|
İNZİBATİ RAYONLAR ÜZRƏ ƏHALİNİN VƏ
YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN DEMOQRAFİK QURULUŞU
Borçalı qəzasının əhalisi 109 min
nəfərə yaxın olub, 284 yaşayış məntəqəsində və ya 54
cəmiyyətdə (sovetlik) məskunlaşmışdır. Orta
hesabla hər cəmiyyətə 5,3 kənd yaşayış məntəqəsi
və ya 2020 nəfər əhali düşür. Hər bir kənd
məntəqəsində orta hesabla 385 nəfər əhali yaşayır.
1870-ci ilin məlumatına görə, Sarvan,
Privolni, Şaxnazar məntəqələri yeganə
cəmiyyətlərdir ki, tərkibində başqa kəndlər
yoxdur. Elə cəmiyyətlər də vardır ki, tərkibində
21-22 məntəqəni birləşdirir. Kəmərli, Hamamlı və s.
buna misal göstərmək olar.
Mövcud olan bu kəndlərin əhalinin sayı
baxımından ən irisi Böyük Şüləver (Şaumyan),
Sarvan, Yekaterinenfeld və Voronsovkadır
(Kalino). Ən kiçik kəndlərin əhalisinin sayı 20
nəfərdən yuxarı qalxmır. Bu kəndlər ardıcıl
olaraq aşağıdakılardır: Mahmudlu, Ciris,
Kipircik, Xoçorni, erməni Darbaz və s.
Cəmi 109 min əhalinin 60 min nəfəri kişi,
49 min nəfəri isə qadındır. Qəzanın 50 min nəfərdən
çox əmək qabiliyyətli əhalisinin 12,8 faizi və ya
6,4 min nəfəri təsərrüfatın müxtəlif sahələrində
çalışırdılar. Aşağıda tərtib etdiyimiz
cədvəldən müəyyən etmək olur ki, qəzada olan 49
min qadının hər bir nəfərinə orta hesabla 1,2
nəfər kişi düşür. Əlbəttə, bu rəqəm qadınların
say balansının aşağı olmasını göstərir. Lakin
məlumat üçün qeyd edilməlidir ki, məskunlaşan
kişilərin milliyyətindən asılı olaraq (milli
mənsubiyyət baxımından) bu nisbət bütün qəzada
heç də mənfi olmamışdır. Misal üçün, ruslarda bu
rəqəm təxminən hər bir kişiyə 1 nəfər qadın, qalan
xalqlarda isə ardıcıl surətdə qadınların sayı
mənfi olmuşdur. Yəni almanlarda 0,9 nəfər,
ermənilərdə 0,8, Azərbaycan türklərində 0,7,
gürcülərdə isə 0,9 olmuşdur.
Mahalın əhalisindən danışarkən onu da
qeyd etməliyik ki, iki yüz əlli il bundan əvvəl
burada 10-a yaxın xalqın nümayəndələri yaşayırdı.
Bu ərazinin ən qədim aborigen xalqı türklər və ya
türkdilli tayfalar olmuşdur. Eramızın XVII-XVIII
əsrlərindən başlayaraq XX əsrin 20-30-cu illərinə
qədər erməni, yunan, gürcü tayfaları müxtəlif
yollarla fəaliyyət köstərən erməni
cəmiyyətləri, dövlət və kilsə adamları
tərəfindən bu məmləkətdə qəsdən
yerləşdirilmişdir.
Ümumiyyətlə, Borçalı qəzasında
yaşayan əhalinin əksəriyyəti çoxuşaqlı ailəni
sevir. Lakin qəzada əhaliyə göstərilən tibbi
xidmətin lazımi səviyyədə olmaması, düzən və
aran bölgələrində içməli su ehtiyatlarının
qıtlığı və keyfiyyətsiz olması, ailə
başçılarının (kişilərin) köçəri həyat tərzi
sürmələri və işlə əlaqədar ilin 4-5 ayını uzaq
yerlər-də keçirmələri əhalinin müntəzəm
artmasına (təbii hərəkət) mənfi təsir
göstərmişdir.
Borçalıda təbii artım əsasən
Azərbaycan türklərinə və ruslara aiddir. Lakin
Azərbaycan türklərinin məskunlaşdığı kəndlərdə
əhalinin sağlamlığına və uzunömürlülüyünə mənfi
təsir edən qeyri-normal təbii-coğrafi mühit,
iqlimin həddən artıq isti keçməsi, məişət
şəraitinin aşağı olması, kiçik yaşlı uşaqlar və
yaşlı nəsil (kişilər) arasında malyariya
(qızdırma), ağ çiyər və s. xəstəliklərin
yayılmasına təkan vermiş, nəticədə insan
tələfatının artmasına gətirib çıxarmışdır.
