Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BORÇALI (MARNEULİ) BÖLGƏSİ

[A] [B-E] [Ə-G] [H-X] [İ-Q] [M-N] [R-S] [S-Ş] [T-V] [V-Z]

 

AVTANDİL BAYRAMOV

Avtandil Xəlil oğlu Bayramov 1942-ci ildə Borçalıda, Marneuli şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Marneuli şəhər rus orta məktəbini bitirmişdir.

1965-ci ildə A.İ. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə tə’yinatla Azərbaycan EA Qeyri-Üzvi və Üzvi Kimya İnstitutuna işə göndərilmişdir. Avtandil Bayramov institutda adi mühəndislikdən şö’bə müdiri vəzifəsinədək yüksəlmişdir.

1975-ci ildə dissertasiya müdafiə edib texnika elmləri namizədi elmi dərəcəsi almış, 1983-cü ildə həmin institutun baş elmi işçisi olmuşdur. Avtandil Bayramov 1980-1989-cu illərdə müdafiə şurasının elmi katibi vəzifəsində çalışmışdır. 1995-ci ildən bu günədək Səudiyyə Ərəbistanında yerləşən dünyanın ən məhşur (SABIC) Kimya şirkətində metalların korroziyadan qorunması problemləri üzrə baş məsləhətçi işləyir.

Avtandil Bayramov 1977-1978-ci illərdə İngiltərənin Mançester Universitetində (UMISI) metalların korroziyadan mühafizəsi mərkəzində baş mütəxəssis işləmişdir. 1983-cü ildə İsveçin Korroziya İnstitutunda, 1988-ci ildə Belçika Universitetində elmi tədqiqat işi aparmışdır. Avtandil Bayramov Türkiyənin bir sıra ali məktəblərində və elm ocaqlarında tədqiqat işləri aparmışdır.

Avtandil Bayramov Azərbaycan Respublikası ərazisində metalların korroziyadan mühafizəsi sahəsində elmi-texniki proqramların həyata keçirilməsində iştirak etmişdir.

O, 1984-cü ildə SSRİ XTNS-nin bürünc medalına, 1994-cü ildə isə Beynəlxalq Elmi Qrantına (IST) sahib olmuşdur. Avtandil Bayramov Azərbaycan Korroziyaçılar Cəmiyyətinin və korroziyaçılar elmi Assosiyasının üzvü seçilmişdir (NACE).

Avtandil Bayramovun elmi-pedoqoji fəaliyyəti 15 ixtirada, 1 monoqrafiyada və 100 elmi əsərdə öz əksini tapmışdır. ABŞ, İngiltərə, İsveçrə, İtaliya, Avstriya, Almaniya, Hollandiya, Hindistan, Səudiyyə Ərəbistanı və başqa ölkələrdə elmi məqalələri çap olunmuşdur.

Avtandil Bayramov haqqında mə’lumat 1999-cu ildə ABŞ-da çap olunmuş "Kim kimdir" kitabına daxil edilmişdir

 

AVTANDİL BAYRAMOV

Avtandil Rəhim oğlu Bayramov 1953-cü ilin aprelində Borçalıda, Marneuli şəhərində anadan olmuşdur. 1960-cı ilin sentyabrında 1 saylı Marneuli şəhər rus orta məktəbinin birinci sinfinə getmiş, 1970-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Avtandil Bayramov elə həmin il Bakıya gəlib, bir müddət Bakı maşın hesablama stansiyasında mexanik işləmişdir. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuş, 1974-cü ildən Azərbaycan Neft-Kimya Sənayesi Nazirliyinin maşın hesablama mərkəzində mexanik işləmişdir. İstehsalatdan ayrılmaq şərti ilə o, göndərişlə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hazırlıq şö’bəsinə daxil olmuş, 1979-cu ildə universitetin tarix fakültəsinin tam kursunu bitirmiş, Azərbaycan LKGİ MK-da tə’limatçı və bölmə müdiri vəzifəsinə işə qəbul olunmuşdur.

Avtandil Bayramov 1984-cü ildə Bakı şəhər Nərimanov rayon Partiya Komitəsində tə’limatçı və şö’bə müdiri işləmişdir. 1990-cı ildə Nərimanov rayon Partiya Komitəsində şö’bə müdiri vəzifəsində işləyən Avtandil Bayramov Azərbaycan KP MK-nın qərarı ilə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının əyani aspiranturasına daxil olmuşdur.

1993-cü ildə Rusiya Dövlət İdarəetmə Akademiyasının Dövlət Hüququ kafedrasının aspiranturasını bitirən Avtandil Bayramov elə həmin ilin may ayının 20-də dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra Bakıya qayıdan Avtandil Bayramov Azərbaycan Respublikası Prezident Aparatında Dövlət-hüquq şö’bəsi müdirinin müavini vəzifəsinə tə’yin olunmuşdur.

