Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI ŞƏHİDLƏRİ

İsmayıl Mursaqulov

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu ilin noyabrında Borçalı qəzasının eyni adlı nümayəndəliyinin Qızılhacılı kəndində anadan olmuşdur.

1946-cı ildə Qızılhacılı kəndində bünövrəsi Nəriman Nərimanov tərəfindən qoyulmuş ilk səkkizillik məktəbin birinci sinfinə getmiş, iki ildən sonra isə Marneuli rus orta məktəbinin ikinci sinfinə daxil olub 1957-ci ildə kamal attestatı almışdır. Orta məktəbi qızıl medalla bitirən gənc İsmayıl elə həmin tədris ilində Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olub 1962-ci ildə tam kursu bitirir. 1962-ci ilin sentyabr ayından İsmayıl Mursaqulov təyinatla Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İnstitutuna kiçik elmi işçi, üç aydan sonra isə Moskva şəhərinə əyani aspiranturaya daxil olur. İki il altı aydan sonra (altı aj tez) namizədlik dissertasiyası müdafiə edən İsmayıl, birbaşa Aşqarlar İnstitutuna elmi işçi, oradan isə Sumqayıt Xlor-Uzvi Sintez İnstitutuna laboratoriya müdiri vəzifəsinə irəli çəkilir. Kimya elminə olan hədsiz marağı onu təkrarən Moskvaya getməyə məcbur edir. Bu dəfə o, doktorluq müdafiəsi üçün gərgin çalışır. 1985-ci ildə cavan kimyaçı yüksək səviyyədə doktorluq işini müdafiə edib, beş aydan sonra Moskva Ali Komissiyasının təsdiqini alır. Kimya elminin dərin sirlərinin bilicisi İsmayıl Mursaqulov 1985-ci ilin qışında Moskvadan birbaşa Sumqayıt Xlor-Üzvi Sintez İnstitutuna şöbə müdiri vəzifəsinə irəli çəkilir. Sumqayıtda işlədiyi bu qısa bir vaxt ərzində İsmayıl sintez üsulu ilə kimya elminə şöhrət gətirən bir sıra yeni ixtiralar etmişdir. Son illərdə (1987-1989) onun tərəfindən uzvi kimya nəzəriyyəsinə dair stereokimya sahəsində Moskva və dünya şöhrətli Amerika alimləri ilə birgə tədqiq etdikləri fundamental işləri ona dünya şöhrəti qazandırmışdı. İstedadlı alim, kimya elmləri doktoru, professor İsmayıl Həsən oğlu Mursaqulov ömrünün 51 baharını yaşadı. Bu 51 baharı necə və nə cür yaşadı... Orta məktəb, ali məktəb, aspirantura, doktorantura, son 3-5 ildə isə bir-birinin ardınca dünya şöhrətli ixtiralar, gecə-gündüz laboratoriyalarda iş və hər gün Bakı-Sumqayıt marşrutu ilə gündə 100 km yol qət etmək və s... Bax, belə qısa həjat sürdü qocaman Borçalının cavan kimyaşünas alimi, ixtiraçı və müəllimi olan şəhid İcmayıl. Gözəl insan, dərin biliyə malik olan tədqiqatçı kimyaşünas və nəhayət, el oğlu olan İsmayıl bizləri çox qəmli-qüssəli etmişdir. Buna görə də biz vaxt tapıb şəhidin həyat yoldaşı Gülüş xanımdan qeydlər götürmüşük.

