Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

DAĞ BORÇALI BÖLGƏSİ
(indiki Ermənistan Respublikası ərazisi)

[A-K] [L-Z]

LEJVƏDDİN HACIYEV

Lejvəddin Mikayıl oğlu Hacıyev 1933-cü il dekabrın 1-də Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Ləmbəli kəndində anadan olmuşdur.

Ləmbəlidə 8-ci sinfi bitirdikdən sonra, 1949-cu ildə azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar olaraq, orta təhsilini Güürcüstan Respublikasının qonşu Sadaxlı kənd orta məktəbində almışdır.

L. Hacıyev 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, təhsilini müvəffəqiyyətlə başa vuraraq 1958-ci ildə akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətə başlamışdır.

L.Hacıyev sonrakı illərdə təhsilini Kazan Dövlət Universitetində davam etdirərək "İki kontaktın yerdəyişməsi haqqında bə’zi qeyri-xətti məsələlərin həlli" mövzusunda dissertasiyasını müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcsi almışdır. O, eyni vaxtda pedaqoji fəaliyyətini də davam etdirmişdir. Hal-hazırda Azərbaycan Me’marlıq və İnşaat Mühəndisləri Universitetində ali riyaziyyat kafedrasında dosent vəzifəsində işləyir. L.Hacıyevin 8 elmi əsəri çap olunmuşdur. Onların bə’ziləri MDB dövlətləri, hətta başqa dövlətlərdə də tərcümə edilib nəşr olunmuşdur.

 

MİRZƏ ƏNSƏRLİ (LƏMBƏLİ)

Mirzə Məsim oğlu Ənsərli 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının (Dağ Borçalısı) Ləmbəli kəndində (indiki Noyemberyan rayonu) fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini 1967-1977-ci illərdə kəndin 2 saylı orta məktəbində, ali təhsilini isə 1981-1987-ci illərdə Bakıda Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində almışdır.

Əmək fəaliyyətinə 1977-1980-ci illərdə Ləmbəli kəndində əvvəlcə ağac e’malı sexində, sonra isə "zeytun" sovxozunda fəhlə işləməklə başlamışdır. 1987-ci ildə Azərbaycan Dövlət Univrsitetinin kitabxanaçılıq fakültəsini kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə bitirdikdən sonra 1988-1989-cu illərdə Gəncə şəhərində 25 saylı kitabxanada böyük kitabxanaçı, 1989-1992-ci illərdə Bakıda Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri, 1992-1996-cı illərdə Bakıda Azərbaycan EA Beynəlxalq (Milli) Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1996-1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət İşçilərinin Respublika Hazırlıq və İxtisasartırma Kursunda baş metodist və 1997-1999-cu illərdə Azərbaycan EA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri işləmişdir. Hazırda Azərbaycan EA Beynəlxalq Münasibətlər İnstitutunda elmi işçi vəzifəsində çalışır.

1990-cı ildən müxtəlif mətbuat orqanlarında elmi və elmi-publisistik məqalələrlə çıxış edir. 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ilin əvvəlindən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mirzə Ənsərlinin elmi fəaliyyəti 50 çap vərəqi həcmində 9 elmi, elmi-populyar kitabda öz əksini tapmışdır.

 

 MƏQSƏD MƏMMƏDOV

Məqsəd Ziyəddin oğlu Məmmədov 1958-ci il mayın 3-də anadan olmuşdur. Dağ Borçalısı Barana (indiki Ermənistan Respublikasının Noyemberyan) rayonunun Yuxarı Körpülü kənd orta məktəbində oxumuş, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) coğrafiya fakültəsini bitirmişdir. 1980-82-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbidən tərxis olunduqdan sonra Bakıya gəlmişdir. 1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işə düzəlmişdir. 1985-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Eroziya bölməsinin (indiki Aqroekologiya Elm Mərkəzi) əyani aspirantı olmuş, 1991-ci ildə namizədlik dissertasiyası müdafiə edərək "torpaqşünaslıq" ixtisası üzrə "kənd təsərrüfatı elmləri namizədi" elmi dərəcəsi almışdır. 1989-cu ildə Aqroekologiya Elm Mərkəzində kiçik elmi işçi, 1991-ci ildə isə elmi işçi vəzifəsində çalışmışdır. 1993-cü ilin iyun ayından Dövlət Torpaq Komitəsinin Torpaqların uçotu şö’bəsində baş mütəxəssis vəzifəsində işləyir.

