Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Ümid Salmanlı

Umid Alı oğlu Salmanlı 1898-ci ildə Borçalının Sarvan kəndində (indiki Marneuli şəhəri) anadan olmuşdur.

Ümidin atası Alı kişinin kökü Sarvanlıdır, anası Mələk xanım Qazax qəzasının Birinci Şıxlı kəndindəndir.

Bu ailədə 7 uşaq doğulmuşdur. Ümid bunların beşincisidir. Böyük bacıları Fatma, Nigar, qardaşları Məmməd, Hacı, Salman və ən kiçik bacısı Cahan.

Bu, 7 nəfər baçı-qardaşın bədbəxt taleləri olmuşdur. Böyük bacısı Fatmanın əri Məhəmməd, oğlu Əhməd, qardaşı Salman 1918-ci ildə "Eşalon" adı ilə məşhur olan faciədə bir yerdə öldürülmüşlər.

Oğlu Veyis Məhəmməd oğlu Böyük Vətən müharibəsində həlak olmuş və beləliklə, bu məğrur ana dünyasını dəyişənə qədər öz acı taleyi ilə barışmamışdır.

İkinci böyük bacı Nigar 1922-ci ildən öz əri Ayvazın təkidi ilə Türkiyənin Qars vilayətinə köçmüş, ömrü boyu Vətən həsrəti ilə yaşamış və orada vəfat etmişdir. Qardaşları Məmməd, Hacı Gürcüstanda Sovet hakimiyyətinin qurulması dövründə həbs olunub, güllələnmişlər.

Qardaş və bacılarının belə acı taleləri Ümidi öz zəmanəsi ilə barışmaz etmişdir.

Ümid 1922-ci ildə Başkeçid ərazisində yerləşən Korarx dağında, dərədə xalqı qarət edən talançı, quldur dəstəsinə qarşı təkbətək vuruşmuş və dəstənin yarıdan çoxunu qırmışdır.

O, 1923-cü ildə Qarsa getmiş və 1925-ci ilə qədər orada 1925-ci ildə Borçalıya qayıtmış və dövlət tərəfindən bağışlanılma haqqında imtiyaz almışdır.

1925-ci ildə Zəlyə (Barmaqsız) rayonunun ermənilər yaşayan Quşçu kəndinin sakinləri ilə Ümid Alı oğlunun arasındakı toqquşma da maraqlıdır. Belə ki, bu kənddə XVII-XVIII əsrlərdə Azərbaycan türkləri yaşayırdı. Son 50-60 ildə ermənilər yaşayırlar. Sarvan kəndinin müsəlmanları yay fəslində həmin kənddən yuxarıda yerləşən AĞ dağda məskunlaşırlar. Belə bir vaxtda ermənilər müsəlman kəndlərini dağda sıxışdırır, guya yerlər onlara məxsusdur və bu yerləri qoruyaraq otunu özləri üçün biçirlər. Bunu görən Ümid Alı oğlu tək, özünün beşaçılan tüfəngi ilə onların qarşısına çıxır, bütün kənddən-yəni ermənilərdən təşkil olunmuş böyük bir dəstəni məğlub edir (o, düşmən sayca çox olanda da həmişə onların qarşısına tək çı-xarmış) və müsəlman kəndlilərinə əmr edir ki, özlərinin mal-qarası ilə onların qoruduqları sahəni otarsınlar. Bu toqquşmadan sonra erməni kəndlərində (Zəlyə rayonu) Ümid Alı oğlu haqqında rəvayətlər yayılmağa başlayır.

Ümid Alı oğlunun həyat yoldaşı Fatma Sarvanda Qənbər Yusif oğlu adlı kəndxudanın bacısı olmuşdur.

Ümidin Məmməd adında oğlu 1996-cı ilə qədər yaşamış və Qarsda 71 yaşında vəfat etmişdir.

1928-ci ildə Ümid Alı oğlu Gürcüstana - doğulduğu Sarvana qayıdır və Gürcüstan dövləti tərəfindən həbs edilir.

Uzun müddət həbsdə oturan Ümid Alı oğlu L. Beriya, Ma-xaradze kimi qaniçən dövlət liderləri ilə körüşməli olur Uzun işkənçələr bu mətin insanın iradəsini qıra bilmir hətta küllələndiyi ilin tarixi belə sirr olaraq saxlanı-lır.

Bütün qohum-əqrabası bu cəsur insanın küllələndiyi tari-xi, dəfn olunduğu yeri indiyədək bilmir.

Copyright © 2003 Borchali