Avtandil Bayramovun bir neçə məqaləsi və bir fundamental monoqrafiyası işıq üzü görmüşdür.

Onun 1995-ci ildə "Azərbaycan" nəşriyyatı tərəfindən "Hüquqi dövlət və siyasi partiyalar" adlı kitabı nəşr olunmuşdur.

Moskva Hüquqşünaslar İttifaqının üzvüdür.

 

ADİL BƏKİROV

Adil Novruz oğlu Bəkirov 1928-ci ildə Borçalının Qasımlı kəndində anadan olmuşudr. Orta məktəbi Qasımlı məktəbində bitirmişdir. Borçalı Türk Pedoqoji Texnikumunda oxumuşdur. 1945-ci ildə Qasımlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.

Adil Bəkirov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi nəzdində yenicə açılmış fəlsəfə şö’bəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirmişdir.

1952-ci ildən 1960-cı ilədək tə’yinatla 5 saylı Hacıqabul orta məktəbində əvvəlcə müəllim, sonra dərs hissə müdiri vəzifəsində işləmişdir. 1960-cı ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutunda işə başlamışdır. 1962-ci ildən sonra öz taleyini Azərbaycanın qocaman elm ocağı olan Azərbaycan Dövlət Universiteti ilə (indiki BDU) bağlamış, ömrünün axırınadək - 34 il universitetdə fəlsəfə kafedrasında gənc nəslin tə’lim-tərbiyəsi ilə məşğul olmuşdur. 20-yə yaxın elmi məqalənin müəllifidir. Adil Bəkirov 1996-cı ildə Bakıda vəfat etmişdir.

 

ADİLXAN BAYRAMOV

Adilxan Hüseynəli oğlu Bayramov 1949-cu ildə Borçalının Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medlla bitirmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə ali təhsilini başa vurduqdan sonra 7 il müddətində Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.

1978-ci ildən Bakı şəhərində yaşayır. Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitabxana və muzey işləri baş idarəsi rəisinin müavini vəzifəsində çalışır.

O, işdən əlavə ədəbiyyatşünaslıq və mədəniyyət məsələləri ilə bağlı elmi araşdırmalar da aparır. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. Filologiya elmləri namizədidir. "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumibəşərlik" mövzusunda doktorluq dissertasiyasını tamamlayaraq müdafiə üçün təqdim etmişdir.

Dörd kitabın, 100-dək məqalənin müəllifi, "Üzeyir Hacıbəyov ensiklopediyası"nın (1996) müəlliflərindən biridir.

Mətbuatda tərcümə, bədii və publisistik yazılarla çıxış edir.

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının "Səməd Vurğun-90" fəxri xatirə diplomuna layiq görülmüşdür.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

AZAD BAYRAMOV

Azad Məmməd oğlu Bayramov 1970-ci il iyunun 22-də Borçalının Əzizkənd kəndində müəllim ailəsində anadan olmuşdur.

Orta məktəbi 1987-ci ildə Bakıda bitirmişdir.

1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika və riyaziyyat fakültəsinə daxil olmuş, 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. 1993-cü ildə Azərbaycan EA Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1997-ci ildə dissertasiya müdafiə edib, riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Azad Bayramovun elmi və pedoqoji fəaliyyəti 12 elmi əsərdə öz əksini tapmışdır. O, respublika səviyyəli 4 konfransda çıxış edib, məqalələr çap etdirmişdir. Hal-hazırda ADPU-nun riyazi analiz kafedrasında müəllim kimi elmi pedaqoji fəaliyyətini davam etdirir.

 

AZAD ƏLİYEV

Azad Salman oğlu Əliyev 1960-cı ildə Borçalının Qırıxlı kəndində anadan olmuşdur. 1967-ci ildə Gəncə şəhər bir saylı orta məktəbinin birinci sinfinə getmiş və 1977-ci ildə həmin məktəbi bitirmişdir.

Azad Əliyev 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin fakültəni başa vurmuşdur. O, 1982-1984-cü illərdə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda baş lobarant vəzifəsində işləmişdir.

Azad Əliyev 1984-cü ildə Azərbaycan Respublikası EA Qeyri-Üzvü və Fiziki Kimya İnstitutunda aspiranturaya daxil olmuş və Moskvaya elmi e’zamiyyətə göndərilmişdir. O, orada professor A.A.Pasınki və professor T.X.Qurbanovun rəhbərliyi ilə namizədlik işini tamalamış və 1989-cu ildə həmin institutda dissertasiya müdafiə etmiş, kimya elməlri namizədi elmi dərəcəsi almışdır.

Azad Əliyev 1989-cu ildən Azərbaycan Respublikası EA QFKİ-da xüsusi konstruktor bürosunda baş mühəndis vəzifəsində işləmişdir. O, beş elmi məqalənin müəllifidir. Onlardan biri xarici mətbuatda- J. Organometal. Chem., (1989) jurnalında nəşr olunmuşdur.