Məqsəd Məmmədovun elmi fəaliyyəti 7 elmi məqalədə və 2 elmi hesabatda öz əksini tapmışdır. O, bu müddət ərzində 3 elmi konfransın iştirakçısı olub. məqalələr çap etdirmişdir.

 

RÜSTƏM HƏSƏNOV

Rüstəm Niftalı oğlu Həsənov 1941-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1964-cü ildə Az.Pİ-nin inşaat fakültəsini bitirmiş və ona inşaatçı-mühəndis ixtisası verilmişdir.

Pedaqoji fəaliyyətə 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun "Su təchizatı və suayırma" kafedrasında assistent kimi başlamış və 1968-ci ilə kimi orada çalışmışdır.

1968-ci ilin sentyabrında "Su problemləri" elmi-tədqiqat institutunun əyani aspiranturasına daxil olmuş, "Yüksək bulanıqlı suların akustik süzgəclərlə şəffaflandırılması" mövzusunda dissertasiya üzərində işləmişdir. 1975-ci ildə K.D.Panfilov adına Kommunal Təsərrüfatı Akademiyasının (Moskva) ixtisaslaşdırılmış elmi şurasında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1971-1978-ci illərdə Azərbaycan "Su problemləri" elmi tədqiqat institutunun "Su təchizatı və suyun təmizlənməsi" laboratoriyasında kiçik və sonra böyük elmi işçi vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə elmi-tədqiqat işlərinin məs’ul icraçısı və rəhbəri olmuşdur. Elmi-tədqiqat işləri əsasən təbii suların təmizlənməsi və ətraf mühitin mühafizəsi mövzularına həsr olunmuşdur.

1968-1978-ci illərdə Az.Pİ və sonralar Az.İMU-nun nəzdində olan "Su təchizatı və suayırma" kafedrası ilə əlaqəni kəsməmiş və saat hesabı ilə ixtisas kurslarında mühazirələr oxumuş, kurs və diplom layihələrinin yerinə yetrilməsinə rəhbərlik etmişdir.

1978-ci ildə müsabiqə yolu ilə Az.İMU-nun "Su təchizatı və suayırma" kafedrasında assistent vəzifəsini tutmuş və pedaqoji fəaliyyətini davam etdirmişdir. 1980-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

52 elmi əsərin müəllifidir. Bu əsərlər respublikamızın və RF-nin elmi məcmuələrində nəşr edilmiş, elmi mə’ruzələrlə respublika və əcnəbi ölkələrdə keçirilmiş seminar və konfranslarda çıxışlar etmişdir.

 

SABİR ORUCOV

Sabir Hidayət oğlu Orucov 1953-cü ildə Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Ləmbəli kəndində anadan olmuşdur. 1960-cı ildə kənd orta mktəbinə daxil olmuş, 1970-ci ildə oranı müvəffəqiyyətlə bitirmiş, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olunmuşdur. 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən tərxis olunduqdan sonra o, İnşaat Mühəndisləri İnstitutunun me’marlıq fakültəsinə daxil olmuşdur. 1979-cu ildə Moskva Me’marlıq İnstitutuna keçmiş və oranı 1982-ci ildə bitirmişdir. İçərişəhərin baş rəssamı işləmiş, 1985-ci ildə Moskvada aspiranturaya qəbul olunmuşdur. 1989-cu ildə Sabir Orucov namizədlik dissertasiyasını müdafiə etmişdir. Elə həmin ildən də Azərbaycan İnşaat Mühəndisləri Universitetində pedaqoji fəaliyyətə başlmışdır.

