Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

QARAÇÖP (İNDİKİ SAQARECO) BÖLGƏSİ

[A-Z]

DURSUN ƏLİYEV

Dursun Xəlil oğlu Əliyev 1951-ci ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur. 1968-ci ildə Yor-Muğanlı kənd orta məktəbini bitirmiş, bir müddət istehsalatda çalışdıqdan sonra 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə təhsilini uğurla bitirərək Gürcüstana qayıtmış, Borjomi rayonunun Bakuriani qəsəbəsi xəstəxanasında əmək fəaliyyətinə başlamışdır. İnternatura təcrübəsi keçdiyi Tbilisi 9 saylı klinik xəstəxanasında tibb elmləri doktoru, professor, respublikanın əməkdar elm xadimi O.Q.Mamatavrişvilinin rəhbərliyi altında elmi iş aparmışdır. Onun tədqiqatlarının nəticələri Gürcüstan və Nyu-Yorkda tətbiq olunmuşdur.

Dursun Əliyev 1989-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunun ixtisaslaşdırılmış elmi şurasında uğurla dissertasiya müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

Dursun Əliyev indiyədək Bakuriani xəstəxanasında baş həkim işləyir, elmi tədqiqatlarını davam etdirir, doktorluq dissertasiyası üzərində çalışır. Onun bu müddət ərzində 25 elmi əsəri işıq üzü görmüşdür. 15 elmi konfransda çıxış etmiş, elmi məqalələr çap etdirmişdir.

 

ƏLƏSGƏR GÜLGƏZLİ

Ələsgər Səməd oğlu Gülgəzli 1955-ci ildə Qaraçöpün Tüllər kəndində anadan olmuşdur. 1972-ci ildə Yor-Muğanlı kənd orta məktəbini bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1977-ci ildə həmin fakültəni bitirmiş, iki il Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1979-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə e’zam olunmuşdur. 1982-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Ələsgər Gülgəzli 1982-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda böyük mühəndis və baş konstruktor vəzifələrində çalışmışdır. O, 1991-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasının nəzəri mexanika kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Hazırda həmin kafedrada elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Ələsgər Gülgəzlinin elmi və pedaqoji fəaliyyəti 35 elmi əsərdə və 2 dərs vəsaitində öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında iki nəfər dissertasiya müdafiə etmişdir. O. artıq doktorluq dissertasiyası üzərində işini başa çatdırmışdır.

 

FATMA ƏLİYEVA

Fatma Həmid qızı Əliyeva 1953-cü ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur. 1960-cı ildə Qacreti internat-məktəbinə getmiş, 1970-ci ildə həmin məktəbi bitirərək İ.Qoqebaşvili adına Gürcüstan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1975-ci ildə institutda təhsilini uğurla başa vurmuş, Yor-Muğanlı kənd məktəbində gürcü dili müəllimi işləmiş, rayonda çıxan "İvris qantiadi" ("İorinin işıqları") qəzetində əməkdaşlıq etmişdir. 1976-cı ildə o, pedaqoji fəaliyyətdə əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanla təltif olunmuşdur.

Fatma Əliyeva 1984-cü ildə Bakıya köçmüş, Azərbaycan EA-nın Nəsimi adına Dilççilik İnstitutunda baş laborant kimi elmi fəaliyyətə başlamışdır. "Orta əsr gürcü mənbələrində türkizmlər" ("Kartlis tsxovroba"-"Gürcüstan salnaməsi" əsasında) mövzusunda elmi-tədqiqat işi aparmışdır. Fatma Əliyeva 1990-cı ildən 1992-ci ilə qədər Azərbaycan Respublikası EA nəzdində təşkil olunmuş Milli Münasibətlər İnstitutunun Qaçqınlıq və Azərbaycan diasporu şö’bəsində kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışmışdır. O, 1992-ci ildə yenidən Dilçilik İnstitutuna qayıtmış və orada da uğurla dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1986-1993-cü illərdə institutuda kiçik elmi işçi, 1993-cü ildən isə elmi işçi işləyir. O, 1986-cı ildə institutun ictimai həyatında yaxından iştirak etdiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Fatma Əliyeva eyni zamanda, 1994-cü ildən Gürcüstan Respublikasının Azərbaycandakı səfirliyində tərcüməçi, 1996-cı ildən isə Azərbaycan radiosunun gürcü dilində verlişlər redaksiyasının böyük redaktoru işləyir.

