BORÇALIDA VƏ QONŞU BÖLGƏLƏRDƏ
MAARİFİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Borçalıda maarifin yayılması və
inkişafı onun mənsub olduğu türk dünyası və
türkçülüyün inkişafı istiqamətindrə olmuşdur.
Mahalda bu problemi öyrənmək türk dünyasının
sivilizasiyasından ayrılıqda qeyri-mümkündür.
Tarixi gedişatda coğrafi-ərazi baxımından hansı
ictimai-siyasi qurumun dövlət tərkibinə daxil
olmasından asılı olmayaraq, Borçalı böyük
Türkiyə və Azərbaycan dövlətlərinin keçid
astanasında yerləşmişdir. Daha dəqiq desək,
Borçalı hər iki dövlət arasında hərbi strateji
əhəmiyyət kəsb edən bir dəhliz rolunu oynayır. Bu
baxımdan Borçalı öz təbii-coğrafi mövqeyi və
imkanına görə böyük bir xalqın iki dövlətdə
yaratmış olduğu mədəni-maarif dünyasının mənəvi
incilərini özündə əks etdirmişdir.
Şübhəsiz, Borçalı maarifini təkcə
Azərbaycan və Türkiyə maarifinin mexaniki
sintezi kimi götürmək düzgün olmaz. Ona görə də
özünəməxsus spesifikliyi də bunlara əlavə
etdikdə, tam bütövlük yaranmış olar.
Qədimdən bəri Borçalıda maarifin
inkişafının özünəməxsusluğunu yaradan əsas amil
onun təbii-iqtisadi imkanları, əhalinin milli
hisslərə qarşı inkişafı, əmək vər-dişləri,
əhalinin sosial bazasının zəminləri, qeyri
xalqlarla təmasda olması əsas götürülmüşdür.
Borçalının vahid bir ərazi kimi,
Rusiya ilə Yaxın və Orta Şərq dövlətlərinin
ticarət yolu üstündə yerləşməsi, onlarla
qarşılıqlı ünsiyyətdə olması, Asiya, Avropa
tacir və səyyahlarının daimi səfərləri, yerli
əhaliyə çox zəruri elmi-mədəni və maarif-təhsil
mübadiləsi imkanı yaratmışdır. Elə bunun
nəticəsidir ki, ulu babalarımız zaman-zaman
yaranmış yazılı abidələri və ulu tarixçəmizi
qismən də olsa əldə edib bu günümüzə gətirib
çatdırmışlar.
Beləliklə, Borçalı dünya
sivilizasiyasından, maarifin inkişafında
mütərəqqi sayılan ideyalardan kənarda
qalmamışdır. Borçalıda maarif oçaqlarının
inkişafını professor Zahid Qaralovun fikrincə,
şərti olaraq 4 inkişaf mərhələsinə bölmək olar.
- Birinci inkişaf mərhələsi: Miladdan VII əsr öncə
VIII əsrə qədər;
- İkinci inkişaf mərhələsi: VII əsrdən XVIII əsrə
qədər;
- Üçüncü inkişaf mərhələsi: XVIII əsrdən 1917-ci ilə
qədər;
- Dördüncü inkişaf mərhələsi: 1917-1920-ci illərdən
1990-cı illərə qədərki dövr.
Göründüyü kimi bu mərhələlərin hər
biri uzun tarixi dövrü əhatə edir. Bu dörd dövrün
hərəsini öz inkişaf yoluna görə bir neçə
yarımdövrə ayırmaq olar. Ümumiyyətlə, Borçalı
türk tayfaları (bizim əsrə qədər) bu məmləkətin
aborigen xalqlarından birincisi olduğu üçün
birinci mərhələni aşağıdakı yarımdövrlərə ayıra
bilərik:
- Ən qədim dövr- heyvandarlıq və əkinçiliyin
meydana gəlməsi yarımdövrü;
- Mədəni inkişaf təsərrüfatçılığına qədəm
qoyulması dövründən İslam dininin yayılmasına
qədərki yarımdövr.