 

AZƏR ƏMİRASLANOV

Azər Kamal oğlu Əmiraslanov 1971-ci il iyulun 19-da Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olmuşdur. 1993-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan EA İqtisadiyyat İnstitutunun qiyabi şö’bəsinin aspiranturasına daxil olmuşdur. 1996-cı ildə "Bazar münasibətləri şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

Azər Əmiraslanovun yerli və xarici mətbuatda 150-ə yaxın analitik-iqtisadi məqaləsi çap olunmuşdur. 3 kitabın, 25 elmi məqalənin müəllifidir. Bir sıra iqtisadi proqram və konsepsiyaların, qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.

1993-1994-cü illərdə Azərbaycan Respublikasının Mili Bankında, Səhmdar Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı vəzifələrində işləmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şö’bəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Respublikası Prezidenti İcra Apartının İqtisadi siyasət şö’bəsinin mə’sul işçisidir.

Azər Əmiraslanov 1993-cü ildən bu günədək müstəqil Gənc İqtisadçılar Birliyinin sədridir.

Rus və ingilis dillərini sərbəst bilir. Rusiya, Türkiyə, Slovakiya, Fransa və ABŞ kimi ölkələrin təhsil və ixtisasartırma kurslarında iştirak etmişdir.

 

AZƏR KƏRİMOV

Azər Mahmud oğlu Kərimov 1948-ci il yanvar ayının 9-da Borçalıda, Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1955-ci ildə 1 saylı Marneuli şəhər rus orta məktəbinə getmiş, 1966-cı ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki ADİU) daxil olmuşdur.

1970-ci ildə Azər Kərimov ali təhsilini başa vurmuş, Bakı Radio Zavodunda əvvəlcə mühəndis-iqtisadçı, sonra isə böyük mühəndis-iqtisadçı vəzifəsində çalışmışdır. 1972-ci ildə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə aspiranturanı bitirmiş və sənaye iqtisadiyyatı kafedrasında asistent saxlanılmışdır. 1982-ci ildə dissertasiya müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1988-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun iqtisadi analiz kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində pedoqoji fəaliyyətini davam etdirmişdir. 1993-cü ildən bu günə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi analiz kafedrasında dosent vəzifəsində işləyir. O, eyni zamanda 1987-1990-cı illərdə iqtisadi təhsil fakültəsində dekan müavini vəzifəsində işləmişdir.

Azər Kərimovun elmi-pedoqoji fəaliyyəti 40-dan çox elmi məqalədə, 4 metodik göstərişdə və dərs vəsaitlərində öz əksini tapmışdır. O, bir neçə beynəlxalq və respublika miqyaslı konfranslarda yaxından iştirak edib, elmi məqalələr çap etdirmişdir.

 

AZADƏ HÜSENOVA

Azadə Abbas qızı Hüseynova 1964-cü il fevralın 26-da Gəncə şəhrində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhər M.Qorki (indiki İ.Qayıbov) adına 1 saylı məktəbin 1-ci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə həmin fakültəni bitirmişdir. İnstitutun ictimai ixtisaslar fakültəsində jurnalist ixtisasına yiyələnmiş, "Tibb kadrları uğrunda" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1988-1989-cu illərdə M.Qədirli adına Hövzə-Klinik xəstəxanasında intern-həkim, 1989-1991-ci illərdə 13 saylı şəhər xəstəxanasının II Poliklinika şö’bəsində sahə həkimi işləmişdir. 1991-ci ildə Ə.Əliyev adına Az.DHTİ-da II terapiya kafedrasında kardiologiya üzrə tam kursu bitirib, klinik ordinaturaya qəbul olunmuşdur. Klinik-ordinaturanı bitirdikdən sonra başlaborant işləmişdir. Hal-hazırda Ə.Əliyev adına həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasının həkim-assisententidir. Tibb elmləri namizədidir.

1995-ci ildən "Dünya ətrafında ürəyin dostları" adlı Ümumdünya Kardioloqlar Assosiasiyasının üzvüdür. Bir səmərəlləşdirici təklifin, bir patentin, 2 metodik tövsiyyənin və 40-a qədər elmi məqalənin, tezislərin müəllifidir. Elmi məqalələri İtaliya, Almaniya, Gürcüstan, İsrail, Çexiya və Rusiyada dərc olunmuşdur. BQHA-nın üzvüdür.

Azadə Hüseynova "Yeni Nəsil" Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, "Qızıl qələm", "Həsənbəy Zərdabi", "Məhsəti Gəncəvi", "Abdulla Şaiq" mükafatlarına, "Vətən" fəxri diplomuna layiq görülmüşdür.

