|
BORÇALI VƏ QONŞU BÖLGƏLƏRDƏ AZƏRBAYCAN
TÜRKLƏRİNİN ADƏT-ƏNƏNƏLƏRİ
(toy, bayram şənlikləri)
Hər millətin özünün əsrlər boyu
yaratdığı və başqa, xüsusən də qonşu, dost
xalqlardan əxz etdiyi adət-ənənələri yaşatması,
inkişaf etdirməsi təbii hal kimi
qiymətləvdirilməlidir. Bu istəkdə milli qüruru,
hissləri uca tutmaq, qorumaq, qranitləşdirmək
lazımdır. Düzdür, mühitdən, ictimai-siyasi
qurumdan, maddi-mənəvi vəziyyətin əlverişli və
qeyri-əlverişli olmasından, xüsusən də elm və
texnikanın, istehsal proseslərinin təsirindən
asılı olaraq bu adət-ənənələr müəyyən
dəyişikliklərə uğrayır, onların inkişafı,
zənginləşməsi gah sürətli, gah da ləng gedir.
Amma tarix göstərir ki, bu adət və ənənələrin
daşıyıcısı olan xalq varsa, həmin atributlar da
yaşayacaqdır. Bu, Borçalıya, orada yaşayan
Azərbaycan türklərinə də aiddir. Borçalıların
çox orijinal, ancaq bu mahala məxsus cizgiləri,
naxışları olan el adətləri, ənənələri var.
Onların hamısının mayasında bütövlükdə
Azərbaycan xalqının nəfəsi, dəsti-xətti dursa da,
yerli şəraitdən, başqa millətlərin
nümayəndələri ilə ünsiyyətdən, işləməkdən irəli
gələn cəhətlər də yox deyildir. Borçalıda ən
zəngin, oxşarsız adətlərdən biri nişan, toy
mərasimləridir.
Hələ çox qədimlərdən bəri toyun
keçirilməsi vaxtı, toy xərci, gəlinin atasına
veriləcək məbləğ-"başlıq", "yol pulu"nun
miqdarı barədə danışıq üçün qız evinə gedilir,
toyda iştirak edəcək adamların sayı və tərkibi
müəyyənləşdirilirdi. Buraya tayfanın ağsaqqalı
sayılan bir nəfər ixtiyar kişi, oğlanın atası,
atası olmadıqda böyük qardaşı, əmilərindən ən
hörmətlisi, dayısı və oğlanın yaşlı
qohumlarından biri daxil olurdu.
Gürcüstanın Borçalı qəzasında və sair
bölgələrdə yaşayan Azərbaycan türkləri
içərisində əksər hallarda nişanlı qız ilə
nişanlı oğlanın rəsmi olaraq evlənmələri
kəndlərdə böyük təntənəli hadisə sayılan toy
mərasimi ilə başa çatırdı. Nişanlı oğlanın öz
toyunun təşkili və icrası, bu toyda bilavasitə
iştirakı qəbahət sayıldığı üçün onun
valideynləri və ya böyük qardaşları bu işlə
məşğul olurdular.
Toyun keçirilməsi vaxtına xüsusi
məhdudiyyət qoyulurdu. Orucluq və məhərrəmlik
ayları istisna olmaqla ilin bütün aylarında toy
etmək olardı. Ancaq toyu keçirmək üçün külli
miqdarda kənd təsərrüfatı məhsulları və asudə
vaxt tələb edildiyindən bu mərasimlərin çox
hissəsi ilin payız fəslində və qışın
əvvəllərində keçirilirdi. Oğlanın valideynləri
toy etmək üçün maddi imkanlarını götürqoy
etdikdən sonra öz fikirlərini yaxın qohumlarına
bildirməyi son dərəcə vacib sayırdılar. Bu
məqsədlə oğlan evində
yığıncaqlar-məsləhətləşmə, sözləşmə
keçirilirdi. Adətən belə yığıncaqlar həftənin
istənilən günündə yox, həmin nəsil üçün uğurlu
gündə keçirilirdi. Belə hallarda son qərar
tayfanın, nəslin ağsaqqallarının təklifinə
əsasən qəbul edilirdi.
Qız və oğlan eyni kənddən olduqda
əvvəlcədən dəqiqləşdirilmiş gündə həmin
adamlar-piyada, ətraf, uzaq kəndlərdən olduqda
isə qız evinə atla gedərdilər. Qaydaya görə evdən
çıxarkən onların arxasınca bir qab içməli su
atırdılar. Görünür, bu, suyun aydınlıq və bolluq
əlaməti hesab edilməsi ilə əlaqədardır. Əgər
onların yolundan pişik keçsə və qarşılarına
"uğursuz", "ayağı ağır" adam çıxsa, bu,
qarşıdakı iş üçün pis nişanə sayılırdı. Hətta
Sarvan, Hallavar, Baydar, Kürtlər (Qurdlar),
Gorarxı, Təhlə, Kolagir, Ormeşən, Təkəli, Hamamlı
və s. kəndlərdə belə hallarda geri də qayıtmalı
olurdular. "Bədbəxtlikdən" yaxa qurtarmaq üçün
müxtəlif adətlər icra edilirdi.
Danışıq aparmaq üçün adamlar
göndəriləcəyi barədə əvvəlcədən məlumat
verildiyindən qız evində hazırlıq görürdülər.
Oğlanın adamları (3-5 nəfər) qız evinə gəldikdən
sonra burada danışıqlar iki gəncin ailə
qayğılarından daha çox, sövdələşmədən gedirdi.
Ən geniş mübahisə qız üçün veriləcək başlığın
tərkibi və miqdarı ətrafında cərəyan edirdi.
Başlığın miqdarı qız evinin ictimai-iqtisadi və
sosial vəziyyətindən, qızın əxlaq və
gözəlliyindən, sağlamlığından, ev işlərini necə
görməsindən, gəbə, kilim, palaz toxumağı
bacarıb-bacarmamasından, inək, bir sıra
kəndlərdə isə camış sağmaq, habelə süddən
müxtəlif məmulat hazırlamaq qabiliyyətindən
asılı idi. Bu adətlərin Borçalının Başkeçid,
Çoruk-Qəmərli inzibati rayonlarının bir sıra
kəndlərində və Laqodexi, Saqareco rayonlarında
(Yormuğanlı, Ləmbəli, Keşəli və s. kəndləri) son
illərə qədər davam etməsinə rast gəlinirdi.
Natural kəndli təsərrüfatının hakim
mövqe tutduğu dövrlərdə başlıq natura ilə,
iribuynuzlu mal-qara, qoyun, dəvə, at, gəbə, kilim,
yun və s. ilə, kapitalist münasibətlərinin kənd
şəraitinə daxil olmasından sonra isə pulla
ödənilirdi. Qeyd etmək lazımdır ki, başlığın pul
ilə ödənilməsi əsasən diyarın aran kəndlərinə
aiddir və bu, əsrimizin 50-ci illərindən
başlayaraq bərqərar olmuşdur. Sovet
hakimiyyətinin ilk illərində bəzi valideynlərin
qızları üçün 6000 manat məbləğində başlıq tələb
etmələri faktları da olmuşdur.
Nəqd puldan əlavə qız sahibləri
həmçinin bahalı bəzək şeyləri-üzük, bilərzik,
boyunbağı, qızıl və gümüş, toy paltarı tikmək
üçün ipək parçalar, bir cüt ayaqqabı, iri ölçülü
güzkü və s. tələb edirdilər.
