|
BORÇALI VƏ DİGƏR YAŞAYIŞ
MƏNTƏQƏLƏRİNİN ETİMOLOGİYASINA DAİR YAZILI VƏ
ŞİFAHİ SÖYLƏMƏLƏR
Borçalı - əhali yaşayan bir coğrafi
ərazi kimi əsasən 60-a yaxın türk qövmünün
cəmləşdiyi, daimi məskunlaşdığı məmləkətdir. Bu
məmləkətə əsasən Borçalının eyni adlı
nümayəndəliyi, Çoruk Qəmərli (Bolus, Bolnisi)
nümayəndəliyinin dağətəyi, çay vadiləri və düzən
əraziləri, Ağbulaq nahiyəsinin düzən Təvədöy
(Xram) sahilinin aşağı axarı, Pənbək çayının
düzən əraziləri və Loru dərəsinin daxil olduğu
sahələr aiddir.
Sonralar bu türk tayfaları öz
yaşadıqları və məskunlaşdıqları əraziləri
genişləndirərək, dağlıq sahələri də mənimsəyib,
pərakəndə yaşayış tərzinə nail olmuşlar.
Təxminən X əsrdən başlayaraq, Borçalı ərazisi
müxtəlif ədəbiyyatlarda təhrif olunmuş formada
olsa da (əsasən XVIII - XIX əsrlərdə) bir sıra
mənbələrin verdiyi mə'lumata görə, Borçalı üç
vahid ərazi bölgəsinə ayrılmışdır. Bunlar: dağ,
bağ və aran Borçalısıdır!
Bizə məlum olan tarixi məlumatlara (üç
min illik tarix) görə, burada yurd-yuva salıb,
məskunlaşan bu türk qövmləri əraziyə öz soy
adlarını verərək, iki tayfa adını birləşdirib
yaşatmışdır.
Borçalı coğrafi ərazi baxımından Boş
çala, Boş yer, sahibsiz və baxımsız sahə
mənasında səsləndirilmişdir. Elə buna görə də
Borçalı yazılış etibarilə Boş-çala, Boş-çuxur,
dörd tərəfi dağlar və təpəliklərlə əhatə olunub
mərkəzi hissəsi çala-çuxur, boşluq mənasını
daşımışdır. Borçalı əgər bu mənanı daşımasaydı,
onda onun tərkibinə bütün iqtisadi, coğrafi
ərazi, milli təsərrüfat forması və nəhayət soy
kökü və soy adı baxımından tam üst-üstə düşən
Qarayazı (Qardabani) nahiyəsi də buraya daxil
edilərdi.
Artıq məlumdur ki, Borçalı mahalı ilə
Yanaşı, yəni bu adla bağlı eyni mənanı və adı
daşıyan: nümayəndəlik, çay, göl və düzənlik
vardır. Bunların hamısı türk tayfalarının adı
ilə bağlı olmuşdur. Ona görə də Qarayazı
ərazisində olan "Ağ təhlə", "Qara təhlə"
kənd adları türk mənşəli olduğunu göstərir. Kür
çayının şərq istiqamətdə axması da Qarayazının
Borçalı buğumlarından ayrı,
"tək"-"tənha" düşməsinə gətirib
çıxarmışdır. Elə bu qədim (Ağ və Qara) Təhlə
yaşayış yerləri "təklə", "tənha",
"tək" söz birləşmələri Ağqoyunlular,
Qaraqoyunlular tayfaları ilə birləşib, indiki
kimi səslənən Ağ təhlə və Qara təhlə adlarını
daşıyır. Bütün bu adlar türk və İrandilli
xalqların yayılması ilə əlaqədar əmələ
gəlmişdir. Etnotoponimiyada öz əksini tapmış
türk tayfalarının mənşəyi, demək olar ki,
öyrənilməmişdir. Onların böyük əksəriyyəti
müxtəlif türk qövmlərinin adlarını əks etdirir.
Qazançı, Çaxırlı, Ulaşlı, Quşçu, Qoçulu, Kənkərli,
Avaran, Qıpçaq və s. misal köstərmək olar.
