Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]

MÜBARİZ MƏMMƏDƏLİZADƏ

Mübariz Ömər oğlu Məmmədəlizadə 1954-cü il iyun ayının 8-də Bolnisi rayonunun Həsənxocalı kəndində anadan olmuşdur. 1960-cı ildə kəndlərindəki 8 illik məktəbin birinci sinfinə getmiş və 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra İmirhəsən orta məktəbində təhsilini davam etdirmişdir. 1970-ci ildə sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə vermiş və 1974-cü ildə həmin institutu ə’la qiymətlərlə bitirmişdir. 1974-cü ildə institutu bitirdikdən sonra Tərtər rayonuna tə’yinat almış və əvvəlcə Qaraağacı 8 illik, sonra isə Qazyan orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1977-ci ildə Azərbaycan Respublikası EA Coğrafiya İnstitutunun aspiranturasına qəbul olmuşdur. EA Coğrafiya institutunda yeni yaradılmış "Aerokosmik tədqiqatların coğrafiyaya tətbiqi" laboratoriyasında işləmişdir.

1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979-cu ildən e’tibarən institutda elmi fəaliyyətini davam etdirmiş, baş laborant, mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1986-cı ildə elmi tədqiqatlarını yekunlaşdıraraq "Aerofotomateriallardan istifadə etməklə Böyük Qafqazın cənub yamacının (Filfili və Muxax çaylararası) selli çay hövəzələrinin sel ocaqlarının landşaftının tədqiqi" mövzusunda dissertasiya müdafiə etmiş və coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ilin may ayından 1997-ci ilin axırlarına qədər Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində aparıcı müfəttiş vəzifəsində çalışmış və respublika meşələrinin və digər yaşıllıqlarının mühafizə edilməsində yaxından iştirak etmişdir. 1999-cu ildən Bakı şəhərinin 18 saylı orta məktəbində coğrafiyadan dərs deyir. 14 elmi və 7 elmi-kütləvi məqalənin müəllifidir.

Mübariz Məmmədəlizadə 2001-ci ilin fevralında Bakıda vəfat etmişdir.

 

MÜBARİZ ORUCOV

Mübariz Kazım oğlu Orucov 1958-ci il yanvar ayının 21-də Bolnisi rayonunun Abdallı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kəndə almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1981-ci ildə həmin Universiteti bitirmişdir. Tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində elmi fəaliyyətə başlamışdır. 1984-cü ildə Birliyin kartoqrafiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1981-ci ildən 1991-ci ilə qədər Kosmik Tədqiqatlar Elm İstehsalat birliyində baş laborantdan laboratoriya müdiri vəzifəsinə kimi yüksəlmişdir. Həmin İnstitutda çalışarkən müxtəlif yerlərdə 15-ə yaxın elmi əsəri dərc olunmuşdur.

1988-ci ildən e’tibarən Bakı Dövlət Universitetində ştatdan kənar müəllim kimi dərs deməyə başlamışdır. Sonradan Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə də’vət alaraq burada elmi pedaqoji fəaliyyətini davam etdirmişdir. Bakı Dövlət Universitetində çalışarkən Aerokosmik tədqiqatlara aid 20-yə yaxın elmi məqaləsi müxtəlif yerlərdə, o cümlədən ABŞ-da dərc olunmuşdur.

Hazırda Mubariz Orucov Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirərək baş müəllim vəzifəsində işləyir.

 

MÜRSƏL BUDAQOV

Mürsəl Qərib oğlu Budaqov 1920-ci ildə Bolnisi rayonundakı Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur. Doğma kəndində natamam orta təhsil aldıqdan sonra, Borçalı Türk Pedaqoji məktəbinə daxil olmuş və 1940-cı ildə həmin məktəbi bitirmiş və cəmi bir il Faxralı kəndindəki Şahbuz ibtidai məktəbində müəllim işləmişdir.

1941-ci ildə müharibəyə səfərbər olunmuşdur. 1943-cü ilin aprelində müharibə əlili kimi ordudan tərxis olunmuşdur. M. Budaqov I və II dərəcəli Böyük Vətən Müharibəsi ordenləri və başqa medallarla təltif olunmuşdur.

Ordudan tərxis edildikdən sonra üç ilə yaxın kənd məktəbində müəllim işləmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirib "marksizm-leninizm və marksist-leninçi fəlsəfə" müəllimi ixtisası üzrə diplom almışdır.

