|
BORÇALI VƏ QONŞU BÖLGƏLƏRDƏKİ
TÜRKLƏRİN TARİXİ
Qədim Azərbaycan torpaqlarının
ayrılmaz hissəsi olan Borçalı və onun daimi
sakinləri-yerli türklər, onların tarixi keçmişi
haqqında elmə məlum olmayan bəzi
anlaşılmazlıqlar mövçuddur.
Son illərdə aparılan araşdırmalar
nəticəsində tamamilə yeni, əsl həqiqəti əks
etdirən konsepsiya yaranmışdır. Bu
konsepsiyanın əsasını Azərbaycanın şimal-qərb
regionlarında yeni eradan əvvəlki minilliklərdə
türk mənşəli etnosların yaşaması faktı təşkil
edir. Daha doğrusu, ərazilərdə müxtəlif
dövrlərdə gəlmə türk tayfaları ilə yerli türklər
arasında konsolidasiya, qaynayıb-qarışma
prosesi baş vermişdir. Bunun nəticəsi olaraq
təkcə Borçalı qəzasında təxminən 60-a yaxın türk
mənşəli tayfanın izləri indi də qalmaqdadır.
Azərbaycanlıların qədim türk mənşəli
olması haqqında tarixdə çox mülahizələr deyilib
yazılmışdır. Ona görə də elə zəmanəmizdə də
azərbaycanlıların etaosu, onların qədimliyi,
hansı qollardan və tayfalardan yaranıb
formalaşması elm aləmində tarixi, bəzən də qeyri
- məntiqə dolaşıqlığa səbəb olur.
Son illərin araşdırmaları sübuta
yetirir ki, doğrudan da, azərbaycanlıların ulu
əcdadları sırasına atropatenləri və albanları
da daxil etmək olar. Həmin ulu qədimlik eramızdan
çox-çox əvvəllərə III minilliyə aparıb çıxarır və
bu barədə aşağıda ətraflı söhbət açacağıq.
Bilavasitə əcdadlarımız olan atropatenlərin və
albanların türk mənşəli olmalarını ilk dəfə
sübuta yetirən türk mənbələri və Q.
Qeybullayevin araşdırmaları olmuşdur. Əsaslı
mülahizələr və araşdırmalar nəticəsində məlum
olmuşdur ki, Azərbaycandan aralı düşən, lakin
onunla soyqardaş münasibəti yaradan Borçalı və
onun ətraf məntəqələrində məskunlaşan əhalinin
taleyi həmişə Azərbaycan xalqı ilə bağlı olmuş,
tarixi keçmişi və milli mənsubiyyət baxımından
onunla həmahəng formalaşmışdır.
Borçalı haqqında antik ədəbiyyatlarda
az da olsa müəyyən materiallara rast gəlmək
mümkündür. Lakin ən geniş məlumatlar qədim türk,
ərəb, fars, yunan və alman mənbələrindədir.
Bununla yanaşı, qədim gürcü mənbələrində də
müvafiq məlumatlar vardır.
Ən qədim gürcü mənbələrində Movakan
(indiki Balakən-Saqareco əraziləri) adlanmış
regionda əsasən din xadimləri Mannada, Midiyada,
sonra da Əhəmənilər dövlətinin tərkibindəki
maqlardan olmuşlar.
Mannalıların türkdilli olması
haqqında gətirdiyimiz dəlillər kutilərin və
lulubilərin Altay - Türk mənşəli olması
ehtimalını təsdiqləyir.
Eramızdan əvvəl VII əsrin əvvəllərində
antik müəlliflərin əsərlərində göstərilir ki,
"skif" adlanan böyük bir tayfa Şərqdən- Orta
Asiya tərəfdən Qara dənizin şimal hissəsinin
sahillərində yaşayan və "kimer" adlanan
tayfanın üstünə yeriyərək ərazisini zəbt edir.
Bu "skif"lərin təzyiqi altında
"kimmer"lər, onların ardınca həmin
"skiflər" cənubi Qafqaza, o cümlədən
Azərbaycan ərazisinə (əsasən
Qazax-Borçalı-Cəlaloğlu istiqamətində) hücum
etmişlər.
Antik dövrlərin yazılı məxəzlərinə
adı "skif" kimi yazılan tayfa "sak",
yaxud "saka", "kimer" kimi yazılan tayfa
isə "kəmər" adlarını daşıyırdılar. Bu iki
tayfanın gəlişi türk mənşəli qövmlərin
Azərbaycan (şimal-qərb) ərazisinə ilk böyük axını
oldu. həmin axın nəticəsində Azərbaycan xalqının
etnik tarixində köklü proses başlandı.
Şimaldan gəlmiş "kəmər" tayfaları
Gürcüstanın Azərbaycanla həmsərhəd (Qori,
Sığnax, Tiflis, Başkeçid, Sadaxlı, Ulaşlı, Baydar
(Paydar), Təkəli, Muğanlı, Qarayazı) bölgələrini
və Azərbaycanın Kür çayından cənubdakı
bölgələrini tutdular. Lakin burada çox
qalmadılar, çünki onların ardınca çoxsaylı
döyüşkən "sak" tayfaları gəlirdilər.
"Kəmər"lərin az hissəsi Azərbaycan -
Gürcüstan (əsasən Borçalı bölgəsi) sərhəd
zonasında məskunlaşmış, çox hissəsi isə Urartu
ərazisinə daxil olmuşlar. Eramızdan əvvəl 715-ci
ildə Urartu ordusu ilə "kəmər"lərin qanlı
vuruşmasında urartulular məğlubiyyətə
uğramışlar. "Kəmər"lər Kiçik Asiyaya girib,
eramızdan əvvəl 675-ci ildə oradakı Frikiya
dövlətini süquta uğratmışlar. Borçalı
əhalisinin əsasını təşkil edən "sak"lar
Qara dənizin şimal hissəsindəki çöllük
ərazilərdə "kəmər"ləri ərazicə sıxışdırmış,
sonradan isə "kəmər"lərlə birlikdə Cənubi
Qafqaza istiqamət götürmüşlər. Həm
"kəmər"lər, həm də "sak"lar süvari
etnoslar idi; onlar atdan minik, qoşqu vasitəsi
kimi, südündən və ətindən isə ərzaq kimi istifadə
edirdilər. Ona görə də antik müəlliflər hər iki
xalqı "at südü içənlər" adlandırırdılar. Bu
hal bütün qədim türk xalqları üçün səciyyəvi
olmuşdur. "Sak"lar Gürçüstanın şərqani
(Borçalı, Pənbək), bütünlüklə Şimali Azərbaycan
ərazisini tutmuş və eramızdan əvvəl 680-cı ildə
Araz sahillərinə çatmışlar.
"Kəmər"lərin bir qismi Kiçik
Asiyada (Türkiyədə), digər qismi isə Azərbaycanın
cənubunda bərqərar oldular, digərləri də gəlmə
"kəmər"lərə qoşulub, Azərbaycan - Gürcüstan
bölgələrinin yerli sakinləri ilə
konsolidasiyaya uğradılar. "Kəmər"li və
yerli Borçalı əhalisi arasında "Qəmərli"
adı ilə hələ də onlarla kənd yaşayış məntəqəsi
qalmaqdadır.
Eramızdan əvvəl 652-ci ildə yuxarıda
adları çəkilən bölgələrdə müxtəlif etnik
dillərdə danışan yerli türklərin, gəlmə türk
mənşəli tayfaların, farsdilli tayfaların və
xalqların qaynayıb-qarışması, assimilyasiyaya
uğraması nəticəsində əhalinin bəzən
köçürülməsi, bəzən də əsir halında digər
bölgələrə sürgün edilib məskunlaşması prosesi
başlanmışdır. Bu hadisələr Azərbaycan
ərazisində çox sayda türk mənşəli qövmlərin
etnik prosesinin yeni mərhələsinin əsasını
qoydu. "Manna" və "Maday" etnosları ilə
"kəmər" və "sak" qövmlərinin
qaynayıb-qarışması əsasında atropatenlərin
təşəkkül tapmasını təmin etmiş etnik prosesə
gəlmə türk mənşəli komponentlərin daxil
olmasını sürətləndirdi.
Bu dövrlərdə Kür-Araz çayları boyunca
(Qafqaz böl-gəsində) müxtəlif türk mənşəli tayfa
birləşmələrinin yerli sakinlərlə
konsolidasiyası prosesində Azərbaycanın
şimal-qərbində, Borçalı-Qazax qollarındakı
yaşayış məntəqələrinin tərkibində həddən çox
şın, şin, şən, sin və li, lu şəkilçiləri olan adlar
işlədilmişdir. Təxminən iki min ildən artıq vaxt
keçməsinə baxmayaraq, Borçalı mahalının dağlıq
Başkeçid bölgəsində Qəmərli, Şindillər, Ormeşən,
Ormeşen, Saca, indiki Marneuli rayonunda Təkəli,
Ərəblər və s. məntəqələr öz keçmiş adlarını
qoruyub saxlamışdır. Strabon əsərlərinin
birində antik dövrlərdən başlamış ta erkən orta
əsrlərə qədər Azərbaycanda, Cənubi Qafqazda və
Borçalı düzənliyində çox geniş təşəkkül tapmış
türk mənşəli qövmlərlə yanaşı, Ermənistanda
Qoqarena addı əyalətin (məmləkətin) adını da
çəkir. Qədim mənbələrin verdiyi məlumata görə,
Qoqarena (quqar tayfasının adından və Strabonun
əlavə etdiyi "ena" şəkilçisindən) indi
Ermənistandakı Quqark, Gürcüstanda isə Loru,
Ahılkələk, Dmanis, Axalsix və Borçalı
rayonlarını əhatə edirdi. K.V.Trever belə hesab
edirdi ki, "quqar"lar Albaniya və İberiyanın
(Gürcüstanın) həmsərhəd bölgələrində
məskunlaşıb yaşayırdılar.
