Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

EL SƏNƏTKARLARI

Sınıqçı Qənbər Yusifov

Şıxlı və sınıqçı ləqəbi ilə Borçalıya səs salmış, xalqının dar günündə həmişə yar dım kestərən, xeyipxah ağsaqqal rolunu oynayan bu xoşxasiyyət adam, yəni Qənbər Yusif oğlu Yusifov 1896-cı ildə Azərbaycan Respublikasının Birinci Şıxlı kəndində kəndli ailəsində anadan olmuşdur.

Balaca Qənbərin 11 yaşı olardı ki, atası dünyasını dəyişir. Anasının himayəsində olan zaman onlar çox çətin həyat tərzi keçirirlər. O zamanlar Şıxlı kəndində dolanışıq məsələsi çətin və ağır olduğuna görə anası Qənbərlə birlikdə Borçalı nahiyəsinin Sarvan kəndindəki qohumlarına pənah gətirirlər. Təxminən 1907-ci ilə qədər onlar Sarvanda qohumlarının yanında sığınacaq tapırlar. Qənbərgil üç qardaş iki bacı idi. Qənbərin 11 yaşı tamam olanda ailə vəziyyətinin yaxşılaşması naminə işləməli olur. Borçalıda sovet hakimiyyəti qurulduqdan sonra balaca Qənbər kolxozda briqadir işləyə-işləyə

el-oba arasında sınıqçılıqla məşğul olur. Uzun muddət kolxozda çalışaraq 8 əmək mükafatı ordeni ilə təltif edilmişdir. Zəhmətsevər Şıxlı Qənbər 1922-ci ildə ailə qurmaq üçün Sarvan sakini Gülabatın Söyün qızına öz məhəbbətini açır. Tez bir zamanda onlar ailə qurub yaşayırlar. Onların bu uzun həyat yolunda 7 oğul, 2 qızı olur. Böyük ailənin də çətinlikləri böyük olur. Buna görə də Şıxlı Qənbər özünün sonrakı ləqəbi olan (Sınıqçı) həkim şehrətli peşəsi ilə də ciddi məşğul olur. Sınıqçı Qənbərin həkimliyi nəinki Sarvanda və hətta onun hüdudlarından çox-çox uzaqlarda- Başkeçid, Barmaqsız, Qaraçöp, Bolus, Ağbulaq və s. kimi bölgələrdə ağız dolusu danışılardı. Bu peşə ilə

məşğul olmaq Qənbərin yalnız xalqına olan ən başlıca xidməti idi.

Hazırda sınıqçı Qənbərin 5 oqlu 2 qızı Gürcüstanın Marneuli rayonunda, 2 nəfəri- Yusif və Rafael Bakı və Sumqayıt şəhərlərində dövlət işlərində çalışırlar.

Nəcib və xeyirxah el sınıqçısı Şıxlı Qənbər Yusifov ömrünün 80 yaşı tamam olan bir vaxtda dunyasını əbədi olaraq dəyişdi.

 

Yetim Smeyl (İsmayıl)

Yetim Smeyl ləqəbi ilə Borçalı çökəkliyində ad-san qazanmış İsmayıl Alıməmməd oğlu Məmmədov 1861-ci ildə Qarayazı (indiki Qardabani) bölgəsinin Ağ təhlə kəndində tacir ailəsində anadan olmuşdur. İsmayıl cəmi bir yaş on aylığında idi ki, anası Alleytər dünyasını dəyişdi. Atası Alıməmməd kişi anadan yetim qalmış İsmayılı Məşhədə aparmaq istəyir. Bundan xəbər tutan dayısı Oruc və xalası oğlu Sərxan (dilənçi) öz narazılıqlarını bildirərək İsmayılın getməsinə mane olurlar.

Körpə yetim İsmayılın üç dayısı (Xanəhməd, Oruc və Həsən- ona enli döş də deyərdilər) Borçalı nahiyəsinin Sarvan kəndinin ağalarından olan Hüseyn ağanın qoyun-quzularına baxır, böyük və kiçik çoban vəzifəsində işləyirdilər.

Altı yaşa yenicə keçmişdi ki, dayıları İsmayılı Sarvana gətirirlər. Bir müddət dayılarının yanında əl buyruqçusu, sonradan isə çoban kimi çalışan İsmayıl 18-20 yaşlarına qədəm qoymuşdu ki, dayılarından ayrı yaşamağı üstün tutur. Daha doğrusu, ailə qurub mustəqil həyat tərzi keçirmək istəyir. İsmayıl belə də edir. O, Sarvanın ən kasıb ailələrindən biri olan Alıməmməd adlı kişinin qızı Qudrətlə ailə qurur. Təzəcə ailə qurmuş gəng İsmayıl elə həmin ili, yəni 1882-1884-cü illərdə ailə vəziyyətini yaxşılaşdırmaq üçün Sarvanın ən varlı adamlarından biri olan Xaccaoğlu Alıməmmədin qoyun sürüsünə baş çoban düzəlir. Düz on yeddi il baş çoban işləyən İsmayıl Xaccaoğlu Alıməmmədlə haqq-hesabı kəsib şirinliklə ayrılır. Elə həmin ili də Sarvanın Çıldırlı Abbasqulu kişinin mal-dövlətinin üstündə üç il sərkər (baş çoban) işləyir.

İsmayıl çox qoçaq və cəsur bir sərkər idi. Onun ailə üzvlərinin tərkibi artdıqca var-dövləti də artırdı. İsmayıl ömrünün çox hissəsini dağlarda, duman, çən, narın yaqış və yandırıcı günəş altında keçirmişdi. Oturanda, duranda kənclərə və cavanlara özünün qoçaqlığından, dosta və tanışa olan məhəbbətindən və ən əsası isə özünün sərgüzəştlərindən ürək dolusu danışardı. Yetim Smeylin savadı olmadığına baxmayaraq o, çox geniş hafizəyə malik idi. Onun gur və məlahətli səsi vardı. Tütəkdə çalmağı çox sevərdi. Bir dəfə yaylaqda TəvəDöy (Xram çayı) qaşında oturub qoyun-quzu otararkən ən çox sevdiyi (özünün qoşması) mahnını ləzzətlə çalıb oxuyurdu:

Rustəm atlandı çıxdı zülmətdən,
Məmun olan içər şərab həyatdan.
Söz ki, düşdü igiddən, atdan,
Hər şeydən süfrənə əla deyərlər.

Yetim Smeyl

Günlərin birində İsmayıl dostu Məşdən çobana berzenlərlə (yunanlarla) savaşı zamanı onun tüfənginin alınması və geri qaytarılması üçün lazım olan pulun əldə edilməsi barədə belə söylədi: Berzenlərdən tüfəngin qaytarılması üçün pul lazım idi. Yaylaqdan Barmaqsızın Nərdivan kəndinə dostum Matosun yanına gəlib ondan pul istədim. Matos bir nəfəsə vallah-billah, Smeyl kirvə, yoxdur pulum-dedi. Kor-peşman, lakin sevincək geri, dəyələrə qayıtdım. Matosun yaxşı iki öküzü var idi. Gecə gedib ökuzləri oğurlayıb Xramın qaşında, çınqıllı bir yerdə gizlətdim. Üstundən iki gün keçmişdi ki, Matos başı alovlu mənim yanıma gəlib, öküzlərin bir neçə gün bundan əvvəl oslar tərəfindən oğurlandığını söylədi. Cavabında, axtararam, soraqlaşaram, deyib onu razı saldım. Səhəri günü Matosun yanına gedib, öküzlərin tapılması və əvəzində 150 manat istədiklərini ona söylədim. Matos yalvara-yalvara 150 manatı mənə verib, hələ ustəlik də mənə 25 manat (maqarıç) əlavə pul verdi.

