Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

MAHMUD HACIXƏLİLOV

Mahmud Kamil oğlu Hacıxəlilov 1954-cü ildə Borçalının Keşəli kəndində anadan olmuş, 1961-1969-cu illərdə Keşəli səkkizillik, 1969-1971-ci illərdə Kəpənəkçi orta məktəbində oxumuşdur.

1975-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.

1975-ci ildən Keşəli orta məktəbində dərs deməklə yanaşı, "Sovet Gürcüstanı" qəzetində ştatdankənar müxbir işləmişdir, 1984-cü ildən 1991-ci ilədək "Sovet Gürcüstanı" qəzetində müxbir-gənclərlə kütləvi iş, idman bölməsinin müdiri vəzifəsini icra etmişdir. 1990-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-1992-ci illərdə Tbilisi Bazar iqtisadiyyatı və Hüquq İnstitutunda dekan, 1992-1997-ci illərdə Kvemo Kartli Müstəqil Universitetində tədris işləri üzrə prorektor vəzifəsində işləmişdir.

1998-ci ildən Tbilisi Dövlət Universitetinin Marneuli bölməsində tədris işləri üzrə prorektordur. Publisistika ilə tələbə vaxtlarından məşğuldur. İlk yazıları 1973-cü ildən "Sovet Gürcüstanı", "Axali Marneuli" qəzetlərində, "Kirpi", "Azərbaycan", müxtəlif respublikalarda çıxan elmi jurnal və məcmuələrdə nəşr olunmuşdur. Bir çox beynəlxalq elmi konfransların iştirakçısı və mə’ruzəçisi olmuşdur.

 

MAHAL TÜKƏNOV

Mahal Musa oğlu Tükənov 1946-cı il martın 21-də Borçalının Ağməmmədli kəndində anadan olmuşdur.

1952-ci ildə Ağməmmədli kənd orta məktəbinə getmiş və həmin məktəbi 1962-ci ildə bitirmişdir. 1962-ci ildə M.F.Axundov adına ADPİ-nin Avropa dilləri fakültəsinin alman dili şö’bəsinə daxil olmuş və həmini institutu 1967-ci ildə bitirmişdir. 1967-ci ildə institutun Elmi Şurasının qərarı ilə alman dili kafedrasının müəllimi vəzifəsinə tə’yin olunmuşdur. 1977-ci ildə baş müəllim vəzifəsinə, 1982-ci ildə isə dosent seçilmişdir.

15-dən çox məqalənin, bir metodik göstərişin və bir monoqrafiyanın müəllifidir.

Mahal Tükənov 1991-ci ildə və təkrarən 1996-cı ildə çap olunmuş VIII sinif üçün "Alman dili" dərsliklərinin müəlliflərindən biridir. Mahal Tükənov ittifaq miqyaslı bir neçə konfransda elmi məqalələrlə çıxış etmişdir.

İnstitutda işlədiyi illərdə fakültə dekanı əvəzi, kafedra müdiri əvəzi, fakültə partiya təşkilatı katibi, fakültə həmkarlar təşkilatının sədri, fakültə Elmi Şurasının katibi vəzifələrində işləmişdir.

Azərbaycan Dövlət televiziyasında iki il "Alman dili" verlişi aparmışdır. 1974-cü ildən başlayaraq müxtəlif səviyyəli nümayəndə hey’ətlərinin tərkibində dəfələrlə AFR-ə tərcüməçi kimi də’vət olunmuşdur.

1997-ci ildən əsas işi ilə yanaşı, AFR-in "Berlin Vasser Betribe" müəssisəsinin Bakıdakı nümayəndəliyində tərcüməçi vəzifəsində işləyir.

 

MEHRALI YUSİFOV

Mehralı Omar oğlu Yusifov 1957-ci ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Həmin fakültəni 1979-cu ildə bitirmiş, elmi fəaliyyətə başlamışdır.

M. Yusifov 1988-ci ildə "Deformasiya olunan bərk cisimlər mexanikası" mövzusunda dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasının dosentidir. 20-dən artıq elmi məqalənin müəllifidir.

 

MƏSİM DUŞDUROV

Məsim Qasım oğlu Duşdurov 1945-ci ildə Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1967-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuş, bir il Marneuli rayonunun Dəmyə-Göraxı kəndindəki məktəbdə müəllim işləmişdir.

