|
ELMLƏR NAMİZƏDLƏRİ
ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ
[A] [B-E] [Ə] [F-İ]
[K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]
FAİQ NAMAZOV
Faiq Mirzəli oğlu Namazov 1972-ci il
iyulun 3-də Bolnisi rayonunun Darvaz kəndində
anadan olmuşdur. 1989-cu ildə Darvaz orta məktəbini
bitirmiş və Azərbaycan Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur.
Faiq Namazov 1994-cü ildə universiteti
fərqlənmə diplomu ilə bitirmiş və universitetdə
saxlanmışdır.
1995-1999-cu illərdə Bakı Dövlət
Universitetinin aspiranturasında oxumuşdur.
Hazırda universitetin differensial tənliklər
kafedrasında işləyir.
Faiq Namazov professor Karlen
Xudaverdiyevin elmi rəhbərliyi ilə "Uzun
dalğaların simmetrik requlyarizə edilmiş bir
sinif yarımxətti tənlikləri üçün bir ölçülü
qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda
namizədlik dissertasiyası yazmış və 2001-ci ildə
müdafiə etmişdir.
Bir sıra beynəlxalq və respublika
səviyyəli elmi konfranslarda iştirakçı olmuş və
elmi mə’ruzələrlə çıxış etmişdir.
Faiq Namazovun elmi və pedaqoji
fəaliyyəti 10-dan çox elmi əsərdə öz əksini
tapmışdır.
FƏRHAD NOVRUZOV
Fərhad Xanəhməd oğlu Novruzov 1936-cı
ildə Qoçulu kəndində anadan olmuşdur. Orta
məktəbi qızıl medalla bitirmiş və sənədlərini
Birinci Moskva Tibb İnstitutuna vermişdir. 1961-ci
ildə həmin institutu müvəffəqiyyətlə
bitirdikdən sonra Fərhad Novruzov akademik B.A.
Petrovun ordinaturasında çalışdıqdan sonra
Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna
göndərilmiş və 1967-ci ildə burada tibb elmləri
namizədi elmi dərəcəsi almaq üçün dissertasiya
müdafiə etmişdir.
Fərhad Novruzov 1971-ci ildə SSRİ
Səhiyyə Nazirliyi tərəfindən Keniyaya
göndərilmiş və ölkənin paytaxtı Nayrobi
şəhərinin baş cərrahı kimi fəaliyyət
göstərmişdir. Onun bir neçə illik gərgin əməyi
nəticəsində burada eksperimental cərrahiyyənin
əsası qoyulmuşdur.
Geri döndükdən sonra Fərhad Novruzov
SSRİ Səhiyyə Nazirliyi yanında 4-cü baş idarənin
klinik xəstəxanasına də’vət olunmuşdur. O,
burada baş cərrah vəzifəsində çalışmış, eyni
zamanda elmi-tədqiqat işlərini davam etdirərək
doktorluq dissertasiyası üzərində işləmişdir.
1984-cü ildə dissertasiyasının
avtoreferatı çapdan çıxıb, müdafiə günü tə’yin
olunsa da, vaxtsız ölüm iste’dadlı alim-cərrah
Fərhad Novruzovun arzusunu gözündə qoymuşdur.
FİRUDİN MƏMMƏDOV
Firudin Osman oğlu Məmmədov 1957-ci ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur.
1964-1974-cü illərdə Saraclı orta
məktəbində oxumuş, 1974-cü ildə Azərbaycan Dövlət
Universitetinin Mexanika riyaziyyat
fakültəsinə daxil olmuşdur.
1979-cu ildə Universitetdə təhsilini
başa vurduqdan sonra Lerik rayonunun Bistan
kəndində dörd il riyaziyyat müəllimi işləmişdir.
1983-1984-cü illərdə Azərbaycan Politexnik
İnstitutunun "Nairi 3-1" laboratoriyasında
riyaziyyatçı-proqramçı vəzifəsində işləmiş,
1984-cü ildə həmin İnstitutda aspiranturanın əyani
şö’bəsinə daxil olmuşdur.
1991-ci ildə "Differensial operatorlar
üçün çəkili bərabərsizliklər və onların
tətbiqi" mövzusunda dissertasiya müdafiə etmiş,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Azərbaycan Texniki Universitetinin
"Ali riyaziyyat" kafedrasında laborant, baş
müəllim vəzifəsində çalışmışdır. Hazırda həmin
kafedranın dosentidir.
Firudin Məmmədovun elmi-pedaqoji
fəaliyyəti 10 elmi məqalədə öz əksini tapmışdır.
O, bir neçə elmi konfranslarda çıxış etmişdir.
FLORA ƏHMƏDOVA
Flora Ələddin qızı Əhmədova 1963-cü ildə
Bolnisi rayonunun Cəfərli kəndində müəllim
ailəsində anadan olmuşdur. 1970-ci ildə Cəfərli 8
illik məktəbində, 1978-ci ildən isə həmin rayonun
Qoçulu kənd orta məktəbində oxumuşdur. 1982-ci ildə
Azərbaycan Dövlət Pedaqoji institutunun (indiki
ADPU-nun) kimya-biologiya fakültəsinin
"Biologiya" şö’bəsinə daxil olmuş, 1987-ci ildə
həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə
başa vurmuşdur. 1987-ci ildən 1991-ci ilə qədər
Bolnisi şəhərində pedaqoji fəaliyyət
göstərmişdir. 1991-ci ildə Azərbaycan Respublikası
Kənd Təsərrüfatı nazirliyinin Elmi-Tədqiqat
Əkinçilik institutunda "Bitki fiziologiyası"
ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
1996-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə
edərək, biologiya elmləri namizədi elmi
dərəcəsinə layiq görülmüşdür. Həmin ildən
Elmi-Tədqiqat Əkinçilik institutunun "Bitki
fiziologiyası" laboratoriyasında kiçik elmi
işçi vəzifəsində çalışır. 10-dan çox elmi
məqalənin müəllifidir.
