|
BORÇALI MAHALININ SAHƏSİ,
SƏRHƏDLƏRİ VƏ TƏBİİ ŞƏRAİTİ
Ulu Borçalı ərazisinin bir neçə dəfə
dəyişdirilməsinə baxmayaraq, 1880-ci ilin
mə'lumatına görə, 5.940 kv km, 1905-ci ildə 6.870 kv. km,
1917-1921-ci illərdə 4.360 kv. mk, nəhayət 1922-1929-cu
illərdə (qəza məhz 1929-cu İldə rayonlara bölünüb)
cəmi 2.665 kv km olub. Yə'ni binəva Borçalı
zaman-zaman Dardanel boğazı kimi "daralıb",
Şura hökümətinin gəlişi ilə isə, demək olar, tən
yarıya bölünüb, yarısı Gürcüstanda qalıb, yarısı
bədnam Ermənistana verilib. Beləliklə, üç
hissəyə: dağlıq Borçalıya, aran və ya düzən
Borçalıya və bağ Borçalısına ayrılmışdır.
Borçalıda sultanlıq ləğv olunandan sonra(1880)
Borçalı mahalı Tiflis quberniyasının
tərkibindən çıxıb, Borçalı, Loru və Trialeti
nümayəndəliyi kimi fəaliyyət göstərməyə
başlayıb.
Mahal şimaldan Qori və Tiflis qəzası,
cənub-şarqdan Yelizavetpol quberniyasının Qazax
nahiyəsi, cənub-qərbdən İrəvan quberniyasının
Aleksandropol qəzası, qərbdən isə Tiflis
quberniyasının Ahılkələk qəzası ilə
həmsərhədik. Mahalın ümumi sərhəd xəttinin
uzunluğu 485 kilometr olub, özünəməxsus landşaft
qatına malikdir.
Ərazinin 2/3 hissəsi dağlaq (500 metrədən
yuxarı və dağətəyi) zona, 1/3 hissəsi isə düzənlik
və maili düzənlikdən ibarətdir. Bu düzənlik
Gürcüstanın Azərbaycanla sərhəd və Ermənistanla
həmsərhəd ərazisi arasında geniş sahəni əhatə
edir. Bu düzənlikdə mahalın 70-ə yaxın yaşayış
məntəqəsi cəmləşmişdir. Bu duzənlik Borçalı
mahalının şimal-şərq hissəsində yerləşib, dəniz
səviyyəsindən 1100 fut və ya 34 metr yüksəklikdə
yerləşir. Mahal hər dörd tərəfdən - şimaldan
Yağılca alçaq dağlıq massivinin təpələri,
Qərbdən Somxet tirəsinin meşə örtüyü, cənubdan
Babakər dağ silsiləsi ilə əhatə olunur. Şərqdən
isə gür çayı vasitəsilə Qarayazı çöllərindən
ayrılır. Bu düzənliyin uzunluğu 35,4, eni 26,6 km,
sahəsi isə 392,5 kv km-ə bərabərdir. Düzənliyin
səthi hamar olub, bə'zi sahələrdə təpəlik
ərazilər diqqəti cəlb edir. Buranın təbii
şəraitinin rəngarəng olmasına suvarma
şəbəkəsinin inkişafı və ərazidən axan çayların
tə'siri çox böyükdür. Lakin onu da etmək lazımdır
ki, bol və sıx su şəbəkəsinə malik olan Borçalı
mahalında 100-150 il bundan əvvəl bu suların ətraf
sahələri basması (yaz, payız) ərazidə yüz
hektarlarla əkinə yararlı torpaq sahələrinin
sıradan çıxarmış, geniş bataqlıq sahələrinin
əmələ gəlməsinə səbəb olmuş və nəticədə ağır və
uzun sürən yoluxucu malyariya (qızdırma), ağ
ciyər və sarılıq xəstəliklərinin inkişafına
zəmin yaratmışdır. Nəticədə kütləvi insan (1-8
yaşlı uşaqlar) tələfatına səbəb olmuşdur.