1994-cü ildə "Səhər" qəzetinin şö’bə müdiri vəzifəsində işləmişdir. Hazırda "Borçalı" qəzetinin baş redaktorudur. "Nə yaxşı ki, dəniz varmış", "Dədə Qorqudda Borçalı izləri", "Taleyim mənim, Talehim mənim", "Hikmət xəzinələrindən incilər" kitablarının müəllifidir, "Borçalı lətifələri" (müştərək) kitabını çapa hazırlamışdır. Azadə Hüseynovanın valideynləri Borçalıdandır.

 

AİDƏ HÜMBƏTOVA

Aidə Sarı qızı Hümbətova 1934-cü ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1943-cü ildə Qaçağan orta məktəbinin 1-ci sinfinə getmiş, 1954-cü ildə həmin məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni başa vurmuşdur. 1959-cu ildən 1963-cü ilə qədər Azərbaycanın Masallı rayonunun Qızılağac kənd orta məktəbində tədris-təcrübə sahəsinin müdiri və istehsalat dərsləri üzrə müəllimə işləmişdir.

1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1966-cı ilin dekabrnda aspiranturanı bitirmiş və 1972-ci ildə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. 1967-ci ildən 1980-ci ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elmi Təbliğat Baş İdarəsində baş aqronom vəzifəsində işləmişdir. 1980-ci ildən bu günə qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun yem bitkilərinin seleksiyası şö’bəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Aidə Hümbətova işlədiyi müddətdə bir yem bitkisi ("Qobustan") sortu yetişdirmişdir. Həmin sort 1966-cı ildən seleksiya nailiyətlərinin sınağı və mühafizəsi üzrə Azərbaycan dövlət sortsınağı komissiyası tərəfindən təsdiq edilib rayonlaşdırılmışdır.

Aidə Hümbətovanın elmi fəaliyyəti 30 elmi məqalədə öz əksini tapmışdır. Bu müddət ərzində beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

AYAZ BAYRAMOV

Ayaz Hidayət oğlu Bayramov 1950-ci ildə Borçalıda, Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə 1 saylı Marneuli şəhər orta məktəbinin 1-ci sinfinə getmiş, 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə ADU-nun (indiki BDU-nun) fizika fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni başa vurmuşdur. 1972-1976-cı illərdə İoffe adına Leninqrad Fizika İnstitutunun aspirantı olmuşdur. 1976-cı ildə Serromaqnit yarımkeçiricilərində anizotropiya relaksasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1976-cı ildən 1994-cü ilədək Azərbaycan EA-nın Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. 1994-1996-cı illərdə Təbriz Universitetində elmi təcrübə keçmişdir. 1996-1999-cu illərdə Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1999-cu ilin aprel ayından isə Yaponiyaya e’zam olunmuşdur. O, Yaponiyanın Naqasaki Texniki Universitetinin professorudur, laboratoriya müdiri işləyir. Ayaz Bayramov eyni zamanda həmin universitetdə fizika fənnini tədris edir, bu sahədə diplom və dissertasiya işlərinə rəhbərlik edir.

Ayaz Bayramov 30-dan çox beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda çıxışlar etmiş, elmi məqalələr çap etdirmişdir. Onun 70-dən çox elmi əsəri işıq üzü görmüşdür. Bu materialların 30-u xarici ölkələrin elmi jurnallarında nəşr olunmuşdur. Ayaz Bayramov hal-hazırda Yaponiyada elmi və pedaqoji fəaliyyətini davam etdirir.

 

AYAZ MƏMMƏDOV

Ayaz Hüsən oğlu Məmmədov 1958-ci il noyabrın 25-də Marneuli rayonunun Qaçağan kəndində müəllim ailəsində anadan olmuşdur.

1976-cı ildə Qaçağan 1 saylı orta məktəbini ə’la qiymətlərlə bitirmişdir. O bir il Qaçağan südçülük-tərəvəzçilik sovxozunda fəhlə işləmişdir.

1977-ci ildə BDU-nun (Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1982-ci ildə oranı başa vurmuşdur.

1982-1990-cı illərdə Azərbaycan EA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis-kimyaçı, kiçik elmi işçi vəzifələrində işləmişdir.

1984-cü ildə Azərbaycan EA-nın "Aşqarlar kimyası institutunda" ə’yani aspiranturaya daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. 1989-cu ildə "Tiokarbon turşuları və onların törəmələrinin sürtgü yağlarında bir aşqar kimi tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1989-cu ildə kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

1990-1993-cü illərdə "Azərbaycan" assosiasiyası "BINIŞ" firmasında baş mütəxəssis, elmi-işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.

1993-1995-ci illərdə "Nərmin-7", "Xasay-Turxan" firmalarında direktor vəzifəsində işləmişdir.

Ayaz Məmmədovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. O, bir neçə elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyanacaq" İB-nin maddi-texniki-təchizat şö’bəsində mühəndis-iqtisadçı vəzifəsində çalışır.

