|
TORPAQ FONDU VƏ ONDAN İSTİFADƏ
Borçalı qəzasının ərazisi təxmini
hesablamalara görə, 5940 kv km-dir. Məlumat 1862-ci
ilin dövlət torpaq dəftərində qeydiyyatdan
keçmişdir. Qeyd etməliyik ki, digər qəza və
mahallara görə gec də olsa, Borçalı
torpaqlarının da plan-uçot layihəsi tərtib
edilmişdir. Lakin torpaq və torpaq bölgüsü
haqqında ən dəqiq və ümidverici rəqəmlər faktiki
olaraq 1 yanvar 1885-ci ilə aiddir. Baxmayaraq ki, bu
materialların nisbi də olsa səhvləri vardır.
170-200 il bundan öncə Borçalıda mülkədar,
qolçomaq, xanlıq, bəylik və knyazlıq dövründə bu
torpaqlardan istər icarə və istərsə də daimi
(alqı-satqı yolu ilə) mənimsəmə yolu ilə
buraxılan qeyri-qanuni, talançılıq və qərəzçilik
halları bu günə kimi Borçalının torpaqlarının
cəmi sahəsi haqqında tam dəqiq rəqəmlər əldə
edilməsinə imkan verməyib.
Hələ 170-200 il bundan öncə imkanlı
adamların öz şəxsi torpaq sahələrini, knyaz
ailələrinin bağ sahələrini, erməni kilsə
xadimlərinin öz vəsaitləri hesabına torpaqları
alıb xaricdə yaşayan ermənilərə bağışlamaları
kimi istifadə yolları, əlbəttə, Borçalı
torpaqlarının nəzarət edilib qorunması onlara
eyni qulluq göstərilməsi kimi qayğılar kənarda
qalıb, sərvət hərc-mərcliyi baş alıb getmişdi.
1885-ci ilin məlumatına görə, Borçalı qəzasının
istifadə olunan və olunmayan torpaqları
aşağıdakı sahələrə bölünmüşdü:
- Plan-uçot sənədi tərtib edilməyən 96 bağ
sahəsinin ərazisi...126, 317 desyatin, 2315 k.s.
- Plan-uçot sənədi olan 74 bağ sahəsinin ərazisi
(tam dəqiqləşdirilmiş şəkildə)..,226, 489 desyatin, 2254
k.s,
- Son vaxtlarda plan-uçot sənədi tutulmuş 29 bağ
sahəsinin ərazisi., 43, 213 desyatin, 1746 k.s.
- Dövlət tərəfindən təsdiq edilmiş 80 bağ
sahəsinin ərazisi...122, 414 desyatin, 1156 k.s.
- Qanunsuz istifadə olunan 11 bağ sahəsinin
ərazisi... 76, 568 desyatin, 2376 k.s.
Bu torpaqlara əgər biz qəzanın
sıldırım dağlıq ərazilərində olan 10 min desyatin
sahəni də əlavə etsək, çəmi 605 min desyatin
olacaqdır. Yüzə yaxın dövlət tabeliyində olan
kəndlərin əhalisi əkinə yararlı torpaqlardan
aşağıdakı qaydada istifadə etmişlər:
- Suvarılan torpaq sahələri… 951 desyatin
- Əkinə yararlı suvarılmayan dəmyə sahələr… 37,9
desyatin
- Bağçılıq və tərəvəzçilik sahələri… 435 desyatin
- Malikanə torpaqları… 646 desyatin
- Otlaq və yararsız torpaq sahələri… 49,7 desyatin
- Yararlı torpaq sahəsi… 16,5 desyatin
Cəmi: 2148 desyatin
Bundan başqa, Borçalı ərazisinin
müəyyən hissəsi şəxsi adamlarınixtiyarında
olub, onlar da həmin torpaqlardan öz mənafeləri
istiqamətində istifadə etmişlər. Ümumiyyətlə,
bütün istifadə olunan torpaq sahələrində əsasən
təsərrüfatın aşağıdakı sahələri inkişaf
etdirilmişdi:
Taxılçılıq. Borçalı
qəzasında kənd təsərrüfatının quruluşuna əsasən
qədim dövrlərdən bəri taxılçılıq və
heyvandarlıq səmərəli sahə kimi inkişaf
etmişdir. Qəzanın relyef şəraitinə uyğun onun
düzən və dağətəyi bölgələrində quru subtropik
(Borçalı düzənliyi), subtropik, Borçalı
nümayəndəliyinin Xram, Borçalı çay, Maşaver,
Bənövşə, Pəmbək çaylarının düzən sahələrə
birləşən ərazisi ilə Yağlıca təpəlik hissəsi və
Ləlvər dağlıq hissəsinin cənub-qərb ətəkləri
arasında atmosfer çöküntülərinin bol düşdüyü
sahələri daxildir.
