Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

QARAYAZI (QARDABANİ) BÖLGƏSİ

[A-Ə] [F-İ] [M-Z]

 FƏRMAN İSAYEV

Fərman Qurban oğlu İsayev 1953-cü il iyunun 2-də Qardabani (keçmiş Qarayazı) şəhərində anadan olmuşdur. 1960-cı ildə Qardabani şəhər orta məktəbinin 1-ci sinfinə getmiş, 1970-ci ildə həmin məktəbi bitirmişdir.

1970-ci ildə M.F. Axundov adına Xarici Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsinə qəbul olmuş və 1974-cü ildə həmin fakültəni bitirmişdir. Tə’yinatla Laçın rayonuna göndərilmiş və 1974-1980-ci illərdə müəllim və məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmışdır.

O, bu illər ərzində M.F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dilinin və ədəbiyyatının tədrisi metodikası kafedrasının dissertantı olmuş və bir neçə elmi məqalələr çap etdirmişdir.

1980-ci ildə M.F. Axundov adına Dillər İnstitutuna işə düzəlmiş, əvvəlcə laborant, baş laborant, sonra Bakı Slavyan Universitetində müəllim, baş müəllim işləmişdir.

1995-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Elmi Şurasında "Azərbaycan məktəblərinin 7-ci siniflərində rus dilinin tədrisində diyarşünaslıq materiallarından istifadənin metodikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1995-ci ildən universitetin qiyabi şö’bəsinin pedaqoji fakültəsində dekan müavini vəzifəsində çalışır. Onun elmi və pedaqoji fəaliyyəti 16 elmi əsərdə, 2 metodik göstərişdə və tövsiyədə, 17 tezis xarakterli məqalədə öz əksini tapmışdır. Fərman İsayev bu müddət ərzində 12 ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

FİRUZƏ HÜSEYNOVA

Firuzə Ağabala qızı Hüseynova 1947-ci ildə Qardabani şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1966-cı ildə Qardabani 1 saylı rus orta məktəbini bitirmişdir. 1966-cı ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1971-ci ildə mühəndis-iqtisadçı ixtisası üzrə institutu bitirmişdir. 1971-1974-cü illərdə "Azərbaycan meyvə tərəvəz ticarət"də baş iqsisadçı, şö’bə müdiri vəzifəsində çalışmışdır. 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) aspiranturasının əyani şö’bəsinə daxil olmuş, 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, elmi dərəcə almışdır. Həmin ildən müəllim, baş müəllim, dosent vəzifəsində çalışmışdır. Onun elmi və pedaqoji fəaliyyəti 35 elmi məqalədə və 4 dərs vəsaitində öz əksini tapmışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Əməyin iqtisadiyyatı və təşkili" kafedrasında dosent vəzifəsində çalışır.

 

GÖYÜŞ HACIMƏMMƏDOV

Göyüş Çoban oğlu Hacıməmmədov 1936-cı ildə Qarayazının Kosalı kəndində anadan olmuş, 1958-ci ildə Kosalı kənd orta məktəbini bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olmuş, oranı 1964-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Elmlər Akademiyasının Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1969-cu ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətini davam etdirərək 1967-ci ildə Azərbaycan Dövlət Universitetində dərs deməyə başlamışdır.

1973-cü ildə dosent vəzifəsinə seçilmişdir. Bir sıra elmi əsərlərin müəllifidir. Əsərləri ölkə və xarici mətbuatda özünə məxsus yer tutmuşdur. 2001-ci il mart ayına kimi Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində dosent vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmiş, 2001-ci il aprel ayında vəfat etmişdir.

 

 XANLAR MƏMMƏDOV

Xanlar Rəşid oğlu Məmmədov 1958-ci il dekabrın 3-də Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuşdur. 1975-ci ildə Ağtəhlə orta məktəbini bitirmiş, ADU-nun mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1980-ci ildə universiteti bitirdikdən sonra tə’yinatla Azərbaycan EA-nın Riyaziyyat-Mexanika İnstitutuna işə düzəlmişdir. 1984-cü ildən BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin "tətbiqi riyaziyyat" kafedrasında işləyir və bu kafedranın dosentidir. 1988-ci ildə akademik M.K. Qasımovun elmi rəhbərliyi altında "Bütün oxda birinci tərtib fərqlər tənlikləri sistemi üçün səpilmə nəzəriyyəsinin tərs məsələsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Xarici və respublika mətbuatında dərc olunmuş 20-dən çox elmi məqalənin və 2 dərs vəsaitinin müəllifidir. "Differensial operatorların spektral nəzəriyyəsinə dair" mövzusunda doktorluq dissertasiyası üzərində elmi tədqiqat işlərinin davam etdirir.