M. Budaqov 1951-ci ilin iyulundan 1952-ci ilədək Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunda kiçik elmi işçi, 1952-ci ildən 1955-ci ilədək "Stalin adına Azərbaycan partiya təşkilatı muzeyində" (sonra V.İ. Lenin adına Mərkəzi Muzeyin Bakı filialı adlandırılmışdır) mühazirəçi işləmişdir. 1963-cü ildən M. Budaqov öz taleyini ali məktəblə - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə bağlamışdır. O, ömrünün axırınadək 30 il institutun fəlsəfə kafedrasında baş müəllim, dosent vəzifələrində işləmişdir.

1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almış, 1976-cı ildə isə dosent seçilmişdir.

M. Budaqov tədris işini elmi işlə üzvi surətdə əlaqələndirərək insan şəxsiyyətinin formalaşmasına dair onlarca elmi məqalə dərc etdirmiş, metodiki vəsaitlər yazmışdır.

M. Budaqov 1994-cü ildə vəfat etmişdir.

 

NADİR QURBANOV

Nadir İsa oğlu Qurbanov 1940-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə hərbi hissədən tərxis olunduqdan sonra 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin fakültəni bitirmişdir.

1974-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Zoologiya İnstitutunda aspiranturaya daxil olmuşdur. 1983-cü ildə Moskva şəhərində "Azərbaycanda Qazkimillərin ekologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun 8 elmi əsəri çap olunmuşdur. 1969-1971-ci illərdə Xaçmaz rayonunun Aşağı-Zeid kəndində müəllim işləmişdir. 1971-ci ildə Qabaqcıl Maarif xadimi adına layiq görülmüşdür.

1971-ci ildə Azərbaycan respublikası müəllimləri təkmilləşdirmə institutunda metodist vəzifəsində işləmişdir. 1995-ci ildən Səbail Rayon Təhsil şö’bəsində metodist vəzifəsində işləyir.

 

NƏRİMAN QURBANOV

Nəriman Alxas oğlu Qurbanov 1949-cu il iyunun 2-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qoçulu orta məktəbini bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geologiya şö’bəsinə daxil olmuşdur. 1971-ci ildə ADU-nu (indiki BDU) bitirdikdən sonra Azərbaycan EA-nın Geologiya institutuna mühəndis-geoloq vəzifəsinə işə qəbul edilmişdir. 1973-cü ildən isə elmi işçi vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

1984-cü ildə "Meğri-Ordubad" plutonunun (K.Qafqaz) cənub-qərb hissəsinin filizli metatematitlərinin əmələ gəlmə şəraiti və mineraloji-geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən isə Azərbaycan Dövlət elmi-tədqiqat layihə nəcib, nadir və əlvan metallar institutunda aparıcı elmi işçi vəzifəsində işləyir. İnstitutunun Elmi Şurasının üzvüdür. 21 məqalənin, 9 elmi-tədqiqat işinin, 2 elmi layihənin müəllifidir. Əsərləri əsasən Azərbaycan Respublikasının Naxçıvan MR-nın, Gədəbəy filiz qovşağının filiz yataqlarının metasomatetlərinin (dəyişmiş süxurların) minerologiyasına, geokimyasına, filizliliyinə və əmələ gəlmə şəraitinin öyrənilməsinə həsr edilmişdir.

 

NƏBİ ƏHMƏDLİ

Nəbi Əhməd oğlu Əhmədli 1938-ci ildə Borçalının Bolus rayonunun (indiki Bolnisi rayonu) Aşağı Qoşakilsə kəndində kolxozçu ailəsində anadan olmuşdur.

Doğma kəndində 8 illik məktəbi bitirdikdən sonra 1955-ci ildə Arıxlı orta məktəbini bitirmişdir. Nəbi Əhmədli hələ 8 illik məktəbdə oxuyarkən şe’rə, poeziyaya çox həvəsi olmuş, gənc yaşlarında rayonun "Al Bayraq", Gürcüstan Respublikasının "Şərqin Şəfəqi" qəzetlərində daima şe’r və məqalələri çap olunmuş, "Nəbi Vətənli", "Nəbi Şeyda", "Nəbi Əhmədoğlu" imzası ilə vaxtaşırı çıxış etmişdir. O, 1956-cı ildə ADU-nun (Bakı Dövlət Universitetinin) tarix fakültəsinə daxil olmuş, 1961-ci ildə həmin fakültəni bitirmişdir.

Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasında elmi işçi kimi akademik Ə. Sumbatzadənin rəhbərliyə ilə elmi fəaliyyətə başlamışdır. 1967-ci ildə "Sovet Azərbaycanında sənayedə tikinti materiallarının inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Uzun müddət Elmlər Akademiyasında elmi işçi, eyni zamanda Xalq Təsərrüfatı İnstitutunda müəllim (iqtisadi tarix üzrə), "Elm" jurnalında redaktor işləmişdir. Sonralar Azərbaycan Elmlər Akademiyasında ictimai elmlər bölməsində elmi katib vəzifəsində çalışmışdır.

"Vışka", "Kommunist", "Bakinskiy raboçi", "Zarya Vostoka", Moskvanın mərkəzi jurnallarında çoxlu sayda məqalələr çap etdirmişdir.

Nəbi Əhmədli 1976-cı ildə Bakıda vəfat etmişdir.

 

NƏSİB HACIYEV

Nəsib Qurban oğlu Hacıyev 1915-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Saraclı kəndində anadan olmuşdur. Natamam orta təhsilini kənd məktəbində almış, 1934-cü ildə Tbilisi Pedaqoji Texnikumunu bitirmişdir.

Bir müddət Borçalının kəndlərində müəllimlik etmiş, 1941-ci ildə Lüksemburq rayonu (Bolnisi) Xalq Məhkəməsinin sədri seçilmişdir. İkinci dünya müharibəsinin iştirakçısı olmuşdur. Ordudan tərxis olunduqdan sonra Qarayazı rayonunun partiya və sovet təşkilatlarında mə’sul vəzifələrdə çalışmış, rayon Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Nəsib Hacıyev 1949-cu ildə Tbilisi Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirmişdir. Bir neçə əcnəbi dili yüksək səviyyədə bilmişdir. 1960-cı ildə Gürcüstan SSR Ali Məhkəməsi Rə’yasət hey’ətinin üzvü seçilmişdir. Əmək fəaliyyətilə yanaşı elmi iş üzərində gərgin çalışaraq dissertasiya mövzusunu tamamlayıb müdafiə şurasına təqdim etmişdir.

Nəsib Hacıyev 1967-ci ildə "Sovet cinayət hüququ üzrə şərti məhkumluq" mövzusunda dissertasiya müdafiə etmiş, hüquq elmləri namizədi elmi dərəcəsi almışdır. Onun 10-dan çox elmi əsəri çap olunmuşdur.

Bir çox hökumət təltifləri olan, Gürcüstanın əməkdar hüquqşünası, Respublika əhəmiyyətli pensiyaçı Nəsib Hacıyev 1976-cı ildə vəfat etmişdir. Məzarı Tbilisi şəhərindədir.

 

NİZAMİ LƏZGİYEV

Nizami Yusif oğlu Ləzgiyev 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Orta məktəbi 1967-ci ildə gümüş medalla bitirmiş, ADU-nun kimya fakültəsinə daxil olmuş, 1972-ci ildə isə oranı bitirmişdir. Tə’yinatla Qax rayon Maarif şö’bəsinə göndərilmiş və orada 1972-1974-cü illərdə kimya müəllimi vəzifəsində çalışmışdır. 1974-cü ildə AzPİ-nin "Analitik kimya və kimya texnologiyası" kafedrasında əvvəlcə kiçik elmi işçi işləmiş, 1975-1978-ci illərdə isə əyani aspiranturada təhsil almışdır. 1986-cı ildə Yerevan şəhərində Üzvi kimya institutunun elmi şurasında dissertasiya müdafiə edib elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Nizami Ləzgiyevin elmi və pedaqoji fəaliyyəti 35 elmi əsərdə, o cümlədən dərs vəsaitində öz əksini tapmışdır. Əsərləri Buxarestdə, Budapeştdə, Moskvada çap olunmuşdur. 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. Hal-hazırda Azərbaycan Texnologiya İnstitutunun dosentidir.

 

NİYAZ İMANOV

Niyaz Allahyar oğlu İmanov 1943-cü il avqustun 5-də Bolnisi rayonunun Babakişilər (Musopriani) kəndində anadan olmuşdur. 1959-cu ildə Bolnisi şəhər orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1965-ci ildə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlamış, 1968-1970-illərdə İnstitutun aspiranturasında təhsil almışdır. 1971-ci ildə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1975-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şö’bə müdiri vəzifəsində işləyir. Təbii dağıdıcı proseslərin aerokosmik üsullarla tədqiqi sahəsində tədqiqatlar aparır.