Bəzi gürcü tarixçiləri
"quqar"ları iber (gürcü) dilli tayfa hesab
edirlər. Əlbəttə, biz nə Strabonun, nə də gürcü
mənbələrinin verdiyi məlumatlara inana
bilmərik, çünki elə I -ci əsrdə Borçalıda yaşayan
tayfalar artıq məlum idi. Gürcüstanda
qoqaren-yox, quqar tayfası artıq məskunlaşmışdı.
O ki qaldı gürcü mənbələrinə, bunlar
uydurmalar-dır: çünki, I əsr erməni müəllifi Faost
Buzand Albaniyanın şimal-şərqində yaşamış
"quqar" adlı tayfanın adını çəkir. Dağıstan
ərazisində indi də Quqarlı adında azərbaycanlı
kəndi vardır. Belə misalları çox çəkmək olar. V-VI
əsrlərdə Albaniyanın (Azərbaycan və Borçalı ilə)
şimal-qərbində, daha doğrusu, Gürcüstanın
cənub-şərqində bir əyalətin adı "Qardman",
"Girdman" kimi qeyd edilirdi. Əvvəl-cə,
"Qardman" (V-VI əsr), sonra isə (VII əsr)
"Girdman" adlanan bu bölgə indiki
Ağstafa-Qazax-Borçalı regionlarının ərazisini
əhatə edirdi. Təxminən 1300 ildən artıqdır ki, bu
"Qardman" və ya "Girdman" bir yaşayış
ərazisi (məntəqə) kimi bu gün də Borçalı
torpağının bir hissəsi olan, hazırda Azərbaycan
və Gürcüstan arasında körpü sayılan Qardaban
(Qarayazı) yaşayış məntəqəsi kimi mühüm
əhəmiyyət kəsb edir və bir bölgənin adını
tarixdə yaşadır. Daha dolğunluğu ilə desək,
"Girdman" adı mənbələrdə I əsrin ortalarına
aid hadisələrdə çəkilir, əhalisi "Qardman"
adlanırdı. Lakin "Qardman" adı ilə bağlı nə
tayfa, nə də xalq olub. Sadəcə olaraq etnik
mənbələrdə "Qardmanlar" sözünə rast
gəldikdə, o məntəqədə yaşayanlar nəzərdə
tutulur. Eramızdan əvvəl VIII-VII əsrlərdən əvvəl bu
bölgənin yerli əhalisinin milli tərkibi hələlik
dəqiqləşdirilməyib. Lakin bizim
araşdırmalarımızdan bu nətidcəyə gəlmək olur ki,
çox ehtimal "kəmər"lər, "sak"lar,
bunların tərkibində isə "uti"lər,
"quqar"lar və "sadak"lar həmin əsrdə
buraya gəlib məskunlaşmışlar. Güman etmək olar
ki, (bəzən bunu bir sıra Şərq mənbələri də təsdiq
edir) "Qardman" adını da bu məmləkətə o
dövrdə Orta Asiyadan gəlmiş "sak"lar
gətirmişlər. Çünki Orta Asiyada sıx məskunlaşmış
"sak" tayfaları ilə əlaqədar (erkən orta
əsrdə) Qardman əyalətinin (mahalının) adı
çəkilir. Bu bölgələrə "kəmər" tayfasının adı
ilə "Kəmərli" (Qardabani rayonunda), dağlıq
ərazidə (Başkeçid) "Qəmərli", "sadak"
tayfasının adı ilə bağlı Borçalı
nümayəndəliyinin Sadaxlı və s. kimi yaşayış
məntəqələrinin adlarının yaranmasını qeyd etmək
olar.
"Girdman" adlı digər bir əyalət
Dağlıq Şirvanda yerləşir. Maraqlı burasıdır ki,
Dağlıq Şirvanda bir çay Girdmançay adlandığı
kimi, Şəmkirçay da qədimdə Girdmançay adlanırdı.
Mənbələrdən aydın olur ki, Dağlıq Şirvanda
Girdman mahalının adı ilk dəfə XI əsrdə
Şirva-ninin şerlərində çəkilir. Ümumiyyətlə, IV-V
əsrlərdə Qardman bölgəsində xristian dini hakim
idi. Lakin bu o demək deyildir ki, əsrlər boyu bu
bölgənin əhalisi xristian olmuşdur. Çünki antik
müəlliflərin verdiyi məlumata görə, er.əv. III-II
minillikdə bu ərazilərdə müxtəlif vaxtlarda
qeyri-müəyyən sayda türk mənşəli tayfalar gəlib
məskunlaşmışdır. Qeyd etmək lazımdır ki, bu
tayfaların əksəriyyəti bir müddətdən sonra
başqa qonşu ərazilərə meyl göstərmişdir. Bir
faktı qeyd etməliyik ki, eramızın VI əsrində bu
bölgələrə farslar da gəlib məskunlaşmışlar.
Beləliklə, onu nəzərə çarpdırmaq lazımdır ki,
Azərbaycan xalqının təşəkkül prosesinin əhatə
etdiyi arealın sərhəd-lərini müəyyənləşdirmək
çox mürəkkəb bir problemdir. Özü də bu, xüsusi
tədqiqat obyektidir. Nəticə etibarilə onu qeyd
etməliyik ki, Azərbaycandan kənarda hər üç böyük
region və mahalda məskunlaşmış əhalinin
soykökünü qədim türk mənşəli tayfalar təşkil
etmişdir. Onlar Ermənistanın Göyçə gölü ətrafı,
İrəvan şəhəri və onun ətrafı, Loru, Pənbək,
Borçalı (həm Ermənistan, həm də Gürcüstan
Borçalısı), Qara dənizin şimal-qərb bölgəsi,
Ahısxa bölgəsi, Qardaban (Qarayazı), Muxran,
Sığnax-Qaraçöp bölgələri və Gürçüstanın Toxabir
(Pərvanə) gölü ətrafı, Boqdanovka, Barmaqsız
(Zəlyə) düzənliyi və s. yəni indiki Ermənistan,
Gürcüstan və Dağıstan ərazilərində yaşamış-lar.
Gürcü tarixçiləri Borçalı mahalında türkdilli
əhalinin mənşəyini orta əsrlərə aid ediblər.
Lakin son illərdə antik və erkən orta əsrlər
müəlliflərinin materiallarını araşdırıb
saf-çürük etdikdə bu nəticəyə gəlmək olur ki,
qədimdə Qazax-Ağstafa mahalının, sonradan isə
Borçalı bölgəsinin və bilavasitə onun davamı
olan ərazilərdə er.əv.VIII -VII əsrlərdən başlayaraq
türk mənşəli "kəmər", "sadak",
"quqar", "qıpçaq", "oğuz",
"kənkər", "çinli" tayfalarının adlarını
əks etdirən toponimlər də diqqəti cəlb edir.
Eramızın ilk əsrlərində, hər halda VI
əsrdən gec olmayaraq, Albaniyaya qıpçaq
tayfaları gəldilər. Bu gəlmə qıpçaqlar əsasən
Qazax - Borçalı bölgəsində qərar tutub
məskunlaşdılar.
Azərbaycana gəlmə tayfaların
məskunlaşması ilə əlaqədar olaraq bir neçə yeni
türk mənşəli tayfalar meydana gəldi. Bu tayfalar
aşağıdakılardır: Kəbirli, Ulaşlı, Qaraçorlu,
Bozallar. Onlar yalnız Şimali Azərbaycanın
Ağstafa - Qazax - Borçalı bölgəsində məskən
saldılar. Uzun bir tarixi dövr keçməsinə
baxmayaraq, yuxarıda adları qeyd olunan
toponimlər Borçalının kənd adlarında da yaşayır.
İndiki Marneuli rayonunda Ulaşlı kəndi,
Saqarecoda Qara-çöp və b.
"Alban tarixi" kitabında qeyd
olunduğu kimi, III-VII əsrlərdə Çul Dərbənd
"qapısından" türk tayfaları axınla
Azərbaycana gəlmişdir. Qafqaz, Bizans, Suriya və
digər erkən orta əsr mənbələri də IV-V əsrlərdə
Zaqafqaziyaya (əsasən Azərbaycan, Gürcüstan)
türkdilli xalqların kütləvi axını haqqında
məlumat verir. Təbərinin fikrinçə isə, VI əsrin
ortalarında şah I Xosrov 10 min nəfərə qədər
xəzəriləri əsir götürərək onları... Azərbaycanda
və qonşu regionlarda yerləşdirmişdir.
Azərbaycana qonşu regionlar dedikdə şübhəsiz ki,
Borçalı və Göycə mahalları, yəni indiki
Gürcüstan və Ermənistan əraziləri nəzərdə
tutulur. "Kitabi-Dədə Qorqud" dastanlarında
da pəm Gürcüstan, həm də Tumanisi ayrılıqda Oğuz
elinə yaxın qonşu kimi xatırlanır. Həmin
yerlərin mövcud coğrafi mövqeyi də bu
mü-lahizəni real şəkildə təsdiq edir.
Ən qədim gürcü yazılı mənbələrindən
biri olan "Moksevan Kartlisa"da (VII əsr)
yazılır ki, e.ə. IV əsrin 30-cu illərində
Makedoniyalı İskəndərin İrana və Cənubi
Zaqafqaziyaya yürüşləri zamanı indiki Gürcüstan
ərazisivdə Kür çayı sahilində buntürklər
yaşayırmış.
Ermənistan tarixinin atası sayılan
Movses Xorenatsi eramızın ilk əsrlərindən
etibarən Zaqafqaziyada çoxlu türk mənşəli
qəbilənin oturaq həyat sürməsini söyləyir.
Alban tarixçisi Moisey Kağanqatlı
yazır ki, təxminən 442-445-ci illərdə hun padşahı 11
alayla Kür çayını keçib Ermənistanı və
Gürcüstanı fəth edir. Onun əsas dayanacağı məhz
hunlar tərəfindən tikilmiş Yunan (Xunan) və
Xalxal şəhərləri idi (həmin şəhərlər indiki
Qazax - Ağstafa ərazilərində olmuşdur).
