|
BORÇALI TÜRKLƏRİ İLƏ GÜRCÜ
XALQININ ƏDƏBİ-MƏDƏNİ ƏLAQƏLƏRİ
Qafqazda mehriban qonşu kimi yaşayan
iki dost xalqın münasibətlərinin tarixi onların
böyük ədəbiyyatı, mədəniyyəti və iqtisadi
əlaqələrinin tarixi qədər qədim və zəngindir.
Bir məsələni qeyd etmək yerinə düşərdi ki, həmin
əlaqələrin qaynaqları uzaq keçmişlərdən
məcralanır, sorağı əfsanə və xatirələrdən,
ozan-aşıq yaradıcılığından, bayatı, el mahnıları
və "Dədə-Qorqud" dastanlarından gəlir.
Xalqlarımız bir-birinin söz sənətinə
həmişə maraq göstərmiş, ədəbi-bədii
təçrübələrdən qarşılıqlı surətdə
faydalanmışlar. Dahi Azərbaycan şairi N.Gəncəvi
ilə gürcü xalqının böyük şairi Ş.Rustavelinin
yaradıcılığında səsləşən mövzular, oxşar
ideyalar və poetik cəhətlər xalqlarımızın
ədəbi-mədəni əlaqələrinin parlaq ifadəsidir.
Bu xalqların qədimdən mövcud olan
sarsılmaz dostluğu, məzmunca bir olan ideya
birliyi XIX əsrdə yaşayıb-yaradan İ.Çavçavadzenin,
A.Seretelinin, A.Çavçavadzenin, Q.Orbelianinin,
N.Barataşvilinin əsərlərində yeni vüsət almış,
ədəbiyyatlarımızın qarşılıqlı zənginləşmə
imkanlarını xeyli genişləndirmişlər.
Azərbaycan xalqının zəngin bədii
təfəkkür xəzinəsinin timsalı olan Nizami
Gəncəvinin yaradıcılığı əsrlərdən bəri dünya
xalqlarının diqqətini cəlb etməkdədir. Nizami
yaradıcılığının beynəlmiləl səciyyəsi, onda əks
olunan ümumbəşəri hisslər, insanpərvərlik, zülmə
və ədalətsizliyə qarşı qüvvətli etiraz, yüksək
mənəvi keyfiyyətlərin tərənnümü şairin
əsərlərinə dünya şöhrəti qazandırmışdır.
Nizami hələ öz əsrində Gürcüstanda
şöhrət qazanmıtdır. XII əsr gürcü şairi Çaxruxadze
özünün "Tamariani" qəsidələrində Nizaminin
"Leyli və Məcnun" poeması qəhrəmanlarının -
Leyli ilə Məcnunun adını çəkir. Gürcü xalqının
böyük sənətkarı Şota Rustaveli də öz ölməz
poemasında Tariyelin Nestanın fərağından
çəkdiyi iztirabları təsvir edərkən yenə
Nizaminin "Leyli və Məcnun" poemasına müraciət
edir.
XII-XIII əsrlər gürcü ədəbi və tarixi
abidələrində Nizami qəhrəmanlarının adının
çəkilməsi hələ şairin öz dövründə onun
poemalarından ən çox məşhur olan "Leyli və
Məçnun"-un "Xosrov və Şirin"in gürcü dilinə
tərcümə olunduğunu güman etməyə imkan verir.
Nizami və Rustavelidən bəhs edərkən
tədqiqatçıları bu iki böyük şairin
yaradıcılığındakı ümumi cəhətlər, xalqlarımızın
mənəvi yaxınlığından və dövrün mütərəqqi
ictimai ideyallarından, təravətli ədəbi-estetik
təsəvvürlərindən doğan, bunlarla hesablaşan
oxşar məqamlar kimi maraqlandırmalıdır.
Xalqlarımızın ənənəvi
xüsusiyyətlərindən olan vətənpərvərlik Nizami
ilə Rustavelinin yaradıçılığında öz geniş
ifadəsini tapmışdır.
Bütün yaradıcılığı boyu zülm və
istibdada qarşı çıxan, insanları bəşəri ruhda
tərbiyə etməyə çalışan, onları ümumi səadətin
uğrunda mübarizəyə səsləyən, insanlıq şərəfinin
ülviyyəti haqqında nəcib fikirlər təlqin edən
Nizaminin müdrik, hərarətli səsinə cavab olaraq,
Rustaveli öz qüdrətli səsini uçaltmış, ölməz
poemasında azadlıq və məhəbbət ideyalarını
tərənnüm etmişdir.
Bu qısa xülasə göstərir ki, Nizami və
Rustaveli yaradıcılığının qarşılıqlı surətdə
öyrənilməsi, onları bir-birinə bağlayan cəhətlər
ədəbi əlaqələrin tədqiqi qarşısında qoyulan
bugünkü tələblər, metodoloji prinsiplər
baxımından elmi izah müasir dövr üçün nə qədər
lazımlı və vacibdir. Doğma xalqını, vətənini odlu
ehtiraslarla sevən Nizami də öz növbəsində
Gürcüstanı tanımış, Gürcü xalqına dərin hörmət
bəsləmişdir. İlk dəfə Gürcüstanın-Abxaziyanın
adına şairin "Xosrov və Şirin" poemasında
təsadüf edirik. Məhinbanu payız aylarını
Abxaziyada keçirib, ovla məşğul olurdu,
"İskəndərnamə" poemasında isə Nizami Tiflis və
Gürcüstandan bəhs edir. Buranı "Cənnət kimi
gözəl diyar", "zəngin, bər-bəzəkli, çiçəkli
ölkə" kimi tərifləyir. Bu iki xalqın
mədəni-ədəbi əlaqələrinin kökləri çox uzaq
əsrlərə gedir. Belə ki, Nizaminin əsərlərindən
aydın olur ki, Şirvan şahları ilə Gürcüstan
hökmdarları arasında qohumluq əlaqələri
olmuşdur.
XV-XVII əsrlər gürcü ədəbiyyatında ikinci
intibah dövrü kimi qiymətləndirilir və ya
Borçalı ədəbi mühitinin ikinci dövrü başlanır,
daha dəqiq desək, XVII əsrin əvvəl-lərindən XX əsrin
20-ci illərinədək olan dövrü əhatə edir. Bu müddət
ərzində Tiflis şəhəri Gürcüstanın mərkəzi
olmaqla yanaşı, həm də Borçalıda və bütün
Gürcüstanda yaşayan Azərbaycan türklərinin
ədəbi-ictimai və mədəniyyət mərkəzi kimi
formalaşmışdır. Milli dramaturgiyamızın banisi,
görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun
ölməz əsərləri bu şəhərdə yaranmış,
Azərbaycan-türk teatrının əsası burada qoyulmuş,
Azərbaycan dilində ilk tamaşa -M.F.Axundovun
"Hekayəti-Molla-İbrahimxəlil-kimyagər" əsəri
1872-ci ildə Tiflisdə Novruz bayramı münasibətilə
müsəlman teatr həvəskarları tərəfindən səhnəyə
qoyulmuşdur.