1990-cı ildən Azərbaycan EA Me’marlıq və İncəsənət İnstitutunun müasir me’marlıq şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

1993-cü ildən 2000-ci ilə kimi Me’marlıq kompozisiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən isə Dizayn kafedrasının müdiridir.

Sabir Orucov 1994-cü ildən "Mühitin dizaynı" ixtisası üzrə mütəxəssis hazırlığı işinin əsasını qoymuş, dizayn kafedrasının açılmasına nail olmuşdur. Tədrisin elmi-tədqiqat və eksperimental bazası kimi "Şəms-ELM" me’marlıq dizayn mərkəzini yaratmışdır. Onun elmi-təcrübi işləri beynəlxalq müsabiqələrdə 2-ci dərəcəli diploma və mükafata layiq görülmüşdür.

Bibi-Heybət ziyarətgah kompleksi də daxil olmaqla 20-dən çox inşa olunmuş binaların me’mar müəllifidir. 40-dan çox elmi məqalənin müəllifi olan Sabir Orucov elmi əlaqələr çərçivəsində MDB-dən kənarda da - Fransada, Macarıstanda və İranda olmuş, me’marlıq sənəti üzrə elmi praktik işlər görmüşdür.

 

SAHİB HÜSEYNOV

Sahib Hüseynov 1961-ci ildə Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Ləmbəli kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Ləmbəli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə ADT institutuna qəbul olmuş və ali təhsilini Saratov Tibb Universitetində tamamlamışdır. 1986-1990-cı illərdə Saratov şəhrində həkim-cərrah işləmişdir. 1990-cı ildə Bakıya gəlmiş və həmin ilin ortalarında respublika klinik xəstəxanasının cərrahiyyə şö’bəsinə işə düzəlmişdir. 1996-cı ildə həmin xəstəxanada cərrahiyyə işləri üzrə baş həkimin müavini vəzifəsinə tə’yin olunmuşdur.

1999-cu ildə Türkiyədə baş verən zəlzələ zamanı zərərçəkənlərin kömyinə çatmış, səriştəli cərrah kimi özünü göstərmişdir. Sahib Hüseynov 1995-ci ildə professor Hidayət İsayevin rəhbərliyi ilə "Aşağı ətrafların diabetik qanqrenalarının kompleks müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2 monoqrafiyanın, bir povestin (həmmüəllif), 50-ə yaxın elmi-publisistik məqalənin müəllifidir.

O, beynəlxalq, respublika miqyaslı 15 konfransda çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

SƏ’Dİ ƏBDÜRƏHMANOV

Sə’di Məhəmməd oğlu Əbdürəhmanov 1940-cı ildə Qərbi Azərbaycanın Barana royonunun (indiki Noyemberyan) Yuxarı Körpülü kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, fərqlənmə diplomu ilə qurtardığı üçün universitetdə işə götürülməklə əmək fəaliyyətinə başlamışdır. O, 1965-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisad - Riyaziyyat İnstitutunda məqsədli aspiranturada təhsil almış və SSRİ Elmlər Akademiyasında Gənclər arasında iş üzrə xüsusi komissiyanın sədri olmuşdur. 1969-cu ildə Moskva şəhərində namizədlik disertasiyasını müdafiə etmiş və 1969-cu ildən indiyə qədər yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğuldur.

1976-1978-ci illərdə "İqtisadi kibernetika" kafedrasının müdiri, 1977-1982-ci illərdə isə "Ümumiqtisad" fakültəsinin dekanı olmuşdur.