Flora Əhmədova bir neçə ittifaq və
respublika səviyyəli elmi konfransların
iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.
HACI NOVRUZOV
Hacı Xanəhməd oğlu Novruzov 1932-ci il
mayın 25-də Borçalı mahalının Bolus
nümayəndəliyinin (Bolnisi rayonu) Qoçulu
kəndində anadan olmuşdur. 1950-ci ildə Arıxlı
kəndində orta məktəbi bitirmiş, həmin ildə
APİ-nin (indiki ADPU-nun) coğrafiya fakültəsinə
daxil olmuş, oranı 1954-cü ildə bitirmişdir.
1954-1962-ci illərdə Faxralı, İmirhəsən və Qoçulu
orta məktəblərində müəllim işləmiş, 1962-ci ildə
APİ-nin pedaqogika kafedrasında aspiranturaya
daxil olmuş, oranı 1966-cı ildə bitirmişdir. Hacı
Novruzov 1966-cı ildə "Şagirdlərin ateist
tərbiyəsi" mövzusunda dissertasiya müdafiə
etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi
almışdır. 1966-cı ildən 1967-ci ilə kimi kafedrada baş
laborant, 1970-ci ildən müəllim, baş müəllim və
dosent vəzifələrində çalışmışdır. O, 1983-cü ildən
1988-ci ilə kimi coğrafiya fakültəsində dekan
müavini vəzifəsini icra etmişdir.
Hacı Novruzov 150-dən çox elmi, pedaqoji
kitab və jurnal məqalələrinin müəllifidir. Onun
"Şagirdlərin ateist tərbiyəsi", "Şagirdlərin
dünyagörüşünün formalaşdırılmasının
elmi-pedaqoji əsasları", "Pedaqogikaya giriş",
"Tələbələrin pedaqoji təcrübəsi", "Pedaqogika
və şəxsiyyətin formalaşdırılması", və s. kimi
kitabları pedaqoji ictimaiyyətə yaxşı
mə’lumdur.
O, 1973-cü ildə Azərbaycan Maarif
Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuş ,
ADPU-nun 60 illik yubileyi münasibətilə fəxri
fərmanla mükafatlandırılmışdır. 1988-ci ildə
uzunmüddətli pedaqoji fəaliyyətinə görə "Əmək
veteranı" medalına layiq görülmüşdür. Hacı
Novruzov uzun müddət qüsurusuz pedaqoji
fəaliyyətinə görə 1993-cü ildə rektorluğun xüsusi
yazılı təşəkkürünü almışdır.
HƏSƏNƏLİ ƏLİZADƏ
Həsənəli Əli oğlu Əlizadə 1922-ci ildə
Borçalı mahalının Bolus nümayəndəliyinin
Faxralı kəndində anadan olmuşdur. 1931-ci ildə
Faxralı orta məktəbinin 1 sinfinə getmiş, 1941-ci
ildə həmin məktəbi bitirmişdir. 1941-ci ildə hərbi
xidmətə çağırılmış, 1942-ci ildə cəbhədə yaralanıb
və həmin ilin sonunda ordudan tərxis olunmuşdur.
1943-1945-ci illərdə kolxozda mühasib işləmişdir.
1945-ci ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutuna daxil olmuş, 1949-cu ildə həmin
institutu bitirmişdir. 1949-1950-ci illərdə Mərkəzi
Statistika İdarəsinin Tovuz rayon şö’bəsində
müfəttiş, 1950-1952-ci illərdə mühasib, 1952-1955-ci
illərdə Gəncə vilayət maliyyə şö’bəsində vergi
üzrə baş müfəttiş vəzifələrində çalışmışdır.
1955-ci ildən ömrünün sonunadək Azərbaycan kənd
təsərrüfatı Akademiyasının mühasibat uçotu və
statistika kafedrasında dosent vəzifəsində
çalışmışdır. 1971-ci ildə namizədlik
dissertasiyasını müdafiə etmiş və iqtisad
elmləri namizədi elmi dərəcəsi almışdır. 40-dan
çox elmi, elmi-metodik göstərişin müəllifidir.
Bir neçə dəfə keçmiş ittifaq və respublika
konfranslarının iştirakçısı olmuş, məqalələr
çap etdirmişdir.
HÜSEYN QURBANOV
Hüseyn Namaz oğlu Qurbanov 1948-ci ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur. 1954-1965-ci illərdə kənd orta məktəbində
təhsil almışdır.
Məktəbi gümüş medalla bitirdikdən
sonra 1965-ci ildə Azərbaycan Dövlət
Universitetinin kimya fakültəsinə daxil olmuş,
1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş,
tə’yinatla 2 il müəllim işləmişdir.
1972-ci ildən 1983-cü ilədək Azərbaycan
Elmlər Akademiyasının Neft-Kimya Prosesləri
İnstitutunda çalışmışdır. 1983-1986-cı illərdə həmin
institutunun aspiranturasında oxumuş, 1988-ci ildə
"Sintetik neopolyolların mürəkkəb efirlərinin
sintezi, onların sürtkü materiallarının əsası və
komponent kimi tədqiqi" mövzusunda
dissertasiya müdafiə edib kimya elmləri
namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildən
"Sintetik sürtkü yağlarının sintezi və
texnologiyası" laboratoriyasında baş elmi işçi
vəzifəsində çalışır. 35 elmi əsərin, 4 patentin
müəllifidir. 10-dan çox ittifaq və respublika
konfranslarında iştirak edərək, elmi məqalələr
çap etdirmişdir.
