Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

XEYRİYYƏÇİLƏR

Əziz Həsənov

Qoçaman Sarvanın əliaçıq, səxavətli və xeyriyyəçi oğlanları çox olmuşdur.

Belə qeyrətli və təpərli oğullardan biri də Əziz Həsənovdur.

Əziz Məhəmməd oğlu Həsənov, 1943-cu ildə Marneuli rayonunun Sarvan qəsəbəsində (indiki Marneuli şəhəri) kolxozçu ailəsində anadan olmuşdur.

Əziz Həsənov orta məktəbi doğma Marneuli şəhərində bitirib, ali təhsil almaq üçün keçmiş SSRİ-nin Krasnodar şəhərində Yeyinti Sənaye İnstitutuna daxil olur. Bir müddətdən sonra bu institut Bakı şəhərinə, sonradan isə Moskva şəhərinə köçürülür.

Ali təhsilli mütəxəssis Əziz Həsənov on ilə yaxın Marneuli şəhərində ticarətin müxtəlif sahələrində işləmişdir. Son beş ili isə (1991-1996) Marneuli Şəhər Ticarət Mərkəzinin sədri vəzifəsində işləmişdir.

Xalqımızın son illərdə düçar olduğu milli munaqişə ilə əlaqədar Borçalı bölgələrində də əhalinin dolanışı, gün-güzəranı ağırlaşmışdır. Sarvan əhlinin Hasanuşağı (Hasan öyü də deyirlər) nəslindən olan, yaşının yarım əsr olmasına baxmayaraq, bütün Borçalı bölgələrində ad-san qazanmış Əziz Həsənov öz imkanı daxilində camaata daim əl tutur, ərzaq sarıdan yardım göstərir.

Qayğıkeş və əsl xeyriyyəçi olan bu insan yolların təmirinə, su kəmərləri çəkilməsinə, gənc nəslin təlim-tərbiəsinə də vəsait ayırır. Əziz Həsənov el ağsaqqalı kimi şərəfli adı öz nəcib əməlləri ilə doğruldur.

 

Bayram Zeynalov (İmir Bayramlı)

Bayram Əli oğlu Zeynalov 1927-ci il-də Borçalı nümayəndəliyinin İmir kəndində anadan olmuşdur. 1934-cü ildə İmir ibtidai məktəbinə gedən Bayram təhsilini Sarvan yeddillik məktəbində almış, sonra isə tam orta məktəbi bitirmişdir. Sonradan ikiillik Tiflis Mühasibat-Uçot Texnikumuna daxil olur, 1947-1948-ci illərdə isə texnikumu müvəffəqiyyətlə bitirir.

Gənc mühasibatçı bir müddət kolxozda baş mühasib işlədikdən sonra' sənədlərini Gəncə Kənd Təsərrüfatı institutuna verib, oraya daxil olur. Tam kursu bitirib, yeyinti sənayesi üzrə ali təhsilli mütəxəssis kimi vətənə qayıdır. Elə həmin ildən də Marneuli Baş Meyvə-Tərəvəz Tədarükü İdarəsində işə düzəlir. O, burada təxminən 15 ilə qədər işləyir, sonradan isə ömrünün axırına kimi İmir kəndində müxtəlif xeyirxah işlərdə çalışmışdır. Onun son vaxtlardakı nəcib və xeyirxah işlərindən: İmir kəndində əhalinin güzəranının çətin vaxtında çörək, Təvədöy (Xram) çayı sahilində (İmir korpusunun yanında) tikinti materialı istehsal edən sexlərin açılmasını qeyd etmək olar. Kənddə zəhmətkeşlərin xeyir və şərində yaxından iştirak edən Baypam Əli oğlu Zeynalovu yaşının orta sinnində də Borçalının çoxsaylı yaşayış məntəqələrində İmir Bayram deyə çağırardılar. Bütün bu şan-şöhrəti Bayram Əli oğlu öz namus və vicdanı, vətənə və elə bağlılığı nəticəsində əldə etmişdir.

İmir Bayramın dostluğundan və xeyriyyəçiliyindən Borçalı hüdudlarından çox-çox uzaqlarda hələ də danışırlar.