1968-1969-cu illərdə Azərbaycan EA-nın Riyaziyyat-Mexanika İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1969-1972-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı olmuşdur.

1972-1976-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmənin Problemləri İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1976-cı ildə Bakıya köçüb və Azərbaycan Neft-Kimya İnstitutunun ali riyaziyyat kafedrasında işə başlamışdır. 1983-cü ildə operatorlar nəzəriyyəsinin bə’zi problemlərinə aid dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-ci ildən Məsim Duşdurov bu ali məktəbin dosentidir. O, 12 elmi-tədqiqat və metodik işlərin müəllifidir.

 

MƏCİD DUŞDUROV

Məcid Daşdəmir oğlu Duşdurov 1943-cü ildə Borçalı nümayəndəliyinin Sadaxlı kəndində anadan olmuşdur. 1959-cu ildə Sadaxlı orta məktəbini bitirmiş, həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1964-cü ildə ali təhsili başa vurmuş, 4 il Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda çalışmışdır. 1968-1971-ci illərdə Kiyevdə Ukrayna Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı olmuşdur.

1972-ci ildən Azərbaycan Politexnik İnstitutunda (ATU) dərs deyir. Məcid Duşdurovun tələbələri bu gün elm və istehsalatın müxtəlif sahələrində çalışır. Təcrübəli mütəxəssis özü isə hazırda kompüterlərin layihələşdirilməsi və proqramları məsələləri ilə məşğuldur.

 

MƏMMƏD SARVAN (SADIQOV)

Məmməd Oruc oğlu (Sadıqov) Sarvan 1944-cü il mart ayının 2-də Borçalının Sarvan qəsəbəsində rəncbər ailəsində anadan olmuşdur.

1953-cü ildə Borçalı Türk Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə getmiş, 1963-cü ildə isə Marneuli şəhər 3 saylı Azərbaycan orta məktəbini bitirmişdir.

Məmməd Sarvan elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinə qəbul olunmuşdur. İkinci kursun ortalarında əsgəri xidmətə getmiş, bir ildən sonra tərxis olunub, təhsilini davam etdirmək üçün Bakıya qayıtmışdır.

1969-cu ildə geoloji-coğrafiya fakültəsinin coğrafiya (iqtisadi coğrafiya) kursunu başa vurub, əvvəlcə Bakı Hava Mə’lumat Bürosunda, sonra isə Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində işə düzəlmişdir.

1970-ci ildə göndərişlə Azərbaycan EA-nın Coğrafiya İnstitutunun xəritəçilik şö’bəsinə baş laborant, 1971-ci ildən isə iqtisadi coğrafiya şö’bəsinə əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsinə işə düzəlmişdir.

Məmməd Sarvanın ilk elmi məqaləsi "Naxçıvan MR-in əhalisi və əmək ehtiyatları" olmuşdur.

Aspirantura (1975) dövrünə qədər artıq onun 10-a yaxın elmi məqaləsi respublikanın hüdudlarından uzaqlarda nəşr olunmuş, Perm və Sverdlovsk şəhərlərində elmi e’zamiyyətlərdə olmuşdur.

Məmməd Sarvan 1975-ci ildə Azərbaycan EA-nın Coğrafiya İnstitutunun iqtisadi coğrafiya şö’bəsində kiçik elmi işçi işlədiyi vaxtda həmin şö’bənin qiyabi aspiranturasına daxil olmuşdur. Türk dünyası, onun qövmləri barədə elmi araşdırmalarla məşğul olmağa başlamışdır. "Lənkəran-Astara iqtisadi rayonunda əhalinin tarixi məskunlaşması" problemləri mövzusunda dissertasiyanı 1983-cü ildə Jdanov adına Leninqrad Dövlət Universitetinin doktorluq müdafiə şurasında böyük uğurla müdafiə etmiş, coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