HÜSEYN MƏMMƏDOV
Hüseyn Sayad oğlu Məmmədov 1942-ci il
martın 17-də Bolnisi rayonunun Aşağı Qoşakilsə
kəndində anadan olmuşdur. Kənd 8 illik məktəbini
bitirdikdən sonra Saraclı orta məktəbini
bitirmişdir.
1958-ci ildə Azərbaycan Politexnik
institutunun mexanika fakültəsinə daxil olmuş,
1963-cü ildə həmin institutu bitirmişdir.
Tə’yinatla Mingəçevir şəhərində
"Azərelektroizolyasiya" zavodunda mühəndis
kimi işə başlamışdır.
1964-1966-cı illərdə hərbi xidmətdə olmuş,
1966-1969-cu illərdə həmin zavodda konstruktor
şö’bəsinin rəisi, zavodun baş mexaniki
vəzifəsində işləmişdir.
1969-1971-ci illərdə strateji raket
qoşunlarında cihazların mühəndis - dövlət
yoxlayıcısı vəzifəsində xidmət etmişdir.
1971-ci ildən Mingəçevirdə sənaye
kombinatının direktor müavini, sonra həmin
kombinatın direktoru işləmişdir.
1976-cı ildə Mingəçevir yol maşınları
zavodunda çalışmışdır. Qısa müddət işlədikdən
sonra müasir yol maşınları istehsalının əsasını
qoymuşdur.
Hüseyn Məmmədov Qarşılıqlı İqtisadi
Yardım Şurasında (QİYŞ) 1986-1991-ci illərdə İqtisadi
və Elmi-Texniki əməkdaşlıq üzrə maşınqayırma
sahəsinə aid beynəlxalq müşavirələrdə Polşada,
Çexoslovakiyada, Rumıniyada, Macarıstanda və
Yuqoslaviyada sədrlik etmişdir.
1988-ci ildə "Tütün çöplərini
xırdalamaq üçün maşının əsas parametrlərinin
optimallaşdırılması" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edib, texnika elmləri
namizədi elmi dərəcəsi almışdır.
O. 23 elmi əsərin, 2 ali məktəb
dərsdiyinin və 14 ixtiranın müəllifidir.
HÜSEYN MUSAYEV
Hüseyn Mustafa oğlu Musayev 1947-ci il
mayın 1-də Bolnisi rayonunun Saraclı kəndində
anadan olmuşdur. Orta təhsilini 1954-1965- illərdə
kənd məktəbində almışdır. O, Saraclı məktəbinin
ilk qızıl medal alan mə’zunu olmuşdur.
1965-ci ildə Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuş, 1970-ci ildə ali təhsilini
başa vurduqdan sonra hərbi xidmətə
çağırılmışdır.
Elmi fəaliyyətinə 1972-ci ilin sentyabr
ayından Azərbaycan Elmlər Akademiyasının
Kibernetika İnstitutunda kiçik elmi işçi kimi
başlamış, 1982-ci ildən isə paralel olaraq həm də
Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji
fəaliyyətlə məşğul olmuşdur.
1985-ci ildə "Çoxfazalı süzülmə
məsələlərinin dəyişən şəbəkələrdə ədədi həlli"
mövzusunda dissertasiya müdafiə etmiş,
fizika-riyaziyyat elmləri namizədi elmi
dərəcəsi almışdır.
Hazırda Azərbaycan EA Kibernetika
İnstitutunda "Ədədi modelləşdirmənin üsul və
alqoritmləri" bölməsinə rəhbərlik edən Hüseyn
Musayev 40-a qədər elmi əsərin müəllifidir.
XƏLİL ƏLİYEV
Xəlil Hüseyn oğlu Əliyev 1950-ci ildə
Bolnisi rayonunun Babakişilər kəndində anadan
olmuşdur. Doğma yurdda orta təhsilini aldıqdan
sonra, 1969-cu ildə Kirovobad (indiki Gəncə)
şəhərində H. Zərdabi adına Dövlət Pedaqoji
İnstitutunun filologiya fakültəsinə daxil olmuş
və 1974-cü ildə həmin fakültəni fərqlənmə diplomu
ilə bitirmişdir.
Xəlil Əliyev tə’yinatla 3 il Qutqaşen
(indiki Qəbələ) rayonunda işləmiş, 1980-cı ildən isə
H. Zərdabi adına GDPİ-də çalışır, dosentdir, 1992-ci
ildə namizədlik dissertasiyası müdafiə edib
elmi dərəcə almışdır. Onun elmi pedaqoji
fəaliyyəti 40-a yaxın elmi əsərdə öz əksini
tapmışdır.
Xəlil Əliyevin çap olunmuş elmi
məqalələri və kitabçaları "Onomastikanın"
tədrisinə aiddir. "Onomastikanın" tədrisinə
dair metodik tövsiyyə" adlı kitabı işıq üzü
görmüşdür. Xəlil Əliyev "Gürcüstanın türk
mənşəli toponimləri" mövzusunda doktorluq
dissertasiyasını tamamlayıb, müdafiə şurasına
təqdim etmişdir.
Xəlil Əliyev hal-hazırda pedaqoji
fəaliyyəti ilə yanaşı elmi araşdırmalarını da
davam etdirir.
