Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]

RAZİM MƏMMƏDLİ (MƏMMƏDOV)

Razim Əli oğlu Məmmədli (Məmmədov) 1959-cu il iyun ayının 8-də Bolnisi rayonunun Akaurta (Ayorta) kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1976-cı ildə Akaurta orta məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra sənədlərini A.S. Puşkin (indiki S.S. Orbeliani) adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə vermiş, burada Azərbaycan dili və ədəbiyyatı; Rus dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir.

1983-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Razim Məmmədov doğma rayonlarına qayıtmış və Tapan kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Müəllimlik etməklə yanaşı Razim Məmmədov həm də elmi işlə məşğul olmağa həvəs göstərmişdir. Professor Şamil Qurbanovun rəhbərliyi ilə 1990-cı ildə Azərbaycan Dövlət Universitetində "Gürcüstanda nəşr olunan Azərbaycan dilli mətbuatda ədəbiyyat məsələləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Qısa müddət ərzində onun bir sıra nüfuzlu qəzet və jurnallarda xeyli məqaləsi işıq üzü görmüşdür.

1992-ci ilin əvvələrində Razim Məmmədov Bakı şəhərinə köçmüş, əvvəlcə Abdulla Şaiq mənzil muzeyində direktor müavini işləmiş, sonra isə Azərbaycan EA Beynəlxalq Münasibətlər İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. O, hal-hazırda həmin institutda Azərbaycan diasporu şö’bəsinin müdiri vəzifəsində çalışır.

Razim Məmmədov elmi iş aparmaqla yanaşı, həm də müxtəlif ali məktəblərdə müəllimlik etmişdir. O, M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Xəzər Universitetində "Azərbaycan ədəbiyyatı", "Azərbaycan dili", "Mədəniyyətşünaslıq", "Azərbaycan Mətbuat tarixi", "Jurnalistika tarixi" və s. fənlərdən dərs demişdir. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

Razim Məmmədov bir sıra qəzet və jurnallarda da işləmişdir. O, "Yurd", "Borçalı" jurnallarında, "Mübarizə", "Respublikaçı", "Mühakimə", "Borçalı" və s. qəzetlərdə şö’bə müdiri, baş redaktorun müavini, redaktor vəzifəsində işləmişdir.

1995-ci ildə Razim Məmmədovun "Gürcüstanda Azərbaycan dilli mətbuat" adlı kitabı işıq üzü görmüşdür. O, 69 elmi məqalənin müəllifidir.

 

RAFİQ BAYRAMOV

Rafiq Namaz oğlu Bayramov 1947-ci ildə Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.

1954-1965-ci illərdə kənd orta məktəbində oxumuşdur. Ali təhsilini 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsində almışdır.

1970-1971-ci illərdə Azərbaycan respublikası Üzümçülük və Şərabçılıq Komitəsi Tikilməkdə olan müəssisələr direksiyasında mühəndis vəzifəsində işləmişdir.

O, 1972-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmış, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1977-ci ilin iyul ayından 1989-cu ilin fevralına kimi Azərbaycan SSR Neft-Kimya Sənaye Nazirliyinin müəssisələrində böyük iqtisadçı, plan şö’bəsinin rəisi və Nazirliyin aparatında əməyin təşkili və əmək haqqı şö’bəsində aparıcı mühəndis vəzifələrində işləmişdir.

1989-1990-cı illərdə Azərbaycan SSR Məişət Nazirliyinin Layihə-Konstruktor Texnoloji İnstitutunun 2 saylı tədqiqat şö’bəsinin rəisi vəzifəsində işləmişdir.

1990-cı ilin iyunundan "Şelfneftqazavtomatika" mərkəzində plan-iqtisad şö’bəsinin rəisi vəzifəsindən mərkəzinn rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Rafiq Bayramov istehsalatda çalışmaqla yanaşı elmi fəaliyyətlə də məşğul olur. 1988-ci ildə Tbilisi Dövlət Universiteti nəzdində ixtisaslaşmış müdafiə şurasında iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün Bakı neftayırma zavodlarının timsalında "İstehsalat briqadalarının idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi" mövzusunda dissertasiya müdafiə etmişdir.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-enerji və kimya kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasının dosentidir. 20-dən çox elmi məqalənin müəllifidir. O, 10-dan çox elmi konfransda çıxış etmiş, məqalə çap etdirmişdir.

