Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI

Səadət Buta

Əlli birinçi ilin qışında Omar kişinin ailəsində bir səadət də artdı - Səadət dünyaya gəldi, Başkeçidin Qızılkilsə kəndində.

Ana duyumu ilahi duyumdu, torpaq kimidi, hava-su kimidi, təmizdi, safdı, durudan durudu... Xanım ana böyüyən balaca Səadətinin "heç kimə oxşamayan" uşaq olduğundan narahat idi. Başkeçidin dağları qardan erpək çəkən kimi, Başkeçid qız-gəlinlərinin də həya-namusdan erpəyi vardı. Ona görə də ana "qız uşağının çöllərdə gəzməsi", "cin kimi təklənməsi", bəzən musiqi, saz ahəngində əriməsi, bəzən də gyl-çiçəklə bir yerdə bitməsi içində bu dağların özü boyda bir məhəbbət böyüyürmüş: Tanrıya, Torpağa, Borçalıya, Azərbaycana, gözəlliyə olan məhəbbət.

Yeniyetmə, gənc Səadət özündə özünü tapa bilmirdi, nə də bu boyda dünyaya sığmırdı... Dağ çaylarının səsində, sazın pərdələrində, güllərin ləçəyində, qarın bəyazlığında, günəşin istisində, ayın aydınlığında da tapa bilmədi Səadət özünü. Dağlar qoynunda böyüyən bu qızcığaz bilmirdi xoşbəxtlikmi axtarır, qəm-kədərmi; nə qarabaş-qulluqçu olmaq istəyirdi, nə də xanım-xatın. Özündə özünü, dunyada duhasını tapa bilmirdi Səadət. Sonra tapdı özünü, sən demə, bu qızcığaz dağlar Butasıymış, şer, söz Butasıymış. Ondan sonra da Səadət nə qarabaş-qulluqçu oldu, nə xanım-xatın. Eləcə Səadət Buta oldu. Başkeçidin, Borçalının yox, Şimallı, Cənublu Azərbaycanımızın Butası oldu S.Buta. Taleyinə yazılan yarımçıq ər ömrü də, dörd bala sevgisi də, günlərimizin ağrı-açısı da, sabahımızın yaxşı-yamanı da Buta şerlərində təkcə "Aşıq Pəri" məclisində, ara-sıra çap olunan qəzet-jurnallarda, kitabda çıxan şerlərində yox, ürəklərdə, qəlblərdə oxundu. Çünki bu yazılarda dağ çaylarının saflığı, dağ çiçəklərinin gözəlliyi, dağ qızlarının incəliyi və həm də dağ qışının sərtliyi vardı.

Copyright © 2003 Borchali