XƏLƏDDİN ƏHMƏDOV
Xələddin Əmir oğlu Əhmədov 1941-ci il
fevralın 1-də Bolnisi rayonunun Faxralı kəndində
anadan olmuşdur. Xələddin Əhmədov 1947-ci ildə
Cəfərli ibtidai məktəbinin 1-ci sinfinə daxil
olmuş, 1951-ci ildə həmin məktəbin 4-cü sinfini ə’la
qiymətlərlə başa vurmuş, Qoçulu kənd 8 illik
məktəbinin 5-ci sinfinə daxil olmuşdur. Həmin
məktəbi də ə’la qiymətlərlə bitirdikdən sonra
1955-ci ildə Bolnisi rayonunun Arıxlı orta
məktəbinin 9-cu sinfinə daxil olmuşdur. Orta
məktəbi 1958-ci ildə qızıl medalla bitirmiş,
Azərbaycan Politexnik İnstitutunun mexanika
fakültəsinə daxil olmuşdur. 1963-cü ildə institutu
müvəffəqiyyətlə bitirmişdir. Həmin il
göndərişlə Bakının leytenant Şmidt adına (indiki
Səttarxan adına) neft maşınqayırma zavodunda
mühəndis-konstruktor vəzifəsində əmək
fəaliyyətinə başlamışdır. 1963-1965-ci illərdə hərbi
xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan
sonra (1965-1966-cı illərdə) öz əvvəlki iş yerinə
qayıtmışdır.
Elmə və texnikaya olan həvəsi 1966-cı
ildə onu vaxtilə təhsil aldığı Azərbaycan
Politexnik İnstitutunun maşınqayırma
texnologiyası kafedrasına gətirmişdir. Burada o,
pedaqoji fəaliyyətlə yanaşı elmi işlə də məşğul
olmuşdur. 1971-ci ildə keçmiş SSRİ-nin ən qabaqcıl
texniki ali təhsil ocağı olan N.E. Bauman adına
Moskva Ali Texniki məktəbində əyani
aspiranturanı bitirmiş, namizədlik
dissertasiyası müdafiə edərək texnika elmləri
namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Ələddin Əhmədov Azərbaycanda maşın
detallarının e’malı zamanı yaranan daxili
gərginlikləri ətraflı tədqiqat edən ilk
mütəxəssisdir. Elmi-texniki jurnallarda çap
olunmuş 10-dan çox elmi məqalənin və tədris
metodik vəsaitinin müəllifidir. Xələddin
Əhmədov 1988-ci ildə T.Q. Şevçenko adına Kiyev
Dövlət Universitetin nəzdində 10 aylıq xüsusi
xarici dillər kurslarının fransız dili
şö’bəsini müvəffəqiyyətlə bitirmiş, 1989-1992-ci
illərdə Əcəzair Xalq Demokratik Respublikasının
Beşar Texniki Universitetində müəllim
işləmişdir. Hazırda o, Azərbaycan Texniki
Universitetinin maşınqayırma fakültəsinin
metalkəsən dəzgahlar və alətlər kafedrasının
dosentidir.
XƏLƏF DAŞDƏMİROV
Xələf Yusif oğlu Daşdəmirov 1944-cü il
mayın 6-da Bolnisi rayonunun Saraclı kəndində
kolxozçu ailəsində anadan olmuşdur.
1962-ci ildə Saraclı orta məktəbini
bitirmiş və həmin ildə Bakı elektrik rabitə
texnikumuna daxil olmuşdur. 1964-1968-ci illərdə
hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Azərbaycan
Politexnik İnstitutunun (indiki ATU-nun)
Hidromeliorasiya fakültəsinə daxil olmuşdur.
1977-ci ildə əmək fəaliyyətinə
başlamışdır. 1995-ci ilə kimi, AzPİ-də və Azərbaycan
İnşaat Mühəndisləri İnstitutunun "Hidrotexniki
qurğular və hidravlika" kafedrasında
laboratoriya müdiri, assistent, 1995-ci ildən isə
kafedranın baş müəllimi vəzifəsində işləmişdir.
1997-ci ildə Azərbaycan İnşaat Mühəndisləri
Universitetində namizədlik dissertasiyasını
uğurla müdafiə etmiş, texnika elmlər namizədi
elmi dərəcəsi almışdır. Azərbaycan İnşaat
Mühəndisləri Universitetinin "Hidrotexniki
qurğular və hidravlika" kafedrasının
dosentidir.
Xələf Daşdəmirovun 55-dən çox elmi
əsəri və bir neçə ixtirası var. Hal-hazırda
doktorluq dissertasiyası üzərində işləyir.
Apardığı elmi-tədqiqat işləri respublikanın su
təsərrüfatı obyektlərində geniş tətbiq olunur.
İBADƏT MÖVLƏLİ (RÜSTƏMOV)
İbadət Məhəmməd oğlu Mövləli 1942-ci il
aprel ayının 3-də Borçalıda-Bala Muğanlı kəndində
anadan olmuşdur. 1949-cu ildə Bala Muğanlı ibtidai
məktəbinə daxil olmuş, 1952-ci ildə təhsilini davam
etdirmək üçün Qızılhacılı 7 illik məktəbinə
daxil olmuşdur. 1956-57-ci tədris ilində həmin
məktəbi bitirdikdən sonra Başkeçid (Dmanisi)
rayonunun Kirovisi kəndində orta məktəbə daxil
olmuş, 8-ci sinfi bitirmiş, sonra isə tam
təhsilini Bolnisi rayonunun Arıxlı orta
məktəbində davam etdirmişdir. 1958-1959-cu tədris
ilində həmin məktəbi kamal attestatı ilə
bitirmiş və 1960-cı ilin dekabr ayına kimi
"N.Nərimanov" adına kolxozda işləmişdir.
1960-cı ildə ordu sıralarına çağırılmış
və Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
1962-ci ilin sentyabr ayından 1963-cü ilin
yayına kimi Bolnisi rayonunun Arıxlı
südçülük-tərəvəzçilik sovxozunda fəhlə
işləmişdir.