Məmməd Sarvan elmi işi ilə əlaqədar olaraq Coğrafiya İnstitutunun nəzdində yaradılmış "Əhali coğrafiyası" şö’bəsinə köçürmə yolu ilə elmi işçi vəzifəsinə cəlb olunmuş, 1984-cü ildən 1990-cı ilin oktyabr ayına qədər həmin şö’bədə baş elmi işçi vəzifəsini icra etmişdir. Məmməd Sarvan elmi araşdırmalarını tarix, coğrafiya, etnoqrafiya, demoqrafiya, kartoqafiya və əhalişünaslıq kontekstində qurmuşudr. Leninqrad (1979), (1981), Frunze (Bişkek) (1981), Yerevan (1984), Tümen (1984), Səmərqənd (1984), Petropavlovsk-Kamçatsk (1987), Kazan (1989), Moskva (1989), Alma-Ata, Düşənbə, Qroznı (Cövhərqala), Krasnodar, Tbilisi, Paris və b. şəhərlərdəki elmi konfranslarda çıxışlar etmiş, elmi məqalələri çap olunmuşdur.

Məmməd Sarvan elmi, elmi-publisistik məqalələrilə yanaşı, hər biri 8-10 çap vərəqi həcmində olan beş elmi hesabatın, üç monoqrfiyanın (35 ç.v.h.), 45 ç.v.h. "Ulu Borçalı" kitabının və bir telefon Bilgi-Sorağı kitbının (3.ç.v.h.) müəllifi, 12 ç.v. həcmində "Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri" və 35 ç.v. həcmində "Lənkəran" adlı elmi-kütləvi və tarixi-etnoqrafik səpkili kitabların müəlliflərindən biridir.

Ümumiyyətlə, Məmməd Sarvanın 30 illik elmi fəaliyyəti 200-ə yaxın elmi, elmi-publisistik məqalə, üç kitab, beş elmi hesabat və üç monoqrafiyadan ibarətdir.

Son 15 ildə "Yurddaş", "Borçalı", "Ədalət", "Zəngəzur" qəzet və jurnalları, Qazaxıstanda çıxan yeddi dövləti təmsil edən "AZİA" EJ qəzetinin Azərbaycan üzrə müxbiri olması və bu qəzet və jurnallarda nəşr olunması onun hərtərəfli qələm sahibi olmasından xəbər verir. Məmməd Sarvan sırf elmi işlərlə yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərmişdir. Son 20 ildə ölkəmizin bir sıra təhsil ocaqlarında - Azərbaycan Dövlət İqtisad Universitetində, Moskva Universitetinin Dərbənd filialının, Beynəlxalq Universitetin (Xarkov), San-Marino Universitetinin Azərbaycandakı filiallarında dərs demişdir. 2000-ci ildən Bakı Dövlət Universitetində və ADİU-da saathesabı dərs deyir.

Məmməd Sarvan indiyədək 30 beynəlxalq və respublika səviyyəli simpozium, qurultay, konqres və konfranslarda çıxış edib iri həcmli materiallar çap etdirmişdir.

Məmməd Sarvan 1992-ci ildən bu günə kimi Azərbaycan EA Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan diasporu şö’bəsində böyük elmi işçi vəzifəsində çalışır.

 

MƏHƏRRƏM HƏSƏNOV

Məhərrəm Ənnağı oğlu Həsənov 1956-cı ildə Borçalının Ağməmmədli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1974-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, iki il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra, 1982-ci ildə universitetin fizika fakültəsini başa vurmuşdur. Həmin ildən Elmlər Akademiyasının Fizika İnstitutunun yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. "Maye adsorbont sistemində gedən udulma prosesinə elektrik sahəsi və elektrik qaz boşalmalarının tə’siri" mözusu üzərində elmi iş aparmışdır. Həmin mövzu üzrə 1992-ci ildə dissertasiya müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi olmuşdur. Onun elmi fəaliyyəti 30-a yaxın elmi məqalədə və iki müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Bu elmi məqalələrin çox hissəsi respublikadan kənarda elmi jurnallarda çap olunmuşdur.

Hazırda EA Fizika İnstitutunun yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.

Məhərrəm Həsənov 10 beynəlxalq və respublika səviyyəli elmi konfransda çıxış edib məqalələr çap etdirmişdir.