1985-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda "Riyazi metodların iqtisadiyyata tətbiqi" ixtisası üzrə müdafiə şurasının üzvü olmaqla respublikada optimal idarəetmə üzrə mütəxssislərin hazırlanmasında və yeni ixtisas olan "İqtisadi kibernetika" üzrə məktəbin yaradılmasında fəal iştirak etmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində Elmi Şuranın üzvüdür.

1992-ci ildən "İnformatika və idarəetmə" fakültəsinin dekanı vəzifəsində işləyir. 60-dan çox elmi əsəri çap olunmuşdur. O, 4 tədris vəsaitinin və 2 monoqrafiyanın müəllifidir. 10 elmi əsəri xarici ölkələrdə çap olunmuş və bir sıra Beynəlxalq konfranslarda çıxış etmişdir.

Azərbaycanda kənd təsərrüfatının optimal inkişafına dair ciddi tədqiqat işləri aparmışdır. Kənd təsərrüfatında son nəticəyə görə planlaşdırma və idarəetmə, kənd təsərrüfatı məhsulları istehsalında iqtisadi maraqların optimal uzlaşdırılması problemləri üzrə monoqrafiyaların müəllifidir və həmin problemlərə həsr olunmuş doktorluq dissertasiyası hazırlamışdır.

Sə’di Əbdürəhmanov hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində

"İnformatika və idaretmə" fakültəsinin dekanı vəzifəsində elmi və pedaqoji fəaliyyətini davam etdirir.

 

TALIB İSMAYIL OĞLU ƏNSƏROV
(TALIB MƏMİŞ OĞLU ŞƏRİFOV)

Talıb Ənsərov 1944-cü ilin aprelində Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Ləmbəli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1951-ci ildə kənd orta məktəbinin birinci sinfinə getmiş, 1961-ci ildə isə həmin məktəbi bitirmişdir. Həmin ildə Politexnik texnikumuna daxil olmuş və 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. 1964-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.

İnstitututu bitirdikdən sonra o, radiotexnika kafedrasında assistent kimi əmək fəaliyyətinə başlamış, 1970-ci ildə isə radiotexnika kafedrasının müdiri tə’yin olunmuşdur.

Talıb Ənsərov Moskvada Energetika İnstitutunun aspiranturasına qəbul olmuş və bir müddət bu institutda işləmişdir. Onu Ali Attestasiya Komissiyasının tərkibinə seçmişlər. O, namizədlik dissertasiyasını Moskva Elektrotexnika İnstitutunda müvəffəqiyyətlə müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini almışdır.

1976-cı ildə o, Bakıya qayıtmış və Kosmik Tədqiqatlar İnstitutunda şö’bə müdiri tə’yin olunmuşdur.

Talıb Ənsərov Azərbaycanda yeganə mütəxssis kimi SVİ diodlar sahəsində fəaliyyət göstərir. Şamaxı rəsədxanasında tədqiqat işləri aparmaqla yanaşı, eyni zamanda institutda müəllimlik edir. Moskvada, Kişinyovda, Bakıda elmi konfranslarda çıxış etmiş, elmi məqalələr çap etdirmişdir. İttifaq və respublika miqyaslı 10 konfransda mə’ruzə ilə çıxış etmiş, materiallar çp etdirmişdir.

 

ŞAMİL VƏLİYEV

Şamil Qiyas oğlu Vəliyev 1960-cı ildə Dağ Borçalının (indiki Ermənistan Respublikası) Yuxarı Körpülü kəndində anadan olmuş və orada 1967-1977-ci illərdə orta təhsil almışdır. Orta məktəbi ə’la qiymətlərlə bitirdikdən sonra 1977-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə tə’yinatla Quba rayonuna müəllim göndərilən Ş.Vəliyev az müddət sonra hərbi xidmətə çağırılmış və 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunandan sonra Bakıda S.Vurğunun ev-muzeyində əməkdaşlıq etmişdir. 1983-1985-ci illərdə S.Vurğun irsinin toplanması, tədqiqi və təbliği ilə məşğul olan Şamil Vəliyev 1985-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. Aspirantura təhsilindən sonra Şamil Vəliyev 1988-ci ildə həmin institutun ədəbiyyat nəzəriyyəsi şö’bəsinə kiçik elmi işçi vəzifəsinə götürülmüşdür. Bir il sonra, 1989-cu ilin sentyabr ayında o, "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1920)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Şamil Vəliyev 1992-ci ildə ədəbiyyat nəzəriyyəsi şö’bəsində elmi işçi olmuş, 1995-ci ildən isə yeni dövr ədəbiyyatı şö’bəsində böyük elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir.