Gülüş xanım heç bir tərəddüd etmədən İsmayılın evdə boş vaxtlarında kimya reaksiyaları kimi bir-birinin ardınca nömrələrə ayrılan soj kökünün haradan və kimdən başlamış, harada və kimdə qurtarmış ulu əcdadlarının ala-yarımçıq modelini- şəcərə çədvəlini mənə təqdim etdi. Cədvəldəki 181 nəfər Azərbaycan türklərinin mənsub olduğu soy kökünün yaranmasında, daha doğrusu, Mursaqulovlar soyadının yaranmasında onların rolu çox böyük olmuşdur. Bu 181 soyadın yaşayıb-yaratmağına təxminən 600 il sərf olunmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, İsmayılın soy kökü nə qədər qədimdirsə, bu nəslin ziyalıları bir o qədər də tarixçidirlər. Elə bu variantlar ona gətirib çıxarır ki, İsmayıl nəinki kimyaçıdır, həm də ədəbiyatçı və dilçidir.

İsmayıl bir ziyalı kimi hədsiz soyuqqanlı, təmkinli, ağır təbiətli, öz ağlı ilə hərəkət edən, gözütox, böyük arzulu bir ixtiraçı idi. Çox heyf ki, onun böyük arzuları həjata keçmədi, özü ilə birgə şəhid oldu.

İsmayıl müəllimə və onun ailəsinə şəhid vərəqəsi elə 1990-cı ilin acı 20 Yanvar günündə verilmişdir. Yanvarın 19-20-nə keçən gecə Bakının Salman kazarmasından Qızıl Ordunun Mursaqulovlar ailəsinə tuşlanan 10-a yaxın zəhərli gülləsinin izləri hələ də divarlarda və mebel əşyalarında qalmaqdadır.

 

Vəfadar Eminov

Nakam eloğlumuz Vəfadar haqqında bir yazıya rast gəldim, müəllif belə yazır. Dayım Abbas Kirəclinin müharibədən qabaq yazdığı bir məktubda oxumuşam: "... Filarmoniyada aşıqların konsertinə tamaşa edirdik. Azərbaycanın bütün bölgələrindən gəlmiş aşıqlar çalıb-oxuyurdular. Aşıq Sadığı səhnədə görəndə ürəyim atlandı. Qadasın aldığım bütün aşıqları kölgədə qoydu, sazı bağrına basıb bir oxumaq oxudu ki, bütün salondakılar ayağa qalxıb alqışlar altında səhnədə dönə-dönə ondan mahnı oxumağı tələb edirdilər! Sevincimdən gözlərim yaşarmışdı. Bir də gördüm ki, Rəsul Rza sıraları yara-yara mənə tərəf gəlir. Onun da gözləri yaşarmışdı. Məni qucaqlayıb: Kirəcli, Kirəcli! Borçalıdı ha, Borçalı!.. - dedi.

Borçalını Azərbaycandan kim ayıra bilər? Axı, eşqimiz də birdir, dərdimiz-sirrimiz, qəlbimiz də bir!"

Eşqini də, dərd-qəmini də, canını da Azərbaycandan ayıra bilməyən borçalılılar...

Vəfadar də beləcəydi. O da ömrünün son dəqiqələrinə qədər özünü bu torpağın övladı sayırdı. Azərbaycanın ərazisinə atılan daşın hər bir misqalı elə bil onun ürəyinə, qəlbinə dəyirdi. Yad nəfəslərin, yabancı qonşuların bu torpağa ayaq basmasına dözə bilmirdi. Elə hey yanıb-yaxılırdı:

- "Belə basqıya dözmək kişilikdən deyil, bu yekəxanalığa son qoyulmalıdı!..." Yasalayırdım, umid verərdim: - hər şeyin Öz yeri var, öz məqamı var xalaoğlu. İsti başla iş görməzlər. Dünya dəyişib, xalq oyanıb, az qalıb, darıxma!

Kimə deyirsən?!

Yanvarın 19-u gecəsi odun-alovun içindən, qırğının mərkəzindən sağ-salamat evə gəlib çıxanda elə bildik yenidən tapdıq onu. Doğrudan da, yenidən tapıb, tez də itirdik...

Bir ovuc boş patron gilizlərini göstərib gülümsəyə-gülümsəyə "- Qorxmayın, mənə heç nə olmaz. Dəysə, bu güllələrdən dəyərdi" - dedi.