Fatma Əliyeva 1997-ci ildən Türkiyədə Azərbaycan-gürcü-türk dillərində tərcümələr edir.

 

FƏRHAD XUBANLI

Fərhad İslam oğlu Xubanlı (Xubanov) 1950-ci ildə Qaraçöpün Muğanlı kəndində anadan olmuşdur. 1967-ci ildə Yor-Muğanlı kənd orta məktəbini bitirmiş, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədbiyyat fakültəsinə daxil olmuşdur.

Fərhad Xubanlı 1971-ci ildə institutu bitirmiş və tə’yinatla Balakən rayonunun Qazmalar kənd 2 saylı orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. O, 1974-cü ildən Yor-Muğanlı kənd orta məktəbinin tədris işləri üzrə direktor müavini işləmişdir.

Fərhad Xubanlı 1979-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1984-cü ildə Gürcüstan Respublikasının Maarif Nazirliyi tərəfindən "metodist müəllim" adına layiq görülmüşdür.

Fərhad Xubanlı 1989-cu ildə uğurla dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1994-cü ildən Qazax Pedaqoji İnstitutunda pedaqogika fənnini tədris edir.

Fərhad Xubanlı yaradıcı pedaqoqdur. Onun sanballı elmi və publisistik məqalələri "Azərbaycan müəllimi", "Azərbaycan məktəbi", "Gürcüstan" dövri nəşrlərində dərc olunmuşudr. Qaraçöpün folklor xəzinəsindən topladığı qiymətli incilər "Gürcüstan folklor antologiyası"na daxil edilmiş, radionun "Bulaq" verlişində, televiziyanın "Ozan" toplusunda səsləndirilmiş, qəzet-jurnallarda çap olunmuşdur.

Fərhad Xubanlı bir sıra respublika konfranslarında çıxış etmiş, materiallar çap etdirmişdir.

 

FƏXRƏDDİN BAYRAMOV

Fəxrəddin Hacıkişi oğlu Bayramov 1950-ci il yanvar ayının 25-də Qaraçöpün Yor-Muğanlı kəndində anadan olmuşdur.

Fəxrəddin Bayramov 1957-ci ildə Yor-Muğanlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1967-ci ildə Qardabani rayonunun Kosalı kəndində orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur.

1968-1973-cü illərdə Elmi-Tədqiqat İnşaat Materialları institutunda laborant, mühəndis vəzifəsində işləmişdir. 1975-ci ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya institutunda aspiranturaya daxil olmuş, 1978-ci ildə sementin hidratasiyasına üzvü əlavələrin tə’siri mövzusunda dissertasiya işini müdafiə etmiş ona texnika elmləri namizədi elmi dərəcəsi verilmişdir.

Sonralar S.Ə.Dadaşov adına Elmi-Tədqiqat İnşaat Materialları institutunda kiçik elmi işçi, bölmə, laboratoriya müdiri vəzifələrində işləyən Fəxrəddin Bayramov hazırda institutun Elmi-İşlər üzrə direktor müavini vəzifəsində çalışır.

120-ə yaxın çap olunmuş elmi məqalənin, o cümlədən 35 ixtiraya görə şəhadətnamənin müəllifidir. Onun rəhbərliyi ilə 4 nəfər elmlər namizədi hazırlanmışdır. Hazırda fəaliyyətinin əsas istiqamətlərini yerli xammal mənbələrindən istifadə etməklə sənaye müəssisələrinin işini tə’min etmək, yeni mütərəqqi texnologiyaların yaradılması, iş yerlərinin açılması, milli kadrların hazırlanması Azərbaycan və Gürcüstan tikinti kompleksinin aktual problemlərinin həlli və inteqrasiya proqramının hazırlanması məsələləri təşkil edir.

