Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI VƏ QONŞU BÖLGƏLƏRDƏN OLAN MEMARLAR

Cümşüd İbrahimli

Cumşud Rəşid ohlu İbrahimli 1941-ci ilin May ayının 28-də Gurcustan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini muvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cumşud iki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltəraşlıq" fakultəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cu ildə oranın tam kursunu bitirmişdir.

Təyinatla Bakıya gələn (1973) cavan heykəltəraş 1974-cu ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltəraşlıhı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid ohlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır.

Heykəltəraş Cümşüd Rəşid ohlunun yaradıcılıhında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir. Onu da qeyd etməliyik ki, layihələrin əksəriyyətinin memarlıq həllini heykəltəraşın özu vermişdir.

O, indiyə qədər 50-yə yaxın sənət və monumental əsəri hazırlayıb. Belə əsərlərdən "İmadəddin Nəsimi", "Niyazi", "Cəvahirləl Nehru", "İndra Qandi", "Korohlu", "Şah İsmayıl Xətai", "Qaçaq Kərəm", "Pənah xan", "Rəşid Behbudov", "Zeynalabdin Tahıyev", "Nəsrəddin Tusi", "Y.Məmmədəliyev" və "Babək" əsərlərini göstərmək olar.

Bu böyük sənətkar hazırda "Borçalı şəhidləri" adlı monumental kompozisiya üzərində çalışır.

 

Ömər Qoçulu

Borçalının ilk memar-alimi Ömər Məhəmməd ohlu Ömərov- Ömər Qoçulu 1943-cu ildə Qoçulu kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır.

Ömər Qoçulu 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda idman konsert kompleksi" diplom layihəsi "ə'la" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovahzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur.

Memar kimi tam puxtələşmiş Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı.

1973-cu ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi.

Qeyd etməliyik ki, umumiyyətlə, Ömər Qoçulunun yaradıcılıhı çoxcəhətli və rəngarəngdir. Bundan əlavə, onun butun əsərlərində özunə məxsus dəst-xətti aydın nəzərə çarpır.

Memar Ömər Qoçulunun layihələri əsasında Bakıya və respublikanın bir çox bölgələrində 50-ə yaxın muxtəlif ölçülü və profilli mədəni-məişət, sənaye-nəqliyyat, ictimai-inzibati, sahlamlıq-idman və s. komplekslər ucaldılmışdır. Belə tikililərdən Bakıda: Qəzet - nəşriyyat kompleksi, Şəhidlər xiyabanı, "Səbail" dənizkənarı uşaq is-tirahət guşəsi, "Fəvvarələr meydanı", S.Vurhun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, "Yaşıl teatr", Bərdədə 1941-1945-ci illər muharibəsində həlak olmuş bərdəlilərin xatirə-abidə kompleksi, Qərvənddə (Aqdam) "Səadət sarayı", Şəkidə aeroport binası və s. əsl sənət inciləridir.

Ömər Qoçulunun Bakının Mətbuat prospektindəki Qəzet-nəşriyyat kompleksi və Dənizkənarı parkdakı "Səbail" uşaq istirahət guşəsi SSRİ Xalq Təsərrufatı Nailiyyətləri Sərgisinin qızıl medallarına layiq görülmüşdür. "Fəvvarələr meydanı" Ümumittifaq musabiqəsində "İlin ən yaxşı layihəsi" kimi qeyd olunmuşdur.

Naxçıvan şəhərində Hüseyn Cavidin məqbərəsi layihəsi isə Azərbaycan Memarlıq İttifaqının xususi diplomunu almışdır.

Memar Ömər Qoçulu praktiki yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşhuldur. O, 1989-cu ildə Moskvada "Azərbaycan sənaye memarlıqı" mövzusunda namizədlik dissertasiyasını mudafiə etmişdir. İndiyədək 15 sanballı elmi məqaləsi çap olunub.