Erməni, gürcü, yunan və s. xalqlar isə bir qayda
olaraq mahalın səfalı dağlıq və dağətəyi çəmənli
zonalarında, meşə və çay kənarlarında
yaşadıqları üçün onlarda ölüm əmsalı xeyli
aşağı, mexaniki hərəkət isə, qeyd etdiyimiz kimi,
yuxarı olmuşdur. Ona görə də XVIII əsrin axırları və
XXI əsrin birinci yarısında Azərbaycan türkləri
sayca çox, yaşayış məntəqələrinin böyüklüyü isə
daha iri olmuşdur.
Kəndlərin milli tərkibinə gəldikdə
isə hər dörd nümayəndəlikdə istər kənd
məntəqələrinin sayı, istərsə də orada yaşayan
əhalinin milli tərkibinə və onların sayına görə
göstəricilər də olduqca müxtəlifdir. Belə ki,
- Borçalı nümayəndəliyində -58 kənd,
- Loru nümayəndəliyində -65 kənd,
- Trialet (Zəlyə) nümayəndəliyində -120 kənd,
- Yekaterinenfeld nümayəndəliyində isə 41 kənd
yerləşmişdir.
Əhalinin milli tərkibinə gəldikdə isə,
Azərbaycan türklərinin yaşadıqları kəndlərin
sayı-34, erməni kəndləri-69, yunan kəndləri-36, rus
kəndləri-14, gürcü kəndləri-18, alman kəndləri-2 və
qaraçı kəndləri-2 olmuşdur. Bir kənd isə kürdlərə
məxsusdur. Bu baxımdan qəzanın azsaylı xalqları
haqqında qısa məlumat vermək, əlbəttə, yerinə
düşərdi. Ruslar bu qəzaya Rusiyanın mərkəzi
qaratorpaq, Orenburq, Pavlodar, Həştərxan,
Stavropol vilayətindən və Krasnodarın bir sıra
məntəqələrindən planlı şəkildə köçürülüb
gətirilmişdir. Ruslar bir qayda olaraq yerli
knyazlar, menşevik ünsürlü qolçomaq-mülkədarlar
tərəfindən mahala dəvət olunmuş, Rusiyanın
torpaq-iqlim şəraitinə uyğun ərazilərdə
məskunlaşdırılmışdır. Buna misal olaraq
Voronsovka, Novo-Mixaylovka, Ormeşən, Başkeçid,
Qarakilsə və s. məntəqələri göstərə bilərik.
Adətən, ruslar (molokanlar, duxabor, sektant)
məskunlaşdıqları gündən iri məntəqələrdə
yaşamağı üstün tutmuşlar (hər kənddə 70-220 ailə).
Misal üçün, Voronsovka kəndində 280 ailə
məskunlaşmışdı. Adları çəkilən bu rus
kəndlərindən başqa 1889-cu ildən təməl daşı
qoyulmuş Novaya Boqdanovka (Yeni Boqdanovka)
kəndini də qeyd etmək olar.
Rusların yaşadıqları kəndlərin
küçələri planlı xarakter daşıyıb, düz, geniş və
uzun küçələr olub. Onlar hər iki tərəfi
aynabəndli otaqlarda, divarları səliqə ilə
rənglənmiş, həyət-bacası geniş olan binalarda
yaşamağı üstün tutmuşlar. Evlərinin damları
kirəmitlə, çox hallarda isə saman və torpaq
qarışığı ilə örtülmüşdür. Otaqların içərisi
əhənglə rənglənir, bəzilərində isə rəngli kağız
çəkilirmiş. Ruslar adətən çox zəhmətkeş olub,
təsərrüfatlarında özlərinin tələbatlarına
uyğun tərəvəz-bostan bitkiləri və meyvə-gül
becərərdilər. Onlar özləri ilə doğma ellərindən
Borçalıya kələm şitili, kartof toxumu gətirmiş,
arı və donuz saxlamağa adət etmişdilər.
Maraqlıdır ki, ruslar özləri ilə Privolni
vilayətindən kələm, Kamenskidən kartof,
Nikolayevskidən isə gilənar (albalı) tingi və
toxumu gətirmişlər. Ruslar əkib-becərdikləri bu
məhsulları birbaşa Tiflis bazarlarına
aparardılar. Rusların bir qolu, qövmü olan
molokanlar tarlada işləmək qabiliyyətinə, kənd
təsərrüfatı bitkilərini becərməyi bacarmaq və
nisbətən savadlı olmaq baxımından digər rus
qollarından fərqlənirdilər. Bununla yanaşı, ən
əsas peşələri ikitəkərli araba düzəldib
işlətmək və satmaq idi. Ümumiyyətlə, onlar
Borçalı mahalında özlərini təmiz, əməksevər,
işlək, heç bir xainlik və paxıllıq etməyən bir
xalq kimi tanıtmışdılar.
