Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR NAMİZƏDLƏRİ

BAŞKEÇİD (DMANİSİ) BÖLGƏSİ

[A-F] [H-S] [Ş-Z]

HƏMZƏ HACIYEV

Həmzə Musa oğlu Hacıyev 1930-cu ildə Başkeçid rayonunun Dağ-Arıxlı kəndində anadan olmuşdur. 1950-ci ildə Bolnisi rayonunun Darbaz kənd orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Həmin ildə AKTİ-nin zootexnika fakültəsinə qəbul olmuş və 1955-ci ildə zootexnik ixtisası almışdır. Dövlət imtahan komissiyasında H.Hacıyevin aspiranturaya qəbul olunması məsləhət bilinmişdir.

1955-ci ilin may ayında AzETHİ-da elmi işçi, sonra şö’bə müdiri işləmişdir.

Həmzə Hacıyev 1959-cu ildə AKTİ-nun aspiranturasına qəbul olmuş, 1962-ci ilin dekabrında namizədlik dissertasiyası müdafiə etmişdir.

H. Hacıyev 1962-ci ildən AKTİ-də assistent, baş müəllim, 1965-ci ildən isə dosent işləmişdir. 1973-1977-ci illərdə AKTİ-nin zoomühəndislik fakültəsinin dekanı, 1978-1989-cu illərdə kafedra müdirinin müavini, 1989-1994-cü illərdə heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri və 1997-1998-ci illərdə birləşmiş kafedraların müdir əvəzi işləmiş, institut elmi şurasının, tədris komissiyasının üzvü olmuşdur. Hazırda fakültə şurasının, akademiyanın ixtisaslaşdırılmış müdafiə şurasının və akademiyanın islahat komissiyasının üzvüdür.

H. Hacıyev XIII ümumdünya quşçuluq konqresinin iştirakçısı, ümumdünya quşçuluq elmi cəmiyyətinin üzvüdür. 20-dən çox dövlətlə elmi əməkdaşlıq edir. Dəfələrlə ümumdünya quşçuluq elmi cəmiyyəttinin keçmiş SSRİ bölməsinin konfranslarında mə’ruzə ilə çıxış etmiş, konfransın materiallarında çap olunmuşdur.

Uzun müddət Kənd Təsərrüfat Nazirliyinin Damazlıq Şurasının, RKTEA-nın quşçuluq seksiyasının üzvü olmuş, 105-dən çox elmi əsərin, kitabın, dərs vəsaitinin müəllifidir.

Hazırda əmək fəaliyyətini ADKTA-da davam etdirir.

 

İSA İSMAYILOV

İsa Məhəmməd oğlu İsmayılov 1940-cı il sentyabrın 5-də Başkeçid rayonunun Bəzəkli kəndində anadan olmuşdur.

1957-ci ildə Başkeçid rayonunun Hamamlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1962-ci ildə indiki Bakı Dövlət Universitetinin Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat institutunda kiçik elmi işçi vəzifəsinə tə’yin olunmuşdur. 1964-cü ildə aspiranturaya daxil olmuş və 1967-ci ildə aspiranturanı bitirdikdən sonra əvvəlki işinə bərpa edilmişdir. 1969-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə Azərbaycan.SSR EA İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1991-1999-cu illərdə isə həmin institutun siyasi iqtisad şö’bəsinin müdiri vəzifəsində işləmişdir. Xalq Təsərrüfatı İnstitutu, Politexnik İnstitutu, Neft Kimya İnstitutu, Təfəkkür Universitetində, Lənkəran Dövlət Universitetində və bir neçə özəl institutlarda müxtəlif vəzifələrdə işləyərək pedaqoji fəaliyyət göstərmişdir. İsa İsmayılovun bu çoxillik elmi və padaqoji fəaliyyətinin nəticələri 100-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. İlk kitabı 1967-ci ildə nəşr olunmuşdur "İxtisaslı işçi qüvvələrinin hazırlanması və onlardan istifadə edilməsi"dir.

İsa İsmayılov 1999-cu ildə vəfat etmişdir.

 

İFRAT BƏKİROV

İfrat İsa oğlu Bəkirov 1967-ci il iyul ayının 13-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Qəmərli kənd orta məktəbinin 8-ci sinfini başa vurub, Bakıya köçmüşdür. 1981-1983-cü illərdə Bakı şəhər 5 saylı kimya-biologiya təmayüllü internat orta məktəbində təhsilini davam etdirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1989-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1989-cu ildən indiyədək Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasında ordinator (1989-1991), baş laborant (1991-1995), assistent vəzifələrində çalışmışdır. 1995-ci ildə namizədlik dissertasiyası müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsi almışdır. 40 elmi məqalənin müəllifidir. "Əməli vərdişlər", "Kəskin qarın xəstəliklərinin differensial diaqnostikası" adlı dərs vəsaitlərinin və milli ordumuzun əsgərləri üçün yazılmış "Yaralananlara ilk yardım" yaddaş kitabçasının müəllifidir. Hazırda "Azərsutikinti" xəstəxanasının cərrahlıq şö’bəsində cərrah kimi fəaliyyət göstərir.

