|
FOLKLOR ÖRNƏKLƏRİ
Qədim Borçalı torpağı zamanın amansız
sınaqlarına məruz qalsa da, bütün çətinliklərə
sinə gərərək bu gün də öz adət-ənənəsi, sazı,
zəngin milli koloriti, təkrarolunmaz folkloru
ilə yaşayır. Ağsaqqal, ağbirçək öyüdünə Tanrı
kəlamı kimi tapınan borçalılar əsrlərdən bəri
cilalana-cilalana gələn el sənətini, zəngin
folklor nümunələrini sevə-sevə yaşadır və daha da
zənginləşdirir. Dil içində dil, din içində din
bəsləyən soydaşlarımız neçə əsrlərdir ki, öz
mənliyini, ismət və ləyaqətini közləmək, bu
bəşəri keyfiyyətləri qorumaq üçün şivəsini,
ləhcəsini, laylasını, bayatısını, nağıl və
dastanını köz bəbəyi kimi əzizləyir, öz
etnopsixologiyasına yad ünsürlərin daxil
olmasına imkan vermirlər. Qarakəllələrin,
qarapapaqların, qınıqların,qaraqalpaqların
bugünkü nəvə-nəticələrini ulu babaların həyat
tərzini, adət-ənənəsini, dünyabaxışını və
məişətini layiqincə davam etdirərək ona
ölməzlik, əbədilik vəsiqəsi qazandıraraq
sənələr boyu bu sərvəti estafet kimi
nəsildən-nəslə ötürmüşlər. Borçalı ellərində
qara zurna harayı, telli sazımızın qəlbi riqqətə
gətirən təranələri, ustad aşıqların mudrik
kəlamı, toylarda cavanların cıdıra çıxması,
"Guləşənki" üstündə Koroğlu nərəsi çəkməyi bu
gün də dunənki kimi yolçunu yolundan saxlayıp.

Borçalı aşıqlarının və el şairlərinin
konfransı, (iştirakçılardan bir qrup) Lüksemburq
(indiki Bolnisi), mart, 1927-ci il.
Ön cərgədə soldan: aşıq Məhəmməd Sultanov, şair
Nəbi, aşıq Şamil.
Orta cərgədə soldan: şair Ataman, aşıq Sadıq
Sultanov, aşıq Söyün (Çoruq Qəmərli), aşıq Alı
(Dərəçiçək), şair Söyün (Faxralı).
Arxa cərgədə soldan: Mirzə Həsən Məcruh, aşıq
İrvaham (Quşçu), şair Məhəmməd Muhəqqər (Kolayır),
şair Əmiraslan (Kolayır).
Ayağı Sınıq körpü, başı Başkeçid, Cəlaloğlu, bir
yanı Qarayazı, bir yanı Loru (indiki Ermənistan
ərazisi), bir guşəsi Qaraçöp (24 para kənd), bir
səmti Msxet-Cavaxet, bir ucu Ağbulaq (indiki
Tetrisxaro rayony) kimi axarlı-baxarlı ərazini
əhatə edən və şərti olaraq üç hissəyə
bölünən-aran Borçalı, bağ Borçalı və dağ
Borçalıya yamayan soydaşlarımızın mənəvi
sərvətini yığıb-toplamaq həm böyük hünər, həm də
məsuliyyət tələb edir. Əsrimizin əvvəllərindən
bu bölgədə ara-sıra, özü də pərakəndə şəkildə
aparılan folklor bağlanması əsrimizin 80-ci
illərindən geniş biliyə malik, istedadlı
mütəxəssis Elxan Məmmədlinin təşəbbüsü ilə yeni
səviyyəyə qaldırılmış, folklor ekspedisiyaları
təşkil edilərək bu mahaldan toplanmış folklor
nümunələri xalqımıza çatdırılmışdır. Borçalı
türklərinin ulu folklor nümunələrinin yaddan
çıxmasının qarşısı alınmış, onların
araşdırılmasına daha yeni təkan verilmiş və
vaxtilə Borçalı folkloruna göstərilən
biganəliyin qarşısı birdəfəlik alınmışdır.