Hər iki tərəfin səyi nəticəsində
başlıq barəsində razılığa gəldikdən sonra toy
xərcini danışmağa başlayırdılar. Qızın atası
toya çağıracağı adamların miqdarı və onları
yedizdirmək, şənləndirmək üçün lazım olan ərzaq
məhsullarının kəmiyyəti barəsində öz
mülahizəsini irəli sürürdü. Borçalı qəzasındakı
Sarvan kəndinin varlılarından olan Fərəməz
Məşədi Əlləz oğlu qızı üçün toy xərci olaraq 12
baş qoyun, 2 pud qənd, 3 pud yağ, 10 pud düyü və başqa
ərzaq məhsulları tələb etmişdi. Digər
valideynlər buraya 15-20 pud un, 2 kisə xına,
qurudulmuş meyvə, qızın yaxın qohumları üçün
hədiyyələr də daxil edirdilər. Əksər hallarda
oğlanın atası çətinliklə də olsa, bu tələbləri
ödəməli olurdu.
Ən axırda toyun hər iki tərəf üçün
sərfəli olan toy günü seçilirdi. Bütün məsələlər
qarşılıqlı razılıqla həll edildikdən sonra
qonaqlara yemək (yağ, pendir, bal, çörək, çay)
təklif edilir və bundan sonra oğlan evinə
qayıdıb qız tərəfinin şərtləri barədə onlara
ətraflı məlumat verilirdi. Tərəflər ümumi
razılığa gələ bilmədikdə din xadimlərinin
məsləhətlərinə müvafiq hərəkət edilirdi. Bəzən
onların arasında münaqişə də düşürdü. Ona görə də
bir sıra kəndlərdə bəzi ailələr gələçək
gəlinlərini və ya yola salacağı qızı bir qayda
olaraq qohumluq əlaqələri olan tayfalara və ya
nəslə bağlayırdılar. Qarşıdakı toy üçün oğlan
evinin ilk addımı qız üçün toy paltarı və bəzək
şeylərinin bəziləri (üzük, bilərzik, boyunbağı,
kəmər və s.) xüsusi sifarişlərlə zərgərlər
tərəfindən hazırlanırdı. Paltar tikmək üçün
lazım olan parçalar Tiflisdən, Çoruk-Qəmərlidən
(Bolnis), Şüləver kəndindən, ucqar dağ
kəndlərində isə xüsusi varlı şəxslərə məxsus
olan dükanlardan baha qiymətə alınırdı.
Qeyd edilən tədbirlərdən sonra eyni
mənanı bildirən, ancaq müxtəlif adlarla ifadə
olunan "paltar aparmaq", "qayçıkəsdi",
"paltarbiçdi" mərasimi icra edilirdi. Bu
mərasimin əsas məzmunu ondan ibarətdir ki, oğlan
tərəfindən alınmış toyluq parçalar qız evinə
aparılır. Burada ancaq qadınlar iştirak edirlər.
Oğlanın anası, bibisi (maması), xalaları, bacıları
və dəvət olunmuş başqa qadınlar da buraya daxil
olurdular. Adətən paltar apararkən özləri ilə
birlikdə geyim əşyaları, biçib-tikməyi bacaran
bir nəfər qadın da aparırdılar. Paltar biçərkən
həmin qadın qayçını parçaya toxundurur və
qayçının kəsmədiyini elan edir. Oğlanın
anasından "qayçı kəsdi" pul aldıqdan sonra
geyimləri biçməyə başlayırdı. Mərasimin sonunda
burada iştirak edənlərə yemək verilir və
onlardan pul, "nəmər" toplanır. Bu pullar yeni
evlənənlərə çatdırılır.
"Paltarkəsdi" mərasimindən sonra
qızın nişanlısının evinə köçməsinə hazırlıq
görülür. Hər ikisi özləri üçün "sağdış" və
"soldış" seçir, onlara yengə təyin edilir.
Sağdış, soldış və yengənin əsas vəzifəsi toyun
gedişində oğlan və qızı müşayiət etməkdən
ibarətdir.
Oğlanın mötəbər qohumlarından biri
toyu keçirmək üçün musiqiçilər axtarır,
zurnaçılar dəstəsinin başçısı ilə görüşür və
toyun neçə gün davam edəcəyi haqda ona məlumat
verir, bunun üçün nə qədər pul tələb edildiyini
öyrənir. Bu dediklərimiz Borçalının bəzi dağ
kəndlərinə aiddir. Sarvan, Qızılhacılı, Qaçağan,
Ağməmmədli, Quşçu, Sadaxlı, Qarayazı, Böyük
Muğanlı, Arıxlı, Təhlə və bir çox aran və dağətəyi
kəndlərdə isə musiqiçilərlə nəqd pul danışığı
olmur, onlar yalnız toya gələn adamların
musiqiçilərə verdiyi pulla (şabaşla)
kifayətlənirlər. Danışıq aparıldıqdan sonra
toya aşıqlar dəstəsi də dəvət olunur. Bu,
Hallavar, Saraclı, Kəpənəkçi, Faxralı, Korarxı,
Kamamlı, Baydar, Yor-Muğanlı, Keşəli, Kosalı,
Muğanlı, Körpülü və s. kəndlərə daha çox aiddir.
Varlı və hörmətli şəxslər öz toylarına
adətən yaşlı və təcrübəli musiqiçiləri, nisbətən
kasıb olanlar isə təzə çalmağa başlayan
cavanları dəvət edirlər. Çünki yaşlılara
nisbətən cavanlar az pul tələb edirlər. Eyni
musiqi havaları Azərbaycan, erməni, gürcü
toylarında ifa edildiyindən, bəzən Azərbaycan
toylarını çalmaq üçün gürcü musiqiçiləri də
dəvət edilirdi (əsasən Dmanisi rayonunda).
Musiqiçilər geniş xalq kütləsi içərisində böyük
hörmətə malik olduqlarından toy ərzində
məclisin fəxri hissəsində əyləşir.
Toyun başlanmasına bir neçə gün qalmış
kəndin bütün subay qızları ərə gedən qızın
yanına toplaşırdılar. Bolnisi rayonunun
Kəpənəkçi kəndində isə toy günü səhər vaxtı qızı
başının dəstəsi ilə birlikdə bulaq üstünə kəndin
bir gəlməli, görməli və mənzərəli guşəsinə
çıxarardılar. Bu dəstəyə toplaşan qızların hansı
ki, artıq toyu olub və ya nişanlıdır, onun başında
örpək, açıq olanlar isə subaylıq əlamətidir.
Qızın qohumları və rəfiqələri onları qonaq
çağırırdı ("evə çağırma"), bəzən isə elə olurdu
ki, bir gün ərzində onlar bir neçə ailənin qonağı
olurdular. Borçalı və Çoruk Qəmərli
nümayəndəliklərinin bəzi kəndlərində qız evinə
çağırılmada bəyin özü ilə birlikdə onun bir neçə
dostları da dəvət olunurdu.
Toy ərəfəsində oğlan evindən qız evinə
başlıq və toy xərci göndərilirdi. Adətən bu
şeylər araba ilə daşınırdı. Toyda kəsiləcək
heyvanlar (erkək qoyunlar) isə bir nəfər oğlan
uşaqının qabağına qatılaraq qız evinə
göndərilirdi. Adətən qoçlardan birisinin
boğazına qırmızı kəlağayı bağlanırdı. Bu
nəmər-kəlağayı qoçları aparan oğlana çatırdı.
Toyun başlanmasına bir ay qadmış
kənddə ölən olmuşdursa, toy sahibi onun ailəsinə
gedib toya başlamaq üçün razılıq verməsini xahiş
edirdi. Borçalı nümayəndəliyinin (Marneuli
rayonu) bir sıra kəndlərində qız evinə aparılan
(5-10 baş) qoçların buynuzlarına qırmızı rəngli
lent bağlanır, bel hissələri qırmızı, göy
rənglənir və ya xına çəkilirdi.