 

RƏFİQƏ XƏLİLOVA

Rəfiqə Zahid qızı Xəlilova 1938-ci il avqustun 16-da Tiflis şəhərində görkəmli riyaziyyatçı və mexanik Zahid İsmayıl oğlu Xəlilovun ailəsində anadan olmuşdur. O, 1946-cı ildə Bakıda birinci sinfə getmiş, 1956-cı ildə orta məktəbi bitirmişdir. ADU-nun fizika-riyaziyyat fakültəsinin riyaziyyat şö’bəsinə daxil olmuş, 1961-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. EA-nın aspiranturasına daxil olmuş, təhsilini MDU-da davam etdirmişdir.

Rəfiqə Xəlilovanın elmi fəaliyyəti operator əmsallı differensial operatorların spektral nəzəriyyəsinə həsr olunmuşdur.

Rəfiqə Xəlilova 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1968-ci ildən ömrünün axırına qədər BDU-nun riyazi analiz kafedrasında baş müəllim, dosent vəzifələrində çalışmışdır.

Rəfiqə Xəlilovanın 20-ə yaxın elmi-nəzəri məqaləsi Moskvanın, Bakının elmi jurnallarında çap olunmuşdur. Rəfiqə Xəlilova keçmiş ittifaqın və Respublikanın elm mərkəzlərində keçirilən konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Rəfiqə Xəlilova 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

RƏŞAD QASIMOV

Rəşad Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini ə’la qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır.

BDU-nun "Ali riyaziyyat" kafedrasının dissertantı olmuş və 1996-cı ildə Azərbaycan EA Mexanika və Riyaziyyat institutunda "Qeyri-xətti hiperbolik tənlik üçün qeyri-requlyar qarışıq məsələnin həllinin apraksimasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 12-yə qədər elmi məqalənin müəllifidir.

Hal-hazırda ARDNŞ "Xarici sərmayələr idarəsində" şö’bə müdiri vəzifəsində çalışır.

 

RƏŞİD ƏLİYEV

Rəşid Müseyib oğlu Əliyev 1940-cı il mayın 4-də Bolnisi rayonunun Daşdıqullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1947-ci tədris ilində həmin kənddəki səkkizillik məktəbin birinci sinfinə getmiş, 1955-ci ildə oranı bitirmişdir. 1955-ci ildə Bolnisi kənd təsərrüfatı Texnikumuna daxil olmuş, 1959-cu ildə oranı müvəffəqiyyətlə bitirmiş və aqrotexnik ixtisasına yiyələnmişdir. 1960-1963-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Ordu sıralarından tərxis olunduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirimişdir. 1969-cu ilin yanvar ayından Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində epizootologiya və mikrobiologiya kafedrası nəzdində mikrobiologiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş, 1971-ci ildə "Qoyunların mastitinin patogenezinin bə’zi məsələlərinin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. Bundan sonra institutda kiçik elmi işçi işləmişdir. 1976-cı ildən 1978-ci ilin iyuluna kimi Azərbaycan Kənd Təsərrüfatın İnstitutunda zebuçuluq üzrə problem laboratoriyasında baş elmi işçi işləmişdir.

1978-ci ilin iyun ayından parazitologiya və baytarlıq sanitariyasının ekspertizası kafedrasında assistent və 1985-ci ildən dosent vəzifəsində işləyir. Onun indiyə qədər 58 elmi əsəri, o cümlədən tədris proqramı, metodiki göstərişləri və dərs vəsaiti çap olunmuşdur. Rəşid Əliyev bu müddət ərzində ittifaq və respublika səviyyəli konfranslarda çıxış etmiş məqalələr çap etdirmişdir.

 

RƏHİLƏ RAMAZANOVA

Rəhilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültədə təhsilini "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur.

1990-cı ildə Azərbaycan Elmlər Akademiyası Geologiya institutunda əyani aspiranturaya daxil olmuşdur. 1994-cü ildən həmin institutda "Litologiya" ixtisası üzrə elmi işçi vəzifəsində işləmişdir. "Orta Kür çökəkliyinin təbaşir yaşlı süxurlarının postsedimentasion dəyişilməsi və onların kollektor xassələrinə tə’siri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir.