Xalxal - Xunan istiqaməti ilə
Gürcüstana hücum edən onoqurlar 447-448-ci illərdə
Kolxidanı tuturlar. Onların bu hərbi yürüşü V əsr
Bizans tarixçisi Panili Priskin əsərində təsvir
edilir. VI əsr Bizans tarixçisi Aqafi (532-582-ci
illər) həmin hadisəni Priskin məlumatı əsasında
daha geniş şərh edərək yazırdı ki, Kolxidadakı
"Onoqris" yaşayış yerinin adı çox qədimdir;
o, onoqur adlanmış hun tayfalarının bu ərazidə
kolxidlərlə vuruşmasının bir növ yadigarıdır.
Yuxarıda qeyd olunan faktlar başqa
tarixi mənbələrdə də sənədləşdirilmişdir. VII-IX
əsrlərin gürcü mənbələrində, o cümlədən
"Moktsevan Kartlisa"da qeyd olunduğu kimi,
buntürklər (qədim türklər, köktürklər) adlanan
türklər-Sabirlər Şərqi Gürcüstanda VI əsrdən
yaşayırlar. Həmçinin mənbələrdə VI əsrdən Bolnisi
rayonunun tabeliyində olan Kəpənəkçi kəndinin
və həmin adda Kəpənəkçi tay-fasının adı ilə bağlı
Bolnis-Kəpənəkçi çayının adı çəkilir. Bu da,
şübhəsiz, Kəpənəkçi tayfasının həmin çayın
vadisində qədim dövrlərdən məskunlaşdığını
söyləməyə haqq qazandırır.
Beləliklə, aydın olur ki, Kəpənəkçi
tayfası hələ qədim zamanlarda həmin ərazidə
məskunlaşmış və öz adını da buradan axan çaya
vermişdir.
XII-XIII əsrlərin gürcü mənbələrində qeyd
olunur ki, naqivçakara (qədim qapçaqlar) adlanan
qıpçaqlar buraya VIII əsrdən gəlmişlər.
Tarixdən məlumdur ki, 853-cü ildə Böyük
Buqun (türkdür) rəhbərliyi ilə ərəb qoşunu
Kartliyə hücum edir. O dövrdə Böyük Buqun
fəaliyyəti haqtında gürcü salnaməsində
nəzər-diqqəti cəlb edən məlumatlar verilir:
"Dərbənd darvazasını açır və 300 xəzər ailəsini
çıxardaraq, onları Dmanisidə (Başkeçiddə)
yerləşdirir" XII əsrdə isə Gürçüstana 225 min
Şimali Qafqaz qıpçağının köçürüldüyü qeyd
olunur. Həmin mənbələrdə yeni köçürülmüş
qıpçaqlar axaliqivçaklara (yeni qıpçaqlar)
adlanır. Türkdilli xalqların Gürcüstanın
cənub-şərq ərazisinə, o cümlədən Borçalıya erkən
orta əsrlərdən köçüb (V-IX əsrlər) məskunlaşması da
tarixi sənədlərdə qeydə alınmışdır. Bəzi
mülahizələrə görə, XI əsrdə oğuz-səlcuq türkləri
kütləvi şəkildə Zaqafqaziyaya gəlib, qısa vaxtda
demək olar ki, bütün Azərbaycan türkləri yaşayan
regionlarda, o cümlədən Şərqi Gürcüstanda
(Borçalı) məskunlaşmışlar. Nəhayət, XI-XIII əsrlərdə
Azərbaycana oğuz və monqol tayfalarının gəlişi
özlüyündə ərazidə yeni-yeni türk qövmlərinin
yaranması istiqamətində etnik proses
özünüadlandırma ilə nəticələnirdi. Yalnız XII-XIII
əsrlərdən sonra "türk" özünüadlandırması
vətəndaşlıq hüququ qazandı. Elə bu illərdən
Azərbaycanın ayrılmaz hissəsi olan
Borçalı-Pənbək-Loru bölgələrində tayfa
məsələsinə son qoyularaq bir xalq kimi türk
əhalisi fəaliyyət göstərməyə başladı. Bu xalqın
izləri və qədim tarixi inciləri IV-V əsrdən üzü bu
yana Azərbaycan, Gürcüstan və Ermənistan
ərazilərində qalmaqdadır. Erkən orta əsr
mənbələrindən məlumdur ki, Qafqazda, əsasən
Borçalıda, Ermənistanın düzən və dağətəyi
bölgələ-rində və Azərbaycanda oğuzlar
yaşayırdılar. Hər üç ölkənin dağlıq əraziləri
oğuzlar üçün yaylaq yerləri olmuşdur.
"Kitabi-Dədə Qorqud"dakı yer adlarının
əksəriyyəti Ermənistan Borçalısında və Şərqi
Türkiyədə lokalizə olunur. Borçalı və Tiflis
ətrafı bölgələrə oğuz tayfalarının bir hissəsi
sonralar Səfəvilər dövründə də gəlmişlər.
Borçalı və Tiflis ətrafı bölgələrdə Səfəvi
şahları hərbi xidmətlərinə görə onlara
maldarlıqla məşğul olmaq üçün örüş yerləri və
biçənək sahələri də verdilər.
Türk tayfalarının ən qədim
zamanlardan etibarən Zaqafqaziyada, o cümlədən
indiki Gürcüstan ərazisində (əsasən Borçalı
qəzasında) və ona qonşu dağətəyi bölgələrdə
məskunlaşıb yaşamalarına dair müxtəlif tarixi
yazılı mənbələrdən kifayət qədər əsaslı faktlar
və məlumatlar əldə etmək olar. Misal üçün,
eramızdan əvvəl VII əsrdə bir neçə türk tayfasının
bu ərazilərdə aborigen tayfa kimi yaşamaları
haqqında çoxlu dəlillər vardır. Hazırda bu
tayfaların sayı Borçalıda 60-a çatır. (Bu haqda
əsərin "Əhali" bölməsində geniş şərh
olunur).
Eramızın lap əvvəllərində Aspindza,
Adıgün, Axalsix, Batum, Suxum ərazilərində,
ümumiyyətlə, türk mənşəli tayfaların
yaşadıqları haqqında əsaslı məlumatlar vardır
("Derevyannoe zodçestvo Qruzii" kitabı).
... Bəli, Güney Qafqaz ən qədim insan
məskənlərindən biridir. Bu torpağın ilk
sakinləri bizim hər birimizin ulu əcdadlarımız,
dədələrimiz və babalarımız olub... Qarapapaqlar
Miladdan öncə bu torpaqlara həyat gətirmiş, oğuz,
qıpçaq adlarıyla Doğu Anadolunun da ilk
sahibləri olaraq tarixə düşmüşlər.
Qədim dövrlərdən üzü bəri öz varlığını
qoruyub saxlayan igid qarapapaqlar yurdu
Borçalı mahalı XVIII əsrin əvvəllərində Gəncə
bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi
Ziyadoğlu Muğanda Nadirin İran şahı elan
olunması əleyhinə çıxdığı üçün 1736-cı ildə
Tiflisi zəbt edən Nadir şah (1735-1736) Borçalını
Qazax mahalı ilə birlikdə Gəncə
bəylərbəyliyindən alıb, həmin əyalətlərin idarə
olunmasını Kartli-Kaxeti çarı Teymuraza həvalə
etmiş, əvəzində onun oğlu İraklini girov
götürmüşdü. Gəncəli Cavad xan öz hakimiyyəti
dövründə (1785-1890) Borçalı mahalını Gəncə xanlığına
qaytarmışdı.
Güney Qafqazın Rusiyaya
birləşdirilməsindən sonra, yəni XIX əsrin
əvvəllərində Borçalıya əlahiddə "tatar
dinastasiyası" statusu verilmiş, 1877-ci il
martın 25-də Borçalı dinastiyasının bütün
torpaqları ilə Tiflis quberniyasının Trialet və
Loru nümayəndəlikləri birləşdirilərək müstəqil
inzibati ərazi vahidi Şüləver inzibati bölgəsi
yaradılmış, 1880-ci il mayın 6-da həmin bölgə
əsasında Borçalı nümayəndəliyi təşkil
edilmişdir. Borçalının sonrakı aqibəti isə belə
olmuşdur. 1918-1920-ci illərdə, yəni Azərbaycan
Demokratik Respublikası dövründə Borçalı
Azərbayan, Gürüstan və Ermənistan
respublikaları arasında mübahisəli ərazi
sayılıb milli, etnik, tarixi-etnoqrafik
prinsiplərə əsasən Azərbaycan Borçalının orta
zonasını (indiki Marneuli, Bolnisi, Dmanisi
rayonları ərazisi) özününkü hesab edirdi. Bu
barədə Azərbaycan və Gürcüstan xarici işlər
nazirlikləri arasında müqavilə də bağlandı.
1918-ci ilin axırlarında Borçalı torpaqları
üstündə Ermənistan-Gürcüstan müharibəsi baş
vermiş, sonradan münaqişə danışıqlar əsasında
dayandırılmış və barışıq elan olunmuşdur.
Barışığın şərtlərinə uyğun olaraq Borçalının
dörd nahiyəsindən (nümayəndəliyindən) (Borçalı,
Yekaterinenfeld, Loru, Zəlyə) biri və həm də ən
böyüyü-Loru nahiyəsi neytral zona elan
edilmişdir. 1921-ci ildə şura hökumətinin gəlişi
ilə "beynəlmiləlçilik" siyasətinə əsasən
həmin zona, yəni indiki Noyemberyan, Tumanyan,
Stepanavan, Kalinino inzibati bölgələrinin
əraziləri Ermənistan Respublikasına peşkəş
verildi. O ki qaldı 3 min kvadrat kilometr ərazisi
olan Borçalı. Zəlyə-Başkeçid və Yekaterinenfeld
nümayəndəliklərinə, bunların da sonrakı aqibəti
sevindirici olmadı. Belə ki, 1929-1932-ci illərdən
başlamış 1956-cı ilə kimi bu üç nümayəndəliyin
istər adları, istərsə də əraziləri dəfələrlə
təhrif edilmiş, dəyişdirilmiş, kiçildilmişdir.
