Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

RAYA MURSAQULOVA

Raya Nəsib qızı Mursaqulova 1942-ci ildə Borçalının Ağməmmədli kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir, 1959-cu ildə Bakı Pedaqoji Texnikumunda təhsilini davam etdirmiş və 1963-cü ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.

1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) ibtidai təhsil pedaqogikası və metodkası fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Raya Mursaqulova elmi fəaliyyətə hələ tələbə ikən başlamış, qəzet və jurnallarda məqalələrlə çıxış etmiş, institutun ibtidai təhsil pedaqogikası və metodikası kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. 1970-1973-cü illərdə onun yeddi elmi əsəri çapdan çıxmışdır. Raya Mursaqulova 1974-cü ildə pedaqoji fəaliyyəti ilə yanaşı, elmi işini tamamlayıb, dissertasiya müdafiə etmiş, elmi dərəcə almışdır. İnstitutda çalışdığı müddətdə ibtidai təhsil pedaqokikası və metodikası kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

Elmi və pedaqoji fəaliyyəti 50-ə yaxın elmi əsərdə, 10 elmi populyar, 4 metodik göstəriş və dərs vəsaitində öz əksini tapmışdır. Kafedrada müdir işlədiyi müddətdə 50-yə qədər beynəlxalq və ittifaq səviyyəli simpozum və konfranslarda iştirak edib məqalələr çap etdirmişdir. Hazırda Azərbaycan Pedaqoji Unversitetində kafedra müdiri vəzifəsində elmi və pedaqoji fəaliyyətini davam etdirir.

 

RAMİZ POLUXOV

Ramiz Şamil oğlu Poluxov 1967-ci ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur.

1974-cü ildə 2 saylı Sadaxlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1984-cü ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1984-cü ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU-nun) pediatriya fakültəsinə daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra, 1985-1987-ci illərdə Leninqrad şəhər Hərbi Əlaqələr və Dəmiryol Ali Məktəbində əsgəri xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra ikinci kursdan etibarən təhsilini davam etdirmişdir. 1992-ci ildə ATU-nu bitirərək Universitetin Elmi Şurasının qərarı ilə uşaq cərrahlığı kafedrasında ordinaturada saxlanılmışdır. 1992-1994-cü illərdə həmin kafedrada klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə kafedrada baş laborant vəzifəsində çalışmış, 1998-ci ildən isə uşaq cərrahlığı kafedrasının assistentidir. Hal-hazırda kafedranın tədris hissə müdiridir.

1999-cu ildə "Uşaqlarda qara ciyər exinokokkozunun cərrahi müalicəsini yaxşılaşdırma yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib tibb elmləri namizədi elmi dərəcə almışdır.

Ramiz Poluxovun elmi və pedaqoji fəaliyyəti 40-dan çox elmi əsərdə öz əksini tapmışdır. Hazırda yeni doğulmuşların cərrahiyyəsi, uşaqlarda döş qəfəsinin və qarın boşluğunun cərrahi xəstəlikləri istiqamətlərində elmi axtarışlarını davam etdirir. O, həm də M.Nağıyev adına Bakı Şəhər Klinik Tə’cili Tibi Yardım Xəstəxanasının aparıcı cərrahıdır.

 

RAFİQ VƏLİYEV

Rafiq Bayram oğlu Vəliyev 1963-cü ildə Borçalının Keşəli kəndində anadan olmuşdr. 1970-ci ildə doğma kəndində orta məktəbə getmiş, 1980-ci ildə isə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) fizika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur. Tə’yinatla Az.EA-nın Fizika İnstitutunun Strukturçevirmələr laboratoriyasında baş laborant vəzifəsində işləmişdir. 1987-1990-cı illərdə həmin institutun aspirantı olmuşdur. 1992-ci ildə AzEA-nın Fizika İnstitutunda dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1990-cı ilin dekabrında AzİMU-nun Fizika kafedrasında baş laborant, assistent və laboratoriya müdiri vəzifəsində işləmişdir. İndiyə qədər 32 elmi məqaləsi müxtəlif jurnallarda çap olunmuşdur. Hazırda əmək fəaliyyətini həmin laboratoriyada davam etdirir.