 

AYVAZ HƏSƏNOV

Ayvaz Dursun oğlu Həsənov 1929-cu il mayın 2-də Borçalının Gorarxı kəndində anadan olmuşdur. Taleyin hökmü ilə kiçik yaşlarında doğma kənddən, qohum-əqrabadan aralı düşən Ayvaz Həsənov Başkeçiddə orta məktəbi bitirdikdən sonra Cəlaloğlu (indiki Stepanavan) şəhərindəki Zoobaytarlıq Texnikumuna daxil olmuşdur. Texnikumdan sonra Yerevan Zoobaytarlıq İnstitutuna daxil olmuş, 1955-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həmin il yenidən Marneuliyə qayıtmış, rayon rəhbərliyi onu Qullar kəndindəki cins atçılıq təsərrüfatına müdir göndərmişdir. Onun çalışqanlığı rayon rəhbərliyinin və Kənd Təsərrüfatı Nazirliyinin mə’sul işçilərinin diqqətindən yayınmamış, heyvandarlıq idarəsinin zootexniki tə’yin olunmuşdur. Bir il burada çalışdıqdan sonra Qarayazı südçülük sovxozuna rəhbər tə’yin olunmuşdur. Səriştəli zootexnik, bacarıqlı təşkilatçı təsərrüfatı respublikada qabaqcıllar sırasına çıxarmış, sonralar isə ardıcıl olaraq Marneuli rayonundakı Qaçağan, Marneuli, Alget sovxozlarına, Bolnisi rayonundakı Saraclı təsərrüfatına başçılıq etmişdir.

Ayvaz Həsənov təsərrüfatlara rəhbərlik etdiyi dövrlərdə də, on beş il müddətində Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini kimi fəaliyyət göstərdiyi zamanda da öz çalışqanlığı ilə tanınmışdır. Məhz onun təşəbbüsü və tə’kidi sayəsində Qaçağan kəndində məişət obyektləri tikilib istifadəyə verilmişdir.

Ayvaz Həsənov təsərrüfat işləri ilə yanaşı elmi işlə də məşğul olmuş və 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.

Əməyi iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri və digər dövlət mükafatları ilə qiymətləndirilmişdir.

Ayvaz Həsənov 1990-cı ildə vfat etmişdir.

 

AYDIN KƏRİMOV

Aydın Əliəfəndi oğlu Kərimov 1930-cu ildə Borçalının Qızılhacılı kəndində anadan olmuşdur. Yeddi illik təhsilini həmin kənddə almış (1942) və Borçalı Türk Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1951-ci illərdə Marneuli məktəbində müəllimlik etmişdir. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş, 1956-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Göndərişlə gənc mütəxəssis kimi Azərbaycan Hidrometrologiya İdarəsinin Neft Daşları rəsədxanasında baş texnik vəzifəsində işə başlamışdır. 1959-cu ildən mühəndis, baş mühəndis və rəsədxananın rəisi vəzifələrində işləmişdir. 1966-1970-ci illərdə Azərbaycanda yeni təşkil olunan Zaqafqaziya Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutuna, 1970-1992-ci illərdə isə SSRİ Dövlət Okeanoqrafiya İnstitutunun Bakı filialına rəhbərlik etmişdir. 1992-1996-cı illərdə Akademik H.Əliyev adına Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunun direktoru olmuşdur. Hazırda təqaüdçüdür. Həmin institutun elmi məsləhətçisi və ekspertidir. Coğrafiya elmləri namizədi (1963), Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur (1998). SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin kiçik (1963) və böyük (1965) qızıl medalları ilə təltif edilmişdir. Beynəlxalq elmi konfrans və konqreslərdə mə’ruzələrlə çıxış etmişdir. Elmi tədqiqatları əsasən Xəzərin hidromorfoloji problemləri ilə əlaqədardir. 100-ə qədər elmi məqalənin, 8 monoqrafiyanın müəllifidir. Coğrafiya elmi sahəsində səmərəli elmi fəaliyyətinə görə SSRİ Coğrafiya Cəmiyyətinin (1982), MDB ölkələri Dövlətlərarası Hidrometeorologiya Şurasının fəxri diplomlarını almışdır. Zaqafqaziya Elmi Tədqiqat Hidrometrologiya İnstitutunun (1966-1992) və SSRİ Dövlət Okeaneqrafiya İnstitutunun (1966-92) elmi şurasının üzvü, dörd nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.

 

AYDIN MƏMMƏDOV

Aydın Yusif oğlu Məmmədov 1932-ci il mayın 15-də Borçalıda, indiki Marneuli rayonunun Kəpənəkçi kəndində müəllim ailəsində anadan olmuşdur.

1951-ci ildə Marneuli Türk Pedaqoji Texnikumunu bitirmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə institutu bitirmiş, Sumqayıt şəhərində sintetik kauçuk zavodunun tikintisində mühəndis vəzifəsində işləmişdir.