Əlverişli torpaq-iqlim şəraitinin
olması ilə əlaqədar, ərazidə taxıl arpa darı və s.
dənli bitkilər əkilirdi. Bu illərdə Tiflis
şəhərinə taxıl və taxıl məhsulları bir qayda
olaraq Yelizavetpol və Bakı quberniyasına görə
Borçalıdan daha tez daxil olurdu. Ümumiyyətlə,
Borçalı buğdasının qiyməti Tiflis bazarlarında
digər ölkə və bölgələrdən gətirilən buğdanın
qiymətindən 10-20 qəpik baha satılırdı. Borçalı
buğdasının dəyəri yalnız Dürnük və Dağet (hər
ikisi qonşu Ağbulaq rayonunda) buğdası ilə
rəqabət apara bilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Borçalı
həm də özünün arpa əkini ilə də məşhur olmuşdur.
Əkin sahəsinin miqdarına görə Borçalıda ikinci
yerdə arpaçılıq dururdu. Arpa əkininin
artırılmasına bütün elat fikir verirdi. Bu
məhsul əsasən qoşqu üçün istifadə olunan at,
uzunqulaq, öküz və s. heyvanların yem mənbəyinin
əsasını təşkil edirdi. Arpanın toxumu kənar
dövlətlərdən gətirildi. Loru və Zəlyə
bölgələrində qara rəngli arpa səpilərdi. Borçalı
düzənliyində isə buğda kimi arpa da ağ rəngdə
idi. Bu növ toxum yerli suvarma şəraitinə tam
yararlıdır. Borçalıda arpa ilə yanaşı küncüt,
qarabaşaq (qreçka) da əkilərdi. Bu bitkilərdən
əsasən quşçuluqda və heyvandarlıqda yem əvəzi
istifadə olunurdu. Qarabaşaq Borçalının çay
kanal ətraflarında xırda sahələrdə əkilirdi.
Bu bitkilərdən başqa, Borçalı
düzənliyində çəltik (düyü) əkini də yayılmışdır.
Çəltik, məlumdur ki, həddindən artıq su sevən
bitkidir. Borçalı bölgəsinin Alket, Təvədöy və
Borçalı çaylarının sulu sahələrində əkilirdi. Ən
geniş sahə Alket-Xram, Arıxlı kəndinin aşağı:
Hallavar-Baydar (Paydar) arası ovalıq
sahələrində becərilirdi. Sonralar bu bitkinin
əkin sahəsi tədricən azalmış, əvəzində pambıq
bitkisinin sahəsi genişlənmişdir.
Mahalda ən qiymətli (taxıldan sonra) və
sənaye təmayüllü pambıqla yanaşı tütünçülük də
inkişaf etdirilməyə başlanıldı. Kənd
təsərrüfatının bu sahəsini yayan və inkişaf
etdirən knyaz Orbeliani, baron Kuçenbax və
Azərbaycan türklərinin arasından çıxan iki
nəfər ağa olmuşdur. Maraqlıdır ki, 1850-1882-ci
illərdə Borçalının kənd təsərrüfatı
məhsullarının şöhrəti bütün Avropaya və Asiyaya
yayılmışdı. 1850-ci ildə Tiflisdə keçirilən kənd
təsərrüfatı məhsullarına baxış sərgisində knyaz
Orbeliani Misir pambıq növündən Borçalıda
əkdirmiş və yüksək kağız məhsulu almış, əla
keyfiyyətli türk tüqün növünə, zərif yun
istehsalına görə, "aranut" və "muskat" şərab
növünə görə bir neçə orden və medal almışdır. Elə
həmin il knyaz Orbeliani Sankt-Peterburqda
keçirilən sərgidə pambıq-kağız məmulatının
keyfiyyətinə görə mükafatlandırılmışdır. 1851-ci
ildə London şəhərində keçirilən ümumdünya
sərgisində yerli ağalardan biri ərazidə əla
tütün (türk) növünü yetişdirməsinə görə qızıl
mükafata layiq görülmüşdür. Ən maraqlısı isə
1863-cü ildə baron Kuçenbaxa verilən mükafat və
medal olmuşdur. O, bu medala İsveçrə ilə yerli
Azərbaycan cinsli inək südündən alınan pendir,
kərə yağı və s. görə layiq görülmüşdür.