Alim E.Məmmədlinin fikrincə, folklor
nümunələrinin toplanmasında yəqin ki, bölgələr
uzrə folklor antologiyalarının hazırlanması ilə
baqlı belə bir sual hamını maraqlandıra bilər:
antologiyalar tərtib ediləndə biz necə
muəyyənləşdiririk ki, məsələn bu, Naxçıvan, bu,
Qarabağ və ya Borçalı folkloru nümunəsidir? Yəni
vahid bir xalqın folkloru da zonalara bölünərmi?
E.Məmmədli göstərir ki, sual doğura biləcək
məsələyə biz mövqedən bucaqdan yanaşırıq.
Çoxcildlik folklor antologiyalarını
planlaşdıranda toplanmış nümunələrin məhz bu və
ya digər ərazimizlə bağlılığını, burada
fərdiliyi, yerli söyləyiciləri və ya aşıqların
fərdi repertuarlarını və s. nəzərə alırıq. Beləcə
zonalar uzrə hazırlanan kitabların tərtibində
bir sıra ədəbi-elmi prinsipləri əsas götürürük.
Nümunələri toplayarkən həmin ərazinin toponim
və hidronimlərinin yaranması, o ərazidə yaşamış
tarixi şəxsiyyətlər, el qəhrəmanları haqqında
rəvayət və dastanlar, bölgədə yaşamış el
şairləri, lətifə ustaları və onların
yaradıcılığı, folklor nümunəsinin hər hansı bir
tayfa ilə, soyla bağlılığı və s. cəhətlər
nümunələrin bu və ya digər bir bölgəyə aid
olmasını şərtləndirən əlamətlərdir. Toplama
zamanı başqa bir prinsipə də əməl edirik ki, bu da
toplama işində çox vacibdir. Məsələn,
antologiyalarda ümumazərbaycan folkloru uçun
məlum olan bu və ya digər nümunənin - bayatı,
lətifə, aşıq şeri, nağıl, əfsanə, dastan və s. yeni
yazıya alınmış daha mükəmməl variantları da
nəzərə alınır.
Əgər həqiqətən də bizim Borçalıdan
yazıya aldığımız "Aşıq Qərib", "Qurbani",
"Abbas və Gulgəz" dastanları istər həcminə,
istər məna və mündəricəsinə, istərsə də estetik
məziyyətlərinə görə eyni adlı dastanların çap
olunmuş variantlarından əsaslı şəkildə
fərqlənirsə, onda hökmən bu nümunələr topluda öz
yerini tapmalıdır.
Məlumdur ki, dünyada mövcud olan 11
coqrafi iqlimdən 9-u Borçalımızın payına düşür.
Bu təbii üstünlük təkcə xalqımızın maddi
güzaranına deyil, həm də mənəvi dünyasının
zənginliyinə şərait yaradır. Hər iqlim şəraiti
ilə də özunə uyğun sənət, peşə, məşğuliyyət
sahələri biçimlənir. İnsanlar da öz
məşğuliyyətləri ilə bağlı folklorunu yaradır.
Təsadüfi deyil ki, müqayisə üçün Naxçıvanda
sehrli nağıllar, əsatirlər, qədim yallılar,
Lerik, Lənkəran, Astara ellərində toy mahnıları,
halaylar, şaqraq melodiyalar, Qarabağda muğam,
Şəkidə duzlu, məzəli əhvalatlar, rəvayət və
lətifələr və s. geniş yayılıb. Borçalıdakı
soydaşlarımızın yaşadıqları ərazinin genişliyi
və əhalinin təbii iqlimə uyğun şəraitinin
rəngarəngliyi, burada yaranmış folklorun çeşid
zənginliyini də muəyyənləşdirir. Bu torpaqlarda
babalarımız heyvandarlıq, qoyunçuluq,
atçılıq-ilxıçılıq, dağ və aran köçu, bağçılıq,
bostançılıq, xalçaçılıq və s. bağlı olaraq öz
folklorunu yaratmışdır. Xalça nəqmələri,
holavarlar, sayaçı sözləri, beşik nəğmələri bu
qəbildəndir. Burada da yadellilərə qarşı mərdlik
göstərən igidlərə dastan qoşulub (məsələn, Aşıq
Şenliyin "Səməd ağa" dastanı kimi). Beləcə
xalqımızın ulu tarixinin bir neçə səhifəsi
folklorlaşıb. Bizim fikrimizcə, bu regionda
aşıq-dastan yaradıcılığının vüsətlə inkişaf
etməsinin bir səbəbi də burada aşıqların bütün
məçlislərdə aparıcı sima olmaları ilə bağlıdır.
