Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

TİFLİS (TBİLİSİ) BÖLGƏSİ

[A-İ] [M-R] [S-Z]

ADİLƏ BABAYEVA

Adilə Əli qızı Babayeva 1938-ci il martın 8-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbə Tiflis şəhərində getmişdir. Lakin ailələrinin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq o təhsilini Bakıda 134 saylı məktəbdə davam etdirməli olmuş və həmin məktəbi 1956-cı ildə qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1961-ci ildə riyaziyyatçı ixtisasına yiyələnmişdir.

1963-1966-cı illərdə Azərbaycan EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş və 1967-ci ildə dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1974-cü ildə baş elmi işçi, 1986-cı ildə dosent diplomuna layiq görülmüşdür.

Adilə Babayevanın pedaqoji fəaliyyəti 1960-cı illərdən başlamışdır. Əvvəlcə mühəndis, elmi işçi, baş elmi işçi, dosent olmuş, hazırda isə "Riyiziyyat və kompyuter texnologiyası" kafedrasının müdiri vəzifəsində çalışır. O, 1990-cı ildən Qərb Universitetində Riyaziyyat və kompyuter texnologiyası kafedrasına rəhbərlik edir. 1990-cı illərin axırlarından isə Qərb Universitetinin elmi katibi vəzifəsini icra edir.

Adilə Babayevanın elmi və pedaqoji fəaliyyəti 40 elmi əsərdə öz əksini tapmışdır. Beynəlxalq, ittifaq və respublika səviyyəli 15 konfransda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Adilə Babayeva respublikanın ictimai işlərində də fəal iştirak edir. O, 1988-ci ildə Azərbaycan qadınlarının 1-ci konqresinin iştirakçısı olmuşdur.

 

AĞAMƏMMƏD ACALOV

Ağaməmməd Nəbi oğlu Acalov 1918-ci il mayın 25-də Tiflis şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1926-cı ildə Tiflis 7-illik natamam orta məktəbinin 1-ci sinfinə getmiş, 1933-cü ildə Bakıda Azərbaycan Tibb Texnikumunun farmakologiya fakültəsinə daxil olmuş və 1935-ci ildə həmin fakültəni bitirmişdir.

1937-ci ildə II-ci Dövlət Tibb Universitetinə qəbul olunmuş, 1941-ci ildə Azərbaycan Tibb İnstitutunu (indiki ATU-nu) bitirmişdir. Elə həmin il müharibəyə səfərbər olunmuşdur.

1943-cü ildə səhhəti ilə əlaqədar olaraq müharibədən tərxis olunmuş, 1943-1946-cı illərdə Şəmkir rayon xəstəxansının və poliklinikasının baş həkimi vəzifəsində çalışmışdır. 1947-ci ildə Ağəməmməd Acalov Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Keşlə rayon xəstəxanasına baş həkim vəzifəsinə tə’yin edilmiş, burada 1952-ci ilə qədər fəaliyyət göstərmişdir. 1952-ci ilin iyun ayından nazirliyin sərəncamı ilə xüsusi müalicə poliklinikasına baş həkim tə’yin edilmişdir.

1961-ci ildən isə Ağəməmməd Acalov Fiziki Metod və Kurortologiya Elmi Tədqiqat İnstitutunun tibbi metodların təşkili şö’bəsində müdir, baş elmi işçi vəzifələrini icra etmişdir. 1964-cü ildə dissertasiya müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

A. Acalov Kommunist Partiyasının üzvü olmuşdur. Onun elmi fəaliyyəti 25 elmi əsərdə, 2 iri həcmli monoqrafiyada öz əksini tapmışdır. 1953-cü ildə Marksizm-Leninizm Universitetini bitirmişdir. A. Acalovun elmi ixtiralarından biri "Qala altı" mineral suyudur. (həmmüəllif)

1960-cı ildə Respublika Tibb ə’laçısı adına layiq görülmüşdür.

1970-ci ildə A. Acalov "Qala altı mineral suyu ilə xroniki xəstəliklərin müalicəsi" mövzusunda doktorluq dissertasiyası yazmış və 1980-ci ildə həmin elmi işi müdafiə şurasına təqdim etmişdir.

A. Acalov bu müddət ərzində beynəlxalq, ittifaq və respublika səviyyəli 20 konqres və konfranslarda çıxış etmiş, materiallar çap etdirmişdir.