Şamil Vəliyevin "Əflatun Saraçlı", "Füyuzat" ədəbi məktəbi", (Ankara, "Ejdat" yayınları, 2000) kitabları milli ədəbiyyatımızın inkişaf xüsusiyyətlərini aydınlaşdırmaq baxımından böyk əhəmiyyət daşıyır. Onun "Füyüzat ədəbi məktəbi" mövzusunda yazmış olduğu doktorluq dissertasiyası elmi-nəzəri əhəmiyyəti, tədqiqatçılıq təcrübəsi ilə, habelə unudulmuş şəxsiyyətlərin həyatı, yaradıcılığını araşdırmaq, onların ədəbi-tarixi yerini müəyyənləşdirmək baxımındın maraq doğurur. Şamil Vəliyev 2000-ci ildən Azərbaycan Yazıçılar Biriliyinin üzvüdür. Hazırda Azərbaycan EA-nın Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəsi şö’bəsində baş elmi işçi və Azərbaycan Televiziya və Radiosu şirkətində "Qaynaqlar" silsilə verilişinin rəhbəri işləyir.

 

ŞAHİN XƏLİLLİ

Şahin Həmid oğlu Xəlilov 1951-ci il mayın 13-də indiki Dağ Borçalısının Barana (indiki Noyemberyan) rayonunun Yuxarı Körpülü kəndində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildən ailəliklə Bakıya köçdüklərindən orta məktəbi Bakıda bitirmişdir (1968). Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır (1968-1973). Tə’yinatla Kəlbəcər rayonunun Ağca kənd orta məktəbində ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ordu sıralarında xidmət etmişdir (1973-1974). Tərxis olunduqdan sonra Bakı kondisionerlər zavodunda Xarici Əlaqələr şö’bəsində tərcüməçi işləmişdir (1974-1976). Azərbaycan Dillər Universitetinin müxtəlif kafedralarında laborant, baş laborant, müəllim, baş müəllim, dosent işləmişdir (1976-1996). Hazırda institutun ingilis dili kafedrasının dosenti vəzifəsində çalışır. Azərbaycan EA-nın Beynəlxalq Münasibətlər İnstitutunda Avropa şö’bəsində baş elmi işçi kimi də fəaliyyət göstərir (2000).

İngilis-Azərbaycan ədəbi əlaqələrinin inkişaf mərhələləri (klassik və şifahi xalq ədəbiyyatı) adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Tərcümə ilə 1969-cu ildən məşğuldur.

Bədii yaradıcılığa gənclik dövründən başlamış, "Fişəng" adlı ilk şe’ri "Göyərçin" jurnalında dərc olunmuşdur (1969). Sonralar klassik və müasir ingilis yazıçı və şairlərin əsərlərini dilimizə tərcümə etmişdir. Müasir ingilis yazıçısı Ceyms Oldricin yaradıcılığında Azərbaycan mövzusunun tədqiqi Şahin Xəlilovun adı ilə bağlıdır. 1999-cu ilin iyulundan Kembirc Universitetində keçirilən Britaniya yazıçılarının XXV seminarında iştirak etmişdir.

Şahin Xəlillinin elmi və pedaqoji fəaliyyəti 3 kitabda, 2 tərcümə olunmuş kitabda və 30 elmi məqalədə öz əksini tapmışdır.

