|
BORÇALI VƏ QONŞU BÖLGƏLƏRİN TEATR, KİNO
XADİMLƏRİ
Mustafa Mərdanov
Mustafa Mərdanov 1894-cü ildə Tiflisin
Şeytanbazar məhəlləsində dünyaya göz açmışdır.
Gənc yaşlarından oxumağa və oynamağa meyl
göstərməsi onu 1905-ci ildə Tiflis gimnaziyasına
gətirib çıxarır. 1909-cu ildə gimnaziya
direktorunun icazəsi olmadan Tiflisdə
"Kazyonnı teatr"da (indiki Z.Paliaşvili adına
Tbilisi Dövlət Opera və Balet Teatrında)
Ş.Hunonun "Faust" operası tamaşaya qoyulmuşdu.
Bir neçə məktəbli yoldaşı ilə o, həmin operaya
baxmağa getmişdi.
Günlərin birində, Mustafanı teatrda
gimnaziyanın inspektoru görür, onu ağlada-ağlada
oradan qovdurur. Səhəri günü onu 4 saat
"karserdə" (qaranlıq zirzəmidə) saxladılar.
Əlbəttə, belə hədə-qorxular Mustafanın teatra və
böyük sənətə olan məhəbbətini daha da
gücləndirdi. O, aktyor olacağına söz verdi və
sözünə əməl etdi.
Mustafa Mərdanov birinci dəfə 1909-cu il
noyabrın 28-də üz-gözünə "qrim", əynində isə teatr
paltarı səhnəyə çıxdı. İkinci dəfə tamaşada qrim
etmək üçün Tiflisdəki Azərbaycan teatrından
Mirzəxan Quliyevi də dəvət etdilər. O, Mustafanı
"Xor-xor" tamaşasında Seyfulla rolunda görüb
çox bəyəndi.
Gənc Mustafa həmin ildən (1910)
Tiflisdəki Azərbaycan Dram Teatrının artistləri
ilə dostlaşdı və onların verdikləri tamaşalarda
iştirak etməyə başladı. Bir məsələni də qeyd
etmək istərdik ki, XX əsrin əvvəllərində yerli
burjuaziya numayəndələri, bəylər, xanlar,
ruhanilər Azərbaycan səhnəsinin artistlərinə
bir oyunbaz kimi baxırdılar, onları adam yerinə
qoymurdular, artistlə qohum olmağı özləri üçün
təhqir bilirdilər. Tamaşa verməkdən ötrü bina
almaq ən çətin məsələlərdən biri idi. Tiflisdə
"Artistiçeskoe obşestvo"nun (indiki
Ş.Rustaveli adına Tbilisi Dövlət Teatrı) və
"Kazyonnı teatr"ın binaları azərbaycanlı
artistlərə böyük çətinliklə icarəyə verilirdi.
Artistlər də pərdəni açdırmaqdan ötru çox vaxt
üzük və saatlarını girov qoymalı olurdular.
Burada Hüseyn Ərəblinskinin
"sehrkar" üzüyü ilə Mirzə Əli Abbasovun qızıl
saatını xatırlamamaq olmaz. Həqiqət naminə onu
demək lazımdır ki, Ərəblinskinin üzüyü ilin
ancaq iki-uç ayı barmağında olardı. Mirzə Əli
Abbasovdan soruşduqda ki: "Əli dayı, saat
neçədir?", cavab verərdi: "Get "Kazyonnı
teatrı"nın mudirindən soruş, saatımız
şəriklidir".
Materiallardan aydın olur ki, Mustafa
Mərdanov evlərindən dəfələrlə xalça aparıb
satmış, teatr kirayəsi üçün beh vermişdir.
Azərbaycan xalqının qabaqcıl
ziyalıları N.Nərimanov, K.B.Zərdabi, N.B.Vəzirov,
Üzeyir Hacıbəyov, M.Maqomayev, Bədəlbəy
Bədəlbəyli, M.Mahmudbəyov və başqaları isə teatr
sənətinin inkişaf etdirilməsində həvəskar
artistlərə hər vasitə ilə kömək göstərirdilər.
Məhz onların qayğısı sayəsində istedadlı
sənətkar Mustafa Mərdanov əsl böyük səhnəyə
qədəm qoyub artist oldu.