A. Acalov 1975, 1980-ci illərdə dövlət tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.

A. Acalov Böyük Vətən Müharibəsi və əmək veteranı medalları ilə təltif olunmuşdur.

A. Acalov 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 

AĞARZA İSMAYILOV

Ağarza Yaradanqulu oğlu İsmayılov 1943-cü ildə Tbilisi şəhərində anadan olmuşdur. 1950-ci ildə Tbilisi şəhrindəki 72 saylı Azərbaycan orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1961-ci ildə həmin məktəbi bitirmişdir. 1961-1963-cü illərdə Tbilisi mebel fabrikində fəhlə işləmiş, 1964-cü ildə Azərbaycan Dövlət Unnversitetinin Geoloji-Coğrafiya fakültəsinə daxil olmuşdur. Universiteti 1969-cu ildə bitirmiş, həmin fakültənin fiziki-coğrafiya kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə dissertant olmuş və 1988-ci ildə "Kür-Araz düzənliyinin landşaft strukturasının statistik tədqiqatı" mövzusunda dissertasiya müdafiə edərək elmi dərəcə almışdır. Həmin ildən də indiki BDU-nun coğrafiya fakültəsinin fiziki-coğrafiya kafedrasında baş müəllim və dosent vəzifələrində işləmişdir.

Ağarza İsmayılovun elmi və pedaqoji fəaliyyəti 20-dən çox elmi əsərdə öz əksini tapmışdır. O, bu müddət ərzində ittifaq və respublika səviyyəli 10 konfransda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Ağarza İsmayılov 1993-cü ilin dekabırında Bakıda vəfat etmişdir.

 

AKİF CƏFƏROV

Akif Cəfərov 1930-cu il oktyabr ayının 9-da Tbilisi şəhərində anadan olmuşdur. Tiflisdə 73 saylı orta məktəbi bitirmişdir.

1950-ci ildə ADU-nun geologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. 1955-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə təhsilini başa vurmuşdur. Elmi Şuranın qərarı ilə Akifə aspiranturaya zəmanət verilmişdir.

Akif Cəfərov 1964-cü ildə nəşr etdirdiyi "Mö’cüzələr adasında" öz həyat yolunu təsvir etməyə sə’y göstərmişdir.

Neftçıxarma briqadiri Akif Cəfərov 1960-cı ildə Sovetlər İttifaqının ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni, "Oraq-Çəkic" qızıl medalı ilə təltif olunmuşdur.

Eləcə də SSRİ Parlament nümayəndələri hey’ətinin tərkibində 1962-ci ildə İtaliyada, 1963-cü ildə Rumıniyada olmuşdur. Sov. İKP XXII qurultayına nümayəndə seçilmişdir. 1955-ci ildə operator vəzifəsində əmək fəaliyyətinə başlayan Akif, 1957-ci ildə usta köməkçisi, 1958-ci ildə neftçıxarma ustası vəzifəsinə yüksəlmişdir. 1964-cü ildə "Qumadasıneft" neft mə’dəninə rəis göndərilmiş, 1964-cü ildə Neft daşlarında bir nömrəli neftçıxarma idarəsinin rəisi olmuşdur.

1967-ci ildə "Abşeron arixipelaqının cənubi-şərqinin geoloji quruluşu və neft-qaz ehtiyatları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

1960-cı ildən ömrünün sonuna kimi xalq elçisi olmuş, Bakı şəhəriniin, Azərbaycan SSR-in və nəhayət SSRİ-nin deputatları kürsülərində əyləşmişdir.

Zəhməti dövlət tərəfindən həmişə qiymətləndirilən Akif Cəfərov 1963-cü ildə "Əmək rəşadətinə görə", "SSRİ sərhədlərinin qorunmasında fərqləndiyinə görə" medalları ilə təltif olunmuş, 1968-ci ildə SSRİ Neft İstehsalı Nazirliyinin "Yubiley fərmanı" ilə mükafatlandırılmışdır.