Guya bu barbarlıq, bu saxtakarlıq belə də olmalı
imiş?!.
Təəccüblü burasıdır ki, adı heç vaxt
rəsmən (dövlət tərəfindən) çəkilməyən,
şan-şöhrətli Qarayazı bölgəsi əhalisinin
soykökünün, soyadının, milli mənsubiyyətinin,
tarixi keçmişinin, etik-mənəvi sərvətlərinin,
dəyərlərinin dininin, dilinin, sazlı-sözlü
folklor nümunələrinin, adət ənənələrinin
Borçalı mahalındakı qan qardaşları ilə tam
mənada eyni olmasına baxmayaraq, Borçalı
mahalından qəsd-qərəzliklə çıxdaş edilmişdir.
Geniş oxucu kütləsinin nəzərinə
çatdırmaq istərdik ki, Borçalı parçalandıqdan
(1921) sonra 70 ildən çox bir dövr ərzində tariximizi
unutdurmaq üçün bədnam qonşular 250-yə yaxın
yaşayış məntəqəsinin 200-dən çox adını, on minə
yaxın dağ, dərə, yamac, çay, göl, arx, qala, körpü,
suayrıcı, aşırım adlarının 8300-ə qədəri
qeyri-qanuni tərzdə dəyişdirilmiş (lakin xalq
arasında hələ də keçmiş adlar işlədilir),
Ermənistan ərazisində isə qədim Azərbaycan-türk
ad-ları xain, cahil daşnakların qara əlləriylə
tarixi-coğrafi xəritələrdən büsbütün
silinmişdir.
Gürçüstan ərazisində də ümumi
vəziyyət acınacaqlı və qan-qaraldıcıdır. Orada
da el-obalarımızın, yurd yerlərimizin ulu
adlarını heç bir çoğrafi və tarixi-etnoqrafik
uyarı olmayan sözlərlə əvəz edirlər.
Şübhəsiz, ulu Borçalının tarixi
aqibətinə elmi əsaslarla nəzər salmaq bu sənəd
materialları ilə bitmir. Çox güman ki, Borçalı
soydaşlarımız gələcək elmi axtarışlarının və
elmi tədqiqat işlərinin bir qolunu daş, paleolit
və neolit dövrlərinə həsr edib, tariximizi daha
dərin və dəyərli sənət inciləri və geniş
materiallar əsasında tədqiq edib öyrənəçəklər.
Çünki neçə-neçə dilsiz-ağızsız Borçalı
qəbiristanlığında olan sinə və baş daşları, su
quyuları, heyvanların suvarılması üçün (tövlə
şəraitində) su noyları (kəhrizlər), qədim qala,
mağara, keçid və körpülər türk ellərinin
tarixini bir sirlər xəzinəsi kimi xəlvətdə
saxlayır. Bunların harayına, umacağına, diləyinə
bizim nəsil çatmalıdır.
Hər hansı bir ərazinin məskunlaşması
çoxcəhətli tarixi-coğrafi prosesdir və təbiidir
ki, bu prosesin ləng və yaxud intensiv getməsi
həmişə və hər yerdə elmi-texniki tərəqqinin
inkişaf səviyyəsindən asılı olmuşdur.
İnsanların əqli tərəqqisi və buna bəşəri
təkamülün səviyyəsi nə qədər yüksək olursa,
əhalinin məskunlaşması da bir o qədər sürətlə və
müxtəlif formalarda təzahür edir. Başqa sözlə,
yaşayış məntəqələrinin-kəndlərin, qəsəbələrin,
şəhərlərin salınması məhz həmin səviyyədən
asılıdır.
Ümumiyyətlə, məskunlaşma dedikdə,
insanların yaşayıb-yaratması üçün ən lazımlı
şərait və şərtlərin məcmusu nəzərdə tutulur.
Təbiidir ki, bu prosesin mərkəzində onun ilkin
bazası, zəruri şərti sayılan yaşayış yerləri
alaçıq, qalacıq, koma, daxma və nəhayət, müasir
tipli mənzil, ev durur.
Ev insan yaşayışının və güzəranının
çox mühüm maddi vasitələrindən biridir. Yaşayış
binaları, evlər insanların təbiətə qarşı
apardığı mübarizənin, onların şüurlu
fəaliyyətinin, məqsədyönlü əməyinin ilkin
məhsullarındandır. Ev-eşik yaratmağın inkişaf
yolu uzun və mürəkkəb olub, müxtəlif
mərhələlərdən keçir. Bu xüsusiyyət Borçalı və
ətraf bölgələrdəki evlərə də aiddir. Həmin evlər,
tikililər zaman-zaman dəyişikliklərə uğramış,
təkmilləşmişdir. Lap qədim zamanlarda bu ellərin
Azərbaycan türkləri ibtidai, yerdən qazma torpaq
evlərdə, qara damlarda, tövlə yataqlarda,
olacaqlarda yaşamışlar. Sovet hakimiyyəti
illərində bəzi şəhər, qəsəbə və kəndlərdə
evtikmə işləri əvvəlcədən tərtib edilmiş baş
planlar, layihələr əsasında sənaye üsulu ilə
aparılmışdır.
Ümumiyyətlə, əhalinin məskunlaşması
problemi öyrənilərkən hər yerdə və bütün
cəmiyyətlərdə başlıca olaraq dörd amil əsas
götürülür. Borçalı və digər bölgələrdə məsələni
tədqiq edərkən biz həmin amillərə istinad
edirik. Bunlar aşağıdakılardır:
- Birinci amil məskunlaşmanın
sosioloji baxımdan daha geniş tədqiqi
aparılmaqla cəmiyyətin məkanca təşkili
formasını nəzərdə tutur.
- İkinci amil işçi qüvvəsinin kəmiyyət
və keyfiyyətcə formalaşmasına iqtisadi şəraitin
təsirini əhatə edir.
- Üçüncü amil coğrafi xüsusiyyət
daşıyır, məhsuldar qüvvələrin daha məqsədyönlü
səhmanlaşması əhalinin ərazi üzrə inkişafı və
yerləşdirilməsinin rolunu nəzərə almağı zəruri
edir.
- Nəhayət, dördüncü-demoqrafik amil
əhalinin təbii hərəkətinə təsir edən
sosial-psixoloji səbəblərin yaranması şəraitini
öyrənir. Bu baxımdan Gürcüstan-Azərbaycan
türklərinin məskunlaşdığı regionlar demək olar
ki, öz təbii-coğrafi şəraitinə, torpaq, bitki
örtüyünün zənginliyinə, su (əkin üçün) və
nəqliyyat bazasına, iqtisadi bazaya magistral
şose və dəmir yolları ətrafındakı mövqeyinə,
nəhayət, əhalisinin sayına, əmək ehtiyatlarının
bolluğuna görə Zaqafqaziyanın digər
bölgələrindən xeyli fərqli olub, özünəməxsus
imkanlara və inkişaf perspektivinə malikdir.
Tarixdən məlumdur ki, Borçalı ta
qədimdən oğuz türkləriylə məskunlaşmış geniş
bir ərazi olmuşdur. Türk qövmlərinin (tayfa) hələ
Miladdan öncə VII əsrdə bu yerdə yurd-yuva salıb
yaşamaları haqqında məlumatlar bir sıra ərəb,
fars, yunan, türk, alman, gürcü səyyahlarının,
sərkərdələrinin gündəliklərində və etnoqrafik
oçerklərində öz əksini tapmışdır. Bu deyilənlər
əsrimizin lap əvvəllərində Sankt-Peterburqda
nəşr edilmiş "Derevinnoe zodçestvo Qruzii"
kitabında da bir daha təsdiq olunur.
Əlbəttə, üç min il bundan öncə bu
yerlərdə türklərin məs-kunlaşması haqqındakı
məlumatlar milli tariximizin bəzi ən qədim
səhifələrini öyrənməyə kömək edir. VI-VIII
əsrlərdən X-XII əsrlərə qədər uzun bir tarixi dövr
ərzində ərəb, fars, yunan, alman, gürcü tacir və
səyyahları, qoşun sərkərdələri tərəfindən
hazırlanmış hərbi, tarixi-coğrafi xəritələrdə
təhrif edilmiş şəkildə olsa da, türk adlarının
tez-tez sadalanması bu yerlərin qədim türklərin
olduğunu bir daha təsdiqləyir.
Borçalı bir mahal, qəza və sultanlıq
(1880) kimi XVII - XVIII əsrlərdə rəsmi status alıb. XX
əsrin əvvəllərində müəyyən səbəblər üzündən
parçalanmaya məruz qalmış və 1921-1952-ci illərdə isə
hazırki in-zibati rayonlara ayrılmışdır.
Borçalı və sair bölgələrin (Saqareco,
Loqodexi, Telavi, Msxeta, Kareli, Kaspi,
Tetri-Tskaro (Ağbulaq), Zəlyə) əhalisi 60-dan çox
türk tayfasından təşəkkül tapmışdır. Bunlardan
ən geniş yayılmış və hazırda öz qədim irsini,
adət-ənənəsini qoruyub saxlamış olanlar
borcoğlular, qarapapaqlar, tərəkəmələr, oğuz,
qıpçaq, iskit və xəzərlər, hunlar, səlcuq və
barsillərdir. Özlüyündə bunların hamısı bizim
ulu qıpçaq-oğuz kökümüzdür.