Ömər Qoçulu memar, alim, pedaqoq olaraq fəaliyyətini davam etdirir, yaradıcılıq işləri ilə paralel İnşaat Muhəndisləri Universitetinin memarlıq fakultəsinin dosentidir, müasir memarlıq fənnindən dərs deyir.

Ömər Qoçulu respublikanın Əməkdar Memarı kimi fəxri ada layiq görülüb, uzun illərdir ki, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvüdür.

Ömər Qoçulu öz sənətinin vurhunu və yorulmaz təblihatçısıdır. Onun 1978-ci ildən etibarən mütəmadi olaraq respublika radiosu və televiziyasında, qəzet və jurnallarda Azərbaycan və dünya memarlıhına həsr olunmuş çıxışları və məqalələri maraq dohurur.

Memar-alim Ömər Qoçulunun eyni zamanda bir neçə "xobbisi" də var: borçalıların əksəriyyəti kimi, şirin-şirin saz çalır, şövqlə oxuyur, xeyli lirik şe'rlər, sənədli hekayələr yazmışdır. Bəstəkarlardan Elza İbrahimova, Cavanşir Quliyev, Faiq Sucəddinov onun sözlərinə musiqi bəstələmişlər. "Nənəmin nağılı" sənədli povesti onun istedadlı qələmindən xəbər verir. Umumiyyətlə, Ömər Qoçulunun bir yaradıcı şəxsiyyət kimi tam portretini təsəvvür etmək üçün onun haqqında çəkilmiş "Ömrüm boyu körpü salmaq istəmişəm..." telefilminə tamaşa etmək kifayətdir.

 

Lətif İbrahimov

Lətif Qasım oğlu İbrahimov 1914-cü ildə Borçalı nümayəndəliyinin Sarvan kəndində podratçı (kupets) Qasımın ailəsində dünyaya göz açmışdır.

Atası podratçı Qasım mahalın imkanlı adamlarından olub, Zaqafqaziyada ilk dəmir yollarını çəkdirmişdir. Anası Fatma xanım Axund Hyceyn ağanın qızı idi. Regionda böyük hörmətə malik idi. Lətif elə uşaq yaşlarından yol muhəndisi işləri ilə çox maraqlanardı. O, orta təhsil aldıqdan sonra sənədlərini o dövrdə Tiflisdə yeganə dəmir yol mutəxəssisi hazırlayan Tiflisdəki Zaqafqaziya Dəmir Yollar İnstitutuna (indiki Tbilisi Politexnik İnstitutu) verir və qəbul olunur. 1934-cü ildə dəmiryol inşaat fakultəsinin dəmiryol mühəndisi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Lətif yeganə azərbaycanlı oğlu idi ki, orada rus dilində oxuyub və butun beş il muddətində şəkli institutun şərəf lövhəsində ən başda vurulmuşdur.

Gənc dəmiryol mutəxəssisi, ə'la muhəndis tez bir zamanda Borçalı bölgələrində və Gurcustanın bir sıra bölgələrində dəmiryol, körpü-tunel və kaskadalar və s. işlərin görülməsində öz layihələrilə yaxından iştirak etmiş və bəzi yolların salınması isə bilavasitə onun adı ilə bağlı olmuşdur. Onun bu işləri və əməlləri mərkəzin, rəhbərliyin gözündən yayınmamışdır. 1936-cı ildə Lətif Qasım oğlu İbrahimov SSRİ Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərmanı şəxsən Kalinin təqdim etmişdir.

Lətif Qasım oğlu İbrahimov çox layihələr, çox planlar hazırlamışdı, lakin qəfil ölüm onları həyata keçirməyə aman vermədi.

Onun qəbiri Sarvan qəbiristanlığındadır.