Akif Cəfərovu 1970-ci ildə partiya işinə cəlb etmişlər. O, özünü bu sahədə də yorulmaz bir vətəndaş kimi aparmış, lakin ona qəlbən neftçi olduğu üstün gəlmiş və bir neçə aydan sonra "Cənub" neft və qazçıxarma idarəsinin rəisi olmuşdur. 1972-ci ildə "Nərimanov" neft və qazçıxarma idarəsinin rəisi vəzifəsinə keçmiş, 1978-ci ildə "Xəzərneftistehsalat" birliyində rəis müavini, birinci müavin, baş mühəndis vəzifələrində fəaliyyət göstərmişdir. 1984-cü ilin dekabr ayından ömrünün sonuna kimi Azərneft birliyinin rəisi olmuşdur.

Ömür boyu yaratmaq eşqilə yaşamış Akif Cəfərov üç dəfə SSRİ XTNS yüksək mükafatına layiq görülmüş, iki qızıl və gümüş medalla təltif olunmuşdur.

Akif Cəfərov 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.

 

AFİNA ƏLİYEVA

Afina Abdulla qızı Əliyeva 1964-cü il avqust ayının 24-də Tbilisi şəhərində anadan olmuşdur. Birinci sinfə Bakı şəhərindəki H.Cavid adına Ərəb dili təmayüllü 132 saylı məktəbdə getmiş, 1987-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Afina Əliyeva musiqi məktəbini də bitirmişdir (1977).

1981-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası), neft-mexanika fakültəsinin kimya istehsalının maşın və aparatlar ixtisası üzrə axşam şö’bəsinə daxil olmuş, eyni zamanda Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1987-ci ildə "Azneft" istehsalat birliyinin baş mexanika şö’bəsinə işə də’vət olunmuşdur. 1990-1991-ci illərdə EA Radiasiya sektorunda mühəndis texnoloq vəzifəsində işləmişdir. 1991-ci ilin axırlarından L.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutuna işə qəbul olunmuş və həmin ildə "Yanacaq və qazın kimyəvi texnologiyası" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. 1992-ci ildə yeni yaradılmış Neft şirkətinə işə cəlb olunmuş və 1998-ci ilə qədər bu təşkilatda işləmişdir. 1998-ci ildə namizədlik dissertasiyasının müdafiəsi ilə əlaqədar olaraq iş yerini dəyişmiş və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. 1998-1999-cu illərdə ixtisası üzrə Azərbaycan Dövlət Neft Şirkətində "Proqram tə’minatı və informasiyanın işlənməsi" qurpuna rəhbərlik etmişdir. 1999-cu ilin noyabrından e’tibarən Azərbaycan Respubikası Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutuna elmi işçi vəzifəsinə işə düzəlmişdir.

Afina Əliyevanın elmi fəaliyyəti 20-yə qədər məqalədə öz əksini tapmışdır. Bunlardan 7-si elmi məqalə, 13-ü isə tezis xarakterlidir. Hal-hazırda NKPİ-nin 4 saylı laboratoriyasında elmi fəaliyyətini davam etdirir.

 

ELÇİN ALLAHYARAOV

Elçin Ədilkam oğlu Allahyarov 1961-ci ilin iyul ayında Tbilisi şəhərində anadan olmuşdur. Birinci sinfə Tbilisi şəhərində rus orta məktəbində getmiş və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində oxumuşdur. 1985-ci ildə aspiranturaya daxil olmuş, 1990-cı ildə dissertasiya işini müdafiə etmişdir.

Elçin Allahyarov Azərbaycan Neft Akademiyasının Fizika kafedrasında müəllim işləyir. Onun 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

Elçin Allahyarov bir sıra respublika elmi konfranslarında məruzələrlə çıxış etmişdir. Onun məqalələri xarici dövlətlərdə elmi jurnallarda çap olunmuşdur.

 

ELŞAD ALLAHYAROV

Elşad Ədilkam oğlu Allahyarov 1963-cü ilin fevralında Tbilisi şəhərində anadan olmuşdur. 1970-ci ildə Tbilisidə rus orta məktəbinin 1-ci sinfinə getmiş, 1980-ci ildə isə həmin məktəbi bitirmişdir. 1980-ci ildə Moskva şəhərində M.V.Lomonosov adına Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuş, 1985-ci ildə isə həmin fakültəni müəvəffəqiyyətlə başa vuraraq aspiranurada təhsilini davam etdirmişdir. 1989-cu ildə Elşad Allahyarov namizədlik dissertasiyası müdafiə etmişdir.

Elşad Allahyarov SSRİ EA-nın Fizika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

Hal-hazırda Almaniya dövlətinin vətəndaşıdır. O, Dyuseldorf və Kembric Universitetində müəllimlik edir.

