|
BORÇALIDA VƏ QONŞU BÖLGƏLƏRDƏ
NƏQLİYYATIN İNKİŞAFI
Nəqliyyat mənzil (ev) kimi həyatın ən
vacib və zəruri hissəsidir. Onsuz yaşayış, geniş
mənada fəaliyyət göstərmək qeyri-mümkündür.
Çünki əlaqə, səyahət, gəzinti, yük daşınması,
müharibə dövründə isə əvəzsiz fəaliyyət
göstərən, bir sıra məqsədlərə yetmək vasitəsi
bilavasitə nəqliyyat ilə bağlı olub başa
çatdırılır. Geniş mənada nəqliyyat kəndi şəhər
ilə, yaşayış mərkəzini kənd təsərrüfatının
fəaliy-yət dairələri ilə, istehsal dairələrini
bir-birilə, bir təsərrüfat müəssisəsinə daxil
olan ayrı-ayrı kəndləri, qəsəbələri bir-birinə,
yaşayış massivlərini dəmir yolu stansiyası ilə,
şose yolu düyünü ilə, selitab sahəni istehsal
yerləri ilə birləşdirən güclü bir vasitədir. Bu
vasitə nə qədər güclü və təkmildirsə əhalinin
məskunlaşması, istehsal və s. o qədər sürətli və
böyük, həyat isə o qədər fəal olur.
Bunları nəzərə alaraq nəqliyyat
sahələrini inkişaf etdirmək üçün ən
təxirəsalınmaz məsələ nəqliyyat yollarının
çəkilməsi, onların tənzim edilməsi və
qayğısıdır. Borçalı və s. bölgələrdə bu
problemləri tədqiq etmək üçün ulu keçmişimizə
nəzər salıb, əldə olunan materiallardan geniş
istifadə edilməlidir.
Qədim dövrlərdən başlayaraq indiyə
kimi bir xalqın digər xalqla mədəni, iqtisadi və
siyasi əlaqələrinin idarə olunmasında və
getdikcə inkişaf etdirilməsində əvəzsiz rolu
nəqliyyat vasitələri oynayıb. Bu baxımdan
Borçalı mahalı və sair bölgələrinin əhalisi
özünəməxsus nəqliyyat növləri ilə nəzər-diqqəti
cəlb edir.
Borçalının və sair bölgələrin
azərbaycan türkləri yaşayan məntəqələrinin
təbii şəraiti və onun coğrafi mövqeyinin
nəqliyyat baxımından müxtəlifliyi və şaquli
zonallığı müxtəlif dövrlərdə müxtəlif nəqliyyat
vasitələrinin yaranmasına səbəb olmuşdur.
Keçmişdə dağlıq məntəqələrdə yeganə nəqliyyat
vasitəsi kimi eşşək (uzunqulaq), öküz, qismən isə
atlardan, XVIII əsrin axırlarından isə əvvəlcə iki
təkərli arabalardan, sonra isə dörd təkərli
arabalardan geniş istifadə olunmuşdur.
Borçalının və düzən, yəni aran məntəqələrində
isə əsasən dəvə, qatır, XIX əsrin axırlarından isə
eşşək, at və öküzdən həm mi-nik, həm də qoşqu kimi
istifadə edilmişdir.
Mahalın təbii komponentlərinin
(yeraltı və yerüstü ehtiyatlarının) çoxsaylı
olmasına baxmayaraq, nəqliyyatı çox yararsız və
dözülməz bir vəziyyətdə olmuşdur. Mahalın cəmi
üç istiqamətdə baş yolları var idi. Hər üç yol
əsasən əhalinin sənaye və kənd təsərrüfatı
yüklərini birbaşa Tiflis şəhərinə çatdırmağa,
Tiflislə Cəlaloğlunu və Şüləver məntəqələrini
birləşdirməyə xidmət edir. Qeyd etdiyimiz kimi,
mahalın ən əsas magistral şosse yolu
Cahanbağça-Tiflis-Cəlaloğlu yoludur. İkinci baş
yolu isə Ağstafa-Aleksandropol şosesidir ki, onu
yerli əhali öz xərcləri hesabına açmışdı. Üçüncü
baş yol dağlıq Zəlyə bölgəsində Zəlyə-Tiflis
magistralıdır. Qalan məntəqələr arasında olan
yollar yalnız torpaq yollardan ibarət idi,
burada isə quraq aylarda yalnız fayton və ya
iki-dörd təkərli arabalardan, yağmurlu havada və
qış aylarında isə at qoşulan minikdən istifadə
edirdilər. Mahalda daha başqa yerli əhəmiyyətli
yollar və dağ cığırları da vardı ki, ondan da
əhali yalnız at, eşşək və öküzlərlə xırda
yüklərin daşınmasında istifadə edirdi.
Barmaqsız (Zəlyə)-Nərdivan, Barmaqsız-homeret
(Qomoret), Başkeçid-Qara Kilsə,
Başkeçid-Qarabulaq və s.
Mahalın Tiflis, Sarvan, Marneul (1886-1887),
Şüləver, Ekaterinenfeld, Başkeçid və s.
məntəqələrinə tranzit yol yalnız Sarvan-Marneul
məntəqələrindən keçirdi. Bundan başqa, Tiflis
şəhəri ilə Cəlaloğlu kəndini birləşdirən
Şüləver-Çəlaloğlu yolu da vardır. Bu yolu
əsgərlər salmışdılar. Yolun salınmasında üç
batalyon əskər iştirak etmişdi. Bu batalyonlar
Cəlaloğlu koloniyasında cəmləşmişdir. Yol
Tiflis-Cəlaloğlu şosse yolundan 60-70 km qısadır.
