Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

ÇORUK QƏMƏRLİ (BOLNİSİ) BÖLGƏSİ

[A] [B-E] [Ə] [F-İ] [K-M] [M] [M-P] [R] [S] [Ş-T] [V-Z]

ABBAS QUVALOV

Abbas Abdurəhman oğlu Quvalov 1958-ci ildə Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1964-cü ildə Kəpənəkçi kənd orta məktəbinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri (ayrıldıqdan sonra) institutunda təhsilini davam etdirmişdir. 1979-cu ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildə tə’yinatla Bakı asbestsement və keramika mə’mulatları kombinatında əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildə A.Dadaşov adına Elmi-Tədqiqat Tikinti Materialları İnstitutuna işə göndərilmişdir.

1982-ci ildə Abbas Quvalov elm və texnika sahəsində göstərdiyi nailiyyətə görə Lenin Komsomolu mükafatına layiq görülmüşdür. 1983-cü ildə Moskva Kimya-Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edib elmlər namizədi elmi dərəcəsi almışdır.

Texnika elmləri namizədi Abbas Quvalov 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda pedqoji fəaliyyətə başlamışdır. Abbas Quvalovun elmi və pedaqoji fəaliyyəti 10 ixtirada, 5 metodik göstərişdə, 1 dərslikdə, 1 dərs vəsaitində və 70-dən çox elmi əsərdə öz əksini tapmışdır.

Hal-hazırda inşaat materialları və betonlar texnologiyası kafedrasının dosentidir.

O, bu müddət ərzində 15 ittifaq və respublika səviyyəli konfranslarda çıxış edib, məqalələr çap etdirmişdir.

 

ADİL HÜSEYNOV

Adil İsa oğlu Hüseynov 1942-ci il oktyabr ayının 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1949-cu ilin sentyabrında Faxralı kənd orta məktəbinin 1-ci sinfinə getmiş və 1959-cu ildə həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.

1959-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti 1965-ci ildə bitirmiş və işləmək üçün Ali Təhsil Nazirliyinin tə’yinatı ilə indiki Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunun yeraltı hidrodinamika laboratoriyasına göndərilmişdir. Bu laboratoriyada 1971-ci ilədək mühəndis vəzifəsində işləməklə bərabər, Universitetin rə'yi əsasında 1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda hidroaerodinamika və qazodinamika ixtisası üzrə aspiranturaya qəbul olunmuş və oranı 1969-cu ildə müvəffəqiyyətlə bitirmişdir. 1971-ci ilin mart ayında fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün indiki BDU-nun mexanika-riyaziyyat fakültəsinin elmi şurasında "Hissə-hissə bircins məsaməli mühitdə süzülmənin fəza məsələlərinin hidrodinamika tədqiqi" mövzusunda dissertasiya müdafiə etmişdir. Adil Hüseynov 1971-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunda kiçik elmi işçi, 1973-1980-ci illərdə isə baş elmi işçi vəzifəsində işləmişdir. 1980-ci ildən indiyədək Azərbaycan Texniki Universitetinin riyaziyyat-2 kafedrasında dosent vəzifəsində işləyir. 25-dək elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

 

ADİL ƏHMƏDOV

Adil Əmir oğlu Əhmədov 1948-ci il iyulun 16-da Bolnisi rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirmişdir. 1970-1972-ci illərdə ordu sıralarında zabit kimi xidmət etmişdir. 1972-1975-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laborant və mühəndis vəzifəsində çalışmışdır. 1975-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik institutunda kiçik elmi işçi vəzifəsinə işə cəlb olunmuşdur. 1976-cı ildə Leninqrad şəhərində SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunda "Bitki fiziologiyası" ixtisası üzrə məqsədli aspiranturaya qəbul olmuş, 1980-ci ildə dissertasiya müdafiə etmiş, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1981-ci ildən Əkinçilik institutunun "Bitki fiziologiyası" şö"bəsində aparıcı elmi işçi, "Fotosintez və metabolizm" qrupunun rəhbəri vəzfəsində işləyir. Akademik C.Ə.Əliyevin rəhbərliyi altında doktorluq dissertasiyası işini yekunlaşdırmaq üzrədir.