Yenicə "Allah sənə şükür!" - eləmişdik ki, fəlakət üstümüzə yeridi. İki gün sonra Vəfadar küçədən keçdiyi yerdə qəfil güllələrə tuş oldu. Universitetdən gəlirmiş. "Xəzər" kinoteatrının yanında Salyan kazarması tərəfdən onu avtomat atəşinə tuturlar. Küçədən keçənlər onu alqan içində yaxındakı xəstəxanaya (Kaspar) çatdırıblar. Cərrahiyyə otağında gözünü açıb bircə onu deyib: "- Bu telefon nömrəsinə xəbər verin..."

Sonra...

Sonra qara xəbər ildırım sürətilə bütün Borçalını sarsıtdı:

-Vəfadara güllə dəyib!!!

Sonra...

Sonra Şəhidlər xiyabanında qəbirlər sıralandı, qərənfillər yollarda "laxtalandı..."

Gözümün qabağından getmir, çəkilmir:

Bacısı Şəhanə yenicə qazılmış qəbrin ətrafını sığallaya-sığallaya dil deyirdi:

Boyuna qurban ay qardaş! Sən bu dar qəbrə necə sığacaqsan?!

Anası Tamara xala arvadların qolları arasında huşunu itirib pıçıldayırdı:

Ölüm qabağında əədə... ölüm qabağında əədə..."

Atası Osman kişi ağ kəfənin üstündəki qurumuş qan ləkələrini dodaqlarına sürtüb inildəyirdi:

Ayə sana qurvan olom! Ayə, nağardığındı?! Ayə, bizi niyə Tək qoyurdun?.."

 

İlqar Əhmədov

Amalının biri Borçalı, biri isə Qarabağ idi. Yadlara pay verilən torpağı, yadların tamahına tuş gəlmiş torpağı ömrunə üzərlik bilirmiş. Eyni taleli bu iki məmləkətin sabahını öz taleyindən keçirən minlərlə oğuldan biri olan İlqar da o gecə imperiyanın 70 ildən sonra yenidən cücərdilən hərisliyini üzüb atmaq istəyirdi: amma qaniçən muzdlu başkəsənlər daha tez tərpənmişdilər. O, onlardan udduğu havanın zəhmindən də çəkinmədi, üstünə uçuşan güllələrdən də pəsinmədi. Boğaz şərfi ilə ağız-burnunu sarımışdı ki, güllələrdən əvvəl zəhərlənmiş havanı udanda zəhərlənməsin. Dostu, tələbə yoldaşı Aydınla qol-qola tutubmuş ki, güllələr oradan yol tapıb anamız doğma Torpağı yaralamasın. Və güllə cəsarətlə ölümün boz üzünə baxan odlu gözünə dəyib. Dostu onu xəstəxanaya çatdırana kimi...

O gecə Borçalının Faxralı eli də yuxusunu qarışdırıbmış.

... Və bir gündən sonra şəhid İlqar Faxralıda əbədiyyətə qovuşub. Bütün Borçalı bu dərdi bölüşdürməyə axışmışdı.

İlqar Əhmədov dünyaya göz açdığı torpaqda uyuyur.

Borçalıdan başlanan qısa və mənalı ömür yolu Bakıda gülləylə parçalandı. O güllə açılmamış İlqarın gözlərinə tuşlanıbmış, yağı onun torpaq sevgisiylə nurlanan gözlərinin qənimiymiş.

Borçalıda bir şəhid uyuyur.

Faxralıda şəhid İlqar adına bir ziyarətgah da yarandı.

 

Cəmil Səfərov

Deyirləp ki, insanların bu dünyası olduğu kimi, o dünyası da vardır. Bu dünyamızı bəzən yalançı dünya da adlandırırlar. O dünyanın həm cəhənnəmi, həm də cənnəti olduğu barədə də az söhbət açılmır. Deyilənlərə görə, o dünyanın isti və soyuq bucaqları da vardır. Mən bu barədə mübahisə etmək fikrinə də düşməmişəm.