Toya dəvət olunacaq adamlara
qabaqcadan xəbər verilirdi. Borçalı mahalının
hüdudlarından kənarda (Qaraçöp nahiyyəsində)
yaşayan soydaşlarımızın toy mərasimində isə
dəvətnamələr bir qayda olaraq oğlan evində toyun
başlanmasına 3-4 gün qalmış yazılır.
Dəvətnamələri oğlanın yengəsi toya qədər
paylayıb qurtarır. Qız evində yazılmış
dəvətnamələri isə qız yengəsi paylayır.
Toyu oğlan evi başlayır, 20-25 metr ucu
haçalı "lopa" qalxır, kəndin ən axarlı-baxarlı
yerində şölələnməyə başlayır. Lopanın havaya
qalxması toyun başlanmasının əlamətidir. Toya
kənd adamlarından əlavə, oğlanın başqa kəndlərdə
yaşayan qohumları və dostları da dəvət
olunurlar. Qohumların toya gəlməsi son dərəcə
vacib sayılır. Unudularaq toya çağırılmayan
yaxın qohumlar oğlandan inciyir, hətta onu
dindirmirdilər. Toydan bir müddət sonra həmin
küsülülər üçün barışıq məclisi qurulur.
Toyun birinci günü zurnaçılar oğlan
evinin həyətində açıq havada xalq havaları ifa
edirdi. Axşamüstü toyçular arabaya əyləşərək
atlıların müşayiəti ilə qız evinə yola düşürlər.
Bunların içərisində oğlanın anası, qardaşları,
yaxın qohumları və yengəsi olur. Marneuli,
Bolnisi və Baş-keçid (Dmanisi) rayonlarının bəzi
kəndlərində bəyin özü də toy dəstəsini qız evinə
aparanların içərisində olurdu. Onun vəzifəsi
musiqiçiləri qız evinə təhvil verib, geri
qayıtmaqdır.
Toy dəstəsi oğlan evindən xeyli
aralandıqdan sonra cavanlar mərasimin qabağını
saxlayıb "tordaqbasdı" istəyirlər. Belə
hallarda onlara bir baş kök toğlu və bəzən isə
müxtəlif cür hədiyyələr təklif edilirdi.
Toyçular qız evinə çatdıqda evin astanası
qarşısında qabağını saxlayıb"qapıbasması"
deyilən hədiyyə tələb edirdilər. Bunu qızın
yengəsi edirdi. Qonaqlara əvvəlcə yağlı fətir
(yuxa) təklif edilir və "fətirüstü" deyilən
nəmər yığılırdı. Adətən yığılan bu pullar fətir
bişirən qadınlara çatırdı.
Qaranlıq düşənə qədər zurnaçılar qız
evinin həyətində camaatı şənləndirir, cavan qız
və oğlanlar rəqs edir, yallı, çox vaxt isə
əllərində yaylıq "Ağbaba" havasını həvəslə
oynayır, cavanlar güləşdə öz qüvvələrini
sınayır, "Dirədöymə" nümayiş etdirirdilər. Qaş
qaralanda zurnaçılar sağdış tərəfindən
bəzədilmiş şaxı qız evinə gətirməyə gedirlər.
Adətən şaxın forması yolkanı xatırladıb qoz və
armud ağacından hazırlanırdı. Şaxa müxtəlif
bahalı, rəngarəng konfetlər, meyvələr, qoz,
fındıq ləpələri və son vaxtlarda bir ədəd konyak
və bir ədəd böyük qırmızı alma bağlanırdı.
Ümumiyyətlə, şax bəzəmək xüsusi təcrübə və
hazırlıq tələb etdiyindən bu iş səriştəsi olan
adama tapşırılırdı.
Bir nəfər kişi şaxı evdən çıxarır və
şax qaldıran qızın həyətində musiqi sədaları
ucalır. Sonra isə qabaqda şax, onun arxasında
sağdış və soldışın müşayiəti ilə gəlib, qız evinə
gedirlər. Bəzi kəndlərdə qızın qabağı ilə əlində
güzgü tutmuş bir qadın və ya cavan bir qız uşağı
gedir. Şübhəsiz, burada güzgü xoşbəxtlik, paklıq
və aydınlıq rəmzi daşıyır.
Bolnisi rayonunda Kəpənəkçi, Faxralı,
Saraclı kəndlərində son on-on beş ilə qədər qızı
oğlan evinə köçürməzdən bir-iki saat əvvəl bəyin
anası ağzı yaşmaqlı, bir əlində yanar çıraq
(lampa), o biri əlində isə güzgü və gül ilə qız
evinə gedir. Anaya qız evində şirin çay verilir.
Ana çayı içib, qaşıq qarışıq stəkanı götürüb özü
ilə evə gətirir. Çox qəribədir ki, bu müddət
ərzində ana nə yolda, nə də getdiyi evdə bir kəlmə
də danışmır. Burada lampa işıqlı həyat, güzkü
aydınlıq, gül isə sevimli gəlin rəmzi daşıyır.
Danışmamaq isə gəlinin gəldiyi evdə sakit
təbiətli, dilsiz-ağızsız olması deməkdir. Ərə
gedən qız, onun sağdış və soldışları ağızlarını
dəsmal ilə tuturdular. Bəzən dəsmal əvəzinə
onlar əllərində yanar şam saxlayırdılar. Şax
gündüz götürülən kəndlərdə onlar əllərində şam
tutmurdular. Şax geçə aparılırdısa şənlik
iştirakçılarının yolunu işıqlandırmaq üçün
lopadan istifadə edirdilər. Lopa düzəltmək o
qədər də çətin deyildi. Uzun bir payanın ucuna
köhnə paltar, pambıq və ya "təzək", "gərmə"
bərkidib, üstünə neft və ya mazut tökür,
alışdırırdılar. Lopa təqribən 150-200
kvadratmetrlik sahəni işıqlandırırdı. Şax
gündüz aparılırdısa burada nişanvurma oyunu
nümayiş etdirilirdi. Marneuli rayonunun
Qızılhacılı, Korarxı və Sarvan kəndlərində uca
bir ağacın başına ipdən asılmış kişmiş
qoyurdular. Hər kəs gülləylə kişmişi vurub
salardısa, müəyyən edilmiş hədiyyəni- "nəməri"
o götürürdü. Belə mahir atıçılardan biri
Qızılhacılı Cöyrə oğlu Qara olmuşdur. Bir sıra
kəndlərdə sapdan kişmiş yox, alma asılırdı.
Kəndlərin əksəriyyətində şaxın qabağını
saxlayıb hədiyyələr tələb etmək adəti mövcud
olmuşdur. Son məqamda şax qız evinə çatdırıldı.