 

 XATİRƏ ƏFƏNDİYEVA

Xatirə Bəxtiyar qızı Əfəndiyeva 1967-ci il oktyabrın 24-də Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhərinin 158 saylı məktəbinin birinci sinfinə getmiş, 5-ci sinfindən 10-cu sinfinə kimi Bakının 53 saylı məktəbində oxumuş, 1984-cü ildə həmin məktəbi bitirmişdir. ADU-nun filologiya fakültəsinin əyani şö’bəsinə daxil olmuş, ailə vəziyyəti ilə əlaqədar olaraq III kursdan qiyabi şö’bəyə keçmiş, 1990-cı ildə həmin fakültəni bitirmişdir.

1986-cı ildən BDU-nun Politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, hal-hazırda müəllim vəzifəsində işləyir. 1993-cü ildə qiyabi dissertant olmuş, 1997-ci ildə "Müstəqilliyin bərpası və möhkəmləndirilməsi dövründə şəxsiyətin siyasi fəallığı" mövzusunda dissertasiya müdafiə etdikdən sonra fəlsəfə elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür, 2 elmi əsərin müəllifidir.

 

QƏRİB MƏMMƏDOV

Qərib Mutu oğlu Məmmədov 1932-ci il sentyabrın 3-də Qardabani (keçmiş Qarayazı) rayonunun Qaracalar kəndində anadan olmuşdur. Qardabani rayon orta məktəbini bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin coğrafiya şö’bəsinə daxil olmuşdur. 1958-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində işə göndərilmişdir. İki ildən artıq Səngi Muğan (Svinoy) adasında Stansiya rəisinin müavini vəzifəsində işlədikdən sonra 1960-cı ilin sonunda M.V. Lomonosov adına MDU-nun coğrafiya fakültəsinin okeanologiya kafedrasında aspiranturaya daxil olmuşdur. 1964-cü ildə həmin fakültədə "Orta Xəzərdə dəniz axınları və ayrı-ayrı hissələr arasında su mübadiləsi" mövzusunda dissertasiya müdafiə etmişdir. Həmin ildən Azərbaycan EA Cİ Xəzər Sektorunda elmi işçi vəzifəsində işləmişdir. 1969-cu ildə ADU-nun (indiki BDU-nun) Coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə də’vət olunmuşdur. Hazırda həmin fakültənin hidrometrologiya kafedrasında dosent vəzifəsində işləyir. 80-dən artıq elmi məqalənin müəllifidir.

Xəzərdə axınlara Koriolisa qüvvəsinin tə’siri, dəniz axınlarının öyrənilməsi üçün dinamiki metodun Xəzərə tətbiqi, Xəzərdə ayrılan cərəyan xətlərinin yerləşdiyi rayonların düzgün tə’yini məsələlərini ilk dəfə Qərib Məmmədov həll etmişdir.

 

QULU BAĞIRZADƏ

Qulu Əhməd oğlu Bağırzadə 1953-cü il noyabrın 12-də Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur. O, 1961-ci ildə Qaratəhlə ibtidai məktəbinə daxil olmuş və 1965-ci ildə oranı bitirmişdir. Orta təhsilini həmin il Qardabani rayonunun Qaracalar kənd orta məktəbində davam etdirmişdir. 1971-ci ildə tam orta təhsil almışdır.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş və oranı 1976-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Tə’yinatla Azərbaycan Elmlər Akademiyasının Y. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna işə düzəlmiş və orada o, 1986-cı ilə qədər işləmişdir. Qulu Bağırzadə 1978-ci ildə həmin institutun aspiranturasına daxil olmuş, 1984-cü ildə "O - Ksilolun ftanolitrilə oksidləşdirici ammonizmi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1986-cı ildən Qulu Bağırzadə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda davam etdirir.

Qulu Bağırzadə 1977-ci ildən kiçik elmi işçi, 1986-cı ildən elmi işçi, 1990-cı ildən bu günə qədər isə böyük elmi işçi vəzifəsində çalışır. O, 30-dan çox elmi əsərin müəllifidir. Onların dördü müəlliflik şəhadətnaməsi və biri isə Azərbaycan patentidir. Onun tərəfindən alınan elmi nəticələr aparıcı elmi jurnallarda çap olunmuş, XII Mendeleyev qurultayında, ümumittifaq və beynəlxalq xarakterli konfranslarda isə maraqla dinlənilmişdir.