Elşad Allahyarovun elmi və pedaqoji fəaliyyəti, 70 elmi məqalədə öz əksini tapmışdır. O, 1990-cı illərin axırlarından Nyu-York Akademiyasının və Hollandiya Universitetinin fəxri üzvü seçilmişdir. Onun dünyanın ən məhşur elm və təhsil ocaqlarında çıxışları olmuşdur.

 

ƏLƏKBƏR MƏMMƏDOV

Ələkbər Məmmədəli oğlu Məmmədov 1938-ci il noyabrın 5-də Tbilisi şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Həmin il tə’yinat üzrə Azərbaycan Politexnik İnstitutunun (İndiki ATU-nun) ümumi və nəzəri elektrotexnika kafedrasında işə başlamışdır. 1965-ci ildə Leninqrad Politexnik İnstitutuna məqsədli aspiranturaya göndərilmiş və namizədlik dissertasiyası müdafiə edib, elmi dərəcə almış, yenidən AzPİ-yə qayıtmışdır.

1975-ci ildə AzPİ-dən ayrılaraq, yeni təşkil olunmuş Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hesablama texnikası və istehsal proseslərinin avtomatlaşdırılması kafedrasına müəllim keçmişdir. 2000-ci ilə qədər həmin kafedranın və eyni zamanda Azərbaycan Neft Akademiyasının elektrotexniki qurğular və yüksək gərginlik texnikası kafedrasının dosenti vəzifəsində çalışmışdır. "Elektrotexnika və elektronikanın əsasları" adlı tədris vəsaiti və 40-a yaxın elmi məqalənin müəllifidir. Ümumittifaq və Beynəlxalq konfrans və konqreslərin iştirakçısı olmuşdur.

2000-ci il fevralın 2-də Bakıda vəfat etmişdir.

 

FƏRRUX BAXMALOV

Fərrux Hüseyn oğlu Baxmalov 1933-cü il mayın 1-də Tiflis şəhərində anadan olmuşdur. 1952-ci ildə 37 saylı Tbilisi Azərbaycan orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət (indiki Bakı Dövlət) Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olmuşdur.

1957-ci ildə BDU-nun hidrometeroloji stansiyasının rəisi vəzifəsində çalışmışdır. 1963-cü ildə akademik Şirşov adına SSRİ EA Okeanologiya İnstitutunun aspiranturasına daxil olmuş, institutun dəniz fizikası şö’bəsində Xəzər dəniz axınlarının nəzəri yolla hesablanması ilə məşğul olmuşdur.

1969-cu ildə Moskva Dövlət Universitetinin hidrometeroloji bölməsinin müdafiə şurasında "Xəzər dənzinin əsas su dövranı tiplərinin hesablanması və təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1966-1971-ci illərdə Azərbaycan EA coğrafiya institutunda baş mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1971-ci ildə indiki ADPU-ya müəllim düzəlmişdir.

Fərrux Baxmalovun elmi pedaqoji fəaliyyəti 50-dən çox elmi əsərdə və dərs vəsaitində öz əksini tapmışdır. Onun əsərləri Bakı, Moskva şəhərlərində, Rusiyanın bir sıra digər şəhərlərində və İsveçrədə çap olunmuşdur. O, 10-dan çox beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış etmiş, materiallar çap etdirmişdir.

Hazırda ADPU-nun fiziki-coğrafiya kafedrasında dosent vəzifəsində işləyir.

 

FAİQ ŞƏRİFOV

Faiq Mahmud oğlu Şərifov 1937-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Tbilisi şəhərində almışdır.

1957-ci ildə Azərbaycan Xalq Təsərürfatı İnstitutuna qəbul olmuşdur. 1959-cu ildə institutun bir neçə fakültəsi Azərbaycan Dövlət Universitetinin tərkibinə verildiyindən Faiq Şərifov 1962-ci ildə ADU-nu bitirmişdir. 1962-1965-ci illərdə Azərbaycan Elmi Tədqiqat Meliorasiya və Hidrotexnika İnstitutunda mühəndis-iqtisadçı vəzifəsində işləmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı-mühəndis kimi fəaliyyət göstərmiş, 1978-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1973-cü ildə dissertasiya işini tamamlayıb müdafiə şurasına təqdim etmiş, 1974-cü ildə müdafiə etmişdir.