Şax qaldıran qız şaxı götürən adama hədiyyə
verirdi. Şaxı gətirdikdən sonra zurnaçılar yemək
yeyib toy damına gedirdilər. Toyları keçirmək
üçün xüsusi binalar tikilmədiyindən toylar adi
qara dam və qazmalarda keçirilirdi. Bəzi
kəndlərdə iri tövlələrdə (XVI-XVII əsrlər). Damın bir
tərəfində qadınlar, o biri tərəfində isə kişilər
əyləşirdilər. Toyu idarə etmək üçün bir nəfər
"toybabası", "toybəyi" seçilirdi. Həmin adam
rəqs etmək, yallı getmək və güləşmək
istəyənlərin arzu və sifarişlərinə müvafiq
hərəkət edirdi. Bir qayda olaraq toyun əvvəlində
nişanlı qızlar, sonra isə cavan qızlar, gəlinlər
və oğlanlar rəqs edirdilər. Bəzi kəndlərdə toyda
"qızquyruqlamaq" adəti icra edilirdi. Nişanlı
qız rəqs edərkən qohumluq əlaqələrinə görə ona
və nişanlısına yaxın olanlar paltarına pul
bağlayırdılar. Bu pullar onun kəlağayısına
düyünlənirdi. Qeyd edilən tədbir barəsində hər
iki tərəfin qohumlarına əvvəlcədən məlumat
verilirdi. Gecədən xeyli keçəndən sonra
qadınların çox hissəsi toyu tərk edir və bundan
sonra cavan oğlanların yallı getməsi və
güləşməsi başlanırdı. Toyda cavanların zurna və
balabanın müşayiəti ilə mahnı oxumaları adəti də
olurdu. Mahnının sözləri qoşmalardan, sevgi,
qəhrəmanlıq dastanlarından və bayatılardan
seçilmiş parçalardan ibarət olurdu. Axırda
güləşmə başlanırdı. Borçalı toylarında güləş
Hallavar, Gorarxı, Qızılhacılı, Bəylər, Candar,
Quşçu, Darvaz, Dağ Sarvan, Culuxlu, Kolagir, Böyük
Muğanlı, Baydar, Saral, Sadaxlı və s. kəndlərdə
daha kəskin keçirilirdi. Bəzi kəndlərdəki adətə
görə bəy öz toyunda mütləq güləşməli idi. Ancaq
onun uduzması vacib hesab edilirdi. Xalq
arasındakı inama görə bəy yıxılsa bolluq olmalı
idi. Bu deyilənlər sırf dağ kəndlərinə aiddir.
Toy damındakı şənliklərlə eyni vaxtda qız evində
mağar keçirilirdi. Buraya oğlanın yaxın
qohumları, qonşuları, dost və tanışları dəvət
olunurdu. Mağar iştirakçılarına ət və süd
məhsullarından hazırlanmış xörəklər, sac yuxası
(fətir) və ya fırında, təndirdə bişirilmiş
çörəklər və çay verilirdi. Gecədən xeyli keçmiş
içərisində müxtəlif adda şirniyyatlar olan və
üstünə qırmızı kəlağayı salınmış sini qab
ortalığa gətirilir, məclis iştirakçıları oraya
pul atmağa başlayırdılar. Bəzən onların
verdikləri pulun miqdarı məclisi idarə edən şəxs
tərəfivdən elan edilirdi. Xatırlatmalıyıq ki,
toyda pul nəməri yalnız 1950-ci illərdən
başlanmışdır. Ona qədər isə oğlan tərəfin,
istərsə də qız tərəfin adamları bəylə gəlinə
paltar, bəzək, ev əşyaları və cins mal-qara
bağışlayırdıdar.
Şənlik iştirakçılarının
mənəvi-estetik tələbatını ödəmək və onları
şadlandırmaq üçün məclisə bir və ya iki aşıq
dəvət olunurdu. Onlar toy iştirakçılarının
sifarişi ilə mahnılar oxuyub dastanlardan
parçalar söyləyir, qoşmalar deyir və saz
havaları ifa edirdilər.
Toy şənlikləri ilə eyni vaxtda həm
bəyin, həm də gəlinin yanında xına yaxdı mərasimi
keçirilirdi. Böyük bir qabda xına hazırlanır:
Həmin xına ilə əvvəlcə toyu olan cavanlar, sonra
isə həmin mərasimə toplaşanlar əllərini
boyayırdılar. Qabdakı xına boşaldıqdan sonra
mərasimdə iştirak edənlər həmin qaba pul (nəmər)
atırdılar. Yığılan pullar bəylə gəlinə çatırdı.
Toy şənlikləri səhərə bir neçə saat qalana qədər
davam edirdi. Səhər tezdən yenə də qız evinin
həyətində musiqiçilər fəaliyyətə başlayırdılar.
Nəzərə çatdıraq ki, hazırda Sarvan,
Korarxı, Qızılhacılı, Candar, Qullar və s.
kəndlərdə xınayaxdıya toya 3-5 gün qalmış və ya
toydan bir neçə gün sonra olur. Sarvan kəndinin
elə məhəllələri vardır ki, bu günün özündə də qız
toyunu xınayaxdı adı altında keçirirlər.
Qızın ata evini tərk etməsi ərəfəsində
toya bir nəfər molla dəvət olunurdu. Həmin molla
qız və oğlanın atalarının və vəkillərin iştirakı
ilə kəbin kəsir. Burada oğlan və qız şəxsən
iştirak etmir. Onları vəkilləri əvəz edirdi. Bəy
və gəlin vəkillərini özləri seçirdilər. Adətən
qızın vəkili oğlanın atasından "vəkillik"
deyilən xüsusi hədiyyə alırdı. Molla əvvəlcə
qızın vəkilindən onun ərə ketmək istəməsi barədə
razı olub-olmamasını soruşardı. Vəkil isə qızın
həmin adama ərə getməyə razı olduğunu bildirir
və kəbin sənədində öz imzasını atırdı. Savadı
olmayanlar baş barmağını mürəkkəbə batırıb
həmin sənədə basardı. Sonra isə molla eyni sualla
oğlanın vəkilinə müraciət edərdi. O, oğlanın
evlənməyə razı olduğunu bildirir və dediklərini
şəxsi imzası ilə təsdiqləyirdi.
Göstərilənlərdən əlavə, kəbin sənədində qızın
valideynlərinin qızlarına verdikləri cehizin
tam və dürüst siyahısı göstərilirdi. Qıza
verilən cehizin çox hissəsini onun özü
tərəfindən toxunub hazırlanan əşyalar gəbə,
kilim, farmaş, xurcun, çuval, yorğan-döşək, yasdıq,
mütəkkə və əl tikmələri təşkil edirdi. Bu
əşyaları qız körpə yaşlarından ərə gedənə qədər
işləyib hazırlayırdı. Çox hallarda bu əşyaların
miqdarı valideynlərin bağışadlığı müxtəlif
qab-qacaq (şüşə, mis, dulusçuluq məmulatı)
hesabına daha da artırdı. Bəzi kəndlərdə cehizin
tərkibinə güzgü, gərdək, duz, maye (xaş), xəmir,
gül, iynə, bir cüt uşaq ayaqqabısı daxil edilirdi.
Bunlar dini inam və ayinlərlə əlaqədar idi.
Cehizin xeyli hissəsi oğlandan alınan
vəsait hesabına hazırlansa da, bu barədə kəbin
sənədində həmçinin "mehi-rin"-kişinin arvadını
boşadığı halda verəcəyi əmlakın miqdarı
göstərilirdi. Mehir pul vahidi ilə ifadə
olunurdu. Bu sənəd qızın anasına, anası olmadıqda
isə onu əvəz edən ən yaxın və qıza ana qayğısı
göstərən qadında saxlanılırdı. Kəbin kəsmək üçün
mollaya haqq verilirdi.
Toyun gedişində mühüm mərhələ qızın
ata evini tərk etməsi sayılırdı. Burada bir çox
adətlər icra edilirdi. Qızın əri evinə köçməsi
vaxtı gələndə qızın yengəsi onu bəzəməyə
başlayırdı. Gəlinə qara, boz və ya göy rəng
istisna olmaqla istənilən rəngdə paltar
geyindirmək olardı.
Yengə gəlini bəzədikdən sonra qızın
vəkili onun belini qurşaqla bağlayırdı.