1963-cü ildə Bakıda M.F.Axundov adına
APDİ-na daxil olmuş, 1968-ci ildə ali təhsilini başa
vurmuşdur. Və həmin il İnstitut Elmi Şurasının
qərarı ilə gənc mütəxəssis kimi institutda
saxlanmışdır.
1966-cı ildən mətbuatda şe’rləri, elmi,
elmi-publisistik məqalələri ilə çıxış edir.
200-dən artıq yazısı mətbuat səhifələrində dərc
olunmuşdur.
1968-ci ildə M.F.Axundov adına APDİ-da
nəşrə başlayan çoxtirajlı "Bilik" qəzetinin,
1989-cu ildə nəşrə başlayan "Xəzərin keşiyində"
ordu qəzetinin, 1993-cü ildə nəşrə başlayan
"Borçalı" jurnalının və "Borçalı" qəzetinin
redaksiya hey’ətinin üzvlərindən olmuşdur.
"Borçalı" jurnalında baş redaktor müavini
olmuş, "Borçalı" qəzetindən isə şö'bə müdiri
vəzifəsində çalışmışdır.
İki nüsxə qopuz düzəldib: "Ozan
qopuzu"-(1990-cı il), Nizami muzeyinə bağışlanıb,
"Qolca qopuz" (1992-ci il) müəllifin özündədir.
Elmi tədqiqatları əsasən aşıq
yaradıcılığına meyllidir. Keçmiş ittifaqın
Minsk, Tbilisi, Daşkənd şəhərlərində ümumittifaq
elmi konfranslarında aşıq yaradıcılığına dair
mə’ruzələrlə çıxışları olmuşdur. İbadət
Mövləlinin 2 kitabı nəşr olunmuşdur. 3 kitabı isə
nəşrə hazırdır.
İbadət Mövləli hazırda Bakı Slavyan
Universitetinin fəlsəfə kafedrasının dosenti və
"Borçalı" qəzetinin şö’bə müdiri vəzifəsində
çalışır.
İBAD ƏHMƏDOV
İbad Əhməd oğlu Əhmədov 1944-cü il iyunun
20-də Bolnisi rayonunun Dəmirli kəndində kolxozçu
ailəsində anadan olmuşdur.
Dəmirli kəndindəki ibtidai məktəbi
1955-ci ildə bitirmiş, təhsilini Aşağı Güləver
kəndindəki 8-illik məktəbdə davam etdirmişdir.
1962-ci ildə Darvaz orta məktəbini bitirmişdir.
1962-ci ildə Azərbaycan Dövlət Tibb
İnstitutuna (indiki ATU-na) daxil olmuş və 1968-ci
ildə oranı bitirmişdir.
1968-ci ildən 1973-cü ilin mart ayına qədər
Azərbaycanın müxtəlif rayonlarında işləmişdir.
1973-cü ilin mart ayında müsabiqə yolu
ilə Dövlət Tibb İnstitutunun patoloji anatomiya
kafedrasında assistent vəzifəsinə seçilmişdir.
Hazırda həmin kafedrada çalışır.
1984-cü ildə Tbilisi şəhərində
"Appendisitin müxtəlif morfoloji formaları
zamanı onların sinir aparatlarının mikro və
ultrostruktur dəyişikliyinə dair" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmişdir.
1989-cu ildən kafedrada dossent vəzifəsində
çalışır. 30-dan çox elmi məqaləsi çapdan
çıxmışdır, elmi tibbi-metodik dərs vəsaitinin
müəllifidir.
İBRAHİM GÜLƏHMƏDZADƏ
İbrahim İsmayıl oğlu Güləhmədzadə
1942-ci ildə Bolnisi rayonunun Darvaz kəndində
anadan olmuşdur. 1949-cu ildə Darvaz orta məktəbinə
getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir.
1959-cu ildə Azərbaycan Neft Kimya İnstitutuna
daxil olmuş, 1964-cü ildə həmin institutu fərqlənmə
diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan
Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik
elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı
vəzifəsində çalışmışdır.
1967-1970-ci illərdə Azərbaycan XTİ-nin
əyani aspiranturasında oxumuş, 1971-ci ildə isə
müvəffəqiyyətlə namizədlik dissertasiyası
müdafiə etmişdir.1970-ci ildə sənaye iqtisadiyyatı
kafedrasında müəllim və 1971-ci ildən 1978-ci ilə
qədər baş müəllim işləmişdir. 1978-ci ildən 1988-ci
ilə kimi həmin kafedrada dosent vəzifəsində
çalışmışdır. 1988-ci ildən N.A. Voznesenski adına
Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı
filialının sənaye iqtisadiyyatı kafedrasına
dosent seçilmişdir.
1988-ci ilin ikinci yarsından 1998-ci ilə
qədər plan-iqtisad fakültəsinin dekan müavini
vəzifəsini icra etmişdir. İbrahim
Güləhmədzadənin 50-ə yaxın elmi əsəri çap
olunmuşdur. O, dəfələrlə respublikada keçirilən
elmi müşavirə və konfranslarda yaxından iştirak
edib, elmi məqalələr çap etdirmişdir.
İbrahim Güləhmədzadə 1998-ci ildə Bakıda
vəfat etmişdir.