 

Sabir Hüseynov

Sabir Cavad oğlu Hüseynov 1940-cı ildə Marneuli rayonynun Sarvan kəndində ağa-şeyx nəslində anadan olmuşdur. Atası Cavad ağa Şeyx Məhəmmədəli oğlu Borçalıda dövrünün ən savadlı ziyalı-muəllimlərindən biri olmuşdur. Sabir atasını körpə ikən itirir. 1948-ci ildə balaca Sabir Marneuli Azərbaycan orta məktəbinin birinci sinfinə getmiş, 1959-cu ildə isə həmin məktəbi qızıl medalla bitirmişdir. Elə Həmin ildə sənədlərini Azərbaycan Politexnik İnstitutuna verib, inşaat fakultəsinə daxil olur. 1965-ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirib Bakı Baş Tikinti İdarəsində işə düzəlir. O, burada iş icraçısından trest mudiri vəzifəsinə qədər yüksəlmişdır.

Sabir Cavad oğlu Huseynovun əməyi işlədiyi bu 30-ildə dövlət tərəfindən lazımi səviyyədə qiymətləndirilmişdir. 1970-1980-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ona Əməkdar İnşaatçı Mühəndis fəxri adı verilmiş və 1980-ci illərin ortalarında isə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Sabir Hüseynov təkcə Bakı şəhərində 50-ə yaxın mehmanxana, idman meydançaları, müasir tipli çoxmərtəbəli yaşayış binaları, mühüm sənaye obyektlərinin inşasına rəhbərlik etmişdir.

 

Yusif Yusifov

Yusif Qənbər oğlu Yusifov 1941-ci ildə Borçalı nümayəndəliyinin Sarvan kəndində anadan olmuşdur. O, birinci sinfə Sarvan yeddiillik məktəbinə getmiş, sonradan təhsilini 1 saylı Marneuli orta məktəbində davam etdirmiş, 1959-cu ildə isə orta məktəbi bitirmişdir. Üç il əsgəri borcunu yerinə yetirdikdən sonra sənədlərini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsinə verir və qəbul olunur. 1969-cu ildə institutu muvəffəqiyyətlə bitirib, bir muddət Azərbaycan SSR Yol-Tikinti və İstismarı Nazirliyində muhəndis, sonra isə şöbə mudiri işləyir.

Yusif bu peşə-sənəti ilə kifayətlənməyib, daha bir institutda oxumağı qərara alır. O, 1972-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol-tikinti fakultəsinin 3-cü kursuna daxil olub, təhsilini davam etdirməyə başlayır.

Gənc mutəxəssis 1972-ci ildə Azərbaycan Avtomobil yolları Nazirliyinin 1 saylı Yol-Tikinti və İstismarı İdarəsinin mudiri vəzifəsində işləyə-işləyə 1975-ci ildə institutu qurtarıb ikikci bir ali təhsil diplomu alır. Onun qızğın əmək fəaliyyəti 1972-ci illə bağlıdır. 1972-1975-ci illərdə gənc mutəxəssis Bakı-Sumqayıt yolunun tikintisində yaxından iştirak etmişdir. 1976-cı ildə Sumqayıt şəhər Sovetinin dəvəti ilə onu ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinə rəis təyin edirlər. 1978-ci ildə Kommunal Təsərrufatı Nazirliyinin əmri ilə Bakı Şəhər Baş Tikinti İdarəsinə baş muhəndis, 1987-ci ildə isə Kommunal Təsərrufatı Nazirliyinin trestinə rəis təyin olunur. 1988-ci ildə Yusif muəllimi birliyin rəisi təyin edirlər. Yusif Qənbər oğlunun rəhbərlik etdiyi bu birliyin fəaliyyət dairəsi çoxsahəli və geniş miqyaslı idi. Belə ki, onun birliyinin tabeliyində respublikanın 65 inzibati rayonunun təmir-tikinti idarəsi, ixtisaslaşdırılmış mexanizasiya idarəsi, Bakı şəhərində 800 nəfər elmi işçisi olan Layihə-quraşdırma İnstitutu, və bir neçə yardımçı təsərrufat sahəsi var idi.

1990-cı ildən Bakı şəhərindəki Təmir-Tikinti Quraşdırma və Sazlaşdırma Birliyinin rəisi vəzifələrində işləyir. Onun on iki inzibati rayonda kollektiv təsərrufat sahələri vardır.