Çoxsaylı elmi işlərin, bir neçə kitab və monoqrafiyaların müəllifidir.

Niyaz İmanovun elmi-pedaqoji fəaliyyəti 35 elmi məqalədə, 1 monoqrafiyada, 8 elmi hesabatda öz əksini tapmışdır. O, 20 beynəlxalq və respublika səviyyəli konfransda iştirak edib məqalələr çap etdirmişdir.

Niyaz İmanov 20 ildir ki, indiki Bakı Dövlət Universitetində müəllimlik edir.

 

NURƏDDİN ŞƏRİFOV

Nurəddin Xaləddin oğlu Şərifov 1954-cü il oktyabrın 3-də Bolnisi rayonunun Arıxlı kəndində anadan olmuşdur. 1962-ci ildə Arıxlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirib Azərbaycan Politexnik institutuna daxil olmuşdur. 1972-ci ildə Politexnik institutundan sənədlərini götürüb, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə vermiş və həmin fakültəyə daxil olmuşdur. 1977-ci ildə Universiteti bitirdikdən sonra Xaçmaz rayonunun Uzunoba kənd məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-cı ilin avqustunda Azərbaycan Politexnik İnstitutunun "Tətbiqi Riyaziyyat" kafedrasında (indiki "Riyaziyyat 2") baş laborant vəzifəsinə işə düzəlmiş, 1982-ci ildə həmin kafedranın qiyabi aspiranturasına daxil olmuş, 1986-cı ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün "Deformasiya gərginliyinin vəziyyəti ilə çubuqların daxili istilik mənbəyinin yayılmasının araşdırılması" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Hal-hazırda "Riyaziyyat 2" kafedrasında dosent vəzifəsində çalışır. İndiyə qədər 15 elmi məqalənin və 7 metodik göstərişin müəllifidir.

Nurəddin Şərifov 6 elmi konfransda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

ÖMƏR QOÇULU

Ömər Məhəmməd oğlu Ömərov - Ömər Qoçulu 1943-cü ildə Qoçulu kəndində ziyalı ailəsində anadan olmuşdur.

Ömər Qoçulu 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun me’marlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakı idman konsert kompleksi" diplom layihəsi "ə’la" qiymətləndirilmiş və gənc me’mar tə’yinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi me’marlıq layihələri hazırlamışdır. Bakı Məişət Kondisionerləri Zavodu, Azərbaycan AES, Gəncə Avtomobil Zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur.

Me’mar kimi tam püxtələşmiş Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim də’vət olunmuş və burada öz bilik və təcrübəsini tələbə me’marlara öyrətməyə çalışmışdır.

1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıdaraq yenidən yaradıcılıq fəaliyyətinə başlamışdır.

Ömər Qoçulunun layihələri əsasında Bakıda və respublikanın bir çox bölgələrində 60-a yaxın müxtəlif ölçülü və profilli mədəni-məişət, sənaye-nəqliyyat, ictimai-inzibati, sağlamlıq-idman və s. komplekslər ucadılmışdır. Belə tikililərdən Bakıda Qəzet-nəşriyyat kompleksi, Şəhidlər xiyabanı, "Səbail" dənizkənarı uşaq istirahət guşəsi, "Fəvvarələr meydanı", S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, "Yaşıl teatr", Bərdədə 1941-1945-ci illər müharibəsində həlak olmuş bərdələlilərin xatirə-abidə kompleksi, Qərvənndə (Ağdam) "Səadət sarayı", Şəkidə aeroportun binası və s. əsl sənət inciləridir.

Ömər Qoçulunun Bakının Mətbuat prospektindəki Qəzet-nəşriyyat kompleksi və Dənizkənarı parkdakı "Səbail" uşaq istirahət guşəsi SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medallarına layiq görülmüşdür. "Fəvvarələr meydanı" Ümumittifaq müsabiqəsində "İlin ən yaxşı layihəsi" kimi qeyd olunmuşdur.

Naxçıvan şəhərində Hüseyn Cavidin məqbərəsi layihəsi isə Azərbaycan Me’marlar İttifaqının xüsusi diplomunu almışdır.