Borçalı türklərinin ibtidai içma
dövründən tədriçən feodalizmə keçməsi tarixi
zərurət olmuşdur. İnsanlar təbiəti, ətraf
mühitdə baş verən hadisələri və
qanunauyğunluqları daha ətraflı öyrənməyə
ehtiyac duymuşlar. Bu ehtiyac bir tərəfdən daha
məhsuldar təsərrüfatçılıq yaratmaq
zəruriyyətindən irəli gəlirdisə, digər tərəfdən
daha dözümlü, sağlam, qoçaq övladlar boya-başa
çatdırmaq qayğısından doğmuşdur. Bunun bir
səbəbi də o idi ki, Borçalıda quldarlıq dövrü
olmamışdır. Borçalının türk qövmləri və qolları
bir-birini əzmək, qul halına salmaq
psixologiyasından uzaq olublar. Bu xalqın əsas
me'yarı, amalı yaxşı nəsil yetişdirmək, nəsli
artırıb inkişaf etdirmək və onları qorumaq olub.
Türk dünyasının digər bölgələrində
olduğu kimi, Borçalıda da maarif və təhsilin ilk
dövrləri fərdiliyə əsaslanmışdır, kütləvilik
olmamışdır. Təlimin təşkilat forması fərdi və
qrup (bir nəslin, tayfanın, məhəllənin və s.
uşaqlarının bir yerə toplanması əsasında)
halında olmuşdur. Əlbəttə, bu hal sonrakı
mərhələlərdə də saxlanmışdır. Təlim-tərbiyə
metodları sırasında nümunə, inandırma, əməli iş,
təlimat ön planda olub. Təlim-tərbiyənin məzmunu
əsasən təbiət nemətlərindən istifadə edərək
nəsli yaşatmaq, təbiətin qanunlarına
uyğunlaşmaq, davranış qaydalarını öyrətmək
olmuşdur. Həmin dövrdə xüsusi təhsil
müəssisələrinin fəaliyyət göstərməsi barədə
əlimizdə tutarlı faktlar yoxdur. Bununla belə,
inkarolunmaz həqiqət belədir ki, oğlanların
təlim-tərbiyəsi ilə sistematik olaraq ata, baba,
böyük qardaş və içma başçıları, qızlarla isə ana,
nənə, böyük baçı, içma və tayfa ağbirçəkləri
məşğul olmuşlar.
Borçalının təbii şəraitinin
rəngarəngliyi və müxtəlif landşaft formalarının
olması əhalinin tarixən torpağa bağlılığını,
onun sinəsində bol nemətlər bolluğu yaratmasını
şərtləndirmişdir. Ərazinin çox hissəsinin
dağlıq və dağətəyi zonadan ibarət olmasına
baxmayaraq, əhali bu yerlərdə tarix boyu oturaq,
məhsuldar kəndli təsərrüfatı və fəsli köçəri
(yaylaq və qışlaq) aran təsərrüfat sahələri
yaratmışdır.
Borçalının fauna və florası çox
zəngindir. Türklərin ta qədimdən bu eldə, obada
yurd-yuva salması da bu zənginliyin hesabına
olmuşdur. İnsanlar ilboyu təbiətin hazır
məhsulları ilə təmin oluna bilmişlər. Onlar ev
heyvanları saxlamış, ev quşları bəsləmiş, vəhşi
heyvanları, çöl quşlarını ovlamış, qida əldə
etmişlər. Bitki örtüyündən, onun bar verən meyvə
ağaçlarından da bir qida mənbəyi kimi istifadə
etmişlər.
Böyüyən və inkişaf edən gənc nəslin
təlim-tərbiyəsinin məzmununu da əsasən belə
məşğulluq forması təşkil edirdi. Uşaqlara ov
alətləri və onun qayda-qanunları öyrədilirdi. On
iki, on üç yaşına çatmış oğlanlar böyüklərlə
birlikdə ova, cıdır meydanlarına aparılır,
onlara heyvan və quşları ovlamaq yolları əyani
göstərilirdi. Bir qayda olaraq təkrar-təkrar bu
ovlama işləri təşkil olunub, gənc nəslə
tapşırılır: biz necə ovladıqsa siz də beləcə
hərəkət edin. Sonradan yeniyetmə və gənclərin
özlərinə həmin işi icra etmək tapşırığı verilir.
Böyüklər onların fəaliyyətini müşahidə edib
qiymətləndirirlər. Beləliklə, onlara da işdə
sərbəstlik verilir. Qızların əmək fəaliyyəti isə
iki istiqamətə yönəldilirdi: qida və meyvə
bitkiləri toplamaq, evdarlıqla məşğul olmaq.
Oğlan və qızların ailə qurmaq həyatına
hazırlanmalarına xüsusi diqqət yetirilirdi.
