|
BORÇALI MAHALININ EL QƏHRƏMANLARI
Mehdi ağa
Qaçağanlı Mehdi ağa dövrünün ən
sayımlı, seçimli, igid və mərd, qəhrəman
oğullarından idi. Qaçağanda doğulub boya-başa
çatan balaca Mehdi zəmanəsinin imkanlı
adamlarının ailəsində böyüyən "Ağa nəslinə"
mənsubdur. Ölkədə rus qay-da-qanunu yarandıqdan
(1920-1925) sonra dövlətin siyasətinə zidd çıxan və öz
əmlakını, var-dövlətini Sovetlər birliyindən
üstün tutan Mehdi ağa tək-tənha Türkiyənin Qars
vilayətinə pənah gətirir. Dəfələrlə rus və
erməni birləşmələrinə üstün gələn Mehdi ağa
Qarsda ailə qurub oğul-qız sahibi olur. Mehdi ağa
dünyasını dəyişəndən sonra ailədə onun
davamçısı qızı Sürəyya və oğlu Azər qalmışdır.
Hər iki övladı İstanbulda yaşayır. Mehdi ağanın
doğma elində isə bir müddət Sarvanda (Marneuli),
hazırda isə Bakıda yaşayan bacısı Sürəyya xanım
yaşayır.
|