 

MİNİRƏ ASLANOVA (ŞƏRİFOVA)

Minirə Rüstəm qızı Aslanova (Şərifova) 1931-ci il yanvar ayının 1-də Borçalının Sarvan kəndində anadan olmuşdur. Minirə Aslanova 1938-ci ildə Tiflis şəhərində orta məktəbin 1-ci sinfinə getmiş, 1949-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsinə daxil olmuş, 1954-cü ildə isə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdr. 1954-cü ildə Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutuna kiçik elmi işçi vəzifəsinə işə daxil olmuşdur. Minirə Şərifovanın əmək və elmi fəaliyyəti elə həmin ildən başlayır. O, Kimya Prosesləri İnstitutunda əmək fəaliyyəti ilə yanaşı, elmi tədqiqat işləri də aparmışdır. 1964-cü ildə məşhur akademik Y.Məmmədəliyevin elmi rəhbərliyi altında Minirə Aslanova dissertasiya işi müdafiə edib, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1969-cu ildən dosent kimi fəaliyyət göstərir. 1966-cı ildən 1996-cı ilə qədər ali təhsil sistemində müxtəlif vəzifələrdə işləmişdir. 1960-1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim, baş müəllim, 1980-1990-cı illərdə isə Azərbacan Dövlət Tibb Universitetində dosent kimi çalışmışdır.

Minirə Aslanovanın elmi və pedaqoji fəaliyyəti 50-dən çox elmi əsərdə öz əksini tapmışdır. Onun bir neçə müəlliflik şəhadətnaməsi və ixtirası vardır.

Minirə Aslanova bu müddət ərzində 15-dən çox beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda iştirak edib məqalələr çap etdirmişdir.

 

MUSTAFA VƏLİYEV

Mustafa Alı oğlu Vəliyev 1933-cü ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul edilmişdir. 1958-ci ildə diplom almış və universitetin hesablama riyaziyyatı mərkəzində elmi işçi saxlanmışdır.

Mustafa Vəliyev Sank-Peterburqda aspiranturaya daxil olmuş və dünyanın ən məşhur riyaziyyatçılarından birinin-professor S.Q. Mixlinin rəhbərliyi altında namizədlik dissertasiyası hazırlayıb müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi işləri həm adi, həm də xüsusi törəməli differensial tənliklər üçün Bubnov-Qalyorkin üsulunun dayanıqlığına həsr edilmişdir. Bu istiqamətdə dünyada alınan ilk nəticələr bütünlüklə Mustafa Vəliyevə məxsusdur.

BDU-da "Hesablama riyaziyyatı" kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, 1972-ci ildə yaradılan tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə dekan vəzifəsinə seçilmişdir.

Mustafa Vəliyev "Hilbert fəzasında birinci və ikinci tərtib differensial tənliklər üçün Bubnov-Qalyorkin prosesinin dayanıqlığının tədqiqi" mövzusunda doktorluq dissertasiyasını hələ 1974-cü ildə yazıb başa çatdırmışdır. Onun rəhbərliyi altında 6 nəfər aspirant müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.

Mustafa Alı oğlu Vəliyev 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir.

 

MÜSEYİB ƏLİYEV

Müseyib Mirzə Ağa oğlu Əliyev 1907-ci ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur.

Müseyib Əliyev orta təhsilini Sadaxlı kəndində almış, 1919-1920-ci illərdə Bakıya gəlmiş və bir il ayaqqabı sexində şagird olmuşdur. 1920-1921-ci illərdə Göyçay rayonunda polis bölməsində işləmişdir.

1921-1922-ci illərdə Gəncə şəhər Hərbi Komissarlığının siyasi şö’bəsində işləmişdir.

1923-1924-cü illərdə Bakının Bayıl-Bibiheybət rayonunun 2 saylı fəhlə birqadasında çalışmışdır. 1924-1928-ci illərdə Bakıda fəhlə fakültəsinin tələbəsi olmuşdur.

1929-cu ildə Bakının Alatava rayonunda mədəniyyət işçisi işləmişdir.

1929-1932-ci illərdə Yerevan Ümumittifaq Veterinar İnstitutunun tələbəsi olmuşdur.

1932-1934-cü illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aspirantı olmuşdur. 1934-cü ildə institutun anatomiya kafedrasına assistent və kafedra müdiri vəzifəsinə irəli çəkilmişdir. 1938-1941-ci illərdə həmin institutda anatomiya kafedrasının müdirini əvəz etmişdir. 1944-1946-cı illərdə histologiya kafedrasına müdir əvəzi tə’yin olunmuşudur.

1946-1948-ci illərdə anatomiya kafedrasında müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1948-1953-cü illərdə yenidən anatomiya və histologiya kafedrasına müdir əvəzi tə’yin edilmişdir.