 

AYTƏN RÜSTƏMZADƏ

Aytən Vilayət qızı Rüstəmzadə 1967-ci ildə Bakıda anadan olmuşdur. Onun atası əslən Borçalıdandır. O, 1984-cü ildə 7 saylı ingilis təmayüllü Bakı şəhər orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Həmin ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1989-cu ildə həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1989-1994-cü illərdə Aytən Rüstəmzadə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əyani aspiranturada oxumuşdur.

1996-cı ildə Aytən Rüstəmzadə "Müasir Azərbaycan ədəbiyyatında milli xarakter" mövzusunda (Süleyman Rüstəmovun "Şamo" və "Saçlı" əsərləri əsasında) dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Aytən hələ orta və ali məktəbdə oxuyarkən mətbuatda çıxış edib, məqalələr çap etdirmişdir.

Onun elmi fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. Aytən Rüstəmzadə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşıdır.

 

AKİF ƏLİYEV

Akif Hümmət oğlu Əliyev 1940-cı ilin iyununda Borçalının Bolus (indiki Bolnisi) nümayəndəliyinin Aşağı Qoşakilsə kəndində anadan olmuşdur. 8 illik təhsilini həmin kənddə, orta təhsilini isə rayonun Arıxlı kəndində almışdır. Orta məktəbi bitirən (1957) ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və həmin ildə də analitik kimya kafedrasının aspirantı olmuşdur. 1964-cü ildə səhhəti ilə əlaqədar 1 illik möhlət alaraq öz doğma kəndindəki orta məktəbdə müəllimlik etmişdir. Sonralar Kürdəmir rayonundakı Muradxan kəndində və Bakı şəhərindəki kimya-biologiya təmayüllü 5 saylı internat məktəbində müəllimlik etmişdir. 1978-ci ildə Akif Əliyev Təhsil Nazirliyi tərəfindən Respublika Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kabinet müdirliyi vəzifəsinə tə’yin edilmişdir. Pedaqoji fəaliyyəti dövründə yaxşı işinə görə dəfələrlə Azərbaycan Maarif Nazirliyinin fəxri fərmanları və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. O, pedaqoji fəaliyyəti ilə yanaşı, elmlə də məşğul olmuşdur. 1986-cı ildə Moskva Dövlət Universitetindəki elmi şurada dissertasiya müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 28 elmi metodik məqalənin, "Neft e’malının texnologiyası" fakültətiv kursunun (1985), "Kimya-ekologiya" kursunun (1995), ümumtəhsil məktəbləri üçün iki "Kimya tədrisi" proqramının, "Kimya-ekologiya", "İzuçenie kursa", "Ximə-ekoloqiə v sredney şkole", "Kimyadan məsələlər, çalışmalar və testlər" kitablarının müəllifidir.

Elmi fəaliyyətlə yanaşı, o, Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması Baş İnstitutunda, Bakı şəhər Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutunda və 275 saylı orta ümumtəhsil məktəbində dərs də deyir. Akif Əliyev 1993-cü ildən Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Respublika Elmi-Metodik Mərkəzində şö’bə müdiri vəzifəsində işləyir.

 

AKİF MUSTAFAYEV

Akif Oruc oğlu Mustafayev 1954-cü ildə Bolnisi rayonunun Akaurt (Ayorta) kəndində anadan olmuşdur.

1961-ci ildə Ayorta kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş 1971-ci ildə həmin məktəbi bitirmiş və həmin ildə AzPİ-nin hidromeliorasiya fakültəsinə daxil olmuş və 1976-cı ildə fərqlənmə diplomu ilə həmin fakültəni başa vurmuşdur.