1957-ci ildən Sumqayıt şəhər Komsomol Komitəsinin birinci katibi, Azərbaycan LKGİ MK-nın ikinci, sonra isə birinci katibi vəzifələrində işləmişdir. 1960-1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin müdavimi və İctimai Elmlər Akademiyasının aspirantı olmuş, iqtisadiyyat üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildən respublika maarif nazirinin müavini, Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi, 1971-1981-ci illər ərzində Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində, 1981-ci ildən Azərbaycan KP Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

1983-cü ildə Azərbaycan SSR Əhaliyə Məişət xidməti naziri olmuş və 1988-ci ildən isə Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Hazırda heç bir yerdə işləmir.

O, səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordeniləri ilə təltif edilmişdir.

 

AYDIN MUSAYEV

Aydın Mehdi oğlu Musayev 1935-ci ildə Borçalının Qaçağan kəndində anadan olmuşdur.

Aydın Musayev 1944-cü ildə Qaçağan orta məktəbinin 1-ci sinfinə getmiş, 1955-ci ildə məktəbi bitirmiş və bir il istehsalatda çalışmışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti bitirdikdən sonra 1968-ci ilə qədər Universitetdə müəllim işləmişdir. Dövlət Universitetində işləməklə yanaşı dissertant olmuş və 1968-ci ildə köçürmə yolu ilə Xalq Təsərrüfatı İnstitutuna (indiki ADİU) müəllim vəzifəsinə göndərilmişdir. 1969-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində dissertasiya müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsi almışdır. Aydın Musayevin elmi-pedaqoji fəaliyyəti 10-a yaxın elmi məqalədə öz əksini tapmışdır. O, bir neçə elmi konfransda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Aydın Musayev 1985-ci ildə vəfat etmişdir.

 

AYDIN NƏSİBOV

Aydın Abbasəli oğlu Nəsibov 1938-ci il mayın 1-də Borçalının Qaçağan kəndində anadan olmuşdur. 1945-ci ildə Qaçağan kənd orta məktəbinin birinci sinfinə getmiş, həmin məktəbi 1956-cı ildə bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsinə daxil olmuşdur. Həmin fakültəni 1963-cü ildə bitki fizioloqu ixtisası üzrə bitirmiş, aspiranturaya daxil olmuşdur. Aspiranturanı 1966-cı ildə müvəffəqiyyətlə bitirmiş və bitki fiziologiyası kafedrasına laborant tə’yin edilmişdir. 1968-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcə almışdır.

Aydın Nəsibov 1969-cu ilin sentyabrında Bitki fiziologiyası kafedrasına müəllim tə’yin edilmişdir. 1972-ci ildə biokimya və molekulyar biologiya kafedrasında baş müəllim, dosent olmuşdur. Aydın Nəsibov 1978-ci ildən 1986-cı ilə qədər biologiya və molekulyar biologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. Hal-hazırda biokimya və biotexnologiya kafedrasında dosent vəzifəsində işləyir.

50-dən artıq elmi əsərin müəllifidir.

 

AYSƏBA ƏLİZADƏ

Aysəba Şəmsi qızı Əlizadə 1941-ci il martın 19-da Borçalının Lecbəddin kəndində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə doğma kəndlərində ibtidai məktəbə getmiş və 1958-ci ildə Böyük Muğanlı orta məktəbini ə’la qiymətlərlə bitirmişdir.

1961-ci ildə ADU-nun (indiki BDU-nun) iqtisad fakültəsinə daxil olmuş, 1966-cı ildə həmin fakültəni ə’la qiymətlərlə başa vurmuşdur. 1967-ci ildə Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU) məqsədli aspiranturaya daxil olmuş və Moskvaya göndərilmişdir. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq Aysəba Əlizadə geriyə qayıtmış, Qara Təhlə və Ağ Təhlə kəndlərində müəllim işləməli olmuşdur.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU) işə düzəlmiş və aspiranturada təhsilini davam etdirmişdir.

1981-ci ildə Kiyevdə namizədlik dissertasiyası müdafiə edib, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq və ticarət kafedrasının dosentidir.

Aysəba Əlizadə 40-dan çox elmi məqalənin, dərs vəsaitinin müəllifi və müəlliflərindən biridir. O, eyni zamanda bir neçə fənn üzrə bakalavr və magistrlər üçün proqramların və metodik göstərişlərin tərtibatçısıdır.

Aysəba Əlizadə elmi-pedaqoji fəaliyyətlə yanaşı, ədəbi-bədii sahədə də fəaliyyət göstərir.

Aysəba Əlizadə əsas ixtisas üzrə çapdan çıxmış 5 dərs vəsaitinin müəllifidir.

Aysəba Əlizadə bu vaxtadək 20 beynəlxalq və respublika səviyyəli simpozium və konfranslarda iştirak etmiş, materiallar çap etdirmişdir.