Bolnis-Kəpənəkçi kəndində, Faxralı və s. bir
qayda olaraq qızın belini onun qardaşı bağlayır,
yengə isə əlində bir parça ağ yaylığı qızın
başının üstündə üç tikə kəsib yerə tökür. Bu
əlamət toydan sonra qızın üzü ağ çıxmağına işarə
edir. Bu qurşaqlar evdə toxunur və 7 rəngdən
ibarət olurdu. Bu qurşaq mərasimi ən çox mahalın
dağlıq kəndlərində olurdu. Gəlini bəzədiyinə
görə öğlan yengəsi qız yengəsinə "baş bəzəməsi"
verirdi. Qızın ovcuna metal pul qoyub kəlağayı
ilə bağlayırdılar ki, gələcəkdə sərvəti çox
olsun. Əksər kəndlərdə gəlinin başına qırmızı
rəngdə ipək örtük "duvaq" salırdılar.
Göstərilən mərasimlərdən sonra
musiqiçilərin çaldığı qəmgin "ağlaşma"
havasının müşayiəti ilə qızın cehizlərini
həyətə çıxarırdılar. Qızın vəkili onun
cehizlərinin üstündə oturub arabaya yükləməyə
qoymurdu. Ona "nəmər" verdikdən sonra
cehizləri götürüb arabaya yığırdılar.
"Atlandırma"nın müşayiəti ilə oğlanın atası
gəlini evdən çıxarıb arabaya mindirirdilər.
Adətən onun bir tərəfində öz yengəsi, digər
tərəfində isə oğlan yengəsi əyləşirdi. Yola
düşərkən gəlini aparmağa gəldikləri yolla yox,
başqa yolla gedirdilər. Çalışırdılar ki, heç kəs
gəlin oturan arabanın təkərləri arasından daş
keçirməsin. Hər iki adət bəy və gəlini "təqib"
edən şər qüvvələri "qovmaq" xatirinə edilirdi.
Toyun arxasınca qara daş atılması pis
adət hesab edildiyi üçün hər iki tərəfin
adamları izdiham iştirakçılarının
hərəkətlərinə xüsusi diqqət yetirirdilər.
Toyun köçünün qarşısını saxlayıb,
"torpaqbasması" tələb etmək adəti geniş
yayılmışdır. Adətən "torpaqbasma" qızın ata
yurdunu tərk edib, oğlanın ata yurduna qədəm
qoyduqda baş verirdi. Toy yolda qoyun sürüsü ilə
rastlaşardısa ço-ban toyun qabağına bir baş qoç
çıxarırdı. Əgər ərə gedən qız qoçu qaldırıb
arabaya qoysa, qoça sahib olurdu, qaldıra bilməsə
toy sahibi qoçun qiymətini çobana verməli
olurdu. Toyu atlılar müşayiət edirdi. Toyda cıdır
təşkil etmək geniş yayılmışdır. Oğlan evinə
xeyli qalmış atlılar sürəkə başlardılar. Oğlan
evinə birinci çatıb toy köçünün gəlməsini xəbər
verən atlı bir ədəd qırmızı kəlağayı alırdı.
İkinci və üçüncü gələn atlılara isə nəmər kimi
corab və cib dəsmalı verilirdi.
Şindilər kəndində (Dmanisi rayonu) toy
qız evini tərk edən kimi bəy ata minərək toyun
qabağında gedir, arabada oturan nişanlısına alma
atır və atını çaparaq qaçırdı. Başqa atlılar isə
onu təqib etməyə başlayırdılar. Bəyin atını ötən
sürəkçi bəydən nəmər alırdı. Buna bənzər adət
Faxralıda (Bolnisi rayonu), Böyük Muğanlı,
Kəpənəçi, Sadaxlı və s. kəndlərdə də (Marneuli)
olmuşdur.
Gəlinin oğlan evində qarşılanması
məqamında da müxtəlif adətlər icra edilirdi. Toy
evinin həyətinə çatdıqdan sonra bəy sağdış və
soldış ilə evin damına çıxır və oradan
nişanlısının başı üstündən bir neçə dəfə aynalı
tüfəngdən atəş açırdı. Belə hadisələr Marneuli
rayonunun Korarxı, Qızılhacılı, Sarvan, Qaçağan,
Arıxlı, Kəpənəkçi (Bolnis) kəndlərində də
müşahidə olunur. Bəzi kəndlərdə isə bəy oradan
nişanlısına alma atır, onun atdığı alma
nişanlısına dəymədikdə bunu sağdış və soldış
davam etdi-rirdi. (Dmanisi və Bolnisi
rayonlarında). Atılan almalar gəlinə dəyənə
qədər onlar bir-birini əvəz edirdilər. Bu adətlər
yerinə yetirildikdən sonra gəlinin başı
üstündən metal pullar (varlı xan və bəy
ailələrində isə qızıl onluqlar), şirniyyat, bəzi
kəndlərdə isə çörək və s. atırdılar. Axırda isə
gəlinə arabadan düşmək təklif olunurdu, ancaq o,
bu təklifə məhəl qoymurdu. Qayınatası ona
yaxınlaşıb müəyyən bir hədiyyə boyun olduqdan
sonra o, arabadan düşürdü. Gəlinin ayaqları
altında ağzı üstə çevrilmiş və üstündə bir ədəd
nəlbəki (bölmə) olan iri qazan qoyurdular. O, sağ
ayaşnın zərbəsi ilə həmin qazanın üstündəki
nəlbəkini sındırıb yerə düşürdü. Varlı ailələrdə
gəlinin ayaqları altında qoç, kasıblar isə toğlu
kəsirdilər. Ağtəhlə kəndində (Qardabani rayonu)
kəsilən bu heyvanın ətini qonşulara
paylayırdılar. Marneuli bölgəsinin 10-a yaxın
kəndində isə həmin qoçun ətindən səhərisi gün ən
yaxın qohum-əqrəba üçün süfrə açırdılar. Evə
daxil olan kimi gəlinin ayaqları altına dəmir
parçası atırdılar. Bəzi kəndlərdə evin ortasında
ocaq çatır və oraya yağatırdılar. Gəlin içəri
girən kimi onun əlinə şiş verirdilər. Gəlin həmin
şişi oçağın kənarına sancıb gərdəyin arxasına
keçirdi. Onun əlinə "əl iyi" və pilə verirdilər.
Bəzi kəndlərdə isə o, evə daxil olan kimi
qayınanası ona oxlov verib "oğlumu və evimi sənə
bağışladım" - deyirdi. Qeyd olunanlardan sonra
gəlinin qucağına 2-3 yaşlı oğlan uşağı qoyurdular.
Xeyli vaxt keçəndən sonra gəlin uşağın əlinə pul
verib anasına qaytarardı. Bu adətin meydana
çıxması gəlinin gələcəkdə nəslin davamçısı və
ailənin varisi sayılan oğlan uşağı doğması ilə
əlaqədar olmuşdur.
Gəlin oğlan evinə köçdükdən sonra hər
iki tərəfdə "ağızaçması" deyilən mərasim
keçirilirdi. Buraya ancaq qız və qadınlar dəvət
olunurdular. Onlara yemək verirdilər, axırda isə
yeni evlənənlərin şərəfinə hədiyyələr
toplanırdı. Axşam isə oğlan evində "mağar" olur,
onun üçün şax qaldırılır və həmin kecə yenə
zurnaçılar (aşıqlar) mey-danı ələ alırdı. Qız
oğlan evində onun üçün ayrılmış otaqda
yerləşdirilərkən öz yengəsi onunla birlikdə
otururdu. Toy başa çatıb hamı dağıldıqdan sonra
oğlan yengəsinin işarəsi ilə qız yengəsi gəlini
tərk edir və yeni evlənənlər vüsala çatırdılar.