Yusif Yusifovu əməkdə qazandığı nailiyyətlərə görə 1975-ci ildə Binəqədi rayonunun Xalq Deputatları Sovetinə millət vəkili seçmişlər. Onun bu nailiyyətləri partiya və dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Yusifin atası Şıxlı və Sınıqçı ləqəbi ilə məşhur olan Qənbər kişi dövrünün çətinliklərini nəzərə alıb övladlarının çoxunun ali təhsil alması qeydinə qalmışdır. Onlardan biri - Rəfael Yusifov uzun illərdən bəri respublikanın daxili işlər orqanlarında çalışır.

 

Rasim Məmmədov

Rasim Məmməd Hüseyn oğlu Məmmədov 1947-ci ilin sentyabrında Borçalı rayonunun Sarvan kəndində ağa-şeyx nəslinin ocağında dünyaya göz açmışdır. O, 1953-cü ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş və 1964-cu ildə həmin məktəbi bitirmişdir.

Orta məktəbi əla qiymətlərlə bitirən gənc Rasim Həmin ilin avqustunda Azərbaycan Politexnik İnstitutunun inşaat fakultəsinə daxil olur.

1969-cu ildə Həmin fakultəni muvəffəqiyyətlə başa vuran gənc mutəxəssis Bakı Baş Tikinti İdarəsinə iş icraçısı vəzifəsinə təyin edilir. Burada idarənin mudiri vəzifəsinə kimi yüksəlir.

Rasim Məmmədovun öz ixtisasına bir peşəkar kimi dərindən bələd olması, çalışqanlığı, təşəbbuskarlığı, novatorluğu nəzərdən yayınmır və lazımınca qiymətləndirilir, 1983-cu ildə Azərbaycan Maddi-Texniki Ehtiyyatlar Nazirliyinin Baş İdarəsinə baş direktorun muavini vəzifəsinə təyin olunur. Tez bir vaxtda Rasim rəhbərliyin və işçilərin sevimlisinə çevrildi.

İşlədiyi 25 ildə elə bir fəhlə, rəhbər işçi və ziyalı tapa bilməzsən ki, ondan azacıq da olsa narazı qalsın. O, çalışdığı kollektivdə hörmətə malikdir. Həm də çox alicənab və qayğıkeş insandır. Bu işgüzar və insani keyfiyyətlərini nəzərə alan keçmiş və indiki hakimiyyət onu dövlət numayəndə heyətində 1974-cü ildə Turkiyəyə, 1985-ci ildə Minsk şəhərinə, 1994-cü ildə İrana və 1995-ci ildə isə İsrailə göndərmişdir. O, xaricdə muxtəlif səpkili işlər görmüşdür.

Böyük təcrübəyə malik olan respublikanın əməkdar inşaatçısı Rasim Məmmədov 1970-ci illərin axırlarında "Hərbi İnşaat Əlaçısı" deş nişanı ilə təltif edilmişdir. Daha sonra respublikanın əməkdar səmərələşdiricisi kimi yüksək ada da layiq görülmüşdür. O, özünün zəngin iş təcrübəsini respublikanın əməkdar inşaatçısı və dövlət xadimi Əliş Ləmbəranskinin rəhbərliyi ilə toplamışdır.

Rasim Məmmədov "Gülüstan" sarayının, "Moskva" və "Bakı" mehmanxanaların, Ali Sovetin binasının, Bilgəhdəki "Araz" kardioloji mərkəzin, Respublika sarayı kimi arxitektura incilərinin və digər obyektlərin ucaldılmasına böyük əmək sərf etmişdir.

Borçalıda muqəddəs ocağın bu layiqli oğlu doğma el-obanı unutmur, eloğlulardan kömək və dəstəyini əsirgəmir. Buna görə o, Borçalı elində də sayılıb hörmət bəslənilən adamlardan biridir.

Copyright © 2003 Borchali