Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Hacıxalıl ağa

XX əsrin əvvəllərində Zaqafqaziyanın bir sıra bölgələrində olduğu kimi, Borçalıda da çoxlu igid, cəsur və sağlam düşüncəli, saf əqidəli şəxsiyyətlər meydana gəlmişdir. Bu qəhrəman və dönməz əqidəli çəsurlar əsasən dövlət jandarmlarının və acgöz ağaların, bəylərin yerlərdə kəndlilərə tutduqları divandan sonra meydana atıldılar. Belə ərənlərdən biri də Sarvanın Bayramovlar nəslindən olan Hacıxalıl ağadır. Hacıxalıl ağa çox igid, qorxmaz və qeyrətli şəxsiyyət olub. O, uşaq vaxtı valideynləri ilə tez-tez (yaz aylarında) yatağa (Yağılçaya) getməyi, yayda isə mal-qoyunla dağlara - yaylağa çıxmağı çox sevərmiş.

Haçıxalıl ağa demək olar ki, bütün cavanlığını at belində, dağların cıdır meydanlarında keçirmişdir. Sözünə və əqidəsinə bütöv olan Hacıxalıl yaşının ən yetkin (18-20) çağında başına özü kimi qoçaq və yenilməz cavanları toplayıb bir dəstə yaradır. Bu dəstəyə Borçalının bir çox bölgələrindəki namuslu oğlanlar toplanır. Hacıxalılın dəstəsində cəmi 35 nəfər atlı igid fəaliyyət göstərirdi.

1914-1916-cı illərdə Hacıxalıl ağa öz atlı dəstəsilə 1irlikdə Rusiya tərəfə üz çevirmişdir. Rusiyada çar Nikolay hakimiyyətdə olarkən ölkə macarlarla, bolqar və rumınlarla müharibə aparırdı. Bu müharibədə Hacıxalıl ağa öz atlı müsəlman dəstəsilə general Kondratenkonun komandasında döyüşə başlamışdır. Onun arzusu bu idi ki, vətəndən uzaq yerlərdə Azərbaycan türklərinin şərəfini qorusun. Bu savaşda Hacıxalıl ağa göstərdiyi qəhrəmanlığa və döyüş rəşadətinə görə üç dəfə qızıl və Georgi xaç medalları ilə təltif edilmişdir.

Hacıxalıl ağanın bu müharibələrdə göstərdiyi qəhrəmanlıqlardan biri haqqanda o dövrün qəzetlərinin yazdıqlarını və ağsaqqalların söylədiklərini qeyd etmək istərdik:

1916-1917-ci illərdə çar Nikolayın bir diviziya əsgəri ərzaq məhsullarından korluq çəkərək macar sərhədlərində meşəyə sığınıb qalmışdır. Bunu görən Hacıxalıl ağa (bu adı xalq vermişdi) diviziyanın komandiri general Kondratenkoya müraciət edib, onu öz dəstəsilə çayı keçib, macar məntəqələrindən ərzaq gətirməyi xahiş etdi. Müəyyən sövdələşmələrdən sonra Hacıxalıl ağa içazəni əldə edib, bərəyə minib dəstəsilə birlikdə çayın o biri tayına keçib mal-qaranı və ərzaq məhsullarını qarət edir tez də komandirin yanına qayıdır. Onun bu igidliyini görən general Kondratenko Hacıxalıl ağa barəsində çara məlumat verib təqdimat göndərir.

Təqdimatda çar Aleksandra Hacıxalıl ağanın qəhrəmanlığından, onun əsgərlərin acından ölməməsi üçün düşmən torpağında qəhrəmanlıq göstərib bol ərzaq gətirməsi barədə məlumat verib xahiş edir ki, ona qanuni ağa adı və Borçalının ərazisində əkin-biçin və örüş yerləri verilsin. Bir müddətdən sonra çar Aleksandr həmin təqdimatla əlaqədar əlavə bir məktub da yazıb Zaqafqaziya quberniyasının səlahiyyətli nümayəndəsi knyaz Vorontsova göndərir və Hacıxalıl ağanı bir sıra imtiyazlarla bərabər həm də Georgiyev qızıl xaç ordeni ilə təltif edir. Knyaz Vorontsov çar Aleksandrın bütün tələblərini canla-başla qəbul edib, bir yanı Sınıq körpü və bir yanı Başkeçid yaylaqları olan ərazini Hacıxalıl ağanın adına qanuniləşdirir.

Bundan sonra Hacıxalıl ağa mahalda gedən bir sıra milli savaş və dövlət çevrilişlərini qəbul etmədiyini əsas götürərək bölgənin ən igid, qoçaq və cəsur atlı dəstələrini başına toplayıb meşələrdə və dağlarda tüğyan etməyə başladı. Onun dəstəsində Kosalı dəli Əhməd, Xaccaoğlu Qənbər, Bəylərli İsmayıl, Paşa, Baydarlı Bəkir, Dəmyə Korarxılı Məmməd Pərlin, Çıldırlı Əli kimi cənkavər igidlər vuruşurdu.

Dəqiq məlumata görə, Hacıxalıl ağa öz atlı dəstəsilə Türkiyə sərhədindən keçdiyi vaxt sərhəd körpüsü üstündə tikanlı məftillər arasında rus diviziyasının zabitləri Dəli Əhmədi və Paşanı tüfənglə vurub öldürdülər. Bunu görən Hacıxalıl ağa sərhəd döyüşçülərinin başını qatıb gizli yolla Türkiyəyə keçdi (33 nəfər). Sarvanlı milis podpolkovniki Kamal Nadir oğlu Həsənovun verdiyi məlumata görə (bu ifadələri olduğu kimi Həsən Əlləz oğlu da təsdiqləyir), Hacıxalıl ağa bir müddət Türkiyədə yaşadı və bu vaxtları Borçalının Lüksemburq bölgəsinin katibi olan Şabanov... Hacıxalıl ağanı və onun dəstəsini yedəkləmək üçün hər iyrənc əməllərə əl atdı. Belə ki, o, Tiflislə əlaqəyə girib bəzi dəstələrin köməyi nəticəsində Hacıxalıl ağanı razı saldı ki, guya dəstəsinin Borçalıda törətdikləri əməllərin üstündən keçilir, ağanın özünü isə bölgəyə polis rəisi qoyacaqdır. Şabanovun bu "xeyirxah" əməllərini yaxşı başa düşən 10-15 nəfər atlı dəstə Borçalıya qayıtmaqdan imtina etmiş, qalanları isə Hacıxalıl ağa ilə birlikdə Borçalıya qayıtmışlar. 1927-ci ildə Şabanov Tiflis quberniyasının Qarayazı nahiyəsinin Soğanlıq kəndi yaxınlığında (it qırılan) ağanın dəstəsini mühasirəyə alıb, güllə-borana tutdurdu.

Hacıxalıl ağanın dəfni və onun qəbri haqqında heç bir məlumat yoxdur. Çox güman ki, onlar İt qırılanda güllələnmiş və meyitlər sahibsiz qalıb xarabazarlarda çürümüşdür.

Copyright © 2003 Borchali