Ümumiyyətlə, Borçalının sənaye və kənd
təsərrüfatı məhsullarından 50-yə yaxın dünya
əhəmiyyətli məhsullar hazırlanmış və sərgilərdə
mükafatlandı-rılmışdır. Borçalı məhsullarının
dünya şöhrəti yerli knyaz və ağaları daha da
iştahlandıraraq, kənardan bir sıra texniki
avadanlıq gətirmələrinə səbəb olmuşdur.
Varlanmış Kalinino (Voronsovka), Cəlaloğlu və s.
kimi məntəqələrin molokanları Avropadan 90-a
yaxın kotan gətirmişdilər. Bundan başqa, 2 ədəd
yoldüzəldən, 4 ədəd otçalan maşın-aqreqat, 3
üyüdücü və 3 taxılbiçən maşın əldə etmişdilər.
Məlumdur ki, bu kənd təsərrüfatı
texnikasının istifadəsindən Azərbaycan
türkləri tam kənarda qalmışdılar. Onlara etimad
göstərmirdilər ki, bu texniki avadanlıqlardan
onlar lazımi dərəcədə istifadə edə bilərlər.
Buradan aydın olur ki, Azərbaycan türkləri hər
vasitə və bəhanələrlə yerli hökumət tərəfindən
vurulurdular.
Heyvandarlıq. Borçalı mahalının
ərazisinin 3/2 hissəsi heyvandarlıq
təsərrüfatının inkişafı üçün tam yararlı hesab
olunur. Ərazinin sıldırım qayalıq və dağlıq, alp
və sub-alp çəmənliyinin geniş yayıldığı
Zəlyə-Brmaqsız və Qomeret-Başkeçid bölgələri
demək olar ki, təsərrüfatın bu sahəsi üçün tam
yararlıdır.
İnzibati dövlət sənədlərinin verdiyi
məlumata görə, mahalda 1885-ci ildə heyvandarlıq
təsərrüfatının vəziyyəti aşağıdakı qaydada
olmuşdur:
İribuynuzlu mal-qara - 134, 073 baş
Xırda buynuzlu heyvanlar - 413, 454 baş
Atlar - 12, 752 baş
Camış və uzunqulaqlar - 2,936 baş
Donuzlar - 14,493 baş
Cəmi: 577,708 baş.
Mahalda bu illərdə dövlət
qeydiyyatından keçmiş 98 yaşayış məntəqəsi var
idi ki, bu məntəqələrdə də 97 minə yaxın əhali
yaşayırdı. Hər bir nəfərə orta hesabla 0,5 baş
qaramal, 2,3 baş qoyun-keçi, 0,12 baş at və öküz, 0,03
baş eşşək və 0,18 baş donuz düşürdü. Əlbəttə, bu
göstərici o illər üçün normal hesab olunurdu.
Ümumiyyətlə, heyvandarlıq təsərrüfatı mahalın
ayrı-ayrı nümayəndəliyində qeyri-bərabər
paylanmışdır.
| Nümayən-dəliklər |
Əhalisi |
İri və xırda
buynuzlu heyvanlar |
At və öküzlər |
Eşşəklər |
Donuzlar |
Cəmi heyvanlar |
| Ailə |
Qadın və kişi |
Qoşqu üçün istehsal olunan
heyvanlar |
Südlük istiqamət |
Xırda buynuzlu |
| Trialet Loru
Borçalı |
2687 2052
588 |
22829 17161
5086 |
12356 7470
1957 |
30448 8240
2423 |
71136 26027
6573 |
3184 1784
332 |
380 6262208 |
2276 4803
1105 |
119780 48950
12598 |
| Cəmi: |
5327 |
45076 |
21783 |
41111 |
103736 |
5300 |
1214 |
8184 |
181328 |
Borçalının heyvandarlığına dair onu
qeyd etmək lazımdır ki, bütün kəndlilərin şəxsi
mal-qarası və qoyun-keçi, at və eşşəkləri
olmuşdur. Cədvəl onların sayını çox aydın
şəkildə nümayiş etdirir. Borçalı mahalının
heyvanat aləmi dövlət (tabeliyində)
torpaqlarında məskunlaşan kənddilərdə hər
nəfərə düşən mal-qara, qeyri-dövlət
torpaqlarında məskunlaşan kəndli
təsərrüfatından sayca xeyli aşağı olmuşdur. Bu
proporsiya əsasən ərazidə yaşayan tərəkəmələr
(Azərbaycan türkləri) hesabına olmuşdur. Belə ki,
hər bir Azərbaycan türkünün həyətində ən azı 3-4
qoyun və 1-2 qaramal, öküz və atların sayı da o
birilərindən yuxarı olmuşdur.