Əvvəlcə verilən köstərişə əsasən gəlin
ayaqlarını tez atıb nişanlısının ayaqlarını
tap-dalamağa çalışırdı ki, gələcəkdə əri yanında
sözü ötkəm olsun. Bu məqamda oğlanı bayırda
sağdışı gözləyirdi. Qız bakirə çıxdıqda oğlanın
işarəsi ilə onun sağdışı tüfəng atırdı. Oqlan
nişanlısı ilə yatdığı döşəyin altına pul qoyub
onu tərk edirdi. Bu pul qız yengəsinə çatırdı.
Səhər tezdən musiqiçilər durub oğlanın
həyətində bir saata yaxın musiqi çalırdılar.
Hallavar, Muğanlı, Saraclı, Korarxı, Kürtlər,
Bəylər, Baydar, Hamamlı və s. kəndlərdə buna
"Səhər sazı" da deyirdilər. Toyun keçirildiyi
günlərdə qar, yağış, dolu düşməsi, boran, çovqun
olması pis əlamət hesab edilirdi. Bunun oğlan və
qızın qazan dibi qazıması ilə əlaqədar olduğunu
güman edirdilər. Qeyd etməliyik ki, bu əlaməti
bütün Borçalı kəndlərinə aid etmək olar. Qız
bakirə çıxmasa onun başını qırxıb, eşşəyə
mindirir və yengəsi ilə geri, atası evinə
göndərirdilər (Başkeçid bölgəsi).
Toyun səhərisi oğlan evində
"üzağlığı" deyilən mərasim keçirilirdi. Buraya
kəndin yaşlı qadınları dəvət olunurdular.
Əvvəlcə onlara yemək verilir, sonra isə qız ilə
oğla-nın yatdığı mələfəni nümayiş etdirirdilər.
Bəzən oğlanın orqanizmində müəyyən fizioloji və
psixoloji proseslər üzündən o nişanlısı ilə
cinsi əlaqəyə girə bilmirdi. Belə hallarda
oğlanın qohumları onun düşmənçiliklə
bağlandığını güman edib, dua yazdırırdılar. Bu
"müalicə" müsbət nəticə vermədikdə ara
həkimlərinə müraciət edirdilər. Onlar isə
xəstəni 5-10 gün səhəng suyu ilə çimizdirməyi
məsləhət bilirdilər.
Ailə həyatının ilk günlərindən
etibarən qız kimlərlə danışıb-danışmamaq
barəsində ərindən qəti tapşırıqlar alırdı. Onun
yeni ailədəki gələçək taleyi bu tapşırıqları
necə yerinə yetirməsindən asılı idi. Sarvan,
Candar, Kor-arxı, Böyük Muğanlı, Araplı, Baydar,
Kürtlər, Hallavar, Daştəpə, Sadaxlı, Saraclı,
Faxralı, Hamamlı, Qəmərli və s. kəndlərdə gəlin
oğlan evində (1-3 ay müddətində) qayınatası ilə
danışmazdı. Lakin qayınatası gəlinə "yemşək"
atdı nəmərini verdikdən sonra onlarla danışıq
ünsiyyətinə başlayırdı.
Qız əri evinə gəldikdən bir neçə gün
sonra kənddə toy olardısa onu toya aparıb
oynadardılar. Toy olmadıqda isə kəndin subay
qızlarının müşayiəti ilə gəlin bulaq başına
gedirdi. Ona səhənglə bərabər, bir sini şirniyyat
doldurub, bulaq başındakı adamlara paylamağı
təklif olunurdu. Gəlin səhəngi doldurub evə
qayıdırdı. Kosalı, Candar, Quşçu, Sarvan, Korarxı
və digər kəndlərdə gəlin bulaq başına Novruz
bayramı gecəsi zurnaçıların müşayiəti ilə
aparılırdı. Abdallı kəndində (Bolnisi rayonu)
toydan bir qədər sonra başqa toy olardısa, həmin
toyu çalan zurnaçıların müşayiəti ilə gəlini
suya aparardılar. Burada da bulaq başında onlara
şirniyyat paylayırdılar. Qeyd edilən mərasimdən
sonra gəlinə suya getməyə və həyətdə işləməyə
içazə verilirdi.
Toydan bir qədər sonra gəlinin yaxın
qohumları, əsasən qadınlar ona baş çəkməyə
(görməyə gəlmək) gəlirdilər. Bundan sonra gəlinin
valideynləri onu qonaq dəvət edirdilər ("evə
çağırmaq"). Oğlanın ailəsində təsərrüfat işləri
ilə məşğul olan qadın olardısa, o, bir neçə ay
burada qalırdı. Əri evində həddindən çox
incidilib əziyyət verilən gəlini ata-ana bir
daha geri, evlərinə buraxmırdılar. İki ailə
arasındakı mülki mübahisələr isə adət və ya
şəriət qaydalarına müvafiq olaraq həll edilirdi.
Gürcüstanda yaşayan Azərbaycan
türklərinin ənənəvi toy adətləri zəngin və
çoxcəhətli olub, şaxəli türk tayfalarında
yaranmış milli adət və ənənələr silsiləsinin
Borçalı mahalında davamçısıdır. Əlbəttə, Borçalı
türklərinin (eramızdan əvvəl) toy mərasimləri və
şənlikləri bu qeyd olunanlarla bitmir, onun
özünəməxsus zəngin adət və ənənələri, yas
mərasimləri, ailədə uşaq tərbiyəsi və əhaliyə
aid olan müxtəlif biçimli və ölçülü
etnoqrafiyası vardır. Bu mərasimlər yerli xalq
(Azərbaycan türkləri) tərə-findən bu günə kimi
qorunub saxlanılır və gələcəkdə də inkişaf
etdiriləcəyi heç kəsdə şübhə doğurmur. Borçalı
mahalının (Başkeçid, Bolnisi, Marneuli, Qardabani
və di-gər bölgələrində) rayonlarında 200-ə yaxın
kənd yaşayış məntəqəsi mövcuddur. Sözsüz, bütün
kəndlərin adət- ənənələri haqqında söhbət açmaq
və onu tam təfsilatı ilə tədqiq etmək
qeyri-mümkündür. Bunun üçün uzun illər tələb
olunur.
Borçalının bayram şənlikləri. Qədim
Borçalı özünün zəngin və rəngarəngliyi,
adət-ənənələri ilə yanaşı, özünə-məxsus bayram
şənlikləri və onların keçirilməsi mərasimi ilə
də diqtəti cəlb edir. Əsrlərin
istisindən-soyuğundan keçərək bu günə kimi
yaşayan bu qədim türk, Azərbaycan bayram və
şənlikləri haqqında müxtəlif elm və peşə
sahibləri çox yazmışlar. Onların məzmunu,
keçirilmə qaydaları qəzet və kitablarda öz
əksini tapmışdır. İndi haqqında söhbət
açacağımız bir sıra bayram və şənliklərin
Borçalı mahalında keçirilməsi və inkişafı
haqqında müəllifin ucqar dağ kəndlərində və ən
yaşlı ağsaqqalların bəzi bayramların eradan
əvvəl və orta əsrlərdə dəbdə olan, daha sonra isə
XVIII əsrin axırları və XIX əsrin əvvəllərində
mətbuat səhifələrində verilən bəzi
məlumatlarını oxucularımıza təqdim edirik.