İsti yay günləri başlamışdı ki, qocaman Sarvanın əli çatan ailələri öz oğul-uşağı ilə Sarvan dağına köç etmişdi. Yenicə taxıl və arpasını biçib, yığan ailələr də dağa çıxıb, dəyə qurmaqa tələsirdi.

Dağlılar səhər tezdən səs-küylə qarşılaşdı. Dedilər ki, ağalıqdan gəlin keçəçək. Hamı öz uşaqlarının toy libasını günün altına dəyənin üstünə sərmişdi. Migi bulağının üstündə ağanın alaçığı (dəyəsi) qurulmuşdu. Həmişəki kimi nökərlər, qulluqçular, aşpazlar və s. hərə bir iş dalınca dəyələr arasında şütüyürdülər. Kəsilmiş heyvanların ətini aşpazlar doğrayıb qulplu (qırmızı mis qazan) qazanlara doldurub, ocağın üstünə qoyurlar. Sağamoydan (turk kəndi) gələn oğlan evinin qonaqlarını səbirsizliklə gözləyən qız adamlarının gözləri ətrafda idi. Birdən quzuya baxan (quzuçu) çoban öz atını dəyələrin arasına sürüb oğlan tərəfin gəldiyini bildirdi. Toy-məclis adamları xəbərdən sevinib, toyu idarə edən dövrünün məşhur zurnaçısı Mostul adlı tutəkçi oğlu Suleymanla gəraylı çaldı. Bəli, məclis başladı. Xalı-xalça üzərinə əyləşən qonaqlar və toy adamları tez-tez Mostuldan oyun havalarının çalınmasını xahiş edirdilər. Toyun sonuna yaxın yallı tutuldu. Adətə görə dağda keçirilən toylar günorta yemeyinə qədər davam edərdi. Lakin bu toy nədənsə camaat düz axşamüstünə, yəni qaş qaralana kimi davam etdi. Sonradan məlum oldu ki, toyun belə uzun çəkməsinə əsas səbəb Yetim Smeylin pəhləvancasına güləşməsi olmuşdur. Məsələ belə olmuşdur:

Sarı bəy (oğlanın, bəyin atası) özləri ilə dörd güləşçi gətirmişdi. Adətə görə bunların hamısı uduzana qədər güləşməli idi. Yetim Smeyl bunların dördünün də arxasını yerə vurdu. Bunu görən bəyin atası bir qızıl onluq (çervon) çıxarıb Smeylin papaqının altına qoyub dedi: Əhsən sənə, oğlum! Üzün ağ olsun. İki gündən sonra gəlini yola salmaq (köçürmək) üçün Smeyli və dəstəsini gəlinin qabağı ilə getməsini ondan xahiş etdilər.

Yetim Smeyl ucaboy, enlikürək, qüvvətli bir sərkər idi. O, zəmanəmizin iki əsri arasında yaşamışdır. Əldə olunan məlumata görə, yüz yaşdan yuxarı bir həyat tərzi keçirmişdir. Yetim Smeyl Məmmədov 1981-ci il aprelin 18-də əbədi olaraq həyatını dəyişmişdir. Onun qəbri Sarvanın ən qədim qəbiristanlığında yerləşir. Allah ona rəhmət eləsin.

 

Talıb oqlu Şəmməd

Borçalı nahiyyəsinin Sarvan kəndi özünün rəngarəng təbiəti qoynunda yaşayıb-yaratdığı nəsilləri ilə fəxr etməlidir. Bu nəsil Sarvanın mərkəzi bölgəsində məskunlaşmışdı. Yığcam yaşayan Talıbovlar sülaləsinin son yüzillikdə ən qocaman nümayəndələrindən biri də bu nəslin davamçısı olmuş Talıbov Şəmməddir. O, 1891-ci ildə Sarvanda anadan olub, təxminən yüz ilə yaxın yaşamışdır. Sonradan Bığlı Şəmməd adı ilə məşhurlaşan bu xeyirxah insan 1925-ci ildə Sarvanın imkanlı adamlarından sayılan Əli kişinin qızı Mərsə xanımla nikah kəsdirib ailə qurur. Onun 11 övladı olur, ikisi ölür, 9 evladın isə hamısını ərsəyə çatdırır.

Bığlı Şəmməd adından göründüyü kimi, Koroğlu cürətli, qoçaq və rəhmli bir adam idi. Onun əlinin və ürəyinin açıqlığı haqqında çoxları indinin özündə belə danışırlar.

Bığlı Şəmməd yaşının ən dolğun çağında Türkiyədən, Ermənistandan və Gürcustanın bir sıra bölgələrindən mal-dövlət gətirir və aparıb mal-dövlət satardı. Yəni ticarətlə məşğul olardı. Onun rəhmdar olması haqda belə söyləyirlər: Əkin-səpin vaxtı kimlər torpağında şum və səpin apara bilmirdisə, onda Şəmməd dərhal qardaşlarını kotanla bərabər o kimsəsiz adamlara kömək üçün göndərərdi. Şəmməd Talıbovun sürücülərindən biri Duraxanlı (Duraxanov) Qulu belə söyləyirdi: Bir dəfə Şəmməd əmi Türkiyədən 300 baş qoyun gətirərkən yolda türklər bizim qabağımızı kəsib atdan düşməyi Şəmmədə ərz etdilər. Bu vaxt Şəmməd at üstündə irəli gəlib, siz müsürman (musəlman) biz müsürman deyib, onları rəhmli olmağa çağırdı. Və yenə sözünə davam edib belə dedi: A qardaş türklər, müsürman aləmində yaxşı bilirsiniz ki, kişinin atını almaq nə deməkdir. Atını aldın, ya onun papağını yerə vurdun, ikisi də eyni şeydir. Bunlara qulaq asan başqa bir türk atlısı irəli çıxıb sürüdən 20 baş erkək seçib dedi: Di haydı, bu, əfəndim yaman müsəlman-müsəlman deyir, qoy çıxıb getsinlər. Bu qoyunlar da bizə peşkəş olsun. Görünür, bu əfəndi çox yaxşı adamdır.

Atalar yaxşı deyib: Söz var adamı dağa mindirir, söz var dağdan endirir.

 

Xatun Dursun qızı Sadıqova

Hələ keçən əsrin axırlarında (1899) həyata gələn Xatun Dursun qızı uzun bir tarixi yol keçmişdir. Ömrünün doxsan beş ilini başa vuran bu ağbirçək ana həyatda neçə-neçə şirinli-acılı hadisələrin şahidi olmuşdur. Qocaman Sarvan kəndinin Sadıqovlar və Talıbovlar sulaləsindən olan Xatun ana iki inqilabın, vətəndaş və Böyük Vətən muharibəsinin, sonuncu yüzildə baş vermiş erməni-müsəlman qırğınının izlərini yaddaşında hələ də yaşadır.