Təsadüfi ailə qurmaqdan onları daim
çəkindirirdilər. Mümkün qədər bir-birini yaxşı
tanıyan ailələrlə qohumluğa üstünlük verilirdi.
Evlənmə yalnız hər iki tərəfin ailə, tayfa
başçılarının razılığı ilə həyata keçirilirdi.
Böyüklərə hörmət, ailə üzvlərinə və qohumlara
sədaqət göstərmək uşaqların və gənclərin
tərbiyəsinin əsasını təşkil edirdi.
Təbiətdə baş verən hadisələri
müşahidə etmək və əməli fəaliyyətdə təbiət
amillərini nəzərə almaq gənc nəslin təhsilində
xüsusi yer tuturdu. Adamlar arasında münasibətin
təmizliyinə daha çox diqqət yetirilirdi.
Düzlük və doğruçuluq, xeyirxahlıq və
paklıq, igidlik və mətinlik tərbiyəsi bütün
əsrlər boyu Borçalı türklərinin tərbiyə
ənənəsində yaşadılmışdır.
Heyvandarlığın və əkinçiliyin
inkişafı Borçalı türklərinin həyatında,
gənclərin təlim-tərbiyəsində yeni
istiqamətlərin yaranmasına səbəb olmuşdur.
Qaramalın, qoyunçuluğun, atçılığın və arıçılığın
inkişafı Borçalıda kənc nəslin
nümayəndələrindən daha məsuliyyətli olmağı
tələb edirdi. Buna görə də uşaqların və gənclərin
bu sahələrdə əmək fəaliyyətinə hazırlanmalarına
daha çox ehtiyac duyulurdu.
Çovdar, buğda, arpa, qabılça əkini,
dəmirçilik, dülgərlik, bənnalıq və nalbəndlik
sənətkarlığın inkişafına güclü təkan verirdi.
Aran zonalarında bostançılıq və bağçılıq,
tütünçülük, bir qədər sonra pambıqçılıq, 1930-cu
illərdən isə üzümçülük üzrə peşəkar
mütəxəssislər yetişdirmək tələbini həyat özü
irəli sürürdü. Qarğıdalı, kartof, kələm, lobya
(paxla), sonralar isə pomidor, badımcan, bibər
(istiot), xiyar və müxtəlif göyərtilər
əkib-becərmək nisbətən kec yayılmışdır.
Heyvandarlıqda və əkinçilikdə oğlanlarla
qızların, ümumiyyətlə, kişi və qadınların möhkəm
əmək bölgüsü yaradılmışdı. Heyvanları otarmaq,
qışda tövlə şəraitində yemləyib bəsləmək bir
qayda olaraq kişilərin işi, sağmaq, südün emalı
və s. qadınların üzərinə düşürdü. Yunun
yuyulması, əyirilməsi, palaz, xalça, kilim və s.
əşyaların, bəzək şeylərinin hazırlanması
məsələsinə qadınlar, yunun qırxımına isə kişilər
cavabdeh idilər.
Sınıqçılıq, təbiblik Borçalıda xüsusi peşə
kimi inkişaf etdirilmişdir. Bütün müalicələr
yalnız təbii bitkilər və onların kökləri,
çiçəkləri, heyvan piyi, bal və s. məmulatlarla
olmuşdur. Bu sahədə qazanılan təcrübə ənənə
şəklində nəsildən-nəslə bacarıqla çatdırılıb.
Rusiya ilə Gürcüstan arasındakı
Georgiyevski müqaviləsi, Türkiyəyə qarşı
bunların birgə müharibəsi Borçalı türklərinə
qarşı münasibəti də kəskin surətdə pisləşməyə
doğru yönəltdi. XIX əsrin əvvəllərindən
başlayaraq, Borçalıya rusların(molokan, duxabor
və sektantlar) və Türkiyə ermənilərinin kütləvi
miqrasiyası başlandı. Bunlarla yanaşı, bərəkətli
Borçalı torpaqlarında xeyli yunan və almanlar da
yerləşdirildi. Beləliklə, ruslar, ermənilər və
almanlar öz dillərində məktəblər yaratdılar.
Yunanlar rus dilində, ermənilər isə öz
dillərində oxumağa başladılar. Qəribə burasıdır
ki, türk balalarının rus və gürcü məktəblərində
oxumasına çox böyük yer verilirdi. Bizcə, bu da
aydın idi.