Mustafa Mərdanovun atası onu ali
təhsilli ziyalı görmək istəyirdi. Odur ki,
Mustafa 1917-ci ildə gimnaziyanı bitirdikdən sonra
Rostova gedib Tibb Universitetinə daxil olur.
Ancaq bu fakultə Mustafanın urəyincə olmadığı
üçün atasından icazə alıb, tibbi təhsillə yanaşı
həm də Rostovda dram studiyasında çalışır.
Mustafa Rostov şəhərində də bənd ala bilmir və
1918-ci ildə Tiflisə qayıdır, ictimai-siyasi
vəziyyət çox pis idi. Buna görə də Mustafa 20 nəfər
artist dostu ilə birlikdə Batum şəhərinə üz
tutur. Onların aqibəti burada da sevindirici
olmur. Şəhər ingilis və türk zabitləri ilə dolu
idi. Onlara burada tamaşaları azad göstərməyə
mane olanlar çox idi. Odur ki, bir az pul toplayıb
Turkiyəyə gedirlər.
M.Mərdanov və onun artist dostları
İstanbul şəhərində düz 11 ay qastrol səfərində
olurlar. Bu səfərdə onlar M.S.Kirmanşahlı,
Ə.Yüzbaşov, İ.İsfahanlı, M.Sənani, Həsən Səbri,
Paşa Məmmədov, Həsən Qasımov, Tərlan xanım,
C.Cəfərov, N.Kaftaradze, Asya xanım, Vera Arsen və
b. təşkil etdiyi heyətlə aşağıdakı tamaşaları
oynamışlar: "Arşın mal alan", "O olmasın, bu
olsun", "Nadir şah", "Əsli və Kərəm", "Ağa
Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz
cavan", "Evliykən bikar" (Evliykən cubay") və s.
Mustafa Mərdanovun Turkiyə
qastrollarındakı çıxışları Haqqında "Tamaşa"
jurnalı (80 il bundan əvvəl) belə yazmışdır:
"Həyatda həlim, səlim və bütün qüdrət və
məziyyətini inkar edən bu gənc, eyni bir ustad
əlində, xariqələr göstərəcək dərəcədə istiqbal
badayeyə vəd rəfah ediyor. Bizdə Qafqazın belli
başlı, butun xuduti muəyyən tipləri
göstərənlərdən biri də Mustafa bəybir".
Mustafa Mərdanov ez uzərində
yorulmadan işləyib repertuarını daha da
zənginləşdirib genişləndirirdi. Artıq 1930-cu il
idi. Bizə xəbər verdilər ki, Moskva şəhərində
SSRİ xalqlarının milli dram teatrlarına
baxışdır. Bu səfərlə əlaqədar olaraq biz
Leninqradda, Kazanda, Moskvada və başqa
şəhərlərdə geniş proqramla çıxışlar etdik.
Mustafa Mərdanov teatr tamaşalarında
yüksək pafoslu ifaçılıq qabiliyyətinə görə
dəfələrlə dövlət tərəfindən
mukafatlandırılmışdı. O, ömrünün axırına kimi
teatra bağlı olub, teatr səhnəsindən
duşməmişdir. O, kino sənətində də ölməz obrazlar
yaratmışdır. Əbədiyyətə qovuşan günədək 6000 dəfə
səhnədə çıxış edib, 300-ə yaxın rol oynayıb.
Dünyanın 30-dan çox dövlətinin və şəhərinin
səhnəsində tamaşalar göstərib.
Əli Qurbanov
Azərbaycan teatrı orijinal
yaradıcılıq istedadı olan sənətkarlarla fəxr
etməkdə haqlıdır. Bu istedadlar arasında
xalqımızın hörmət və ehtiramını qazanmış
qocaman səhnə ustası Əli Mirzə oğlu Qurbanov da
özunəməxsus yer tutur. Səhnədə saysız-hesabsız
obrazlar canlandırmış bu sənətkarın həyat və
yaradıcılığı gənc nəsillər üçün örnək və nümunə
olmağa layiqdir.