Lirik şerləri dillər əzbəri olan, yeni
dövr Azərbaycan tarixşünaslıq elminin banisi
Abbasqulu ağa Bakıxanov və şərqaləri ilə
ürəkləri oxşayan, adı nəğmələrə düşərək Avropanı
gəzib-dolaşan Mirzə Şəfi Valeh uzun müddət
Tiflisdə yaşayıb-yaratmışlar.
Buradan aydın olur ki, Azərbaycan
xalqının belə öndər simaları bütün Gürcüstanda,
o cümlədən Borçalıda Azərbaycan türklərinin
vahid ədəbi mühit çərçivəsində lnkişafına çox
böyük təsir göstərmişdir.
İlk Azərbaycan qəzeti "Əkinçi"
bağlandıqdan sonra Azərbaycan ədəbiyyatımız
təbliğində müstəsna rol oynayan "Ziya" (1879-1880),
"Ziyaye-Qafqaziyyə" (1880-1884), "Kəşkül" (1883-1891) və
s. kimi qəzetlər, XX əsrin əvvəllərində görkəmli
jurnalist M.Şahtaxtlının rəhbərliyi ilə nəşr
olunan "Şərqi-Rus" (1903-1905) qəzeti, böyük demokrat
C.Məmmədquluzadənin "Molla Nəsrəddin" (1906-1918)
satirik jurnalı da Tiflisdə nəşr olunmuş,
Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq
Nemanzadə kimi yazıçılarımız bu diyarda dünyaya
göz açmışlar. İ. Qutqaşınlı, H.Zərdabi, H.Cavid,
F.Köçərli, M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.
Qəmküsar, S.M.Qənizadə, K.Minasazov, habelə Qori
seminariyası və Tiflis Aleksandr Müəllimlər
İnstitutunda təhsil almış Azərbaycan
ədəbiyyatı, maarifi və ictimai fikrinin bir çox
tanınmış nümayəndələri Tiflis ədəbi-ictimai
mühiti ilə sıx bağlı olub, Borçalı ədəbi
mühitinin inkişaf etməsinə güclü təkan
vermişdir. Ədəbi əlaqələrin nəzəriyyəçilərindən
olan akademik N.İ. Konrad "Bir yazıçının
yaradıcılığında başqa bir xalqa mənsub digər
yazıçının əsərinin mövzu və motivlərinin
yenidən canlandırılmasını" yayılmış ədəbi
əlaqə formalarından biri kimi göstərir. Bu
baxımdan gürcü ədəbiyyatının ikinci intibah
dövründə yaranmış əsərlər diqqətəlayiq olub,
Azərbaycan-gürcü ədəbi əlaqələrinin yeni bariz
təzahürü kimi qiymətləndirilmişdir.
Təəssüf ki, bəzi Gürcü ideoloqları
sarsılmaz tarixi bünövrə üzərində qurulmuş
Azərbaycan-gürcü ədəbi və mədəni əlaqələrini son
70 ildə nisbətən zənginləşdirib dərinləşdirmək
əvəzinə, daha da zəiflətmiş və bu günlərin milli
münaqişəsinin kəskin xarakterinə gətirib
çıxarmışlar (1989-1992).
Qədim tarixi kökü olan bu iki xalqın
dostluğu və qonşuluq münasibətlərinin xarakteri
heç də bununla bitmir. Belə münasibətlər
çətinliklərə sinə gərən və ağır sınaqlardan
çıxan Azərbaycan və gürcü yazıçı və ədiblərinin,
dövlət və işgüzar dairələrin fundamental
əsərlərində geniş yer tutur. M.F.Axundov,
M.Cavaxaşvili, C.Məmmədquluzadə, Ş.Araçvispireli,
S.Vurğun, K.Mehdi, Q.Abaşidze, K.Kaladze,
K.Leonidze və başqaları dostluq, qardaşlıq və
qonşuluğun qüdrətini ilhamla tərənnüm etmiş,
xalqlarımızı birliyə, qardaşlığa və sədaqətə
çağırmışlar.
Vətənin vurğunu olan, ana torpaq
həsrəti ilə yaşayıb-yaradan mötəbər elm
xadimləri, müxtəlif işgüzar dairələrin
şəxsiyyətli adamlarının yaratdıqları aktual
həyat əsərləri digər xalqlara çatdırılmış, bu da
həmin xalqların mənəvi aləminin zənginləşməsinə
səbəb olmuşdur. Maarif, mədəniyyət və incəsənət
baxımından yeni gürcü ədəbi-bədii mühitinin
əsasını qoyan, onu ictimai ideyalarla
zənginləşdirməyə çalışan İlya Çavçavadzenin
yaradıcılığı Azərbaycan xalqının ədəbi-bədii və
siyasi-iqtisadi əlaqələ-ri tarixində parlaq
səhifələrdən birini təşkil edir. Bu körkəmli
yazıçı, ictimai-siyasi xadim dəfələrlə Borçalıya
getmiş, Azərbaycan türklərinin xarakterinə,
həyat tərzinə, mədəni-məişətinə, mənəviyyatına
və milli münasibət hisslərinin zənginliyinə
yaxından bələd olmuş, siyasi və mədəni
birliyinin əsasını qoymuşdur.
Böyük xadim xalqımız haqqında bu
sözləri yazmışdır: "Bütün şərqlilər kimi,
Azərbaycan türkləri də açıq qəlbli, sakit
təbiətli, təmkinli və sözün əsil mənasında
təvazökardırlar. Azərbaycan türkləri hərkah
birinə inanıb ona bel bağlamışsa, o kəsə xəyanət
etməz, onu satmaz. O, elmi təcrübəsi, mərdliyi ilə
seçilən insanlara (millətindən asılı olmayaraq)
hörmətlə yanaşır.
İ.Çavçavadze Azərbaycan xalqına, onun
adət-ənənələrinə, şərəfli keçmişinə böyük
ehtiram göstərmiş, gürcülər arasında savad yayan
cəmiyyətin sədri kimi Borçalı qəzasında
savadsızlığı ləğv etmək üçün müfti M.H.Qayıbova
və Şeyxülislam Ə. Axuvdzadəyə müraciət edərək,
onları xalqın qayğısına qalmağa, yerlərdə
məktəblər açmağa çağırmış, Tiflisdə yaşayan
azərbaycanlı ziyalıları M.Şahtaxtlı, M.Cəlil,
E.Sultanov, Eminağa Acalov, Məmmədağa Vəkilov,
İbrahimağa və Həsənağa Terequlov qardaşları,
müfti M.H.Qayıbov, Ə.Axundzadə, F.Köçərli,
S.M.Qənizadə, Ömər Faiq və b. ilə tez-tez görüşmüş,
dəyərli məsləhətlər vermişdir.