İBRAHİM ƏLİZADƏ
İbrahim İlyas oğlu Əlizadə 1956-cı ildə
Bolnisi rayonunun Faxralı kəndində anadan olmuş,
1973-cü ildə Faxralı kənd orta məktəbini
bitirmişdir. Orta məktəbdə oxuduğu zaman
fizikaya olan həvəsi onu Azərbaycan Dövlət
Universitetinin fizika fakültəsinə gətirmiş və
1978-ci ildə həmin fakültəni müvəffəqiyyətlə
bitirmişdir. Ağsu rayonunun İlxıçı kənd orta
məktəbində bir il müəllim işlədikdən sonra, 1980-cı
ildə "Azon" zavodunun xüsusi konstruktor
bürosuna mühəndis-konstruktor vəzifəsinə işə
düzəlmişdir. 1982-ci ildən Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunun fizika kafedrasında
baş laborant vəzifəsində işə başlamış və 1983-cü
ildə "Bərk cisimlər fizikası" ixtisası üzrə
əyani aspiranturaya daxil olmuşdur. 1984-cü ildən
aspiranturadakı təhsilini Moskva Fizika
Mühəndisləri İnstitutunda (MFMİ) məqsədli
aspirant kimi davam etdirmişdir. 1986-cı ildə
MFMİ-də fəaliyyət göstərən ixtisaslaşdırılmış
elmi şurada vaxtından əvvəl namizədlik
dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat
elmləri namizədi elmi dərəcəsi almışdır.
1991-ci ildən AzİMU-nun fizika
kafedrasında baş elmi işçi vəzifəsində
işləmişdir. İbrahim Əlizadənin aldığı elmi
nəticələr respublikamızın və ABŞ, İtaliya,
Türkiyə kimi ölkələrin elmi jurnal və
toplularında çap olunmuşdur. İbrahim Əlizadə
1987-ci ildən AzİMU-nun "Fizika" kafedrasında
əvvəlcə baş laborant, sonradan isə assistent
işləmişdir. O, "Fizika" fənnindən laboratoriya
dərslərində tədris-metodiki vəsaitinin
müəlliflərindən biridir. 1991-ci ildə "Fizika",
"Abituriyentlər üçün vəsait" kitabını çap
etdirmişdir. 1996-cı ildə "Fizika, Ali məktəblərə
daxil olmaq istəyənlər üçün testlər"
kitabçasını çap etdirmişdir. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin qrifi ilə
Əcnəbi vətəndaşların hazırlıq fakültələri üçün
"Fizika" fənni proqramının müəllifidir.
1993-1997-ci illərdə AzİMU-nun "Ümumi texniki
fənlər" (sonralar "Ümumi hazırlıq fənləri")
kafedrasının müdiri vəzifəsində işləmiş, 1995-ci
ildən dosentdir. 1996-1999-cu illərdə eyni zamanda
AzİMU-nun nəzdində fəaliyyət göstərən
fizika-riyaziyyat təmayüllü litseyin direktor
müavini vəzifəsində çalışmışdır. 1997-ci ildən
indiyə qədər fizika kafedrasında dosent, kafedra
müdirinin müavini vəzifəsində işləyir. O, 50-yə
qədər elmi məqalənin, dərs vəsaitinin və metodik
göstərişin müəllifidir.
İLQAR MEHRABOV
İlqar Abdulla oğlu Mehrabov 1971-ci il
fevral ayının 13-də Bakı şəhərində anadan
olmuşdur. 1977-ci ildə Bakı şəhərindəki 20 saylı
orta məktəbdə birinci sinfə getmiş və 1987-ci ildə
həmin məktəbi ə’la qiymətlərdə bitirmişdir.
İlqar Mehrabov 1987-ci ildə Azərbaycan
İnşaat-Mühəndisləri Universitetinin İnşaatın
idarə olunması və iqtisadiyyatı fakültəsinə
daxil olmuşdur. 1989-cu ildən 1993-cü ilədək o,
Varşava Texniki Universitetində təhsilini davam
etdirmiş və inşaatın iqtisadiyyatı üzrə magistr
elmi dərəcəsinə yiyələnmişdir. 1995-ci ildə
Azərbaycan İnşaat-Mühəndisləri Universitetinin
"İnşaatın iqtisadiyyatı" kafedrasında qiyabi
aspiranturaya daxil olmuş və 1999-cu ildə
aspiranturanı müvəffəqiyyətlə bitirmişdir.
1999-cu ilin sentyabrında BDU-nun nəzdindəki Elmi
Şurada "Azərbaycan Respublikasında inşaat
materialları və mə’mulatları sənayesi
müəssisələrinin bazar iqtisadiyyatına
keçidinin bə’zi problemləri" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmiş və
iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
İlqar Mehrabov hazırda
İnşaat-Mühəndisləri Universitetinin "İnşaatın
iqtisadiyyatı" kafedrasının baş müəllimidir. O,
elmi araşdırmalarını davam etdirir. 11 elmi
məqalənin müəllifidir. O, bir sıra elmi
konfranslarda çıxış etmiş və məqalələr çap
etdirmişdir.
İLHAM MUSAYEV
İlham Hümbət oğlu Musayev 1955-ci il
yanvarın 11-də Bolnisi rayonunun İncəoğlu
kəndində anadan olmuşdur.
1961-ci ildə İncəoğlu kənd səkkizillik
məktəbinin birinci sinfinə getmiş, 1969-cu ildə
Bakıda 1 saylı respublika fizika-riyaziyyat
təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuş, 1971-ci
ildə həmin məktəbi bitirmişdir.
1971-ci ildə Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olmuş, 1976-cı ildə isə gənc
mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır.
1978-ci ildə Azərbaycan EA Riyaziyyat və
Mexanika İnstitutunda aspiranturaya qəbul
olmuş, 1982-ci ildə namizədlik dissertasiyası
işini müdafiə etmişdir.
1982-ci ildən 1993-cü ilə kimi həmin
institutda kiçik elmi işçi, elmi işçi və baş elmi
işçi vəzifələrində çalışmışdır.
1993-cü ildə Elm və Təhsil Mərkəzində
"Təfəkkür" Universitetinin tədris işləri üzrə
müdir vəzifəsinə irəli çəkilmişdir.