 

HACAN HACIYEV

Hacan Qulu oğlu Hacıyev 1946-cı ildə Qaraçöp nahiyəsinin Keşəli kəndində anadan olmuşdur. 1963-cü ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuşdur. 1969-cu ildə institutu bitirdikdən sonra Qaradağ neft mə’dənləri idarəsində operator-mühəndis kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə aspiranturaya qəbul olunmuş və 1978-ci ildən isə "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasında əmək fəaliyyətini davam etdirmişdir. 1982-ci ildə görkəmli alim, akademik A.Mirzəcanzadənin rəhbərliyi altında dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Hacan Hacıyev 1993-1996-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz quyularının tədqiqi şö’bəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. 1989-cu ildə "Qaraçöp" xeyriyyə cəmiyyətini yaratmış və sədri olmuşdur.

1996-cı ilin fevralında Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri tə’yin edilmişdir.

Hacan Hacıyevin neft sahəsində bir neçə məqaləsi çap olunmuşdur.

Hacan Hacıyev hal-hazırda Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiridir.

 

HƏSƏN XOCAYEV

Həsən Xoca oğlu Xocayev 1945-ci ildə Gürcaani rayonunun Yor-Muğanlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yor-Muğanlı orta məktəbini bitirmiş, bir il Gürcüstandkı "Qurz Neft" deyilən neft qazma idarəsində işlədikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1968-ci ildə ali təhsilini uğurla başa vurmuş, əmək fəaliyyətinə başlamışdır. Həsən Xocayev 1968-ci ildən həmin institutun üzvi kimya kafedrasında elmi və pedaqoji işlə məşğul olmuş, baş laborant və müəllim kimi çalışmışdır. O, 1974-cü ildə uğurla dissertasiya işi müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsi almışdır. H.Xocayev 1990-cı ilə kimi üzvi kimya kafedrasında, 1990-cı ildən isə analitik kimya kafedrasında dosent vəzifəsi ilə bərabər kimya texnologiya fakültəsinin dekan müavini vəzifəsində işləyir.

Elmi əsərləri Azərbaycanın və Rusiyanın elmi jurnallarında çap olunmuşdur. İndiyə qədər 49 elmi məqaləsi işıq üzü görmüşdür. Bə’zi tədqiqatların nəticələri istehsalata müvəffəqiyyətlə tətbiq olunmuş, institut xeyli mənfəət əldə etmişdir.

O, dəfələrlə elmi-praktik konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

İBRAHİM NƏBİYEV

İbrahim Mayıl oğlu Nəbiyev 1961-ci il fevralın 1-də Qaraçöp bölgəsinin Yor-Muğanlı kəndində anadan olmuşdur. 1968-1976-cı illərdə Muğanlı səkkizillik məktəbində, 1976-1978-ci illərdə isə Bakıda fizika və riyaziyyat təmayüllü respublika 1 saylı internat məktəbində oxumuşdur. Orta məktəbi qızıl medalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin Lenin təqaüdçüsü olmuşdur. Tələbəlik illərində Bakı şəhər Oktyabr rayon XDS-nin deputatı olmuşdur. 1983-cü ildə ADU-nun tətbiqi-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1990-cı illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1987-ci ildə riyazi analiz ixtisası üzrə "Ayrılmayan sərhəd şərtli Şturm-Liuvill və Dirak operatorları üçün tərs məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1990-cı ildən indiyədək BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləyir.

Hal-hazırda tətbiqi riyaziyyat kafedrasının dosenti vəzifəsində çalışır, spektral analizin tərs məsələləri sahəsində elmi araşdırmalarını davam etdirir.