Borçalıya sonradan dəvət olunmuş
almanlar üçün bu mahalın ikinci, erməni, yunan və
ruslar üçün isə üçüncü vətəni sayılan xalqlara
bu ərazidə Azərbaycan türklərinin
torpaqlarından ayırıb verilməsindən başqa,
hakim dairələr onlara müsəlmanları sıxışdırmaq
üçün də çox böyük dövlət imtiyazları verdilər.
Onlar torpaq vergisindən və bağ xərcindən
tamamilə azad edildi. Mahalda onlar knyaz
ailəsindən sonra ikinci platformada
dayanırdılar. Əlbəttə, bu imtiyazlar istər
aborigen xalqa və istərsə də şıltaqlıq
baxımından gəlmə qrupa və onların
təlim-tərbiyəsinə təsir etməyə bilməzdi. Lakin
təbii, obyektiv proseslər dönməz idi. Əhalinin
milli tərkibinin dəyişməsi xalqların
bir-birlərinin təsərrüfat fəaliyyəti və
mədəniyyəti ilə yaxından tanışlığına şərait
yaratdı. Onların hər biri üçün faydalı sayıla
bilən qarşılıqlı təsirlər də özünü göstərdi.
Bunlarla yanaşı, Borçalıda tarixən yaranmış
sağlam milli adət-ənənələrin təbii axarına
maneələr də artmağa başladı. O cümlədən, ata-oğul,
qız-ana, ər-arvad, qardaş-bacı və qohumluq,
dostluq münasibətlərində türk dünyasına yad
olan ünsürlər tədricən xalqın mənəviyyatına
daxil oldu. Milli zəmində vaxtaşırı toqquşmalara
da yol verildi. Milli ayrı-seçkiliyin
yaranmasında xristian din xadimləri, ayağına yer
etmiş ermənilər və ruslar bu işdə daha çox
fəallıq göstərirdilər. Bu iki millətin təsiri
ilə yerli gürcülərdə şovinist ideyalar baş
qaldırır, milli ədavət toxumu səpilirdi.
Türklərin sıxışdırılmasına meyl küclənirdi.
Göstərilən dövrdə Borçalının bəzi
bölgələrində rus-türk məktəbləri yaradılmışdı.
Maraqlıdır ki, 10-15 il ərzində Borçalıya
köçürülmüş rusların, ermənilərin, yunanların,
svanların demək olar ki, hamısı türk dilində
danışmağı öyrənmişdilər. Bu həmin millətlərin
yerli əhali ilə hərtərəfli əlaqələr yaratmaq
cəhdinin nəticəsində baş vermişdi. Bütün
kəndlər, çaylar, meşə və dağlar, dərələr,
düzənliklər türk adı olduğundan onları
öyrənməklə lüğət fondlarını çox tez
zənginləşdirə bilmişdilər. Təəssüf ki, artıq
həmin adların demək olar ki, hamısı indi
dəyişdirilib, tam yad sözlərlə əvəz edilmişdir.
Keçən yüzillikdə və yaşadığımız əsrin
ikinci yarısında erməni-rus dueti Borçalı
türklərinin təlim-tərbiyə sisteminə də mənfi
meyllərin güclənməsinə təsir etmişdir. 1910-1920-ci
illər arasında isə ermənilər Borçalı türklərinə,
eləcə də gürcülərə qarşı çıxmış, çoxlu günahsız
qanlar axıtmışlar. Rus imperiyası qırmızı Sovet
imperiyası ilə əvəz olunandan sonra Borçalıda
məktəb şəbəkələri genişləndi. Demək olar ki,
bütün kəndlərdə məktəblər açıldı. Bu ilk
baxışdan mütərəqqi hadisə, sivilizasiyaya doğru
əsaslı addım sayıla bilərdi. Bununla yanaşı,
qırmızı imperiya dövrü Borçalıya böyük bəlalar
gətirdi. Bunların ən acınacaqlısı 1920-22-ci illərdə
Borçalının parçalanması oldu. Onun ərazisinin
böyük bir (6 rayon) hissəsi götürülüb sonradan
Ermənistan deyilən respublikaya verildi. Bir
hissəsi Ağbulaq, Axırkələk və Zəlyə rayonlarına
birləşdirildi. Ciddi fəlakətlərdən biri də
Ahıska türklərinin Aspinza, Adıgün və s.
bölgələrdən sürgün edilərək Türkiyə ilə
Borçalını birləşdirən həmin ərazilərə
ermənilərin, rusların və gürcülərin
yerləşdirilməsi oldu.