Görkəmli gürcü şairi və diplomatı
Akaki Seretelinin araşdırılan mətbuat
orqanlarının səhifələrində verilmiş
əsərlərindəki milli hisslər və duyğular nəzəri
cəlb edir. Milli azadlıq ideyası A. Seretelinin
bütün şüurlu fəaliyyətinin və dünyagörüşünün
əsasını təşkil etsə də, o, heç bir millətçilik
xəstəliyinə tutulmamış, əksinə, Zaqafqaziya
xalqları arasında dostluğun, qardaşlığın ən fəal
təbliğatçısı olmuşdur. O, milli münasibətlər
haqqında yazırdı: "Xalqın inkişafı milli zəminə
əsaslanmışdır. Milləti sevmək lazımdır, lakin,
əlbəttə, millətçi olmaq lazım deyildir. Bizim
vətənə bəslədiyimiz məhəbbət başqa xalqlara
olan rəğbətimizi, başqa xalqlara dostluq və
qardaşlıq duyqularımızı heç vaxt
zəiflətməmişdir.
Qeyd etmək lazımdır ki, iki yüz əlli
altı il bundan əvvəl Nadir şah tərəfindən
Borçalı Qazax mahalı ilə birlikdə Gəncə
bəylərbəyliyindən alınıb Kartli-Kaxeti çarının
tabeliyinə verildiyinə baxmayaraq, Azərbaycan
tərəfdən bu mahalda hər iki xalq arasında geniş
qarşılıqlı milli münasibətlər davam etməkdədir.
Buna canlı sübut Borçalıda doğulub boya-başa
çatan M.Cavaxişvilini misal göstərmək olar.
Təəssüflə qeyd edilməlidir ki, xalqımızın yaxın
dostu olan Mixail Cavaxişvilinin indiyə qədər
milli münasibət, dostluq əlaqələri, maarif,
mədəniyyət haqqında müddəaları Azərbaycan
mütəxəssisləri və elm adamları tərəfindən
hərtərəfli tədqiq olunub xalqa çatdırılmayıb.
Halbuki onun əsərlərində və işgüzar dairələrdə
söylədiyi fikirlər hər iki xalq arasında milli
əlaqələrin genişləndirilməsi istiqamətində
olub, bu gün üçün milli əlaqələr, dostluq
baxımından əsil təməl daşı sayıla bilər.
Hər bir dövrün uzaqgörən, xalqının
gələcəyini düşünən nümayəndələri olduğu kimi,
Oktyabr çevrilişindən qabaq Gürcüstan
türklərinin də xalqın pis gününə ağlayıb, yaxşı
gününə sevinən ziyalıları az olmamışdır.
Gürcüstan elindən çox böyük istedadlı ziyalılar,
məşhur elm, maarif, mədəniyyət, incəsənət və
dövlət xadimləri çıxmışdır. Onlardan Hafiz
əfəndi, onun qızı ilk qadın yazıçı və tanınmış
müəllimə Şəfiqə xanım Əfəndizadə, oğlu məşhur
cərrah, professor Fuad Əfəndiyev, Adil Əfəvdiyev,
maarif xadimi Əhmədbəy Pepinov və Azərbaycan
milli mədəniyyətinin, mətbuatının, maarifinin və
ictimai fikrinin inkişafına mühüm təsir
göstərən, yazıçı-publisist Ömər Faiq Nemanzadə,
Əliyar Qarabağlı, Kamal Talıbzadə, ədib və
ictimai xadim Əlimərdan bəy Topçubaşov, Nəriman
Nərimanov, Həsən Seyidov, Abdulla Şaiq, Mustafa
Mərdanov, Əli Qurbanov, Mövsüm Sənani, Zahid
Xəlilov, Pənah Xəlilov, Həsən Həsənov, Aydın
Məmmədov, Camal Mustafayev, Yaşar Nazıyev, Hamlet
İsayev, Həmdulla Mehrabov, Səlahəddin Xəlilov,
Əlişir Musayev, Fərman Ceyranov, Zahid Qaralov,
Şamil Qurbanov, Loğman Məmmədov və başqalarını
göstərmək olar.
Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx)
qəzasının Azqur kəndində anadan olmuş,
İstanbulda təhsil aldıqdan sonra Azərbaycanın
Nuxa, Şamaxı, Gəncə və s. şəhərlərində müəllimlik
etmişdir.
1903-cü ildə Tiflisə qayıdan Ömər Faiq XX
əsrin ilk Azərbaycan qəzeti olan "Şərqi-Rus"da
çalışır. O, "Molla Nəsrəddin" jurnalının məsul
katibi, ikinci redaktoru idi. "Molla
Nəsrəddin"in qadın azadlığı uğrunda, köləliyə,
dini fanatizmə qarşı mübarizəsində də o, ön
cəbhədə gedirdi. Yalançı hürriyyətpərəstlərə
qarşı yazdığı məqaləsində göstərirdi: "Əgər
hürr yaşamaq istəyiriksə, dəliqanlı
ca-vanlarımızı qurban verməliyik. Qurban
verdikdən sonra isə onları ağlamaqla, uzun yas
saxlamaqla özümüzü taqətdən salmamalıyıq.
Dübarə qurban verməməliyik, təki, hürriyyət
xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər
oturub gözləsək və başımızı boş danışıqlarla
qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də,
onun bəhrəsi olmayacaqdır". O başqa bir
məqaləsində isə belə yazırdı: "Bəsdir, bəsdir, ey
azərbaycanlı! Bir az ayıl... Əl-ayağını bir az
tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan
tikanları, sarmaşıqları, yad ağacların
yarpaqlarını, budaqlarını qır at, qurtul.
Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı
qaldır, öz varlığının, öz vücudunun qiymətini
bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar,
özgə vücudlar üçün özünü həlak etmisən. Barı
bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə
çalış!"
Ömər Faiqin bir sıra məqalələrindən
aydın olur ki, Gürcüstanda səs salmış "Gürcü
işi" adlı əməliyyatın başlanması ilə əlaqədar o,
dərhal öz ictimai-siyasi fəaliyyətini
dayandırmış, həmin vaxtdan Gəncəyə köçüb
fəaliyyətə başlamış, qəzet və curnallarda
tez-tez məqalələrlə çıxış etmiş. Ömər Faiqin ən
fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska
(Axalsix) bölgəsindəki fəaliyyəti olmuşdur.
"Cənubi-qərbi Qafqaz hökuməti" yıxıldıqdan
sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska
və Ahılkələk əyalətlərinə muxtariyyət tələb
etməyə başladı. Lakin bu arzusu həyata keçmədi.
Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs
olunub Metex qalasına salındı, lakin xalqın
tələbi ilə yenidən azadlığa buraxıldı.