İbrahim Nəbiyevin elmi və pedaqoji fəaliyyəti 1 kitab, respublika və xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuş 22 elmi əsərdə öz əksini tapmışdır.

 

İSMAYIL XEYİRXƏBƏROV

İsmayıl Mahmud oğlu Xeyirxəbərov 1965-ci ildə Qaraçöpün Tüllər kəndində anadan olmuşdur. Orta təhsilini Ləmbəli kənd orta məktəbində almış, 1982-ci ildə orta məktəbi bitirdikdən sonra bir il fəhlə işləmişdir. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) ümumiqtisad fakültəsinə daxil olmuşdur. 1984-1986-cı illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Lenin təqaüdünə layiq görülmüşdür. 1990-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və təşkili İnstitutunun aspiranturasının ə’yani şö’bəsinə daxil olmuş, 1965-ci ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda Azərbaycan ETKTİ və Tİ-də şö’bə müdiri vəzifəsində işləyir.

İsmayıl Xeyirxəbərov bu müddət ərzində respublika səviyyəli 10 konfransda iştirak etmiş, məqalələr çap etdirmişdir. Onun elmi fəaliyyəti 20-dən çox elmi məqalədə və bir neçə samballı elmi hesabtda öz əksini tapmışdır.

 

QABİL GÜLGƏZLİ

Qabil Süleyman oğlu Gülgəzli 1948-ci il iyunun 17-də Saqareco rayonunun Ləmbəli kəndində (Qaraçöp mahalı) anadan olmuşdur. Qabil Gülgəzli orta təhsilini Ləmbəli 8 illik və Yor-Muğanlı orta məktəblərində almışdır. O, 1966-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş, 1971-ci ildə isə həmin fakültəni bitirmişdir.

Qabil Gülgəzli institutu qurtardıqdan sonra fasiləsiz olaraq ixtisası üzrə müxtəlif vəzifələrdə çalışmışdır. O, 1971-ci ildə tə’yinatla Balakən rayon baytarlıq laboratoriyasında toksikoloq-baytar həkimi işləmiş, 1972-1973-cü illərdə bir il Sovet Ordusu sıralarında xidmət etmiş, xidmətdən tərxis olunduqdan sonra Bakı şəhərində "Azərbaycan təchizatı" Respublika birliyində baytar həkim kimi fəaliyyət göstərmişdir.

Qabil Gülgəzli 1974-cü ildə Moskva şəhərində K.İ.Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunda aspiranturanın əyani şö’bəsinə daxil olmuş və 1977-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsini almışdır. Onun dissertasiya mövzusu üzrə təkmilləşdirdiyi arterial təzyiqin və tənəffüsün "iti təcrübələrdə" tə’yin olunması üçün kompleks priborlar 1976-1981-ci illərdə Ümimittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmişdir.

Qabil Gülgəzli 1977-ci ildə Azərbaycana qayıdaraq Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. O, 1978-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin də’vəti ilə Respublika Baytarlıq Laboratoriyasında şö’bə müdiri vəzifəsinə tə’yin olunmuş, sonralar (1980-1993-cü illərdə) Nazirliyin tə’yinatı və Respublika direktiv orqanlarının razılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Baş idarəsində baytar həkimi-müfəttiş, baş baytar həkimi, idarə rəisi, baş idarənin rəis müavini, baş idarə rəisinin birinci müavini, baş idarə rəisi vəzifəsini icara edən, eyni zamanda Azərbaycan Respublikasının baş dövlət baytar müfəttişinin birinci müavini və Azərbaycan Respublikasının baş baytarlıq müfəttişi vəzifəsinin icraçısı vəzifələrində çalışmışdır.

O, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsində baş idarə rəisi vəzifəsində işləmişdir. Bu dövrdə baytarlıq üzrə elmi texniki şuranın sədri vəzifəsini də icra etmişdir. 1990-cı ildən isə Azərbaycan baytar həkimləri ittifaqının sədr müavini vəzifəsində çalışır. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda və Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunda elmi şuraların üzvüdür. Bu vaxtadək 30-a yaxın elmi məqaləsi dərc olunmuşdur. "Baytarlıq Təbabəti haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin müəlliflərindən biridir, "Yeyinti məhsulları haqqında" və digər qanunların, habelə baytarlıq üzrə 100-dən çox qanunvericilik aktlarının hazırlanmasında bilavasitə iştirak və ya müəlliflik etmişdir. Bir sıra xarici ölkələrdə Azərbaycan baytarlığını təmsil etmişdir.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində baş mütəxəssis vəzifəsində çalışır.

Qabil Gülgəzlinin istər elmi axtarışlarında və eləcə də milli Türkçülük ruhunda çox sahəli bir mütəxəssis kimi yetkinləşməsində, onun atası Süleyman Vəliyevin(Gülgəzli) rolu çox olmuşdur. Süleyman Gülgəzli 12 il Qaraçöp nahiyəsinin iki kolxozunda sədr işləmiş, ömrünün sonuna (1971) kimi İori sovxozunda partiya təşkilatının katibi və Saqareco Rayon Partiya Komitəsi bürosunun üzvü olmuşdur.

 

KƏRİM NƏBİYEV

Kəpim Mayıl oğlu Nəbiyev 1966-cı ildə Qaraçöp mahalının Muğanlı kəndində anadan olmuşdur. 1981-ci ildə Muğanlı 8-illik məktəbini, 1983-cü ildə Yor-Muğanlı orta məktəbini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Tətbiri riyaziyyat fakultəsinə daxil olmuşdur.

1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstituna göndərilmişdir. 1998-ci ildə "Neft yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.

Kərim Nəbiyevin elmi fəaliyyəti 10 elmi məqalədə öz əksini tapmışdır. Bir neçə Respublika səviyyəli elmi konfranslarda iştirak edib, məqalələr çap etdirmişdir. Hal-hazırda neft-qaz hasilatının proqnozlaşdırılması sahəsində elmi-tədqiqat işini davm etdiri.

MƏHARƏT OSMANLI

Məharət Paşa oğlu Osmanov (Osmanlı) 1961-ci il sentyabrın 2-də anadan olmuşdur. Onun valideynlərinin hər ikisi Qaraçöpdəndir. 1968-ci ildə Bakının Mikayıl Müşfiq adına 18 saylı orta məktəbinə daxil olmuş, 1978-ci ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.

1983-cü ildə Azərbaycan Respublikasının LKGİ MK yanında Bakı Komsomol məktəbinin axşam şö’bəsini müvəffəqiyyətlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Məharət Osmanlı tə’yinat əsasında Azərbaycan Respublikası EA Tarix institutunun Arxeologiya və Etnoqrafiya sektorunun "Yeni tikinti sahələrinin arxeloji tədqiqatlar" şö’bəsində elmi fəaliyyətə başlamışdır.

O, Şabran ekspediyasının aktiv elmi tədqiqatçılarından olmuşdur. Məharət Osmanlı, 1986-cı ildə öz elmi fəaliyyətini həmin institutun etnoqrafiya şö’bəsində davam etdirmişdir. 1982-1986-cı illərdə Məharət Osmanlı Azərb SSR EA "Bilik" cəmiyyətinin "gənc natiqlər" məktəbinin ictimai-siyasi fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1989-cu ildən bu günədək Məharət Osmanlı Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Şərqi Avropa xalqları tarixi" kafedrasında elmi-padaqoji fəaliyyətini davam etdirir.

1997-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ticarəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Məharət Osmanlı kapitalizm dövründə Azərbaycanın iqtisadi əlaqələri və ticarətin inkişafı ilə bağlı 10-a qədər elmi məqalə çap etdirmişdir.

 

MƏHƏMMƏD ƏLİYEV (KAZIMOV)

Məhəmməd İsa oğlu Əliyev 1947-ci ildə Qaraçöpdə anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakültəni bitirmişdir.