Almanlar
Borçalı qəzasına gürcü knyazları
tərəfindən Almaniyadan dəvət olunmuşlar. Məqsəd
ərazidə yüksək mədəni təsərrüfat yaradıb
inkişaf etdirmək, yeni təsərrüfat sahələri
qurmaq, nəqliyyat yolları salmaq və onları təmir
etmək, şərabçılığı və arıçılığı genişləndirmək
idi. Almaniyadan gələnlər birbaşa qəzanın iki
məntəqəsində (Yekateri-nenfeld və
Aleksandrsqilf) yerləşdirilirdi.
O zaman ümumi sayı 1690 nəfər olan
almanların 896 nəfəri kişi, 794 nəfəri isə qadın idi.
Onlar 345 ailədə birləşmişdilər. hər 100 nəfər
kişiyə 88 qadın düşürdü. Bu almanlar 1817-çi ildə
Virtemberqdən (Almaniya) Odessaya gəldilər.
Oradan isə hər ailəyə araba-at almaq üçün 500 rub.
məbləğində pul verildi. Bunlar həmin il
hazırlıqlı şəkil-də adları çəkilən məntəqələrə
gəlib, yerli əhali ilə ünsiyyətdə olub torpaqdan
əlverişli istifadə etməyə başladılar.
İran-Gürcüstan müharibəsi qurtardıqdan sonra
knyazlar hər ailə başçısına əlavə olaraq 172 rub.
pul (ssuda) verdilər. Almanların birinci
kaloniyası 1818-ci ildə Yekaterinenfelddə,
ikincisi isə 38 il sonra, yəni 1857-ci ildə
Alek-sandrsqilfdə yerləşdirildi. Almanlar yerli
torpaq-iqlim şəraitinə əvvəllər bir neçə il
uyğunlaşa bilmədilər. Yerli hakim dairələrindən
general-mayor Kolubyagin 1865-ci ildə onlar üçün
İsveçrədən gətirilmiş pendir zavodu
avadanlığını təşkil etmiş və onları bu sənətə
cəlb etmişdir. Almanların istehsal etdikləri
pendir sonralar onlara həqiqətən dünya şöhrəti
qazandırmışdır. Beləliklə, dövlət tərəfindən bu
xalqa xüsusi qayğı və tərəfkeşlik olunmağa
başlandı. Onlar dövlət vergilərindən azad
edirdilər, müxtəlif hüquqi imtiyazlar
qazandılar. Almanlar 1898-ci ilə qədər (80 il)
Borçalıda çox qiymətli və xeyirxah işlər görmüş,
yerli sakinlər bu işlərdən əvvəllər çox az
faydalanmış, sonradan geniş istifadə etməyə
başlamışlar. (Əsasən şərabçılıq, donuzçuluq və
araba-fayton istehsalı baxımından). Lakin
onlarla bir ərəfədə köçkün sifəti ilə Borçalıya
gəlmiş ermənilər daha gör-götürlü olmuş, bic və
tədbirli hərəkət etmişdilər. Maraqlıdır ki,
Yekateri-nenfelddə yaşayan almanlar başlıca
olaraq üzümçülük-şərabçılıq və əkinçilik,
Aleksandrsqilfdə yaşayanlar isə tamam başqa
istiqamətdə- heyvandarlıq üzrə
ixtisaslaşmışlar. Yerli camaatın söylədiyinə
görə, almanlar çox mədəni, təmiz iş görən,
zəhmətkeş, az oxumağı sevən, heç bir mətbuatla
maraqlanmayan, sakit bir tayfa kimi Azərbaycan
türkləri, qismən də gürcülərlə qaynayıb-qarışır,
mədəni həyat tərzi sürürdülər. Alman ailələri
çox səliqəli, təmizkar, ikimərtəbəli, hər iki
tərəfdə eyvanı olan binalarda yaşayırdılar.
Ermənilər
Mexaniki hərəkət (digər ölkələrdən
qaçan və planlı köçürmələr nəticəsində gələnlər)
hesabına saylarını durmadan artıran ermənilər XIX
əsrin əvvəllərindən Borçalı mahalında yurd-yuva
saldıqdan sonra həndəsi silsilə ilə artmış və
tarix boyu pərakəndə həyat tərzi sürməyi üstün
tutmuşlar. Lakin yerli Azərbaycan türklərinə
tutulan divandan sonra onlar iri məntəqələrdə
yığcam yaşamağa üstünlük vermişlər.
Həmin illərdə erməni yaşayış
məntəqələrinin sayı Azərbaycan türklərinin
məskunlaşdığı məntəqələrin sayından 3 dəfə az
idi.