Bu yazıda yuxarıda qeyd edilənlərə yalnız bir şey əlavə etmək niyyətindəyəm. O da ondan ibarətdir ki, mənə görə həm o dünyanın, həm də bu fani dünyanın bir bucağı da vardır. Bu bucaq altına düşmək isə hər insan oğluna qismət olmur. Mənə elə gəlir ki, ölümün labüdlüyünü sakitliklə, təmkinlə qəbul edən, elinin, obasının, xalqının yolunda, Vətən uğrunda, torpağının bütövlüyü uqrunda canını fəda edən şəhidlərimizin hamısı qeyrət bucağı altına düşür. Bu bucağa qovuşanların heç biri ölmür, dünyalarını dəyişsələr də əbədiyyətə çevrilir, ən yüksək zirvə olan şəhid adına layiq görülür.

Azərbaycanın sinə daqı ağrısı olan Qarabağ uğrunda döyüşlərdə Borçalı balaları, tək Borçalı deyil, Gürcüstanın azərbaycanlılar yaşayan digər bölcələrindən olan ərənləri erməni təcavüzünə qarşı igidliklə döyüşürlər. Həmyerlilərimizin bəziləri keçmiş SSRİ-nin müxtəlif respublikalarında yaşasalar da, gedən bu qanlı-qadalı müharibəyə, torpaqlarımıza edilən təcavüzə laqeyd qala bilmədilər. Belə qeyrətli oğullardan biri də Səfərov Cəmil Əziz oğlu olmuşdur. Çəmil Qazaxıstanda hərbi hava qüvvələrindən müdafiə qoşunlarında xidmət edirdi. Kapitan rütbəsinədək yüksəlmişdi.

Cəmil Əziz oğlu Səfərov 1962-ci ildə Marneuli rayonundakı Lejbəddin kəndində anadan olmuşdur. Sonralar ailələri Sumqayıta köçmüş, burada səkkizinci sinfi bitirdikdən sonra Bakıdakı C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, 1980-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Məktəbi bitirən ili Saratov vilayətində xidmət etmiş, sonra isə Qazaxıstana gəlmişdir. Bakıda, Qarabağda baş verən hadisələr yaşadıqları yerdən-yurddan asılı olmayaraq, bütün qeyrətli oğlanlar kimi ona da rahatlıq vermirdi. Və nəhayət, 1992-ci ilin aprel ayında Azərbaycanın Müdafiə Nazirliyinə müraciət edir. Hərbi mütəxəssis kimi onu mayın 9-dək nazirlikdə saxlayırlar. Lakin Cəmil döyüş nöqtələrində erməni quldurlarına qarşı vuruşmaq niyyətində olduğunu bildirərkən qeyd edir ki, mən kabinetlərdə işləməyə deyil, cəbhəyə getməyə gəlmişəm. Onun bu təkidləri nəticəsiz qalmır, Laçın-Şuşa bölgəsində, sonra isə Turş-su istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir, yoldaşlarını döyüşə ruhlandırır, tezliklə qələbə çalacaqlarını bildirir. May ayının 15-də yenə də erməni dəstələri ilə qarşı-qarşıya, göz-gözə dayanan əsgərlər ölüm-dirim vuruşu apararkən hamı bir şeyə inanırdı: Allah bu haqsızlıqları xain qonşulara bağışlamayacaqdır. Azərbaycan əsgərinin haqq işi qalib gələcəkdir. Həmin gün Cəmil yoldaşlarını yenə də qələbəyə ruhlandırmışdı. Onlar da bu qısa müddətdə yaxşı bilirdilər ki, Cəmil sözünün sahibidir, əməli həmişə sözünü tamamlayandır. Nə isə... Cəmil bilmirdi ki, bugünkü döyüş onun axırıncı dəfə əlinə silah götürdüyü gün olacaqdır. Lakin mən əminəm ki, belə oğullar ölümlərini qabaqçadan bilsələr belə, yenə də sinələrini doğma Azərbaycan torpağına, arxada qoyub gəldikləri ata-analarına, bacı-qardaşlarına, körpələrinə sipər edərlər. Mayın 15-də Cəmil də sinəsini sipər etdi, ağır yapalandı, qanaxma onu taqətdən saldı...