 

VAHİD QURBANOV

Vahid Ziyəddin oğlu Qurbanov 1949-cu il oktyabrın 24-də Qərbi Azərbaycanın Dağ Borçalısı bölgəsinin Qızıl Şəfəq (Cücə) kəndində (Kalinino r-nu) anadan olmuşdur.

1956-cı ildə Qızıl-Şəfəq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 8-ci sinifdən sonra İlməzli orta məktəbində oxumuşdur.

1968-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1974-cü ildə həmin fakültəni bitirmiş və Moskvada internaturada olmuşdur. İnternaturanı bitirdikdən sonra Moskva vilayətində mərkəzi şəhər xəstəxanasında işləmişdir.

1979-1981-ci illərdə V.M. Vladimirski adına Moskva vilayətində Elmi Tədqiqat İnstitutunda tam klinik ordinatura kursunu bitirmiş, əmək fəaliyyətini 15 saylı Moskva şəhər kliniki xəstəxanasında davam etdirmişdir.

1984-1989-cu illərdə Vahid Qurbanov əvvəlcə cərrah, sonra isə cərrahiyyə şö’bəsinin müdiri işləməklə yanaşı elmi fəaliyyətini davam etdirmiş və 1991-ci ildə "Mə’dəaltı vəzin cərrahi xəstəliklərinin müasir müayinə və müalicə üsulları" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1994-cü ildə Bakıya köçmüş və həmin ildən Azərbaycan Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasında işləyir. Hal-hazırda doktorluq dissertasiyası müdafiəsi ərəfəsindədir.

Vahid Qurbanovun elmi və pedaqoji fəaliyyəti 32 elmi əsərdə, çapa təqdim olunmuş 1 monoqrafiyada, 2 ixtirada, 6 səmərələşdirici təkliflər və bir neçə metodiki göstərişdə öz əksini tapmışdır.

Vahid Qurbanov bu müddətdə 20-yə yaxın beynəlxalq, keçmiş ittifaq və respublika konfranslarında çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

YAŞAR QƏHRƏMANOV

Yaşar Vəli oğlu Qəhrəmanov 1942-ci il mayın 10-da Qərbi Azərbaycanın Dağ Borçalısı nahiyəsinin Ləmbəli kəndində anadan olmuşdur.

1950-ci ildə kənd orta məktəbinə getmiş, 1960-cı ildə isə müvəffəqiyyətlə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) hidromeliorasiya fakültəsinə daxil olmuş, 1965-ci ildə isə mühəndis-hidrotexnik ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Bir müddət Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun təcrübə stansiyasında elmi işçi işləmiş, sonra 2 il əsgəri xidmətdə olmuşdur. Əsgəri xidmətdən tərxis olunduqdan sonra 4 aylıq zabitlər kursunda oxumuşdur.

Yaşar Qəhrəmanov iki il Əli Bayramlıda 16 saylı tikinti idarəsində iş icraçısı və sahə rəisi vəzifəsində işləmişdir. 1969-1972-ci illərdə "AzETH və Mİ"-nun aspiranturasında oxumuş, 1974-cü ildə Novoçerkasskda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1976-cı ilə qədər kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya kafedrasında assistent, 1981-ci ildən isə dosent kimi fəaliyyətini davam etdirir.

1987-ci ilə kimi su təsərrüfatı tikintisi və ekologiya fakültəsində dekan müavini, 1988-ci ilə qədər isə hidrotexniki meliorasiya və hidrologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 1999-cu ilin oktyabr ayından e’tibarən müsabiqə yolu ilə həmin kafedranın müdiri seçilmişdir.

Yaşar Qəhrəmanov 60-dan çox elmi əsərin, o cümlədən 4 dərs vəsaiti və metodik göstərişin müəllifidir. Eyni zamanda bir çox əsas ixtisas fənləri üzrə yeni tədris plan və proqramlarının da müəllifidir. Universitet və fakültə Elmi Şurasının üzvüdür.