Ömər Qoçulu praktiki yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşğuldur. O, 1989-cu ildə Moskvada "Azərbaycan sənaye me’marlığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İndiyədək 18 elmi məqaləsi çap olunmuşdur.

Ömər Qoçulu me’mar, alim, pedaqoq olaraq fəaliyyətini davam etdirir, yaradıcılıq işləri ilə paralel İnşaat Mühəndisləri Universitetinin me’marlıq fakültəsinin dosentidir, müasir me’marlıq fənnindən dərs deyir.

Ömər Qoçulu respublikanın Əməkdar Me’marı kimi fəxri ada layiq görülmüşdür. Uzun illərdir ki, Azərbaycan Me’marlar İttifaqının Rəyasət Hey’ətinin üzvüdür. Ömər Qoçulu öz sənətinin vurğunu və yorulmaz təbliğatçısıdır. Onun 1978-ci ildən e’tibarən mütəmadi olaraq respublika radiosu və televiziyasında, qəzet və jurnallarda Azərbaycan və dünya me’marlığına həsr olunmuş çıxışları və məqalələri maraq doğurur. Onun elmi və pedaqoji fəaliyyəti 35 elmi əsərdə və 2 fundamental monoqrafiyada öz əksini tapmışdır.

Ömər Qoçulu indiyədək 15 beynəlxalq və ittifaq, 20 respublika səviyyəli elmi, 30 praktiki konfransların iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.

Me’mar-alim Ömər Qoçulu eyni zamanda lirik şe’rlər, sənədli hekayələr də yazmışdır. Bəstəkarlardan Elza İbrahimova, Cavanşir Quliyev, Faiq Sücəddinov onun sözlərinə musiqi bəstələmişlər. "Nənəmin nağılı" povesti onun iste’dadlı qələmindən xəbər verir. Ömər Qoçulunun haqqında "Ömrüm boyu körpü salmaq istəmişəm…" telefilmi çəkilmişdir.

PƏNAH MAHMUDOV

Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (Bolnisi) Faxralı kəndində anadan olmuşdur. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmışdır.

1944-cü ildə rayonun partiya komitəsinə işə qəbul olunan gənc Pənah Mahmudov 1947-ci ildə Tiflisdəki ikiillik partiya məktəbinə göndərilmişdir. Partiya məktəbini bitirdikdən sonra o, 1949-cu ildə Marneuli rayonunun maarif şö’bəsinə müdir tə’yin edilmişdir.

1951-ci ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Pənah Mahmudov rayondakı maarif işindən ayrılmış, Azərbaycan Dövlət Universitetinin fəlsəfə bölməsinə daxil olmuşdur. ADU-nu bitirib fəlsəfə kafedrasında saxlanılmış, kafedrada laborant, müəllim işləməklə yanaşı, din sahəsində araşdırmalar aparmışdır. 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Pənah Mahmudovun "Elm dini mö’cüzələri rədd edir" adlı kitabı nəşr olunmuşdur.

Onun "Marksist Ateizm və humanizm", "Kommunist tərbiyəsində ateizm təbliğatı", "Elmi ateizm üzrə ixtisasa giriş" (metodik göstəriş), "Dini mö’cüzələr varmı?" kitabları da çap olunmuşdur. Bu tədqiqatlarda dinin elmi şərhi sahəsindəki səmərəli ideya xətti əsas olmuşdur.

Bütün bu müddət ərzində Pənah Mahmudov pedaqoji fəaliyyətini də gücləndirib dosent elmi dərəcəsini qazanmışdır.

Pənah Mahmudovun son tədqiqatı fəlsəfə alimləri Mikayıl Məmmədov və Maqsud Cəlilovla birgə yazdıqları "Cəmiyyət, din və ateizm" kitabıdır.

Pedaqoq alimin tədqiqatçılıq fəaliyyətinin bir qismi elmi məqalələr şəklində ifadə edilmiş, yüzdən çox elmi məqalə yazmışdır. Respublikada və keçmiş ittifaq miqyasında elmi konfranslarda, simpoziumlarda mə’ruzələrlə çıxış etmişdir.

Pənah Mahmudov xalqımızın folklor yaradıcılığına xüsusi maraq göstərən ziyalılarımızdan olmuşdur. Xüsusilə Borçalının saz, söz ustadları Aşıq Əmrahın, Aşıq Kamandarın sənəti barədə məqalələr yazaraq onların Azərbaycanda tanınmasına kömək etmişdir.