 

İBRAHİM SÜLEYMANOV

İbrahim Qara oğlu Süleymanov 1962-ci il martın 2-də Rustavi şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1979-cu ildə Rustavi şəhərində orta məktəbi bitirmişdir. Bir müddət müxtəlif müəssisələrdə fəhlə işləmişdir. 1981-1983-cü illərdə hərbi qulluqda olmuşdur. 1984-cü ildə Azərbaycan KTİ-nin kənd təsərrüfatını mexanikləşdirmə fakültəsinə daxil olmuş və 1989-cu ildə institutu bitirmişdir. 1989-cu ildə AzETKTMEİ-nin aspiranturasının qiyabi şö’bəsinə qəbul olmuş və 1993-cü ildə oranı bitirmişdir. 1991-ci il avqust ayından AzKTA-nın "Maşınların tə’miri" kafedrasında tədris ustası, 1993-cü ilin sentyabr ayından assistent, 1996-cı ilin oktyabr ayından isə baş müəllim vəzifələrində işləmişdir. 1998-ci ildə "Bostan bitkisi toxumunun səpini zamanı yuva üsulu ilə mineral gübrə verilməsi üçün texnologiya və qurğunun işlənib hazırlanması"

adlı namizədlik dissertasiya işini müdafiə etmişdir.

2000-ci ildən dosent əvəzi vəzifəsində işləyir. İbrahim Süleymanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O, bir neçə ittifaq və respublika səviyyəli konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

 

İLYAS MİRZƏYEV

İlyas Heydər oğlu Mirzəyev 1954-cü il oktyabrın 23-də Qarayazının Qaratəhlə kəndində anadan olmuşdur. Orta məktəbin 1-ci sinfinə Qaratəhlə kənd dördillik məktəbində getmiş, tam orta təhsilini isə qonşu Qaracalar orta məktəbində bitirmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1976-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, tə’yinatla Azərbaycan EA-nın Fiziologiya institutuna işə düzəlmiş, və müvəffəqiyyətlə dissertasiya müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. İlyas Mirzəyev müdafiədən 2 il sonra müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU) normal fiziologiya kafedrasına assistent vəzifəsinə işə qəbul olunmuşdur.

1991-ci ildən ATU-nun biologiya kafedrasında baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir. İlyas Mirzəyevin elmi və pedaqoji fəaliyyəti 21 elmi əsərdə, 2 metodik vəsaitdə və test-tədris kitabında (həmmüəllif) öz əksini tapmışdır. İşlədiyi müddətdə ittifaq və respublika səviyyəli 10 konfransda iştirak etmiş, elmi məqalələr çap etdirmişdir.

Hal-hazırda Azərbaycan Tibb Universitetinin biologiya kafedrasında baş müəllim vəzifəsində çalışır.

 

İLHAM MUSTAFAYEV

İlham Abdulla oğlu Mustafayev 1952-ci ildə Qarayazının Ertoba (indiki Qardabani şəhəri) kəndində anadan olmuşdur. Orta məktəbin 1-ci sinfinə 1959-cu ildə Qardabani rus orta məktəbində getmiş və həmin məktəbi 1969-cu ildə bitirmişdir.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika riyaziyyat fakültəsinə daxil olmuş, 1974-cü ildə həmin fakültəni başa vurmuş və tə’yinatla Universitetin nəzdində olan Hesablama mərkəzində baş laborant, mühəndis, qrup rəhbəri vəzifələrində işləmişdir. 1979-cu ildə köçürmə yolu ilə Ali və Orta Təhsil Nazirliyində (indiki Təhsil Nazirliyi) müfəttiş (inspektor), baş müffəttiş, aparıcı müfəttiş və böyük müfəttiş vəzifələrində çalışmışdır.

1991-ci ildən indiyədək Təhsil Nazirliyində idarə rəisi işləyir. 1986-cı ildə İlham Mustafayev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadi Kibernetika kafedrasının aspirantı olmuş, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İlham Mustafayevin elmi yaradıcılıq fəaliyyəti 20 elmi əsərdə, 2 kitabda, 40 məqalədə öz əksini tapmışdır. İlham Mustafayev Ali təhsil və maarif məsələlərilə əlaqədar elmi konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir. O, respublikamızda təhsilin müasir tələblərə cavab verə biləcək proqramlarının və metodik göstərişlərin tərtibatında və hazırlanmasında yaxından iştirak etmişdir.

İlham Mustafayev hazırda Azərbaycan Təhsil Nazirliyində rəhbər vəzifədə işləməklə yanaşı, həm də elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Copyright © 2003 Borchali