Onun qan qohumlarından (yaşlı nəsil arasında) ən axırıncısı 1980-ci ildə həyatdan köçmüşdür. İndi bu nəslin ağbirçəyi və ağsaqqalı Xatun ana özüdür.

Ananın söylədiyinə görə, o, atasını uşaq yaşlarından itirmiş, anası Sənəm ona həm ata, həm də ana olmuşdur. Dolanışığın getdikcə çətinləşdiyini görən Sənəm nənə Səməd kişiyə ərə gedir. Səməd kişi Xatuna öz doğma balası kimi qayğı göstərir. Səməd kişinin ögey ata məhəbbətini Xatun qəbul edə bilmir. Götür-qoy etmədən sarvanlı Musaya ərə gedir. Onun bir oğlu və bir qızı olur. Uşaqları körpə ikən Musa kişi ölür.

Arxasız ana iki yetimlə böyük çətinlik qarşısında qalır. Xatun ana həyatın bu bəxtəvərlik və xoşbəxtliyindən tam uzaq olmuşdur. O dövrdə ölkədə gedən milli ədavət, iqtisadi islahatlar və inqilabi çevrilişlər nəinki iri şəhər və qəsəbələrdə, hətta qədim Borçalının Sarvan kəndində də öz murdar niyyətlərinin toxumunu səpməkdə davam edirdi. Belə bir ağır şəraitdə Xatun ana ağsaqqalların məsləhətinə qulaq asaraq ikinci dəfə ailə qurası olur.

Əri Oruc Allahverdi oğlu qonşuluqdakı (2,5 km) Hallavar kəndindən idi. Oruc kişinin də əvvəlki arvadından uç uşağı qalmışdı. İki sınıq ürəkli ər-arvad və beş nəfər yetim övladlar bir mənzilli, yarım zirzəmili torpaq evdə yaşayırdılar. Bu illərdə müharibənin başlanması onsuz da kasıb yaşayan ailənin həyat tərzini daha da ağırlaşdırır. Xatun ananın yetim uşaqlarına daha üç oğlan uşağı da əlavə olunur.

Belə böyük bir ailəni dolandırmaq üçün heç bir savadı, peşəsi olmayan ana bir müddət kolxozda, sonra isə Sarvan kənd məktəbində xadimə işləyir. Bu müddətdə (1940-1950) ananın derd övladı tələf olur. Maddi cəhətdən böyük çətinliklərlə üz-üzə gələn Xatun ana mənəvi cəhətdən də sarsılır. Bununla belə, yaşamaq və övladlarını yaşatmaq eşqilə cavan gəlinin mubarizəsi qələbə çalır. Yaşı təzəcə 30-a çatmışdı ki, onun bədənində 35 sm cərrahiyyə əməliyyatı aparılır. Xatun ana bu dəfə də fələyin cəngindən yaxa qurtarır. Doğru deyiblər ki, toyla vay qoşadır. Xatun ana iki qız toyu görmüşdü ki, əri Orucu itirir. Oğlunun toyundan bir muddət sonra qız nəvəsini, sonra böyük oğlunu, son on ildə isə dörd nəfər nəvə itirmişdir. Aydındır ki, bu itkilər ağbirçək anaya çox "baha" başa gəlib. Lakin nə etmək olar, həyatın işidir, hamı kimi bu ağbirçək ana da yaşamaq istəyir... Xatun ana söyləyir ki, butun bu müsibətlərdən sonra məni yaşadan böyük oğlumun uşaqlarının mənə qarşı olan səmimiliyi, onların xoşbəxtliyi və doğma yurda, onun bərəkətli torpağına sidq-urəklə bağlılığım olmuşdur.

Ğazırda ananın beş övladı (uç oğul, iki qız) vardır. Bütün övladları ev-eşik sahibidirlər, 20 nəvəsi, 21 nəticəsi var. Hələ kötükcəsini də görəcəyinə ümid edir. Sadıqovlar (Sarvan kəndi) nəslində onun adı oğul nəvəsinə qoyulmuşdur. Əlbəttə, ananın razılığı alınandan sonra, Xatun ana fəxr edir ki, heç olmasa öldükdən sonra onun adını daşıyan nəvə-nəticələri var. Lakin aqbirçək ana taleyin ona bəxş etdiyi qara günlərə göz yummağı qəbul edir!...

Təbiətin işıqlı aləmini görməyən, onun sarımtul və mavi cizgilərini əbədi itirmiş gözlərdən axıdılan daq yaqışını xatırladan damcılar necə də əzablıdır. İki əsrin yadigarı olan Xatun ananın fikrincə, "vətəni olmayan göz göz deyil. O, ağlaya da bilməz! Ağlamayan gözlər ana gözləri ola bilməz!" Hazırda bu qocaman ana yaşının bu sinnində (1975-çi ildən işıq uzunə həsrət qalmışdır) özünün daimi xəstəliyini tam unutmuş, həmişə millət, xalq və vətən haqqında düşünür. Heç bir savadı olmasa da Xatun ana öz dualarında həmişə xalqımıza kömək arzulayır, imdad diləyir. "Əlimdən gələn budur" deyir. Ananın fikrincə, anasız vətən, vətənsiz ana sözün əsl mənasında tuluqu deşilən su qabına bənzər. Unutmaq olmaz ki, vətənin önundə ana sözü dayanır!... Ana vətən! Bu muqəddəs varlığa hər bir vətən övladı qayğı göstərməyi özünün əxlaqi borcu saymalıdır. Son statistik məlumatlara görə, bu yaşda olanlar qədim Borçalı mahalında əhalinin on faizə qədərini təşkil edə bilər, ağbirçək ananın həyat təcrubəsi istər cavan və istərsə də qismən yaşlı nəslə böyük tövsiyələr verə bilər. Şubhəsiz ki, bunların hər birisi təklikdə canlı bir tarixdir.

Bir və ya iki əsr ərəfəsində yaşamış adamların həyatdan keçməsindən sonra xalq hardasa öz sözünü demişdir. Bax buna deyərlər: daldan atılan daş topuğa dəyər. Hələ ki, gec deyil, əsrimizin Borçalı torpağında beş yaşlı nümayəndəsi varsa biri də Xatun anadır. Bu ananın ən xeyirxah əlamətlərindən biri odur ki, hələ mən universitetdə oxuyarkən unudulmuş xalq ədəbiyyatı nümunələrinin yığılmasında qədim Azərbaycan-turk tapmacalarının bərpasında yaxından kömək etmiş, şəxsən mənə təxminən 2 min il bundan əvvəl indiki mahalda Azərbaycan türklərinin yurd-yuva salması ilə əlaqədar olaraq bu əyalətin toy, yas, bayram və s. adət-ənənələri barəsində çox qiymətli və əvəzsiz materiallar söyləmişdir.

Xatun ananın bizlərə verəçəyi və söyləyəcəyi məlumatlar çox olacaqdı. Lakin uzun sürən amansız xəstəlik onu bizim aramızdan apardı. Xatun Dursun qızı Sadıqova 1995-ci ilin noyabr ayının 11-də gözünü əbədi olaraq yumdu. Məzarı Marneuli şəhər qəbiristanındadır.

 

Muşevanlı (Dəllər) Nazı ana!