Əli Mirzə oğlu Qurbanov 1898-ci ildə
Tiflis şəhərində dünyaya gəlmişdir. Onun uşaqlıq
və gənclik illəri çox ağır və acınacaqlı
keçmişdir. Əlinin atası Mirzə Əli dəmir yolunda
fəhləlik edirdi. Fəhlə olmasına baxmayaraq,
mutərəqqi fikirli adam idi. Atasının ən böyük
arzusu Əlini savadlı bir ziyalı görmək idi. Lakin
onların ailəsi üçün o zaman bu istəyi həyata
keçirmək çox çətin bir problem idi.
Əli bir müddət məktəbdə oxuduqdan
sonra atası ailəni dolandırmaq üçün oğlunu da
özu ilə muxtəlif iş yerlərində fəhləlik etməyə
aparırdı. Lakin Əlinin çalıb oxumağını,
muğənnilik istedadını və dərslərdə
fərqlənməsini görən məktəbin mudiriyyəti ona
işləyə-işləyə təhsilini davam etdirməyə icazə
vermişdir. Bu işdə ona məktəbin muəllimi dahi
N.Nərimanovun qohumu Əli Mirzə Nərimanov kömək
etmişdir. Əlinin teatrla yaxınlığı da elə bu
illərdən başlanır. Hətta bir neçə dəfə yaxın
qohumu və dostu Möhsünlə (M.Sənani) tamaşaya da
getmişdi. Həmin tamaşalardan aldığı təəssürat
onu sakit buraxmırdı.
Əli Qurbanov birinci dəfə M.Sənaninin
təkidi ilə Həvəskarların "Gaveyi-ahəngar"
tamaşasında yalnız bircə kəlmə ("Gedək") sözü
ilə cəhnəyə çıxmışdır. Bu ildən (1915) sonra isə
M.Sənaninin təşəbbüsü ilə hazırlanmış "Məşədi
İbad" tamaşasında Əli Qurbanov Rüstəmbəy rolunu
kifayət qədər yaxşı oynayır. Məlahətli səsi onun
muvəffəqiyyətini daha da artırır. Bu hadisədən
sonra Əliyə maraq daha da artır.
Tiflis Azərbaycan Dram Teatrının
özünə məxsus maraqlı tarixi vardır. İlk dəfə
1880-ci ildə fəaliyyətə başlamış bu teatr uzun
muddət tələbə və muəllimlərdən ibarət olub,
həvəskar xarakter daşımışdır. Yalnız 1906-cı ildə
Tiflisin qabaqcıl teatr həvəskarları rəsmi
teatr təşkil etmək üçün şəhər idarəsinə müraciət
edirlər və 1910-cu ildə bu arzularını həyata keçirə
bilirlər. Daha sonra, yəni 1917-ci ildə Tiflisdə
"İttihad" adlanan ikinci bir teatr truppası
təşkil olunur. Bu trupraya İbrahim İsfahanlı,
Kəsən Səbri, Möhsün Sənani, Xəlilov, Naxçıvanlı,
Tağızadə, Əhməd Salahlı və b. daxil idi. Həmin
ilin axırında truppaya Əli Qurbanov da dəvət
edilir.
Xalqımızın mutərəqqi fikirli
ziyalılarından olan Kirmanşahlı, M. Zamanov və
Naxçıvanlı Əlinin təbiətindəki sadəlik,
çeviklik, çəldlik, musiqiyə meyl kimi
xüsusiyyətləri görərək, onun inkişafına hər cür
kömək edirdilər. Gürcüstanda Sovet Hakimiyyəti
qurulduqdan (1921) sonra Əli Qurbanov başqaları ilə
birlikdə artist-təşviqatçı kimi Borçalı
mahalının Sarvan, Şüləver, Qarayazı, Bolus,
Sadaxlı, Qaçağan və s. məntəqələrində kəndli
kütlələri qarşısında dadlı-duzlu çıxışlar edir.
Başqaları kimi, Əli Qurbanov da öz sənətindən
ilham alaraq yorulmaq bilmədən çalışırdı.
N.Nərimanov adına klubda xalq çalğı alətləri
orkestri təşkil edib yerlərdə konsertlər verir.
1922-ci ildə belə konsertlərdən birində olmuş
N.Nərimanov orkestrin çıxışını bəyənmiş və onun
üzvlərinə şəxsən təşəkkur etmişdir.
Başqa sovet aktyorları kimi Əli
Qurbanov da xarici ölkə qastrolları zamanı (1922-ci
ildə Turkiyə, 1925-ci ildə İranda) bir sıra maraqlı
çıxışlar etmişdir.