Bu bölgədə aşıq sənətinə, ustad aşıqlara böyük
hörmət və qayğı öz növbəsində aşıqların da
məsuliyyətini artırır. Onlar bu gün də ölməz
ustadların yolu ilə gedərək dastan ifaçılığına
xüsusi diqqət yetirirlər.
Sevindirici haldır ki, folklorşünas
E.Məmmədlinin rəhbərliyi ilə Borçalıda bir sıra
dastanların mükəmməl variantlarını yazıya
almışlar. Xüsusilə Aşıq Aslan Kosalıdan
(Mirzəyev) yazıya alınan "Aşıq Qərib" və "Abbas
və Gülgəz" dastanları həqiqətən də istər
sənətkarlıq, istərsə də aşağı fərdi təhkiyə
usulu baxımından yüksək sənət nümunəsi sayıla
bilər. Hər iki dastanda ifa olunan qoşma və
gəraylıların sayı və poetik tutumu da
əvvəlkilərdən əsaslı surətdə seçilir.
Borçalıdan toplanan
"Cahangir-Mələksuma" (söyləyəni Aşıq Məmməd
Sadaxlı), "Mehdi bəy" (söyləyəni Aşıq Əhməd
Sadaxlı), "Koroğlu" dastanından "Pərzad
xanımın Çənlibelə gəlməyi" və ya "Ağca quzu"
(söyləyəni Aslan Kosalı) kimi dastanlar
musiqişünas-bəstəkar Azad Ozan Kərimlinin not
yazısı ilə çapa hazırlanmışdır.
Qeyd etdiyimiz naməlum dastanlarla
yanaşı, "Xəstə Qasım", "İsmayıl-Qızyetər",
"Yetim Hüceyn", "Şair Ağacanın Turkiyə səfəri",
"Şah İcmayılın ata mülkü" kimi orijinal
dastanlar da ilk dəfə Borçalıdan yazıya alınıb.
Borçalı folklorunun aparıcı
qollarından biri də bayatı janrıdır. Demək olar
ki, bayatı borçalıların, xüsusilə də yaşlı nəslin
gündəlik qayğılarını, sevinc və kədərini
addımbaşı əks etdirən ömür-gün sirdaşıdır. Bu
bölgədə bəlkə saatlarla bayatı söyləyən,
gileyini də, dərdini də, umu-küsünü də, sevincini
də bayatı ilə ifadə edən ağbirçəklər, üzü nurlu
ağsaqqallar saysız-hesabsızdır. İlk baxışdan
adama elə gəlir ki, bu mahala bayatı səpilib. Əgər
marağın varsa, nənə-babalar dilləri ilə
biçib-tökəcək, sənə sovqat verəcək bu nemətdən.
Əgər necə illərdən bəri eldən-obadan
ayrılmısansa, nənə-babana baş çəkməyi
unutmusansa, uzaq şəhərlərdə görüşünə gedəndə
nənən də, baban da səni gileyli bayatı ilə
qarşılayıb bağrına basacaq:
Yalqız ağac yoldadı,
Dağlar ona daldadı.
Demirsənmi, ay zalım,
Gözlərimiz yoldadı.
...Mərəndə gəl
Xas gülün dərəndə gəl.
Bir gəldin xəstə gördün,
Bir də can verəndə gəl.
Bu bayatılarda elinə, obasına,
soyuna-kökünə dönük çıxanların da payı var,
nənə-babaların son sözüdür bunlar:
Mən aşiq Mərəndə gəl,
Gulləri dərəndə gəl,
Sağlığımda gəlmədin,
Barı can verəndə gəl.