 

RƏHMAN VƏLİYEV

Rəhman Məhəmməd oğlu Vəliyev, 1963-cü ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1970-ci ildə Qaçağan orta məktəbinin birinci sinfinə getmiş, 1978-ci ildə Bakı şəhərinə köçmüşdür. 1980-ci ildə indiki BDU-nun fizika fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. Həmin ildə tə’yinatla Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyətinə başlamışdır. 1985-1990-cı illərdə usta, dövlət qəbulu orqanlarında böyük mühəndis, mərkəzi zavod laboratoriyasında böyük mühəndis , "Bakond" texniki-ticarət mərkəzində marketinq üzrə menecer kimi vəzifələrdə işləmişdir. 1996-1998-ci illərdə Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyində xidməti e’zamiyyətdə olmuşdur. Hal-hazırda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2000-ci ildə Moskva şəhərində Rusiya Təbiət Elmlər Akademiyasına "Akademik məsləhətçi" seçilmişdir. Həmin ildə professor Lemışyevin rəhbərliyi altında "sahibkarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

Rəhman Vəliyevin elmi fəaliyyəti 5 elmi məqalədə öz əksini tapmışdır.

 

RƏŞAD NURİYEV

Rəşad Məmməd oğlu Nuriyev 1941-ci il oktyabrın 24-də Borçalının Qırıxlı kəndində anadan olmuşdur. 1960-cı ildə Qırıxlı orta məktəbini bitirmişdir. 1960-1963-cü illərdə Bakı Şin Zavodunda fəhlə işləmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) coğrafiya-biologiya fakültəsinə qəbul olunmuş, 1968-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Azərbaycan EA Nəbatət İnstitutuna tə’yinatla kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1974-cü ildə Nəbatət İnstitutunda aspiranturaya daxil olmuş, 1979-cu ildə "Naxçıvan MSSR dağ bozqırlarının flora və bitkiliyi" mövzusunda dissertasiya müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O aspirant olduğu müddətdə Azərbaycan florası üçün 4 yeni növ, Naxçıvan florası üçün 27 bitki növü aşkar etmişdir. Rəşad Nuriyev Azərbaycanın qış və yay otlaqlarının geobotaniki tədqiqat işləri aparmış, bir sıra səmərəli təkliflər vermişdir. Azərbaycan EA Nəbatat İnstitutunda işlədiyi müddətdə Azərbaycanda nadir və məhv olmaqda olan növlərin aşkar edilməsi və onların mühafizəsi üçün müəyyən işlər görmüşdür. 1984-cü ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda laboratoriya müdiri, 1986-cı ildən dosent işləmişdir. İşlədiyi müddətdə 70-ə yaxın elmi əsər, metodik və dərs vəsaiti çap etdirmişdir. Dövlət Kənd Təsərrufatı Akademiyasında dossent, Azərbaycan Aqrar Ekologiya institutunda Ekologiya-Meşəçilik kafedrasının müdiri vəzifəsində çalışır.

Rəşad Nuriyev 15-dən çox beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib məqalələr çap etdirmişdir.

 

RƏŞİD MƏMMƏDOV

Rəşid Şamil oğlu Məmmədov 1933-cü ildə qədim Borçalının Qaçağan kəndində sənətkar ailəsində anadan olmuşdur. 1941-1952-ci illərdə Qaçağan orta məktəbində oxumuş və 1952-1957-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-nun) təhsil almışdır. 1957-ci ildə həmin institutun Statistika şö’bəsini başa vurmuşdur. 1957-1960-cı illərdə Bakı şəhəri Statistika Texnikumunda müəllim və 1960-1965-ci illərdə Bakı şəhəri Statistika idarəsi rəisinin müavini vəzifəsində işləmişdr. 1965-ci ildən ADU-nun, sonra isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Leninqrad Maliyyə-İqtisad İnstitutunun və Azərbaycan Dövlət İqtisad Universitetinin statistika kafedrasında baş müəllim və dosent kimi çalışmışdır. 1988-1994-cü illərdə əvvəlcə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının, sonradan isə Azərbaycan Dövlət İqtisad Universitetinin statistika kafedrasına rəhbərlik etmişdir. 1968-ci ildən iqtisad elmləri namizədidir. "Sənaye statistikası", "Milli hesablar sistemi", "Ev təsərrüfatı büdcələrinin tədqiqi statistikası", "Beynəlxalq statistika", "Gömrük statistikası" və "İqtisadi statistika"ya dair dərs vəsaitlərinin, habelə statistikanın müxtəlif problemlərinə aid 100-ə qədər elmi məqalənin müəllifidir.

 

RÖVŞƏN XANSULTANOV

Rövşən Əziz oğlu Xansultanov 1957-ci ildə Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Rövşən Xansultanov orta məktəbi 1974-cü ildə ə’la qiymətlərlə bitirib və Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna qəbul olmuşdur. 1981-ci ildə ali məktəbi də ə’la qiymətlərlə başa vurub, 1986-cı ilədək "Azərneftyağ" zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-cı ildən isə Azərbaycan EA-nın Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspirantı olmuşdur. 1990-cı ildə "Müxtəlif dərinlikli vakuum qazyollarının katalitik krekinqə aktivləşdirici əlaqələrin tədrisi" mövzusunda dissertasiya müdafiə edib elmlər namizədi elmi dərəcəsi almışdır. 16 elmi əsəri işıq üzü görmüşdür. R.Xansultanov hazırda firma direktorudur.