Yaşının çox olmasına baxmayaraq, valideyn kimi qayğıkeş, hər bir incəliyə həssaslıqla yanaşan geniş ürəkli Nazı ana biz kənddə olanda bizimlə çox mehriban söhbət etdi. Onun dediklərindən: Eh, a bala, siz hələ nə görübsüz, mənim cəmi 7-8 yaşım olar-olmaz atadan yetim qalandan sonra Qaratikan adlanan kəndə gəlib atalığım Rüstəm Kərimoğlunun himayəsində yaşamışam. Onda Qaratikan kəndinin dörd tərəfi qaratikan kolluqları ilə əhatə olun-muşdu. Aclıq və yoxsulluq vaxtlarında bu kəndin camaatı bu tikan kollarını qırıb yandırırdılar. Kəndin hər tərəfində qaçaq-quldur dəstələri baş alıb gedirdi. Bütün kənd camaatı qara damlarda yaşayırdı. İnan allaha, kimin ağzı idi gün batandan sonra zirzəmidən bayıra (çölə) çıxa. Müharibədən sonra şükür allaha vəziyyət bir az yaxşılaşdı.

Ağrın alım, bəs indi nə oldu. Axır 4-5 ildir ki, yenə də evdən-eşikdən bayıra çıxmaq çox çətindir. O vaxtları atlı quldurlar idi. Bəs, siz yazıqların, bu körpə balaların aqibəti necə olacaq və s.

İncə təbiətli Zvel-Kveşi kəndində Əhməd evinin Görüşoğulları nəslində 1922-ci ilin baharında dünyaya gəlmişdir. Yetimliklə hədd-büluğa çatdıqda, yəni 1940-cı ildə Muşevanlı (Dəllər) Yəhya Məmməd oğlu ilə ailə qurur. 1940-1950-ci illərin acı günlərini arxada qoyan Nazı ana doqquz uşaq anası və 50-yə yaxın nəvə-nəticə sahibidir. Eldə-obada ekiz oğullar dünyaya gətirən ana kimi ad-san qazanmışdır. Mehriban ailəsi var. Qəhrəman ana kimi tanınan və hörmət edilən Nazı ana özünü çox gümrah hiss edərək kötukcə görməyi də arzulayır.

Nazı ananın Borçalı haqda deyiləsi sözləri daha çoxdur. Sağlıq olsun, gələcək işlərimizdə onunla təmasda olub, Borçalı xatirələri haqqında məlumat toplayacağıq.

 

Balaxanım Yusifova

Həcər qeyrətli Balaxanım Yusif qızı Borçalının Sarvan kəndində onu belə tanıyırlar. Böyük Vətən muharibəsində (1941-1945) həyat yoldaşını itirmiş Balaxanım bir yaşlı qızı Qələmzərlə tənha qalır. O vaxt onun 18 yaşı vardı. Taleyin ona bəxş etdiyi qismətlə razılaşan Balaxanım öz həyatını Borçalının Sarvan kəndinin kolxoz, sovxozunda işləməyə ve yeganə ömür çırağı, həyat yoldaşı Qədim Həsənovun yadigarı, körpəsi Qələmzərin tərbiyəsinə bağlayır. Bu cəsur qadın qarşısına çıxan çətinliklərdən qorxmur, əksinə, daha da mətinləşir və həyat yollarında mətin addımlarla irəliləyir. Əməkdə başqalarından fərqlənir, adı qabaqcıllar sırasında çəkilir, deputat seçilir, nəhayət, Dövlət mukafatına "Şərəf Nişaiı" ordeninə layiq görülür.

O, həyata nikbinliklə baxır, qızı Qələmzəri Bakıya oxumağa göndərir. Tibb bacısı Qələmzər xanım ailə qurur və Balaxanım Yusif qızına 5 nəvə bəxş edir.

Hazırda Balaxanım Yusif qızı pensiyaçıdır.

 

Roza Xudayeva

Haqqında söhbət açacağımız şəxs Gürcüstan Respublikasının əməkdar müəllimi, keçmiş SSRİ-nin maarif əlaçısı, Borçalı diyarının qabaqcıl ziyalısı Roza Xudayeva Salman qızıdır.

Sarvan kəndi Borçalı qəzasının mərkəzi olmaqla yanaşı, həm də ən mühüm mədəniyyət mərkəzi idi. Roza Xudayeva Salman qızı 1932-ci ilin aprelində qədim Borçalının Sarvan kəndində qulluqçu ailəsində dünyaya göz açmışdır. Ulu babası Xudaverdi kişinin soyköku Qarabağdandır. O, üç qardaşı ilə birlikdə vaxtilə Borçalıya gəlmişdir. Abbas Xudayev-Rozanın babası Borçalının 2-ci Kosalı kəndindən olan Bayram adlı bir kəndlinin qızı Müqəddinisə ilə evlənmiş, onların üç oğlu və iki qızı dünyaya gəlmişdir. Ailədə ən böyük evlad Rozanın atası Salman, ortancıl Suleyman, kiçik oğul isə Qəmbər, böyük qızı Səkinə, kiçik qızı isə Sədəf olmuşdur.

Rozanın anası Xanım Arif qızı Şərifovanın ailəsi Sarvanın məşhur bəy nəslindən olub torpaq sahələrinə malik idilər. Əmisi Almaz ağa, dayıları Böyük ağa, Vəli bəy, Nəsrəddin ağa, Səməd ağa və ən məşhuru bolşeviklərdən qaçaq düşmüş Hacıxəlil ağa olmuşdur. Bolşeviklər Gürcüstana gələndə (o vaxt Şura hökuməti deyilirdi) Hacıxəlil öz dəstəsi ilə uzun muddət onlarla döyüşəndən sonra dağlara çəkilmiş, sonralar Turkiyədə sıqınacaq tapmışdır. Nənəsi Mina xanım Sarvanda yaxşı tanınan Bayramovlar nəslindəndir. Əmizadəsi Rüstəm Paşa oğlu Şərifov o vaxtlar Tbilisi şəhərində gimnaziyanı bitirdikdən sonra Sarvanda ilk dəfə açılan ibtidai, sonra natamam, daha sonralar isə orta məktəbdə uzun müddət, yəni ömrünün sonuna qədər rus dilini tədris edənlərin ilk qaranquşu olmuşdur. Yalnız təqaüdə çıxdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya köçmüş və burada vəfat etmişdir. Qəbri Bakı şəhərindədir. Övladları və nəvələrinin hamısı (birisindən başqa) Bakıda yaşayırlar. Rüstəm Şərifovun ikinci qardaşı Kərim Şərifov Paşa oğlu inqilabçı kimi fəaliyyət göstərmiş və nəhayət Sarvanın "Udelni", indiki "Yaqlıca" adlanan yerində, 1918-ci ildə yerli bəylər tərəfindən qətlə yetirilmişdir. Marneulidəki 1 nömrəli orta məktəb uzun muddət onun adını daşımışdır. Roza Xudayevanın babası Abbas kişi Sarvanda kolxoz quruculuğunun ön sıralarında get-miş, onu təşkil edənlərdən biri olmuşdur. Atasını zorla xatırlayan Roza anasını da çox erkən itirmişdir. Başsız qalan ailədə 4 yetimin- uç bacı, bir qardaşdan ən böyüyü Roza Xudayeva olmuşdur.