Əsrimizin 20-30-cu illərindən isə
Borçalı ədəbi mühitinin III dövrü canlanmağa
başlayır. Gürcüstan Demokratik Respublikası
(1918-1921) dövründəki "Gələcək" (1918), "Gənclər
yurdu" (1918), "Qələbə", "Al bayraq" (1918), "Vətən"
(1920) və başqa mətbuat orqanları öz fəaliyyətini
dayandırdıqdan sonra ziyalılar keçmiş Müsəlman
Seyminə məxsus olan mətbəə avadanlıqları
əsasında Tiflisdə Azərbaycan türkcəsi ilə yeni
mətbuat orqanları yaradılması üçün fəal
mübarizəyə başladılar. Mart ayında "Kommunist"
(1921) qəzeti yaradıldı. Lakin onun cəmi 19 sayı
çıxdı. 1922-ci ilin əvvəllərində nəşrə başlayan
"Yeni fikir" 1927-ci ildə "Yeni kənd"lə (1927-1938)
əvəz oluvdu. Həmin illərdə Tiflisdə "İşıqlı
yol" (1924) qəzeti, "Dan ulduzu" (1926-1931), "Şərq
kolxozçusu" (1931), "Qızıl şəfəq" (1926-1930), "Yeni
qüvvət" (1930-1939), "Gənc nəsil" (1939-1941) jurnalları
də işıq üzü görmüşdü.
1939-cu ildən etibarən "Yeni kənd"
qəzeti "Sovet Gürcüstanı" adı altında çıxmağa
başlamışdır. Həmin qəzet müəyyən fasilələrlə
indiyədək, hazırda "Gürcüstan" adı ilə
fəaliyyətini davam etdirir.
XX əsrin 20-ci illərində yenidən
çiçəklənməyə başlayan Tiflie Azərbaycan ədəbi
mühiti ətraf rayonlara da öz təsirini
göstərmişdir. Belə ki, elə həmin illərdə Batumidə
"İştirak" (1921), "Yeni həyat" (1922-1924), Sarvanda
(Marneuli) "Pambıqçı" (1930, sonralar adı
dəyişərək "Stalin yolu" və "Kommunizm
uğrunda" olmuşdur), 1965-ci ildən isə "Yeni
Marneuli" (indi "Kvemo Kartli" adı ilə
Azərbaycan və gürcü dillərində çıxır),
Başkeçiddə (Dmanisi) "Sosializm maldarlığı" (1933,
qəzet son vaxtlar "Trialeti" adı ilə Azərbaycan
və gürcü dillərində çıxırdı; çox təəssüf ki, 1991-ci
ildə gürcü millətçiləri tərəfindən qəzetin
Azərbaycan şöbəsi bağlandı), Lyüksemburqda
(Bolnisi) "Al bayraq" (1935, son vaxtlar "Qələbə
bayrağı" adı ilə çıxırdı; 1990-cı ildə qəzet
"Bolnisi" adlandırılmış və bir neçə ay sonra
Azərbaycan şöbəsi bağlanmışdır), Qarayazıda
(Qardabani) "Stalinçi" (1931, qəzet hazırda
"Samqori" adı ilə Azərbaycan və gürcü
dillərində çıxır), Adıgündə "Qızıl rəncbər" (1933),
sonra isə "Adıgün kolxozçusu" (1936), Axalsıxda
"Kommunist" (1930), sonra isə "Qızıl bayraq" (1938),
Aspindzada "Bağban" (1933), sonra isə "Sosializm
kəndi" (1940) və s. qəzetlər nəşr olunmuşdur. Bu
qəzetlər öz səhifələrində Azərbaycan
ədəbiyyatına xüsusi yer vermiş, ədəbi-mədəni
mühitimizin Borçalı qolunun inkişafında böyük
rol oynamışdır.
Milli özgünlükləri, xalq ədəbiyyatı və
aşıq sənəti ilə tanınan Borçalı ədəbi mühiti
qədim və zəngindir. Ulu qarapapaq türklərinin
yurdu olan bu torpaqda Dədə Qorqudun, Koroğlunun
izləri var. Bu yurd neçə-neçə nağıl və dastanlara,
şer və mahnılara qida verib. Borçalı ilə bağlı
bir çox əfsanə, nağıl, dastan, hekayətlər və başqa
canrlarda örnəklər bugün də yaşayır. Bir çox
Borçalı ziyalıları, əfəndiləri Türkiyə, İran,
Orta Asiya və Yaxın Şərqdə də tanınıblar. Hətta
N.Tusinin rəsədxanasında çalışan astronomlardan
biri - Məhəmməd Borçalı olub.
Borçalıda məktəb və maarif, mədəniyyət
və mətbuat işinin canlanmasından sonra burada
milli qeyrətli ziyalıların sayı daha da artır,
ictimai-siyasi və ədəbi-mədəni mü-hitdə fəal
iştirak edirlər. Tiflis Qafqazda inzibati mərkəz
kimi tanınandan sonra, burada M.Şəfi, A.Bakıxanov,
M.F.Axundov, Axund Mustafa Talıbzadə və onlarca
azərbaycanlı ziyalı toplaşmışdı. Yüzilliyin
əvvəllərində isə Ünsizadə qardaşları, Mirzə
Cəlil, M.Şahtaxtlı, H.Cavid, Ə.Haqverdiyev və
başqaları Tiflislə bağlı olmuşlar. Burada Ö.Faiq,
N.Nərimanov, A.Şaiq, Minasazov qardaşları və
başqa yerli ziyalılar da yetişir, Borçalının
ədəbi-mədəni inkişafına çalışırdılar.
Azərbaycan və Gürcüstan müstəqillik
qazandıqdan sonra Borçalıda da yeni canlanma
başladı, məktəb və maarif işi yenidən quruldu.
"Yeni fikir", "Qızıl şəfəq", "Dan ulduzu" kimi
mətbuat orqanları yaradıldı, yeni mədəniyyət və
təhsil oçaqları açıldı. Rza Şahvələd, Əliyar
Qarabağlı, Əhəd Hüseynov, Əli Saleh, Seyfulla
Əliyev, Abbas Kirəcli və başqa Borçalı
ziyalıları bu mühitdən çıxmışdılar. Burada
arabir S.Vurğun, R.Rza, M.Rahim kimi şairlərin də
səsi eşidilirdi. O zaman Gürcüstan Yazıçılar
İttifaqında yaranan Azərbaycan bölməsində 20-dən
çox kənc Borçalı ədibləri toplaşmışdı.
Azərbaycan Dövlət Dram Teatrı var idi, konsert
birlikləri yaranmışdı. 1956-cı ildən "Şərqan
şəfəqi", 1960-cı ildən "Sovet Gürçüstanı"
qəzetləri çıxırdı. Ə.Saraclı, Ə.Səngərli, D.Kərəm,
Ə.Binnətoğlu və başqaları belə bir ədəbi
mühitdən çıxmışdılar. Ə.Saraclı öz şer və
tərcümələri ilə daha çox tanınırdı. M.Muradov,
M.H.Bəxtiyar, V.Əliyev kimi qocaman jurnalist,
tərcüməçi və yazıçılar da burada mətbuat
orqanlarında çalışırdı.