1973-cü ildə Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasında yunçuluq ixtisası üzrə təhsil almış,

1977-ci ildə dissertasiya müdafiə edib, kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

Məhəmməd Əliyev 1977-ci ildən respublika və eləcə də Zaqafqaziyada ən böyük e’mal müəssisəsi olan Yevlax şəhərində yunun ilkin e’malı fabrikinə tə’yinat almış, texnoloji nəzarət şö’bəsinin, keyfiyyət laboratoriyasının rəisi vəzifələrində çalışmaqla, burada ixtisaslı işçilərin hazırlanmasına böyük əmək sərf etmişdir.

Məhəmməd Əliyev 1992-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının "Heyvandarlıq məhsullarının əmtəəşünaslığı" kafedrasının dosentidir. Bu müddət ərzində 6 metodik göstəriş, 4 dərs vəsaiti hazırlayıb çap etdirmiş, 50-yə qədər elmi məqaləsi isə müxtəlif ölkələrdə dərc olunmuşdur. Məhəmməd Əliyev 10-a qədər beynəlxalq və ittifaq səviyyəli konfranslarda çıxış etmiş, materiallar dərc etdirmişdir. Hazırda "Yunun əmtəəşünaslığı" adlı dərs vəsaiti çapa təqdim olunmuşudr.

 

MUSA USUFOV

Musa Mahmud oğlu Usufov 1960-cı ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur. 1975-ci ildə Ləmbəli kənd orta məktbinin 8-ci sinfini, 1976-cı ildə isə Bakı şəhər 1 saylı fizika-riyaziyyat təmayüllü internat məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı başa vurmuşdur.

Musa Usufov 1981-1984-cü illərdə Azərbaycan Hava Meterologiya idarəsində çalışmış, 1985-1987-ci illərdə Universitetin fizika fakültəsində elmi və elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

Musa Usufov 1987-ci ildə Moskvada Rusiya EA-nın A.F.İoffe adına Texniki Fizika İnstitutunun aspiranturasında təhsil almış, eyni zamanda, elmi tədqiqat işini də davam etdirmişdir. O, 1996-cı ildə Sank-Peterburqda dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Onun fiziki elektronika sahəsində 10-a qədər elmi məqaləsi çap olunmuşdur.

Musa Usufov hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirir.

 

NAZİM İSAYEV

Nazim İsa oğlu İsayev 1959-cu ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur. 1976-cı ildə Düzəyrəm kənd orta məktəbini bitirmiş, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1980-ci ildən təhsilini göndəriş əsasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə həmin fakültəni bitirmişdir. 1983-cü ilin sentyabrından 1994-cü ilin sentyabrına qədər Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademyasının) tarix kafedrasının müəllimi işləmişdir.

Nazim İsayev 1993-cü ilin noyabırında "Azərbaycan Demokratik Respublkasının sosial-mədəni siyasəti" mövzusunda namizədlik dissetasiyası müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

Nazim İsayev 1994-cü ilin sentyabrından 1996-cı ilin iyununa qədər respublika Gənclər və İdman Nazirliyində Gənclərlə iş üzrə Baş İdarəsinin Gəncəlrin İctimai-siyasi təşkilatları ilə iş şö’bəsinin rəisi işləmişdir. 1996-cı il iyunun sonundan Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siysi şö’bəsinin böyük referenti vəzifəsində çalışır.

Nazim İsayevin elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz əksini tapmışdır. O, bu müddət ərzində bir neçə dəfə ittifaq və respublika səviyyəli konfranslarda çıxış etmiş, materiallar çap etdirmişdir.

 

NİZAMİ HƏSƏNOV

Nizami Hüseyn oğlu Həsənov 1955-ci ildə Qaraçöpün Yor-Muğanlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi ə’la qiymətlərlə başa vurub, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) inşaat fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (1975-ci ildə Az.Pİ-nin bazasında yaradılıb) fərqlənmə diplomu ilə bitirib inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.

