Ağbulaq     Baş keçid     Borçalı     Qarayazı     Dağ Borçalı     Qaraçop     Tiflis     Çoruk Qəmərli  
Coğrafiyası
Etimologiyası
Kəndləri
Nəqliyyatı
Tarixi
Demoqrafik quruluşu
Sənaye və kənd təssərrüfatı
Torpaq fondu
Maarifin inkişafı
Türk Pedaqoji Texnikomları
Adət ənənələri
Ədəbi mədəni əlaqələri
İctimai siyasi durum
Borçalı ziyalıları dövlət və hökümət orqanlarında
Öndər adamları
Akademik və müxbir üzvləri
Elmlər doktorları
Elmlər namizədləri
Həkimlər
El ağsaqqalları
Generallar
Hüquqsunaslar
Tarixi qəhrəmanlar
Rəssamlar
Memarlar
İncəsənət xadimləri
Jurnalistlər
Aşıq folklor örnəkləri
El sənətkarları
Xeyriyyəçilər
İdmançılar
Şəhidlər
Yaylaqlar
Xəritələr
Şəkillər
 

The Project is accomplished by the assistance of the Bureau of Educational and Cultural Affairs of the U.S. Department of State and International Research & Exchanges Board

Səhifənin yaradılmasında göstərdiyi köməkliyə görə Məmməd Sarvana təşəkkür edirik

BORÇALI MAHALININ EL QƏHRƏMANLARI

Halay bəy Hüseyn bəy oğlu Mursaqulov

Ulu Borçalının qədim Qızılhacılı kəndi özünün igid, qorxmaz, mərd, cəngavər və səxavətli bəy və ağaları ilə nəinki Qafqazda, eləcə də onun hüdudlarından uzaqlarda Yaxın və Orta Şərqdə bəlli idi. Qızılhacılı kəndinin ən üzdə olan geniş dünyagörüşünə malik nəsillərindən biri də Mursaqulovlar sülaləsidir. Bu nəslin etimadını doğruldanlardan biri də XIX əsrin axırları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış qaçaq Halay bəy Mursaqulovdur. Halay bəy haqqında materiallardan aydın olur ki, o, uzun illər çar qoşun hissələrinə qarşı, Nikolayın kazak süvari dəstələrinə qarşı vuruşmuşdur. Bir qrup qocaman ağsaqqalların və ziyalıların söylədiklərinə görə, Halay bəy həddindən artıq sağlam fikirli, savadlı, igid və yenilməz bir şəxsiyyət olub. Onun haqqında kəndin qocaman, dünyagörmüş ağsaqqalları belə danışardılar:

- Halay bəy, bəy olmağı ilə yanaşı, həmişə və hər yerdə kasıb-kusubların arxası, dayağı olmuşdur. Onlar üçün əlindən gələni əsirgəməmiş, onlara hər cür yardım göstərmişdir.

- Halay bəy kənddə yaşayan imkanlı əmisi və əmi uşaqlarının varlarının bir hissəsini əllərindən alıb kasıblara paylayarmış. Başqa bir söhbət. Kəndin ağsaqqalı sayılan Qasım kişi belə nəql edirmiş:

- İsti yay günlərinin birində kəndimizin təpəlik hissəsində "Korbulaq" deyilən ərazidə olan taxıl zəmilərini yoxlamaq üçün ora getmişdim. Onu da qeyd edim ki, camaat öz taxıl sahəsini biçib dərzə vurmuşdu. Çöldə bircə mənim sahəm biçilməmiş qalmışdı. Sahəyə çatar-çatmaz bir dəstə adam məni saxladı və həmin anda başıma əsgər şineli salıb apardılar. Gözümü açanda gördüm ki, dəstəsi ilə birlikdə Halay bəyin hüzurundayam. Məni körcək Halay bəy soruşdu: "Ay Qasım əmi, kənddə nə var, nə yox. Bizimkilər nətəridirlər, dolanışıqları necədir? Qasım əmi, səndən bir təvəqqəm var, kəndə bizimkilərin yanına gedib bizə bir az su, çörək və yavanlıq gətirin". Mən tez kəndə gedib əlimə keçəndən yığıb-yığışdırıb gətirdim. Zəmiyə çatanda gözlərimə inana bilmədim. Mənim hesabımda olan taxıl sahəsi tam biçilib səliqə-səhmanla dərzə vurulmuşdur. Halay bəy məni qabaqlayıb gülümsəyərək dedi:

- Qasım əmi, sən bizim üçün zəhmət çəkib ərzaq gətirdin, biz də əvəzində sahəni öz qılınc və xəncərlərimizlə biçdik.

