Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI VƏ QONŞU BÖLGƏLƏRDƏN OLAN RƏSSAMLAR

Ədhəm Sultanov

Azərbaycan dekor sənəti tarixində bir ah səhifə var. Bu ah səhifənin önündə əslən Tiflisin Azərbaycan turklərindən olan Ədhəm Sultanov gedir.

Bu böyük sənətkarı, böyük rəssamı unutmaq ən azı, insafsızlıq və laqeydlikdir. Ədhəm Sultanov 1903-cu ildə Tiflis şəhərində məmur Fərəc bəy Sultanovun ailəsində dunyaya göz açmışdır. O, 1931-ci ildə Gurcustan Rəssamlıq Akademiyasını bitirmiş, bir muddət Azərbaycan, Gurcustan və Ermənistanın muxtəlif redaksiya və nəşriyyatlarında əməkdaşlıq etmişdir. Əsasən kitab qrafikasında gücünü sınayan gənc rəssam Tbilisidəki Azərbaycan teatrının bəzi tamaşalarına da tərtibat vermişdir. Ədhəmin təkrarolunmaz dəst-xətti teatr ictimaiyyətinin diqqətini cəlb edir. 1936-cı ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıqla əlaqədar M.F.Axundov adına Opera və Balet Teatrının rəhbərliyi "Arşın mal alan" musiqili komediyasına tərtibat vermək üçün rəssamı Bakıya dəvət edir. Ongünlüyün yekun konsertinin bədii tərtibatı da ona tapşırılır. "Arşın mal alan"ı yeni quruluşda hazırlayan İsmayıl Hidayətzadə rəssamla birlikdə milli koloritli bir tamaşa yaratmaq istəyirdi. Bu haqda rejissor yazır: Biz əhvalatı, muəllifin fikrində tutduqu kimi, Şuşaya köçurdürük.

Ədhəm ata-baba şəhəri Şuşaya səfər edir. Burada bir sıra səciyyəli binaların, həyətlərin şəkillərini çəkir və eskizlər əsasında Üzeyir bəy musiqisi ilə həmahəng, parlaq dekorlar yaradır. İşin hazırlıq dövründə Üzeyir bəy tez-tez rəssamın işlədiyi emalatxanaya gəlib eskizləri diqqətlə nəzərdən keçirərdi. Bəstəkar "Kommunist" qəzetində (1938-ci il) dərc olunmuş "Arşın mal alan" haqqında qeydlərin" məqaləsində yazır: "Yeni quruluşun bədii tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın quruluşundakı butun işlər gözəl və yaddaqalan təsir bahışlayır. Xususilə, perspektivdə (gələcəkdə) verdiyi Şuşa şəhərinin mənzərəsi həm bədii, həm gözəl və həm də düzgündür".

Ə. Sultanov 1939-cu ildə respublika hökumətinin qərarı ilə Moskvada Umumittifaq Kənd Təsərrufatı Nailiuətləri Sərgisində "Azərbaycan SSR" pavilyonunun baş rəssamı təyin edilir. Pavilyonun giriş zalını bəzəyən iki böyük panno rəssamın ciddi yaradıcılıq muvəffəqiyyəti idi...

1943-1946-cı illərdə Ədhəm Sultanov Tbilisidəki Azərbaycan teatrında bir sıra tamaşaların eskizlərini hazırlayır. M.Hüseynin "Nizami" pyesinin tərtibatı xususilə uhurlu idi. "Sarya Vostoka" qəzetinin 1944-cü il nömrələrinin birində yazılmışdır: "Kiçik səhnədə Ə.Sultanov Nizami dövründəki qədim Azərbaycan şəhərlərinin üslubunu canlandıran sadə, lakin effektli və məzmunlu tərtibat qura bilmişdir".

Həmin teatrda onun son işi olan "Otello"ya verdiyi quruluş tamaşaçılar və teatr tənqidçiləri tərəfindən musbət qarşılanmışdır.

Gurcu rəssamı Pirosmaninin "kəşf" edilməsində Ədhəm Sultanovun rolu çox böyük olmuşdur. O dövrdə unudulmuş rəssamın şəkillərini əldə etmək uçun o, böyük çətinliklərlə uzləşirdi. Sultanov Pirosmaninin əsərlərini axtarıb tapmış və hifz etmişdi.

Ə.Sultanovun faciəli ölumundən 15 il sonra arvadı Lili xanım evlərindən Pirosmaninin yaxşı muhafizə olunmuş 14 lövhəsini tapır.

Sənətşunas K.Zdaneviç tbilisili soydaşımızın faciəli ölümünü belə təsvir edir: "Sultanov faciəli bir günə çevrilən adi günlərdən birində səhər qəflətən kuçədən qışqırıq və atəş səsi eşidib eyvana çıxır. Küçədə ohrunun dalınca qaça-qaça havaya atəş açan milis nəfəri görünür. Bu vaxtı bir atəş də açılır və Sultanov eyvanın döşəməsinə sərilir... Tukənməz istedadlı rəssam və gözəl insan Ə. Sultanovun həyat işıqı belə sönmüşdur".

 

Zahid Şəmirli (Hüseynov)

Şəmirli Zahid İsa ohlu 1945-ci ildə Qaraçöp nahiyəsinin Tüllər kəndində dünyaya göz açmışdır. O, kənd orta məktəbini bitirdikdən sonra 1963-cu ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının monumental keramika şöbəsində görkəmli sənətkarlar Rezo İoşvili, Alde Kakabadze və Qoqi Kartvelişvilidən təhsil almışdır.

Zahid Şəmirli 1970-ci ildə təhsilini başa vurub Bakıya gəlir, burada yaşayıb-yaratmaha başlayır. O, 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1978-ci ildən isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-tətbiqi sənət fakultəsində baş müəllim vəzifəsində çalışır. Əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Turkiyə, Latviya, Gurcustan, Litva və s. ölkələrdə nümayiş etdirilib, sənətkarın özu isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olub.

Zahid muəllimin tərtibat işləri, monumental divar rəsmləri də vardır ki, bu işlər də Çernobılda, Moskvada, Naftalanda, Zuqulbada, Yardımlı, Lənkəran, Astara, Ahcabə-di və Cəbrayıl bölgələrindəki bədii kompozisiyalardan ibarətdir.

Sənətkarın 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələrlə əlaqədar yaratdıhı "Şəhid" abidəsi Azərbaycan və gurcu xalqlarının umumi kədərinin rəmzi kimi Qaraçöp torpahında qoyulub. Rəssam son illərdə (10 il) keramika, heykəltəraşlıq və rənggarlıq janrlarında 25-ə yaxın biri-digərini təkrarlamayan əsərlər yaratmışdır.

 

Reyhanə Hüseynova

Hüseynova Reyhanə Zahid qızı 1973-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirib, 1991-ci ildə Ə.Huseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin sənətşunaslıq fakultəsinə daxil olub. Reyhanə oxuduhu vaxtdan Avropa, Şərq və Qafqaz mədəniyyətini dərindən öyrənməyə başlamışdır. Eyni zamanda o, Azərbaycan xalçaçılıq, heykəltəraşlıq və keramika sənətilə yaxından təmasda olub, bu sənət sahələrinə dair məqalə və elmi resenziyaları muxtəlif mətbuat orqanlarında çap olunub.

Reyhanə Zahid qızı hazırda atasının yolu ilə gedərək sənətşunaslıq elminin dərinliklərinə meyl göstərir. Son vaxtlar o, "Keramikaçı-rəssam Zahid Huseynovun yaradıcılıhı" adlı monoqrafiyasını çapa hazırlayır.

Copyright © 2003 Borchali