1953-1954-cü illərdə Azərbaycan ETH İnstitutunda elmi katib vəzifəsini icra etmişdir.

1954-cü ildən 1976-cı ilə qədər H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda zoologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.

Müseyib Əliyevin elmi və pedaqoji fəaliyyəti 8 elmi əsərdə öz əksini tapmış, o cümlədən 5 elmi əsəri ittifaq səviyyəli konfransların gündəliyinə daxil edilmişdir.

Müseyib Əliyev 1976-cı ildə Gəncə şəhərində vəfat etmişdir.

 

NİGAR HÜSEYNOVA

Nigar Əhəd qızı Hüseynova 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Nərimanov rayonundakı 45 saylı orta ümumtəhsil məktəbinin I sinfinə daxil olmuş, 1970-ci ildə indiki Səbael rayonundakı 7 saylı orta məktəbi ə’la qiymətlərlə bitirmişdir. Həmin ildə APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuş, 1974-cü ildə ə’la qiymətlərlə institutu bitirmişdir. 1974-cü ildə pedaqoji fəaliyyətə başlamışdır. Əvvəlcə kafedrada laborant işləmiş, 1987-1990-cı illər ərzində isə institutun nəzdindəki aspiranturada əyani təhsil almışdır. 1991-ci ildən e’tibarən tərcümə və axşam təhsili fakültəsi nəzdindəki ingilis dili kafedrasında əvvlcə müəllim, sonra isə baş müəllim vəzifələrində çalışmışdır. Bu müddət ərzində Nigar Hüseynova müxtəlif elmi konfranslarda mə’ruzələrlə çıxış etmiş, 15 elmi məqalə və tezislər çap etdirmişdir.

Nigar Hüseynova institutun müxtəlif dövlət əhəmiyyətli tədbirlərində fəal iştirak etmiş, tərcüməçi-müəllim kimi çıxış etmişdir. Dəfələrlə institutun müdriyyəti tərəfindən tə’rifnamələrlə təltif olunmuşdr. Hal-hazırda Azərbaycan Dillər Universitetində baş müəllim işləyir.

Nigar Hüseynovanın hər iki valideyini Borçalıdandır.

 

NƏBİ ƏSGƏROV

Nəbi Ələsgər oğlu Əsgərov 1956-cı il yanvar ayının 24-də Borçalının Alget sovetliyinin Təzəkənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-1973-cü illərdə Təzəkənd orta məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə istehsalatda işləmiş, 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuş, tə’yinatla Ağdaş rayonunun Kotavan kənd orta məktəbinə müəllim, 1981-ci ildə isə Kotavan kənd orta məktəbinə tə’lim-tərbiyə işləri üzrə direktor müavini tə’yin edilmişdir.

1982-ci ildə o, istehsalatdan ayrılmamaqla İndiki ADPU-nun aspiranturasına daxil olmuşdur. 1986-cı ildə "Azərbaycan dilində hidronimlər" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Nəbi Əsgərov 1984-cü ildən 1991-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji və istehsalat təcrübə rəhbəri vəzifəsində çalışmışdır.

1991-ci ilin fevral ayından həmin universitetin Azərbaycan dilçiliyi kafedrasında müəllim, hal-hazırda dosent vəzifəsində çalışır.

Nəbi Əsgərovun yüzdən artıq elmi, elmi pedaqoji məqaləsi işıq üzü görmüşdür. Onun əsərləri Türkiyə, İran və Özbəkistanda dərc olunmuşdur. 1995-ci ildə "Azərbaycan dilində hidronimlər" adlı metodik vəsaiti nəşr olunmuşdur. Onun bakalavr tədris pilləsi üçün hazırladığı "Qədim türk yazılı abidələrinin dili", "Azərbaycan dilinin praktikumu" (bir neçə müəlliflə), "Azərbaycan dilinin onomalogiyası" proqramları, magistratura təhsil pilləsi üçün hazırladığı "Azərbaycan dili onomalogiyasının əsasları" tədris proqramları tələbələrin və magistrlərin ən çox müraciət etdikləri mənbələrdir.

Nəbi Əsgərov 1999-cu il dekabr ayının 12-də respublikamızda ilk dəfə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və bələdiyyə üzvü seçilmişdir. 18 yanvar 2000-ci ildə Xətai rayon bələdiyyəsinin sədri seçilmişdir.