Gürcüstandakı Azərbayçan türklərinin
qədimliyini sübuta yetirməkdə bizə kömək
göstərən, "canlı şahid" rolunu oynayan,
toxunulmaz, müqəddəs saydığımız tarixi abidələr
və etnoqrafik materiallardır. Bu müqəddəs abidə
və sənət incilərində, körpülərdə, qəbirlərin
sinə və baş daşlarında türk, ərəb, fars
dillərində həkk olunmuş yazılar onların
qədimliyi haqqında qeyd etdiklərimizi bir daha
təsdiqləyir. Belə tarixi incilərdən indiki
Marneuli rayonunun Ərəbli, Təkəli, Quşçu, Qaçağan
kəndlərindəki yeraltı şəhərciklər, su quyuları,
qoç abidələri, günbəz və təndir abidələrini,
Başkeçiddə üçmərtəbəli qədim türk
qəbiristanlığını, Lök Candarda ermənilər
tərəfindən saxtalaşdırılmış Alban kilsələrini
(əslində səkkizləpirli qədim türk
günbəzləridir), Bolnisi rayonunun Arıxlı
kəndindəki bir sıra tarixi abidələri, Qoçulu
qalasını, Cənnət meydanını, Qarayazı bölgəsində
Ağ Təhlə, Qara Təhlə və Qarayazı məntəqələrini
göstərmək olar.
Bir mahal kimi Borçalının taleyi
müxtəlif mənbələrin verdiyi məlumatlara görə,
son üç yüz ildə heç də sevindirici olmamışdır.
Müxtəlif hərbi istilalardan yenicə yaxa
qurtarmış Borçalı əhalisi, sıx kompakt həyat
sürmək əvəzinə yenidən pərakəndə yaşamağa məruz
qaldı. Azərbaycan türkləri Borçalının ən münbit
və məskunlaşma baxımından yaxşı mənimsənilmiş
bölgələrindəki qədim daimi yaşayış yerlərini
tərk edərək Gürcüstanın cənub-şərqindəki
Saqareco, Loqodexi, Karel, Kaspi və s. bölgələrinə
pənah apardılar. Bundan bir müddət sonra
Azərbaycanda xanlıqlar yarandı. Borçalıda isə
sultanlıq elan olundu. Lakin çox keçmədi ki,
Borçalıda müxtəlif çəkişmələr və istilalar
nəticəsində sultanlıq da ləğv olundu.
XI yüzillikdə yaşamış soydaşımız
Hübeyş Tiflisinin dahilik şöhrəti onu yetirən
Tiflis müsəlman mühitinin dərin və qədim kökləri
olduğunun tutarlı təsdiqidir. Türk alimi və
mütəfəkkir F. Kırzıoğlu "Qarapapaq (Borçalıda
yaşayanları nəzərdə tutur. Müəllif) uruğunun
Kür-Araz boy-larındakı 1800 ilinə bir baxış" (1971)
əsərində bu məlumatları çox həssaslıqla
açıqlayır. "Borçalı və Qazax adlı iki qola
ayrılan bu xalq Qıpçaq (Kuman-Xəzər) Oğuz
uruğundan sayılır... Bu iki igid, atlı-köçəri
qəbilənin XI yüzilin axırlarında Borçalı-Qazax
çayları ətrafındakı ərazidə yerləşdilər və 1064-cü
ildə Səlcuq sultanı Alp Arslanın qarşısında
bütünlüklə islam dinini qəbul etdik-ləri,
"Türkistandakı Qaraqalpaq Qazax ləhcəsində
qonuşduqları son dərəcə inandırıcıdır".
Həqiqət naminə demək lazımdır ki, o vaxtlar türk
tayfalarının Borçalıya gəlişi (bu axın türklərin
tarixdə ikinci əsas və güclü axını idi, belə
axınlar təxminən dörd dəfə olmuşdur) yalnız və
yalnız soydaşlarına arxa durmaq (əsasən
Gürcüstanın Adıgün, Aspindza, Axalsix, Ahılkələk
və Boqdanovka nahiyələrinin: Sağamoy, Toxabir və
ya Pərvanə (bu həm də gölün adıdır), Kənzə,
Zəlyə-Barmaqsız bölgəsinin Dağ Sarvan, Culuxlu,
Ködəkli və Novruzalı və s. məntəqələr) məqsədilə
olmuşdur. Lakin qeyd olunmalıdır ki, X-XII əsrlərdə
səlcuq-ların, ərəblərin bu mahala gəlişlərinə
qədər, bu məmləkətdə artıq yerli Azərbaycan
türkləri yaşayıb-yaradırdılar.
Azərbaycan türklərinin Gürcüstanda
belə pərakəndə dağılmasının ən əsas
şərtlərindən biri yuxarıda qeyd etdiyimiz kimi,
bol suyun, münbit torpaqlı əkin sahələrinin və
əlverişli coğrafi mövqelərin olması ilə yanaşı,
hər 100-150 ildən bir xaricdən İran, Türkiyə
dövlətlərinin və daxildə isə xanlıqların öz
ərazi-iqtisadi imkanlarını ge-nişləndirmək
məqsədilə apardıqları müharibələr olmuşdur. Hər
bir müharibə nəticəsində döyüşdə iştirak etmiş
minlərlə adam bu ərazilərdə məskunlaşdırılmış
(məcburi və könüllü), yerli əhali isə qismən
ətraflara - Maşaver, (Cağala), Alket, Xram
(Təvədöy), Debed (Borçalı) çaylarının sahillərinə
və meşəlik sahələrə çəkilməyə məcbur
etdirilmişdir. Buna görə də Borçalı
mahalının mərkəz bölmələrində kənd yaşayış
məntəqələri daha iri olub (bir kənddə 100-150 ailə).
(XIII əsrin axırlarına - XIX əsrin əvvəllərinə olan
məlumat). Kəndlərin forma və quruluşuna görə isə
topa şəkilli, çay dərələri boyunca isə
terrasvari (pilləkən) olub, zəncirvari şəkildə
biri digəri ilə dərə boyu birləşir. Bəzi yerlərdə
isə uzunsov lent formalı görkəmi almışdır.
XVI əsrin axırları və XVII əsrin
əvvəllərində belə müharibələrin birində
Gürcüstanın Azərbaycan türkləri yaşayan
ərazilərinə türk və türk mənşəli tayfaların
miqrasiyası (köçmə) güclənmişdir. Nəticə
etibarilə Kaxetiyanın bəzi ərazilərinə Sefid
yürüşü - axını olmuşdur. Qarabağ mahalından bu
ərazilərə Azərbaycan ailələri (Msxeta, Telavi,
Sığnaxın bir sıra Azərbaycan kəndləri və Saqarec
onun Yormuğanlı-Qaraçöp (İormuğanlı) kompleks
kəndləri başqa iyirmi dörd Qacar və Peykar xan
olmaqla) köçürülmüşdür.
Tarix göstərir ki, Borçalı əhalisi
daim faciələr mənbəyində yaşamışdır. Onun yerli
əhalisi (Uçalı, Çaxarlı, Ərəbli, Saral, Tərkəvin,
Təkəli, Borçalı qarapapaqları, Tərəkəmələr,
Qaragözlü, Şaxsevən, Bayandur və buraya sonradan
köçürülmüş kiçik tayfalar (60-a yaxın) XVII-XVIII
əsrlərdə olmazın məşəqqətlərə məruz qalıb öz
məskunlaş-
mış areallarını tərk etməyə
başlamışdır. Bu dövrlərdə Borçalı tez-tez xarici
və daxili düşmənlərin əsarəti altına düşmüş,
ərazisi və iqtisadiyyatı talan olunub
dağılmışdır. Bu illərdə (1770-1775) Qubada
hakimiyyətdə olan Fətəli xan vahid Azərbaycan
dövləti yaratmaq haqqında geniş plan
hazırlamışdır. Lakin Türkiyə, İran qoşunlarının
iradəsini qıra bilməyən Fətəli xan Rusiyanın
vasitəçiliyi nəticəsində
P İrakli ilə münasibətləri nizama
salmış və Borçalı mahalını parçalanmaqdan xilas
etmişdir. Fətəli xanın ölümündən (1789) sonra onun
çətinliklə də olsa yaratdığı dövlət
parçalanmaya məruz qaldı. Bu parçalanma
Borçalının başına bəlalar kətirdi. Bundan sonra
İran taxt-tacına sahib olan Nadir şah üstəlik
fərman verib Qazax, Kəncə, Şəmkir və Şəmsəddini
Kartli çarı Teymurazın sərəncamına verdi.
Borçalının ikinci tarixi faciəsi də elə bu
dövrlərdən başladı. Bir müddətdən sonra P
İraklinin köməyindən istifadə edən Şahverdi xan
İran qoşunlarını Gəncədən çıxardı, özünü bu
vilayətin qanuni xanı elan etdi. Həmin
vaxtlardan etibarən istər Kəncə-Qazax
bölgəsində və istərsə də Borçalı nahiyəsində
torpaqlar təcrid edilib bir qismi yerli əhaliyə
verildi. Sürgün olunmuş əhalinin bir hissəsi
yenidən Borçalıya qayıtdı. Görünür, daxili
düşmənlərin (ermənilərin) Borçalını parçalamaq
iştahı müvəqqəti də olsa azalmışdı.
Borçalı mahalında əhalinin
məskunlaşmasına tarix boyu müharibələr ciddi
təsir göstərmişdir. Ən böyük çətinliklər XIX əsrdə
meydana gəlmişdir. Borçalı əhalisinin Qazax və
Şəmsəddin atlıları ilə birlikdə Ağa Məhəmməd şah
Qacara və Abbas Mirzəyə qarşı döyüşlərini qeyd
etmək olar. Məhz bu döyüşlərdən sonra, yəni 1801-ci
ildə Borçalı sultanlığı ləğv edilərək
birdəfəlik Rusiyanın tərkibinə daxil olur. 1880-cı
illərin əvvəllərində Borçalı ərazi baxımından
ayrıca bir müstəqil inzibati bölgəyə çevrilir. XX
əsrin 29-30-cu illərində keçmiş Borçalı mahalında
üç inzibati rayon yaradılır: Lüksenburq,
Başkeçid və Borçalı. Buradan görünür ki, o qədər
də geniş əraziyə malik olmayan Borçalı mahalı
son üç əsrdə 10-a yaxın böyük və kiçik
müharibələrlə üzləşmiş, onun yaşayış
məntəqələri və təsərrüfatı tam dağıdılmış,
1918-1920-ci illərdən sonra isə burada torpaq
daxmalar əvəzinə, sadə, çay daşlarından və
saman-torpaq qarışıqlı çiy kərpicdən tikilmiş
birmərtəbəli evlərdən ibarət kəndlər meydana
gəlmişdir. Əhali yaşamaq üçün münbit torpaqla
yanaşı, bir çox dağətəyi və çaylar ətrafı
sahələri əkin altına almışdır. Müharibələrin
hədsiz dərəcədə insan tələfatına səbəb olmasına
baxmayaraq, XIX əsrin axırlarında (1880) Borçalıda 102
minə yaxın əhali qeydə alınmışdır.