 

RÖVŞƏN HÜSEYNOV

Rövşən İslam oğlu Hüseynov 1939-cu il may ayının 2-də Borçalının Qasımlı kəndində kəndli ailəsində anadan olmuşdur. Birinci sinfə Qasımlı 8 ilik kənd məktəbində (1946) getmiş, 1956-cı ildə isə Ermənistan Respublikası Spitak rayonunun Saral kənd orta məktəbini bitirmişdir. 1956-1957-ci tədris ilində Marneuli rayonunun Qasımlı kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləmiş, 1957-ci ildə Bakıda Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1962-ci ildə isə müvəffəqiyyətlə həmin fakütltəni başa vurmuşdur. Həmin ilin sentyabr ayından dekabr ayına kimi Neft və Kimya İnstitutunda ümumi kimya kafedrasında baş laborant, 1963-cü ilin yanvar ayından 1964-cü ilin dekabr ayına kimi Bakı şəhərində Bakı Neft-Yağ Zavodunda növbətçi mühəndis işləmişdir.

1964-cü ilin dekabr ayından Azərbaycan Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olmuş, 1969-cu ilin may ayından kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1967-ci ildən 1971-ci ilə kimi EA-nın Y.Məmmədəliyev adına NKPİ-də kiçik elmi işçi, 1971-ci ildən 1980-ci ilə qədər isə H. Zərdabi adına KDPİ-də ümumi kimya kafedrasında baş müəllim, sonradan isə Azərbaycan Texnologiya İnstitutunda baş müəllim və dosent kimi çalışmışdır. Hal hazırda həmin institutun kimya-texnologiya fakültəsinin dosentidir.

Rövşən Hüseynovun ümumi həcmi 300 çap vərəqi olan 47 kitabı, o cümlədən 2 monoqrafiyası, 30 dərs vəsaiti, 4 elmi-kütləvi, 14 metodik tövsiyəsi işıq üzü görmüşdür.

Rövşən Hüseynovun pedaqoji və elmi fəaliyyəti heç də bununla bitmir. Onun son illər 130-a yaxın elmi, elmi-metodiki və elmi-kütləvi əsərləri çap olunmuşdur.

Rövşən Hüseynov Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin Təhlükəsizliyi EA-nın həqiqi üzvü (1997), Nyu-York EA-nın həqiqi üzvü (1998), Gürcüstan Biznes EA-nın həqiqi üzvüdür, (1999) dəfələrlə rəhbərlik tərəfindən dplom, fəxri fərman və pul mükafatları ilə mükafatlandırılmışdır.

 

SABİT MƏMMƏDOV

Sabit Rasim oğlu Məmmədov 1980-ci il oktyabrın 25-də Bakı şəhərində anadn olmuşdur. 1986-cı ildə Nəsimi rayonu 41 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 9-cu sinifdən birbaşa 11-ci sinfə keçirilmiş, 1995-ci ildə özəl Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmuşdur. Oxuduğu illər ərzində universitet tərəfindən təkmillşdirmə kursuna göndərilmişdir. 1998-ci ildə Britaniya konsulluğunda 6 ay ərzində xüsusi kurs keçmiş və "Advanced" dərəcəsinə qədər yüksəlmişdir. 1999-cu ildə Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq şö’bəsində 3 ay ərzində təcrübədə olmuşdur.

Həmin ilin mayında "Beynəlxalq münasibətlərdə Xəzərin statusu problemi" mövzusunda elmi işini vaxtından əvvəl müdafiə etmiş və fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin magistraturasına daxil olmuşdur. Hazırda müasir dövrdə Azərbaycan dövləti üçün çox gərəkli sayılan "Xəzər dənizi və onun status problemləri" haqqında elmi iş üzərində tədqiqat aparır. Onun bu problemə aid bir neçə elmi məqaləsi işıq üzü görmüşdür. Hazırda işi tamamlamaq ərəfəsindədir.

Sabit Məmmədov eyni zamanda ingilis dilindən ana dilimizə və əksinə, alman dilindən ana dilimizə və əksinə tərcümələr edir. O, ingilis, alman, rus dillərində sərbəst danışır.

 

SALEH NAĞIYEV

Saleh Qasım oğlu Nağıyev 1950-ci il mayın 15-də Borçalının Yuxarı Saral kəndində anadan olmuşdur. 1969-cu ildə Şüləver kənd rus orta məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuş, 1973-cü ildə isə müvəffəqiyyətlə həmin fakültəni başa vurmuşdur.