Borçalının iqlimi çox müxtəlif olub,
rəngarənglik təşkil edir. Belə ki, dağlıq
Borçalının (Trialeti nümundəliyi, Başkeçid -
Qomaret və Loru nümayəndəliyinin dağlıq ərazisi)
qışı əsasən soyuq, yazı yumuşaq isti, bə'zən
yağmurlu, payız yağmurlu və soyuq, yayı isə
dumanlı və mülayim, bə'zən isə qızmar keçir.
Aran Borçalısı (Lorunun bir hissəsi
daxil olmaqla), borçalı və Zəlyə
düzənliyininiqlimi isə demək olar ki, ilboyu
kənd təsərrüfatı üçün tam yararlıdır, qış
aylarında şaxtalı günlərin sayı təxminən 5-10 günə
çatır. Yay ayları quraq və isti keçir, yaz ayları
bə'zən isti və əsasən yumuşaq-mülayim hava axını
ilə zəngin olub, payız isə nisbətən yağmurlu
olması ilə fərqlənir.
Mahalda ərazi üzrə iqlim ünsürlərinin
qeyri-bərabər paylanması ərazinin torpaq bitki
örtüyünə öz tə'sirini (düzən və dağətəyi
sahələrdə) göstərmiş, dağlıq ərazilərdə ilboyu
yağmurun, qış aylarında isə lazimi qar qatının
olması sıx meşə sahələrinin əmələ gəlməsində
səmərəli rol oynamışdır. Qeyd etməliyik ki,V
əsrdə başlanmış XX əsrin əvvəlinə kimi Borçalı
qəzasının iqlimi haqqında heç bir tədqiqat işi
aparılmamışdır. Yalnız eramızın XVIII və XIX
əsrlərdən müxtəlif səpkidə (tarixi etnoqrafik
oçerk) iqlim mövzusuna aid çox azsaylı
materiallara rast gəlinir. Bütün yazılı
mənbələrdə bu sahəyə aid materiallar sorğu
şəklində aparılmışdır. Bunları nəzərə alaraq,
biz çalışdıq ki, Borçalının təbii şəraiti və
iqlimə haqqında lazimi mə'lumatlar toplayaq.
Buna görə də ardıcıl olaraq 1980, 1985, 1990, 1993, 1994 və
1995-ci illərdə mahalın dağlıq dağətəyi, düzən və
aran bölgələrində (ilin müxtəlif fasillərində)
olub, bir sıra fizcoğrafi və meteoroloji,
materiallar əldə etdik.
Şübhəsiz, son 15-20 ildə əldə etdiyimiz
meteoroloji, təbii şərait və s. sahələr üçün
materiallar yalnız mahalın XX əsri haqqında
fikir yürütməyə əsas verir. Keçmiş əsrlər
haqqında isə yalnız və yalnız təqribi və nisbi
olaraqfikir yürütmək olar. Müşahidələrimizə,
elmi təhlil və ümumiləşdirmələrimizə
əsaslanırıq deyə bilərik: Təbii şəraiti,
torpaq-bitki örtüyü, səfalı ab-havası, şəfalı,
təmiz, sağlam iqliminə; bol su ehtiyatlarına və
günəş enerjisinin (sutka ərzində) faydalı
olmasına görə bu mahal əvəz olunmazdır. Onu
göstərmək lazımdır ki, Borçalının coğrafi
mövqeyi digər mahal və bölgələrə nisbətən
yaşayış üçün çox əlverişli olub, burada
Zaqafkaziyaya, Yaxın və Orta Şərqə, eləcə də
Avropaya birbaşa çıxış yolu vardır. Zəngin
təbiəti Borçalı axırlı-baxarlı meşələri, çəmən
və otlaqları, çağlayan, gur axan çayları və göz
yaşı kimi dupduru təbii bulaqları ilə həmişə
yadelli işğalçıların diqqətini cəlb etmişdir.
|