1976-1977-ci illərdə tə’yinatla Kirovabad (indiki Gəncə) Suvarma Sistemləri idarəsində işləmişdir. 1977-1979-cu illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda texnik və kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1979-cu ildə həmin institutda aspiranturaya qəbul olmuş və 1982-ci ildə Xerson Kənd Təsərrüfatı İnstitutunun müdafiə şurasında dissertasiya müdafiə etmiş, kənd təsürrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

1982-1994-cü illərdə həmin institutda Suvarma şö'bəsininin müdiri işləmişdir. 1994-cü ildən 2000-ci ilin iyun ayına qədər Meliorasiya və Su Təsərrüfatı Komitəsində elm, layihə və ekspertiza idarəsində bir müddət rəis müavini və rəis vəzifəsində işləmişdir. 2000-ci ilin iyunundan e’tibarən Kənd Təsürrüfatında özəl bölməyə yardım agentliyində "Kənd təsərrüfatında inkişaf strategiyasını hazırlayan" şö'bənin müdiri vəzifəsində işləyir. Akif Mustafayevin elmi və pedaqoji fəaliyyəti 76 elmi əsərdə öz əksini tapmışdır.

1986-1987-ci illərdə Marksizm-Leninizm Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. O, 10-a yaxın ittifaq və respublika səviyyəli elmi və praktik konfranslarda və müşavirələrdə iştirak etmiş, məqalələr çap etdirmişdir. 1997-ci ildə Türkiyənin Kiresun şəhərində keçirilmiş beynəlxalq konqresdə iştirakına görə həmin şəhərin fəxri vətəndaşı adına layiq görülmüş və diplomla təltif olunmuşdur. 1955-ci ildə Dünya Bankı tərəfindən təşkil edilmiş kursu bitirdiyinə görə "Kənd Təsərrüfatı Layihələrinin eksperti" diplomuna layiq görülmüşdür. 1993-cü ildən baş elmi işçidir.

 

ALMAS ACALOV

Almas Emin oğlu Acalov 1908-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Kəpənəkçi kəndində anadan olmuşdur.

1918-ci ildə onun valideynləri Qazax rayonuna köçmüşlər. Elə bu səbəbdən də Almas Acalov orta təhsilini Qazax Pedaqoji Texnikumunun hazırlıq kursunda almış və 1924-1925-ci tədris ilində həmin məktəbi bitirmişdir. Tə’yinatla onu Kirovabad (Gəncə) dəmiryol məktəbinə müəllim tə’yin etmişlər. O, bu məktəbdə 1928-ci ilə qədər çalışmışdır. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn A.Acalov pedaqoji fəaliyyətini Bakı dəmiryol məktəbində davam etdirmiş, paralel olaraq Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. Üçüncü kursda oxuyarkən onu Politexnik İnstitutunun nəqliyyat şö'bəsinə köçürmüşlər. 1935-ci ildə həmin fakültəni bitirmiş, 1936-cı ildə isə aspiranturaya daxil olmuşdur. 1937-ci ildə Almas Acalov tə’yinatla Tiflisdəki Zaqafqaziya Dəmiryol İdarəsinin layihə bürosuna göndərilmişdir. 1940-cı ildə Suxumi şəhərinə "Qaradənizlayihə" axtarış idarəsinə baş mühəndis vəzifəsinə tə’yin edilmişdir.

1935-1953-cü illərdə Almas Acalov Qafqaz Dövlət Dəmiryol Layihəsi İnstitutunda mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində çalışmışdır.

1947-ci ildə Bakı Marksizm-Leninizm Universitetinin gecə kursunu, 1952-1953-cü illərdə ikiillik siyasi-iqtisad kursunu bitirmişdir. 1953-cü ildə göndərişlə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat yolları və istismarı kafedrasına müəllim göndərilmiş, sonra baş müəllim, 1954-cü ildən isə dosent vəzifəsində çalışmışdır. 1960-cı ildə institutun prorektoru vəzifəsinə irəli çəkilmişdir. O, həmin illərdə dekan, kafedra müdiri vəzifələrini də icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək kafedra müdiri işləmişdir.

Almas Acalov Böyük Vətən müharibəsi iştirakçısı olmuş və polkovnik rütbəsinədək yüksəlmişdir. Onun əməyi və xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1940-cı ildə "SSRİ-nin fəxri dəmiryolçusu" döş nişanı və fəxri fərmanla təltif olunmuşdur. 1944-cü ildə "SSRİ-nin ə’laçı inşaatçısı", 1944-cü ildə "Qafqaz müdafiəsi" medalları ilə təltif edilmişdir.. 1947-ci ildə "SSRİ Dəmir yolu və avtomobil yollarının ə’laçı bərpaçısı" adına layiq görülmüşdür.