İfrat Bəkirov 2000-ci ilin oktyabr ayından Misir Ərəb Respublikasının Qahirə şəhərinə beşillik elmi e’zamiyyətə getmişdir.

 

KƏRƏM MƏMMƏDOV

Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 23-də Başkeçid rayonunun Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirən Kərəm Hətəm oğlu Məmmədov işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycan qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Kərəm Məmmədovun elmi və pedaqoji fəaliyyəti 15-ə qədər elmi əsərdə öz əksini tapmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi mə’zuniyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi mə’ruzə ilə çıxış etmişdir.

 

MƏHƏMMƏDƏLİ ABDULLAYEV

Məhəmmədəli İsaxan oğlu Abdullayev 1956-cı il aprelin 4-də Başkeçid rayonunun Gəyliyən kəndində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhərində orta məktəbi, 1978-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini başa vurmuşdur. Həmin ildən Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda çalışır. 1982-1989-cu illərdə Rusiya EA-nın Kristalloqrafiya İnstitutu ilə birgə elmi iş aparmış və 1990-cı ildə "Durğun rentgen dalğaları metodu ilə monokristalların nazik səth təbəqələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Baş elmi işçidir.

Məmmədəli Abdullayev 30 elmi əsərin müəllifidir, bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib, məqalələr çap etdirmişdir.

 

NAMAZ MUSAYEV

Namaz Şamı oğlu Musayev 1958-ci il avqust ayının 20-də Başkeçid rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Qızılkilsə kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1975-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki ATU) müalicə-profilaktika fakültəsinə qəbul edilmişdir.

Namaz Musayev tələbəlik illərində Lenin təqaüdü ilə oxumuşdur.

Namaz Musayev Tibb İnstitutunu 1981-ci ildə bitirdikdən sonra internatura keçmək üçün Başqırdıstanın Belebey şəhərinə göndərilmişdir. İnternaturanı bitirdikdən sonra, 1982-1990-cı illərdə Bryansk və Moskva şəhər xəstəxanalarında cərrah işləmişdir.

Elmi yaradıcılığa böyük maraq göstərən Namaz Musayev aspiranturanı başa vurmuş və 1988-ci ildə Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda tibb elmləri doktoru, professor B.K. Şurkalinin rəhbərliyi altında dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi keçmiş ittifaqın bir sıra şəhərlərində yüksək dəyərləndirilmişdir. Bir sıra elmi əsərlərin müəllifidir. Həkimlik fəaliyyəti dövründə 4000-dən çox uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Ali dərəcəli cərrahdır. Bakı şəhərindəki 3 saylı kliniki xəstaxanada çalışır.

 

NOVRUZ MUSAYEV

Novruz İsa oğlu Musayev 1937-ci il noyabrın 14-də Başkeçid rayonunun Lök-Candar kəndində anadan olmuşdur. Lök-Candar səkkizillik məktəbini bitirdikdən sonra Hamamlı kənd orta məktəbinə daxil olmuş və 1956-cı ildə gümüş medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) fizika fakültəsinə daxil olmuşdur.

1961-ci ildə institutu bitirdikdən sonra Gürcüstan SSR Maarif Nazirliyinin sərəncamına göndərilmiş, tə’yinatla Telavi rayonunun Qaracalar kənd orta məktəbinə müəllim tə’yin edilmişdir. Üç ay orta məktəbdə müəllim işlədikdən sonra Bakıya köçmüşdür, 1962-ci ilin mayında Xüsusi Neft-Kimya Cihazları Konstruktor Bürosunda çalışmış, sentyabrdan isə Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında assistent vəzifəsində işləmişdir. Novruz Musayev 1964-cü ildə aspiranturaya daxil olmuş və Moskvaya, SSRİ EA-nın Nesiyanov adına Üzvi Elementlərin Birləşməsi İnstitutuna e’zam olunmuşdur. O, burada dissertasiya işini tamamlamış və müdafiə etmişdir. Novruz Musayev Moskvada beynəlxalq miqyaslı 7 jurnalda elmi məqalələr çap etdirmişdir. O, iki dəfə beynəlxalq səviyyəli dünya kristiqrafları konqresində ingilis dilində mə’ruzə ilə çıxış edib material çap etdirmişdir.

Moskvadan Bakıya qayıtdıqdan sonra Azərbaycan SSR EA-nın Y. Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsinə düzəlmiş, "Elektron mikroskopu" laboratoriyanın müdiri tə’yin edilmişdir.

1971-ci ilin may ayında müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunda müəllimlik fəaliyyətinə başlamış, 1974-cü ildə dosent seçilmişdir.

