Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

ELMLƏR DOKTORLARI

AĞBULAQ, ASPİNDZA, ADIGÜN, AXALSIX BÖLGƏLƏRİ

[A-Z]

BƏDİRXAN MUSAYEV

Bədirxan Sarı oğlu Musayev 1934-cü ildə Borçalı mahalının Ağbulaq rayonunun (indiki Tetriskaro rayonu) Kosalar kəndində anadan olmuşdur.

1949-cu ildə Kosalar kənd səkkizillik məktəbini bitirib, Marneuli Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1953-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və oranı 1957-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra institutda baş laborant vəzifəsində saxlanmış, kafedranın tədris və elmi-tədqiqat işlərinə cəlb edilmişdir. Azərbaycan Dövlət Universitetinin aspiranturasına 1959-cu ildə daxil olmuş, 1962-ci ildə başa vurmuşdur. Bədirxan Musayev 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1966-cı ildə dosent seçilmişdir. Bədirxan Musayevin təşəbbüsü ilə 1967-ci ildə D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadi kibernetika kafedrası yaradılmış və həmin kafedraya rəhbərlik ona həvalə edilmişdir. O, institutda ilk İnformasiya Hesablama Mərkəzi yaradılmasının təşəbbüskarı və təşkilatçısı olmuş, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həmin ildən professordur.

1984-cü ildə iqtisadi tədqiqatlarda riyazi üsullar və hesablama texnikasından istifadəyə görə respublika Dövlət mükafatına layiq görülmüşdür. 30 ildən çoxdur ki, iqtisadi kibernetika və iqtisadi-riyazi üsullar kafedrasına rəhbərlik edir.

B. Musayevin rəhbərliyi altında 21 iqtisad elmlər namizədi, 3 iqtisad elmlər doktoru yetişmişdir. O, İran Respublikasının vətəndaşının doktorluq, Vyetnam vətəndaşının isə namizədlik dissertasiyasına rəhbərlik etmişdir.

Təhsil Nazirliyi sistemində 20 ildən çox iqtisad elmləri bölməsinə rəhbərlik etmişdir. Ali Attestasiya Komissiyasında bir sıra namizədlik və doktorluq dissertasiyalarının müdafiə şuralarının üzvü və sədri olmuşdur. 100-dən çox elmi əsərin müəllifi olan Bədirxan Musayev 7 monoqrafiya, 5 dərs vəsaiti, 1 dərslik nəşr etdirmişdir. "İqtisadi Kibernetika" (1967), "Kibernetika və məişət" (1969), "İstehsal mallarının saxlanılması, e’malı və satışının optimallaşdırılmasının iqtisadi-riyazi üsulları" (1971), "Planlaşdırmanın riyazi üsulları və modelləri" (1973), "İqtisadi kibernetikanın əsasları" (1974), "Ticarətdə iqtisadi-riyazi üsullar" (1979), "Optimallaşdırma iqtisadi inkişafın əsas mərhələsidir" (1983) və s. başqa əsərləri bu qəbildəndir. Keçmiş SSRİ-nin bir çox respublikalarında elmi-praktik konfranslarda dərin məzmunlu mə’ruzələrlə çıxış etmiş, elmi məqalələr nəşr etdirmişdir. 20 il fakültə dekanı vəzifəsində çalışmışdır.

Bədirxan Musayev hazırda Azərbaycan Dövlət İqtisadi Universitetində rekotrun müavini vəzifəsində çalışır.

 

MƏMMƏD QOCAYEV

Məmməd Qoca oğlu Qocayev 1941-ci il yanvar ayının 1-də keçmiş Borçalı mahalının Ağbulaq rayonunun (indiki Tetriskaro) Kosalar kəndində anadan olmuşdur. 1948-ci ildə Kosalar kənd 8-illik məktəbinə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir. Elə həmin il Marneuli Pedaqoji Texnikumuna daxil olmuş və 1960-cı ildə təhsilini başa vurmuşdur. 1960-cı ildə Bakıya gələrək M.F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Elmi Şuranın qərarı ilə institutda saxlanmış və bir il laborant vəzifəsində çalışmışdır. 1966-1967-ci dərs ilində rus ədəbiyyatı kafedrasının müəllimi və baş müəllimi işləmişdir.

1970-ci ildə kafedranın dissertantı olmuş və 1975-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 7 monoqrafiya və dərs vəsaitinin, 50-dən çox məqalənin müəllifi, bir sıra elmi-nəzəri konfransın iştirakçısı olmuş və mə’ruzələrlə çıxış etmişdir. Yeddi nəfər elmlər namizədi və iki nəfər elmlər doktoru yetişdirmişdir.

Müxtəlif vaxtlarda Məmməd Qocayev rus dili və ədəbiyyatı fakültəsinin dekanı (1980-1983-cü illər), rus və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri (1988-1993-cü illər), institutun elmi işlər üzrə prorektoru (1993-1997-ci illər) vəzifələrində çalışmışdır. 1997-ci ilin noyabr ayından indiyədək rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində işləyir.

 

MURTUZ QACAROV

Murtuz Vəli oğlu Qacarov 1921-ci il iyunun 23-də Ağbulaq rayonunun Kosalar kəndində anadan olmuşdur.