Faiq Şərifovun elmi və praktik fəaliyyəti 40 çap vərəqi həcmində (50-ə yaxın) əsərdə öz əksini tapmışdır. O, istehsalatda və elmdə çalışdığı vaxt 10-a yaxın elmi praktik konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir. Faiq Şərifov hal-hazırda Azərbaycan Respublikası Kənd Təsərürfatı Nazirliyində baş iqtisadçı vəzifəsində işləyir.

 

İMRAN HƏSƏNOV

İmran Əli oğlu Həsənov 1912-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1919-cu ildə Tiflis şəhər rus-tatar məktəbinə getmiş və 1929-cu ildə həmin məktəbi bitirmişdir.

1929-1930-cu tədris ilində Azərbaycan Dövlət Universitetinin Tibb bölməsinin kimya-farmakologiya şö’bəsinə daxil olmuş, 1933-cü ildə həmin fakültəni başa vurmuşdur. İmran Həsənov tə’yinatla Tiflis şəhərinə göndərilmiş, burada bir neçə il işlədikdən sonra yenidən Bakıya qayıdaraq Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) fizika-kimya fakültəsinə daxil olmuşdur. 1937-ci ildə institutu bitirib tə’yinatla yenidən Tiflis şəhərinə göndərilmişdir. İmran Hsənov Tiflis əczaxanalarının birində müdir və paralel olaraq Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutunda da müəllim işləmişdir.

İmran Həsənov 1941-ci ildə müharibəyə getmiş, 1945-ci ildə müharibədən tərxis olunduqdan sonra Qaçağan kəndində əczaxana müdiri vəzifəsində işləmişdir. 1946-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1949-cu ildə namizədlik dissertasiyası müdafiəsinə 20 dəqiqə gecikməyinin üstündə, onun müdafiəsi baş tutmamışdır. Yalnız 17 ildən sonra, yəni 1966-cı ildə yenidən müdafiə edib və kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

İmran Həsənovun 20-ə yaxın elmi əsəri çap olunmuşdur. O respublika elmi konfranslarında çıxış etmişdir.

İstedadlı alim-pedaqoq İmran Həsənov 1966-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 

İSLAM İBRAHİMOV

İslam İsmayıl oğlu İbrahimov 1922-ci il dekabrın 25-də Tbilisi şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirdiyindən Xocalı şəhərində böyük qardaşının himayəsi altında yaşaması ilə əlaqədar ibtidai məktəbi də orada oxumalı olmuşdur. Orta məktəbi Bakıda bitirmişdir.

1939-cu ildə İslam İbrahimov ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1944-cü ildə həmin fakültəni bitirmişdir.

Əmək fəaliyyətinə 1945-ci ildə keçmiş "Kommunist" qəzeti redaksiyasında tərcüməçi, xarici xəbərlər şö’bəsinin müdiri vəzifələrində başlamışdır.

1945-1950-ci illərdə SSRİ Nazirlər Soveti İşlər İdarəsi Katibliyində şö’bə müdirinin köməkçisi-redaktor kimi çalışmışdır. A.V.Lunaçarski adına Dövlət Teatr İnstitutunun fəlsəfə tarixi kafedrasında aspirant olmuşdur. "M.F.Axundovun estetik baxışları" mövzusunda elmi-tədqiqat işini tamamlamış, müdafiə şurasına təqdim etmişdir. Sonra Bakıda C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1953-1957), Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1958-1959), "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şö’bəsinin müdiri (1959-1965), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya hey’ətinin üzvü (1965-1966), M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Sov.İKP tarixi kabinetinin müdiri, mədəni-maarif işləri kabinetinin müdiri, eyni zamanda estetika fənni üzrə müəllim işləmişdir. (1966-1968). Ömrünün sonunadək institutun teatr tarixi kafedrasının baş müəllimi işləmişdir. İki medalla təltif olunmuşdur.

İslam İbrahimovun elmi və pedaqoji fəaliyyəti 12 əsərdə, o cümlədən 1 monoqrafiyada, 1 metodik göstərişdə və 10 elmi məqalədə öz əksini tapmışdır.

İslam İbrahimov 1985-ci il iyulun 29-da Bakı şəhərində vəfat etmişdir.

Copyright © 2003 Borchali