1960-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Hey’ətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1965 və 1975-ci illərdə Almas Acalov İkinci Dünya müharibəsinin qurtarmasının 20-ci və 30-cu ildönümü münasibətilə "Fəxri fərman" və medallarla təltif edilmişdr. 1970-ci ildə V.İ.Leninin 100 illiyi, həmin ildə əməkdə göstərdiyi rəşadətə görə isə "Əmək rəşadəti" medalı ilə təltif olunmuşdur. 1972-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Şosse Yolları Baş İdarəsi Kollegiyasının "Fəxri yol inşaatçısı", 1976-cı ildə isə "Sosializm yarışının qalibi" döş nişanları ilə təltif olunmuşdur.

Almas Acalovun elmi-pedaqoji və mühəndislik fəaliyyəti 7 fundamental elmi əsərdə, 20 elmi məqalədə, 40 ittifaq əhəmiyyətli layihə-mühəndis qrafiklərində öz əksini tapmışdır.

Almas Acalov 1978-ci ildə Bakı şəhrində vəfat etmişdir.

 

ALXAN SARIYEV

Alxan Sarıyev 1957-ci ildə Bolnisi rayonunun Dəllər (Muşevan) kəndində anadan olmuşdur. Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra aspiranturaya daxil olmuşdur.

Gərgin və ağır zəhmət nəticəsində Alxan Sarıyev öz elmi işini tamamlamış, 1988-ci ildə Leninqrad (indiki S.Peterburq) şəhərində müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra Bakıya qayıtmış, bir müddət işsiz qalmış, sonradan müsabiqə yolu ilə qardaş və dost Türkiyə dövlətinin ali məktəblərində dərs demək üçün pedaqoji fəaliyyətə başlamışdr.

1993-cü ildən Alxan Sarıyev Türkiyənin Adana şəhrində, Adana Universitetində dosent vəzifəsində çalışır. O, burada elmi - pedaqoji fəaliyyətlə məşğul olur. Alxan Sarıyev müdafiə üçün Kanada ölkəsinə getmiş, doktorluq dissertasiyasını müdafiə şurasına təqdim etmişdir.

Alxan Sarıyevin 35 elmi əsəri və 2 monoqrafiyası nəşr olunmuşdur. O, bir sıra beynəlxalq konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

ALXAN ƏLİYEV

Alxan Hümbət oğlu Əliyev 1949-cu ildə Bolnisi rayonunun Muğanlı (indiki Farizi) kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhərində internat məktəbini qızıl medalla bitirmişdir. Həmin ildə ə’la qiymətlərlə Bakı Dövlət Universitetinə daxil olmuş və 1971-ci ildə mexanika-riyaziyyat fakültəsini "riyaziyyat müəllimi, riyaziyyatın iqtisadiyyatda tətbiqi" ixtisası üzrə başa vurmuşdur.

O, 1972-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) aspiranturasında oxumuş və 1976-cı ildə müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi Kibernetika və iqtisadi-riyazi üsullar" kafedrasının dosentidir.

Alxan Əliyev Avropa Birliyi ölkələrinin TASİS proqramı çərçivəsində 1997-ci ildə Hollandiyanın Amsterdam Universitetində stajkeçmə prqramının iştirakçısı olmuş, "Biznes inzibatçılığında magistr (BİM)" proqramının tədrisi ilə əlaqədar "İşgüzar ingilis dili" və "Kəmiyyət təhlili üsulları" üzrə sertifikatlar almışdır.

O 40-dan çox elmi-tədqiqat və metodiki işlərin müəllifidir. Elmi mə’ruzələrlə respublikada və ondan kənarda keçirilən müxtəlif elmi-praktiki konfranslarda çıxışlar etmişdir.

Alxan Əliyv hazırda ADİU-nun İqtisadi Kibernetika kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir.