Gürcülər.
Gürcülər bu mahala koloniyalar axışan
vaxtlarda digər bölgələrdən köçüb gəlmiş, yerli
ərazilərə isinişərək burada da qalmışlar. XIX
əsrin axırlarında ərazidə cəmi 329 gürcü ailəsi, o
cümlədən 1086 kişi, 980 qadın yaşamışdır ki, bunların
da ümumi sayı cəmi 2066 nəfər ol-muşdur. Hər ailəyə
3,3 nəfər kişi, 2,9 qadın və ya 6,2 nəfər, hər 100 kişiyə
90 nəfər qadın düşərdi.
Gürcülər ermənilərə nisbətən həddən
artıq zəhmətkeşdirlər. Onlar əsasən əkinçilik,
bağçılıq və üzümçülüklə məşğul olurdular. Qəzada
şərabçılığın inkişafı bu xalqın adı ilə
bağlıdır. Gürcülər tarix boyu torpaq azlığından
şikayətçi olublar. Buna görə də onlar kasıb
yaşamışlar. Ermənilərdən fərqli olaraq, gürcülər
öz məntəqələrindən kənara iş dalınca qaçmağı
özlərinə layiq və rəva bilməyiblər. Gürcü və
ermənilərin bu məmləkətə gəlmə (ikinci
vətənləri) olduqlarını son 250-300 illik təsərrüfat,
maarif, mədəniyyət və xalqın ərazidə tarixi
məskunlaşması məsələləri bir daha sübuta
yetirir. Gürcülər arasında savadlılar çox cüzi
faiz təşkil edirdi. Əhalinin təsərrüfat
fəaliyyəti və onların dünyagörüşü (qonşu
xalqlara inam) baxımından sadəlövh olmaları bu
məsələdən onları arxa plana çəkmişdir. Əhalinin
diqqət mərkəzində əsasən üzümçülüyün və
bağçılığın inkişafı dururdu. Bir də ki, ərazidə
müvəqqəti həyat tərzinin üstünlüyü idi. Gürcülər
zirzəmilərdə, qara damlarda yaşayırdılar.
Ümumiyyətlə, istər erməni və istərsə
də gürcü xalqlarının Borçalıda tarixi
məskunlaşması haqqında elmi və praktik
araşdırmalar aparılmışdır. Cəmi 250-300 illik qısa
bir tarixə malik olan əhali və onların sayca
azlıq təşkil etməsi dövlət rəhbərlərinin diqqət
mərkəzindən kənarda qalmışdır. Lakin mahalda
gürcülərin az olmasına baxmayaraq, onlar
Azərbaycan türkləri ilə bir yerdə firavan və
dinc yaşamalarını üstün tutmuşlar.
Yunanlar
Bölgənin demək olar ki, dağlıq
ərazilərində məskunlaşmışdılar. Onlar buraya
Türkiyənin Gümüşxana adlanan bölgəsindən
köçmüşdülər. 1829-1831-ci illərdə Ərzurum
ətraflarından köçüb gələn yunanlar Zəlyə
düzənliyində və Qomeret kəndində
məskunlaşmışlar. Digər məntəqələrdən gələn
yunanlar isə qəzanın alçaq dağlıq və dağətəyi
sahələrinə meyl göstərmişlər. Din baxımından
erməni-Qriqoryan qrupuna daxil olmalarına
baxmayaraq, Borçalıda onlar türk dilinin Anadolu
ləhcəsində danışırdılar. Lakin orta və ali
məktəblərdə əsasən rus və qismən də gürcü
dilində təhsil alırdılar. Ərzurum və Qars
vilayətlərindən gəlmiş yunanlar çox
çalışırdılar ki, geri, Qarsa qayıtsınlar. Onların
bu arzusu yalnız XX əsrin ortalarından həyata
keçməyə başladı. Əsasən Yunanıstana qayıtdılar.
Zaman keçdikcə ərazidəki yunanların çoxu
ermənilərin təsiri altına düşdü. Hətta
əksəriyyəti özlərini erməni kimi qələmə
ver-mişdilər.
Yunanların da əmək qabiliyyətli
əhalisi əsasən üç qrupa ayrılır, dördüncü keçid
mərhələsində olan qrup isə texniki sənədlər
sahibi və ya mikro-texnika ilə məşğul olanlardır.
Birinci qrupa Alaverdi və Axtala filiz
mədənlərinin açılmasında yaxından çalışan və
onların tex-nologiyası ilə ixtisaslaşanlar;
ikinci qrupa yol, ev anbar tikmək üzrə
ixtisaslaşan sənətkarlar, daş karxanalarında
işləyənlər; üçüncü qrupa əkinçilik (kartof,
kələm) və quşçuluq üzrə; dördüncü-keçid qrupuna
əsasən XX əsrin ortalarında radio-texnika və
maşınqayırma ixtisası üzrə çalışanlar daxildir.