Borçalıda şair Ağacan, Şair Nəbi, Alxas
ağa Güllər, Aşıq Sadıq ənənələri də inkişaf
edirdi. Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah, Aşıq
Kamandar, Aşıq Alxan, Aşıq Ziyəddin və Nurəddin
kimi el sənətkarları yeri gəldikcə özləri də söz
qoşurdular. Əsli Borçalıdan olan Aşıq Şenlik də
bu mühitlə bağlı idi. Bu gün Borçalıda Aşıq
Məhəmməd, Aşıq Əhməd Sadaxlılar, Faxralı Aşıq
Nurəddin, Dəryeyinur, Qulamhüseyn Borçalı, Namaz
Hümmətoğlu, Mayqa Mətin kimi onlarca aşıq və el
şairləri sayılıb seçilirdilər. Seyfəddin, Tofiq
Qurbanov, Həmzəli İlyasov, Emin Mahmudov, Səməd
Qaraçöp, B.Mehdi, V.Hacılar, S.Buta, Arif
Mustafazadə, Osman Osmanlı, A.Korarxılı,
A.Təhləli, R.Hüseynov, Ş.Məmməd, İbrahimxəlil və
başqaları şair kimi tanınırdılar. P.Talıblı,
P.Babakərli, Xıdır Nəbi, 3.Qurbanov, R.Hümmətov və
başqaları da gələcəkli şairlərdir. S.Süleymanlı,
Ə.İsmayıllı isə jurnalist kimi çalışırlar. Ə.
İsmayıllı özü də ara-sıra əsər yazır. "Dan
ulduzu" ədəbi dərnəyinin əsərlərinin çapına
çalışır.
Bu gün Borçalıda zəngin ənənə ilə
yanaşı, ümidverici kənclər də çoxdur, onlara
qayğı və sayğı lazımdır.
Bu illərdə Əhməd Cavad, Nemət Bəsir,
Cəmil Mursaqulov, Neman Məmmədli və b. Borçalı
obalarında on bir ədəbi mədəni dərnək
yaratmışdılar.
S.Vurğun, R.Rza, M.S.Ordubadi, M.Dilbazi,
N.Rəfibəyli, O.Sarıvəlli, S.Rüstəm, Ə.Nazim,
M.Hüseyn, K.Arif, M.Axundov kimi (texnikumda
ədəbiyyat müəllimi) sənətkarların vaxtaşırı
Tiflisdə, Borçalıda olmaları, ədəbiyyat
dərnəklərində, mətbuat orqanlarında çıxışları
ədəbi mühiti rövnəqləndirir və ruhlandırırdı.
Əsrimizin 40-cı illərində ikinci dünya
müharibəsinin təsiri Borçalıya da gəlib çatmış,
elm və mədəniyyətə ağır zərbələr, böyük yaralar
vurmuşdur. Borçalı ziyalı alimləri və
yazıçılarının bir qismi Stalin repressiyasına
məruz qalmış, bir qismi cəbhədə həlak olmuş, sağ
qalanları isə gürcü millətçiləri tərəfindən
sıxışdırılmış, yuxarıda adlarını qeyd etdiyimiz
qəzet və jurnallar, Tiflis Azərbaycan Türk
Dövlət Dram Teatrı, Azərbaycandilli pedaqoji
məktəblər, texnikumlar bağlanmış, beləliklə də
Tiflisdə və Borçalıda Azərbaycan ədəbi-ictimai
mühiti zəifləməyə başlamışdı.
İlk yazılarını Gürcüstanın yerli və
mərkəzi mətbuat orqanlarında çap etdirmiş
körkəmli ədəbiyyatşünas-alim, tərcüməçi Əziz
Şərifin səsi bir qədər sonra Moskvadan gəlmiş,
tanınmış yazıçı, alim, şair və tənqidçilərdən Rza
Şahvələd, Adil Babayev, Əliyar Qarabağlı, Əhəd
Hüseynov, Kərəm Kərəmov, Seyfulla Əliyev, Əli
Saleh və başqaları Bakıda yazıb-yaratmağa
başlamışlar. Daha sonra onların xələfləri
Borçalı sənət çeşməsindən su içmiş Abdulla Şaiq,
akademik Zahid Xəlilov, akademik Kamal
Talıbzadə, Pənah Xəlilov, Camal Mustafayev,
İsaxan Ömərov, Abdulla Mehrabov, Fuad Əfəndiyev,
Zahid Qaralov, Abbas Hacıyev, Hamlet İsayev,
Vaqif Sadıxov, Səlahəddin Xəlilov, Fərman
Heyranov, Əlişir Musayev, Loğman Məmmədov, Sabir
Əliyev, tanınmış nasir Tahir Hüseynov, sevimli
şairlərimiz İsa İsmayılzadə, Vilayət Rüstəmzadə,
Eyvaz Borçalı, Abbas Abdulla, Zəlimxan Yaqub,
Eldar Hacıyev, fədakar jurnalistlər Süleyman
Süleymanov, Həmid Vəliyev, Cəfərli Teymuraz,
Cəfərli Elman, İgidov Telman (Ramiz), Şahbaz
Başkeçid, Şərif Kərimli Şəfa xanım İmirli,
İsmayıl Ömərov və b. həm Borçalıda, həm də
(müəyyən səbəblər nəticəsində) Bakıda
yaşayıb-yaratmağa məcbur olmuşlar. 1956-1958-ci
illərdə həftədə 5 dəfə çıxan "Şərqan şəfəqi"
qəzetinin səhifələrində ara-sıra Azərbaycan
ziyalılarının yazılarına yer verilsə də bu,
Gürcüstanda yaşayan yarım milyondan artıq
azərbaycanlını təmin etmirdi və edə də bilməzdi.
... Böyük zəhmət nəticəsində, nəhayət,
1960-cı ilin avqust ayının 2-dən "Sovet
Gürcüstanı" qəzeti Murtuz Muradovun
redaktorluğu ilə yenidən fəaliyyətə başlayır.
Qəzet Tiflisdə çıxsa da, bütün regionlarda
yaşayan azərbaycanlıların ədəbi-mədəni mühitini
Borçalı üstündə götürmüş, yeni ədəbi mühitin
dirçəlişinə təkan vermiş və "Azərbaycan ədəbi
mühitinin bütün məsuliyyətini öz üzərinə
götürmüşdür".
Borçalıda yaşayıb-yaradan şair və
nasirlərin yaradıcılıqlarından nümunələr
Bakıda nəşr olunan müxtəlif toplu, məcmuə və
almanaxlarda da özünə yer tapa bilmişdir.
