Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI

Aşıq Ağacan

Yaxın və Orta Şərq dünyasında və eləcə də bütün Zaqafqaziyada oğuz-aşıq sənətinin yayılması və inkişafı baxımından Borçalı saz-söz ustadlarının və aşıq sənətinin yeri və rolu çox böyük olmuşdur.

Azərbaycanın bir sıra aşıq məktəbləri kimi Borçalı aşıq məktəbinin də özünə məxsus təkrarolunmaz el-aşıq sənəti inkişaf etmişdir. Uzun bir tarixi yol keçən Borçalı aşıq sənəti öz məğrurluğu ilə yanaşı, həm də ölməzliyində davam edir. Əsrlər biri digərini yola salıb tamamladığı kimi, aşıq sənətində də ustad aşıqlar biri digərini əvəz edir, ustalaşır. Belə ustad aşıqlardan biri molla-şair Ağacandır. Ona el arasında molla Ağacan da deyirlər. Çunki şair-aşıq olana kimi o, atası Cabbar kişinin razılığı ilə mollaxanada ərəb, fars dillərini öyrənib savadlı molla kimi ad-san qazanıb.

Ağacan Cabbar oğlu Cabbarlı 1886-cı ildə Borçalının Gümrü nahiyəsinin Qarakilsə kəndində dünyaya göz açmışdır. Səfalı dağ kəndində yaşayan Cabbar kişi ara-sıra şerlər yazıb oğlu Ağacanı həvəsləndirərdi. Sonralar Ağacan dərin ruhani təhsili alıb. Qələminin ilk məhsulu alovlu məhəbbət şerləri olmuşdur. Bununla əlaqədar meydana sual çıxır. Bəs aşıqlığa necə meyl göstərib? Bu haqda onlarca xatirə və epizodlar danışmaq olar. Onlardan biri: neçə müddət səbirsizliklə gözlədiyi məşuğunu bulaq başında görən Ağacan qıza yaxınlaşıb içmək üçün bir qab su istəyir. Qız bir qab su verib üzünü yana çevirir. Yanqısı olmasa da onu məhəbbət suyu və alovu yandırırdı. Ağacan oradaca qıza "A ceyranım" rədifli bir qoşma deyir. Həmin qoşmanın bir bəndi ilə oxucuları tanış edirik.

Mən dözmədim, sən də dözmə,
Bircə söz de çəkim nəzmə.
İndi belə ağa gəzmə,
Ağacanam, a ceyranım.

Gənc Ağacan məhəbbət eşqdən dəli-divanə olub, günü-gündən daxilən zəifləməyə başlayır. Bunu qəlbən hiss edən atası Cabbar kişi şair oğluna şer dili ilə muraciət edir:

Söylə görüm nə bəlaya uğradın,
Gəzirdin qarşımda salamat, oğul!
Nə söylərsən elə divana kimi
Açırsan başıma əlamət oğul!

Yaxşı oğul düşmənindən bac alar,
Hər yerdə adlanar, adı ucalar,
Yəqin bil ki, atan vaxtsız qocalar
Dönüb olsan əgər bədövlət oğul!

Cabbar deyər gəl danışaq yazana,
Dövr eləyib bu dünyanı gəzənə,
Oğul gərək malı özü qazana,
Atadan oğula nə dövlət, oğul!

Deyilənlərə görə, Ağacan ilk məhəbbətinə qovuşa bilmir. Bir az sonra isə Gülxanım adlı bir qızla ailə qurur. Çox keçmədən qızı Zəhrə və oğlu Qənbər dünyaya gəlir.

Ağacan arvadını və oğlunu itirdikdən sonra öz əmisi qızı Zəhrə ilə evlənir. Onun Zəhrə xanımdan iki oğlu-Ənvər və Şəmistan və iki qızı - Pərvanla Göyçək dünyaya gəlir. Ağacan çox çoşqun və sinədəftər şair təbli bir aşıq idi. Odur ki, təxminən 1911-1920-ci illərdə gəzə-gəzə gəlib Borçalı nümayəndəliyinin Quşçu kəndinə pənah gətirir. O vaxt evlər adətən qazma-yeraltı evlərdən ibarət idi. Şair Ağacan burada da çox bənd ala bilmir. Çünki ərəb, fars dillərini yaxşı bildiyi üçün yeri gəldikcə yerli mollaların dini səhvlərini tutur və kənd arasında onlar bihörmət olurdular. Bunu hiss edən kənd mol laları bir keçə kənddən axan arxın cuyunu Ağacanın evinə yönəldirlər. Evini su basdığını və kəndin mollalarının ona qarşı çıxmalarını başa düşən Ağacan qonşu Qaçağan kəndinə köçür. Elə bu dövrlərdən də cavan şair-aşığın qaynar sinəsindən ana südü kimi təmiz, durna bulaqlarının cuyu kimi şəffaf şerlər axmağa başlayır.

Səbəbi hələ də bəlli olmayan hadisələrlə əlaqədar 1949-cu ildə Ağacan ailəsi ilə birlikdə Rusiyanın Tomsk vilayətinə sürgün edilir, iki ildən sonra, yəni 1951-ci ildə orada vəfat edir. Vəfalı həyat yoldaşı Zəhra xanım sürgündən qayıdanda Ağacanın sümüklərini qürbətdə qoymayıb özü ilə başı bəlalı Borçalıya gətirmişdir. Zəhra xanım heç bir vaxt heç kimin yanında zəiflik göstərməmişdir. Bu baxımdan da o, illərlə gəlinlik sandığında saxladığı, bütün varlığından üstün tutduğu əri Ağacanın sümüklərini nə torpağa tapşırmağa nə də bir kimsəyə belə deməyə meyl göstərməmişdir. Nəhayət, ölüm çələngi onun ailəsindən də yan keçmədi. 1958-ci ildə oğlu Ənvər vəfat edəndə yas vermək üçün masaya qənd axtarılan vaxt qadının Sibirdən gətirdiyi sumuklər bir bağlamada qarşıya çıxdı. Bunu görən Zəhrə xanım vəfalı əri Ağacanı da ikinci dəfə oğlu Ənvərlə bir gündə dəfn etdirdi. Hazırda Ağacanın sümükləri sədaqətli həyat yoldaşı Zəhrə ilə bir başdaşı altında Qaçağan kəndinin qəbiristanlığındadır.

Müxtəlif adamların söylədiklərinə görə, Ağacan sənətinin xəzinəsi Qaçağanda, dünya işığından məhrum 62 yaşlı ustad aşıq Göycə Məmmədovun sinəsindədir.

Çox rəngarəng həyat tərzi sürmüş, həyatını həmişə köçkünlükdə keçirmiş, sonradan isə əbədi olaraq torpağa qovuşmuş şair təbli Aşıq Ağacanın həyat və yaradıcılığını özünün bir beyt şeri ilə tamamlamaq istərdik.

Yazıq Ağacanam, bağrı yaralı,
Xeyli qəmzə bağrım başın yaralı,
Kamandarsan, yaxşı gözlə baranı
Kəlləsindən təkərlənmiş o daşa.

Sonuncu olaraq qeyd etməliyik ki, bir vaxt gələcək, ürəyi qəm-qussəli Ağacanın dərin sənətinə tədqiqatçılarımız baş vurub, xalqımıza şeriyəti və aşıqlığı tam bəlli ol-mayan bu qudrətli sənətkarı daha ətraflı tanıdacaqlar.

Copyright © 2003 Borchali