Roza Xydayeva həm orta məktəbi medalla bitirən, həm də ilk ali təhsil (Marneuli ş.) alan qızların nümayəndəsi olmuşdur. Universitetin hüquq fakultəsinin II kursunda təhsil alan kəndçi qızın həyatı narahatlıq içərisində keçirdi. Günlərin bir günündə universitetin mərhum rektoru Abdulla Qarayev R.Xudayevanı öz qəbuluna dəvət edir. Gənc qız çox həyəcan keçirir. Sonra məlum olur ki, onun atası həbs olunduğu üçün gələcəkdə onun xalq hakimi, yaxud prokuror işləmək hüququ təhlükə qarşısında olacaq. Bu haqda rektora bədnam adamlar imzasız məktubda yazmışdır. Öz gələcək ta-leyini dərk edən gənc qız məcbur olur ki, ixtisasını dəyişsin. O, filolokha fakultəsini seçir. Halbuki bu vaxtlar onun şəkli əlaçı olduğu üçün fakultənin şərəf lövhəsindən asılmışdı. R.Xudayeva universitetdə təhsilini başa çatdırdığı vaxtda artıq doğma Borçalı Marneuli adlanırdı. Azərbaycanlıların yaşayış məntəqələri gürcü adları ilə əvəz olunmuşdu.

Hazırda 3 nömrəli şəhər məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən R.Xudayevaya sual verəndə ki, uşaqlıq, məktəb və umumiyyətlə, gənclik illərindən ən çox nəyi yaxşı xatırlayırsan? O, ağzını açan kimi ilk dəfə, əlimdən tutub ilk "A" hərfini, sonra da "Ana", "Ata", "Vətən" sözlərini yazmağı öyrədən Səlimə müəlliməni heç zaman unuda bilmərəm, - dedi. O, ucaboylu, dolu əndamlı, sarışın saçlı bir qadın idi. Saçlarını geriyə doğru darayırdı- əri Qulam kişi Bolnis rayon polisinin rəisi işləyirdi. Tez-tez bizim evə, atamın yanına gələrdi. Sarvana köçdükdən sonra da mənim yaxşı müəllimlərim olmuşdur. Onlardan rus dili muəllimi Rüstəm Şərifovu, kimya müəllimi Rüxsarə Əliyevanı, fizika müəllimi Məmmədov Kamalı, dil və ədəbiyyat müəllimləri Ə.Hüseynovu, Şəfiqəni, direktorumuz Bayramov Halayı (Bayramov Halay riyaziyyat müəllimi, həm də məktəbin direktoru idi. Böyük Vətən muharibəsində həlak olmuşdur, dərs hissə müdirini heç vaxt unuda bilmərəm. İbtidai siniflərdə sonradan mənə Dilşad Məmmədova, Səadət Hüseynova da dərs demişdir. Mən universitetin filologiya fakultəsində oxuyanda da adlı-sanlı şair, yazıçı, tənqidçi muəllimlərim olmuşdur. Onlardan M.Rəfili, C.Xəndan, M.Cəlal, P.Xəlilov və başqalarını göstərə bilərəm. Yuxarıda adlarını çəkdiyim şəxslər məndə ədəbiyyata böyük həvəs yaratdılar. Məhz buna görə də mən vaxtilə özümün sevib-seçdiyim hüquqşünas ixtisasını filologiya ilə dəyişməyimə heç də təəssüflənmədim, əksinə, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin incəliklərini böyük həvəslə həm öz xalqımın balalarına öyrətmək, həm də qeyri millətlər arasında ləyaqətlə təbliğ etmək, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək əsl fədakarlıq və böyük zəhmət tələb edirdi. Mən heç bir tərəddüd etmədən böyük məmnuniyyətlə doğma Sarvanıma qayıtdım. 1952-1953-cu tədris ilində universiteti bitirdikdən sonra ilk pedaqoji fəaliyyətinə ibtidai sinif müəllimi hazırlayan Marneuli pedaqoji məktəbində, rayon pedaqoji kabinetində metodist kimi başlamışam. Hazırladığım ibtidai məktəb müəllimlərinin bir neçəsi ilə indi həmkaram.

R.Xudayeva rayon komsomol komitəsinin katibi vəzifəsinə irəli çəkilmişdir. O, eyni vaxtda da pedaqoji məktəbdə dil və ədəbiyyat fənnini tədris edirdi. Öz ixtisasını həddindən artıq sevdiyi üçün bir il sonra öz ərizəsi ilə əvvəlki əsas (metodist) işinə qayıtmışdır. Pedaqoji məktəb bağlandıqdan sonra (1960) 1 saylı orta məktəbdə bu günə qədər işləyir. 1958-ci ildə Kommunist Partiyası sıralarına daxil olur.

Universitet illərində (1948) komsomolun XXX illik yubileyi munasibətilə rektorluq tərəfindən təşəkkür almış, pedaqoji fəaliyyəti zamanı elə tədris ili olmamışdır ki, onun əmək kitabçasına məktəb direktorluğu, maarif şöbəsi tərəfindən təşəkkür yazılmasın. 1953-1955-ci illərdə "Axali Marneuli" qəzetində təbliğat-təşviqat şöbəsinin ştatdankənar müdiri işləmiş, özfəaliyyət kollektivlərinin VIII-IX respublika olimpiadasında birinci diplom, 1956 və 1961-ci illərdə Gurcustan Ali Sovetinin və Gürcüstan mədəniyyət nazirinin 1 dərəcəli fəxri fərmanları ilə təltif edilmişdir. 5 il dalbadal rayon komsomol komitəsi plenumunun üzvü, üç il Gürcüstan Respublikası ali və orta məktəb, elmi müəssisə işçiləri həmkarlar ittifaqı plenumunun üzvü, ilk müəllim komsomol (pedaqoji məktəbdə) təşkilatının katibi işləmiş, 1960-cı ildə Gürcüstan Respublika Həmkarlar İttifaqının X qurultayına nümayəndə seçilmiş, qurultayda çıxış etmiş.

1968-ci ildən indiyədək üç dəfə Gürcüstan Respublikasının III -IV və VI muəllimlər quruptayına nümayəndə seçilmiş, qurultayda öz iş təcrübəsi haqqında çıxış etmiş, bu çıxış şəkli ilə birlikdə "Saxalko Qanatleba" ("Xalq maarifi") qəzetində geniş işıqlandırılmışdır. Uzun müddət məktəbin "Pedaqoq" adlı qəzetinin redaktoru, 1969-cu ildən 1989-cu ilə qədər (SSRİ dağılana qədər) məktəbin ilk partiya təşkilatının katibi seçilmişdir. 3 çağırış dal-badal rayon və şəhər sovetlərinə deputat, 8 il dalbadal Gürcüstan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir. Rayon partiya komitəsinin ştatdankənar təlimatçısı, 1952-53-cü tədris ilindən bu günə qədər qayon üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin fənn komissiyasına rəhbərlik edir. Əməkdar müəllim kimi R.Xudayevanın tərcümeyi-halı və şəkli Gürcüstan Respublikasının maarif muzeyində saxlanılır.

Adı Marneuli rayon təhsil şöbəsinin tərtib etdiyi fəxri kitaba daxil olunmuşdur.