1979-cu ildə Bakının "Yazıçı"
nəşriyyatı tərəfindən işıq üzü görmüş "Çinar
pöhrələri" almanaxında (red. B.Vahabzadə və
İ.Şıxlı) Qasım Abbasəlinin "Respubli-kam",
"Bahar nəğməsi" və yenə həmin nəşriyyat
tərəfindən 1981-ci ildə buraxılmış eyni adlı
ikinci almanaxda (red: İsa Hüseynov, Səhrab Tahir)
Əlixan Abbasovun "Xəzan yarpaqları", Yunis
Novruzovun "On addım", "Bir ulduzamsa", Nizami
Sarahlının "Kövşən yerləri", "Gənçliyim
atların belində getdi..." şerləri oxucu
kütləsinin ixtiyarına verilmişdir.
Beləliklə, qeyd etmək yerinə düşər ki,
çağdaş ədəbi-mədəni mühitimizin Borçalı qolunu
təşkil edən və onun istər mövzu, istərsə də ideya
və sənətkarlıq baxımından zənginləşməsi yolunda
fəaliyyət göstərən, Borçalı ədəbi-mədəni
məktəbinin yaşaması üçün daim mübarizə aparan
söz sənətkarlarımızın yaradıcılığına nəzər
saldıqda məlum olur ki, onların hər birinin öz
səsi, öz sənətkarlığı və öz üslubu vardır.
Onların əsərlərinin mövzu əlvanlığı da, janr
müxtəlifliyi də, təfsir və təsvir tərzi də, üslub
közəlliyi də güclüdür. Bu səbəblərdən də uzun
illərdir ki, Borçalı ədəbi mühiti öz varlığı ilə
yaşamaqda, əlaqələrini genişləndirməkdə davam
edir.
Gürcüstanda sovetlərin qələbəsindən
sonra gərgin bir vəziyyət yarandı. İctimai
inkişafın mürəkkəb proseslərindən doğan
ziddiyyətlərdən yaxa qurtarmaq Nəriman
Nərimanova müyəssər olmadığı kimi, Ömər Faiqə də
qismət olmadı. Leninin rəhbərliyi altında yeni
bolşevik hökuməti "Millətlərin öz
müqəddəratını təyin etmək hüququ" haqqında
bəyannamə qəbul etmişdi. Bağlanmış Moskva və
Qars mü-qavilələri isə Ömər Faiqi çox arxayın
saldı. Müqavilələrə görə Ahıska və Ahılkələk
əyalətlərinə muxtariyyət veriləcəyinə o, qəti
inanırdı. Azərbaycan Sovet Sosialist
Res-publikası yarandıqdan sonra onların,
həmçinin Dağıstanda yaşayan Azərbaycan
türklərinin muxtariyyəti Azərbaycan SSR-nin
dövlət statusu ilə məhdudlaşdırılır. Ancaq
Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətində
yaşayan ermənilər mərkəzdəki erməni lobbisinin
yardımı ilə Dağlıq Qarabağ Vilayəti təşkil
edirlər. Bu, həmçinin sovet imperiyasının
gələcəkdə aparacaq "ayır-buyur" siyasətinin
mə-nafeyinə uyğun idi... Rus imperializminin
döşlərindən süd əmən erməni daşnakları müasir
dövrdə "analarının" etimadını doğrultdular.
Qarabağda tökülən qanlar rus-sovet
imperializminin uzaqgörən siyasətinin
nəticəsidir. Bu vaxtlar Azərbaycandan Türkiyəyə
iki geniş qol uzanırdı. Biri-Naxçıvanın Sədərək
kəndindən, ikincisi isə Qazax-Ağetafa
bölgəsindən başlayıb, Borçalı mahalından keçib,
Ahıska vilayətində tamamlanan qol idi. Bu iki
qolu kəsib atmaq ermənilərin və rus
imperiyasının başlıca məqsədi idi. Nəhayət,
mərkəzi hökumətin himayədarlığı ilə 1923-cü ildə
Zəngəzur mahalı Azərbaycandan alınıb
Ermənistana verildi. Bununla da sovet
imperiyasındakı türk xalqlarından Türkiyəyə
uzanan qollardan biri dirsəkdən kəsildi. O biri
qol isə...
Gürcüstanın Ahıska türklərinə
gəldikdə isə onlar dil, din, milli adət və ən'ənə,
təsərrüfat fəaliyyəti, həyat tərzi və s. görə
eynilik təşkil etdiklərindən Azərbaycanda
olduğu kimi, Ahıskada da şəxsi sənədlərdə
(pasport) milliyyəti "türk" yazılırdı. 1920-ci
illərdən başlamış bu yerlərdə ibtidai, sonralar
isə orta məktəblər fəaliyyət göstərməyə başladı.
1930-cu illərdən sonra isə pedaqoji məktəblər
(Doloşda, Adıgündə) fəaliyyətə başladı. 1927-ci ilə
qədər ərəb əlifbasından istifadə edilirdi,
məktəblərdə dərslər türk və gürcü dillərində
keçilirdi. Bu vaxtlar tədris müəs-sisələrində
yerli kadrlar çatışmadığından, Borçalıdan Bəşir
Əliyev, Rüstəm ağa Şərifov, Azərbaycandan Arif
Sadıqov və bir sıra maarifçilər fəaliyyət
göstərirdilər.
Borçalının və Tiflisin Azərbaycan
teatrı şöbələrindən bu bölgələrdə tez-tez
tamaşalar verilirdi. Rayon mərkəzlərində də
teatrlar açılmışdı. Qars-Ahıska dialektində
"Qızıl rəncbər" (1933), "Adıgün kolxozçusu" (1936)
Ahıskada əvvəlcə "Kommunist" (1930), sonra "Qızıl
bayraq" (1938), Aspindada əvvəlcə "Bağban" (1933),
sonra "Sosializm kəndi" (1940) qəzetləri
buraxılırdı. Beləliklə, istər Borçalıda və
istərsə də Adıgün-Aspinda-Ahıska bölgələrində
türklərin mədəni-sosial səviyyəsinin və siyasi
maarifçi baxışlarının zənginləşməsini və
inkişafını görən gürcü ideoloqları tez əl-ayağa
düşüb, türk məktəblərində gürcü dili və
ədəbiyyatının geniş şəkildə təbliğinə
başladılar. Bəzən gürcülər müxtəlif
fırıldaqlara əl atıb, Ahıska türklərinin ziyalı
təbəqələrindən olan Lomikil-Lomidze,
Langil-Lonidze, Zelakil - Zeladze kimi şəxsləri
gürcüləşdirdilər. Əlbəttə, ahıskalılara
göstərilən bu təqib və təzyiqlər nəticəsiz
qalmadı. Onlar bütün Gürcüstana pərən-pərən
düşdülər, dağılmağa başladılar. Bir qismi Zəlyə,
Borçalıya (Marneuliyə), Tiflis və qismən
Azərbaycana pənah gətirdi. 1937-ci il repressiyası
vaxtında isə onlar kütləvi şəkildə (1941-1943)
Qazaxıstan, Orta Asiya respublikalarına və
qismən Sibirə sürgün olundular.