Nizami Həsənov əmək fəaliyyətinə Az.İMİ-də başlamış, "İnşaat mexanikası" kafedrasında müəllim, baş müəllim kimi fəaliyyət göstərmişdir. O, 1980-1985-ci illərdə "İnşaat mexanikası" kafedrasının qiyabi aspiranturasında təhsilini davam etdirmiş və 1985-ci ildə Saratov Politexnik İnstitutunda uğurla dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Onun təşəbbüsü və bilavastə iştirakı ilə Az.İMİ-də "Cəngi" eksperimental bədii-idman-istehsalat birliyi, "Ocaq" tələbə kulubu, tələbə ictimai kadrlar şö’bəsi yaradılmış, tələbə özünüidarəsi genişləndirilmişdir. 1987-ci ildə Moskvada onun iştirakı ilə tələbə özünüidarəsinin təşkilinə dair metodik göstərişlər hazırlanaraq çap edilmişdir.

Nizami Həsənov 1988-1990-cı illərdə Oktyabr (indiki Yasamal) rayon və Bakı şəhər partiya komitələrində tə’limatçı işləmiş, 1990-cı ilin aprelində Az.İMİ partiya komitəsinin katibi seçilmişdir. O, əməkdə göstərdiyi rəşpadətə görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Nizami Həsənov 1991-ci il noyabr ayından 1992-ci il dekabr ayına qədər Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi texniki peşə təhsili idarəsinin rəisi işləmişdir.

1992-ci ilin dekabrından Az.İMU-nin "İnşaat mexanikası" kafedrasının dosentidir.

 

RASİM BAYRAMLI

Rasim Allahyar oğlu Bayramlı 1957-ci ildə Qaraçöp bölgəsində anadan olmuşdur. 1974-cü ildə Qaraçöp kənd orta məktəbini bitirmiş, hərbi xidmətə getmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunmuşdur. 1983-cü ildə həmin institutun inşaat-texnologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, işləmək üçün Bakı şifer və keramika mə’mulatları kombinatına göndərilmişdir. 1983-1985-ci illərdə kombinatda növbə rəisi, sex texnoloqu vəzifələrində işləmişdir. 1985-ci ildə xarici dil öyrənmək məqsədi ilə istehsalatdan ayrılmadan Azərbaycan Xarici Dillər İnstitutunun iki illik alman dili kursunda oxumuşdur. 1985-ci ildə Moskva Elmi-Tədqiqat Asbest-Sement İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1986-1989-cu illərdə institutun sement laboratoriyasının elmi işçisi kimi Rusiya, Pribaltika, Azərbaycanın asbest-sement zavodlarında bir çox elmi-tədqiqat işlərinin istehsalatda tətbiqini həyata keçirmişdir. 1989-cu ildə Moskvada dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 3 elmi ixtiranın, 14 elmi məqalənin müəllifidir. 1989-cu ildə Bakı şifer və keramika mə’mulatları kombinatına qayıdaraq şifer istehsalının rəisi, 1991-ci ildən isə baş mühəndisin müavini vəzifəsində işləmişdir.

O. istehsalatdan ayrılmadan Beynəlxalq Menecment və Biznes İnstitutunun mühasibat, 1992-ci ildə Azərbaycan Menecment Kollecinin xarici iqtisadi əlaqələr meneceri ixtisaslarına yiyələnmişdir. 1993-cü ildə şifer və keramika mə’mulatları kombinatının baş mühəndisi tə’yin olunmuşudur. Kombinatda işlədiyi dövrdə 20-dən çox səmərələşdirici təkliflərin müəllifidir. 1995-ci ildə Almaniya Şlezviq-Holşteyn İqtisad Akademiyasının Bakıda təşkil etdiyi bir illik "Bazar iqtisadiyyatı üzrə mühazirəçi" kursunu bitirmiş Almaniyada təcrübə keçdikdən sonra Akademiyanın mühazirəçi-dosent diplomuna layiq görülmüşdür.

O, bir sıra beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş və məqalələr çap etdirmişdir.

