Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Qaçaq İsaxan

20-ci yüzilliyin əvvəllərində Göyçə, Zəngəzur mahallarında Dəli Alı, Gəncəbasar Qazax bölgələrində Qaçaq Kərəm, Qandal Nağı, Gümrü, Qars, Cəlaloğlu vilayətlərində Səməd bəy, Avdallı İsmayıl kimi el-oba, yurd-torpaq, xalq-millət

təəssübkeşliyi çəkən və el arasında fəxrlə "Qaçaq" adlandırılan el qəhrəmanlarından biri də Borçalı mahalının Qaraçöp, Qarayazı, Qaraxaç, Loru tərəflərində məşhur olmuş Qaçaq İsaxandır.

Zaqafqaziya tam sovetləşdikdən sonra bolşevikləri burada yerli əhaliyə (xüsusən də, azərbaycanlılara) qarşı apardığı kobud siyasət, milli haqsızlıqlar və zor gücünə həyata keçirilən kolxoz hərəkatı təbiətən azadlıqsevər və qürurlu borçalıların kəskin etirazına səbəb oldu. Get-gedə böyüyərək ümumxalq üsyanına çevrilən bu hərəkata əslən Qarayazının Dəmirçi Kosalı kəndindən olan gənc İsaxan Hacıbayramoğlu başçılıq edirdi.

1929-cu ilin son aylarında bolşeviklərin Dəmirçi Kosalı kəndində zorla kolxoz qurmaq cəhdi boşa çıxdı. İsəxanın igidləri silahlı polis dəstələrini darmadağın etdikdən sonra üç aya qədər bütün Qarayazını nəzarətdə saxladılar. 1930-cu ilin yanvar-fevral aylarında İsaxan üsyanı geniş vüsət alaraq Borçalını bürüdü. Artıq Sarvan, Gorarxı, Qızılhacılı kəndləri də mübarizəyə qoşulmuş, Qazax, Ahılkələk, Qaraçöp, Loru və Zakataladakı silahlı dəstələrlə əlaqə yaradılmışdır.

1930cu ilin martın 10-da Qızıl ordu hissələri İsaxanın Qarayazı meşəsindəki mövqelərinə güclü hücuma keçdi. Qanlı döyüşlər zamanı öndən İsaxanın, cinahlardan isə onun silahdaşları Mustafa Alcanlının, Nağı Hacıbayramlının və İsa Qastanlının dəstələri düşmənə ağır zərbələr endirərək onu geri çəkilməyə məcbur etdilər. L.P.Beriyanın bilavasitə rəhbərlik etdiyi bu əməliyyat tam uğursuzluqla nəticələndi, üsyançılar isə mövqelərini möhkəmləndirmək üçün Qarasu ətrafından Maraş, Saqqızlı dağlarına çəkildilər.

Yaranmış təhlükənin nəticələrini yaxşı dərk edən bolşevik hökuməti İsaxanla danışıqlar aparmaq uçun Qarayazı meşəsinə nümayəndə heyəti göndərdi. İsaxanın tələbi ilə ordu hissələri tamamilə Qarayazıdan çıxarıldı və burada kolxoz hərəkatı dayandırıldı, ounu özünü isə Borçalıda və sərhəd bölgələrində banbitizmə qarşı mübarizə aparan milis qüvvələrinə rəis təyin etmək qərara alındı. Amma bu hal da uzun sürmədi. Vəziyyəti neytrallaşdırdıqdan, üsyançıları pərən-pərən saldıqdan sonra bolşeviklər İsaxanı təkləyib "tələyə saldılar".

Qaraxaçda yaylaqda olan İsaxan iki silahdaşı-Alı Haqalanlı və Sadıq Sadıqoğlu ilə bərabər Cəlaloğluna guya müşavirəyə dəvət olundu və orada xaincəsinə qətlə yetirildi.

On ilə yaxın Zaqafqaziyada sovet üsul idarəsinə qarşı qəhrəmancasına mübarizə aparmış Qaçaq İsaxanın nakam ömrü, cəmi 33 il beləcə başa çatdı. Bu el qəhrəmanının şücaəti haqqında indinin özündə də Borçalının hər guşəsində dürlü-dürlü xatirələr, əhvalatlar söylənməkdədir. El aşıqları onun haqqında dastanlar bağlamış, el şairləri şəninə şerlər qoşmuşlar. Ağsaqqal babalar nəvələrinə İsaxanın dını qoyur, onlara İsaxan kimi el, torpaq qeyrəti çəkmək öyüdü verirlər.

Gənc borçalılar İsaxanın mübarizə tarixini öyrənmək məqsədilə doğma yurdu qarış-qarış dolanaraq, onun haqqında məlumat toplayırlar, xatirə gecələri, yubiley tədbirləri keçirirlər.

Copyright © 2003 Borchali