 

AKİF NAİBOV

Akif İbrahim oğlu Naibov 1965-ci ildə Sadaxlı kəndində anadan olmuşdur. O, 1982-ci ildə orta məktəbi bitirmiş, 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Rusiyanın Belqorod şəhərindəki İnşaat Materialları Texnologiyası İnstitutuna daxil olmuş və 1991-ci ildə həmin institutu bitirmişdir.

1991-1994-cü illərdə həmin institutun aspiranturasına daxil olmuşdur. 1994-1996-cı illərdə institutda müəllim işləmişdir. 1998-ci ildə "Tökmə ərintilər" istehsalatı tullantılarından hazırlanan "Silakpor" mövzusunda dissertasiya müdafiə etmiş, texniki elmlər namizədi elmi dərəcəsi almışdır.

Hazırda Bakıda Elmi-Tədqiqat İnşaat Materialları İnstitutunda çalışır.

 

AKİF SADIXOV

Akif Ənvər oğlu Sadıxov 1948-ci il aprelin 3-də Borçalıda, Marneuli şəhərində anadan olmuşdur. 1955-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, sonra Azərbaycanın Füzuli şəhər orta məktəbində təhsilini davam etdirmiş, 1966-cı ildə isə Bakı şəhrinin 7 saylı orta məktəbini bitirmişdir. Həmin ildə ADU-nun (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni başa vurmuşdur. 1971-ci ildə Universitetin Elmi Şurasının qərarına əsasən Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə aspiranturaya qəbul olunmuşdur.

1975-ci ildə indiki ADPU-nun riyaziyyat və riyaziyyatın tədrsinin metodikası kafedrasına müəllim tə’yin olunmuşdur, 1984-cü ildə namizədlik dissertasiyası müdafiə edib elmi dərəcə almışdır. 1983-cü ildə həmin kafedranın dosenti seçilmişdir. Akif Sadıxov 1971-ci ildən 2000-ci ilə qədər beynəlxalq və respublika səviyyəli elmi konfranslarda məruzələrlə çıxış etmiş, məqalələr çap etdirmişdir. Onun 25 elmi əsəri çap olunmuşdur. Bir neçə metodik göstərişin və dərs vəsaitinin müəllifidir.

Akif Sadıxov hazırda ADPU-nin riyaziyyat fakültəsinin dosentidir.

 

ALTAY MƏMMƏDOV

Altay Məhərrəm oğlu Məmmədov 1938-ci ildə Borçalının Qaçağan kəndində müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə həmin kənddəki məktəbin 1-ci sinfinə getmiş və 1955-ci ildə medalla oranı bitirmişdir. Həmin ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş və 1960-cı ildə alim-aqronom ixtisası üzrə institutu müvəffəqiyyətlə bitirmişdir. 1957-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalının sərbəst güləş üzrə çempionu adını qazanmışdır. Hərbi-zabit rütbəsinə malikdir. İdmandakı yüksək nailiyyətlərinə görə SSRİ idmanustası adını almışdır. 1957-ci ildə tədris və idman sahəsindəki nailiyyətlərinə görə (tələbə ikən) Sov. İKP sıralarına qəbul edilmişdir.

1960-cı ildə Azərbaycan Elmi-Tədqiqat Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş elmi işçisi vəzifəsində işləmiş və həmin institutun aspiranturasına daxil olmuşdur. Həmin illərdə "Nadir torpaq elementlərinin Azərbaycanın müxtəlif regionlarında genetik qorizontlar üzrə miqdarı və onların azot, fosfor, kalium elementlərinin müxtəlif variant və kombinasiyalarda bir neçə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, xəstəliklərdə, ziyanvericilərə qarşı davamlığında əhəmiyyəti" mövzusunda tədqiqat aparmışdır.

İttifaqın Moskva, Leninqrad, Kiyev, Novosibirsk və sair şəhərlərində keçirilən elmi konfranslarda, simpoziumlarda dəfələrlə elmi mə’ruzələr etmişdir.

Uzun müddət "Azərkəndtəsərrüfatı texnika" birliyində Baş Kənd Kimyalaşdırma idarəsinin rəisi və "Azərmeyvətərəvəz" birliyində baş əkinçilik idarəsinin rəisi vəzifəsində işləmişdir. Həmin dövrdə hər iki birliyin kollegiyasının üzvü olmuşdur.

1984-cü ilin iyul ayının axırlarında Bakı şəhərindəki Daxili İşlər Nazirliyi və mərkəzi Univermaq binaları arasında elektrik enerjisindən, bir an içərisində alovlanmış trolleybusun içində öz həyatını ciddi təhlükə qarşısına qoyaraq 9 nəfər insan həyatını ölümdən xilas etmişdir. Bu haqda respublika və ittifaq mətbuatında materiallar çıxmışdır. Kənd təsərrüfatına aid 20-dək elmi əsərin müəllifidir. Hal-hazırda müxtəlif jurnallarda və qəzetlərdə elmi məqalələri dərc edilir.