Murtuz Qacarov 1931-ci ildə Kosalarda ibtidai məktəbi bitirib, Ağbulaqdakı natamam orta rus məktəbində təhsilini davam etdirmiş və 1937-ci ildə məktəbi bitirdikdən sonra Tbilisidə fəhlə kurslarında dinləyici olmuş, eyni zamanda, "Texnika və tərəqqi" mətbəəsində mürəttib işləmişdir. O, 1939-cu ildə Tbilisi Hərbi Artilleriya Məktəbinə daxil olmuş və oranı 1941-ci ilin iyun ayında leytenant rütbəsində bitirmiş və ölkənin qərb sərhədlərinə göndərilmişdir.

1945-ci ilin noyabrında ordudan tərxis olunmuşdur.

1946-cı ilin may ayında Kosalar kolxozuna sədr seçilmişdir.

Murtuz Qacarov 1948-ci ildə Tbilisi Pedaqoji Məktəbini bitirmiş və 1952-ci ildə Tbilisi Politexnik İnstitutuna daxil olmuş, 1957-ci ildə oranı bitirib, Gürcüstan SSR Elmlər Akademiyasının Elektronika, Avtomatika və Telemexanika ETİ-yə işə göndərilmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika ETİ-nin aspiranturasına daxil olmuşdur. 1960-cı ildə o, aspiranturanı bitirib, Tbilisi Politexnik İnstitutuna qayıtmışdır. 1963-cü ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almış və dosent vəzifəsi tutmuşdur.

Murtuz Qacarov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almışdır. Professordur.

1976-cı ildə Murtuz Qacarov Bakıya də’vət edilmiş, Azərbaycan Politexnik İnstitutunun avtomatika və telemexanika kafedrasına müdir, 1980-cı ildə prorektor vəzifəsinə tə’yin edilmişdir. Elm, texnika sahəsində və elmi mütəxəssislərin hazırlanmasında, Azərbaycan elmi qarşısında xidmətlərinə görə ona 1982-ci ildə "Azərbaycanın əməkdar elm və texnika xadimi" adı verilmiş, bir çox orden və medallarla təltif olunmuşdur. 200-ə yaxın elmi məqalənin, kitabçaların, dərs vəsaitlərinin, ixtiralar üzrə müəlliflik şəhadətnamələrinin müəllifidir.

Murtuz Vəli oğlu Qacarov 1992-ci ildə 71 yaşında Bakıda vəfat etmişdir.

 

ROZA BAYRAMOVA

Roza Əli qızı Bayramova 1927-ci ildə Borçalı mahalının Ağbulaq (Tetriskaro) kəndində anadan olmuşdur. 1934-ci ildə Tiflis şəhər orta məktəbinin 1-ci sinfinə getmiş, 1944-cü ildə həmin məktəbi bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə daxil olmuş, 1949-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Elmi və pedaqoji fəaliyyətə 1949-cu ildə başlamışdır.

Roza Bayramova 1954-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1966-cı ildə mikrobiologiya kafedrasının professoru siçilmişdir.

Roza Bayramovanın elmi və pedaqoji fəaliyyəti 79 elmi əsərdə, 1 monoqrafiya, 8 müəlliflik şəhadətnaməsində və bir sıra dərs vəsaiti, metodiki göstərişdə öz əksini tapmışdır.

Roza Bayramova 30 beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli simpozium və konfranslarda çıxış edib elmi məqalələr çap etdirmişdir.

Roza Bayramova artıq təqaüdə çıxsa da yenə də tibb sahəsində öz fəaliyyətini davam etdirir.

 

XALİS GÜLƏHMƏDOV

Xalis Oruc oğlu Güləhmədov 1917-ci il may ayının 2-də Gürcüstanın Ahılkələk nümayəndəliyinin Göyyə kəndində anadan olmuşdur.

1936-cı ildə orta məktəbi bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1939-cu ildə hərbi qulluğa çağırılmış, 1947-ci ildə ordudan tərxis olunmuşdur. 1947-ci ildən yenidən instituta qayıtmış, ali məktəbi 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan ETP İnstitutunun aspiranturasına qəbul olunmuş, 1955-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

1966-cı ildə kənd təsərrüfatı elmləri doktoru və 1967-ci ildə isə professor olmuşdur. 1955-1956-cı illərdə Azərbaycan ETPİ-da baş elmi işçi əvəzi, 1959-1962-ci illərdə elmi işlər üzrə direktor müavini, 1962-1969-cu illərdə Azərbaycan ETP-də İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1969-cu ilin oktyabr ayından indiyə qədər AzDKT Akademiyasında professor kimi fəaliyyət göstərir. 270-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiya və dərsliyin müəllifidir. 25 nəfər elmlər namizədi və 2 elmlər doktoru yetişdirmişdir. Müharibə iştirakçısı, 2-ci qrup əlildir. 2 orden, 11 medalla və Fəxri Fərmanla təltif olunmuşdur.

Xalis Güləhmədov bu müddət ərzində 30 beynəlxalq, ittifaq və respublika səviyyəli konqres və konfranslarda çıxış edib, elmi məqalələr çap etdirmişdir.

Copyright © 2003 Borchali