1995-ci ildən Azərbaycan Neft və Kimya Elmi-Tədqiqat institutunda baş laborant vəzifəsində çalışmış, bir neçə məqalənin müəllifi olmuşdur. 1998-ci ildə ABŞ-nın (Texas ştatında) Hyüston şəhərində yerləşən Texas universitetinin geologiya fakültəsinə daxil olmuş, 1999-cu ildə fakültəni bitirmişdir. Həmin ildən Texas universitetinin geologiya fakültəsi üzrə magistratura şö’bəsində təhsil almış və dissertasiya müdafiə edib elmi dərəcə almışdır. İngilis, rus və Azərbaycan dillərində yaxşı tərcümə etmə qabiliyyətinə malikdir.

 

RÖVŞƏN QƏMBƏROV

Rövşən Qəmbər oğlu Qəmbərov 1948-ci ildə Bolnisi rayonunun Arıxlı kəndində anadan olmuşdur. 1956-cı ildə Arıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1976-cı ildə oranı bitirmişdir.

Rövşən Qəmbərov 1976-1977-ci illərdə Tbilisi şəhərində uşaq xəstəxanasında internatura keçmiş, 1977-1979-cu illərdə Bolnisi rayonunda sahə həkimi işləmişdir. 1980-1982-ci illərdə Bakı şəhərində Ana və Uşaqları mühafizə institutunda klinik ordinaturada oxumuşdur.

1982-1985-ci illərdə Moskvada Pediatriya İnstitutunun aspiranturasında oxumuş və "Uşaqlarda respirator xəstəlikləri zamanı qan sidiklərində gedən morfoloji və sitokimyəvi dəyişikliklər" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

Rövşən Qəmbərov 1986-1990-cı illərdə Moskvada Pediatriya institutunda işləmişdir. 1990-1993-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində assistent kimi elmi fəaliyyətini davam etdirmiş, 1994-1996-cı illərdə Bakı Baş Səhiyyə idarəsində işləmişdir.

1997-ci ildən Bakı şəhərində uşaq poliknikasının baş həkimidir.

Rövşən Qəmbərov bir sıra elmi konfranslarda iştirak etmiş, elmi əsərləri çap olunmuşdur.

 

RÜFƏT ACALOV

Rüfət Ağaməmməd oğlu Acalov 1947-ci il iyunun 8-də Şəmkir rayonunun Zəyəm (Sabirkənd) kəndində anadan olmuşdur. Onun valideynləri Borçalının Bolnisi rayonundan olmuşlar. O, 1954-cü ildə Bakı şəhərinin 160 saylı rus orta məktəbinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir.

1965-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin me’marlıq şö’bəsinə daxil olmuş və 1971-ci ildə həmin fakültəni bitirmişdir.

Rüfət Acalov 1965-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda əmək fəaliyyətinə başlamışdır. O, 1970-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1980-ci ildə isə Azərbaycan KP MK nəzdində Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat fəalları fakültəsinin təsərrüfat rəhbərliyi şö’bəsini bitirmişdir.

1984-cü ildən 1990-cı ilə kimi YUNESKO-nun nəzdində Beynəlxalq Muzeylər Şurasının həqiqi üzvü seçilmişdir. 1976-cı ildən Bakı şəhər 26 Bakı Komissarı (indiki Səbael rayonu) Sovetinin bir neçə çağırış deputatı olmuşdur. Həmin illərdə Rayon Partiya Komitəsinin üzvü seçilmiş və xaricə gedən nümayəndə hey’ətinin sədr müavini tə’yin olunmuşdur (1998).

1978-ci ildə SSRİ Me’marlar İttifaqının, 1985-ci ildə Azərbaycan Me’marlar İttifaqının Rəyasət Hey’ətinin üzvü seçilmişdir. 1983-cü ildən 1990-cı ilə kimi SSRİ - Suriya Dostluq Milli Dünya Fondunun Azərbaycan üzrə həqiqi üzvü olmuş, bu təşkilatın SSRİ - Suriya şö’bəsinin Rəyasət Hey’ətinin üzvü seçilmişdir. 1982-ci ildə Azərbaycan Ali Sovetinin nəzdində Abidələrin Könüllü Mühafizəsi Cəmiyyətinin Rəyasət Hey’ətinin üzvü seçilmişdir.