Azərbaycanın etnotoponimiyasında
oğuz tayfaları (Əfşar, Bayat, Bayandur və b.),
monqolların Qafqaza yürüşündə iştirak etmiş
türk mənşəli tayfalar, habelə XII-XIII əsrlərdə Ön
Asiyada yenidən baş vermiş qruplaşma və
assimilyasiya nəticəsində yaranmış bəzi
tayfalar (maraşlı, qaramanlı və b.) mühüm yer
tutur.
Qırıxlı monqol istilası dövründə
Azərbaycana gəlmiş türkmən-əfşar
tayfalarındandır. Azərbaycanın bir sıra
rayonlarındakı (Goranboy, Tovuz, Qazax, Ağstafa),
Kürcüstanın (Marneuli, Bolnis, Dmanis) Qırıxlı
kənd adları yuxarıda göstərilən tayfanın adı ilə
bağlıdır.
Qarapapaq Azərbaycanın (Qazax, Ucar
rayonunda), Borçalının Bolnis (Arıxlı, Kəpənəkçi,
Faxralı, Qoçulu və s.), Marneulinin isə (Muğanlı,
Sarvan, Kürdlər, Korarxı, qismən Araplı, Təkəli,
Qaçağan və s.) rayonlarında türk qövmlərinin
birinin adıdır. Qədim türk yazılı abidələrində
Qarabörk və Qarapapaq tayfa adlarına da rast
gəlinir, əsasən Borçalı ərazisində.
Gürcüstanın Kaxet hissəsində salınmış
Sığnax məntəqəsi Qazaxıstanda olan "Sınnak"
çölünün (qədimdə qıpçaqların Dəşti-qıpçaq
çölündə mərkəzi şəhər "Suqnak" adlanmışdır)
adı kimi qədim türklərin etnonimidir. Görünür,
qıpçaqlar bu adı Azərbaycan və Gürçüstana da
gətirmişlər.
"Qabır", "Qabırrı",
"Kabarlı", "Kəbirli"-"Qabır" və ya
"Kəbir" eyni mənşəli addan irəli gəlmişdir.
Araşdırmalar göstərmişdir ki, "Kabar",
"Kəbər", "Kəbir", "Qabır"-sonradan
-li, -lu, -lı şəkilçilərini özündə birləşdirib
müasir dövrdə səslənən və fəaliyyət göstərən
Borçalının ən qədim nəsillərindən olan: Qabırrı,
Qabullu etnonimini götürmüşdür ki, bu da qədim
xəzərilərin bir türk qövmünün adını daşıyır.
Borçalının Sarvan (Marneuli) məntəqəsində bu
nəsil qədim olub, Qavıllı kimi tələffüz olunur.
Borçalı sözünə gəldikdə isə bu toponimin
səslənməsində şübhəsiz, qədim borcoğlular
tayfasının da təsiri az olmayıb (Abbas Abdulla).
Qocaman pedaqoq Adil Kərəkməzlinin
fikrincə isə Borçalı iki sözün birləşməsindən-
"Borc" və "al" yaranmışdır. Onun
söyləməsinə-etimologiyasına görə, guya
eramızdan xeyli əvvəl türklər bu çala-çuxur
yerləri borc, müvəqqəti götürüb, yəni
"al"mışlar. (Sonradan əraziyə tam
uyğunlaşandan sonra buradan əl çəkməmişlər).
Burada "al" sözü almaq, götürmək mənasında
səslənmiş və "Borc-al" söz birləşməsini
yaratmışdır. Daha sonra bu söz birləşməsinin
axırına "ı" şəkilçisi əlavə olunaraq
əvvəlcə "alı", tam birləşdikdən sonra isə
Borçalı kimi birləşib səslənmişdir. Bir qrup
ziyalı, Borçalı ağsaqqallarının bizə verdikləri
ifadəyə görə, Borçalı: Boş çala-çuxur mənasını
daşıyıb, sonradan isə bəzi hərflərin ixtisar və
təhrifi nəticəsində, yerli türklərin danışıq
leksikonuna görə, qısa formada Boşşalı kimi
tələffüz olunmuşdur.