Şüləver-Loru-Opret-Ağ körpü (Babren körpüsü),
Bolnis-çay, Privolni, Urut-Cəlaloğlu və s. kimi
yollardan əhali yalnız havanın quraq günlərində
istifadə edirdi.
Aleksandropol mahalı ilə Tiflis
şəhərini birləşdirən Cahanbağça yolundan başqa
ikinci torpaq yolu da vardı. Lakin bu yoldan da
yalnız havanın quraq vaxtlarında istifadə
edilirdi. Vaxtilə Borçalıda məşhurlaşmış əsas
işlək yollardan biri də Aleksandropol mahalı ilə
"Gürcü yolu", sonra isə Sızıqlıyer,
Küllübağça, Küllübulaq, Boz Yoxuş, Qaraxaç
(Qara-ağac), Voronsovkadan (Kalinino) keçib
Cahanbağça yolu ilə birləşən ikinci dərəçəli
torpaq yoludur. Mahalın ən qısa yolu
Zəlyə-Mənkilis-Tiflis yoludur. Zəlyə-Tiflis
yolunun cəmi 20-25 km hissəsi bərk örtüklü, qalanı
isə torpaq örtüklüdür. Ona görə də payız və qış
aylarının yağmurlu və donuşlu günlərində bu yol
öz əhə-miyyətini itirərdi. Borçalı qəzasının
yuxarıda adları çəkilən nəqliyyat və əhali üçün
piyada işlək yollarından başqa, qonşu Qazax,
Gəncə mahallarına, Sıqnağ, Saqareço, Loqodex,
Karel, Kaspi və Muxran kimi yaşayış məntəqələri
ilə poçt-rabitə əlaqələri saxlanılmasında
istifadə olunan ölkə tabeliyindəki:
Sarvan-Tiflis-Sığnağ, Bolnis-Sarvan
Sandar-Tiflis-Saqareco-Qaraçöp və ya İori
Muğanlı (Yor Muğanlı),
Cəlaloğlu-Başkeçid-Bolnis-Sarvan-Qazax-Gəncə və
s. yolları qeyd etmək olar.
Beləliklə, Borçalı mahalının
nəqliyyat yolları haqqında onu qeyd etmək olar
ki, onlar keyfiyyətcə dövrün tələbləri
səviyyəsivdən çox-çox aşağı idi. Borçalının
istər dağlıq və istərsə də düzən, aran
hissəsindən tez xarab olan ət və ət məhsullarını,
meyvə, tərəvəz və bostan məhsullarını iki və dörd
təkərli arabalara yükləyib bu daşlı-torpaqlı
yollarla Tiflis, Borcom, Qori, Kutais, Mənkilis
kimi şəhərlərə aparmaq zəhmətkeş kütlə
qarşısında həddən artıq çətinliklər törədirdi.
Belə ki, arabalara vurulmuş məhsulların təxminən
60-70 faizi xarab olub atılırdı. Bu da kənd
bölgələrində zəhmətkeşlərin daha çox
kasıblaşmasına, şəhərlərdə isə bazar və
dükanların piştaxtalarının boş olmasına gətirib
çıxarırdı. Bu sosial-iqtisadi məsələlər
Borçalıda nəqliyyat yollarının az və
keyfiyyətsiz olması, bəzi bölgələrdə isə heç
olmaması, qəzanın yalnız sosial-iqtisadi
vəziyyətinə yox, eyni zamanda yaşayış
məntəqələrinin abadlığına və böyüməsinə
əhalinin ərazi daxilində sıx və mehriban
məskunlaşmasına öz mənfi təsirini göstərmişdir.
Bu, heç də ərazidə yaşayan kəndli kütlələrinin
qüvvə və bacarığından irəli gəlmirdi, sadəçə
olaraq Azərbaycan türkləri yaşayan ərazilərə
hakim dairələrin diqqət yetirməməsi ilə bağlı
idi. Məlumat üçün qeyd etmək olar ki, qəzada hansı
ərazidə qeyrimüsəlmanlar yaşayırsa, o
ərazilərin yolları bərk örtüklü olurdu.
Əsrin 40-cı illərindən başlayaraq alman
koloniyaları və əsirlərinin gücündən istifadə
edərək qəzanın Marneuli Ağbulaq-Zəlyə və
Marneuli-Şüləver-Sadaxlı, 50-ci illərdə isə
Marneuli-Bolnis-Başkeçid məntəqələri arasında I
növlü (kateqoriya) asfalt örtüklü yollar salındı.
Respublikanın daxili imkanları və sərhəd
bölgələrinin abadlığı, möhkəmliyi, əhalinin
dözümlüyü baxımından
Tbilisi-Marabda-Ağbulaq-Zəlyə-Ahılkələk (175 km)
məsafədə dəmir yol xəttinin və buna paralel
asfalt örtüklü şosse yolunun salınması
sürətləndirilib, 1980-cı illərin əvvəllərində
istifadəyə verildi. Ümumiyyətlə, Borçalı
qəzasının yolları haqqında bütün sərəncamları
(1924-cü ildən) Gürcüstan Respublikasının
Yol-Nəqliyyat Nazirliyi (1989-cu ilə qədər) verirdi.
Kəndlərdə təsərrüfatlar və müəssisələrarası
yolların çəkilişi, onların təmiri isə rayon, kənd
sovetlərinin sədri və kolxoz-sovxoz
müdirlərinin göstərişi ilə həyata keçirilirdi.
Lakin son 6-7 ildə bütün respublikada olduğu kimi,
bu mahalın məntəqələrində də yerli prefektlər
(icra hakimiyyətinin sədrləri) tərəfindən
yerlərdə nə yeni yollar salınması, nə də köhnə
yolların bərpa və tə'miri sahəsində heç bir iş
görülmür. Bu da köhnə yolların dağılıb sıradan
çıxmasına səbəb olur.
|