Yazıya alınan Borçalı bayatılarında
başqa bölgələrdə az təsadüf edilən bir əsas
cəhəti xatırlamaq yerinə düşərdi. Bu bölgədə
ağsaqqallardan və aşıqlardan toplanan
bayatıların ilk sətirlərinin kəsik olmasıdır. Bu
bayatıların ilk sətirləri də Kərkük
xoyratlarında olduğu kimi yarımçıqdır. Bu əlamət
indiyədək bəzi mütəxəssislərin söylədikləri
"kəsik bayatılar ancaq Kərkuk turklərinə
məxsusdur" hökmünü alt-ust etməklə yanaşı, eyni
zamanda Kərkukdəki soydaşlarımızın Oğuz boyundan
olmasını və vaxtilə onların bu ərazilərdən keçib
getmələrindən xəbər verir. Onu da deyək ki, bəhs
etdiyimiz bayatıların əksəriyyəti Kərkuk
xoyratlarında olduğu kimi cinas qafiyələr
üzərində qurulur və sənətkarlıq baxımından
olduqca kamil nümunələrdir. Fikrimizi
əyaniləşdirmək üçün həmin bayatılardan bir
neçəsinə diqqət yetirək:
...Dərd ağıl,
Başda qoymaz dərd ağıl,
Səni ki, mehman etməz,
Xanə, yurd ol, dər dağıl.
...Qars ayaz,
Bura qışdı, raps ayaz.
Qələm, qurbanın olum, Qismətimi Qarsa yaz.
...Dağıdannar,
Yıxannar, dağıdannar,
Ovçu maral vurmasa,
Qayıdar dağı-dannar.
... Yasa bax,
Qara geymiş yasa bax,
Əzrayıla borclu can,
Ya bu gündü, ya sabah.
... Belə meylər,
İçilməz belə meylər,
Sevən yar sevdiyinin
Axrını beləmi eylər .
Borçalı folklor antologiyasında aşıq
və el şairlərinin tərcümeyi-halı və fərdi
yaradıcılığı da öz əksini tapır. Bu bölgədə Xəstə
Qasımla bir dövrdə yaşamış Xəstə Həsən, Qarani,
son dövrlərdə Qul Allahqulu, Dost Pirməmməd,
Şenlik, Güllər Pəri, İsmayıl Güllər, Faxralı şair
Nəbi, Aşıq Oruc, Aşıq həsən, Quşçu İbrahim, şair
Ağacan, Aşıq Sadıq və Məmməd Sultanov qardaşları,
Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı
kimi dünyadan köçmüş ustadlar olmuşdur ki,
bunların bir neçəsinin yaradıcılığı ilə oxucu
kütləsini tanış etmək yerinə düşərdi.
Azərbaycanla gürcu xalqı arasında
ədəbi və mədəni əlaqələrin inkişafında və
yayılmasında Borçalı aşıq sənətinin çox böyük
rolu olmuşdur. Şifahi xalq ədəbiyyatının, o
cümlədən Azərbaycan folklorunun təbliğində
Borçalı aşıqları mühüm rol oynamış və hazırda da
oynamaqda davam edir.
Aşıq ədəbiyyatı tarixində Səfil
təxəllusu ilə şerlər yazan (XVIII əsr) bir sıra
aşıqlar olmuşdur ki, onlardan biri də Şenlikdir
(Çıldırlı). O aşıq Şenlik ki, əvəz-olunmaz
ustaddır.
Borçalıda yaşayıb-yaratmış, 1987-ci ildə
dünyasını dəyişmiş qocaman aşıq Hüseyn Saraclı
Səfilin Aşıq Şenliyin doğrudan da təxəllusu
olduğunu təsdiq edib göstərir ki, Şenlik öz
şerlərində Borçalı mahalının muxtəlif
xalqlarının bir ərazidə mehriban, heç bir
ayrı-seçkilik olmadan yaşamalarından danışır. Bu
xalqların el, aşıq və ədəbi muhiti və onun təsiri
o dövrdə nəinki Tiflis quberniyasında və
Azərbaycanda, hətta Turkiyə, İran və s. Şərq
dövlətlərində məşhur idi.