Məktəblərdə xalqımızın tarixinin,
milli coğrafiyasının, dininin və mədəniyyətinin
tədrisi yasaq edildi. Elə bu gün də yasaqdır.
İkinci dünya müharibəsi başlayan kimi Borçalı
türklərinin Türkiyə Respublikası ilə bütün
əlaqələrini kəsdilər. Beləliklə də Borçalı,
xristian dənizinin ortasında tənha bir adaya
çevrildi. Oraya milli-mədəni muxtariyyət
verilmədi. 1910-cu illərdən başlayaraq, Borçalıya
köçürülmüş ermənilərin kütləvi surətdə
"gürcüləşməsi" prosesi getdi. Qeydiyyatda
hamısı gürcü yazıldı. Əlimizdə bu ifadəni
təsdiqləyən geniş material vardır. Professor
V.L.Veliçko özünün şah əsəri sayılan
"Kavkazi-russkoe delo i mecduplemennıe
voprosı" kitabında yazır: "Ermənilər yeganə
millətdir ki, özlərinin xeyri üçün ən alçaq
hərəkətlərə meyl göstərir, düşdükləri mühitdən
asılı olmayaraq assimilyasiyaya uğramaq, hətta
ana familiyasını, soyadı, soykökünü belə
dəyişdirirlər". Müəllifin yazdığına görə, son 80
ildə ermənilər bir qayda olaraq Gürcüstanda
"şvili" gürcü, Yusif bəy, Qara bəy, İbrahim xan
kimi Azərbaycan, Rusiyada isə Krasilnikov,
Sapojnikov, Lisitsin, Sergeyeva və Panov kimi
qeyri-erməni familiyalarını götürmüşlər. (Bax:
V.L.Veliçko. Kavkaz. T. 1. İzd. M.D.Muretovoy.
S--Peterburq, 1904, s. 83) Beləliklə, V.Veliçkonun
yazdığı bu misraları gürcü alim və
mütəxəssisləri də təsdiq edir. Həmin əsərdən bir
ifadəni oxucuların nəzərinə çatdırmağı özümüzə
borç bilirik.
Tarix gürcü xalqına sübut etmişdir ki,
hər adama inanmaq, bel bağlamaq olmaz: o cümlədən
də əgər o adamda satqınlıq, ikiüzlülük, xainlik
və nankorluq varsa: sitatı olduğu kimi veririk:
arminskoe meliki Abo i Medjnun
oblaqodtelstvovannıe İrakliem 11, kotorıy ukrıl
ix ot persidskix qonenii, v rokovuyu minutu
peredalis persiyanam i bıli provodnikami polçiş
Aqa-Maqomet-Xana, razqrabivşix i zalivşix
potokami krovi Tiflis v 1795 qodu. Etot fakt
polezno vspominat, koqda armyanskie publidistı
slişkom nastaivayut na tom, çto armyane
revnostnıe xristiane.. 1989-cu ildə qədim Borçalı
türklərinə "gəlmə", "qonaq" damğası vuruldu.
Beş-altı ildə Borçalıdan məcburi köçkünlərin
sayı 250 mini keçmişdir.
Məktəblər dərsliksiz, proqramsız və
pedaqoji ədəbiyyatsız qalıb. Orta məktəblərin
bir çoxu (Dmanisi) bağlanmışdır. Borçalı həqiqi
mənada ağır günlərini yaşayır. Orada məktəblər
Azərbaycanın qayğılarına möhtacdır. Bunlara
baxmayaraq, yarım milyona yaxın Borçalı türkləri
hər cür məhrumiyyətlərə sinə gərir, məğrurluğunu
saxlayır, dədə-baba torpaqlarına sadiq qalırlar.
1993-cü ilin məlumatına görə, bütün
məktəblərdə şagirdlərin sayı xeyli azalmışdır.