Əli Qurbanovun səhnə fəaliyyətinin
daha məhsuldar dövrü 1925-ci ildən sonraya təsadüf
edir. 1925-ci ilin axırlarında Azərbaycan Xalq
Maarif Komissarlığının sərəncamı ilə Tiflis
teatrının bir sıra tanınmış aktyorları ilə
birlikdə Əli Qurbanov da Azərbaycan Dövlət
Akademik Dram Teatrına dəvət olunur.
50 ilə yaxın bir muddətdə Ə.Qurbanov
Niyaz rolunun yeganə ifaçısı olduğu "Pəri
cadu"nun muxtəlif quruluşlarında bu rolu
dəfələrlə oynamışdır.
1930, 1957 və 1959-cu illərdə Moskvada
keçirilən milli teatrlara Ümumittifaq
baxışlarında paytaxt tamaşaçıları Əli Qurbanovun
Yanardağ, Məmmədəlibəy, Əsgərbəy ("Hacı Qara"),
Mor Amurim ("Zaqmut"), Lord Mounten ("Gülən
adam"), Hacı Əhməd və s. rollarda dəfələrlə
görmuşlər. 1957-ci ildə Moskvada keçirilən teatr
festifalı zamanı V.Komissarjevskaya və Nazim
Hikmət xususilə Hacı Əhməd rolunda Əli
Qurbanovun böyük bir ifaçılıq məharəti ilə
obrazı aça bildiyini qeyd etdilər. "Pravda",
"İzvestiya", "Covetskaya kultura",
"Literaturnaya qazeta", "Veçernyaya Moskva"
və "Trud" qəzetlərində Əli Qurbanovun
təqdirəlayiq bir sənətkar olduğu vurğulanır.
Əli Qurbanov 50 ildən artıq böyük
səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif
rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz
dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700,
Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən
artıq ifa etmişdir. Aktyor 40 ildən artıq
C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının filmlərində də çəkilmişdir.
İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq
roluna çəkilmiş Əli Qurbanov, sonralar
"Kəndlilər", "Almas" (Aftil), "Yeni Horizont",
"Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban),
"Doğma xalqımız üçün" (buruq ustası), "Mahnı
belə yaranır" (Kor aşıq), "Qızmar günəş altında"
(Əli dayı), "Qara daşlar" (Usta Ramazan), "Ögey
ana" (çoban), "Bir qalanın sirri" (Kamran baba)
və s. filmlərdə çıxış edərək yaddaqalan, yüksək
səviyyəli obrazlar yaratmışdır. Xalqımız və
dövlətimiz Əli Qurbanovun xidmətlərini nəzərə
alaraq ona 1938-ci ildə Azərbaycan SSR əməkdar
artisti, 1940-cı ildə isə Azərbaycan SSR xalq
artisti adı vermişdir. O, "Şərəf Nişanı",
"Qırmızı Əmək Bayrağı" ordenlərinə və bir neçə
medallara layiq görülmüşdür. 1951-ci ildə Lenin
ordeni ilə təltif olunmuşdur.
Möhsün Sənani
Həyatının 50 ilini Azərbaycan teatr
sənətinə həsr edən Möhsün Sənani səhnəmizin
görkəmli və məşhur artistlərindən biridir.
Möhsün Sənaninin adı gələndə hər kəsin
üzündə sevinc duyulur, təbəssüm görünür.
Onun repertuarı zəngin və murəkkəbdir.
Möhsün üçün kiçik, böyük, mənfi və müsbət rollar
yox idi və ola da bilməzdi!..
Sənanini xalqa sevdirən onun
bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc
nəslə daim qayğı ilə yanaşması olmuşdur. Sənani
aktyora çox vacib olan hər cür qabiliyyətə:
oxumaq, oynamaq, çalmaq bacarığına malik idi.
Sənani onun təxəllüsüdür. Onun əsl familiyası
Cəfərovdur.
Möhsün Sənani Cəfərov 1900-cü ildə
Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani
ailəsində anadan olmuşdur. O, 4-5 yaşında ikən
ata-anasını itirmiş, nənəsinin hima-yəsində
qalmışdır.
1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə
qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa
hazırlamaq və gələcəkdə onu atası kimi
mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni
oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin
arzusu yerinə yetir.