Yuxarıda qeyd etdiyimiz kimi, yunanlar əsa-sən
Trabzon əyalətindən, Gümüşxana zavodundan və
Türkiyənin yunanlar yaşayan bir sıra
məntəqələrindən köçüb gəlmişlər. Yunanlar
Borçalıya gələn gündən dağ-mədən və
filizçıxarma, əritmə, müxtəlif məmulatlar
istehsalı ilə ciddi məşğul olmuş və bu sahədə
böyük nailiyyətlər əldə etmişlər. Onlar
qazancdan özlərinə Borçalı ağalarından və
knyazlarından örüş, biçənək sahələri almış,
yardımçı heyvandarlıq təsərrüfatı ilə də məşğul
olmağa başlamışlar.
Yunanlar olduqca zəhmətkeş və
əməksevərdirlər. Onlar mahalda nəinki özlərinin
əməksevərliyi ilə, hətta yaxşı ev-eşik qurmaqda
və təmizliyə böyük fikir verməklə də yerli
əhalinin rəğbətini qazanmışlar.
Yunanların əsas hissəsi dağlıq Zəlyə
nümayəndəliyi və Dmanis-Qomeret bölgəsində
məskunlaşmışdır. Burada yaşayan yunanlar
özlərinin səliqə-səhmanı, təmizliyi, işgüzarlığı
və ailədaxili münasibətləri baxımından Loru və
Borçalıdakı yunanlardan təmamilə fərqlənirlər.
Erməni və ruslara nisbətən yunan qadınlarının
asudə vaxtı çox az idi. Onlar kənd təsərrüfatı
işləri ilə yanaşı evdə də gərgin işləyirlər.
Lifdən, yundan və kətandan uşaq və qadınlar üçün
müxtəlif paltar, geyim toxuyurlar. Bu xalq son
vaxtlar ailədə savad almaq məsələsinə də ciddi
fikir verirlər. Zəlyə bölgəsinin bir neçə
yaşayış məntəqəsinin nümayəndələri Tiflis
şəhərində pedaqoji təhsil aldıqdan sonra kənd
məktəblərində öz ana (yunan) dili fənnini tədris
edirlər. Yunanlar Türkiyədən Borçalıya
köçdükdən sonra əsasən Azərbaycan türkləri
məskunlaşan ərazilərin qonşuluğunda sığınacaq
tapmışlar. Onların bir qayda olaraq əsasən
türklərlə yaxınlıq edib, bir-birlərinin toy, yas
və bayram şənliklərində yaxından iştirak edib,
özlərinin ailə qurmaq məsələlərini də türklərə
yaxınlaşdırmışlar. Evdə və başqa yerlərdə də
türklərlə Anadolu ləhcəsində danışmış,
yavaş-yavaş onların adət-ənənələrini qəbul
etmişlər. Yunanları Azərbaycan türklərindən
demək olar ki, yalnız təhsil və din məsələsi
ayırırdı.
Qaraçılar
Borçalı qəzasında ən azsaylı millət
nümayəndələri qaraçılardır. 11 ailə və ya 75 nəfər
qaraçı buraya 1850-1860-cı illərdə Türkiyənin
Ərzurum vəlayətindən gəlmiş və Zəlyə
nümayəndəliyinin Tamala-xaraba kəndində
məskunlaşmışdır. Əldə olunan məlumata görə, 75
nəfər qaraçının 30 nəfəri kişi, 45 nəfəri isə qadın
cinsinə mənsub idi. Hər 1 nəfər kişiyə 1,5 nəfər
qadın düşürdü.
Qaraçılar tarixən köçəri həyat tərzi
sürmüşlər. Lakin Borçalı qaraçıları ənənəvi
olaraq atçılıqla, əkinçilik və maldarlıqla
yanaşı, həm də öz dədə-baba sənətləri olan
nalbəndlik, xırda məişət avadanlıqları, kənd
təsərrüfatı (torpaqda işləmək üçün) alətləri
istehsalı ilə məşğul olurdular. Buna görə də
Borçalı qaraçıları bir qayda olaraq oturaq həyat
tərzi sürmələrini üstün tutmuşlar. Tayfanın orta
nəslə mənsub əmək qabiliyyətli əhalisi qazanc
üçün "erməni qohumları" kimi 3-4 ay müddətinə
Tiflis, Batum, Şüləver, Sarvan, Yekaterinenfeld,
Qarayazı, Arıxlı və hətta Başkeçid bölgələrinə
gedərdilər. Qaraçıların bu sənət-lərindən başqa,
onların ən ulu peşələri sayılan "at
oğurluğu" da diqqətdən yayınmır. Müxtəlif
mənbələrin verdiyi məlumatlara görə, XIX əsrdə və
eləcə də XX əsrin ortalarına kimi qəzada kiminsə
atı yoxa çıxarmışsa, hamı bilirmiş ki, bu
əməliyyatda hansı qaraçınınsa əli var.