 

NƏCİBƏ NƏSİBOVA

Nəcibə Məmməd qızı Nəsibova 1958-ci ildə Borçalının Təkəli kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində başa vurduqdan sonra 1974-cü ildə Neft və Kimya İnstitutunun (İndiki ADNA) energetika fakültəsinə daxil olmuşdur.

1979-cu ildə həmin fakültənin mühəndis-energetik ixtisasına yiyələnmişdir. Nəcibə Nəsibova əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. O, 1979-1983-cü illərdə Bakının bir sıra müəssisələrində mühəndis-konstruktor vəzifəsində çalışmışdır.

1983-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) energetikanın nəzəri əsasları kafedrasında baş laborant, həmin ilin axırlarında isə ümumi elektrotexnika kafedrasına baş laborant tə’yin olunmuşdur.

1985-ci ildə həmin kafedranın assistenti olmuşdur. 1990-cı ildə elmi işini tamamlayıb namizədlik dissertasiyası müdafiə edib elmi dərəcə almışdır. 1991-ci ildə ümumi elektrotexnika kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. Nəcibə Nəsibovanın əmək və pedaqoji fəaliyyəti 20-ə yaxın elmi əsərdə təmsil olunmuşdur. Bu elmi məqalələr əsasən "Neft və Qaz" jurnalında, respublikanın ali məktəb və elmi idarələrində keçirilən konfransların məcmuələrində çap olunmuşdur. 1992-ci ildən Türkiyədədir. O, Azərbaycanın Türkiyədəki səfirliyində çalışır.

 

NİZAMİ SÜLEYMANOV

Nizami Məhəmməd oğlu Süleymanov 1958-ci ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1975-ci ildə orta təhsilini başa vuraraq həmin il M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin fakültəni başa vurmuşdur. 1979-1984-cü illərdə Azərbaycan Respublikasının Ağdaş rayonunda orta məktəbdə tarix müəllimi və direktor müavini işləmişdir. 1984-ci ildən indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, 1989-1994-cü illərdə rektor köməkçisi vəzifəsində çalışmışdır. 1994-1995-ci illərdə Ali Diplomatiya Kollecində beynəlxalq münasibətlər fakültəsinin dekanı, 1995-ci ildən indiyədək Azərbaycan Dövlət İqtisad İnstitutunda Azərbaycan və iqtisadi tarix kafedrasının dosentidir. 1997-ci ildən Azərbaycan Beynəlxalq Universitetində tədris hissəsinin müdiri və prorektor vəzifəsində çalışır. 1997-ci ildə Rusiya Federasiyasının Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun hüquq fakültəsinin qiyabi şö’bəsini bitirərək, hüquqşünaslıq ixtisasına yiyələnmişdir.

1990-cı ildən tarix elmləri namizədidir. "Elmi tərəqqi və fəhlə sinfinin kütləvi yaradıcılığı" kitabçasının, ali məktəb tələbələri üçün ilk dəfə olaraq ana dilində nəşr olunmuş "İqtisadi tarix", "Azərbaycanın iqtisadi tarixi" dərs vəsaitlərinin müəllifidir, "Milli iqtisadiyyatın əsasları" dərsliyinin müəlliflərindən biri olmaqla yanaşı o, həm də onlarla elmi məqalənin müəllifi və "Beynəlxalq həyat" adlı elmi-ictimai-siyasi jurnalın məs’ul katibidir.

1999-cu ildə YUNESKO-nun MDB ölkələri üzrə əlaqələndirici mərkəzi olan Beynəlxalq Kadrlar Akademiyası tərəfindən tarix elmləri üzrə fəlsəfə doktoru və professor elmi adına layiq görülmüşdür.

 

NİZAMİ SÜLEYMANOV

Nizami Söhbət oğlu Süleymanov 1953-cü ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə BDU-nun tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş və 1975-ci ildə ali məktəbi bitirmişdir. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində (Moskva) mühəndis-proqramçı vəzifəsində işləmişdir. 1979-cu ildən BDU-nun tətbiqi-riyaziyyat fakültəsində işləyir. 1992-ci ildə "Steklov tipli sərhəd məsələlərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 30-dan çox elmi məqaləsi çap olunmuşdur. Dörd metodik vəsaitin müəllifidir. "EHM-də praktikum", "Elektron hesablama maşınları" proqramının redaktorudur. Bakı Dövlət Universitetinin dosentidir.

