Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Səməd ağa

Ölkədə kəndli-torpaq islahatı aparılan zaman Borçalı mahalının bir çox məntəqələrində əhalinin təsərrüfatda nail olduğu irəliləyişlərdən sui-istifadə edən onlarca quldur dəstələri kəndləri çalıb-çapıb var-yoxlarını qarət edirdilər. Belə bir vaxtda xalqa (əsasən kəndli kütləsinə) dayaq olmaq, əlbəttə, hər adamın işi deyildi. Belə xeyirxah, cəsur, yenilməz və jandarmlara qarşı həddən artıq dönməz ölan Qasımlı sakini Səməd ağa olmuşdur. Cöyrə oğlu Qara kimi Səməd ağa da çox xeyirxah, əliaçıq, kasıblara arxa duran, quldur dəstələrinə qarşı həmişə vuruşan bir şəxsiyyət olub.

Səməd ağanın fəaliyyəti:

Borçalı mahalının Sarvan, Qızılhacılı, Korarxı, Qasımlı, Qaçağan, Beytərəfçi, Lejbəddinli, Quşçu, Baydar, Araplı (Ərəbli), Təkəli, Muğanlı və s. kəndlərində bir sıra üzdəniraq bəylər və ağalar, çar məmurları və jandarmları, yerli varlılar kəndliləri gecə-gündüz işlətmiş, onların var-yoxlarını əllərindən alıb kölə vəziyyətində istismar edənlərə qarşı barışmaz olan, ədalətsizliyə, haqsızlığa dözməyən gənc Səməd ağa bu qeyri-qanuni hərəkətlərə göz yuma bilmir, kəndin vuran-tutan oğlanlarını ətrafına toplayır, ədalətsizliyə qarşı çıxır, kəndlilərin müdafiəsinə qalxır. Təbii ki, yerli məmurlar və hakimiyyət buna dözə bilməzdi. XIX əsrin axırlarında, yəni 1885-ci ildə Səməd ağa oğlu və qardaşı ilə birlikdə satqınlar tərəfindən tutulub Sibirə sürgün edilir. Lakin igid Səməd ağa həmin ildə Sibirdən qaçmış, öz düşmənlərinə qarşı daha amansız olmuşdu. Yazılı mənbələrin verdiyi məlumata görə, Səməd ağa 1885-87-ci illərdə elin köçü yaylağa qalxan vaxtda "Qaradağ - Dürnük ərazisində öz çadırında oturub dincəlirdi. Bu vaxt bir qrup Sığnax (Siqnax) gürcüləri, Tiyonet pşavları, Zəlyə yunanları və Loru erməniləri, hətta Bolnis alman koloniyasından olan almanlar gəlib ondan xahiş edirlər ki, onların itmiş və qarət edilmiş mal-qarası və əmlaklarının tapılmasına köməklik göstərsin. O, dərhal ayağa qalxıb onları içəri dəvət etmiş və çay-çörək vermişdir. Bundan sonra Səməd ağa onların bu təkliflərini qəbul edib işə başlamışdır.

Səməd ağanın ən çox qonaqları qonşu Dürnük, Keşəli, Kosalı, Kəpənəkçi, Tiflis, Dağ Sarvan, Culuğlu, Qazax, Ağ Təhlə, Qara Təhlə, Soğanlıq və Kaxetin bir sıra məntəqələrindən olurdu.

Səməd ağa haqqında daha bir söyləmə: İsti yay günlərinin birində borçalıların yaylağa köç edən zamanı Ağbulaq nahiyəsinin ərazisində "Qoyun bulağı" adlanan ərazidə Sarvan, Qızılhacılı kəndlərinin sakinlərinin yaylağa gedən vaxtı bir dəstə quldur tərəfindən heyvanları oğurlanır. Bunu eşidən Borçalı Səməd ağa işə qarışır, oğurlanmış heyvanları qısa müddətdə tapıb sahiblərinə qaytarır. Ümumiyyətlə, Səməd ağa bu köməyinə görə əmlak və mal-dövlət sahibləri ilə əvvəlcədən sövdələşib onlardan müəyyən haqq alardı. Şübhəsiz, bu sövdələşmə bütün əmlak sahiblərini qane edirdi. Qəribə burasıdır ki, bir qayda olaraq köçlərin yaylağa və yaylaqdan arana səfəri zamanı quldur dəstələri tərəfindən törədilən maneçiliklərin və itkilərin qarşısını almaq, yerli orqanlar və dövlət adamları tərəfindən Səməd ağaya tapşırardı. Əksər hallarda Səməd ağanın bu işgüzarlığı və qayğıkeşliyi yerli hökumət dairələrinə pis təsir edirdi. Lakin onların ayrı əlacı yox idi. Geniş xalq kütləsi Səməd ağa kimilərini çar məmurlarının planlarından qabaqcadan xəbərdar edirdi. Daha doğrusu, belə ağaları və ikidləri sayıq salırdılar. Hələ yeri gəldikcə bu kəndlilər ağaların bütün ailə üzvlərini belə jandarmlardan kizlədə bilirdilər.

Borçalının belə igid, qoçaq ağası-Səməd Qasımlı öz gözəl niyyətlərini və arzularını həyata tam keçirə bilmədi. Çünki, öz məmləkətində firavan yaşadığı bir vaxtda özünün ən çox etibar etdiyi dəstənin satqınları tərəfindən öz evindəcə güllələnmişdir. Onun ölümü yerli hakim dairələri və jandarm rəhbərlərini çox sevindirmişdir. Bəzi yerli təşkilatların mətbuatında bu yas mərasimi toy-bayram kimi qarşılanmışdır.

Copyright © 2003 Borchali