Qaraçıların özlərinə məxsus elə
adət-ənənələri vardır ki, bunlar heç bir xalqa
mənsub deyildir. Misal üçün, qaraçılar ən
qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal
bölgələrində və Borçalıda) ailə qurarkən qızlar
bir qayda olaraq yalnız qaraçı tayfasından olan
oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları
isə başqa millətin nümayəndəsi ilə təsadüfi
hallarda evlənə bilərdi. Belə hallar çox az baş
verə bilərdi. Qaraçılar ailə məsələsində qan
qohumluğu əlamətlərini hər şeydən üstün tuturdu.
Kürdlər
Mahalda vaxtilə yaşamış, sonradan
müxtəlif səbəblər nəticəsində bir qismi öz
məskənlərindən köçmüş və bir qismi isə
assimilyasiyaya uğramış-azsaylı xalqlardan biri
də kürdlərdir.
Mahalda kürdlərin yaşamaları və
onların haradan gəlmələri haqqında heç bir
məlumat yoxdur. Lakin bizim tədqiqatımız və
müxtəlif materialların araşdırılması bizə zəmin
yaratdı ki, kürdlər bu əraziyə təxminən 300-350 il
buvdan öncə İraqdan və Türkiyənin cənub-qərb
bölkələrindən gəlmişlər. 1870-1871-ci ilin
məlumatına görə, mahalda cəmi 25 ailə və ya 192
nəfər kürd yaşayırdı. Kürdlər Borçalının Zəlyə
bölgəsinin qərb hissəsində, iqlim şəraitinin
kəskin soyuq və yağmurlu yerlərində
məskunlaşmışlar. Əhalinin bir hissəsi iqlim
şəraitinə uyğunlaşmayıb, 1873-1875-ci illərdə
könüllü olaraq Türkiyənin Qars vilayətinə pənah
aparmışdır. Qeyd etməliyik ki, Borçalı mahalında
onların daimi yaşadıqları Sabitahçı adlı kənd
var idi. Hazırda bu kənddə kürdlərlə bərabər
ermənilər, yunanlar yaşayırlar.
Azərbaycan türkləri
Qəzanın ən qədim və yerli sakinləri
Azərbaycan türkləridir. Bu xalqın Borçalıda
yurd-yuva salıb məskunlaşmasının 3000 ildən çox
tarixi vardır. Bu, burada tədqiqatın tarix
bölməsində ətraflı verilib və yazılı mənbələr
əsasında təhlil olunub, araşdırılıb. Azərbaycan
türklərinin mahaldakı qədim yaşayış yerləri
Borçalı və Maşaveri çaylarının yuxarı axarı,
subasar sahələr, Loru, Pəmbək, Zəlyə bölgəsinin
dağlıq alp və subasar çəmənlik əraziləri və
Borçalı nümayəndəliyinin Borçalı düzənliyi (3/2
hissəsi) sayılır. Bu bölmədə Azərbaycan
türklərinin məskunlaşması, onların təsərrüfat
fəaliyyəti və əmək vərdişləri haqqında (XVIII-XIX
əsrdən) məlumat verməyi üstün tuturuq. Məlumat
üçün göstərməliyik ki, Borçalıda qəza, mahal,
sultanlıq və xanlıq olan dövrlər, hətta ondan
öncə, yəni XIII əsrin axırlarından XVII əsrin
ortalarına qədərki dövrlər, haqqında olan heç
bir yazılı mənbələrdə mahalın əhalisi haqqında
dolğun statistik rəqəm və materiallara rast
gəlinmir. Odur ki, XVII əsrin sonunda o dövr üçün
maraq doğuran sorğu nəticəsində müəyyən edilmiş
yuvarlaq rəqəm və oçerk materiallarından bu
əsərin yazılmasında və kitabda gedən
xəritə-sxemlərin tərtibatında ilkin mənbə kimi
istifadə etməyi əsas götürdük. Əhalinin dəqiq
siyahıyaalma prosesinə yalnız 1850-ci illərdən
başlanmışdır. Mahalda yaşayan ermənilərin sayı
ağlagəlməz dərəcədə müxtəlif erməni və
ermənipərəst tədqiqatçılar tərəfindən çox
şi-şirdilmişdir. 1870-1871-ci illərin məlumatına
görə, qəzada 33770 nəfər kişi və 19327 nəfər qadın var
idi. Bu əhali 4870 ailədən ibarət olub, hər bir
ailəyə 7 nəfərə yaxın adam düşürdü. Hər 100 kişiyə 73
nəfər qadın, uzunömürlülük isə 55-60 ilə bərabər
idi.