İlham Musayevin elmi və pedaqoji
fəaliyyəti 30 elmi əsərdə və Moskva şəhərində
çapdan çıxmış "Elastik-plastik və dağıla bilən
konstruksiya elemntlərinin bə’zi məsələləri"
adlı monoqrafiyada öz əksini tapmışdır. Bu kitab
ali məktəb tələbələri, aspirantlar, elmi işçilər
və mühəndis-konstruktor işçiləri üçün nəzərdə
tutulmuşdur. Bu müddət ərzində 20 beynəlxalq,
ittifaq və respublika səviyyəli konfranslarda
çıxış edib, elmi məqalələr çap etdirmişdir.
İlham Musayev son 5 ildə 3 dəfə
beynəlxalq konqresdə çıxış etmişdir. Bu çıxışlar
"Bütöv mühit və konstruksiyaların dinamikası və
texnoloji prosesləri"nə həsr olunmuşdur.
1997-ci ildə İndoneziyada elmi məqalə
çap etdirmişdir.
Üç nəfər aspirantın opponenti
olmuşdur.
"Açıq söz" qəzetinin redaksiya
hey’ətinin üzvüdür. O, eyni zamanda Təhsil
Nazirliyinin ali məktəblər üzrə normativ sənəd
və əsasnamələri hazırlayan komissiyanın
üzvüdür.
Hal-hazırda Təfəkkür Universitetinin
ali riyaziyyat kafedrasının professorudur.
İSA BABAŞOV
İsa Səməd oğlu Babaşov 1939-cu il avqust
ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində
anadan olmuşdur. O, 1958-ci ildə Faxralı orta
məktəbini bitirdikdən sonra AzPİ-nin mexanika
fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin
institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1964-1965-ci illərdə orduda xidmət etmiş, tərxis
olunduqdan sonra Azərbaycan Politexnik
İnstitutunun metallurgiya kafedrasında müəllim
işləmişdir. 1968-1971-ci illərdə Moskva Polad və
Ərintilər İnstitutunda aspiranturada oxumuş və
"Dəmir-kükürd sisteminin
təzyiq-temperatur-tərkib
koordinatlarındakı diaqramının
tədqiqi" mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. Sonra
Azərbaycan Politexnik İnstitutunda müəllimlik
fəaliyyətini davam etdirmişdir.
1973-cü ildə İsa Babaşov Moskva
şəhərində yerləşən "Vsesoyuznıy
Nauçno-İssledovatelskiy İnstitut
Neorqoaniçeskix Materialov (VNİİNM)"
institutuna işə də’vət olunmuş və həmin
institutda 1985-ci ilin sentyabr ayına qədər baş
elmi işçi və elmi qrupun rəhbəri vəzifəsində
çalışmışdır. Sonrakı illərdə pedaqoji və elmi
fəaliyyətini Azərbaycan Politexnik
İnstitutunda və "Azərelektromaş"
Elmi-İstehsalat Birliyinin Azərbaycan
Elmi-Tədqiqat Elektrotexnika İnstitutunda davam
etdirmişdir. İsa Babaşov 40 elmi əsərin
müəllifidir. Elmi-tədqiqat işlərinin nəticələri
haqqında Moskva, Leninqrad, Sverdlovsk və Bakı
şəhərində keçirilən elmi konfranslarda çıxış
etmişdir. Onun məqalələri Moskvada Bakıda çıxan
jurnal və məcmuələrdə nəşr olunmuşdur. İsa
Babaşov öz tədqiqatlarında metallurji
proseslərin nəzəri və praktiki məsələlərin
həllinə, riyazi üsulların elmi-tədqiqat
işlərində tətbiq olunmasına geniş yer vermişdir.
O, "Riyazi üsulların elmi-tədqiqat işlərinə
tətbiqi" adlı kitabın müəlliflərindən biridir.
İSA XƏLİLOV
İsa Əli oğlu Xəlilov 1961-ci il may
ayının 2-də Bolnisi rayonunun Faxralı kəndində
ziyalı ailəsində anadan olmuşdur.
1968-1978-ci illərdə Faxralı kəndində orta
təhsil almışdır. 1978-ci ildə məktəbi ə’la
qiymətlərlə başa vurub elə həmin ildə də
Azərbaycan Politexnik İnstitutunun (indiki
Azərbaycan Texniki Universitetinin)
maşınqayırma fakültəsinə daxil olmuşdur.
1983-cü ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyi onun qaydadankənar (iki il
tə’yinat üzrə işləmədən) aspiranturaya sənəd
verməsi haqqında sərəncam vermişdir. 1984-cü ildə
İsa Xəlilov aspiranturaya daxil olmuş, 1990-cı ildə
"Dişli muftaların sistemli ehtimal hesabı
alqoritminin yaradılması" mövzusunda
namizədlik dissertasiyası müdafiə etmiş,
texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
30-dan çox elmi əsərin müəllifidir. Əsərləri
Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya
Federativ Respublikasında nəşr edilmişdir. 4
elmi-metodik məcmuənin, 1 dərsliyin və 2 texniki
lüğət kitabının müəllifidir. "Makine elemanları
sözlüyü" adlı
rusca-azərbaycanca-türkcə-ingiliscə texniki
lüğət kitabı Türkiyədə nəşr edilmişdir.
"Elevatorların layihələndirilməsi" adlı dərs
vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk
kitabdır. Azərbaycanda ilk dəfə olaraq
"Maşınların yaradılmasının texniki əsasları"
fənni üzrə mühazirələrin müəllifidir.
