|
BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI
Mayra Mətin
Borçalı mahalı ən qədim dövrlərdən
özünün nəinki şair, yazıçı və aşıqları ilə və
eləcə də şairanə qadınları və saz-söz xanımları
ilə ətraf bölgələrdə əks-səda yaratmışdır.
Belə Nigar qəlbli, Həcər qeyrətli
xanımlardan Mayra Mətini, Səadət Buta və b.
göstərmək olar.
Mayra Əliyeva 1938-cü ildə Borçalı
nümayəndəliyinin Sarvan kəndində dünyaya göz
açmışdır. Orta məktəbi Sarvan kəndində bitirib,
sonradan sənədlərini APİ-nin (indiki N.Tusi adına
ADPU-nin) tarix-filologiya fakultəsinə verir və
qəbul olunur. Ali təhsilni bitirən gündən Mayra
Əlheva doğma Sarvanda (Marneuli şəhəri) iki caylı
orta məktəbdə müəllimə işləyir.
Mayra muəllimə tələbəlik illərindən
şerə, sənətə çox böyük fikir verib, yeri gəldikcə
isə şerləri "Çeşmə", "Dan ulduzu",
"Gurcustan", "Yeni Marneuli", "Azərbaycan
müəllimi" və s. qəzet və jurnallarda dərc
edilmişdir.
Artıq şer sənətində tam
mətinləşdikdən sonra Mayra Əliyeva özünə Mətin
təxəllüsü götürmüşdür. Mayra Mətin hazırda
Marneuli şəhərində yaşayıb-yaradır.
|