Marneuli rayonynyn mərkəzində bu yaxınlara qədər hər il Gürcüstanın regionlarından azərbaycanlıların yaşadığı 20-dən artıq məntəqələrdən gələn muxtəlif ixtisaslı müəllimlər üçün bir aylıq təkmilləşdirmə kurslarında 30 ilə yaxın həm ibtidai, həm də yuxarı sinif müəllimlərinə əvvəlcə Azərbaycan dili və ədəbyyatı metodikası, sonralar da pedaqogikadan dərs demişdir. Rayonlar birləşənə qədər Marneuli rayon pedaqoji kabinetində metodist vəzifəsində işləyən R.Xudayeva Gürcustanın azərbaycanlılar yaşayan 200-ə yaxın məntəqələrindən ona müraciət edən gənc müəllimlərə, qiyabi oxuyanlara müntəzəm olaraq nəzəri metodiki yardım etmiş, məsləhətlər vermişdir.

Qonşu Qazax rayon maarif işçiləri ilə qabaqcıl iş təcrübəsi mübadiləsi məqsədilə Marneuli rayon pedaqoji kabinetinin təşəbbüsü ilə keçirilən görüşü barədə "Dostluq görüşü" adlı məqaləsi ilə, "Gürcüstan" qəzetində "Dörd dost, dörd ürək" adlı və s. məqalələri ilə çıxış etmişdir.

R.Xudayevanın özü, işi haqqında da mətbuatda çoxlu yazılar dərc olunub. Gürcüstan Respublikasının keçmiş maarif naziri T.Lalikaraşvili "Şərqin şəfəqi" ("Zarya Vostoka") qəzetində "Müəllim nüfuzu" adlı məqaləsində onun əmək fəaliyyətinə yüksək qiymət vermişdir. Ali məktəbdə ədəbiyyatdan yaxşı və əla qiymətlərlə qəbul imtahanı verən şagirdləri onun başını uca etdikləri üçün bu haqda "Azərbaycan müəllimi" qəzetində geniş məqalə dərc etmişdilər.

Onlardan biri "Unudulan deyilik" başlığı ilə sabiq şagird Q.Əliyeva tərəfindən dərc olunmuşdur. Bu məqalə vaxtilə Orta Asiya alim və müəllimlərinin R.Xudayevanın qabaqcıl iş təcrübəsi ilə maraqlanaraq onun dərsini dinlədikləri və ona yüksək qiymət verdiklərinə həsr olunmuşdur. Bundan əlavə Gürcüstan Maarif Nazirliyinin əmr və sərəncam kitabçalarında qabaqcıl müəllim kimi həmişə adı çəkilmiş və iş təcrübəsi məktəblər arasında yayılmışdır.

Roza müəllim söhbətdən sonra bizim onun arxivinə nəzər salmağımızı xahiş etdi. Fürsətdən istifadə edib biz onun arxivinə də nəzər saldıq. Orada sabiq məzunları ilə yazışdığı onlarla məktubların şahidi olduq. Bu məktubların çoxu keçmiş SSRİ-nin yaxın və uzaq şəhərlərində ali məktəblərdə oxuyan, əsgəri xidmətdə olanlardan idi. Məktubların çoxu da ona əziz anam, mənim ikinci anam başlığı ilə müraciət olunan minnətdarlıq məktubları idi. Belə məktublar xaricdən də yazılmışdı.

Kurs yoldaşlarından Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Seyidov Yusif, pedaqoji elmlər namizədi Əfşan Cabbarzadə, Qarabağ torpağı uğrunda həlak olan şəhid Vəli Hüseyn oğlu Məmmədov, görkəmli yazıçı mərhum Mir Cəlal Paşayev, məşhur dilçi Nəsir Məmmədov və başqalarının da məktublarını saxlayır.

R. Xudayevanı Marneuli şəhər və rayonunun maarif işçilərinin ön sıralarında gedən həqiqi ziyalı və bacarıqlı təşkilatçı kimi qiymətləndirsək, heç də səhv etmərik. Bizə elə gəlir ki, ömrünü məktəbə, maarifə qurban verən Roza müəllimənin adını 1 saylı məktəbə versələr, bu çox ədalətli və haqlı olar. Onsuz da belə adamlar unudulmurlar. O, bu ada həqiqi mənada layiqdir. Biz ona gələcək şərəfli işində uğurlar dilədik, məktəbi də xoş təəssüratla tərk etdik. Onun həyat yolu bunlarla bitmir...

 

Kəmalə xanım

Nəsil şəcərəsi ulu Səfəvilər soyuna bağlanan elqızımız Kəmalə xanımla söhbətlərimizdən birində o dedi ki, müharibə illərini yaşamış ahıl borçalılar anamı yaxşı xatırlayırlar. O illər başında kəlağayı atını sağa-sola çapıb neçə-neçə dərdliyə çarə tapan, həyan olan gözəl Asiyanın xeyirxah əməllərini, onun qəhrəmanlığını, kişi qeyrətini unutmayıblar...

...Anamı 4 yaşında itirmişəm. Onun haqqında bibilərim, digər qohumlar və tanışlar tərəfindən mənə söylənilən xoş sözlər isə bitib-tükənmək bilmir və mənə həmişə fəxr və qürur verir. Səfəvi nəslinin ən gözəl, mədəni, ziyalı, ağıllı və igid nümayəndələrindən biri sayılan Asiya Aslanzadə 1917-ci il iyunun 30-da Bakıda anadan olub. Onun babası Səfəvi nəslindən olan Rəbiyə xanım isə Şeyx Cüneydin şəhid olduğu əvvəllər həzrət şəhəri olmuş, indi isə Qusarın Həzrə kəndi sayılan yurdda ziyalı ailəsində doğulub. Atası Nurulla Aslanzadə isə bəyzadələr nəslindən olub və neçə illər görkəmli hüquqşünas kimi tanınıb. Anam orta təhsilinə Bakıda başlayıb, lakin Qubada sona çatdırmalı olub. Uzaqgörən atası şəhərdə vəziyyətin dəyişəcəyini əvvəlcədən duyub, 37-ci illərin havasını qabaqcadan hiss edib, Qubaya köçmüşdü. Sonra Asiya indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib təyinatla Tiflisə göndərilib. Tiflisdə neçə illər məktəb direktoru işləyib. Burada atam İmranla ailə qurub. Atam o vaxtlar aptek müdiri və müəllim işləyib, müharibə illərində həkim kimi cəbhəyə göndərilib, müharibədən sonra Bakıya köçmüş və təhsilini davam etdirərək fizika-kimya elmləri üzrə alim kimi çalışmışdır.

Müharibə illərində anam çox böyük fədakarlıqlar göstərir. O, Qroznıdan kimsəsiz qalmış uşaqları işlədiyi məktəbə gətirir. Lakin burada da vəziyyət yaxşı olmadığı üçün, eləcə də onlarca başqa kimsəsizlər üçün Borçalıda sığınacaq tapır və onların əsil hamisinə çevrilir. Anam hamisi olduğu uşaqların da, böyüklərin də hər dərdinə qatlaşır, onlar üçün çörək, pul dalınca at belində Tiflisə gedib-gəlməkdən də çəkinmir. O, öz sadəliyi, mehribanlığı, gözəlliyi, eyni zamanda yüksək ziyalılığı və yaşına uyuşmayan müdrikliyi ilə hamının hədsiz məhəbbətini və hörmətini qazanmışdı. Mən, baçım və qardaşım da məktəbdə kimsəsiz uşaqlarla birgə qalırdıq. Sonra əmim xəstə halda cəbhədən gəldi. Anam vərəm xəstəliyinə tutulmuş əmimə heç bir özünü qoruyucu vasitə olmadan baxırdı. Bu isə onun özünün də xəstələnməsinə səbəb oldu və 1946-çı ildə 29 yaşlı anam həyatının çiçəkləndiyi bir dövrdə dünyadan köçdü...