 

ARİF BƏDƏLOV

Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının "Bioloji Tədqiqatlar Mərkəzində" əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat işi aparmış, 1985-ci ildə həmin İnstitutun biokimya ixtisası üzrə məqsədli aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

Arif Bədəlov müdafiədən sonra bir müddət Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, sonra isə orta məktəblərdə kimyadan dərs demişdir. Hal-hazırda orta məktəbdə, "Zəngi" litseyində kimya müəllimi kimi fəaliyyət göstərir.

Arif Bədəlovun elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz əksini tapmışdır.

 

ARİF MUSTAFAYEV

Arif Əhməd oğlu Mustafayev 1955-ci ildə Bolnisi rayonunun Ayorta kəndində anadan olmuşdur .

1962-ci ildə Ayorta kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1972-ci ildə həmin məktəbi bitirmişdir.

1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika (indiki ADPU-nun) fakültəsinə daxil olmuş, 1976-cı ildə həmin fakültədə təhsilini başa vurmuşdur. Tə’yinatla bir il Daşkəsən şəhər orta məktəbində fizika müəllimi işləmişdir. 1977-ci ildən 1979-cu ilə qədər hərbi xidmətdə olmuş və zabit kimi ehtiyata buraxılmışdır. 1980-ci ildən ADPU-nun elektrotexnika kafedrasında laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildə aspiranturaya daxil olmuş, 1989-cu ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Həmin ildən kafedranın müəllimi və baş müəllimi olmuşdur. 2000-ci ildən isə dosent kimi fəaliyyət göstərir.

Arif Mustafayevin elmi və pedaqoji fəaliyyəti 25-ə yaxın elmi əsərdə öz əksini tapmışdır.

Arif Mustafayevin elmi əsərlərinə Almaniyada, Hindistanda, İtaliyada və s. ölkələrin alimləri müsbət qiymət verib birgə əməkdaşlıq etməyə razılıq vermişlər. O, 10-a yaxın ittifaq və respublika səviyyəli elmi konfranslarda və simpoziumlarda çıxışlar edib, məqalələr çap etdirmişdir.

Arif Mustafayev hazırda ADPU-da mühəndis-pedaqoji və bədii qrafika fakültəsində dekan müavini vəzifəsində çalışır.

 

ASLAN POLADOV

Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində, kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 11959-1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Ordudan təxris olunduqdan sonra, yə’ni 1961-ci ildə indiki BDU-nun əmtəəşünaslıq fakültəsinə qəbul olunmuş və 1966-cı ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

A.Poladov universiteti bitirdikdən sonra əmtəəşünas kimi Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlamışdır. Lakin elmə olan həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində ETİİ-nin aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna kiçtk elmi işçi vəzifəsinə dəvət olunmuşdur.

A. Poladolv 1972-ci ildə "Azərbaycan SSR-də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olan əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi məsələləri" mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və 1977-ci ildə həmin institutda baş elmi işçi vəzifəsinə irəli çəkilmişdir.

Aslan Poladov 1983-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Bədən Tərbiysi İnstitutunda dosent vəzifəsində işləmişdir.

Aslan Poladovun elmi və pedaqoji fəalliyyəti bir monoqrafiyada, 50-dən çox elmi məqalələrdə öz əksini tapmışdır.

O, 2001-ci ilin baharında vəfat etmişdir.

 

AFİN NƏZƏROV

Afin Məhəmməd oğlu Nəzərov 1962-ci il iyunun 5-də Bolnisi rayonunun Saraclı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Saraclı kənd orta məktəbini, 1984-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Həmin ildən e’tibarən Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda çalışır. 1999-cu ildə "TlIn1-xPrxS2(0 ? x ? 0,1) bərk məhlulları və onların elektrofiziki xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Afin Nəzərovun elmi pedaqoji fəaliyyəti 25 elmi əsərdə və 1 ixtirada öz əksini tapmışdır.

O, 5 beynəlxalq və respublika səviyyəli elmi konfranslarda çıxış edib, elmi məqalələr çap etdirmişdir.

Copyright © 2003 Borchali