Təkcə Dmanisi rayonunda 23 orta məktəbdən 20-si
natamam orta təhsil məktəbinə çevrilmiş,
bəziləri isə ümumiyyətlə, birdəfəlik
bağlanmışdır. Bolnisdə də eyni vəziyyət
mövcuddur. Hər iki rayondan Azərbaycan
türklərinin qovulmasından sonra məktəblərin və
şagird-müəllim kollektivinin azalması daha
kritik nöqtəyə gəlib çıxmışdır. Bu da öz
növbəsində müəllimlərin böhranlı maddi
vəziyyətini daha da ağırlaşdırmış, onları maarif
sistemindən uzaqlaşmağa məcbur etmişdir. Yeni iş
yerləri axtarmaq üçün bu ziyalılar Azərbaycan
Respublikasının rayonlarına pənah aparmışlar.
Bu isə Gürcüstanın azərbaycanlılar yaşayan
dədə-baba yurdun tərk olunmasına və ikinci
yaşayış yerində isə (Azərbaycan) antropogen
vəziyyətini daha ağır vəziyyətə çatdırmış olur.
Nəticə etibarilə qəbul olunmuş təzə əlifbaya
keçidlə əlaqədar Borçalıda dərs vəsaitinin
çatışmaması (bəzi bölgələrdə olmaması),
məktəblərin ümumi təchizatının yarıtmazlığı
dərslərin keyfiyyətini aşağı salıb, maarif
sisteminə böyük zərbə dəyib. Müasir dövrdə
Borçalı və digər bölgələrdə yerləşən Azərbaycan
(hər üç tipdə) məktəblərinin vəziyyəti haqqında
tərtib olunmuş cədvəl qeyd etdiklərimizi
rəqəmlərin dili ilə daha əyani göstərir.
Gürcüstan Respublikasında olan
Azərbaycan məktəbləri barədə məlumat
(1989-1990-cı illər)
Rayon
şəhər |
Cəmi |
Məktəblərin
sayı |
Şagird
sayı |
Müəllim.
sayı |
| Orta |
n/t.orta |
ibt |
| Marneuli Bolnisi
Dmanisi
Qardabani
Laqodexi
Telavi
Saqareco
Zəlyə
Tetrisxaro
Rustavi
Tbilisi |
61 42
36
17
5
1
5
2
3
2
2 |
35 18
23
14
2
1
3
2
1
2
2 |
18 12
9
2
3
-
1
-
1
-
- |
8 12
4
1
-
-
1
-
1
-
- |
15763 10061
6309
7833
2978
1149
3266
918
459
814
327 |
2655 1420
1016
1200
185
70
140
75
68
172
194 |
| Cəmi: |
176 |
103 |
46 |
27 |
49805 |
7194 |
Cədvəldən göründüyü kimi, kriminogen
hadisələrlə əlaqədar bütün yaşayış
məntəqələrində fəaliyyət göstərən məktəblərin
əksəriyyətində istər kəmiyyət, istərsə də
keyfiyyət göstəriciləri çox aşağı enmişdir. Bir
məqamı da yaddan çıxarmaq olmaz ki, əsrin
ortalarında Borçalı və onun qonşu bölgələrinin
məktəblərində sözün əsl mənasında milli kadrın
yetişib, boya-başa çatmasında dövrünün ziyalı və
savadlı müəllimləri olmuşdur və indinin özündə
də vardır. Belələrindən əməkdar və zəhmətkeş
müəllim Bədəlov İslamı, Hüseynqulu Məmmədovu,
Kamal Fərəməz oğlu Məmmədovu, Rüstəm Hacıyevi,
Bayramova Tərlaləni, Nigar Əliyevanı, Bayramov
Xəlili, Qədir Kərimovu, Kərimov Mahmudu, Səadət
Hüseynovanı, Kələntərli Zinyəti, Rza Darğallı,
Kərəm Tükənovu və s. əsrin axırlarında isə Xəlil
Eyyubovu, Rəhimov Xəlili, Qarayev Müdhəti,
Nəbiyev Mədədi, Afət Minasazovu, Nəbiyev Poladı,
İgidova Elyuranı və s. misal göstərmək olar.
Əlbəttə, bunların sayı bölgələr üzrə daha çoxdur!
Borçalılar bu şəxsləri heç vaxt unuda bilməzlər.
Şəxsən heydər Əlirza oğlu Əliyevin
Azərbaycanda, Eduard Ambrosiyeviç
Şevardnadzenin isə Gürcüstanda apardıqları
fuvdamental dəyişikliklər nəticəsində hər iki
respublikada yaxşılığa doğru çox böyük işlər
görüldü. 1995-1996-cı illərdə Azərbaycandan
yüzlərlə azərbaycanlı ailəsi geriyə, Gürcüstana
qayıtdı.
|