Kəmalə xanımın dediklərinə onu da əlavə etmək lazımdır ki, Səfəvi nəslinin qüruru nə Kəmalə xanıma, nə də qardaşı Kamrana ata-anasının fədakarlıqlarına görə layiq olduqları sosial güzəştlərdən istifadə etməyə imkan verməyib.

Kəmalə xanım özü isə respublikada demokratik hərəkat başlayana qədər Səfəvi nəslindən olduğunu gizlətməyə məcbur olub. Həm əvvəllər, həm də sonralar elə bu günə qədər də müxtəlif təzyiqlərə məruz qalsa da, ana nəslindən iliyinə işləmiş mübarizliyindən, dəyanətliyindən, əzmkarlığından, dözumluluyundən əl çəkməyib. O, Azərbaycanda demokratik hərəkatın öncüllərindən biri, Azərbaycanın bayrağını ilk dəfə başı üstə qaldırıb meydana gələn ilk qadın olub. Bütün ailə üzvləri ilə birgə 20 Yanvar hadisələrinin iştirakçısı olub. O günlərdə Kəmalə xanımın əlində Quran tutaraq və babalarının ruhunu köməyə çağıraraq keçdiyi küçələrdə bir rus əsgəri də özlərinə məxsus vəhşiliklərini törədə bilməyibdir. Bu isə onun və sələflərinin malik olduğu qeyri-adi qüvvənin təzahürlərindən biridir.

Kəmalə xanımın qardaşı Kamran da bu nəslin ləyaqətli oğullarındandır. Neçə illərdir ki, dəmir yolunda fəxri mühəndis kimi çalışır. Onlarla fəxri fərman və mükafatların sahibidir. İndi də çətin bir həyat tərzi keçirən bu bacı-qardaş babalarının ruhuna sadiq qalaraq qızılbaş ideyalarının qoruyucusu və təbliğatçısı olmaq kimi şərəfli və əzablı bir ömür yolundadırlar.

 

Kişi Gülxanım

Qafqazda təzəcə kolxoz quruculuq işləri aparılırdı ki, dövlətin bu işlərinə qarşı çıxan bir sıra qaçaq dəstələri və sair qüvvələr yerlərdə bu əməliyyatın ləngiməsinə, onun dağılmasına çalışırdılar. Belə bir dəstə Borçalının Saraclı kəndində də tüğyan edirdi. 1930-1931-ci illərin quruculuq günləri idi. Saraclı kəndində də bir neçə qaçaq dəstəsi baş alıb gedirdi. Saraclı dağlarının mağaralarında kizlənən qaçaq başçısı Məmmədin dəstəsi tez-tez kəndə basqın edib, varlıların mal-qarasını, var-yoxlarını qarət edirdilər. Dəstənin qarşısını almaq və onları tərk-silah etmək üçün bölgənin mərkəzi Lüksemburq məntəqəsindən polis-jandarm dəstələri gəldi, lakin nəticəsiz olaraq geri qayıtdılar. Həmin vaxtda Saraclı kəndinə sovet sədri Gülxanım adında cavan bir gəlin rəhbərlik edirdi. Sədr Gülxanım çox namusu, qeyrəti, elsevərliyi və kişi qabiliyyətli mərdanəliyi ilə bütün Borçalı qəzasında əks-səda yaratmışdı. Onun çiynindən aynalı tüfəng heç bir vaxt düşməzdi. Buna görə də çox adamlar ona kişi Gülxanım deyərdilər.

Səksən iki yaşlı ağsaqqal oğlu Namazın söylədiyinə görə anası Gülxanımın ən böyük qəhrəmanlıq hünəri 1930-cu illərin soyuq bir payız gecəsində olmuşdur. Namaz kişi danışır ki, gecənin bir vaxtı idi, anam yataqdan qalxıb, kitelini əyninə keçirtdi. Sonra türk beşatılanını götürüb atına minib getdi. Bizlər onun halını bilirdik. Bilirdik ki, anam tez-tez kəndə çıxar, taxıl, arpa və s. anbarlarını yoxlayardı. Lakin bu geçə onu çox gözlədik, gələsi olmadı ki, olmadı. Bizi yuxu tutar və yatağa uzanıb yatarıq. Sübh tezdən kənd camaatının səs-küyünə yuxudan oyanıb, kəndin mərkəzi sahəsinə (ortalıq) getdik. Bütün kəndin adamları buraya torlaşmış idi. Adamlar bir-birilərinin qulağına alçaqdan pıçıltı ilə nəsə deyirdilər. Sonradan məlum oldu ki, bu gecə qaçaq Məmməd öz dəstəsilə təslim olub.

Anam at belində çiynində beşatılan kəndin tən mərkəzində dayanmışdır. Qaçaqlar da boynu bükük divarın dibində dayanmışdılar. Hamı maraqlanırdı ki, bu cavan gəlin bu zalım balalarını necə tutub gətirib. Nə əcəb, Məmməd davasız-şavasız sədrə tabe olub...Bir vaxtdan sonra rayon mərkəzindən gəlib, bu qaçaqları apardılar. Bununla da bu əməliyyat bir sirr olaraq qaldı. Amma o gündən anamı "kişi Gülxanım" deyə çağırırdılar.

Gülxanım Mirzəyeva 1886-cı ildə Saraclı kəndində anadan olmuşdur. Deyilənlərə görə, Gülxanım nənə hələ uşaq yaşlarından yazıb-oxumağı, zəhmət çəkməyi çox sevərmiş. Buna görə də o, kəndin ilk komsomolçu və sonradan isə ilk partiyaçı qadını sayılırdı. Onun hələ də unudulmayan, hamının yaddaşına həkk olunmuş əsas fəaliyyətindən birisi Borçalıda ilk kolxoz quran və ilk sovet sədri olan şəxsiyyətli bir qadın olmasıdır. Söyləmələrə görə, həmişə onun əlində "matrax" at belində olarmış. Kasıbların haqq-ədaləti yolunda həddindən artıq qanun tərəfdarı olmuşdur. Öz kəndinin məhkəməsini özü edərmiş.

Ömrünün 75 ilini elinə, obasına, vətəninə, xalqının işıqlı gələcəyinə həsr etmişdir. Bu illər ərzində Saraclıda birinci orta məktəb açılmasına, quruculuq dövründə kolxozun möhkəmlənməsinə, ilk kolxoz idarəsinin binasının, məktəb binasının, daha sonra isə həkim məntəqəsinin tikilməsinə nail olub.

Borçalıların böyük rəğbətini qazanmış Gülxanım Mirzəyeva 1975-ci ildə ömrünün 89 yaşında öz doğma kəndi Saraclıda vəfat etmişdir. Hazırda onun 82 yaşlı oğlu Namaz kişi öz ailəsilə bu kənddə yaşayır. İndinin özündə də Namaz kişini səsləyəndə "selsovet kişi Gülxanım"ın oğlu deyə çaqırırlar. Kəndin sayımlı kişilərindən Qara Osman, Aşıq Hüseyn Saraclı (Allah onlara rəhmət eləsin!), Vəli baba və başqaları kişi Gülxanımdan söz düşəndə həvəslə danışıb onu yad edib deyərdilər: "Təki indiki kişilərimiz o qeyrətdə olsunlar, a bala. O kişinin qızı bizləri o qanlı-qadalı illərdə azmı hörmət edib saxlamışdı".