XX əsrin əvvəllərinə olan məlumata
görə, 60 minə yaxın əhali 44 məntəqədə cəmləşərək,
hər bir kv km-ə 1,7 nəfər, hər 1000 kv km sahəyə isə 3,4
məntəqə düşürdü. Hər bir kəndin əhalisi orta
hesabla 300-310 nəfər təşkil edirdi. Yeri gəlmişkən
qeyd edək ki, Borçalı mahalının kəndlərində
əhalinin orta sıxlığı Gürcüstanın digər
kəndlərinin (kürcülər, ermənilər və ruslar
yaşayan) orta sıxlığından 1,4 faiz üstün idi.
Borçalıda əhalinin belə sıx
məskunlaşması (1890) bu mahalda təsərrüfatın
inkişaf sürətindən və torpaqlarından lazımi
səviyyədə istifadə olunmasından irəli gəlirdi.
Əlbəttə, ərazinin əlverişli coğrafi mövqeyi,
təbii şəraitin rəngarəngliyi, iqlim
ünsürlərinin müxtəlifliyi və suvarma
şəbəkəsinin üstün olması əhalinin burada geniş
məskunlaşmasına səbəb olmuşdu. Borçalıda kənd
yaşayış məntəqələri bir qayda olaraq çay
vadilərində (Kür, Təvədöy, Borçalı, Cağala
(Maşaver), Alket və s.), dağ çaylarının düzən və
hamar sahələrə çıxdığı ərazilərdə (müqayisə üçün
tam eyniliyi ilə Azərbaycanın Şəki-Zaqatala
rayonlarında) və dərələrində salınmışdır.
İstər əhalinin əraziyə görə sıxlığı
baxımından, istərsə də məntəqələrin ərazi üzrə
yerləşməsi və funksional tipinə görə XX əsrin 50-ci
illərinə qədər məskunlaşmış əhali və salınmış
məntəqələr Gürcüstanın digər mahallarının və
bölgələrinin XX əsrdə inkişaf etmiş məntəqələrin
əhalisinin sıxlığından fərqlənirdi. 1926-cı ildə
Acarıstan bölgəsində 132,0 min, Abxaziyada 210,5 min,
daxili Kartlidə 225,0 min, Cənubi Osetiyada 88,0 min
nəfər olduğu halda, Borçalıda 101,4 min əhali qeydə
alınmışdır. Bu rəqəmlər 40 ildən sonra müvafiq
olaraq 294,0, 462,0, 353,0, 101,5, Borçalıda isə 465,7 min
nəfərə çatmışdır. Bu fərq artımı faiz hesabı ilə
belədir: 223,0%, 219,7%,156,4%, 115,7%, Borçalıda isə 231,2%.
Buradan görünür ki, 40 il müddətində əhalinin
təbii artımı mexaniki hərəkətə və ölümə nisbətən
mahalda daha yüksək olmuş, digər regionlara
nisbətən Borçalıda təxminən 2 dəfə üstünlük
təşkil etmişdir. Əsas fərqlərdən biri odur ki, XX
əsrin kənd məntəqələri öz forma və quruluşuna,
iri ölçülü olmasına, funksional tiplərinə və
morfo-genetik quruluşuna görə çox müasir
tiplidir. Abadlıq və sosial şəraiti etibarilə,
habelə tikinti materiallarının keyfiyyətinə
görə müasir kənd məntəqələri keçmişdə
olduğundan daha əsaslı şəkildə fərqlənir.
Regionda məskunlaşmanı ərazinin landşaft
qurşaqları üzrə və inzibati rayon daxilində
araşdırsaq, görərik ki, düzən, dağətəyi və dağlıq
ərazilərdə daha çox rəngarənglik nəzərə çarpır.
Təsərrüfat cəhətdən yaxşı mənimsənilmiş
ərazilərdə (Marneuli, Qardabani rayonları) əhali
daha sıx, məntəqələr daha müasir və böyükdür.
Məntəqələr zəncirvari-düz xətt istiqamətində
yerləşərək, aran şəraitinə uyğun (iqlimi nəzərə
almaqla) olması ilə fərqlənir. Dağlıq və dağüstü
düzənlik sahələrdə isə əhali ümumi əraziyə görə
seyrək, əkinə yararlı torpaqlara görə isə daha
yığcam və sıxdır.
Kəndlər topa halında, terrasvari və
amfiteatr formalı pərakəndə şəkildə yerləşməsi
ilə fərqlənir. Məlumdur ki, dağlıq ərazilərdə
əkinə yararlı sahələr çox yığcamdır və geniş
sahələri əhatə etmir, ona görə də kənd
təsərrüfatının başlıca sahəsi iri buynuzlu
mal-qara və xırda buy-nuzlu qoyun-keçilərdən
ibarətdir, südlük-ətlik və ətlik-yunluq
istiqamətlidir. Əkinçilik baxımından isə dənli
bitkilər- payızlıq taxıl və arpa, əsasən kələm
becərilir, kartofçuluq və çox cüzi olaraq
bağçılıq inkişaf etmişdir. Bölgənin sırf dağlıq
olmasına baxmayaraq, ərazinin təxminən 60-65
faizini meşə örtüyü təşkil edir, onu dövlət
qoruğu kimi becərib ərsəyə çatdırırlar. Belə sıx
meşə zolağının çala-çuxur və hamar, boş
sahələrində kiçik kəndlər salınmışdır.
Məskunlaşma bu yerlərdə çox ləng inkişaf edir.
Əsasən əkinə yararlı torpaqların və mal-qara
üçün örüş sahələrinin məhdudluğu işləri
çətinləşdirmişdir. Nəticə etibarilə XX əsrin
əvvəllərində məskunlaşmış ərazilərdən əhali
sürətlə aran və dağətəyi zonalara miqrasiya
olunur. Sahəsinin təxminən 80-90 faizi dağ
massivlərindən ibarət olan Dmanisi (Başkeçid)
rayonunun ərazisi məskunlaşma baxımından çox
qədim olub, məntəqələr pərakəndə şəkildə bütün
ərazi boyu səpələnmişdir. Evlər əsasən
ikimərtəbəli olub, torpaq və daş binalardan
ibarətdir. Birinci mərtəbəsi mal-qara üçün tövlə
kimi, ikinci mərtəbəsi isə əsasən yaşayış
mənzili kimi istifadə edilirdi.
Binaların tikintisində əsasən döşəmə
daşdan, çay ətraflarında salınmış kəndlərdə isə
çay daşlarından və çiy kərpicdən istifadə
olunmuşdur. Bu rayonun məntəqələrinin zahiri
forması və daxili quruluşu əski türk kəndlərini
xatırladır. Çünki əhalinin əksər hissəsi həmişə
(XX əsrin əvvəllərində) Türkiyə ilə təmasda olmuş
və sonradan Türkiyəyə miqrasiya olunmuşdur.
Dmanisi rayonunun xalq təsərrüfatı
yuxarıda qeyd etdiyimiz kimi, heyvandarlıq,
dəmyə əkinçiliyi, sənayesi isə bir neçə kiçik
daş, kərpic karxanalarını çıxmaq şərtilə əsasən
yeyinti (yağ, pendir), yüngül sənaye sahələrindən
və kustar kömür dəmirçixanadan ibarətdir.
Meşəçilik və arıçılıq bu rayonun spesifik
sahələrindəndir.
Nəqliyyatı texniki baxımdan çox zəif
inkişaf edib, qoşqu qüvvəsi kimi əsasən eşşək, at
və öküzlərdən istifadə olunur (XVIII -XIX əsrlər).
Əlbəttə, nəqliyyatın bu növləri ilə qısa
məsafələrə, kəndarası, bəzi hallarda qonşu
rayonlara da yük daşınır. Yolların 80%-i torpaq
yollardır. Bəzi yollar rayon mərkəzi ilə iri
məntəqələri və qonşu ra-yonları, mərkəzi
məntəqələri və inkişaf etmiş Tiflis, Borçalı,
Çoruk-Qəmərli (indiki Bolnisi) xətlərini
birləşdirir. Döşəmə daşlardan və xırda çınqıllı
materialdan salınmış bu yollar respublika və
dövlət əhəmiyyətli olmaqla bərabər, Türkiyə,
İran, Gürcüstan və Azərbaycan dövlətləri ilə
siyasi-iqtisadi, poçt-rabitə əlaqələri saxlamaq
baxımından da faydalıdır. Qeyd etməliyik ki, bu
magistral yollar rayonun bütün guşələrinin
mahalın mərkəzi Sarvan məntəqəsi ilə birbaşa
iqtisadi və ticarət əlaqələrini tənzim edir.
Bütün ərazilərdə olduğu kimi Borçalıda da
nəqliyyatın məskunlaşmaya çox böyük təsiri
vardır. Elə bunun nəticəsidir ki, Dmanisidən
başlamış Sarvan məntəqəsinə qədər (90 km) əsas
magistral yol ətrafında zəncirvari şəkildə
kəndlər uzanır. Ümumiyyətlə, Borçalıda olan
məntəqələrin 60%-i bu yolun ətrafında, 25%-i ikinci
dərəcəli, rayon tabeliyində olan rayon
mərkəzləri ilə cəmiyyətlər (sovetliklər) arası,
15%-i isə üçüncü dərəcəli olub kəndarası və
təsərrüfatlararası yollardır. Hər üç
kateqoriyaya daxil olan yollar rayonla vahid
məskunlaşma sistemi yaratmışdır. Əlbəttə, bunlar
XIX-XX əsrlərin ortalarına olan məlumatlardır.