1987-1991-ci illərdə Azərbaycan Texniki
Universitetinin "Maşın detalları və YQNM"
kafedrasında assistent, 1991-ci ildən bu günə kimi
isə dosent vəzifəsində çalışır. Bununla yanaşı
1990-1992-ci illərdə həmin universitetin "Robot
texnikası" fakültəsində tədris işləri üzrə,
1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan
müavini vəzifəsində çalışmışdır.
O, 1988-ci ildə Moskvada Bauman adına Ali
Texnika Məktəbdə ixtisasartırma kursu
keçmişdir. 1992-ci ildə Almaniya Federativ
Respublikasının Akademik Mübadilələr İdarəsi
İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb onu
bir illik Boxum şəhərinin Ruhr Universitetinə
elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni
bir prinsiplə işləyən yumruqlu mexaniki
ötürmənin kinematik hesabı alqoritmini tərtib
etmişdir. 1998-ci ildə AFR Akademik Mübadilələr
İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın
Karlsrue Universitetinə elmi işə dəvət etmişdir.
İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80
illik tarixi olan, bütün dünyada
texniki-iqtisadi kadr mübadilələri aparan
məşhur Karl Düysberq cəmiyyətinin dəvəti ilə
yenidən Almaniyada olmuşdur.
İsa Xəlilov hal-hazırda Daymler
Kraysler AC-nin Azərbaycan təmsilçiliyində
satış şö’bəsinin müdiri vəzifəsində çalışır.
İSAXAN ÖMƏROV
İsaxan Mahmud oğlu Ömərov 1927-ci ildə
Borçalının Qoçulu kəndində anadan olmuşdur. Orta
məktəbi Faxralı kəndində bitirdikdən sonra
təhsilini davam etdirmək üçün Bakıya gəlmiş,
sənədlərini Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinə vermişdir.
1950-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirən İsaxan Ömərov tə’yinatla
Azərinforma işə göndərilmişdir. O, burada adi
tərcüməçidən direktor müavini vəzifəsinədək
yüksəlmiş və ömrünün sonunadək bu vəzifədə
şərəflə çalışmışdır.
İsaxan Ömərov fəaliyyətə başladığı
gündən ömrünün sonunadək kamil və peşəkar bir
mütərcim kimi o dövrün bütün partiya, dövlət və
hökumət xadimlərinin nitqlərinin, çıxışlarının
və əsərlərinin tərcüməsində fəal iştirak
etmişdir.
İsaxan Ömərov eyni zamanda elmi
tədqiqatla da məşğul olmuşdur. O, 1960-cı ildə
professor Cəfər Cəfərovun rəhbərliyi ilə
filologiya elmləri namizədi elmi dərəcəsi almaq
üçün dissertasiya müdafiə etmişdir.
Uzun illər mətbuatda gərgin və uğurlu
fəaliyyətinə görə İsaxan Ömərov respublikanın
əməkdar jurnalisti fəxri adına layiq
görülmüşdür.
İ.Ömərov 1990-cı ildə vəfat etmişdir.
İSMƏT ƏHMƏDOV
İsmət Süleyman oğlu Əhmədov 1952-ci ildə
Bolnisi rayonunun Saraclı kəndində anadan
olmuşdur.
1969-cu ildə Saraclı orta məktəbini ə’la
qiymətlərlə bitirmiş elə həmin ildə Azərbaycan
Dövlət Universitetinin Fizika fakültəsinə daxil
olmuşdur.
1974-cü ildə tə’yinatla Azərbaycan
Elmi-tədqiqat Əkinçilik İnstitutunun Bitki
Fiziologiyası şö’bəsinə qəbul olunmuşdur. 1975-ci
ildə Leninqradda (indiki Sankt-Peterburqda) A.İ.
İoffe adına Aqrofizika İnstitutunda bitkilərin
biofizikası ixtisası üzrə əyani aspiranturaya
daxil olmuşdur.
1979-cu ildə Tbilisi Dövlət
Universitetinin elmi şurasında "Ali su
bitkilərində membran potensialı və membran
müqaviməti" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
1979-cu ildən 1991-ci ilə qədər Azərbaycan
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki
Fiziologiyası şö’bəsində əvvəlcə elmi işçi,
sonralar isə baş elmi işçi vəzifələrində
çalışmışdır.
İsmət Əhmədov dünyada ilk dəfə olaraq
bitkilərdə ultrabənövşəyi şüaları udan
molekulları aşkar etmişdir. Onun elmi və
pedaqoji fəaliyyəti 80-dan çox elmi əsərdə öz
əksini tapmışdır. Bu əsərlər SSRİ Elmlər
Akademiyasının və dünyanın bir çox məşhur elmi
jurnallarında rus və ingilis dillərində çap
olunmuşdur.
İsmət Əhmədov bir çox beynəlxalq və
keçmiş ittifaq miqyaslı elmi simpozium və
konfranslarda çıxış etmişdir.
1991-ci ildə Azərbaycanda ilk özəl
universitetlərdən biri olan Xəzər
Universitetinin yaradılmasında iştirak etmiş,
bu universitetin tibb fakültəsində ingilis, rus
dillərində mühazirələr oxumuşdur.
1994-cü ildə Amerika İnformasiya
Agentliyinin Fulbrayt Fondunun qrantı ilə
Amerikanın məşhur Kornell Universitetində 4
aylıq e’zamiyyətdə olmuşdur. Bu universitetdə
Fulbrayt mükafatı laureatı kimi dünya şöhrətli
alim Roce Spensvikin laboratoriyasında
çalışmış, Amerika təhsil sistemi ilə maraqlanmış
və tibb fakültələrində biologiya fənninin
tədrisinin təkmilləşdirilməsinə aid
araşdırmalar aparmışdır.
Hal-hazırda Xəzər Universitetinin
Bioloji Elmlər Departamentinin müdiri
vəzifəsində çalışır.
|