Başqa bir əhvalat. Başkeçid bölgəsinin Yuxarı Qarabulaq kəndinin sakini, Halay bəyin yaxın dostu Ələkbər kişinin söylədiklərindən:

"Ay balalar, mən Halay bəy kimi qoçaq və pəhləvan cüssəli adamla heç bir yerdə nə rastlaşmışam və nə də görmüşəm. Halay bəy rusca, gürcücə çox gözəl bilirdi (Halay bəy gimnaziya bitirmişdir). O gülərüz, xoşsifət, sadə, boy-buxunlu, göyçək və enlikürək bir adam idi. Bax, həmin bu Qarabulaq kəndində toy idi, Halay bəy də öz dəstəsilə bu toyda iştirak edirdi. Cavanlar və gənclər dirə-döymə oynayırdılar. Bəy bizimlə şirin söhbət edirdi. Bu vaxt dəstəsindən bir igid gəlib Halay bəyin qulağına nəsə pıçıldadı. Bəy mənə və kəndimizin ağsaqqalarına müraciətlə toyun keçirilməsini (davam etməsini) təvəqqe edib məclisi müvəqqəti tərk etdi.

Halay bəy dəstəsi ilə toydan çıxıb kəndin qurtaracağında dəstəni bir neçə yerə bölüb müxtəlif istiqamətlərə göndərdi, çünki artıq atlı kazaklar onları mühasirəyə almışdılar.

Halay bəy atlı kazakların komandirinə rusca müraciətlə dedi: "Gəlin, nahaq yerə qan axıtmayaq, çünki biz heç bir vaxt sizə tabe olmayacağıq, yaxşı olar ki, hərə öz dəstəsilə geri çəkilsin". Bunu deyib Halay bəy möcüzəli bir şəkil çıxarıb ona göstərir və deyir:

"Sənə bir nişan göndərim və özünə bir nətiçə çıxart". Bu məqamda aynalı tüfəngin çıxması ilə komandirin şapkasının yerə düşməsi bir olur. Bunu görən komandir əlal-tılarına geri çəkilmək əmri verir və əlavə edir ki, belə cəsur və qorxmaz adama toxunmaq özü böyük qəbahətdir. Bəli, Halay bəy belə adam olub, ay balalar. Bir yanı Əyri qar, bir yanı Qarayazı meşəsi - elə bir adam tapılmaz ki, Halay bəyi tanımasın.

Deyilənlərə görə, Halay bəy uzun illər Nikolayın təqibindən zara gəlib öz dəstəsilə Türkiyəyə keçib, orada da dünyasını dəyişib. Qızılhacılı kəndində Halay bəyin qan qohumlarından tarixi şəxsiyyət kimi (öz dövrü üçün) Mursaqulov Şah İsmayıl (1860-1935) Hacı Həsən oğlu, atası Hacı Həsən ağa Ərəbistana ziyarətə getmiş və Hacı kimi qayıtmışdır.

Kəndin qocaman adamlarının dediklərinə görə, Hacı Həsən ağanın mal-qara sürüləri köç vaxtı yaylağa iki-üç həftəyə gedərlərmiş. Deyilənə görə, bu ağanın 10 min baş qoyun-keçisi və 200 başa yaxın qaramalı varmış. Sağmal qoyunların südündən kəndin kasıblarına paylayarmış.

Hacı Həsən ağa kəndin hər məhəlləsindən bir nəfər adam ayırıb öz sürüsündən bir erkək kəsdirib camaata paylarmış, Hacı Həsən ağanın oğlu Şah İsmayıl Mursaqulov gimnaziyanı bitirmişdi. Yaxşı savadı olduğu üçün o, rus imperiyası dövründə Qafqaz canişini yanında xidmətçi vəzifəsində çalışmışdır və onun tabeliyində 7 qəza (sonradan isə 7 rayon) var idi - Başkeçid, Lüksemburq, Zəlyə, Aqbulaq, Borçalı, Qarayazı və Məngilis.

Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Qızılhacılı kəndində müəllim işləmişdir.

1935-ci ildə həmin kənddə vəfat etmişdir.

Mursaqulov Şah İsmayıl N.Nərimanovun ən yaxın dostu və silahdaşı olub. Nərimanov Moskvada dövlət aparatında xidmət edəndə (1924-1925) şəxsən Şah İsmayıla tarixi xarakter daşıyan belə bir teleqram vurur: "Hörmətli və əziz qardaşım Şahismayıl! Xahiş edirəm mənim bu teleqramımı kənd sakinlərinə çatdırasan.

Doğma kəndim saydığım Qızılhacılılara ömürlük minnətdaram, çünki mən bəşəriyyətə xidmət etmək fikrinə bu kənddə gəlmişəm. Hörmətlə, sizin Nəriman".