Hal-hazırda Bakı şifer və keramika mə’mulatları kombinatında baş direktorun istehsalat üzrə müavini işləyir.

 

SABİR XƏLİLOV

Sabir Ağakişi oğlu Xəlilov 1955-ci ildə Qaraçöpün Tüllər kəndində anadan olmuşdur. 1972-ci ildə Yor-Muğanlı kənd orta məktəbini bitirmiş, Azərbaycan Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olmuşdur. 1977-ci ildə ali təhsilini başa vurub B.Sərdarov adına Bakı Maşınqayırma Zavodunda mühəndis-mexanik vəzifəsinə işə düzəlmişdir.

Sabir Xəlilov 1982-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olur. O, avtomatlaşdırılmış istehsalın texnologiyası və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sahəsində tədqiqatlar aparmışdır. Məhz bu tədqiqatların ilkin yekunu kimi, 1991-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

Sabir Xəlilov hazırda Sumqayıtda Azərbaycan Sənaye İnstitutunun dosenti vəzifəsində çalışır və elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Onun elmi-pedaqoji fəaliyyəti 10-dan çox elmi əsərdə və metodik göstərişdə öz əksini tapmışdır.

 

SƏ’Dİ BAYRAMOV

Sə’di Andəm oğlu Bayramov 1953-cü ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur.

1969-cu ildə Yor-Muğanlı kənd orta məktəbini bitirmiş və ADU-nun (iindiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1974-cü ildə təhsilini uğurla başa vuraraq ADU-nun cəbr və topologiya kafedrası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.

1977-ci ildə aspiranturanı bitirmiş, 1978-ci ildə cəbr və topologiya kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlamışdır.

Sə’di Bayramov 1985-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Elmi işləri riyaziyyatın cəbr, cəbri topologiya və topologiyanın analizdə tətbiqinə aiddir. Bu vaxta kimi 30-dan çox elmi məqaləsi və bir kitabı çapdan çıxmışdır. Elmi məqalələrdən 5-i Amerikada, 1-i İngiltərədə və 1-i Türkiyədə çap olunmuşdur.

Sə’di Bayramov 1993-cü ildən BDU-nun dosentidir, 1996-cı ildən isə Türkiyənin Kocaeli Universitetinin professorudur.

Sə’di Bayramov bu müddət ərzində 20-dən çox beynəlxalq və respublika səviyyəli konfranslarda çıxışlar etmiş və elmi məqalələr çap etdirmişdir.

 

YAQUB ƏHMƏDOV

Yaqub Emin oğlu Əhmədov 1948-ci ildə Qaraçöpün Ləmbəli kəndində anadan olmuşdur.

1966-cı ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirərək Azərbaycan Dövlət Unisersitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1971-ci ildə təhsilini uğurla başa vurmuş, tə’yinatla Sumqayıtdakı "Neft-kimya avtomat" Elmi Tədqiqat İnstitutuna göndərilmişdir.

1972-ci ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1976-cı ildə uğurla dissertasiya müdafiə etmişdir.

Yaqub Əhmədov əmək fəaliyyətini Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi davam etdirmiş, 1978-ci ildən "Dənizneftqazlayihə" Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, bölmə müdiri, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda həmin institutda şö’bə müdiri işləyir.

Yaqub Əhmədov dəniz hidrotexnika neft-mə’dən qurğularının statik və dinamik möhkmliyinin nəzəri və eksperimental məsələlərinə dair 100-ə qədər elmi əsərin və ixtiranın müəllifidir.

O beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, Xəzər problemləri ilə bağlı proqnozların müəlliflərindən biridir. O, "Diaqnostika" Elmi-Texniki Mərkzinin tə’sisçilərindən biri, həmin mərkəzin prezidentidir.

Yaqub Əhmədov bu müddət ərzində ittifaq və respublika səviyyəli 10-dan çox konfransda çıxış etmiş, məqalələr dərc etdirmişdir.

Copyright © 2003 Borchali