Rüfət Acalov 1970-ci ildə Bakı şəhəri Baş Me’marlıq İdarəsində baş mühəndis, 1972-ci ildən Bakı şəhəri Səbael rayonunun baş me’marı vəzifəsində işləmişdir. 1979-1981-ci illərdə Qobustan dövlət qorğunda müdir vəzifəsini icra etmişdir. 1981-1990-cı illərdə Şirvanşahlar dövlət tarixi me’marlıq muzeyinin müdiri, 1990-1992-ci illərdə isə Kosmik Tədqiqatlar İnstitutunda inşaat işləri üzrə direktor müavini işləmişdir.

Rüfət Acalov elmi və pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1971-ci ildən 1973-cü ilə qədər Politexnik texnikumunda müəllim işləmişdir.

1992-ci ildən 1993-cü ilə kimi Şərq Me’marlıq Assosiasiyasının baş direktoru işləmişdir. 1993-cü ildə İçərişəhər Dövlət Tarixi Me’marlıq Qoruğuna şö’bə müdiri vəzifəsinə irəli çəkilmişdir.

Onun pedaqoji və elmi fəaliyyəti 30 elmi əsərdə, 15 elmi-praktik layihələrdə və 7 kitabda öz əksini tapmışdır. Bu müddət ərzində 10-a yaxın beynəlxalq, ittifaq və respublika səviyyəli konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir. 1986-cı ildə Rüfət Acalov Buenos-Ayres şəhərində "Muzeylərin gələcək nəsil üçün qorunması və saxlanılması" mövzusunda keçirilən beynəlxalq konfransda SSRİ nümayəndə hey’ətinin üzvü olmuşdur.

1987-ci ildə Bolqarıstanda keçirilən konfransda iştirak etmişdir.

Rüfət Acalov 1998-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 1999-cu ildə isə Şərq Me’marlıq Akademiyasının müxbir üzvü seçilmiş və həmin akademiyanın elmi katibi tə’yin olunmuşdur.

 

RÜŞDÜ HACIYEV

Rüşdü Şövkət oğlu Hacıyev 1947-ci il sentyabrın 30-da Bolnisi rayonunun Arıxlı kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

1971-ci ildə institutu bitirdikdən sonra Azərbaycanın müxtəlif səhiyyə ocaqlarında, bir müddət isə Bolnisi rayonunda həkim kimi fəaliyyət göstərmişdir. Moskvada praktik fəaliyyətlə yanaşı,. Elmi tədqiqatla da məşğul olmuş, 1986-cı ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

1988-ci ildən ali dərəcəli otolorinqoloq kimi fəaliyyət göstərmişdir.

Rüşdü Hacıyev 1990-cı ildən 1997-ci ilə kimi Bakıda "Azərsutikinti" xəstəxanasında işləmişdir. Dəfələrlə beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli elmi konfransların iştirakçısı olmuş, əsərləri çap olunmuşdur.

Rüşdü Hacıyev 1997-ci ildə Bakıda vəfat etmişdir.

 

RÖVŞƏN XƏLİLZADƏ

Rövşən Sabir oğlu Xəlilzadə 1972-ci il martın 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1979-cu ildə Faxralı kənd 8 illik məktəbinin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirmişdir.

Həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1995-ci ildə isə fərqlənmə diplomu ilə Universiteti bitirmişdir.

1995-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin nerocərrahiyyə kafedrasının klinik ordinatoru olmuşdur.

1997-2000-ci illərdə aspiranturada oxumuşdur.

2000-ci ildə "Hemorrogik institutlarda cərrahi müalicənin proqnozları" mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

Rövşən Xəlilzadənin elmi və pedaqoji fəaliyyəti 7 elmi məqalədə öz əksini tapmışdır.

Rövşən Xəlilzadə gənc mütəxəssis kimi 1 il xarici dövlətdə elmi e’zamiyyətdə olmuşdur.

Rövşən Xəlilzadə bu müddət ərzində bir neçə elmi-praktiki konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Hal-hazırda Azərbaycan Tibb Universitetinin neyro-cərrahiyyə kafedrasının assistentidir.

Copyright © 2003 Borchali