Həmin gündən çox da keçmədi. Cəmil Əziz oğlu Səfərovun komandirləri onun göstərdiyi şücaətlər barədə yüxarı təşkilatlara raportlar göndərdilər. Və nəhayət, 1992-ci il iyunun 7-də Azərbaycan respublikası prezidentinin fərmanı ilə bir qrup Azərbaycan əsgərinə, o cümlədən Cəmilə də Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Həmyerlimiz Cəmil özünün ölümü ilə ölməzlik, əbədiyyət qazandı. Bakının Şəhidlər xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səfərov yalnız borçalıların, təkcə Azərbaycan respublikasının deyil, dünyada yaşayan butun azərbaycanlıların fəxrinə çevrilənlərdən biridir.

 

Ələsgər Qayıbov

Ələsgər Yusif oğlu Qayıbov 1966-cı ildə Qaraçöp nahiyəsində anadan olmuşdur. 1973-cü ilin payızında Yor-Muğanlı orta məktəbinin birinci sinfinə gedən Ələsgər 1983-cü ildə orta məktəbi bitirdi. Bir müddət təsərrüfatda çalışdıqdan sonra sənədlərini 1987-ci ildə Xarkov Politexnik İnstitutuna təqdim etdi. Lakin Ələsgər müvəffəqiyyət qazana bilmədi. O, Bakıya qayıtdı və 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol-inşaat fakültəsinə daxil oldu. Lakin o buranı bitirə bilmədi...

1990-çı ilin 20 Yanvar gecəsi "Gənçlik" metrosunun yaxınlığında əliyalın camaat gülləbaran ediləndə yaralılara kömək əli uzadan Ələsgər də burada idi. Sən demə, onun da öz gülləsi varmış o güllələrin içində.

... Qaraçöpdə bir heykəl var. Buz kimi yerindəcə donub qalıb. İndi həmin daş heykəl azadlıq uğrunda şəhid olmuş Ələsgər Qayıbovun adını yaşadır. Bütün qaraçöplülərin qeyrət rəmzi kimi qoruduğu o daş heykəlin üstündə dolaşır Ələsgərin ruhu.

 

Yusif Şirinov

Yusif İsa oğlu Şirinov Qaraçöp nahiyəsində anadan olmuşdur. Həddi-büluğa çatanda o keçmiş sovet ordusunda xidməti də yadelli təcavüzünün qurbanı olan bir məmləkətdə-Əfqanıstanda keçmişdir.

Əfqanıstandan sağ-salamat qayıdan Yusif Şirinov bir müddət Qazaxıstanda yaşadı. Semipalatinsk Texnologiya İnstitutuna daxil oldu. Təhsilini başa vurub bir müddət orada işlədikdən sonra Bakıya qayıtdı. Qarabağda, sərhəd rayonlarımızda gedən müharibə Yusifin də qəlbində əks-səda verirdi. 1993-cü ilin noyabrında ordu sıralarına çağırış vərəqəsi alanda bir an da fikirləşmədi. Yusifin bölüyü (dəstəsi) Kəlbəcər dağlarında quduzlaşmış erməni birləşmələri ilə vuruşmalı oldu. 1993-cü il yanvarın 16-da Yusifgil Yanşaq kəndinə daxil olmuş, burada ermənilərin qəfil hücumuna məruz qalmışdılar. Məhz həmin o döyüşdə özü də, onun əsgərləri Natiq və Azər Novruzov qardaşları da həlak oldular.