Son 40 ildə bu yollar və vahid
məskunlaşma sistemi kökündən dəyişmiş, yeni,
müasir, insanın zövqünü oxşayan abad yollar, onun
da nəticəsində yeni kənd məskunlaşması sistemi
yaranmışdır.
Borçalının ikinci dağlıq bölgəsi
Çoruk-Qəmərli inzibati rayonudur. Bu rayon
Dmanisiyə nisbətən iqtisadi və təbii ehtiyat
baxımından daha çox inkişaf imkanlarına
malikdir. Belə ki, burada əkin altında olan və
əkinə yararlı geniş torpaq sahələri vardır. Bu
imkanlar bölgədə məskunlaşmaya və onun
inkişafına təsir edə bilən nəqliyyat yollarının
salınmasına təsir göstərmişdir. Çoruk-Qəmərli
bölgəsində kənd yaşayış məntəqələri bir qayda
olaraq xırda dağ çayları və dərələr boyunca
salınaraq meşə zolağında, bəzi hallarda isə
meşənin seyrək çala-çuxur ərazilərinin əkin üçün
yararlı torpaq fondu olan sahələrdə salınmışdır.
Kənd əhalisi meşələrin otlaq sahələrində
heyvandarlıq və bağçılıqla-üzümçülüklə
məşğuldur. Belə kəndlərdən Saraclı, Faxralı,
İmir-hasanlı, Mığırlı, Qoçulu və s. göstərmək
olar.
Bolnisi rayonunda bir qrup kəndlər də
vardır ki, onlar meşə zolağı ilə magistral yolun
ayrıcında salınıb-Abdallı, Həsənxocalı,
Daşlıqullar, Kolakir, Kiçik Muğanlı və s. Bu
kəndlərin əhalisi əsasən tərəvəz və
bağçılıq-bostançılıqla məşğuldur. Tam meşə
zolağında məskunlaşan kəndlərdən Darvaz,
Kəpənəkçi və s. göstərmək olar. Çoruk-Qəmərli
(Yekatrinenfeld) bölgəsində 1886-cı ilin
məlumatına görə 33 yaşayış məntəqəsi olub. Bu
kəndlərin 12-si Maşaver, Xram çaylarının sağ və
sol sahilində 15-20 km məsafədə məskunlaşmışdır.
Yeddi məntəqə Borçalı-Başkeçid magistral yolu
ətrafında, yerdə qalan məntəqələr isə dağətəyi
zona və meşə, nisbətən meşə-çöl zonasında
yerləşmişdir.
XIX əsrin axırlarında bu bölgədə cəmi 7250
nəfər əhali yaşamışdır ki, onun da 486 nəfəri
gürcü, 772 nəfəri erməni, 1209 nəfəri alman, 8 nəfəri
rus, 4735 nəfəri isə Azərbaycan türkü olmuşdur.
Çoruk-Qəmərli rayonunun kənd yaşayış
məntəqələrinin tikintisində əsasən bölgənin
təbii sərvət və təbii ehtiyatlarından (daş
karxanaları, çay daşları, ağ və bozqar rənkli gəc
və s.) geniş istifadə olunmuş, yaşayış mənzilləri
adları çəkilən tikinti materiallarından inşa
edilmişdir.
Ərazidə məskunlaşma təbii-iqlim
şəraitinin əlverişliyi və kənd təsərrüfatına
yararlı torpaq sahələrinin inkişafı
istiqamətində getmişdir. Mahalın ən böyük və
nisbətən inkişaf etmiş bölgəsi Borçalı
rayonudur. Bu rayon şərti olaraq üçünçü rayondur.
Buranın mərkəz məntəqəsi Sarvandır. Təxminən 500
yaşı vardır. Sarvan - bölgənin ən böyük və
nisbətən inkişaf etmiş məntəqəsi olmaqla yanaşı,
Zaqafqaziyanın şose və dəmir yolları qovşağında
yerləşir. Bu rayon cənub-şərqdən Qarayazı,
şimaldan Ermənistan, şimal-şərqdən
Çoruk-Qəmərli, cənub-qərbdən isə Qazax-Ağstafa
qolu ilə həmsərhəddir. Əlverişli torpaq-iqlim
şəraitinə malik olan bu bölgə münbit torpaqları,
suyu, geniş suvarma kanalı və arxları olması ilə,
hər üç dövlətin su, dəmir və şose yolları
ayrıcında yerləşməsi ilə fərqlənir. Bu rayon
ərazisinin 2/3 hissəsi fiziki-coğrafi baxımdan
düzənlikdən (Borçalı düzənliyi), yerdə qalan
hissəsi isə Yağılca təpəliyindən və dağətəyi
(500-700m dəniz səviyyəsi) sahələrdən ibarətdir.
Bölgə əhalisinin sayı 1886-cı ilin məlumatına görə,
15670 nəfər olmuşdur ki, onun da 98%-ni Azərbaycan
türkləri təşkil etmişlər. Ərazinin Yağılca
təpəlik massivi demək olar ki, başdan-başa qışlaq
üçün örüş sahəsindən ibarətdir. Əsas yaşayış
məntəqələri bol suvarma əhəmiyyətinə malik olan
çayların (Alket, Borçalı, Çağala, Kür və Təvədöy)
sahillərində yerləşmişdir. XVII əsrin axırları və
XVIII əsrin ortalarında salınmış kəndlərdəki evlər
bir qayda üzrə qara damlardan, qazma tövlələrdən
ibarət olmuşdur. XIX əsrin axırları və XX əsrin
əv-vəllərində məskunlaşan məntəqələrin
tikintisində isə əhali əsasən çiy kərpicdən və
qismən çay daşlarından istifadə etmişdir.
Kəndlərin konfiqurasiyası (xarici görünüşü və
morfo-genetik quruluşu) topa-şar şəkilli olub,
baş küçədən və xırda küçələrdən ibarət idi.
Maraqlıdır ki, dağlıq zona olan
Başkeçid, Çoruk-Qəmərli bölgələrində əhalinin
yaşayışı və mal-qaranın saxlanması bir binada
olduğu halda, Borçalıda (Sarvan) bunlar ayrı-ayrı
yerlər və binalarda məskunlaşmışdır.
Təsərrüfatı dənli bitkilər (taxıl, buğda, arpa),
texniki (pambıq) bitkisindən, son vaxtlarda
qarğıdalı, çuğundur, kətan becərməkdən, dağətəyi
zonalarda arıçılıq və heyvandarlıqdan ibarət
idi. Burada əkinə yararlı geniş torpaq sahələri
vardır ki, bu da öz növbəsində ərazidə
məskunlaşmanın areallarının genişlənməsinə
təkan vermişdir. Bu amillər ərazidə müxtəlif
yaşayış ocaqlarının yaranmasına gətirib
çıxarmışdır. Ən qədim yaşayış məntəqələrinə dağ
ətəklərində və düzənliklərin axar çay
hövzələrində rast gəlinir. Bu rayonun
kəndlərinin tipologiyası (yəni kənd əhalisinin
məşğulluq dərəcəsi, əmək vərdişləri) əsasən iki
istiqamətdə meyllənmişdir. Birinci tip kəndlər
təsərrüfat ixtisasına görə üzümçülük-bağçılıq,
ikinci tip kəndlər isə
taxılçılıq-heyvandarlıqla məşğul olanlardır.
Sonralardan üçüncü tip, zəif inkişaf etmiş, keçid
mərhələdə tərəvəzçilik, arıçılıq və quşçuluq
təsərrüfatı ilə məşğul olan kəndlər də meydana
çıxmağa başladı. Ümumiyyətlə, bütün mahalda
olduğu kimi, onun ayrı-ayrı bölgələrində də
kəndlərin funksional tiplərə bölünməsi,
məskunlaşmış ərazilərin əkinə yararlı torpaq
sahəsi, təsərrüfatların suya olan ehtiyacı,
nəqliyyat yolları, əhalinin əmək vərdişləri,
əməkdə ixtisaslaşması və s. kimi amilləri
müəyyən etməyə imkan verir. Bunları nəzərə alsaq,
demək olar ki, mahalın kəndləri əsasən kənd
təsərrüfatı tiplidir.
Dördüncü- Qarayazı bölgəsi (rayonu).
Sahəsində və sərhədlərində edilmiş müəyyən
dəyişiklikləri nəzərə almasaq, bu rayon
yarandığı gündən bu günə kimi öz sabit ərazisini
qoruyub saxlamışdır.
Qarayazı rayonu (Qardabani) Gürçüstan
dövlətinin tərkibində bir inzibati rayondur. Öz
təbii şəraiti, çoğrafi mövqeyi və təsərrüfatının
eyniliyi baxımından Borçalı mahalının 2/3 hissəsi
ilə çox uyarlıdır. Lakin nədənsə bu ərazi
inzibati baxımdan heç vaxt Borçalı qəzasının
tərkibinə daxil edilməmişdir. Bizim fikrimizcə
bu çox səhv hal kimi qiymətləndirilməlidir.
Müxtəlif araşdırmalardan sonra, yəni əhalinin
milli mənsubiyyətinə, əmək vərdişlərinə,
adət-ənənələrinə, qan qohumluğu əlamətlərinə və
eyni ərazi baxımına görə biz Qarayazını Borçalı
ərazisinin üzvi hissəsi kimi bölünməz hesab edib
tədqiq etdik. Bu bölgə yuxarıda göstərdiyimiz
kimi, əlverişli çoğrafi ərazidə yerləşir,
Gürçüstanla Azərbaycanı bir ensiz Kür dəhlizinə
birləşdirir. Bu bölgənin ərazisinin müəyyən
hissəsi Gürcüstan-Azərbaycan şose və dəmir
yolları üstündədir. Respublikanın paytaxtı
Tbilisi şəhərinə ərazinin bitişkənliyinin böyük
iqtisadi-strateji üstünlükləri vardır.