Ahıska türklərinin ən qabaqcıl ziyalı
təbəqəsi və dahi maarifçi olan Ömər Faiq bu
dözülməz, acınacaqlı hadisələrə dözə bilməyib
ağır xəstələnir. 1927-ci ildə xəstəliyi ilə
əlaqədar o, təqaüdə çıxır, qəzet və jurnallarda
tez-tez ictimai-siyasi məzmunlu məqalələr nəşr
etdirir. Onun bu fəaliyyətini qəbul etməyən bir
sıra mənfur canilər onu ləkələyib, satqın, dövlət
çevrilişi ilə əlaqədar olan bir siyasi xadim
kimi qələmə verirlər. Ömər Faiq rayon prokuroru
Odabaşiyanın göstərişi ilə milis rəisi Vaso
İnasaridze tərəfindən həbs edilir.
Cəsarətli fikirlərinə görə Ömər Faiq
uzun müddət təqib olunmuş, dəfələrlə tutulub
həbs edilmişdir. Lakin heç bir vaxt öz
əqidəsindən dönməmişdir.
Gürcüstanın bolşevik işğalından sonra
o, yeni yaradılmış Hərbi İnqilab Şurasına üzv
seçilir. Hərbi İnqilab Şurasının on üzvündən
biri olan Ömər Faiq müsəlman böl-məsinə
rəhbərlik edir, dəfələrlə Borçalı-Qarayazı
sakinlərinin süfrələrində duz-çörək kəsir, yeri
gəldikcə Azərbaycan türklərini öz haqqlarını
anlamaqda başa salır.
Gürcüstanda yaşayan türklərə qarşı
hökumət dairələri tərəfindən planlı şəkildə
yürüdülən siyasət nəticəsində Borçalı mahalında
yaşayan türklərin də vəziyyəti pis və acınacaqlı
idi. Ömər Faiq qeyd edir ki, bütün Borçalı qəzası
bir-birinə zidd iki cəbhəyə bölünmüşdür. Bir
tərəfdə azlıq təşkil edən erməni və almanların,
gürcü və aysorların, yunan və molokanların
müxtəlif təbəqədən olan nümayəndələrindən
ibarət başçılar durur, digər tərəfdə isə
əhalinin əksəriyyətini (70%) təşkil edən və həmin
başçılar tərəfindən idarə olunan çoxminli
müsəlmanlar.
Tarixi sənədlər göstərir ki, son 250
ildə əhalinin sayı baxımından Borçalıda
üstünlük həmişə Azərbaycan türklərində olub.
Müəllifin məlumatına görə, Borçalı üzrə cəmi 3,2
min nəfər gürcü yaşayırdı. Bütün bu faktlara
baxmayaraq, həmişə əhalinin böyük əksəriyyətini
təşkil edən Borçalı türkləri mədəni-maarif
baxımından son dərəcə qeyri-normal səviyyədə
olmuşlar. Qəzada və onun bölgələrində bütün
rəhbər vəzifələr dininə və dilinə görə
müsəlmanlara tamam yad olan, düşmən münasibəti
bəsləyən erməni və erməni əhvallı gürcülərin
əlində olmuşdur.
Zaqafqaziyanın bütövlükdə Rusiya
tərkibinə daxil edilməsi bu əlaqələrin xalqlar
arasında iqtisadi, mədəni, ədəbi və pedaqoji
əlaqələrin inkişafı baxımından əsas rüşeym olub.
1879-cu ildə Zaqafqaziyada (Qori şəhəri)
müəllimlər seminariyasında gürcü erməni
şöbələri ilə yanaşı, türk (Azərbaycan) şöbəsi də
açılır. Ə.Paşayev qeyd edir ki, 1890-cı ildə çar
hökumətinin maarif orqanları Zaqafqaziya
müəllimlər seminariyasında gürcü, erməni,
Azərbaycan ibtidai məktəblərində ana dilinin
tədrisini plandan çıxarmaq üçün tədbirlər
gərməyə başlayarkən, görkəmli gürcü
tədqiqatçısı Y.S.Qoqebaşvili özünün çoxsaylı
məqalələrində xalq məktəbinin Qafqaz uşaqları
üçün işıq mənbəyi olduğunu təsdiq edib,
uşaqların ibtidai təhsili öz ana dillərində
almalarını zəruri hesab etmiş və yazmışdır:
"Qafqaz dilləri rus mədəniyyətini və rus dilini
yaymaq işində ancaq xeyir verə bilər, ana dili və
onun qrammatikası bu vacib vəzifəni həll etmək
üçün ən əlverişli vasitədir".
Keçən əsrin ortalarından XX əsrin 30-cu
illərinə kimi Qafqazın demək olar ki, bütün əsas
ticarət, mədəniyyət, incəsənət, maarif və s.
mərkəzləri əsasən Tiflis şəhərində cəmləşmiş və
bu şəhərdən idarə olunurdu. Bir sözlə, hər üç
qonşu dövlətin görkəmli qabaqcıl ziyalıları bu
şəhərlə sıx əlaqə yaradırdılar. Bu baxımdan
Qafqazda maarifin inkişafında bu şəhərin rolu
çox böyük olmuşdur. Ziyalılarımızdan biri olan
Məhəmməd ağa Şahtaxtinski XX əsrin lap
əvvəllərində öz doğma Şahtaxtı (Naxçıvan)
kəndindən Tiflisə köçmüş, Çitaxov
karvansarasında türk mətbəəsi açdırmışdır. Bu,
Azərbaycanın milli mətbuat tarixində əsrimizin
ilk qəzeti kimi məşhur olan "Şərqi-Rue" qəzeti
olmuşdur. Elə həmin ildən qəzetin inkişafında
C.Məmmədquluzadə, Ömər Faiq, Ü.Hacıbəyov,
R.İsmayılov və başqalarının əməyi hədsiz
olmuşdur. Bu qəzetin fəaliyyəti Gürcüstanda
(Batzi) "Yeni Həyat", "İştirak" qəzetləri, "Dan
ulduzu", "Qızıl şəfəq" kimi jurnalların
çıxmasına təkan verdi.
1930-cu illərdə Gürcüstan Yazıçılar
İttifaqı nəzdində Azərbaycan bölməsi yaradılır.
Bölmənin 20-dən çox üzvü olur. Respublikada
müxtədif kitab və materaallar nəşr olunur. Bu
illərdə Tiflisdə şair və yazıçıların
yaradıcılığını yığcam şəkildə əks etdirən
"Qığılcım" ədəbi almanaxı buraxılır.
A.Talıblının redaktorluğu ilə çıxan bu ədəbi
almanaxın vasitəsilə Tiflis ədəbi mühiti tez bir
zamanda geniş vüsət alaraq nəinki Gürcüstanda və
Qafqazda, eləcə də onun hüdudlarından çox-çox
uzaqlarda belə məşhurlaşır.