Şəhid olmuş leytenant Yusif Şirinovdan işıqlı bir xatirə, həyat yoldaşı Mahirə ilə Fərhad adlı bir oğlu yadigar qaldı. Qəhrəmanı Bakının Şəhidlər xiyabanında dəfn elədilər.

Yusif Şirinov göstərdiyi igidliyə görə respublika prezidentinin fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü.

 

Arıxlı şəhidləri

Qardaş Azərbaycan və Gürcüstan respublikalarının ərazisində 6-7 ildir ki, milli münaqişələr, birləşmələr, katalizator rolunu oynayan bir sıra quldur dəstələri, əsrlərdən bəri bir-birinə arxa durub, dostluq, qardaşlıq edən bir vaxtda toqquşmalara yer verildi. Belə münaqişələr zamanı Borçalı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız olmuşlar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı bu illərdə də doğma torpağın, müqəddəs yurdun və xalqın rifahı uğrunda dörd cavan şəhid vermişdir:

1. Yusifov Tapdıq Suleyman oğlu 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olmuş, 1993-cu ildə isə quldur gülləsinə tuş olmuşdur. Tapdıq Arıxlı kəndinin ilk şəhididir. Qəbri nurla dolsun!

2. Yusifov Nəsib Əhməd oğlu 1958-ci ildə Arıxlıda kəndli ailəsində anadan olub. 1993-cü ilin dekabrında şəhid olmuşdur. Allah ona rəhmət etsin!

3. Əhmədov Arif Əhməd oğlu 1963-cu ildə Arıxlıda anadan olub, 1993-cu ildə şəhid olmuşdur. Allah ona rəhmət etsin!

4. Əliyev Tengiz Məhəmməd oğlu 1972-ci ildə anadan olub, 1994-cü ildə şəhid olub. Allah ona rəhmət etsin!

Bir kənddən dörd şəhid. Əlbəttə, dözülməz dərddir. Şəhidlik Borçalı bölgələrində Azərbaycan türklərinin svan-gürcü-erməni-yezdi kürd və s. quldur birləşmələri arasındakı toqquşmalar nəticəsində baş vermişdir. Şəhidlərin dəfn mərasimində onların ruhuna and içən Arıxlı camaatı söz vermişdir ki, belə quldur dəstələrinə qarşı son nəfərə kimi vuruşub amansız olacaqlar. Ağsaqqallığı öhdəsinə götürmüş Arıxlının cəsur oğlu Məhəmməd (ona el arasında Mamoş da deyirlər) Suleyman oğlu Yusifov - kəndin 70 yaşlı ağsaqqalı, ziyalı Mustafa Şamil oğlu Aslanovla birlikdə camaata yol göstərib, ağsaqqallıq edirlər. Onların istək və arzularını dəstəkləyənlərdən bir neəə nəfəri də Bakı, Türkiyə və başqa şəhərlərdə yaşayıb-yaradırlar. Belə Arıxlı oğullarından Ramiz Süleyman oğlu Yusifovu (Qarapapaq), Məmmədəlini, Sabiri (ona el arasında "əkə" də deyirlər) və s. qeyd etmək olar. Borçalının digər bölgələrində də belə ağsaqqallar vardır. Belələrindən Zəkəriyyə Təhməz oğlu Hacıyev (onu Rafiq çağırırlar), Tahir Əlibala, Elman Cəfərli, Eldar Yusibov, Paşa və b. qeyd etmək olar.

İgid və mərd borçalılar Borçalıda, Azərbaycanın Qarabağ bölgələrində və Bakıda 19-20 Yanvar faciələrində verdiyi şəhid oğulları ilə fəxr edir.

Bütün şəhidlərə rəhmət olsun, qəbirləri nurla dolsun!

Copyright © 2003 Borchali