Borçalı mahalının iribuynuzlu
malqarası yüksək məhsuldarlığı və əla cinsli
olması ilə məşhurlaşan "Tərəkəmə" cinsli
heyvanlardan ibarətdir. Düzdür, mahalın Loru və
dağlıq Trialet bölgələrində də sağmal heyvanlar
cins etibarilə yüksək məhsuldarlığa malikdir.
Belə yerlərdə Rusiyadan gətirilmiş südlük-ətlik
heyvanlar və qoşqu kimi (araba və s.) işlədilən
atlar üstünlük təşkil edir. Ümumiyyətlə, XVIII
əsrdən başlamış XX əsrin 30-cu illərinə qədər
Borçalı nümayəndəliyində ağa, bəy və imkanlı
adamların sayca çoxluq təşkil etməsi, ərazidə
heyvandarlıq təsərrüfatının inkişafına, iri və
xırdabuynuzlu heyvanların sayının artmasına
təkan vermişdir. Belə imkanlı adamlardan
Hacıxalıl ağanı, Halay bəyi, Səməd ağanı, Emin
ağanı, İsrafil ağanı, Alxaz, Məmməd xan, Gülməmməd
və başqa bir sıra imkanlı adamları misal
göstərmək olar. Adları çəkilən bu adamların
hərəsinin on minlərlə heyvanı olmuş, özlərinin
şəxsi qışlaq və yaylaq sahələrinin olması ilə
knyazların nəzər-diqtətini cəlb etmişdilər. Buna
görə də, bu iki qrup adamlar arasında tez-tez
anlaşılmazlıqlar olub, toqquşmalar baş verərdi.
Elə bunların nəticəsi olaraq, bölgələrdə
qaçaq-quldur dəstələri baş alıb gedərdi.
Əzab-əziyyət çəkən isə ac-yalavac, muzdlu
kəndlilər idi.
Borçalı mahalında XVIII əsrdən başlamış,
XX əsrin əvvəllərinə kimi həyətyanı
tərəvəz-bostançılıq və bağçılıq təsərrüfatı
demək olar ki, çox zəif inkişaf etmişdir. 98
yaşayış məntəqəsinin 106, 152 desyatin sahəsinin
yalnız 435 desyatinində təsərrüfatın bu sahələri
inkişaf etdirilirdi. Təsərrüfatın bu
sahələrindən mahalın nümayəndə-likləri
aşağıdakı qayda üzrə istifadə edirdilər.
Trialet 11 desyatin sahədə
Loru 318 desyatin sahədə
Borçalı 106 desyatin sahədə
Ümumiyyətlə, bostan, tərəvəz və
bağçılıq kimi təsərrüfatlar iqlim şəraitindən
asılıdır. Bu baxımdan mahalın dağlıq
bölgələrində olan Trialeti nümayəndəliyi demək
olar ki, tam yararsızdır. Cəmi 11 desyatin əkin
sahəsi vardır.
Borçalıda tütünçülük təsərrüfatı çox
qədim sahə olmayıb, onun inkişaf etdirilməsinə
də fikir verilməyib. Tütün əvvəllər Loru
nümayəndəliyinin Kurtan kəndi və Borçalı çayı
sahillərində çox geniş sahəyə malik olmayan
adalar şəkilli ərazilərdə əkilirdi. Sonradan bu
əkin sahəsi daha da azalaraq yalnız əhalinin
yerli tələbatını ödəmək məqsədilə hər kəs öz
həyətyanı sahələrində əkərdilər. Tütün çox əmək
tutumlu və xüsusi qayğı tələb edən texniki
bitkidir. Borçalıda əsasən Türkiyədən
gətirilmiş trabzon və samsun növləri əkilirdi.