"Azərbaycan dilində ilk operetta"
adlı məşalədə "Saxalxo" qəzeti (1911, 301) yazırdı
ki, qonşu Azərbaycan xalqının mədəniyyət yolunda
atdığı bir addımı da sevinclə qeyd etməliyik.
Həmin günlərdə Tiflisdə "O olmasın bu olsun"
adlı ilk Azərbaycan operettası tamaşaya
qoyulmuşdu. 1916-cı ildə isə Ü.Hacıbəyovun "Arşın
mal alan" operettası gürcü dilinə tərcümə
olunmuş və aprelin 11-də tamaşaya qoyulmuşdur.
Oynanıldığı ilk gündən operetta böyük
muvəffəqiyyət qazanıb bir ayda 20 dəfə
(11.04.-27.05.1916)-dən artıq göstərilmişdir.
Dövrünün böyük ictimai xadimi,
yazıçı-publisist İ.İmedaşvilinin redaktorluğu
altında çıxan "Teatri da sxovreba" ("Teatr və
həyat") jurnalında (1916, 35) "Arşın mal alan" və
onun müəllifi haqqında böyük məqalə dərç
edilmişdir.
İki dost-qardaş və qonşu xalqın
ədəbi-mədəni əlaqələr baxımından bəzi əsərlərin
səhnəyə qoyulması və onlara verilən qiymət
haqqında nümunələri qısaca olaraq sadaladıq.
Məlumat üçün qeyd etməliyik ki, adlarını
çəkdiyimiz pyeslərdən başqa Ə.Haqverdiyevin
"Ağa Məhəmməd Şah Qacar", H.Cavidin "Şeyx
Sənan" pyesləri də Tiflisdə oynanılmış və
haqqında mətbuatda qiymətli yazılar dərc
edilmişdir.
Gürcü mətbuatında Azərbaycan
mədəniyyəti, teatrı və ədəbiyyatına dair
material və məqalələr dərc edildiyi kimi,
Azərbaycan mətbuatı səhifələrində də
ziyalılarımızın qabaqcıl nümayəndələrinin,
ictimai xadim və yazıçılarımızın dost gürcü
xalqının ədəbi-mədəni həyatı və nailiyyətləri
haqqında materiallara rast gəlirik.
Ədəbiyyatşünas Abdulla Tofiq Surun gürcü
ədəbiyyatına aid bir sıra tədqiqatları bu
cəhətdən diqqətəlayiqdir. Onun 1905-ci ildə
"həyat" qəzetində (72, 73, 77) dərc etdirdiyi
"Qafqaziyada qonşularımızdan gürcülərin maarif
və ədəbiyyatına bir nəzər" adlı məqaləsi çox
məşhurdur. Məqalədə dahi gürcü şairi Şota
Rustaveli və İlya Çavçavadzenin gürcü
ədəbiyyatında tutduqları mövqe düzgün
müəyyənləşdirilmişdir. Sonradan bu barədə
S.Vurğun, S.Rüstəm, N.Kəsənzadə və başqaları çıxış
edib, gözəl ənənəni daha da zənginləşdirmişlər.
A.T.Sur Azərbaycan oxucularını gürcü
ədəbiyyatının nümunələri ilə tanış etməyin
əhəmiyyətindən danışaraq yazır: "Biz xalqımızı
gürcülərin ədəbiyyatı ilə aşina et-məkdən başqa,
münasib əsərlərini də türkcəmizə tərcümə
etməliyik". A.T.Sur yeri gəldikdə Azərbaycan
yazıçıları ilə gürcü söz ustalarının
yaradıcılığındakı yaxınlıqdan, əlaqədən də
danışmışdır. Gürcü ədəbiyyatında ilk dram əsəri
yazan Q.Eristavini M.F.Axundovla yanaşı tutmuş,
onu "gürcülərin Mirzə Fətəli Axundovu"
adlandırmışdır.
Gürcü və Azərbaycan xalqlarının
dostluğuna, ədəbi əlaqələrinə aid məqalələr
içərisində məşhur ədəbiyyatşünasımız
F.Köçərlinin yazıları mühüm əhəmiyyət kəsb edir.
F.Köçərli 1906-çı ildə "İrşad" qəzetində dərc
etdirdiyi "Qarabağda Cavanşir aləminin əhval və
övzasına dair" məqaləsində gürcü xalqını dərin
ehtiram və məhəbbətlə səciyyələndirir: "Nə
qədər ki, Gürcüstanın ab-havası xoşdur, bir o
qədər də gürcülərin özü gözəl tayfadır.
Qəribnəvaz, sadədil, eyş-işrət sevən, açıqüzlü,
şirin sözlü, halal, kin və küdurətsiz, nəcib bir
millətdir".
XX əsr gürcü yazıçılarının Azərbaycan
xalqına münasibəti də maraqlıdır. Onlar
Azərbaycan xalqının Həyatı ilə maraqlanmış, öz
əsərlərində buna ayrıca yer vermişlər.
Ş.Araqvispireli, Ə.Cavaxişvili kimi yazıçılar
Azərbaycan və gürcü xalqlarının dostluğuna bir
sıra əsərlər həsr etmişlər.
Yeri gəlmişkən deyək ki, azad sevgi
mövzusu o zaman Zaqafqaziya xalqlarının
qabaqcıl nümayəndələrini çox düşündürürdü.
Təsadüfi deyil ki, şifahi ədəbiyyatımızda da bu
sahədə diqqətəlayiq ənənələrimiz var. Xalq
arasında şöhrət qazanmış "Əsli və Kərəm", "Aşıq
Məmməd və gürcü qızı" kimi folklor nümunələrini
xatırlamaq olar.
XX əsr Azərbaycan-gürcü ədəbi əlaqələri
tarixində görkəmli yazıçı, əslən Borçalıdan olan
Mixail Cavaxişvilinin də yaradıcılığı şərəfli
yer tutur. "Günahsız Abdulla", "Ləmbəli və
Qoşa" kimi duzlu hekayələrlə yanaşı, "Marabdali
Arsen" kimi böyük ictimai-tarixi mündəricəli
roman da onun qələmindən çıxmışdır. Qeyd
etməliyik ki, M.Cavaxişvili ilə birlikdə
Borçalıdan bir sıra maarifpərvər və ictimai
xadim çiyin-çiyinə yazıb-yaratmış və o dövr üçün
hər iki xalqın dostluğu, qohumluğu və bir yerdə
olması baxımından böyük səy göstərmişlər.
M.Cavaxişvilinin böyüklüyü, səmimiliyi onun
yaratmış olduğu Məşədi Həsən, Abdulla, Dəli Həsən
surətlərində daha qabarıq hiss olunur. Yazıçı
Borçalı və digər bölgələrdə kök salmış
Azərbaycan türklərinin yaşayış,
adət-ənənələrindən, toy-yas mərasimlərindən bəhs
etmişdir. O, Azərbaycan xalqının (Borçalı
timsalında) gözəl sifətlərini özündə təcəssüm
|