1908-ci ildə nənəsi vəfat edir, xalası
molla Zinyət onu öz himayəsinə götürür. Molla
Zinyət, respublikanın xalq artisti Əli
Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz
uşaqlarından çox istəyir. O, Sənaninin oxuması
ilə şəxsən özu məşğul olur. Ancaq Zinyət xanımın
da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə
üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət ana
Möhsünü da, onun bacısını da doğma övladı kimi
saxlayır.
Kiçik yaşlı Möhsün özünün və bacısının
xalasına bir yük olduğundan xəcalət çəkir. Odur
ki, 1909-cu ildən işləməli olur. O, Şeytanbazarda
hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.
Səhnə həvəsi Sənanidə yeniyetmə
yaşlarından baş qaldırmışdı. O, yerli teatrların
və Tiflisə qastrola gələn artistlərin
tamaşalarına böyük həvəslə baxırdı.
Möhsün həm teatr aktyorlarının
oyununa, həm də meydanlarda oxuyan dərvişlərin
səsinə fikir verir və onları təqlid edir. Bu
minvalla özünün oxumaq qabiliyyətini inkişaf
etdirir.
1911-ci ildə Möhsün birinci dəfə geniş
izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə
də, onun çıxışı dinləyiçilərə, tamaşaçılara
dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik
həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə
birpərdəli povestlərdə sınamağa başlayır.
Möhsünün ilk rejissoru "Tiflis musəlman
artistləri dəstəsinin müqqədir komik aktyoru
Mirzəxan Quliyev olmuşdur".
Beləliklə, Mirzəxan Quliyev və Möhsünə
tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov,
İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun
istedadına umid edirlər. Bu ümid Möhsünün
səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu
sənətinə paxıllıq edən və onun həvəsini
söndurmək istəyənlər atası Molla Sadığın
dostları idi. Bununla belə, Möhsünü sevənlər çox
idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü
dostunun atası "Vano dayı" tramvay parkında
qulluğa düzəldir. O, burada aldığı maaşla özünü,
bacısını təmin etməklə yanaşı, xalasının da
vəziyyətini yüngülləşdirirdi.
Dövrünün ziyalı və tanınmış
adamları Tiflisdə yaradılmış bu teatr dərnək və
cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr
keçirərdilər. Belə müşavirələr Mustafa
Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz
dükanında olurdu.
Gürcüstanın mütərəqqi fikirli
xadimləri və maarifpərvər azərbaycanlı
ziyalılar bu teatra və aktyorlara bina
xərclərini ödəmək və tamaşaları təşkil etmək
işində səmərəli yardım göstərirdilər.
N.Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev,
H.Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov
qardaşları teatr sənətinin tərəfdarları və
təbliğatçıları olmuşlar.
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov,
Mirseyfəddin Girmanşahlı, Mirzəxan Quliyev,
Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb
edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin
iştirakı ilə hazırlanmış "Kaveyi-ahəngər"
tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun
rolunu tapşırırlar.
O, bu rolu çox böyük ustalıqla ifa edir.
Vəziyyətinin aqırlığına, maddi ehtiyac
içərisində yaşamasına baxmayaraq bütün
peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul
olur.
Bu dövrdə Tiflis teatrı truppasında
çox məşhur sənətkarlar fəaliyyət göstərirdi.
Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev,
Əşrəf Yüzbaşıyev, M.Girmanşahlı, Mustafa
Mərdanov, İbrahim İsfahanlı, Tərlan xanım, Əli
Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze,
Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani
onların arasında ən kənc aktyor idi.
Gənc olmasına baxmayaraq, az bir zaman
içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli
("Arşın mal alan"), Hambal ("Məşədi İbad"),
Rzaqulu ("Nadir şah"), Kasio ("Otello") kimi
məsul rollar tapşırılmışdır. Həmin rollar
Sənaninin aktyorluğunda bir sıçrayış yaradır,
ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani
1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr
truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının
teatr səhnələrində parlamağa başlayır. O, nəinki
teatrda, eləcə də kino sənətində də çox yadda
qalan, təkrarolunmaz rollar ifa etmişdir.
Bunlardan "Ökey ana", "Koroğlu", "Uzaq
sa-hillərdə" və s. filmləri qeyd etmək
kifayətdir.