Borçalıda tütün Lorudan başqa Borçalı
nümayəndəliyinin 11 kəndində becərilirdi.
Borçalı tütününün əsasını "madanska" növü
tuturdu. Bu tütün yerli növlə türk növünün
birləşməsindən əmələ gələn ən əla növdür.
Borçalı mahalında təsərrüfatın bu
sahələrindən başqa, quşçuluq, arıçılıq,
ipəkçilik və kustar sənaye (ev şəraitində)
sahələri də çox geniş inkişaf tapmışdır.
Borçalıda kustar sənaye sahəsi. İlin
uzun keçən qış və payız aylarında kəvdlilərin
asudə vaxtı çoxalardı. Mahalın Zəlyə bölgəsində
Tamala-xaraba kəndinin (qaraçılar) kişiləri bir
qayda olaraq qonşu rayonlara və şəhərlərə gedib
aprel-may aylarına kimi müxtəlif sahələrdə, o
cümlədən xırda dəmirçixanalarda hazırlanan
məişət avadanlıqları, kənd təsərrüfatı (yaba,
bel, xırda kotan, at nalı və s.) alətləri
hazırlayıb satardılar. Qadınları isə ev
şəraitində müxtəlif paltar-geyim tikməklə və
fala baxmaq kimi özlərinə xas olan işlərlə pul
qazanardılar. Bu qaraçıların demək olar ki, 90 %-i
at oğurluğu ilə qədimdən məşhurlaşmışdılar. O ki,
qaldı bu bölgələrin yunan və erməni əhalisinə,
bunlar qaraçılardan fərqli olaraq, özlərinin bu
aylarda qazanc mənbəyini mal-qara üçün tövlə, ev
tikintisində, hasar (çəpər) və yol çəkilməsində,
müxtəlif ölçülü tərəcə və sandıqlar, kənd
təsərrüfatı alətləri, ağacdan hazırlanmış sap
(Borçalı yerli şivə danışığı), mətbəx avadanlığı
istehsalında və s. görərdilər. Yunanlar bir qayda
olaraq Borçalı nümayəndəliyinə gəlib, 3-4 ay
(iyundan avqust ayının axırlarına qədər) aran
zonasında yaşayan əhalinin taxıl, buğda,
qarğıdalı və ot çalmaq kimi kənd təsərrüfatı
işlərini icra edib, əvəzində buğda, arpa və s.
məhsullar alardılar. Bundan başqa bu xalqların
nümayəndələri Azərbaycan türklərinin sıx
məskunlaşdığı kəndlərdə ev tikmək, hasar (çəpər)
çəkmək, qəbir daşları (sinə və baş) və s. işlərin
icrası ilə də məşğul olurdular.
Erməni və yunan qadınları isə əsasən
ev şəraitində yun, pambıq və kətandan corab,
əlcək, palaz və s. geyim nümunələri toxuyub
bazarlarda satardılar. Türk qadınları isə
(əsasən tərəkəmələr) yundan qədim xalçalar,
kilim, xurcun, farmaç və yastıqlar
hazırlayırdılar. Kişilər isə yunəyirici cəhrə,
yun əyirən avadanlıq, yağ istehsal edən nəhrə və
s. alət və avadanlıqlar hazırlayırdılar. Qəzanın
Sarvan, Qızılhacılı, Çoruk Qəmərli, Şüləver,
Saraçlı, Arıxlı və s. məntəqələrində
dəmirçixanalar fəaliyyət göstərirdi ki, burada
da kənd təsərrüfatı alət və avadanlıqları,
qab-qaçaq lehim-ləmək üçün qalayçıxanalar da çox
geniş inkişaf etmişdi. Bu qədim sənətkarlıq
ocaqları Borçalıda XX əsrin 60-cı illərinə kimi
fəaliyyət göstərirdi. Hazırda bu incə və qədim
peşə sahələri qəzanın yalnız ucqar, əlçatmaz
məntəqələrində fəaliyyətdədir. Şübhəsiz, belə
qədim və gərəkli sahələri inkişaf etdirmək çox
vacibdir. Çünki bu xırda kustar sənət sahələri
xalqımızın ulu keçmişindən xəbər verib, bizləri
tədricən qədim irsi köklərə qaytarır.
|