 

Hidayyət Məmmədov

Hidayət Həsən oğlu Məmmədov 1953-cu ildə Borçalı mahalının Barmaqsız (Zəlyə) nümayəndəliyinin Culuqlu-Tecnis kəndində anadan olmuşdur. 1959-cu ildə Culuqlu orta məktəbinin birinci sinfinə cedib, 1968-ci ildə Soğanlıq qəsəbə orta məktəbini bitirib kamal attestatı almışdır. Oxumağa və əməyə hədsiz həvəsi olan gənc Hidayət 1976-cı ildə Bakıya gəlmiş və burada DİN-də işə düzəlmişdir. 1985-ci ildə keçmiş SSRİ-nin DİN tərkibində olan ali məktəbə qəbul olunmuşdur. Hidayət Borçalı (Məmmədov) DİN-də işlədikdən sonra iş yerini dəyişmiş və bir müddət siyasət və xeyirxahlıq işləri ilə məşğul olmağa başlamışdır. O, 1993-cü ildə hökumət numayəndə heyətində Gürcüstan Respublikasında (Borçalı bölgəsində) yaşayan soydaşlarımızın siyasi-ictimai və sosial-iqtisadi vəziyyəti ilə yaxından tanış olmaq üçün noyabr ayının 13-15 arası Tbilisi-Dmanisi (Başkeçid) və Marneuli bölgələrində mahalın tanınmış ziyalıları ilə birgə səfərdə olmuşdur.

Hidayət Borçalı Gürcüstanda yaşayıb-yaradan soydaşlarına dəfələrlə xeyirxahlıq yönümündə öz yardım əlini uzatmışdır. Bundan başqa o, Bakı şəhərində yaşayan alim-soydaşlarının əsərlərinin işıq üzü görməsi üçün dəfələrlə sponsorluq etmiş və yenə də edir. 1993-cü ildə "Hidbor" xarici-iqtisadi kommersiya şirkətini yaratmış və 5 ildir ki, bu şirkətin və cəmiyyətin prezidentidir.

Son 10 ildə Azərbaycanımızın başına gələn bu ağır və dözülməz müharibə bəlaları minlərlə soydaşımızın ailəsini iqtisadi çətinliklər qarşısında qoymuşdur. Hidayət Borçalı Qarabağ, Ermənistan və Ahıska türklərinə də bacardığı yardımları etmişdir.

Misal üçün:

1. "Borçalı" cəmiyyətinə 1 mln. rublpul köçürülmüşdür.

2. 1994-cü ildə Respublika Qadınlar Cəmiyyətinin hesabına 20 min rubl köçürülmüşdür;

3. 1995-ci ildə əsli Borçalıdan olan Vaqif Mustafayevə milyon rubl məbləğində nəğd pul vermişdir;

4. Məcid Borçalı, Əflatun Saraclı və b. əsərlərinin çapı üçün sponsorluq etmişdir;

5. 1993-cü ildə Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Elmira Süleymanovanın müraciətinə əsasən köçkün uşaqlar üçün 30 min manat pul verilmişdir;

6. 1993-cü ildə Azərbaycan Qadınlar Cəmiyyətinin bir qrup üzvlərinə Minsk və Moskva şəhərlərində keçirilən konfranslarda iştirak etmək üçün nəqliyyat xərci olaraq 30 min manat pul verilmişdir.

 

Oruc Əlizadə

Oruc Rza oğlu Əlizadə 1939-cu il mayın 10-da Borçalı mahalında, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini bitirmişdir. Həmin dövrdən bu vaxta kimi ixtisası üzrə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Bu gün də gənclik həvəsiylə öz işini davam etdirir. İki oğul, iki qız atasıdır.

O, Borçalı mahalının ağsaqqal ziyalı övladı kimi hər yerdə öz elinə-obasına üz ağlığı, baş ucalığı gətirmişdir. İstər Faxralı kənd məsçidinin abadlaşmasında, istər kəndə su çəkilməsində Oruc müəllim xüsusi fəallıq göstərmişdir. Elin-obanın xeyir-şərində, o həmişə hamıya nümunə olmuşdur. Onun ünvanına müraciətlə deyilən "Oruc ağa", "Oruc qağa" müraciətləri təsadüfi meydana çıxmayıb. O qaqalığını şəxsiyyət kimi ağalığını qazanıb.

Poeziya vurğunu, sazın-sözün məcnunu olan bu el adamı şair Nəbi sözünün laylası ilə böyüyüb. Güllər Nəslindən olan bir çox saz-söz ustadlarının Güllər Pərisi, İsmayıl Güllər, Rüstəm, Məmmədalı və s. davamçısı kimi ara-sıra təbi gələndə gözəl şerlər yazmağı da var. Onun evi ustad aşıqlarımızın, Ədalət Nəsibov, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Mikayıl Azaflı, Aşıq Əkbər, Kamandar Əfəndiyev tanınmış şairlərimizin axar-baxarlı məclislərinin həmişə meydanı olub. Deyişmə meydanı, saz-söz meydanı, sənət meydanı. Nə yaxşı ki, millətimizin hamımıza baş ucalığı gətirən belə oğulları var. Təsadufi deyil ki, onun haqqında sənət adamlarının yazdığı gözəl əsərlər, saz üstündə bəslənmiş şerlər, nəğmələr var.

Copyright © 2003 Borchali