Əhalinin məşğuliyyəti əsasən
maldarlıq və əkinçştik idi. Maldarlıq Azərbaycan
türklərinin yaşadığı bölgələrin əlverişli təbii
şəraiti və coğrafi mövqeyinə uyğun olaraq
inkişaf etdirilir. Yəni Başkeçid bölgəsində iri
buynuzlu mal-qara və qismən qoyunçuluq, aran və
düzəngah Borçalıda isə qoyunçuluq və südçülük
yönümlü maldarlıq inkişaf etmişdir. Ərazinin
iqlim şəraitinin 6-7 ay isti keçməsi ilə əlaqədar
olaraq arançılar apreldən sentyabr ayının 20-25-nə
kimi yaylaqda, payız aylarından mart ayına kimi
isə aran qışlaqlarında olurdular. Kənd
təsərrüfatının əkinçilik sahəsində taxılçılıq,
bostançılıq, son zamanlar qismən bağçılıq və
pambıqçılıq, yemçilik inkişaf etdirilirdi.
Mahalda Azərbaycan türkləri yeganə xalqdır ki,
(əgər qışlaq, yaylaq mövsümü ilə əlaqədar
yerdəyişməni nəzərə almasaq) oturaq həyat tərzi
sürür. Yəni ermənilər, yunanlar, qaraçılar kimi
əlavə yüngül qazanc dalısınca digər bölgələrə
ketmirlər. Qadınlar adətən heyvandarlıqda süd,
yağ, pendir istehsalı, həyətyanı təsərrüfatda
xırda-para işlərin icrasında, evdə isə uşaqlara
baxmaq, məişət işləri ilə məşğul olurdular. 1670-ci
ilin məlumatına əsasən, qəzada yaşayan
Azərbaycan türklərinin əkinə yararlı torpaq
sahələri demək olar ki, yox dərəcəsində imiş.
Onlar əsasən icarəçilərin torpağında, qolçomaq,
bəy və dikər millətlərin nümayəndələrinin
təsərrüfatında çalışmış, əməklərinin dəyərinin
müəyyən bir qismi onlara çatarmış. Mahalda olan
əhalinin 80-85 faizi isə dövlət torpaqlarında
çalışardı. Kəndli şəxsi mülkiyyətçiliyində
mahalda yalnız Əngkrevan (90 ailə), Məmişli (20),
Xançığazlı (15), dövlət mülkiyyətçiliyində isə
Beytərəfçi (21 ev), Quşçu (8) və Kolakir (28)
kəndlərinin əhalisi çalışardı. Mahalın
əhalisinin 17 faizinin və ya 12,5 % ailənin torpağı
olmamışdır.
Azərbaycan türklərinin çoxlu
mal-qarası, qoyun-keçisi və atları var idi.
Onların əsas məşğuliyyəti tarixən heyvandarlıq
olmuşdur. Lakin mal-qaradan gələn gəlir onları
demək olar ki, heç qane etmirdi. Çünki icarəçilər
(bəylər və xanlar) onlara elə məbləğdə verki
qoyurdular ki, kəndlilər ilin axırında hətta
onlara borclu da qalırdılar. Azərbaycan türkləri
Borçalıdakı başqa millət və xalqlara nis-bətən
çox qonaqpərvər, sözlərinə düz, riyakarlığa
nifrət edən, sakit təbiətli alicənab
insanlardır. Onlar ailədə çoxuşaqlılığı
sevirlər. Lakin iqlimin uşaq orqanizminə vurduğu
zərbə nəticəsində uşaqlar arasında (yeni
doğulmuş) ölüm əmsalı bəzi illərdə doğulanlardan
üstün olmuşdur. Ona görə də, təbii artım aşağı
düşmüşdür.
Borçalı qəzasının Borçalı
nümayəndəliyində (düzən bölgələrsiz və Zəlyəsiz)
yaşayan Azərbaycan türklərinin heyvandarlıqdan
ayrılıb, tam taxılçılıqla məşğul olmağa demək
olar ki, vaxtları qalmırdı. Odur ki, onlar mövsümi
olaraq 1-2, bəzi hallarda isə 3-4 aylığa dağlıq
ərazilərdən erməni, yunan və başqa millətlərin
nümayəndələrini dəvət edib, muzdlu fəhlə kimi
təsərrüfatın bu sahəsində işlədirdilər. Çox
vaxtlar hətta İranın bir çox mahallarından tat
və aysor millətinin artıq işçi qüvvəsindən bu
mahalda istifadə edirdilər. Buna görə də həmin
millətlərin sayı qəzada ildən-ilə artırdı.
