddin Məmməd oğlu Musayev 1936-cı ildə Bolnisi rayonunun Arıxlı kəndində anadan olmuşdur. 1946-cı ildə Arıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1957-ci ildə bitirmişdir. 1957-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir.

1962-1964-cü illərdə Elmi-Tədqiqat Kənd təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi, 1964-1967-ci illərdə Mərkəzi Statistika İdarəsinin tədris kombinatında metodist müəllim, 1967-1978-ci illərdə Bakı Plan-Uçot texnikumunda müəllim və şö’bə müdiri vəzifələrində işləmişdir.

1978-ci ildən 1992-ci ilə qədər Bakı Maliyyə-Kredit Texnikumunda müəllim vəzifəsində işləmişdir.

1984-cü ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Bir çox elmi konfranslarda məruzələrlə çıxış etmiş, 30-dan çox elmi əsərin müəllifi olmuşdur.

90-cı illərin əvəlindən 1997-ci ilə qədər Azərbaycan Dövlət İnşaat-Mühəndisləri Universitetində iqtisadiyyat kafedrasında baş müəllim vəzifəsində işləmişdir. 1997-ci ildə vəfat etmişdir.

 

SƏMAYƏ ƏHMƏDOVA

Səmayə Əmir qızı Əhmədova 1944-cü ildə Bolnisi rayonunun Cəfərli kəndində qulluqçu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Cəfərli kənd məktəbində almış, 5-ci sinifdən Qoçulu kənd orta məktəbində oxumuşdur. 1962-ci ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmuşdur. 1968-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə ona məqsədli aspiranturaya daxil olmaq tövsiyə olunmuşdur. Aspiranturaya qəbul olunana qədər Zaqatala rayonunda bir ay müddətində həkim-epidemioloq-infeksionist işləmişdir. 1969-cu ildə o Moskvaya - Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir. Səmayə Əhmədova 1973-cü ilin martında Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda işə qəbul edilmiş, 1977-ci ildə dosent seçilmişdir.

Səmayə Əhmədovanın Bakıda keçirilən beynəlxalq seminarda təqdim etdiyi elmi iş rə’yasət hey’əti tərəfindən bəyənilmiş və əsas mükafata layiq görülmüşdür. 2000-ci ilin sentyabrından isə onun elmi işinin proqramı qranta layiq görülmüşdür.

4 aprel 2000-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisidir.

Atmosfer havasının sanitar mühafizəsi üzrə problem komissiyasının üzvü, "Rüzgar" alimlər cəmiyyətinin üzvü, Bakı şəhər GEM-nin atmosfer laboratoriyasının məsləhətçisi, YUNİSEF üzrə uşaqlarda və yaşlı əhalidə yod çatışmamazlığı, anemiya, qidalanma pozğunluğu məsələləri ilə əlaqədar treninqin aparıcısıdır.

O, 100-dən çox elmi məqalənin və tədqiqat işlərinin, 2 dərs vəsaitinin, 1 monoqrafiyanın və tələbələr üçün çoxsaylı metodik işləmələrin, 3 metodik göstərişin müəllifidir.

Səmayə Əhmədova hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirir.

Doktorluq dissertasiyasını tamamlamışdır.

 

SERGEY ƏHMƏDOV

Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir. 1965-1970-ci illərdə M. Lomonosov adına MDU-nun fəlsəfə fakültəsində oxumuş və sonra həmin Universitetin aspiranturasına qəbul olunmuşdur. Dissertasiya mövzusunu tamamlayıb və 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. 1974-1978-ci illərdə M. Lomonosov adına MDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. 1978-1980-cı illərdə Polşa dövlətinə elmi e’zamiyyətə köndərilmişdir. O, burada elmi-pedaqoji işlə məşğul olmuş, elmi məqalələr çap etdirmişdir.

Sergey Əhmədovun 10-a qədər elmi əsəri çap olunmuşdur. Bu məqalələrin əksəriyyəti MDU-nun çox tirajlı jurnallarında və ittifaqın digər məcmuələrində dərc olunmuşdur.

Sergey Əhmədov 1981-ci ildə vəfat etmişdir.

SƏDRƏDDİN NƏBİYEV

Sədrəddin Paşa oğlu Nəbiyev 1929-cu il mayın 15-də Borçalı mahalının Bolus nümayəndəliyinin Arıxlı kəndində anadan olmuşdur. İlk təhsilini həmin kənddəki orta məktəbdə almışdır. 1945-ci ildə Borçalının Sarvan məntəqəsindəki Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1949-cu ildə oranı bitirmişdir. Orta pedaqoji təhsil aldıqdan sonra üç il texnikumun nəzdində olan ibtidai məktəbdə sinif müəllimi vəzifəsində çalışmışdır. 1951-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetinə daxil olmuş və Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1955-1957-ci illərdə doğma kəndi Arıxlıda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmiş və tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Kənddə işlədiyi müddət ərzində Sədrəddin Nəbiyev tə’lim-tərbiyə mövzularında vaxtaşırı məqalələr dərc etdirmişdir. Sədrəddin Nəbiyev 1957-ci ildə Bakıya köçmüş "Azərbaycan müəllimi" qəzetinin redaksiyasında əvvəlcə xüsusi müxbir, sonra isə on il şö’bə müdiri vəzifəsində işləmişdir. Sədrəddin Nəbiyev 1965-ci ildə Azərbaycan Pedaqoji Universitetin pedaqogika kafedrasında ixtisası üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə "İbtidai siniflərdə şifahi sorğu üzrə şagirdlərin tə’lim müvəffəqiyyətinin yoxlanması və qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən e’tibarən kafedrada dosent vəzifəsində çalışır. Sədrəddin Nəbiyev 1959-cu ildən bu vaxtadək 73 jurnal məqaləsi, müxtəlif məzmunlu 3 kitabça və bir monoqrafiya çap etdirmişdir. Eyni zamanda 20 kitaba, 10-a yaxın dərs vəsaitinə, metodik göstərişə və dərs proqramlarına elmi redaktor olmuşdur.

Sədrəddin Nəbiyev işlədiyi müddət ərzində Moskva, Leninqrad şəhərlərində bir neçə elmi-pedaqoji konfransda iştirak etmiş və pedaqoji mövzularda mühazirələr oxumuşdur. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqogika fənnini tədris edir. Siyasi-pedaqoji, elmi mövzuda məqalələri çapdan çıxmışdır. 1965-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv seçilmişdir.

 

SƏRDAR QASIMOV

Sərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini ə’la qiymətlərlə başa vurmuş və ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur.

1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat kafedrasının dosenti və Azərbaycan EA Kibernetika İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. 20-yə yaxın elmi məqalənin müəllifidir. O, bir sıra ittifaq və respublika konfranslarının iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir.

 

SÜLEYMAN QASIMOV

Süleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun Faxralı kəndində fəhlə ailəsində anadan olmuşdur.

1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olmuşdur. 1982-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, iqtisadçı ixtisasına yiyələnmişdir.

1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə Xəzərdənizneftqaz İstehsalat Birliyində, 1992-ci ildə Azərneft neft və qazçıxarma baş idarəsində baş mühasib vəzifəsində çalışmışdır. 1994-cü ildən indiyədək Dənizdə neft və qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışır.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "Muhasibat uçotu və audit" kafedrasının dissertantı qəbul olunmuş, 2001-ci ildə "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə "Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

Süleyman Qasımovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik konfrans və simpoziumlarda çıxış edib, materiallar çap etdirmişdir.

Copyright © 2003 Borchali