Çox güman ki, Gülxanım nənənin davamçıları olub, var və olacaqdır. Nənənin bütün əməlləri və xeyirxah işləri gənc nəsil üçün bir örnək olmalıdır.

Vətənə, torpağa bağlı, yurdsevər Saraclılar yaxşı bilirlər ki, onların nənə-babaları Gülxanım qeyrətlidirsə, ulu kökləri isə Koroğlu, Emin ağa, Cöyrə oğlu Qara qabiliyyətlidirlər. Bu vətən övladlarının hamısına allah rəhmət etsin deyirik! Onların qəbri nurla dolsun deyirik!

 

Bulqeyis müəllimə

1920-30-cu illərdə Borçalı qəzasında yaşayan Azərbaycan türklərinin təhsil görmüş qadınlarını barmaqla saymaq olardı. Gürcüstanda Sovet Hakimiyyətinin bir xeyri də o oldu ki, Borçalı mahalı "Müsəlman qız"larının təhsil almaları üçün şərait və imkanlar yarandı. O vaxtlar qızların məktəbə cəlb olunması valideynlərdən də, uşaqlardan da istək, fədakarlıq tələb edirdi.

Bu cür fədakar valideynlərdən biri ortabab kəndli ailəsindən çıxmış Mövlövi Məhəmməd və onun ilk qız övladı-qəlbi müəllim olmaq hissilə coşan Bulqeyis oldu.

1924-cü il. Rustəmova Bulqeyis Məhəmməd qızı dünyaya gəlmişdir. Doğma kəndində böyüyüb ərsəyə çatır. Qızılhacılıda natamam orta təhsil alır.

1939-cu ildə Rustəmova Bulqeyis Borçalı Pedaqoji Məktəbinə qəbul olunur.

1941-ci il. Böyük Vətən müharibəsi başlanır. Müəllimlərin bir neçəsini cəbhəyə göndərirlər. Gələcəkdə hər ehtimala qarşı, hitlerçi faşistlərin bombardmanından yayındırmaq üçün Gürcüstan rəhbərliyi Pedməktəbi mərkəzdən Sarvandan (indi Marneuli) Başkeçidin Hormeşen kəndinə köçürməyi qərara alır. Ehtiyaclı, ağrılı günlərə düçar olan Başkeçid dağlar diyarıdır. Qışın çovğununda boranında Məhəmməd kişi bəzən qızını məktəbə belində aparmalı olurmuş. Təki qızı öz arzusuna çatsın..." Ulu Tanrı Bulqeyisin taleyini uğurlu etdi, qismətini verdi.

1943-cu il. Rüstəmova Bulqeyis pedaqoji məktəbi müvəffəqiyyətlə bitirir, doğma kəndi Bala Muğanlı məktəbinə müəllim göndərilir.

19 yaşlı gənc müəllim Bulqeyis Məhəmməd qızı Rüstəmova ömrünün yeni məsuliyyətli mərhələsinə qədəm qoyur. Bu mərhələ nə az, nə çox düz 40 il davam edir. 40 il gecələr şagirdlərin fənn dəftərlərini yoxlayır, düzəlişlər edir. Həmkəndlilərinin balaları savadlı olsun deyə, bilik-bacarığını, səriştəsini əsirgəmir, balaca borçalılara qayğı göstərir.

1944-cü il. Rustəmova Bulqeyis öz həmkəndlisi, Borçalı pedməktəbinin müdavimi, sovet ordusu sıralarından tərxis olunub doğma el-obasına qayıdan Məhəmməd İdris oğlu Məmmədovla ailə qurur.

Bu da ömrun daha məsuliyyətli, daha keşməkeşli, daha şərəfli mərhələsi. Ailə Valideynlər, el-oba, gələcək qarşısında cavabdehlik.

1945-ci il. Ailənin ilk sevinci-ilk övladı Aydın dünyaya göz açır. Hazırda həmin Aydın müəllim-anasının vaxtilə ona dərs verdiyi (indiki səkkizillik) məktəbdə ali təhsilli mütəxəssis kimi rus dili və ədəbiyyatı fənnini tədris edir.

Aydının ayağı uğurlu olur. Məhəmməd İdris oğlu ilə Bulqeyis müəllimin ailəsində 1 qız, 4 oğul dünyaya gəlir: Südabə, Alim, Zakir, Kamandar, Saleh. Zakirlə Kamandar ali təhsil alır, Saleh texnikum bitirir, Sudabə və Alim təsərrüfatçıdır.

Müdriklər demişkən: "Arıdan balı şirin olur..." ömrün ixtiyar çağlarında Bulqeyis müəlliməni və Məhəmməd İdris oğlunu nəvə-nəticələr əhatə edir. Var olsunlar...

Görkəmli, fədakar Bulqeyis müəllimə (ona kənd-də "Buqu muəllim" deyirlər) müharibənin ağır illərində də, sonralar da maarifçiliklə yanaşı, həmyerlilərinə lazım gəldikdə kömək əli uzatmışdır, səxavət göstərmişdir. Elə bu səbəbdən də el camaatı onu "ağbirçək Buqu müəllim!" səviyyəsinə ucaltmışdır.

Doqquzuşaqlı böyük ailənin sonuncu övladı: Vilayət, Həqiqət, İbadət (hər üçü Bulqeyis xanımın bacı-qardaşlarıdır, şagirdləri olmuşlar) Bakıda, Moskvada ali təhsil almış, Azərbaycan Respublikasının paytaxtında yaşayır, işləyirlər. Onların inkişafında Bulqeyis xanım mühüm rol oynamışdır.

Vilayət "Bacı qəlbi" şerində bu hissi belə ifadə edir:

Sadə cümlələrlə, ilk rəsm-xətlə
Elmə, səadətə açdın gözümü.
Xəttinə baxdıqca indi diqqətlə,
Şagirdin sanıram yenə özümü...

Bütün şagirglər adından səmimi "etirafdır".

El-obada "Buqu muəllim" kimi rəğbət, ehtiram qazanmış Bulqeyis Rustəmovanın məhsuldar, səmərəli, çoxillik pedaqoji fəaliyyəti keçmiş SSRİ reçimi vaxtlarında da nəzərdən yayınmayıb. Bulqeyis müəllimin layiq görüldüyü təltifləri nəzərinizə çatdırırıq.

1945-ci il. "Qafqazın müdafiəsinə görə" medalı.
1976-cı il. "Rəşadətli əməyə görə" medalı.
1978-ci il "Sosializm yarışının qalibi" döş nişanı.
1978-ci il "Uzunmüddətli əməyə görə" medalı.

Bulqeyis müəllim 1978-ci ildən təqaüdçüdür. Lakin o, doğma məktəblə əlaqələrini yaşadır, "El anası" olaraq həmkəndlilərinə faydalı məsləhətlər verir, nəvə-nəticələrinin vətənə layiq vətəndaş kimi böyümələri üçün pərvanətək yenə də özünü oda-közə vurur.

Ömrü uzun olsun, Anası Məsməxanımın ömrü kimi, bir az da çox!

Copyright © 2003 Borchali