Saleh Nağıyev pedaqoji fəaliyyətinə 1973-cü ildə Gəncə (keçmiş Kirovabad) şəhər orta məktəbində müəllim kimi başlamışdır. 1976-cı ildə Marneuli rayonuna qayıtmış və həmin ildən Şüləver rus orta məktəbində direktor müavini işləmişdir. 1981-ci ildə A.İ.Kertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspirantı olmuşdur. 1987-ci ildə "Gürcüstan SSR-nin kənd əhalisinin məskunlaşması və əhalisinin inkişaf yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib elmi dərəcə almışdır.

1985-1989-cu illərdə Saleh Nağıyev Marneuli rayonunda RPK-da təlimatçı vəzifəsində işləmişdir. 1989-cu ildə Leninqrad Maliyyə-İqtisad İnstitutuna daxil olmuş, 1995-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1989-cu ildən 1998-ci ilə qədər Marneuli rayonunda Qullar kənd upravasının sədri vəzifəsində çalışmışdır. 1998-ci ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasında müəllim işləyir. Saleh Nağıyevin elmi-pedaqoji fəaliyyəti 1983-cü ildən başlayır. Onun 9 elmi və elmi-populyar məqalələri işıq üzü görmüşdür. Elmi əsərləri Leninqrad, Moskva, Çikaqo (ABŞ), Səmərqənd və Bakı şəhərində çap olunmuşdur.

Hazırda coğrafiya elmləri namizədi Saleh Nağıyev Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasında baş müəllimdir.

 

SALMAN ƏLİYEV

Salman Teymur oğlu Əliyev 1932-ci ildə Borçalının Qırıxlı kəndində anadan olmuşdur. O, 1983-cü ildə doğma kəndində ibtidai məktəbin birinci sinfinə getmiş, ibtidai məktəbi bitirdikdən sonra Sadaxlı orta məktəbində təhsilini davam etdirmiş və 1949-cu ildə həmin məktəbi bitirmişdir.

Salman Əliyev 1949-cu ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun (indiki KDPİ) təbiət fakültəsinə daxil olmuşdur.

Salman Əliyev 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və həmin il kimya və biologiya müəllimi kimi Faxralı orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Bir il işlədikdən sonra (1954) sovet ordusu sıralarına getmiş, 1956-cı ildə ordudan tərxis olunduqdan sonra 1956-1960-cı illərdə Araplı və Qırıxlı yeddillik məktəblərinin direktoru vəzifəsində işləmişdir.

1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki AKTA) fiziki və kolloid kimya ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. 1965-ci ildə niobium və tantal elementlərinin kimyasına aid namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almış, 1968-ci ildən qeyri-üzvi və analitik kimya kafedrası üzrə dosentdir.

Salman Əliyev 1963-cü ildən 1977-cü ilə qədər AKTA-nın qeyri-üzvi, analitik və fiziki kimya kafedrasında assistent, baş müəllim, dosent, kafedra müdiri (1975-1987) vəzifəsində işləmişdir.

1978-1988-ci illərdə o, D.İ.Mendeleyev adına Ümumittifaq Kimyaçılar Cəmiyyətinin Gəncə şəhər təşkilatının sədri olmuş, D.İ. Mendeleyev adına Ümumittifaq Kimyaçılar Cəmiyyətinin fəxri fərmanına layiq görülmüşdür. Salman Əliyev dəfələrlə D.İ. Mendeleyev adına ÜİKC-nın hesabat-seçki və ümumi problemlərə həsr olunmuş qurultaylarına nümayəndə seçilmişdir.

Salman Əliyev geniş pedaqoji fəaliyyəti ilə yanaşı "Elementlərin dövrü sistemi"nin beşinci qrup elementlərindən niobium, tantal, vanadiumun kolloid-dispers halının, peroksokomplekslərinin sintezi və fiziki-kimyəvi xassəlrinin öyrənilməsi sahəsində əsaslı elmi-tədqiqat işləri aparmış, onun nəticələri haqqında Respublikada, keçmiş İttifaqda keçirilən elmi konfranslarda, müşavirələrdə mə’ruzə ilə çıxış etmişdir.

Salman Əliyev 85-ə qədər elmi əsərin, o cümlədən 61 elmi məqalənin, 9 dərs vəsaitinin, 8 metodik göstərişin və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Salman Əliyev 1997-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Respublika Elmi-Metodiki Mərkəzin baş metodistidir. Əmək veteranıdır.

Copyright © 2003 Borchali