 

ALI XUDİYEV

Alı Paşa oğlu Xudiyev 1934-cü il mayın 20-də Borçalının Sadaxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1944-1955-ci illərdə Sadaxlı kənd orta məktəbində oxumuşdur. 1956-1959-cu illərdə ordu sıralarında xidmət etmiş, 1959-1964-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxuyub alim-aqronom ixtisası qazanmışdır.

1964-1967-ci illərdə tə’yinatla Abşeron rayonunda aqronom vəzifəsində işləmişdir.

1968-ci ildə Azərbaycan KTİ-nin əyani aspiranturasına daxil olmuş, dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Əvvəlcə təsərrüfat hesablı elmi işdə baş elmi işçi, sonralar assistent, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

Elmi-pedoqoji fəaliyyəti 78 əsərdə öz əksini tapmışdır. Bu əsərlərin 7-si dərs vəsaiti, 3-ü isə metodik işlər və dərs proqramlarıdır. Elmi-tədqiqat işlərinin yekunlarına dair bir monoqrafiya çap etdirmişdir. Hazırda Azərbaycanın aran suvarma rayonlarında kövşənlik əkinlərinin becərilmə aqrotexnikasının təkmilləşdirilməsi və vahid torpaq sahələrindən ildə iki dəfə məhsul alınması problemlərini öyrənməklə doktorluq dissertasiyası üzərində işləyir.

Alı Xudiyev işlədiyi müddət ərzində 10-dan çox ittifaq və respublika səviyyəli konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

 

ARAZ MƏMMƏDLİ

Araz Tofiq oğlu Məmmədli 1973-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Dillər İnstitutuna qəbul olunmuşdur.

Araz Məmmədli 1995-ci ildə institutu bitirmiş, 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının Bakıda yerləşən "Penzoyl" şirkətində əmək fəaliyyətinə başlamışdır. 1997-ci ildə şirkətin keçirdiyi müsabiqədən uğurla keçib, Texas Universitetinin magistraturasına daxil olmuşdur. 1999-cu ildə uğurla oranı bitirmişdir. Hazırda həmin Universitetin doktoranturasında təhsilini davam etdirir. Onun indiyədək 10-a yaxın elmi məqaləsi Amerikanın ən məşhur jurnallarında çap olunmuşdur. Bir neçə elmi konfransda çıxış etmişdir.

Araz Məmmədli rus və ingilis dillərində sərbəst danışır və yazır.

 

ARİF ƏMRAHOĞLU

Arif Əmrah oğlu Məmmədov 1955-ci il oktyabrın 28-də Borçalının Ağqula kəndində anadan olmuşdur. Orta məktəbi Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt şəhərində, tikinti idarəsində maşinist köməkçisi kimi başlamışdır (1972-1973). ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil almışdır (1973-1978). Zaqafqaziya komsomol məktəbini bitirmişdir (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şö’bəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şö’bəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının milli-siyasət şö’bəsinin əməkdaşı (1993-1998) vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətə erkən başlmışdır. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetində 1974-cü ildə dərc olunmuşdur. Klassik və müasir nəsrin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri ( XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. "Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. İnstitutun Gənc Alimlər Şurasının sədri, Respublika və Azərbaycan EA Gənc Alimlər Şurasının üzvü seçilmişdir. M.F. Axundovun "Seçilmiş əsərləri"ni Moskvada rus dilində tərtib edib, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, "Dünya xalqlarının əfsanələri" kitbını Azərbaycan dilində çap etdirmişdir. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin katibi və BDU-nun müəllimidir.

Arif Məmmədov ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1988-ci ildən Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədidir.

 

ASLAN BUDAQOV

Aslan Abdulla oğlu Budaqov 1938-ci il mayın 5-də Borçalının Təzəkənd kəndində qulluqçu ailəsində anadan olmuşdur. İbtidai təhsilini həmin kənddə aldıqdan sonra 1955-ci ildə Marneuli Azərbaycan orta məktəbini bitirmişdir.

1955-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu bitirmişdir.

1960-cı ildən 1963-cü ilədək Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda elmi işçi işləmiş və 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Su Problemləri İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən 1986-cı ilədək Odessa Dəniz Donaması Mühəndisləri İnstitutunda dosent vəzifəsində çalışmış və 1986-cı ildən isə Azərbaycan Sənaye İnstitutunda işləyir. Hal-hazırda həmin institutun mühəndis qrafikası kafedrasının müdiri vəzifəsində çalışır.

50-ə yaxın elmi əsərin, o cümlədən metodik göstərişlərin və dərs vəsaitinin müəllifidir. Bundan başqa, Azərbaycan Sovet Ensiklopediyasının tərtibində (III cild) bir sıra məqalələrin müəllifi kimi iştirak etmişdir.

Copyright © 2003 Borchali