Digər bir tədqiqatçı (Rəşid
Təhməzoğlu) Borçalının etimologiyasının izahını
belə verir:
- "Borçalı" toponimi barədə
müxtəlif fikirlər mövçuddur. Bu da həmin söz
birləşməsini yaradan komponentlərin
doğru-düzgün müəyyənləşdirilməsindən irəli
gəlir. Bə'ziləri onu qədim türk dillərində qurd
mənasında işlənən "börə" kökü ilə
bağlayırlar. Buradan da toponimin
"Börəçala", yəni "Qurd çalası" (çökəyi)
olduğu qənaətinə gəlirlər. Ancaq göründüyü kimi,
"Qurd çalası", yaxud "çökəyi" söz
birləşməsinin özü də qeyri-müəyyəndir.
Bəziləri də onu "Boşçala" - deyə
təqdim edir və bu nəticəyə gəlirlər ki, burada ən
qədim dövrlərdə insan yaşayışı olmamışdır. Lakin
sonralar bu boş çala ərazilərdə türk
tayfalarının məskunlaşdığını göstərən izlər
indiyədək qalmaqdadır. Buna görə də
"Boşçala" adı meydana gəlmişdir. Sonralar
isə leksik dəyişmələr nətiçəsində müasir
"Borçalı" şəklinə düşüb.
Mənim bu toponimin etimologiyasına
dair fikrim tamamilə başqadır. Yəni bu adın
coğrafi şəraitə uyğun yaranmış olduğu
qənaətindəyəm. Belə ki, bu ərazi dağ ətəyində
yerləşdiyi və təpəlik olduğu üçün birinci
komponent "bor" deyil, "bur" şəklində
qəbul edilməlidir. Bu da müasir udin (uti) dilində
"dağlıq", "təpəlik", "dik"
mənalarının daşıyıcısı kimi işlənir. Bir neçə
toponimə diqqət yetirək:
"Burudəyə" (dağ dəyəsi), Bürünlü,
Burunlu (Dağlıq), Buruç (Təpə başı) Qabırrı,
Qaburlu (Dağ məskəni) və s. Axı "burun"
(tənəffüs orqanı) sözünün açımında da bir
"çıxıntı", yaxud "dik yer" mənaları
yaşamaqdadır. "Kitabi-Dədə Qorqud"
dastanındakı "Baybura" (Dağbəyi)
"Burlaxatun" (Dağlı xanım) şəxs adları da bu
qəbildəndir.
Toponimin ikinçi komponenti
"çala" tarixi mənbələrdə "çola"
formasında işlənib. Güman ki, bu da "çöl"
sözünün fonetik variantıdır. İndi də bəzi
bölgələrdə çökək yerə çala deyirlər.
Beləliklə aydın olur ki, "Borçalı"
toponimi əsas iki kökdən, bir şəkilçidən
ibarətdir. Başqa sözlə, "Bur" (dağ, təpə) va
çala (çökək) kökləri bu toponimin yaranmasında
fəal iştirak edib. "I" sonluğu isə gürcü
dilinin və kirill əlifbasının təsiri llə meydana
çıxıb. Türk mənşəli köklərə "i", yaxud
"ı" şəkilçilərinin artırılması gürçü dilinə
xas olan bir xüsusiyyətdir.
Deməli, "Borçalı" toponimi
"Burçala" şəklində oxunmalıdır ki, bu da
"Daq çalası", yaxud "çökəyi" deməkdir.
Digər tədqiqatçıların fikrincə isə
Borçalı toponimi belə yaranmışdır:
Dilçi-ədəbiyyatşünas, professor Mədəd Çobanov
Borçalı etimologiyasının aşağıdakı söz
birləşmələrindən irəli gəldiyini vurğulayır:
Bu sualın çavabını, əlbəttə, Borçalı
sözünün özündə, ifadə etdiyi mə'nada axtarmaq
lazımdır.