Pənah Mahmudov 2000-ci ilin oktyab ayında Bakıda vəfat etmişdir.

 

POLAD GÜLMƏMMƏDOV

Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.

1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.

1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.

1999-cu ildə namizədlik dissertasiyası müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Donetsk şəhərinin tarixində ilk alimdir ki, 26 yaşında tibb elmləri namizədi olmuşdur.

Polad Gülməmmədovun elmi və pedaqoji fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. O, bu müddət ərzində 10 beynəlxalq, respublika və vilayət səviyyəli konfranslarda yaxından iştirak edərək elmi materiallar çap etdirmişdir. Hazırda Donetsk Dövlət Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında assistent vəzifəsində öz əmək və elmi fəaliyyətini davam etdirir. Doktorluq işini tamamlamaq üzrədir.

 

POLAD POLADOV

Polad Məhəmməd oğlu Poladov 1930-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə institutu bitirdikdən sonra Faxralı orta məktəbində əmək fəaliyyətinə başlamışdır. Elmə olan marağı onu 1962-ci ildə Bakıya qaytarmışdır. Əvvəlcə Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) kimya kafedrasında baş laborant kimi fəaliyyət göstərən Polad Poladov sonralar assistent, baş müəllim olmuş, 1972-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra baş müəllim, 1977-ci ildən dosent və 1991-ci ildən isə professor kimi fəaliyyət göstərmişdir. Polad Poladovun 50 elmi əsəri, 7 kitabı və bir neçə dərs vəsaiti çap olunmuşdur. O, 10-a yaxın elmi konfranslarda, kimya və biologiyanın xalq təsərrüfatına tətbiqi və s. problemlər üzpə məruzələr etmiş, materiallar çap etdirmişdir. Polad Poladovun elmi-pedaqoji fəaliyyəti 1981-ci ildə XII Mendeleyev qurultayının 2 medalı, "Gənc kimyaçılar" ümumittifaq olimpiadasının qalibi diplomu, "Sosializm yarışının qalibi" döş nişanı və 1988-ci ildə "Əmək veteranı" medalı ilə qiymətləndirilmişdir.

 

PÜNHAN ƏFƏNDİYEV

Pünhan Mustafa oğlu Əfəndiyev 1938-ci il avqust ayının 20-də Borçalı mahalının (indiki Bolnisi rayonu) Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Kəpənəkçi kəndində 8 illik məktəbin birinci sinfinə getmiş, kənddə orta məktəb olmadığından 1955-ci ildə oxumaq üçün Arıxlı kəndinə getmişdir. 1957-ci ildə orta məktəbi bitirmiş, Kəpənəkçi axşam gənclər məktəbində müəllim kimi işə başlamışdır.

1958-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə oranı bitirdikdən sonra Bakı şəhərində yerləşən Azərbaycan çuma (Taun) xəstəliyinə qarşı mübarizə stansiyasına tə’yinat alıb işə başlamışdır. Bir müddət burada işlədikdən sonra Azərbaycanın Hadrut rayonunda çuma (Taun) xəstəliyi əleyhinə mübarizə şö’bəsində işləmişdir.

1964-cü ildə Respublika Sanitar Epidemioloji stansiyasına işə də’vət olunmuşdur. 1965-ci ilin mart ayından Azərbaycan Dövlət Universiteti biologiya fakültəsinin "Ali bitkilərin morfologiya və sistematikası" kafedrasına laborant vəzifəsinə işə də’vət olunmuşdur, burada baş laborant, assistent, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda həmin kafedrada dosent və Ali İctimai Siyasi Universitetində prorektor vəzifəsində çalışır.

Pünhan Əfəndiyev 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda aspiranturaya daxil olmuş, "Böyük Qafqazın Şimal-Şərq hissəsində yerləşən Vəlvələçay hövzəsinin florası, bitki örtüyü və fitomeliorativ xüsusiyyətləri" mövzusunda dissertasiya işini 1975-ci ildə müdafiə etmiş, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Tədqiq etdiyi mövzu üzrə 50-yə qədər məqalə, metodik göstərişlər çap etdirmişdir. Bir dərsliyi (Geobotanika) çapa hazırdır. Bir sıra elmi konfranslarda iştirak etmişdir.

Copyright © 2003 Borchali