Qarayazının təbii şəraiti olduqça əlverişlidir,
Kür çökəkliyi münbit lilli torpaqlarla çox
zənkindir. Bu ərazilər dövrü suvarıldıqdan sonra
yüksək keyfiyyətli məhsul götürülür. Qara düzün
boz və gillicə torpaqları qış otlaqları üçün çox
yararlıdır. Son illər bu ərazilərdə Azərbaycan
türklərini sıxışdırmaq məqsədilə çoxlu gürcü-
Svan kənd-ləri salınmışdır.
Stalin-Beriya siyasəti nəticəsində
çoğrafi mənafeyi baxımından yeri düzgün
seçilməyən, Azərbaycanın Daşkəsən dəmir filizi
əsasında inşəyən Rustavi iri sənaye mərkəzi-nin
Qarayazı ərazisində yerləşdirilməsi, əhalinin
işlə təmin olunmasında müsbət rol oynasa da,
rayonun ekoloji tarazlığının pozulmasına
gətirib çıxarmışdır. Belə ki, şəhərdə
yerləşdirilən metallurgiya kombinatının qaynar
şlakının və gülünün Kür çayı boyu tökülməsi
buranın geniş sahədə qiymətli Tuqay meşələrinin
(yerli əhali arasında buna "çala" da
deyirlər) birdəfəlik məhv edilməsinə səbəb oldu.
Kənd təsərrüfatına yararlı torpaq sahəsini də
dövriyyədən çıxardı. Kür çökəyi boyu daimi əsən
küləklər (el arasında bu hava axınına "Ağ
yel" deyirlər) bu şəhərdəki sement zavodunun,
kimya kombinatının zəhərli qazlarını bölgənin
sıx yaşayış məntəqələri üzərinə yayaraq kənd
təsərrüfatı bitkilərinə, həyətyanı meyvə və
tərəvəz əkin sahələrinə böyük ziyan vurdu. Ən
başlıcası isə, bu kəndlərdə yaşayan əhalinin
sağlamlığını əlindən aldı, müxtəlif uşaq
xəstəlikləri törətdi. Külək əsəndə Rustavidən
cənubda yerləşən məntəqələrdə nəfəs almaq
çətinləşir, atmosferə atılan zəhərli qazların
təsiri çox-çox uzaqlara yayılır, şəhərin çirkab
suları rayon ərazisindən çəkilən borularla Kür
çayına axıdılır. Qafqazın yeganə həyat mənbəyi
olan bu çayın suyunu zəhərləyir, balıqları və
bütün canlı aləmi məhv edir.
Qarayazı rayonunda hazırda 60 min nəfər
əhali yaşayır. Əhalinin milli tərkibinin
dəyişməsi əsasən 1960-cı illərdən başlamışdır.
Gürcüstan hökuməti Borçalının Azərbaycan
türkləri məskunlaşan Qarayazı kimi bölgələrində
(o cümlədən Ağ Təhlə kəndində) qış otlaqlarında
köçürmə gürcü kəndləri salmağa başladı. Ketdikcə
belə "müasir tipli" kəndlərin Qarayazı
düzündəki sayı xeyli artdı. Hər cür sosial
şəraiti və təminatı olan, dövlət tərəfindən
salınan belə kəndlərdə müxtəlif təbii fəlakət
adı altında svan və s. gürcü etnik qrupları
yerləşdirildi. Daha sonra onları işlə təmin
etmək üçün Qarayazı ərazisində irimiqyaslı
sənaye obyektləri salındı. Bu müəssisələrin əsas
işçi qüvvəsi rayonun Azərbaycan türkləri olduğu
halda, rəhbər vəzifələrə bir qayda olaraq
gürcülər təyin edildi. Elə buradan da iki qonşu,
dost xalq arasında ayrı-seçkilik, ögeylik
münasibətləri cücərməyə başladı.
Əsrimizin 60-cı illərindən başlayaraq
kolxozların sovxozlarla əvəz olunub
birləşdirilməsi, iri təsərrüfatların
yaradılması istehsalı Azərbaycan kəndlərinin
mədəni-sosial şəraitinə müsbət formada heç nə
vermədi. Sovxozların xalis tərəvəzçilik üzrə
ixtisaslaşması maldarlıq təsərrüfatına güclü
ziyan vurdu. Tarixən isə rayon ərazisin-də həm
heyvandarlıq, həm də əkinçilik bir-biriylə bağlı
şəkildə inkişaf edirdi. Buna rayon ərazisinin
təbii şəraiti də geniş imkan verirdi. Rayonun
bütün kəndlərinin Kür vadisində və Kürdən
başlayıb, Candar gölünə tökülən suvarma
kanalının alt tərəfindəki münbit torpaqlarında
əkinçilik, Qarayazı düzündə isə qış otlaqları
yerləşirdi. Sonralar bu otlaq sahələri kəndlərin
hesabatından birdəfəlik alındı. Onların qoyun
sürüləri, naxırları və ilxıları əvəzi
ödənilmədən dövlət tərəfindən alındı. İllər boyu
qoyunçuluq üzrə səriştə qazanmış adamlardan isə
tərəvəzçi və bostançı alınmadı.
Qarayazı kəndlərinin çal-çağırlı, şən
həyatı sönməyə başladı. Gənclər başqa respublika
və regionlara, o cümlədən kütləvi şəkildə doğma
Azərbaycana axışdılar. Uzun illərdən bəri davam
edən bu proses kəndlərin qocalmasına, yerli
əhalinin seyrəlməsinə səbəb oldu. Son illərdə
isə keçmiş SSRİ-nin dağılması, Gürcüstanda
millətçi qrupun respublikada müvəqqəti də olsa
hakimiyyətə gəlməsi onsuz da ağır olan
Azərbaycan kəndlərinin sosial-mədəni həyat
tərzini xeyli pisləşdirib aşağı saldı və bu
kəndlərdən adamların Azərbaycana miqrasiyasına
(köçməsinə) təkan verdi.
Məlumat üçün qeyd edək ki, əsrimizin
90-cı illərində baş vermiş milli ayrıseçkiliklə
əlaqədar təkçə bölgənin sənaye şəhəri olan
Rustavi şəhərindən 18 min azərbaycanlıdan 16 min
nəfəri öz doğma yurdlarından həmişəlik köçüb
ketmişlər. Belə misalları Borçalı mahalının bir
sıra məntəqələrinə şamil etmək olar.
Rayon cənub-şərqdən Azərbaycanla,
şərqdən Saqareco, şimal-qərbdən Msxet, qərbdən
Borçalı rayonları, şimaldan isə Tiflis
quberniyası ilə həmsərhəddir. Qarayazı
bölgəsinin təxminən 2/3 hissəsini Qarayazı
çölləri təşkil edir, bölgənin yalnız şimal və
qərb səmtləri təpəliklərdən ibarətdir. Ərazinin
Kür çayı sahələri kənd təsərrüfatına yararlı
əkin sahələridir, kəndlər əvvəllər ərazidəki çay
və kanallar boyunca məskunlaşmış, XIX əsrin axırı
və XX əsrin əvvəllərindən isə magistral dəmir və
şose yolların ətrafında salınmışdır. Evlərin
tikintisində əsas inşaat materialları kimi ta
qədimdən gil, qum və samandan istifadə olunub,
evlər bir qayda olaraq qara-tövlə şəraitli
damlar kimi tikilmişdir.
Kəndlər formaca (xarici görünüş)
zəncirvari, bir-iki əsas küçələrdən ibarətdir.
Qarayazı bölgəsində də Borçalı kimi bol sulu
kanal və çaylar vardır (24 kanal XVIII əsrdə). İçməli
su məsələsinə gəldikdə isə, yalnız bu çayların
suyundan istifadə edilir. Rayonun ərazisində
Qarayazı adlı meşə massivi yerləşir. Əlbəttə, XVII
-XVIII əsrlərdə bu meşə çox sıx və sərvətlərinə görə
zənkin olmuşdur. XIX əsrin axırı, XX əsrin
əvvəllərindən isə insanların kortəbii
istifadəsi nəticəsində (yanacaq və əkin üçün)
meşə seyrəkləşmiş və talalar şəklində
kolluqlara çevril-mişdir. Əlbəttə, meşənin belə
hala düşməsində Kür çayının da zərərli rolu az
olmamışdır. O vaxtlar Kür çayının sahillərində
lazımi su bəndlərinin çəkilməməsi, yaz və payız
aylarında çayın və kanalların daşması
nəticəsində ətraf sahələri su basmış, bataqlıq
sahələrə çevrilmişdir. Bu ərazinin kəndləri
nisbətən iridir. Əhalisi ərazi üzrə pərakəndə
məskunlaşmışdır. Burada yaşayanlar qədimdə və
elə indi də atçılıq və tərəvəzçiliklə məşğul
olurlar. Daxili iqtisadi və təbii iqlim şəraiti
əhalinin yaxşı yaşaması, yaşayış məntəqələrinin
abad olması, bütünlüklə ərazidə məskunlaşmanın
inkişaf etməsi üçün zəmin olmuşdur.
Qarayazı bölgəsinin özünəməxsus
məskunlaşma meylliyi vardır. Əhali əsasən çöl
ərazilərinə, kanal, kollektorların ətraflarına
daha çox meyl göstərir. Çünki bu ərazilərin
torpaqları münbitdir. Qarayazının Azərbaycan
türkləriylə qədimdən məskunlaşmış ərazisi
özündə on minlərlə yerli əhali cəmləşdirmişdir.
Gürcüstanda Azərbaycan türklərinin
tarixən məskunlaşdıqları və indinin özündə
yaşadıqları yerlər təkcə Borçalı ilə
məhdudlaşmır. Azərbaycan türkləri Borçalının
ətraf bölgələrində Saqareço, Loqodexi, Telavi,
Msxeta, Kareli, Kaspi, Ağbulaq (Tetri-Skaro),
Barmaqsız (Zəlyə), Adıkün, Aspindza, Axalsix,
Ahılkələk, Tiflis, Muxran, Qori, Rustavi və s.
yerlərində indiki Ermənistanın C& |