12 elmi məqalə çap etdirmişdir. Tibb Universiteti mühitində Novruz Musayev öz elmi fəaliyyətinin istiqamətini fizikanın tibbə tətbiqinə yönəltmişdir. Bu sahədə Moskva alimləri ilə birlikdə 7 elmi məqalə çap etdirmişdir. Həmin dövrdə 2-ci Moskva Tibb İnstitutun nəzəri və təcrübi fizika kafedrasının əməkdaşları ilə bərabər elmi işi başa vurmuş, Skifosovski adına Moskva Tə’cili Tibbi Yardım İnstitutun əməkdaşları ilə bərabər həmin sahəyə həsr edilmiş 25 ç.v.h. monoqrafiyası çap olunmuşdur.

Novruz Musayev 20-dən çox beynəlxalq və respublika səviyyəli konfranslarda çıxış edib elmi məqalələr çap etdirmişdir.

 

RƏŞİD İSMAYILOV

Rəşid Əsgər oğlu İsmayılov 1938-ci il martın 25-də Başkeçidin Lök-Candar kəndində anadan olmuşdur. 1945-ci ildə Tiflis şəhərindəki 73 saylı orta məktəbin 1 sinfinə daxil olmuş, 1956-cı ildə həmin məktəbi ə’la qiymətlərlə bitirmişdir. 1959-cu ildə ADU-nun (indiki BDU) biologiya fakültəsinə daxil olmuş, 1964-cü ildə ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. 1964-1966-cı illərdə tə’yinatla Ağcabədi rayonunun Üzeyirkənd kənd orta məktəbində müəllimlik etmişdir.

1967-ci ildə aspiranturaya daxil olmuş, 1969-cu ildə "Kür şəmayesinin biologiyası və çoxaldılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən ADU-nun biologiya fakültəsində müəllim işləyir.

1982-ci ildə Ali Attestasiya Komissiyasının qərarına əsasən onurğalılar zoologiyası kafedrasına dosent seçilmişdir. İşlədiyi müddət ərzində 60-a yaxın elmi məqalənin və bir neçə kitabın müəllifidir. Onun 1985-ci ildə "Suda-quruda yaşayanların və sürünənlərin biologiyası" dərs vəsaiti, 1991-ci ildə "Bu balıq sizə xlşbəxtlik gətirə bilər" kitabı, 1999-cu ildə "Onurğalılar zoologiyası" dərsliyi çap edilmişdir.

 

SÜLƏDDİN ƏLLƏZOV

Süləddin İbrahim oğlu Əlləzov 1936-cı ildə Başkeçid rayonunun Məmişli kəndində dəmirçi ailəsində anadan olmuşdur. 1944-cü ildə Məmişli 8 illik məktəbinin 1-ci sinfinə daxil olmuş və 1952-ci ildə məktəbi başa vurmuşdur. Sonra təhsilini qonşu Hamamlı kənd orta məktəbində davam etdirmişdir. 1955-ci ildə həmin məktəbi bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunmuşdur.

Süləddin Əlləzov 1961-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra əvvəlcə bir müddət Bakı şəhər 1 saylı Mərkəzi Vərəm Əleyhinə Dispanserdə, sonra isə 6 saylı vərəm xəstəxanasında həkim-ftiziatr işləmişdir. 1965-1966-cı illərdə müsabiqə yolu ilə 4 saylı Bakı şəhər kliniki xəstəxanası nəzdində yerləşən köks qəfəsi cərrahiyyəsi şö’bəsinə kliniki ordinaturaya daxil olmuşdur. Ordinaturanı bitirdikdən sonra bir müddət həmin şö’bədə köks qəfəsi cərrahı kimi fəaliyyət göstərmişdir.

Süləddin Əlləzov elmi fəaliyyətini davam etdirərək 1969-cu ildə sabiq SSRİ Səhiyyə Nazirliyinin Moskva şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun (METVİ) - məqsədli aspiranturasına daxil olmuşdur. 1972-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuş və tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün "Ağ ciyər-bronx asperpillyozunun cərrahi müdaxiləsi"nə dair namizədlik dissertasiyası müdafiə etmişdir.

Süləddin Əlləzov Bakı şəhərinə qayıdarkən artıq köks qəfəsi cərrahiyyə şö’bəsi müstəqil instituta (Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət - ETKET, sonralar isə - M. Topçubaşov adına ET - KECİ) çevrilmişdir. O, bu institutun köks qəfəsi cərrahiyyə şö’bəsində baş elmi işçi kimi işə başlamışdır. 1974-cü ildə institutun müalicə işləri üzrə direktor müavini (klinikanın baş həkimi) tə’yin olunmuş və bu vəzifədə 1981-ci ilədək çalışmışdır. Sonralar köks qəfəsi cərrahiyyə şö’bəsində fəaliyyətini davam etdirərək yüzlərlə cərrahiyyə əməliyyatı aparmış, öz bilik və bacarığını cavan kadrların yetişməsinə sərf etmişdir.

Süləddin Əlləzov çoxlu elmi işlərin və məqalələrin müəllifidir. Onun elmi məqalələri dəfələrlə keçmiş SSRİ-nin və respublikamızın tibb jurnallarında dərc edilmişdir.

Süləddin Əlləzov 1993-cü il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir.

Copyright © 2003 Borchali