Şair Hüseyn istedadlı Borçalı
şairlərindən olub. O, 1913-cü ildə Bolnisi
rayonunun Saraclı kəndində anadan olub. Şair
təbli Aşıq Hüseyn keşməkeşli yaradıcılıq
illərində şair Nəbi, Ağacan, Aşıq Şenlik kimi
ölməz sənətkarlarla tanış olmuş, yeri gəldikcə
sinədəftər şerlər demişdir. Aşıq Hüseyn Saraçlı
ilk dəfə saz tutub, Borçalı qəzasının qocaman
Sarvan məclislərində şair Ağacanla deyişib, onun
bağlaması da diqqət mərkəzindədir.
Bunlarla yanaşı, bu dünyalarını
dəyişmiş ustad sənətkarlarla birlikdə onların
yaradıcılığından bəhrələnmiş hazırda fəaliyyət
göstərən ustadlardan Alxan Qarayazlını,
Kamandar Əfəndiyevi, Aslan Kosalını, Əhməd
Sadaxlını, Məmməd Sadaxlını, Nurəddin Qasımlını,
Faxralı Nurəddini bu gün də sinəsində saz
məclisləri dolaşan, sez düzüb-qoşan mahir aşıq və
şairləri göstərmək olar.
Borçalının məşhur müğənnisi isə Aşıq
Nuru olmuşdur. Aşıq Şenliyin söylədiyinə görə, o,
tez-tez Borçalı mahalında-əsasən Sarvan, Qasımlı,
Sadaxlı, Hallavar, Meçidli, Korarxı, Arıxlı,
İmirhəsən, Faxralı, Saraclı, Qızıl kilsə, Hamamlı,
Kəmərli (Qəmərli), Gümrü, Ahılkələk, Sağamoy,
Ahıska, Oqam, Xırtız, Xospiyə, Azğur, Qarayazı,
Soğanlıq və s. məntəqələrdə olub, toy məclisləri
aparmışdır.
Borçalıda aşıqlara həm də "el anası"
deyirlər. Bu elin aşıqlara verdiyi ən böyük
qiymətdir. Biz də Borçalı folklor
antologiyasında ağız ədəbiyyatının və "el
anaları"nın
özünə görə mənzərəsini canlandırıb
oxuculara çatdırmaq niyyətindəyik. Faxralı
şairi Nəbi öz divanilərinin birində "el anası"
adına layiq olduğunu necə də gözəl deyib:
Adımdı şair Nəbi, sənətin binasıyam,
Sərraf olsa bu məkanda aşıqların xasıyam,
Aşıq olub el gəzmişəm, mən elin anasıyam,
Tutmuşam meydanını, dönməz pəhləvan olmuşam.
Bəli, Borçalı kimi qədim bir diyarın
folklorunu toplayıb üzə çıxarmaq istəyiriksə,
olub-keçənləri bilməliyik. Folklor da tarixdir.
Xalqın mənəvi tarixidir. Hər bir folklor
nümunəsində tariximizin bir anı yaşayır. Bu
baxımdan Borçalıdakı tarixi adları, toponimləri
öyrənmək faydalıdır. Son dövrlərdə bu sahədə də
az-çox iş görülməkdədir. Borçalı-Azərbaycan
türklərinin bu ulu məskəni arxeoloqların,
etnoqrafların, tarixçilərin yolunu gözləyir.
Bizim araşdırmalarımız gələcəkdə yuxarıda
sadalanan, vaxtı gecikmiş problemlərin
öyrənilməsində ixtisas sahiblərinin
görəcəkləri işləri bir az sürətləndirər. Etiraf
edək ki, bu məsələlərlə bağlı deyiləsi və
görüləsi dərdlərimiz çoxdur.
Bu gün bizim nənələrimizin əl işləri
başqalarının adına yazılır. Üstəlik tarımız,
qara zurnamız, yastı balabanımız, sədəfli
sazlarımız "gürcü və erməni musiqi alətləri"
kimi Gürcüstan, Ermənistan muzeylərində nümayiş
etdirilir. Buna görə də biz borçalılar şirin
sözlərə qulaq asıb, namərdi irəli
buraxmamalıyıq. Artıq dərk edib başa duşməliyik
ki, tarixi incilərimiz get-gedə bizə qarşı
yadlaşır. Bu yadlaşma prosesinin qarşısını tam
və qəti olaraq almalıyıq?!
BORÇALININ AŞIQ SAZ-SÖZ USTADLARI
|