XIX əsrin ortalarından başlayaraq
Tiflisdə çıxan bir sıra qəzet və jurnallarda
Borçalı və digər bölgələrin türklərinin bayram
şənlikləri haqqında ara-sıra yazılar dərc
olunurdu. Belə yazıların müəllifləri dünya
şöhrəti qazanmış Tiflislə çox sıx əlaqədə olan,
oranın ab-havası ilə nəfəs alan, tez-tez Borçalı
türkləri ilə təmasda olan Azərbaycan ziyalıları,
publisistləri və jurnalistləridir. Bu baxımdan
M. S. Ordubadi, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq,
M.F.Axundov, N.Nərimanov, Ö.Faiq Nemanzadə və
başqalarının əməyi xüsusilə qeyd olunmalıdır.
İnqilaba qədərki qəzet və jurnalların
əksəriyyətində tez-tez folklor materialları çap
olunurdu. "Novoe obozreniye"nin səhifələrində
Azərbaycanda və Gürcüstanda yaşayan türklərin
qədim tarixə və zəngin ənənələrə malik
folkloruna dair xeyli rəngarəng materiallar üzə
çıxarmışıq.
Cəlal Ünsizadənin Azərbaycan xalqının
milli bayramlarından biri olan "Novruzun mənası
haqqında bir neçə söz" adlı məqaləsi bu mənada
diqqəti cəlb edir. Məqalədə göstərilir ki, hər
bir xalqın özünün ənənəsi və tarixi, keçmişi
haqqında söhbət açan milli bayramları və
mərasimləri vardır. Lakin onların heç biri tam
varlığı və elmi dəlilləri ilə təbii varlığı
özündə əks etdirə bilən, türklərin Bahar (Novruz)
bayramı kimi geniş mənada uzun keçmişdən xəbər
verəni olmaz. Baharın ilk gününün bayram
edilməsi yalnız türk xalqı, türk dünyası
arasında geniş yayılmasına baxmayaraq, bu
günləri qədim Romada da bayram etmək üçün
qabaqcadan hazırlıq görürmüşlər.
Borçalıda türklər bu bayrama ilin
birinci ayından sonra evdə-eşikdə, təsərrüfat və
s. sahələrdə özlərinə məxsus istək-arzu ilə
hazırlaşırdılar. Borçalı türklərinin (Aran
Borçalı) bir hissəsi bu bayramın axırıncı
çərşənbə günü duzlu "kömbə" bişirər, axşam saat
1000-dan sonra cavan (ərkən) qız və oşanlar
onu yeyib yuxuya gedərdilər. Belə yozurdular ki,
əgər onların istəklisi varsa, yuxuda öz
sevgililərini görəçəklər. Bayram axşamı mütləq
axar su ətrafına seyr etməyə çıxır, gecə isə
gənclərin səyi nəticəsində evlərdə "iynə-iynə"
salma mərasimi keçirilir, keçə saat 1200 dan
sonra qapı-baca pusqusuna (dinə) çıxırlar.
Borçalının bəzi aran və dağətəyi bölgələrində
türklər qədimdən sınaqdan keçirilmiş müqəddəs
sayılan bir çinar ağacının ("Çinara ziyarət")
ətrafında toplaşıb qədim musiqi havası çalıb
şənlik edirdilər. Əlbəttə, belə gündə spirtli
içkilər tam qadağan olunurdu. Yalnız evdə
hazırlanmış şirin şərbət və dovğa içərdilər.
Bəzi mömin adamlar ağacın qol-budağına
əski parçası baqlayıb gələn il üçün nəzir
deyirdilər. Belə şənliklərə Borçalı mahalında
"Çinar" bayramı günü də deyirlər. Belə
şənlikləri Sarvan, Candar, Qızılhacılı, Korarxı,
Kürdlər, Hallavar, Marneuli, Kolagir, Təhlə,
Qaraçöp, Kəpənəkçi, Saraclı, Arıxlı və s.
kəndlərin əhalisi daha geniş qeyd edir.
Deməliyik ki, Cəlal Ünsizadənin məqaləsində
Novruz bayramının bütün prosesi hərtərəfli
təsvir edilir, bu bayramın mənşəyindən və
tarixindən söz açılır. Bir çox Azərbaycan
alimləri, o cümlədən professor M.K.Təhmasib,
yazıçı M.S.Ordubadi Novruzun mənşəyini təbiət
haqqındakı animist təsəvvürlərlə
əlaqələndirirlər.
Cəlal Ünsizadənin məqaləsi, müəllifin
özünün yazdığına görə, onun fars ədəbiyyatı
tarixinə dair tədqiqat əsərindən bir parçadır.
Fikrimizcə, müəllifin məqaləsinin birinci
hissəsini nisbətən düzgün və inandırıcı, ikinci
hissəsini isə xalq əfsanələrinin bir qolu kimi
qiymətləndirmək olar. Həqiqətə uyğun və tam
inandırıcı faktlardan biri isə budur ki, Həmin
əsərdə Novruz bayramının meydana çıxması və
yaranması mifik-əfsanəvi İran şahı Cəmşidin adı
ilə bağlıdır. Borçalıda yurd-yuva salmış
(miladdan VII əsr öncə) türk və türkdilli
tayfaların bu bayrama olan münasibəti və
təmtəraqlı keçirilməsi təbiətlə əlaqədardır
Qədim türklərin təsəvvüründə torpaq
müqəddəs idi və təbiidir ki, onlar Novruzu
torpağın nəfəsinin duyulması, onun bu fəsildə
(baharda) oyanması (A.D.) ümumiyyətlə, təbii
kompleksin dirçəlişə səxavəti bayramı hesab
edirdilər.
Hələ fransız etnoqrafı Cerando və din
tənqidçisi Spenser bahar bayramlarının iqtisadi
və içtimai əhəmiyyətinə xüsusi diqqət
yetirmişdilər. Onların fikrincə, məhsul və
bolluq bayramı olan bu mərasimin dini düşüncə
ilə heç bir əlaqəsi yoxdur. Bahar bayramı bir çox
dinlərin, o cümlədən zərdüştliyin və islamın
müasir ardıcılları tərəfindən hələ dinlərin
mövcud olmadığı vaxtlardan qeyd edilirdi.
Bayramın keçirilməsi zamanı ən maraqlı və
mübahisəli an bayram günü adamların tonqalın
üstündən tullanmaları, atılmaları və bu zaman
guya ki, özlərinin bütün dərdlərini, qayğılarını
oda atıb getmələridir. Bu onu göstərir ki, həmin
mərasimin islamla heç bir əlaqəsi yoxdur; eyni
zamanda o, zərdüştliyin əsas prinsipləri ilə də
uyğun gəlmir. Azərbaycandan fərqli olaraq,
Borçalıda tonqalın üstündən əsasən yeniyetmə
uşaqlar tullanırlar. Məlumdur ki, 12-15 yaşlı
uşaqlarda paklıq, təmizlik, düzgünlük və
çe-viklik əlamətləri üstünlük təşkil edir. Bu
yaşda uşaqlarda şübhəsiz ki, natəmizlik və s.
hallar ola bilməz. Zərdüştlikdə od müqəddəs
sayılırdı, atəşpərəstlər müqəddəs varlıq kimi
oda sitayiş edirdilər. Bu baxımdan atəşpərəstlər
öz dərdlərini, qəmlərini oda atıb getməzdilər. Bu
hal oda təhqir sayılırdı. Şübhəsiz ki, bayram
günlərində tonqal üstündən tullanmaq xalq
arasında hələ zərdüştlikdən çox-çox öncə, od
insanların sitayiş obyektinə çevrildiyi
dövrlərdən əvvəl meydana gəlmişdir. Bütün bunlar
göstəri0r ki, bu bayram günlərində Allah yolunda
paylanan bayram xörəkləri, şirniyyat, hədiyyə və
s. paylar, tonqaldan atılmaq, gecəyarısı axar
suda çimmək, bayram gecəsi "dinə" çıxmaq kimi
adət-ənənələr özlüyündə hamısı çeviklik, paklıq
və sadiqlik rəmzi daşıyır. Bu faktların hamısı
türkçülükdə özünü sübuta yetirir.