Yaşar Qəhrəmanov bu müddət ərzində beynəlxalq və respublika səviyyəli 15 konfransda elmi mə’ruzələrlə çıxış etmişdir.

 

YUSİF OSMANOV

Yusif Qara oğlu Osmanov 1937-ci il yanvarın 2-də Qərbi Azərbaycanın Dağ Borçalısının Ləmbəli kəndində anadan olmuşdur. 1954-cü ildə Ləmbəli orta məktəbini bitirən Y.Osmanov İrəvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutu ə’la qiymətlərlə bitirən Yusif Osmanov Bakıya gəlmiş və EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə qəbul olmuşdur. Elmi fəaliyyətinə də burada başlamış, elmi məqalələrlə mətbuatda çıxış etmişdir.

Yusif Osmanov 1963-cü ildə Ukrayna Respublikasının Kibernetika İnstitutunda aspiranturaya daxil olmuş və orada "Dinamik sistemlərin optimal idarəedilməsi" istiqaməti üzrə tədqiqat işinə başlamışdır. Əldə etdiyi müsbət nəticələr barədə geniş mə’lumatlar Bakıda, Kiyevdə, Daşkənddə çıxan jurnallarda dərc edilmişdir.

1972-ci ildə Yusif Osmanov müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutunun Ali Riyaziyyat kafedrasına keçmiş və orada baş müəllim vəzifəsinə tə’yin olunmuşdur. Hazırda tətbiqi riyaziyyat kafedrasının dosentidir. O, 1971-ci ildə "Optimal idarəetmə məsələlərinin ədədi həlli üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 30-dan çox elmi məqalənin, 10-dan artıq elmi-metodik işin müəllifidir. 1997-ci ildə nəşr etdirdiyi "Riyazi iqtisadiyyat" kitabı ali məktəblərdə qiymətli dərslik kimi istifadə olunur. Akademiyanın nəzdində nəşr edilmiş "Xətti proqramlaşdırma", "Əməliyyatların tədqiqində xüsusi üsullar" və s. dərs vəsaitləri də işıq üzü görmüşdür.

 

ZÖHRAB HƏSƏNOV

Zöhrab Həsən oğlu Həsənov 1941-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunun Böyük Ayrım kəndində (Dağ Borçalıda) anadan olmuşdur. Zöhrab Həsənov 7-ci sinfi bu kənddə, 10-cu sinfi Ləmbəli qəsəbəsində bitirmiş, 3 il hərbi xidmətdə olduqdan sonra, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur.

Zöhrab Həsənov 1968-ci ildə Universiteti bitirdikdən sonra tə’yinatla 3 il kimya sənayesinin müxtəlif sahələrində işləmiş, 1971-ci ildə Azərbaycan EA-da qiyabi aspiranturaya daxil olmuşdur. "Gəncə alüminium zavodunun alüminat məhlullarında qaliumun elektrokimyəvi üsulla ayrılması" mövzusunda dissertasiya işi yazmışdır. Zöhrab Həsənov 10 il çətin elmi təcrübələrdə aldığı nəticələr barədə elmi konfranslarda (Moskva, Leninqrad, Kiyev, Bakı, Tbilisi, Alma-Ata, Karaqanda, Pavlodar və s.) mə’ruzə etmiş və 20-dən çox elmi məqalə dərc etdirmişdir. Bir neçə patentin müəllifidir. O, Novoçerkassk Politexnik İnstitutunda texnika elmləri namizədliyi üzrə dissertasiya müdafiə etmişdir. Bu sahədə də 20-dən çox elmi məqalələr çap etdirmiş, patentlər almışdır. Onun elmi əsərləri Gürcüstanda, Ukraynada, son illərdə isə Türkiyədə, Bolqarıstan, İtaliya və s. ölkələrdə çap olunmuşdur.

Copyright © 2003 Borchali