Toponimik mülahizələrdən məlumdur ki,
bu və ya digər toponimin yaranmasıida və tarixən
yaşamasında ilk növbədə həmin regionda yaşayan
qəbilə, tayfa və xalqın varlığı, həmçinin həmin
yerin təbii görünüşü və relyefi özünü əks
etdirir. Borçalı toponiminin yaranmasında da bu
xüsusiyyətlər öz əksini tapmışdır.
M.Çobanovun rəyincə, toponimik
ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə
Borçalı sözünün etimologİyası ilə bağlı
bir-birinə zidd bir neçə fikir mövcuddur (Bu
fikrin tərəfdarları həddindən artıq çoxdur).
Müəllifin fikrincə, bir sıra araşdırıcılar
Borçalı toponimini "Boşçala" (boş-çala,
çuxur, çökəklik), "Borçalı" (borc alan və ya
verən, Alı), "Boşqalı" (boş, kimsəsiz,
sahibsiz qalmış çöl, yer), "Borçalı" (cavan
üzüm çalası, şərab çalası), "Bozçala" (boz
yer) və s. kimi şərh etmişlər. Bundan başqa, A.
Bakıxanov "Gülüstani-İrəm" əsərində Borçalı
toponimini Bozçala, M.Kaşqarlı isə Bor çala kimi
açıqlamışdır.
F.Kırzıoğlu "Dədə Qorqud
oğuznamələri" adlı əsərində isə ("Sabah"
qəzeti, ¹ 1, 1991) V.Toğan və başqalarının istinad
etdiyi mənbələrə əsaslanaraq, borçalıların
Sabirlər tayfasına qonşu olan
"borusklar"ın-bulqarların digər bir qolu
olan Boroç-Boroçoğlu tayfası ilə əlaqədar
olduğunu və onların Kür çayının orta axarının
sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq)
hissəsində "borçalılar" adı ilə
yaşadıqlarını qeyd edir. Dil səviyyəsi
baxımından bu mülahizə də inandırıçı deyil.
Çünki Boroçoğlu və Borçalı sözləri arasında tam
yaxınlıq əlaməti yoxdur. Çünki Boroçoğlu və
Borçalı sözləri arasında tam yaxınlıq əlaməti
yoxdur. Deməli Borçalı toponiminin Boroçoğlu
etnonimi əsasında düzəlməsi haqqında olan
mülahizəni də dil faktları təsdiq etmir.
Hər iki müəllifin vurğuladığına görə,
(M.Mədədoğlu və M.Çobanov) Borçalı toponiminin
etimologiyası da qədim türkdilli tayfanın adı və
yerin relyefi ilə bağlıdır.
Borçalı toponimi "bor" (bori) və
"çalı" (çöl) sözlərinin birləşməsindən əmələ
gəlmişdir.
Bizim tədqiqatlarımız və
ümumiləşdirmələrimiz nəticəsində müəyyən
edilmişdir ki, Borçalı sözü və bu sözün toponimik
mənası etibarilə iki türk mənşəli sözlərin
(tayfa və ərazi görünüşü), (relyef baxımından)
üst-üstə düşməsi nəticəsində yaranmış olan real
anlayışdan doğur. Yə'ni onlarla türk və
türkmənşəli tayfaların (əsasən bori, borç və burç
tayfaları) bu ərazilərə gəlib məskunlaşması və
burada öz ulu əçdadlarının irsi xasiyyət
əlamətlərini tam araşdırması və inkişaf
etdirməsi yönümündən irəli gəlmişdir. Borçalı
sözünün məna və etimologiyası haqqında
indiyəcən alim və mütəxəssislərin,
tədqiqatçılar və öndər ağsaqqalların
yürütdükləri fikirlər də müəyyən ziddiyyətli
məqamların olması ilə göz qabağındadır. Onların
mülahizələrindəki mübahisəli məqamlar
düşünməyə məçbur edir. Şübhəsiz, ayrıca qeyd
olunan müəllifin (R.Təhməzoğlu, M.Sadıqov və
M.Çobanovun) Borçalı sözünün etomologiyası
haqqındakı elmi fikirləri məna etibarilə
eynilik təşkil edərək üst-üstə düşür. Yəni
Borçalı sözü-tayfa və coğrafi ərazi quruluşu
baxımından irəli gəlib.
|