Qızılhacılı kəndinin örnək adamlarından biri də N.Nərimanovla təmasda olan Məşədi Rzaqulu kişidir. N.Nərimanov 1890-1891-ci illərdə Qızılhacılıda müəllimlik edəndə Məşədi Rzaqulu oğlu ilə dost olmuşlar. Nərimanov vaxtının çox az hissəsini balaca məktəb (indiki orta məktəb) binasında keçirərmiş. Çox vaxt isə Rzaqulu kişinin evində qalarmış. Kəndin bəzi adamları Nərimanovu sevmirlərmiş. Səbəbi isə onların uşaqlarını məktəbə cəlb etməkdən irəli gəlmişdir. Əksər ailələr öz uşaqlarını bu təhsil ocağına vermək arzusunda olmamışlar. Bir neçə dəfə Nərimanovun həyatına sui-qəsd etmək istəmişlər. Bu xəbəri eşidən Rzaqulu kişi oğlu ilə birlikdə Nərimanovu bu sui-qəsd zamanı gecə ilə kənddən başqa yerə qaçırmışlar.

Haqqında söhbət gedən ağsaqqal Məşədi Rzaqulu kişi 1925-ci il martın 9-da Nərimanovla Qızılhacılı kəndində yenidən görüşürlər. Bu görüşdən sonra Nərimanov həmin ili Moskvadan Tiflisə gəlir, oradan isə özünə doqma sandığı Qızılhacılıya pənah gətirir.

Görüşdən sonra ağsaqqalın xahişi ilə nəvəsi İmran Kərimovu Nərimanov Gəncəyə oxumağa göndərir.

Xanlıq və knyazlıq vaxtlarında Zaqafqaziya regionlarında milliyyətindən asılı olmayaraq qaçaq dəstələri və bu dəstələrə rəhbərlik edən igid, şücaətli adamlar meydana gəlmişdir. Belə şəxslərdən biri də Borçalı qəzasının Qızılhacılı kəndindən olan Halay bəy Mursaqulovdur.

Halay bəy Mursaqulov Borçalının bəy nəslindən olub varlı sülaləyə mənsub bir şəxs idi. Gimnaziyanın cəmi bir neçə sinfini bitirmişdi. Lakin o, rus, gürcü və yunan dillərini mükəmməl bilirdi. O, əslində nə quldur, nə də quldur başçısı idi. Sadəcə olaraq Halay bəy quldurlara, qolçomaqlara və bəzi qəddar varlı adamlara qarşı çıxış edir, onların əmlaklarını qarət edib kasıblara verərdi. Halay bəy eldə-obada əmin-amanlığın keşiyində duran, xeyirxah, cəsur və cəngavər bəylərdən idi. Halay bəyin bu yola düşməsinə səbəb onun arvadının bir nəfər tərəfindən quldurcasına oğurlanması və həmin adamı öldürüb, Sibirə sürgün edilməsidir. Düzdür, o, Sibirdən qaçır. Lakin dinc yaşamağa qoymadıqları üçün başına dəstə toplayır. Ümumiyyətlə, Halay bəy ermənilərə qarşı da çox ciddi çıxış edərdi. Günlərin birində Halay bəy bir neçə gənc silahdaşı ilə Dilcana kedən karvanın içərisindən 100 nəfər silahlı adamı girov götürmüş, qadın və uşaqlara qarşı heç bir cəza tədbiri görməmişdir. Halay bəydə belə keyfiyyətlər üstünlük təşkil edirdi. Çox vaxtlar qarət edilən pul, bər-bəzək və s. kimi qiymətli əşyaları qadın və uşaqların özlərinə qaytarardı.

Daha bir əməliyyat: Gürcüstanın Borjom məntəqəsinin knyaz və varlılara mənsub olan istirahət guşələrinin birində bir erməni milyonçusunun ailəsi dincəlirmiş. Bundan xəbər tutan Halay bəy dörd qaçaqla buraya gəlmiş, erməni milyonçunun qadınını ələ keçirmiş, onlara süfrə arxasında xidmət göstərməyi və samovarda çay qaynatmağı əmr etmişdir. Bundan erməni canişinləri qəzəblənmiş, lakin xəmirin çox su aparacağını qabaqcadan hiss edən milyonçular sürüşüb aradan çıxmışlar.

Halay bəy Mursaqulov dövrünün ən qoçaq və cəsur şəxsiyyətli adamlarından idi. Onun igidliyi haqqında nəinki Qafqazda və hətta Rusiyanın bir sıra bölgələrində danışılaraq qəzetlərdə bu barədə yazılar dərc edilmişdir. Deyilənlərə görə, Halay bəy Sibirə sürgün edilməsəydi və qaçaq-quldur dəstəsinə başçılıq etməsəydi, ondan çara səxavətli əsgər çıxar və general rütbəsinə kimi qalxardı. Bu misraları o vaxtlar Qafqazda hakimiyyətdə olan canişin Vorontsov demişdir. Lakin ağsaqqalların verdiyi məlumata görə, Halay bəy Mursaqulov öz dəstəsilə Türkiyəyə getmiş və orada həlak olmuşdur.

Copyright © 2003 Borchali