Borçalı türklərinin özlərinə məxsus
bayram şənliklərindən biri də yay aylarında
(bəzi bölgələrdə) təsərrüfatdan məhsul tam
yığıldıqdan sonra yaxşı dincəlmək üçün ailəvi
"aran köçləri" keçirməkdir. Bu mərasim zamanı
dağlıq ərazidəki yaylaqlara hazırlıq görülür və
köç yaylağa gedir. Payız ayının əvvəllərində isə
köçlərin arana qayıtması (köçməsi) mərasimi olur.
Bunlar sözün əsil mənasında kütlə tərəfindən
toy-bayram kimi qarşılanır. Borçalının bəzi
kəndlərində adamlar dağdan qayıdanda
"arançılar" onların evlərinə bağ-bostan
sovqatı gətirir, "dağçılar", yəni dağdan
gələnlər isə dağ sovqatı (pendir, qurut, yağ,
motal, süzmə, qatıq və qurudulmuş dağ çiçəkləri)
verirlər .
Ümumiyyətlə, istər Azərbaycanda,
istərsə də Borçalı və Gürçüstanın digər
bölgələrində türklərin keçirdikləri bu
bayramlara Azərbaycan ədəbiyyatının
klassiklərindən M.Füzuli, M.F.Axundov,
M.S.Ordubadi, M.Ə.Sabir, N.Nərimanov və başqaları
Novruz bayramına məhz belə ümumxalq şənliyi kimi
yüksək əhəmiyyət verərək, Novruzu birlik və
həmrəylik bayramı hesab etmişlər. Şəxsən
N.Nərimanovun fikrincə, bu cür ümumxalq
bayramları əhali arasında mədəni-kütləvi
tədbirlər keçirmək işini asanlaşdırır. Belə
bayram günlərində insanlar özlərinin fikir və
düşüncələrini, gələcəklə bağlı planlarını
bir-biri ilə bölüşdürürlər.
Klassiklərimizin Novruz haqqında
dedikləri bu hikmətli sözləri eyni ilə Borçalı
və Gürcüstan türklərinə də aid etmək olar. Çünki
tarix boyu bu mahalda qıpçaq, oğuz türkləri
yaşayıb-yaratmış və bu şənlikləri də onlar
türksayağı aparmışlar. .
Bizim fikrimizcə tarixi-etnoqrafik
materiallar bu bayramın azərbaycanlılar
arasında qədimdən yay fəslinin başlanğıcı və
xalq əkinçilik təqviminin ilk günü olduğunu
sübut etmişdir.
Novruz bayramının ilk günündən
etibarən insanlar əkin-səpin işlərinə
başlayardı. Xalq inamına görə, artıq torpağın
donu tam açılır və yerin üst qatı isinirdi.
Təsər-rüfat işlərinə də məhz həmin ərəfədə
başlanardı. Aydındır ki, Novruz, Borçalı və digər
bölgələrin Azərbaycan türkləri içərisində də
təsərrüfat ilinin başlanğıcı hesab olunmuşdur.
Borçalı azərbaycanlıların içərisində
Novruzla bağlı "Günəşi çağırma", "Qodu-qodu",
"Kosa-kosa" "Xıdır-Əlləz", "Xıdır-İlyas" kimi
mərasimlər mövcud olmuşdur. Borçalı mahalında
Novruz bayramının keçirilməsində dörd çərşənbə
mərasimi qeyd edilərdi. Birinci çərşənbə
"xəbərçi çərşənbə" adlanırdı. İkincisi
"yalançı" , üçüncüsü "külə" çərşənbə kimi qeyd
edilirdi. İlaxır çərşənbəyə xalq arasında "ilə"
çərşənbə deyilirdi.
Adətə görə axır çərşənbə axşamı ailə
üzvlərinin hamısı öz ata ocağının başına
yığışmalı, hərə öz adına şam yandırmalı idi. Hər
bir evdə bayram aşı (plovu) bişirilər-di. Borçalı
plovunun bölgələrdə bişirilən plovlardan
fərqlənməsi onun bişirilmə texnologiyası və
tərkibində xırda maş lobyadan istifadə olunması,
qazan dibində plov (düyü) altı yumurta qazmağı və
kartof qazmağından istifadə edilməsidir. Bayram
süfrəsinin üstünə müxtəlif şirniyyatlarla
yanaşı qoz, fındıq, xirnik (buna çır xirnik də
deyirlər), alma ilə bərabər qatlama, fəsəli, çoban
pörtdəməsi və səməni qoyulardı.
Borçalı Azərbaycan türkləri
içərisində axır çərşənbə ilə bağlı "Baça-baça",
"İynə-iynə" (İynə falı), "Qulaq falı" kimi
maraqlı əylənçəli adətlər də geniş yayılmışdır.
Qurban bayramı. Borçalı mahalında
əhali arasında geniş icra edilən bayramlardan
biri də Qurban bayramı idi. Borçalıda bu bayrama
"İsmayıl bayramı", yaxud "İsmayıl qurbanlığı"
da deyirdilər. Bayramın yaranması ilə bağlı xalq
arasında müxtəlif rəvayətlər də söylənilir.
Yaşlı ağsaqqalların dediyinə görə,
Qurban bayramı Zül-hiççə ayının 10-da başlanırdı
və hər il 11 gün irəli çəkilirdi. Ağsaqqallar bunu
müsəlman təqvimi ilə əlaqələndirirlər.
Qurban bayramında kəsiləcək erkək 40-50
gün əvvəl nişanlanardı və yaxşı yemlənib
bəslənərdi. Qurbanlıq erkəyin yaşı 2-3 arası
olmalı idi. İki yaşından kiçik, gözünün biri kor,
axsaq, dişləri tökülmüş və ya burnu kəsik erkək
kəsmək günah sayılırdı. Bəzi hallarda Qurban
bayramında kəsiləcək qurbanlığı "qoyun, mal,
heyvan" və s. kimi əti yeyilən heyvanların
adları çəkilirdi ki, bu da səhv fikirdir.
Birdəfəlik məlumat üçün qeyd etmək lazımdır ki,
Qurban bayramında erkək, qoç və yaxud cöngə
kəsilərdi. Ən spesifik və təkrarolunmaz maraq
doğuran hadisələrdən biri qurban kəsilən
qurbanlığın qanını təmiz qaba tutmaq idi. Həmin
qanı laxtalandıqdan sonra basdırır və ya qovurma
halına salıb yeyirdilər. Söyləmələrə görə, belə
qanın müaliçəvi əhəmiyyəti var idi. Qurban
bayramı günü kəsilən erkəyin qanının bişirilib
yeyilməsi adəti Azərbaycanda indiyədək qeydə
alınmamışdır, Çox güman ki, bu adət Borçalıya,
islamdan çox-çox əvvəlki dövrlərə məxsusdur.
Geniş icra edilən bayramlardan biri də
Orucluqdur. Xalq arasında oruc tutmağın dörd
şərti mövcuddur: 1) vacib; 2) könüllü; 3) vaçib
olmayan; 4) haram buyurulan orucluq.
|