Hazırda tətbiqi-riyaziyyat fakültəsinin həmkarlar bürosunun sədri, Elmi Şurasının elmi katibidir.

 

NİYAZİ MURSAQULOV

Niyazi Nəsrəddin oğlu Mursaqulov 1948-ci il mayın 29-da Borçalının Marneuli şəhərində anadan olmuşdur. 1966-cı ildə 1 saylı Marneuli Azərbaycan orta məktəbini medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuşdur.

1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuş, təhsilini Leninqradda (S.Peterburq) davam etdirmiş və 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 50 elmi işi və bir kitabı çapdan çıxmışdır. Beynəlxalq elmi konfranslarda iştirak etmiş, fizika elmində əldə etdiyi nəticələri elmi ictimaiyyətin nəzərinə çatdırmışdır (Salford (böyük Britaniya) və Tehran (İran) və s.).

1969-cu ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyir. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) yarandığı ilk günlərdən onun üzvü olub, ASDP Mərkəzi Komitəsinə (MK) və MK Bürosuna seçilmiş, hal-hazırda ASDP Bakı Komitəsinin sədridir.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin idarə hey’ətinin üzvüdür. Həmin təşkilatın Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və açıq cəmiyyətin yaradılması sahəsində missiyasının həyata keçrilmsində aktiv iştirak edir.

Azərbaycanda demoqrafiya, ətraf mühitin mühafizəsi və s. problemlərlə məşğul olan ictimai birliyin - Azərbaycan Demoqraflar Assosiyasiyasının prezidentidir.

 

NURPAŞA NOVRUZOV

Nurpaşa Abbas oğlu Novruzov 1935-ci ilin dekabrında Borçalının Sarvan kəndində anadan olmuşdur.

1942-ci ildə Marneuli şəhər 1 saylı Azərbaycan orta məktəbinin 1-ci sinfinə getmiş, 1954-cü ildə həmin məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) maliyyə-iqtisad fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin fakültəni başa vurmuşdur.

Tə’yinat üzrə Azərbaycan SSR-i Maliyyə Nazirliyinə işə göndərilmişdir.

1958-1964-cü illərdə baş iqtisadçı vəzifəsində işləmişdir. 1964-cü ilin yanvar ayından 1967-ci ilə qədər Azərbaycan EA İqtisad İnstitutunun iqtisadiyyat şö’bəsinin aspirantı olmuşdur. 1967-ci ildə dissertasiya müdfiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1967-1968-ci illərdə həmin institutuda baş elmi işçi işləmiş, 1968-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU-nun) siyasi-iqtisad kafedrasının dosenti, 1975-ci ildən hazırkı dövrə qədər Azərbaycan İnşaat Mühəndisləri Universitetinin marketink-menecment kafedrasında dosent vəzifəsində işləyir. Nurpaşa Novruzovun 125-dən çox elmi əsəri çap olunmuşdur.

 

NÜŞABƏ XƏLİLOVA

Nüşabə Sədrəddin qızı Xəlilova 1949-cu ildə Borçalının Marneuli şəhərində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə 1 saylı Marneuli şəhər Azərbaycan orta məktəbini qızıl medalla bitirmiş, elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1974-1978-ci illərdə Marneuli rayonunun 1 və 2 saylı orta məktəblərində kimya fənnini tədris etmişdir.

1978-ci ildə ailəsi ilə yenidən Bakı şəhərinə köçmüş və Azərbaycan Dövlət Universitetinin analitik kimya kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ildə BDU-da kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Kafedranın baş müllimi, sonra isə dosent seçilmişdir. 30-dan çox elmi məqalənin, tezis və metodik vəsaitlərin müəllifidir. Dəfələrlə elmi konfranslarda analitik kimyanın müasir problemləri və tədris metodikası ilə əlaqədar çıxışlar etmişdir. Elmi araşdırmalarına görə bir neçə dəfə "Müəlliflik şəhadətnaməsi" almışdır.

1999-cu ildə elmi və pedaqoji fəaliyyətinin ən qaynar dövründə vəfat etmişdir.

Copyright © 2003 Borchali