Xalqın zəhmətkeş kütləsi Borçalının susuz, isti,
ilanlı-həşəratlı, müxtəlif gəmiricilərlə dolu
olan şəraitinə, ab-havasına yaxşı dözürdü. Demək
olar ki, il boyu bir dəfə də olsun
xəstələnmirdilər. Tat və aysor tayfalarına
mahalın Sarvan, Sadaxlı, Muğanlı,
Yekaterinenfeld, Qarayazı, Qaçağan, Ərəbli,
Ləmbəli və s. kənd məntəqələrində rast gəlmək
olur.
Nəticə etibarilə onu qeyd etməliyik
ki, əlimizdə olan rəsmi dövlət sənədlərinin, bir
sıra tədqiqatçı-mütəxəssislərin material və
elmi işlərinin araşdırmalarından aydın olduğu
kimi, Borçalı mahalında 1873-1875-ci illərdə əhali
üzrə aparılmış elmi tədqiqatlar, etnoqrafik
məcmuədəki nəticələr sübuta yetirir ki, burada
yüz minə yaxın əhali qeydə alınmışdır. Bu yüz min
nəfər əhali özündə 7 millətin nümayəndələrini
birləşdirmişdir. Eyni zamanda təkzibolunmaz
faktlar, dəlillər vasitəsilə müəyyən etdik ki,
buranın qədim yerli əhalisi tarixən Azərbaycan
türkləri olmuşlar. Statistik materiallardan
aydın olur ki, müsəlmanlar arasında həm təbii
artımın, həm də ölüm (uşaqlar arasında) əmsalının
yüksək olması, mexaniki hərəkətin isə
ermənilərə, ruslara və gürcülərə nisbətən aşağı
olması mahalda XV əsrin əvvəllərinə qədər sabit
artım fərqani nəzərə az çarpdırır. Halbuki
Azərbaycan türklərinə, ümumiyyətlə, onların
yaşadıqları ərazilərə dövlətin heç bir qayğısı
olmamış, əhali kortəbii həyat tərzi keçirərək,
yerli istismarçı qüvvələr tərəfindən var-yoxdan
çıxarılıb istismar olunmuşdur. Onu da qeyd
etməliyik ki, Azərbaycan türkləri yaşayan
məntəqələrdə sosial-iqtisadi təminat yox
dərəcəsində idi. Lakin Şüləver, Yekaterinenfeld,
Rus-Kerkeri və s. məntəqələrdə yaşayanlara tamam
başqa imtiyazlar verilmişdir. Yüz min nəfərlik
bir mahalda heç bir şəhər və qəsəbə
salınmamışdır. Mahalın ən qədim və ən iri,
coğrafi mövqe baxımından əlverişli, Tiflis kimi
iri inkişaf etmiş şəhərə yaxın olması və eləcə də
ərazisində magistral yollar qovşağında yerləşən
Sarvan məntəqəsinin olmasına baxmayaraq, onun nə
Tiflislə, nə də ətraf məntəqələrlə
telefon-teleqraf əlaqəsi, bələdiyyə, sahə polis
idarəsi belə yox idi. Şüləver kəndi isə mahalın
sosial-iqqisadi baza mərkəzi olmaqla yanaşı, həm
də mahalın mərkəzi məntəqəsi sayılırdı. Buradan
aydın olur ki, mahalda yerli türklərə qarşı
ögeylik hələ də davam edir. Tarix boyu öz murdar
əməlləri ilə məşhur olan erməni millətçiləri çar
hökumətinin Qafqazdakı səlahiyyətli
nümayəndəliyində işləyən rüşvətxor məmurlarla
əlbir olub, mahalın bütün təsərrüfat sahələrində
lazımi vəzifələrə gəlmə erməniləri seçmiş,
işküzar, təmizqəlbli Azərbaycan türkləri isə bir
qayda olaraq rəhbərlik tərəfindən təhqirə,
istismara məruz qalmışlar. Bu faktı Borçalının
nəinki iqtisadi və sosial həyatında, hətta yerli
əhalinin adi insan hüquqlarının tapdalanmasında
da açıq-aydın görmək mümkündür. Namərd və qaniçən
ermənilər indinin özündə də bu bədnam
əməl-lərindən əl çəkmirlər. Lakin dözümlü və
həmişə öz nəslini artırıb yaşadan qadir
xalqamız, əsrlər boyu ermənilərin və
digərlərinin ona qarşı etdikləri alçaq və məkrli
hərəkətlərinə mərdliklə sinə gərərək, ən ağır
şəraitdə belə düşmən qarşısında başını həmişə və
hər yerdə uca tutmuşdur. Bu dediklərimizi
regionun son statistik rəqəmləri sübuta yetirir.
|