50 il ərzində bir gün də olsun səhnədən
ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın
sevilən və məşhur sənətkarıdır. Onun zəngin
səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini
öyrənmək bizim gənc aktyor və kino
sənətkarlarımız üçün maraqlı olduğu qədər də
səmərəlidir.
Sürəyya Qasımova
Məcid qızı Qasımova 1934-cu ilin sentyabrında
qədim Tbilisi şəhərində anadan olmuşdur. Atası
Məcid Qasım oğlu İbrahimov Borçalı
nümayəndəliyinin Sarvan kəndindən idi. Anası
Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan
olub, varlı və imkanlı adamlardan birinin
Fərəməz kişinin qızıdır.
Sürəyya birinci sinfə bir il heç getməsinə
baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın
rus orta məktəbini əla qiymətlərlə bitirib elə
həmin ildə də Azərbaycan Xarici Dillər
İnstitutunun alman dili fakultəsinə daxil olur.
Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də guclu
idmançı və təşkilatçı idi.
Oxuduğu illərdə Bakı şəhərində
keçirilən bir sıra elmi-praktik konfranslarda
yaxından iştirak edib, alman və Azərbaycan
ədəbiyyatının ali və orta məktəblərdə tədrisi
haqqında məruzələrlə çıxış etmişdir.
Sürayya hələ Tbilisidə orta məktəbdə
oxuduğu vaxt 5 ilə yaxın Gurcustan SSR-nin
gənclərdən ibarət yığma basketbol komandasının
ən fəal oyunçusu, sonra isə kapitanı olmuşdur.
Onu butun azərkeşlər "tatar balası"
deyə çağırırdılar. Sürəyya xanım idmanın bu növü
ilə institut illərində də məşğul olmuşdur.
Respublikanın tələbələrdən ibarət
yığma komandası tərkibində Sürəyya Qasımova
Moskva, Sankt-Peterburq Tbilisi, Bakı, Gəncə və s.
şəhərlərdə oynamışdır onun haqqında, özünün
söylədiyi kimi, unudulmaz anlar olmuşdur.
Sürəyyaya həm də gözəl səsə malik idi. O,
ən çox xalq mahnılarını və seygahları ifa edirdi.
1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada
onun məlahətli ifaşı haqqında dahi müğənnimiz
SSRİ xalq artisti Bülbül belə demişdir: Sürəyya
"balaca Şövkətdir". Bundan bir il sonra o,
Moskvada VI Ümumdünya Mahnı və Rəqs
Olimpiadasında uğurla çıxış edir. Sürəyya bu
olimpiadaya bir solist kimi dəvət olunmuşdu.
Sürəyya başda olmaqla Azərbaycan mahnı və rəqs
ansablının Moskvadakı çıxışları Azərbaycan Ali
Soveti Rəyasət Heyətinin fəxri fərmanı və deş
nişanlı ordeni ilə təltif edilmişdi. Bu
muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə
artisti kimi də istedada malik olması meydana
çıxdı. İnstitutun III kursunda imtahandan əla
qiymət alıb çıxanda, özünü rəfiqələrinin üstünə
ataraq əla qiymət aldığını bildirdi. Bunu görən
bir qadın yaxınlaşıb soruşdu: "Qızım! Sən kinoya
çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə
rəfiqələri birağızdan "əlbəttə-əlbəttə
çəkilmək istəyir"-deyə cavab verdilər. Sürəyya
öz razılığını bildirdi. Bu qadın Bakı
kinostudiyasının rejissoru L.D.Berla idi.
Səhərisi gün Sürəyya filmin quruluşçu rejissoru
Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət
etdilər. Müəyyən çəkilişdən sonra Həsən
Seyidbəyli debyut haqqında belə dedi: "Bu ki
anadan-gəlmə Gulnarədir." Bu, Sürəyyanın ilk
filmi idi. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu),
"Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və
s. filmlərdə baş rollarda çəkilir.
1958-ci ildə Sürəyya institutu əla
qiymətlərlə bitirib burada laborant vəzifəsində
işə başlayır. Bir muddətdən sonra onu həmin
kafedrada alman dilinin qrammatikası və
leksikası üzrə muəllim təyin edirlər.
|